Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-108/2025 18.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir neçə ay əvvəl sosial şəbəkə vasitəsilə tanış olduqdan sonra aralarında yaranmış sevgi münasibətləri səbəbindən 03 avqust 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən evini könüllü olaraq tərk edərək Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evinə qonaq gələn Zərərçəkmiş şəxs ilə 04 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək olan müddət ərzində birgə yaşadıqları evin yataq otağında döşəmənin üzərində bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına və arxa keçəcəyinə daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması, arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin əmələ gəlməsi ilə nəticələnən onunla təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etməklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində anası Şahid1, bacısı X1, 3 və 2 yaşlı iki körpə övladı və bacısının 3 yaşlı övladı ilə birlikdə yaşayır, atası vəfat etmişdir. 2020-ci il tarixdə evlənmiş və təxminən 5-6 ay əvvəl boşanmışdır, həmin evlilikdən himayəsində olan iki övladı doğulmuşdur. Hazırda rəsmi iş yeri yoxdur, Şəmkir Səbət Bazarında fəhləlik edərək özünü və ailəsini dolandırır. 2024-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə “Snapchat” sosial şəbəkəsində təsadüfi olaraq Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət yazışmış və virtual olaraq aralarında sevgi münasibəti yaranmışdır. Telefonla sevgili kimi demək olar ki, hər gün Zəminə ilə danışmış, danışan zaman bir-birilərinə özləri barədə məlumatlar vermişlər, Zəminəyə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşadığını demişdir. Zəminə isə ona 17 yaşı olmasını demişdir. 02 avqust 2024-cü il tarixdə Zəminə ona zəng edərək valideynlərinin onu evdə incitməsini dedikdə o, Zəminəyə Şəmkirə gəlməsini və onunla evlənəcəyini demiş, Zəminə də razılaşmışdır. 03 avqust 2024-cü il tarixdə saat 07 radələrində Zəminə yenə ona “Snapchat” vasitəsilə zəng edərək evdən qaçmasını, Gəncə şəhərinə çatmasını və Şəmkir rayonu Çinarlı qəsəbəsinə gəldiyini demiş, o, isə valideynlərinin narahat olacağını dedikdə Zəminə onsuz da 18 yaşı tamam olmağa az qalmasını demişdir. Zəminə taksi ilə onların küçəsinə gəlmiş və onu qarşılamış, hətta gəldiyi taksiyə də 10 manat pul vermişdir. Zəminəni evə gətirib ailə üzvləri ilə tanış etmiş, anası Zəminədən valideynlərinin nömrəsini istəyərək onlara məlumat verməsini istəmiş, lakin Zəminə valideynlərinin nömrəsinin onda olmadığını demişdir. Bundan sonra Zəminə onların evində qalmağa başlamış, onun uşaqlarına özü baxacağını demiş, evlənmək və daha sonra valideynləri ilə barışmaq barədə planlar qurmuşlar. Zəminə ilə eyni otaqda yatmış, Zəminə divanda, o, isə çarpayıda, anası və bacısıgil isə digər otaqda yatmışlar. 04 avqust 2024-cü il tarixdə təxminən saat 23 radələrində Zəminə onunla cinsi əlaqədə olmaq istəmiş, ona valideynləri ilə danışmağı təklif etmiş, lakin o yenədə onunla cinsi əlaqədə olmaq istəmiş və onu öpərək ehtiraslandırmışdır. Bundan sonra Zəminənin təklifi ilə yerə, yəni döşəməyə yorğan salıb yorğanın üzərində Zəminə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, yəni öz sərtləşmiş cinsiyyət orqanını öz tüpürcəyi ilə isladaraq Zəminənin arxa keçəcəyinə daxil etmiş, təxminən 20 dəqiqə cinsi əlaqədə olduqdan sonra öz spermasını yerə tökmüşdür. Zəminə öz yerinə keçib yatmış, o, da öz çarpayısında yatmışdır. Bundan sonraki tarixlərdə də Zəminə ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bir dəfə isə təbii-yolla cinsi əlaqədə olmuşdur. Ümumilikdə Zəminə ilə 3 dəfə cinsi əlaqədə olmuşdur. Lakin dəqiq tarixləri xatırlamır. Onunla ilk iki dəfə qeyri-təbii yolla, bir dəfə təbii yolla cinsi əlaqədə olmuş və onun bakirəliyini pozmuşdur. Daha sonra isə polis əməkdaşları gələrək Zəminəni Bakı şəhərinə aparmışlar. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2024cü ilin iyul ayında Zəminə ilə “Snapçat” sosial şəbəkəsində tanış olmuş və ilk olaraq aralarında virtual sevgi münasibətləri yaranmış, bundan sonra 03 avqust 2024-cü il tarixdə Zəminə yaşadığı evdə valideynləri ilə mübahisə edib evdən çıxıb gəlmiş və həmin tarixdə saat 07 radələrində onun evinə gəlmişdir. Zəminə onlarla qaldığı bir həftə ərzində onunla üç dəfə cinsi əlaqədə olmuşdur. Həmin cinsi əlaqələrin ilk ikisində onunla qeyri-təbii yolla, bir dəfə isə təbii yolla olmuşdur. O, təbii yolla cinsi əlaqədə olan zaman Zəminənin bakirəliyini pozmuşdur. Zəminə öz könüllü razılığı ilə onunla cinsi əlaqədə olmuşdur və onun tərəfindən Zəminəyə qarşı heç bir təsir olmamışdır. Onun Zəminə ilə cinsi əlaqədə olmağından ikisindən başqa ailə üzvlərinin, anasının və bacısının xəbəri olmuşdur. Zəminə ona əvvəl gündən sonadək 17 yaşı olmasını demişdir. Hətta onun ailə üzvlərinə də bu barədə demişdir. Cinsi əlaqədə olan zaman o Firuzəyə zor tətbiq etməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Onun himayəsində olan azyaşlı uşaqları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Pirəkəşkül Çaylı kəndində atası Şahid2, anası Qanuni nümayəndə, 15 yaşlı qardaşı və 5 yaşlı bacısı ilə birlikdə yaşayır, Laçın rayon, H.Qorçuyev adına tam orta məktəbdə 10-cu sinifdə oxuyur. Mahiyyət üzrə bildirmişdir ki, 2024-cü ilin iyul ayında Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə parkda olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt Hüseyn ona yaxınlaşaraq ona tanışlıq təklif etmiş və əlaqə vasitəsi istəmiş, o, da “Snapchat” sosial şəbəkədə səhv etmirsə “Zema” adlı profilini demiş və o, çıxıb getmişdir. Hüseyn həmin gün ona yazmış, birlikdə “online” oyun oynamış və aralarında səmimiyyət yaranmış, bir neçə gün yazışdıqdan, bir-birinə şəkillərini atdıqdan sonra Hüseyn ona sevgi etirafı etmişdir. Onlar virtual olaraq sevgili olmuşlar və sevgili kimi demək olar ki, hər gün yazışmağa, videogörüntülü danışmağa başlamışlar. Onların danışıqları ancaq “Snapchat” sosial şəbəkəsi vasitəsilə olmuşdur. Hüseyn ona özü barədə məlumatları verərkən Şəmkir rayonu, Çinarlı qəsəbəsində anası, bacısı və bacısı uşaqları ilə birlikdə yaşamasını, subay olmasını, meyvə-tərəvəz satmasını demişdir. Həmçinin Hüseyn onunla evlənmək istədiyini də demişdir. O, isə Hüseynin sözlərinə inanmışdır. O, da Hüseynə 15 yaşı olmasını demiş, Hüseyn isə heç bir problem olmamasını demişdir. 02 avqust 2024-cü il tarixdə yaşadığı evdə anası Qanuni nümayəndə ilə arasında balaca bacısının üstünə qışqırdığı üçün sözlə mübahisə yaranmış, bu barədə Hüseynə danışdıqda Hüseyn ona çıxıb onlara gəlməyi, onunla evlənəcəyini demiş və ona inanmışdır. 03 avqust 2024-cü il tarixd evdə valideynlərinə “məni yalandan axtarmayın, sevdiyim məni gəldi apardı, axtarsanız da tapa bilmiyəssiniz” yazıb məktub qoymuş və yaşadığı evdən çıxmışdır. Məqsədi Şəmkir rayonuna, Hüseynin evinə gəlmək olmuş, bu barədə Hüseynə də demiş, Hüseyn də olara gəlməyini demişdir. Kənddən çıxıb taksi ilə Bakı şəhərinə getmiş və “Şamaxinka” deyilən yerdə düşmüşdür. Evdən çıxan zaman üzərimdə 30 manat pulu olmuşdur. Saat 03 radələrində Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə taksiyə əyləşmiş, hətta taksi sürücüsü ilə də Hüseyn danışmış, onu Şəmkir rayonu Çinarlı qəsəbəsinə gətirməyini demiş, qiyməti isə 25 manata danışmışdır. O, yola çıxmış və saat 08 radələrində Şəmkir rayonu Çinarlı qəsəbəsində Hüseyngilin evinin yaxınlığında düşmüş, Hüseyn onu qarşılayıb evinə aparmışdır. O, onlara çatdıqda onun anası və bacısı ilə görüşmüşdür. Hüseyn onlarla tanış etmişdir. O, orada qalmağa başlamışdır. Hüseyngildə 3 uşaq olmuş və Hüseyn ona uşaqların boşanmış bacısı Səbinənin uşaqları olmasını demiş, o, da ona inanmışdır. Hüseyn ona təxminən bir-iki ay sonra toy edəcəyini demişdir. Hüseyn də, anası və bacısı da onun 15 yaşı olmasını bilmişdir. Hətta Hüseynin anası onun yaşını bilərəkdən qohumlarına 17 demişdir. Gəldiyi gün, Hüseynin anası və bacısı ilə bir otaqda, Hüseyn isə digər otaqda qalmışlar. 04 avqust 2024-cü il tarixdə Hüseyn ona “mənə sevgini sübut elə, bir yerdə olaq” demişdir. Həmin gün axşam saat 23 radələrində Hüseynin israrla onunla cinsi əlaqədə olmaq istəməsini görüb razılaşmış və döşəməyə döşək sərmişlər. Hüseyn onun polis tərəfindən axtarılacağından qorxduğu üçün onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş və o, da razılaşmışdır. Onlar birlikdə sevişmişdir, Hüseyn bədənindən və döşlərindən öpərək onu ehtiraslandırdıqdan sonra üzü-üstə uzatmış və üstündə uzanaraq öz sərtləşmiş cinsiyyət orqanını onun arxa dəlik nahiyyəsinə salmış, təxminən 3-5 dəqiqə cinsi əlaqədə olduqdan sonra öz spermasını yerə tökmüşdür. Bundan sonra isə onlar qucaqlaşaraq yatmışlar. Növbəti gün, 05 avqust 2024-cü il tarixdə gündüz vaxtı da Hüseyn onunla cinsi əlaqədə olmaq istəmiş və o, da razılaşmışdır. Həmin gün günorta saatlarında Hüseynlə evdə tək qalmış, yataq otağında yerdə eyni qaydada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin gün axşam saat 23 radələrində Hüseyn ona artıq polislərin onu axtarmadığını deyərək onunla təbii yolla cinsi əlaqədə olmaq istəmiş, o, da razılaşmış, həmin vaxt da onlar sevişmiş, Hüseyn onu öpmüş, nəvaziş göstərərək ehtiraslandırmış, o, arxası üstə uzanmış, Hüseyn də diziüstə duraraq ayaqlarının arasında durmuş, öz sərtləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmiş və həmin anda bakirəliyi pozulmuş, cinsiyyət orqanı qanamışdır. Cinsi əlaqədə olmuş və spermasını daxilinə axıtmışdır. Cinsi əlaqə yekunlaşdıqdan sonra anası həmin otağa gəlmiş və qan olmuş yataq örtüyünü götürmüşdür. Hətta Hüseynin anası Mərizə ona el adəti olaraq qəbul etdiyi ağ xələt geyindirmiş və bunu bakirəliyi pozulduğu üçün etdiyini demişdir. Həmin gecəni də birlikdə yatmışlar. 06 avqust 2024-cü il tarixdə günorta saatlarında Hüseyn onunla söhbət edərək əvvəllər evlənib boşandığını, evdə olan körpə uşaqların ikisinin onun uşağı olmasını etiraf etmişdir. Bundan sonra Hüseynə çıxıb Bakıya getmək istədiyini demiş, lakin Hüseyn onunla xoş danışıb uşaqlara onsuz da anası baxacağı və sair sözlər deyib onu razı salmağa çalışmışdır. Bundan sonraki müddətdə 11 sentyabradək Hüseyngildə olmuş və demək olar ki, hər gün Hüseynlə təbii yolla cinsi əlaqədə olmuşdur. Bəzən fürsət olduqca gündüzlər də onunla cinsi əlaqədə olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə isə polis əməkdaşları onlara gəlmiş və onun evinə aparmışlar. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, ona qarşı valideynləri və başqası tərəfindən heç bir təzyiq göstərilməmişdir. O, sadəcə anası ilə mübahisə etdiyi üçün ona acıq edib evdən qaçmış, həm də ki, Hüseynlə sevgili olmuş və onunla evlənəcəyi barədə vədlər verdiyi üçün inanmışdır. Məqsədi Hüseynlə evlənmək olmuşdur. Hüseyn yalan deyir, ona əvvəl gündən xx.xx.2009-cu il təvəllüdlü olmağı, yəni 15 yaşı olmasını demişdir. O, ilk Hüseynlə cinsi əlaqədə olmuşdur. İlk dəfə bakirəliyini Hüseyn pozmuşdur. O, Hüseynlə 04 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək, sonuncu dəfə 10 avqust 2024-cü il tarix olmaqla cinsi əlaqədə olmuşdur. O, ilk dəfə Hüseyn ilə cinsi əlaqədə olmaq istəməmiş, Hüseyn ona “mənə sevgini sübut elə” deyərək onu razı salmışdır. Sonraki dəfələrdə də öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Hüseyn onun bakirəliyini öz razılığı ilə pozmuşdur. Hüseynin anası Mərizə də, bacısı Səbinə də onun 15 yaşı olmasını bilmişdir. Hüseynin onunla cinsi əlaqədə olmağını isə onların hər ikisi bilmiş, hətta ilk dəfə 06 avqust 2024-cü il tarixdə bakirəliyi pozulduqdan sonra Hüseynin anası Mərizə qan olmuş yataq örtüyünü götürmüş və ona da el adəti olaraq ağ xələt geyindirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olması, Səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Pirəkəşkül Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi iş yeri yoxdur, günəmuzd olaraq istixanalarda fəhləlik edir. xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun övladıdır. Zəminə Laçın rayonu, H.Qorçuyev adına tam orta məktəbdə 10-cu sinifdə oxuyur. 03 avqust 2024-cü il tarixdə səhər saatlarında yuxudan qalxdıqda qızı Zəminənin evdə olmamasını görmüşdür. Zəminə öz çarpayısının üstündə sevdiyi oğlanla qaçması və onu axtarmamaları barədə məktub qoymuşdur. Bundan sonra əri İbrahimlə birlikdə polisə müraciət etmiş və təxminən 8 gün polislər qızını axtarmışlar. Zəminənin kimləsə qaçması barədə heç bir məlumatı olmamışdır, çünki onun mobil telefonu olsa da telefonda sim olmamışdır. 11 sentyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən qızı Şəmkir rayonu Çinarlı qəsəbəsində Hüseyn adlı əvvəlcədən tanımadığı şəxsin evində tapılmışdır. Onlara məlum olmuşdur ki, qızı Hüseynin onunla evlənəcəyi barədə vədlərinə inanaraq 03 avqust 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Hüseynin evinə getmiş, həmin müddətdə orada qalmış və Hüseyn onun 15 yaşı olmasını bilə-bilə onunla dəfələrlə cinsi əlaqədə olmuş, qızının bakirəliyini pozmuşdur. Məhkəmə iclasın Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, Pirəkəşkül Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, “X5” MMC-də qazamatçı köməkçisi olaraq işləyir. xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun övladıdır. Zəminə Laçın rayonu, H.Qorçuyev adına tam orta məktəbdə 10-cu sinifdə oxuyur. 03 avqust 2024-cü il tarixdə səhər saatlarında arvadı Lumu ilə yuxudan qalxdıqda qızı Zəminənin evdə olmamasını görmüşdür. Zəminə öz çarpayısının üstündə sevdiyi oğlanla qaçması və onu axtarmamağı barədə məktub qoymuşdur. Bundan sonra əri polisə müraciət etmişdir və təxminən 8 gün polislər qızını axtarmışdır. Zəminənin kimləsə qaçması barədə heç bir məlumatı olmamış, çünki onun mobil telefonu olsa da telefonda sim kart olmamışdır. 11 sentyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən qızı Şəmkir rayonu Çinarlı qəsəbəsində Hüseyn adlı əvvəlcədən tanımadı şəxsin evində tapılmışdır. Onlara məlum olmuşdur ki, qızı Hüseynin onunla evlənəcəyi barədə vədlərinə inanaraq 03 avqust 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Hüseynin evinə getmiş, həmin müddətdə orada qalmış və Hüseyn onun 15 yaşı olmasını bilə-bilə onunla dəfələrlə cinsi əlaqədə olmuş, qızımın bakirəliyini pozmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Şəhriyar küçəsində oğlu Təqsirləndirilən şəxs tutulanadək onunla, onun iki körpə uşağı, qızı Şahid3 və onun bir körpə uşağı ilə birlikdə yaşayır, əri vəfat etmişdir, rəsmi iş yeri yoxdur, fərdi olaraq qadın bərbəri işləyir. Mahiyyət üzrə bildirmişdir ki, oğlu Hüseyn 2020-ci il tarixdə evlənmişdir, təxminən bir ildir ki, boşanmışdır, həmin evlilikdən iki övladı olmuşdur və həmin uşaqlara hazırda o, baxır. 2024-cü ilin iyul ayı ərzində Hüseynin mütəmadi olaraq telefonla danışmasını görmüş, Hüseyn ona qız istədiyini deyərək elçi getməyini istəmiş, o, isə çox da reaksiya verməyərək pulu olanda gedəcəyini demişdir. 03 avqust 2024-cü il tarixdə səhər saatlarında Hüseyn duraraq qızın zəng edib gəldiyini demiş, o, təəcüblənmişdir. Həmin vaxt oğlu evə Zəminə adlı qız gətirmiş, ona məlum olmuşdur ki, Zəminə oğlu ilə telefonla danışıb sevgili olmuş və evdən çıxıb qaçaraq onlara gəlmişdir. O, Zəminədən yaşını və valideynlərinin bilib-bilməməsini, haradan olmasını soruşduqda o, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən evini tərk edərək Hüseynin yanına gəlməsini, 18 yaşı olmasını, valideynlərindən gizlətdiyini bildirmişdir. Həmin qız onlarla yaşamağa başlamış, onun valideynlərinə xəbər etməyi təklif etmiş, lakin o, razılaşmamışdır. Onların evi iki otaqlıdır, həmin gün otağın birində qızı ilə o, digərində isə Zəminə ilə Hüseyn qalmışdır. Lakin onlara bir yerdə olmağa icazə verməmiş, bunun səbəbi isə Zəminənin valideynlərinin mövqeyini bilməməyi olmuşdur. Həmin gecə bir yerdə olmamışlar. Onlar 4 gün bir yerdə olmamışlar, 3-4 gün sonra onlar əl çəkmədikləri üçün onların cinsi əlaqədə olmalarına icazə vermişdir. Lakin tarixləri dəqiq xatırlamır. Həmin gün Hüseynin otağında yerdə döşək salmış və həmin döşəyin üstünə də yataq dəsti salmışdır. Həmin axşam onlar bir yerdə olmuşlar və onların cinsi əlaqədə olması zamanı Zəminənin ağrıdan olan qışqırıq səsini eşitmişdir. Bir neçə dəqiqə sonra Hüseyn otaqdan çıxmış və onun kefsiz olmasını gördükdə nə olmasını soruşduqda Zəminənin qız uşağı olmamasını demiş, o, Zəminənin yanına gəlmiş və yataqda da həqiqətən qan olmamasını görmüş, ondan soruşduqda ona guya utanaraq “mən qız uşağıyam” demişdir. Daha sonra ona qız uşağı olmasa da qəbulu olmasını demişdir. Başqa vaxt onların cinsi əlaqədə olmaları barədə heç bir məlumatı olmamışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zəminə yalan deyir, Zəminə yaşını ona əvvəlcə 18, Hüseynlə birlikdə olduqdan sonra 17 olmasını demişdir. Onun 17 yaşı olmasını zənn etmişlər. Zəminə ilə oğlu Hüseyn cinsi əlaqədə olmuşlar, həqiqətən də 06 avqust 2024-cü il tarixdə onlar üçün yer sərmiş və Hüseynlə Zəminə cinsi əlaqədə olmuşlar, lakin Zəminə yalan deyir, o, həmin vaxt bakirə olmamışdır. Çünki onların üzərində uzandığı yataq dəstində qan ləkəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Şəhriyar küçəsində anası Şahid1, qardaşı Təqsirləndirilən şəxs tutulanadək onunla, onun iki körpə uşağı, 3 yaşlı oğlu ilə birlikdə yaşayır, evli olub boşanmış, həmin evlilikdən olan bir övladı onun himayəsində yaşayır. Mahiyyət üzrə bildirmişdir ki, qardaşı Hüseyn 2020-ci il tarixdə evlənmiş, təxminən bir ildir ki, boşanmışdır, həmin evlilikdən iki övladı olmuşdur və həmin uşaqlara hazırda onlar baxır. 2024-cü ilin iyul ayı ərzində Hüseynin mütəmadi olaraq telefonla danışmasını görmüş, 03 avqust 2024-cü il tarixdə səhər saatlarında Hüseyn duraraq qızın zəng edib gəldiyini demiş, o, təəcüblənmişdir. Həmin vaxt Hüseyn evə Zəminə adlı qız gətirmiş, ona məlum olmuşdur ki, Zəminə Hüseynlə telefonla danışıb sevgili olmuş və evdən çıxıb qaçaraq onlara gəlmişdir. Onlar Zəminədən yaşını və valideynlərinin bilib-bilməməsini, haradan olmasını soruşduqda o, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən evini tərk edərək Hüseynin yanına gəlməsini, 18 yaşı olmasını, valideynlərindən gizlətdiyini bildirmişdri. Həmin qız onlarla yaşamağa başlamışdır. Onlar ona valideynlərinə xəbər etməyi təklif etmiş, lakin o, razılaşmamışdır. Onların evi iki otaqlı evdir, həmin gün otağın birində anası ilə o, digərində isə Zəminə ilə Hüseyn qalmışdır. Lakin anası onlara bir yerdə olmağa icazə verməmiş, bunun səbəbi isə Zəminənin valideynlərinin mövqeyini bilməmələri olmuşdur. 3-4 gün sonra onlar əl çəkmədikləri üçün anası onların cinsi əlaqədə olmalarına icazə vermiş, həmin gün Hüseynin otağında yerdə döşək salmışlar və həmin döşəyin üstünə də yataq dəsti salmışlar. Həmin axşam onlar bir yerdə olmuşlar və onların cinsi əlaqədə olması zamanı Zəminənin ağrıdan olan qışqırıq səsini eşitmişdir. Bir neçə dəqiqə sonra Hüseyn otaqdan çıxmış və onun kefsiz olmasını gördükdə nə olmasını soruşduqda Zəminənin qız uşağı olmamasını demiş, Zəminənin yanına gəlmişlər və yataqda da həqiqətən qan olmamasını görmüşlər, ondan soruşduqda guya utanaraq “mən qız uşağıyam” demişdir. Daha sonra ona qız uşağı olmasa da qəbul olmasını demişlər. Başqa vaxt onların cinsi əlaqədə olmaları barədə heç bir məlumatı olmamışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zəminə yalan deyir, o, yaşını əvvəlcə 18, Hüseynlə birlikdə olduqdan sonra 17 olmasını demişdir. Onun 17 yaşı olmasını zənn etmişlər. Zəminə ilə qardaşı Hüseyn cinsi əlaqədə olmuşlar, həqitən də 06 avqust 2024-cü il tarixdə onlar üçün yer sərmişlər və Hüseynlə Zəminə cinsi əlaqədə olmuşlar, lakin Zəminə yalan deyir, o, həmin vaxt bakirə olmamışdır. Çünki onların üzərində uzandığı yataq dəstində qan ləkəsi olmamışdır. Həmin cinsi əlaqə zamanı da Zəminə guya bakirəliyinin pozulması ilə bağlı ağrıdan qışqırmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 12 avqust 2024-cü il tarixli, 357 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bazunun bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti müayinədən 7-9 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftəyə qədərdir. Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatından götürülmüş tampon və yaxmanın məhkəmə-tibbi bioloji nəticəsində spermatozoidlər aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 17 oktyabr 2024-cü il tarixli, 1028 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 19 noyabr 2024-cü il tarixli, 865 saylı rəyindən görünür ki, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olması müəyyən edilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilmişdir. O, olmuş hadisəni özündən uydurmaya meyilli deyildir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs davranışında aqressivlik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı göstərilən davranışları törədilərkən adı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı güclü ruhi həyacan ( affekt ) vəziyətində olmamışdır ( keçirməmişdir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-140/2024 saylı qərarından görünür ki, xx.xx.2001-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyytada olmaqla yaşayan və Azərbaycan Respublikası CM–nin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay, 21 (iyirmi bir) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, Həbsə alınmanın əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs qeyd olunan maddəsilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəllərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir) və təyin olunacaq cəzanın onun islah olunmasına nəzərə alınmaqla, ona həmin maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını mümumi cəzaşçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM 132.0.3). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-108/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-108/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver