Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-105/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1991–ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 134–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmə cinayət əməlini törətmişdir. Belə ki, o, 28 may 2023–cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs anası Şahid ilə mübahisə etməsi səbəbindən sonuncularla arasında şəxsi münasibətlər zəminində yaranmış narazılığa görə atasını əvvəlcə sözlə öldürəcəyini bildirib, sonra həmin evdə olan pilləkənin üzərindən götürdüyü, tiyəsinin uzunluğu 118 mm, orta hissəsinin eni 23 mm, qalınlığı 1,2 mm olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişən hər hansı əlavə və dəyişiklik edilməmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını atası Zərərçəkmiş şəxs tərəf tutaraq hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası ilə arasında təxminən 2 ilə yaxın müddətdir ki, ailə daxili məsələlərə görə münasibətlər pozulmuşdur. Bu müddət ərzində dəfələrlə mübahisələri olmuşdur və narazılıqlara görə o, təxminən 6 aydan çoxdur ki, evdə qalmır. 28 may 2023–cü il tarixdə saat 14 radələrində o, qardaşı Həsən ilə görüşmək üçün yaşadığı evə tərəf gedib evin arxasında gözləmişdir. Həmin vaxt atası işdən gəlib evə girmişdir. Atası onun evin arxasında olduğunu görüb evə keçmiş və bir neçə dəqiqədən sonra atasının anası sözlə mübahisə etdiyini eşidib evə girmişdir. Atası bununla neçə dəfədir ki, qəsdən onu tutdurmaq istəyir. Atası bilir ki, anası ilə mübahisə etməsinə görə o, dözməyib evə girəcəkdir. O, evin həyətinə girəndə anası Pərvanə və qardaşı Həsən onu tutub evə girməyə qoymamışlar. Atasının öz yataq otağından əlində yekə bıçaqla gəldiyini görmüşdür. Həmin vaxt atası evdən çölə çıxmaq istəyəndə qardaşı Həsən evin qapısını çöldən tutub saxlamışdır ki, çölə çıxa bilməsin. Atası evin içərisində olmuşdur. O, da əsəbiləşərək pəncərənin qarşısına gəlib atasına nə üçün belə etdiyini soruşmuş və çölə çıxmasını demişdir. Atası həmin vaxt əlində olan bıçaqla 2–3 dəfə onun sinə nahiyəsinə tərəf atmışdır. Bıçaq pəncərəyə dəysə də, şüşə qırılmamışdır. O, atasının bıçaq atmasına əsəbləşib həmin vaxt pilləkənin üstündə olan mətbəx bıçağını götürmüş, qardaşı Həsən və anası onu tutub çölə tərəf aparmışlar. Atası pəncərədən durub ona baxmışdır. O, əlində olan bıçağı atasına tərəf atmış, bıçaq pəncərədən kənara dəyib yerə düşmüşdür. O, mübahisə zamanı atasını öldürməklə hədələmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Aralarında Samirin xoşa gəlməz həyat tərzi yaşadığına görə narazılıqlar olmuş və sonuncu dəfə Samiri evdən qovmuşdur. 28 may 2023–cü il tarixdə saat 14 radələrində yaşadığı evə gələndə Samirin evin arxa tərəfində dayandığını görmüş, evə girmiş, arvadı Pərvanə və oğlu Həsənə Samirin evə gəlməsinə görə iradını bildirmişdir. Samir bunu eşidib evə daxil olmuş və pilləkəndə olan bıçağı əlinə almışdır. O da otaqda olan bıçağı özünü müdafiə etmək üçün əlinə götürmüşdür. O, pəncərənin arxasında durub Samirə getməsini bildirmişdir. Oğlu Həsən qapını tutub saxlamış və onun çölə çıxmağına imkan verməmişdir. Samir onu hədələmiş və sonra əlində olan bıçağı ona tərəf atmışdır. Bıçaq pəncərənin kənarına dəyib yerə düşmüşdür. O, telefonu götürüb polisə məlumat vermək istədikdə Samir oradan qaçıb getmişdir. Bundan sonra isə polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Lakin hadisədən sonra oğlu Samir ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Samir Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun əridir. Samir ilə əri Müzəffərin arasında təxminən 2 ilə yaxın müddətdir ki, ailə daxili məsələlərə görə münasibətlər pozulmuşdur. Bu müddət ərzində dəfələrlə mübahisələri olmuş və arada olan narazılıqlara görə Samir təxminən 7–8 aydan çoxdur ki, evdə qalmır. 28 may 2023–cü il tarixdə saat 14 radələrində oğlu Samir qardaşı Həsən ilə görüşmək üçün yaşadığı evə tərəf gəlib evin arxasında onu gözləmişdir. Həmin vaxt Müzəffər işdən gəlib evə girmiş, Samiri görüb evə keçmiş və bir neçə dəqiqədən sonra onunla sözlə mübahisə etməyə başlamışdır. Samir bunu eşidib evə girmiş və evin həyətinə girəndə o və oğlu Həsən Samiri tutub evə girməyə qoymamışdır. Müzəffərin öz yataq otağından əlində yekə bıçaqla gəldiyini görmüşlər. Həmin vaxt Müzəffər evdən çölə çıxmaq istəyəndə oğlu Həsən evin qapısını çöldən tutub saxlamışdır ki, çıxa bilməsin. Müzəffər evin içərisində qalmışdır. Samir əsəbiləşərək pəncərənin qarşısına gəlib Müzəffərə nə üçün belə etdiyini soruşmuş və çölə çıxmasını demişdir. Müzəffər həmin vaxt əlində olan bıçaqla 2–3 dəfə Samirin sinə nahiyəsi tərəfdən bıçaq atmışdır. Bıçaq pəncərəyə dəysə də, şüşə qırılmamışdır. Samir atasının bıçaq atmasına əsəbləşib həmin vaxt pilləkənin üstündə olan mətbəx bıçağını götürmüşdür. Həsən və o, Samiri tutub çölə tərəf aparmışlar. Müzəffər pəncərədən durub baxmışdır. Samir əlində olan bıçağı Müzəffərə tərəf atmış, bıçaq pəncərədən kənara dəyib yerə düşmüşdür. Sonra Samir oradan uzaqlaşıb getmişdir. Mübahisə zamanı Samir və Müzəffər qarşılıqlı olaraq bir–birini hədələmişlər. Cinayət işinin materiallarında olan 28 may 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evə baxış keçirilməklə iki ədəd bıçaq götürülmüş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə–ballistik ekspertizasının 24 iyun 2023–cü il tarixli, 16/618 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdırlar, təyinatı üzrə istifadəyə yararlıdırlar və soyuq silah hesab edilmirlər. Üzərlərində təyinatlarını dəyişən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 28 may 2023–cü il tarixdə, saat 14 radələrində Şəmkir rayonu, Dəllər–Cəyir kəndində yerləşən fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəlcə sözlə öldürəcəyini bildirib, sonra həmin evdə olan pilləkənin üzərindən götürdüyü, tiyəsinin uzunluğu 118 mm, orta hissəsinin eni 23 mm, qalınlığı 1,2 mm olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişən hər hansı əlavə və dəyişiklik edilməmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını atası Zərərçəkmiş şəxs tərəf tutaraq hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 134–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan 2 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 31,50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 134–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan 2 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-105/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-105/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver