Məhkəmə qərarları › İş №1(076)-107/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-107/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-107/2024 02.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1992–ci il tarixdə Rusiya Federasiyasının Umetsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, himayəsində üç nəfər azyaşlı uşaqları olan, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 10 dekabr 2023–cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə icarə əsasında şərik işlətdikləri kafenin gəlirini düzgün bölə bilməmələri səbəbindən bir–birlərinə qarşı nalayiq ifadələr işlətmələrinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarının içərisində olan kafenin mətbəğ otağında Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs boyun və bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq, ona boyunun sağ və sol yan səthinin sıyrıqları, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və boynunun ön səthinin yumşaq toxmalarının qançır və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs 2 ildir ki, tanıyır. 09 dekabr 2023–cü il tarixədək Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarında olan kafeni icarəyə götürərək işlətmişdir. Lakin 2023–cü ilin noyabr ayının sonlarında sözü gedən kafeni öz sahibinə təhvil vermək qərarına gəlmişdir. Həmin vaxt bu xəbəri eşidən Zərərçəkmiş şəxs onun işlədiyi kafeyə gələrək, onunla birgə həmin kafeni şərik işlətmək istməsini bildirmişdir. O da tək olduğu üçün Zərərçəkmiş şəxs ona etdiyi təklifi qəbul edib onunla razılaşmışdır. Təxminən 2023–cü ilin noyabr ayınan sonlarından Zərərçəkmiş şəxs ilə həmin kafeni şərik işlətməyə başlamışlar. 09 dekabr 2023–cü il tarixdə, saat 19 radələrində isə Zərərçəkmiş şəxs ilə sözü gedən kafedə əldə etdikləri gəlirləri ikisi arasında düzgün bölünməməsi səbəbilə aralarında dava–dalaş hadisəsi baş vermişdir. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə onun sol qulaq nahiyəsindən bir dəfə şilə zərbəsi ilə vurmuşdur. Bu səbəbdən də o, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. 10 dekabr 2023–cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs ilə yenidən kafedə əldə etdikləri gəliri ikisi arasında düzgün bölünməməsi səbəbilə kafenin mətbəx otağında onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Elçin onu vurmuş, o da əsəbiləşərək Zərərçəkmiş şəxs boyun nahiyəsindən əli ilə şillə vurub onun boğaz nahiyəsindən cırmışdır. Daha sonra həmin kafedə ofisiant kimi işləyən Şahid onları aralaşdırıb Zərərçəkmiş şəxs kafenin mətbəğ otağından çölə çıxartmışdır. Bununla belə özünü təqsirli hesab etmir. Belə ki, Elçinin qanunsuz hərəkəti nəticəsində məcbur olub onu vurmuşdur. Lakin hadisədən sonra zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Hazırda Elçini vurmasına görə əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir tanıyır. Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarında olan kafeni əvvəllər icarəyə götürüb işlətmişdir. O, da ara–sıra həmin kafeyə getmişdir. 2023–cü ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs sözü gedən kafeni işlədə bilməməsini və öz sahibinə təhvil vermək istəməsini ona demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs kafeni onunla köməkli işlətməsinin mümkün olmasını bildirərək, kafeni şərik işlətməyi ilə bağlı ona öz təklifini etmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Bununla da 2023–cü ilin noyabr ayının sonlarından o, Təqsirləndirilən şəxs ilə birlikdə kafeni təmizləyib lazım olan əşyaları alıb işə başlamışlar. Lakin 09 dekabr 2023–cü il tarixdə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun icazəsi olmadan şərik qazandıqları pulu götürməsi səbəbilə onlar arasında sözü gedən kafenin mətbəğ otağında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. 10 dekabr 2023– cü il tarixdə, saat 12 radələrində isə o, Təqsirləndirilən şəxs ayrılıb şərik işləməyə son qoymaq qərarına gəlmişdir. Həmin vaxt o, bu barədə Təqsirləndirilən şəxs bildirən zaman onlar arasında yenidən kafenin mətbəx otağında mübahisə baş vermiş, lakin həmin mübahisə dava–dalaş hadisəsinə çevrilmişdir. Dava–dalaş zamanı Təqsirləndirilən şəxs əli ilə onun boğaz nahiyəsindən cıraraq, boynundan 1 dəfə şillə ilə vurub onu uca səslə təhqir edən zaman kafedə ofisiant kimi işləyən Şahid hadisənin baş verdiyi yerə gəlib onu kafenin mətbəğ otağından çölə çıxartmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarında olan kafeni 09 dekabr 2023–cü il tarixədək icarəyə götürərək işlətmişdir. O, da sözü gedən kafedə həmin tarixədək ofisiant işləmişdir. Lakin 2023–cü ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs həmin kafeni bağlamaq qərarına gəlmişdir. Bu xəbəri eşidən Zərərçəkmiş şəxs onların işlədikləri kafeyə gələrək, Təqsirləndirilən şəxs ilə birgə həmin kafeni şərik işlətmək istəməsini bildirmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs ona etdiyi bu təklifi qəbul edib onunla razılaşmışdır. Təxminən 2023–cü ilin noyabr ayının sonlarından Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs həmin kafeni şərik işlətməyə başlamışlar. O, isə həmin kafedə ofisiant kimi işləmişdir. 09 dekabr 2023–cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs sözü gedən kafedə əldə edilən gəlirləri ikisi arasında düzgün bölünməməsi səbəbilə aralarında dava–dalaş hadisəsi baş vermişdir. Lakin həmin dava–dalaş hadisəsi zamanı o, kafenin böyük zalında olduğu üçün Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir–birlərini vurduqlarını görməmişdir. 10 dekabr 2023–cü il tarixdə, saat 12 radələrində isə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yenidən əldə edilən qazancın düzgün bölünməməsi səbəbilə kafenin mətbəx hissəsində dava–dalaş hadisəsi baş vermişdir. Həmin vaxt o, ucadan səs gəlməsini eşidib kafenin mətbəx otağına keçən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri ilə vurmasını görmüşdür. O, dərhal yaxınlaşıb Zərərçəkmiş şəxs kafenin mətbəx otağından çölə çıxartmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış haqqında 10 dekabr 2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarında olan kafenin mətbəx otağına baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 11 dekabr 2023–cü il tarixli 1449 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– boyunun sağ və sol yan səthinin sıyrıqları, boynunun ön səthinin yumşaq toxmalarının qançır və ağrı halında əzniyi, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin qançırı küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri 10 dekabr 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə boynunun ön səthinin yumşaq toxmalarının qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, boyunun sağ və sol yan səthinin sıyrıqları və sağ bazunun yuxarı üçdə birinin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020– ci il tarixli 1(076)–155/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 322.1–ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Tovuz RİHB–nin Dönük Qırıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Tovuz RİHB–nin Dönük Qırıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011–ci il təvəllüdlü Aygün, 2012–ci il təvəllüdlü Ayxan və 2021–ci il təvəllüdlü Qənbər adlı azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadləri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar