Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-106/2024 24.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- X4, qanuni nümayəndəsi-Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984–cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS-7, ev-13 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aqlığı qətimkan tədbir seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 153.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşma çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətləri etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 30 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yetkinlik yaşma çatmayan, xx.xx.2009-cu il təvəllüdlü baldızı qızı X4 otaqda tək olub, yataraq köməksiz vəziyyətindən istifadə etməklə sonuncunun tumanını əynindən çıxardıb sərtləşmiş cinsiyyət orqanını zərərçəkmiş şəxsə nümayiş etdirərək onu seksual fəaliyyəti müşahidə etməyə cəlb etmiş, sonra belindən və döş nahiyəsindən öpməsi nəticəsində sol döş vəzinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərin əmələ gəlməsinə səbəb olmaqla yetkinlik yaşma çatmayan zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Qara Qarayev küçəsi ünvansız fərdi yaşayış evində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur. Şəmkir şəhər sakini X13 ilə 2013cü il tarixdə ailə həyatı qurmuşdur. Onların evliliklərindən 2 övladı dünyaya gəlmişdir. Aytən 2023-cü ilin yanvar ayından 2-ci uşağa hamilə qalmış, hamilə olduğu üçün o, baldızı Turanədən xahiş etmişdir ki, həftənin sonlarında dərs olmadığı günlərdə qızları Nurgül və Xəzəngülü ona məxsus olan Şəmkir şəhəri, Qara Qarayev küçəsindəki ünvansız fərdi yaşayş evinə gələrək arvadı Aytənə ev işlərində köməklik etsin, baldızı Turanə onun dedikləri ilə razılaşaraq Nurgül və Xəzəngülü həftənin sonlarında daimi olaraq arvadı Aytənə ev işlərində köməklik etməyə razılaşmışdır. Arvadı Aytənin doğumu yaxınlaşdıqca Nurgül həftədə 3 gün falan qalıb arvadı Aytənə ev işlərində köməklik etmiş, tək Nurgül yox Xəzəngüldə müəyyən vaxtlarda gələrək qalıb arvadı Aytənə köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələridə arvadı Aytən bacısı Turanəyə zəng edərək evdə pərdələri yuyacağını bildirmiş və ona həmin vaxtı qızı Nurgül gələrək qalıb uşağa baxmağı üçün köməklik etməyini xahiş etmişdir. Turanə razılaşaraq Nurgülü və oğlu İslamı onların yaşadığları evə göndərmişdir. Həmin günü o özü Nurgül və İslamı öz avtomobili ilə yaşadıqları Şəmkir rayonu, Düyərli kənindən götürərək öz yaşadığı evə gətirmişdir. Onlar evə getdikdən sonra o, hamama girib çimdikdən sonra yemək yeyib televizora baxan zaman təxminən saat 02 radələrində Nurgülün yatdığı otaqdan səs gəldiyi eşitmiş, bu zaman onun otağına keçdikdə otaqda mobil telefonla kiminləsə danışdığını görüb bu vaxtı mobil telefonla kimləsə danışmağına əsəbləşərək öz istifadəsində olan ona verdiyi mobil telefonu alaraq yerə çıpmış, Nurgülün bu yaşda kimləsə mobil telefonda danışmasının yanlış bir şey olduğunu izah etmişdir. Sonra öz otağına keçərək yatmışdır. Sabahısı gün yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində arvadı Aytən ona zəng edərək bildirmişdir ki, bacısı qızı Nurgül zibil atmaq adı ilə evdən çıxmış və bir daha qayıtmamışdır. O, bundan narahat olub Şəmkir avtovağzalına gedərək axtarmağa başlamış, vağzalda tapa bilmədikdən sonra Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parka getdikdə təxminən 100 metr məsafədən Nurgülü görərək onu oxşatmışdır. Bundan sonra Nurgülü çağırdıqda qaçmağa başlamışdır. Nurgül qaçdıqda arxası ilə getmiş, lakin onu tapa bilməmişdir. Təxminən 10 dəqiqə parkda onu axtardıqdan sonra orada olan süni gölün yanına getdikdə polis əməkdaşları Nurgülün göldən çıxarılmasını bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Nurgülün ona qarşı belə bir böhtan atmağının səbəbi onun gecə vaxtı hər hansı bir şəxslə mobil telefonla danışmasını Nurgülün valideynlərinə deyəcəyimi bildirmiş və o da qorxaraq belə bir yola əl atmışdır. Nurgül Rzayevaya həmişə öz övladı kimi yanaşmış və ona qarşı heç bir seksual xaraketerli hərəkətlər etməmişdir. Ona görə də qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X10-qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə istintaqının əvvəlində ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs Oktay oğlu ilə qohum olmaqla xalası Aytənin əridir. Xalası Aytən hamilə olduğu üçün Təqsirləndirilən şəxs anasından xahiş etmişdir ki, həftənin sonlarında dərs olmadığı günlərdə o, xalası Aytənin yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsindəki evə gedərək xalasına ev işlərində köməklik etsin. X24 Rüstəmovun dedikləri ilə razılaşaraq onu həftənin sonlarında daimi olaraq xalasının yaşadığı evə göndərmişdir. Xalasının doğumu yaxınlışdıqca o, həftədə 3 gün falan qalıb olarda xalasına ev işlərində köməklik etmiş, həmçinin bacısı Xəzəngüldə onunla müəyyən vaxtlarda getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində o, sinif yoldaşları ilə danışan zaman Təqsirləndirilən şəxs onun telefonda onlayın olduğunu görüb ona zəng etmişdir. O, Təqsirləndirilən şəxs zənginə cavab vermədiyi üçün Təqsirləndirilən şəxs onun otağına gələrək, telefona baxıb kiminlə danışdığını soruşmuşdur. O, sinif yoldaşları ilə danışdığını bildirsədə, Tural onu qorxudaraq “atana deyəcəm oğlanlarla danışır” deyərək telefonu onun əlindən alıb qırmışdır. O da atasından qoruxduğu üçün səhərə yaxın evdən qaçmışdır. O, Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parka gələrək saat 06 radələrinə qədər orada qalmışdır və həmin vaxt Təqsirləndirilən şəxs gəldiyini görərək qorxub orada olan süni gölə yıxılmışdır. Sonrada o, Təqsirləndirilən şəxs atasına oğlanla danışdığını deyəcəyindən qoruxduğu üçün sonuncuya şər ataraq ona qarşı əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Zərərçəkmiş şəxs X10-məhkəmə baxışı iclasında təkrar dindirilərkən ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələridə xalası Aytən anasına zəng edərək evdə pərdələri yuyacağını bildirmiş və onun həmin vaxtı gələrək olarda qalıb uşağa baxmağa köməklik etməyini xahiş etmişdir. Anası razılaşaraq onu qardaşını onların yaşadığı evə göndərmişdir. Həmin günü Təqsirləndirilən şəxs özü qardaşı ilə onu götürərək öz evlərinə aparmışdır. Evə getdikdə yolda qardaşı üçün dönər almış, o isə istəməmişdir. Bundan sonra evə getmişlər, o həmin gecə onlarda ayran içmiş, ayran içdikdən sonra yuxusu gəlmişdir. Yuxusu gəldiyi üçün ağırlaşmış, buna görədə yatmışdır. xx.xx.2023-cü il tarixdə təxminən 02 radələrində yatarkən Təqsirləndirilən şəxs onun paltarını çəkərək sol döş nahiyyəsini əlləri ilə sıxaraq öz cinsiyyət orqanı çıxardaraq ona nümayiş etdirməsini görmüşdür. Təqsirləndirilən şəxs onun sol döşünü sıxdıqdan sonra belindən öpmüşdür. Onu üzərindən kənarə itələyərək qardaşını yuxudan durğuzmaq istəmiş, lakin qardaşı yuxudan ayılmamışdır. Bundan sonra xalasını durğuzmaq istəsədə, xalası Aytən yuxudan ayılmamışdır. Tural həyətə getmiş, o, öz otağında ağladıqdan sonra təxminən 20 dəqiqə falan sonra Tural ona zəng edərək onunla whatsapp proqramında görüntülü danışıb sinəsini göstərməyini boşalmaq istədiyini bildirmişdir. Tural hər dəfəsində whatsapp proqramında görünütülü yığsa da zənglərini rədd etmişdir. Bundan sonra dostu Elnur adlı şəxslə danışmağa başlamışdır. O, Elnurla “SNAPCAT” adlı sosial şəbəkdə tanış olmuşlar sonradan dost kimi whatsapp proqramında əlaqə saxlamışlar. O, Elnurla mobil telefon vasitəsi ilə danişarkən Təqsirləndirilən şəxs yataq otağına yenidən daxil olmuş, onun Elnur adlı dostu ilə danışmağını görərək mobil telefonunu qırmışdır. Bundan sonra otaqdan çıxaraq getmişdir. Onlar yatdıqdan sonra o, evdən qaçaraq oradan uzaqlaşmaq istəsədə evdən qaça bilməmiş, çünki gecə olduğu üçün qorxmuş, fikirindən daşınmışdır. Bundan sonra başına gələnlərdən sonra özünü öldürmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə xalasıgilin yaşadığı evdə çox adam olduğu üçün bunu etməyə şərait olmağını gördüyü üçün xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evə gəlməmiş, Təqsirləndirilən şəxs ona etdiyi seksual xarakterli hərəkətlər onu özünü öldürmək hədinə çatdırdığı üçün evdən qaçaraq Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parka gələrək orada olan süni gölə özünü atmaq qərarına gəlmişdir. Sonradan fikirindən daşınaraq bunu etmək istəməsədə gölün yanında ayağı büdrədiyi üçün suya yıxılmışdır. Orada suya yıxılandan sonra təxminən 2/3 dəqiqədən sonra orada olan şəxslər onu sudan çıxartmışlar. Daha sonra ərazidə xidmət aparan polis əməkdaşları həmin yerə gəlmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs onun arxasınca həmin yerə gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs qabaq hadisə yerinə gəlmiş, o, polislərə Təqsirləndirilən şəxs ona etdiklərini danışmışdır. Sonra Təqsirləndirilən şəxs və polislərlə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs Oktay oğlu bacısı Aytənin əridir. Aytən hamilə olduğu üçün Təqsirləndirilən şəxs həftənin sonlarında dərs olmadığı günlərdə qızı Nurgülü yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsindəki evə apararaq bacısına ev işlərində köməklik etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razılaşaraq qızlarını həftənin sonlarında daimi olaraq bacısı Aytənin yaşadığı evə göndərmişdir. 2023-cü ilin iyul ayının əvvələrində qızı Nurgül ad günündən sonra tarixini xatırlamadığı vaxtda həftə sonu bacısıgilə getmişdir. Həmin günü bacısı Aytənə ev işlərinə köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələridə bacısı Aytən ona zəng edərək evdə pərdələri yuyacağını bildirmiş və qızı Nurgülün həmin vaxtı gələrək onlarda qalaraq uşağa baxmağına köməklik etməyini xahiş etmişdir. O da razılaşaraq qızı Nurgül və oğlu İslamı onların yaşadığı evə göndərmişdir. Həmin günü Təqsirləndirilən şəxs qızı Nurgülü və oğlu İslamı götürərək öz evlərinə aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Şəmkir rayon polis şöbəsindən ona zəng olunanda bilmişdir ki, qızı Nurgül Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parka gedərək orada olan süni gölə yıxlmışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs qızı Nurgülə qarşı seksual xarakterli hərəkətlər etmiş, qızı Nurgül isə ona qarşı etdiyi hərəkətlər nəticəsində özünü öldürmək istəmiş, sonradan fikirini dəyşib gölün kənarından gedərəkən ayağı sürüşərək gölə yıxılmışdır. Nurgül göldən çıxarıldıqdan sonra ərazidə xidmət aparan polis əməkdaşlarını ora gəlmişlər və qızı Nurgül polislərlə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xalası Aytənin əridir. Xalası Aytən hamilə olduğu üçün Təqsirləndirilən şəxs anasından həftənin sonlarında dərs olmadığı günlərdə bacısı Nurgülün xalası Aytənin yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsindəki evə gedərək xalasına ev işlərində köməklik etməsini xahiş etmişdir. X24 Rüstəmovun dedikləri ilə razılaşmış və bacısı Nurgülü həftənin sonlarında daimi olaraq xalasının yaşadığı evə göndərmişdir. O, özüdə müəyyən vaxtlarda xalasının yaşadığı evə getmiş və xalasına ev işlərində köməklik etmişdir. 2023-cü ilin iyul ayının əvvələrində bacısı Nurgül ad günündən sonra tarixini xatırlamadığı vaxtda həftə sonu xalasıgilə getmişdir. Həmin günü xalasına ev işlərinə köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə o, xalası Aytənə köməklik etmək üçün onlara getmişdir. xx.xx.2023-cü il tarixdə o, xalası Aytəngildə olan zaman Əli dünya gəlmişdir. Uşaq dünyaya gəldikdən sonra təxminən 2-3 gün sonra o, Tural Rüsətmovun yaşadığı evdə nənəsi ilə qalmışdır. Həmin gecə Tural ondan yatdığı otağa gəlməyini istəmişdir. O, Turalın onu gecə yataq otağına çağırmasına görə ona həddini bildirmiş və birdə bu cür hərəkətlər edəcəyi təqdirdə bu barədə valideynlərinə bildirəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində xalası Aytən anasına zəng edərək evdə pərdələri yuyacağını və bacısı Nurgülün onlarda qalıb uşağa baxmağına köməklik etməsini xahiş etmişdir. Anası razılaşaraq bacısı Nurgülü qardaşı ilə birlikdə onların yaşadığı evə göndərmişdir. Həmin günü Təqsirləndirilən şəxs özü qardaşını və bacısını götürərək öz evlərinə aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində anası ona bacısı Nurgülün Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parkda yerləşən süni gölə yıxılmasını bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, Nurgülün özünü süni gölə atmasının səbəbi Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterili hərəkətlər etməsi olmuş, bacısı Nurgül əvvəlcə özünü gölə atmaq istəmiş, sonradan fikirindən daşınsada gölə yıxılmışdır. Ətrafdakı insanlar bacısı Nurgülü sudan çıxartdıqdan sonra ərazidə xidmət aparan polis əməkdaşları həmin yerə gəlmişdir. Bir qədər sonra həmin yerə Təqsirləndirilən şəxs gəlmişdir. Nurgül polis əməkdaşlarına Təqsirləndirilən şəxs ona etdiklərini danışmış və onlar polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına getmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs Oktay oğlu ilə bacanağıdır. Təqsirləndirilən şəxs arvadı Turanədən həftənin sonlarında dərs olmadığı günlərdə qızı Nurgülü yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsindəki evə apararaq baldızına ev işlərində köməklik etməsini xahiş etmişdir. X23 Rüstəmovun dedikləri ilə razılaşaraq qızlarını həftənin sonlarında daimi olaraq baldızının yaşadığı evə ona ev işlərində köməklik etməsi üçün göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində baldızı Aytən arvadı Turanəyə zəng edərək evdə pərdələri yuyacağını bildirmiş və qızı Nurgülün həmin vaxtı gələrək onlarda qalıb uşağa baxmağına köməklik etməyini xahiş etmişdir. Arvadı Turanə razılaşaraq qızı Nurgül və oğlu İslamı onların yaşadığı evə göndərmişdir. Həmin günü Təqsirləndirilən şəxs özü qızı Nurgülü və oğlu İslamı götürərək öz evlərinə aparmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində işdən çıxaraq evə gələrkən arvadı Turanə qızı Nurgülün Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parkda süni gölə yıxıldığını bildirmişdir. Nurgül süni gölə yıxıldıqadan təxminən 2/3 dəqiqədən sonra orada olan kənar şəxslər onu sudan çıxarmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Nurgül onlara Təqsirləndirilən şəxs etdiklərini danışmış, daha sonra qızı Nurgül polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinin inzibati binasına getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ekipaj yoldaşı Şahid3la birlikdə xidmətdə olarkən Şəmkir şəhərində yerləşən Heydər Əliyev adına parkda yerləşən süni gölün ətrafına insanların toplaşdığını görmüşlər. Onlar ətrafdakı insanlardan nə baş verməsini soruşduqda az yaşlı uşağın süni gölə yıxılmasını bildirmişlər. Bundan sonra onlar həmin yerə yaxınlaşdıqda az yaşlı qızı süni göldən çıxartdıqlarını görmüşlər. Qıza yaxınlaşaraq onun süni gölə yıxılmasının səbəbini soruşduqda, o, özünü təqdim edərək adının Nurgül olduğunu və xalasının əri olan Tural adlı şəxsin ona qarşı seksual xaraketrli hərəkətlər etməsini, həmin hərəkətlərə görə özünü öldürmək qərarına gəldiyini, sonra isə fikirindən daşınsada gölün yanında ayağı sürüşərək gölə yıxıldığını bildirmişdir. Nurgül Rzayev onlara baş verən hadisələri danışdıqda həmin yerə Tural adlı şəxsdə gəlmişdir. Onlar Tural adlı şəxsə yaxınlaşaraq onu və həmin azyaşlı qızı Şəmkir RPŞ-nin inzibati binasına gətirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 1543 nömrəli rəyindən görünür ki, X4 məhkəmə– tibbi ekspertizasına əsasən nəticəyə gəlir ki, onun bədən səthində aşkar edilmiş xəsarət-sol döş vəzinin qançırı-küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunan dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X6 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. X4 anus dəliyi nahiyyəsində anal dəlik vasitəsilə qeyri-təbbi yolla cinsi əlaqəni təsdiq edən əlaamətlər müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 1214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bolməsinin xx.xx.2023–cü il tarixli 16/978 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Oktay oğlua və X7 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi 1№-li cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs Oktay oğluna məxsus geyim əşyalarının üzərində X7 məxsus geyim əşyasının tərkibi liflərinə uyğun liflər yoxdur. X7 məxsus geyim əşyasının üzərində Təqsirləndirilən şəxs Oktya oğluna məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cu il tarixli 5/1418 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “HONOR X7” markalı “CMA-LX1” modelli “**********12960, **********12960” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “HONOR X7” markalı “CMA-LX1” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar (Zəng qeydləri, SMS mesallar, kontaktlar, foto, video, audio fayllar və s.) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-1418” adlı qovluqda üç ədəd “DVD-R” tipli diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “HONOR X7” markalı “CMA- LX1” modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, SMS mesallar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “Whatsapp Business”, “Tiktok” broqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmamışdır. Təqdim edilmiş “HONOR X7” markalı “CMA-LX1” modelli mobil smartfonun yaddaşında “Tural057,,” istifadəçi adı və “+994 50 338 30 39” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” proqram təminatında, “Tural057,,” istifadəçi adı və “+994 *** ** ** 39” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “AZEWhatsapp” proqram təminatında, “Facebook” sosial şəbkəsinə aid “Tural Rüstemov” adlı istifadəçi profilinin “Messenger” bölməsində, “aliqax rüsdemov” istifadəçi adı və “+994 50 338 30 39” abonent nömrəsi ilə “Telegram” platformasında qeydiyyatdan keçmiş istifadəçi profilində aparılmış məlumat mübadiləsi müəyyən edilsədə, rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş “HONOR X7” markalı “CMA-LX1” modelli mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsinə aid “tural_rustəmov333” adlı istifadə profili müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş X8 və xx.xx.2023-cü ildə anadan olmuş X17 adlı iki nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2009-cu ildə anadan olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatkik Ekspertizasının xx.xx.2023-cu il tarixli 38 nömrəli rəyindən görünür ki, X5 əsas fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraaq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, material üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bilmişdir. X5 fərdi psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafı və emosional halından aslı olaraq o, ona qarşı baş vermiş qanunazidd əməlin mahiyyətini dərk etmişdir. X1 başqalarının təsiri alıtnda qalmaq, baş vermiş hadisənin mahiyyəti üzrə fərlqi izahat vermək və ya yalan danışmağa meyilli deyildir. İşdə olan 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci ildən hərbi şəhərcikdə yaşayır. O, hərbi şəhərcikdə yaşadığı müddət ərzində həmişə özünü nizam-intizamlı aparmış, qonşularla, dostları ilə, ailəsi ilə həmişə mehriban münasibətdə olmuş, dostları və qonşular arasında hörmət qazanmışdır. O, hərbi şəhərcikdə gedən ictimai-siyasi tədbirlərdə həmişə yaxından iştirak edir, onun barəsində 3 nömrəli Mənzil-istismar sahəsinə yazılı və şifahi şikayətlər daxil olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini bildirsə də, iş üzrə zərərçəkmiş şəxs Nurgül Rzayeva və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə istintaqının əvvəlində təqsirlndirilən şəxsin ona qarşı hər hansı əxlaqsız hərəkətlər etmədiyini qeyd etsədə, zərər çəkmiş şəxs təkrar dindirilərkən təqsirləndirilən şəxsin ona qarşı əxlaqsız hərəkətlər etməsini təsdiq etmiş, eyni zamanda məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də dolayısı ilə olsada həmin halı təsdiq etmişlər. Həmçinin şahid qismində dindirilmiş X9 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, hətta Təqsirləndirilən şəxs ona qarşıda əxlaqsız hərəkətlər etmək niyyəti olmuşdur. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir . Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarında olan sübut əhəmiyyətinə malik olan sənədlər qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 153.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 13 oktyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Bundan başqa, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Həsənov Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 140,80 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 140.80 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-106/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-106/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver