Məhkəmə qərarları › İş №1(076)-109/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-109/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-109/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1953–cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni–Həyat kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 fevral 2023–cü il tarixdə saat 20 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində “X6” Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinin 4–cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan AA № 958954 seriyalı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən X1 adına olmaqla xx.xx.2009–cu il tarixli etibarnamə əsasında faktiki olaraq öz sahibliyində olan, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ–21150” markalı 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin mərkəzi istiqamətindən Gədəbəy rayonu istiqamətinə geriyə manevr edərək hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 42–ci maddəsinin 13–cü hissəsinin tələblərinə riayət etməli olduğu halda yəni, nəqliyyat vasitəsini geriyə hərəkətinə icazə verilərkən bu manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmaması şərtlərini pozaraq, lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyərək yol hərəkəti qaydalarını pozaraq hərəkətini geriyə doğru davam etdirib öz hərəkət istiqamətində Şəmkir rayonu, Yeni–Həyat kəndində yaşayan Şahid1 BD–301–928 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus idarə etdiyi “VAZ–21074 markalı, 57–CJ–197 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə idarə etdiyi avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ alın gicgah nahiyəsinin dərialtı hemotoması, üst dodağın selikli hissəsinin əzilmiş yarası, baş beyinin sağ alın payında subdural hemotoması ilə müşaiyət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri yetirərək sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol–nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 21015” markalı 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobili vardır, lakin həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Belə ki, həmin avtomobili etibarnamə əsasında idarə edir. 26 fevral 2023–cü il tarixdə saat 20 radələrində Şəmkir şəhərində yaşayan qohumunun yas mərasimindən çıxıb arvadı Zərərçəkmiş şəxs ilə birlikdə özünə məxsus “VAZ 21015” markalı avtomobillə evə gedən zaman arvadı Zərərçəkmiş şəxs avtomobilin qabaq oturacağında əyləşmiş, o isə avtomobili idarə etmişdir. Avtomobildə onlardan başqa heç kim olmamış, o, özünə məxsus avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin hərəkət zolağında avtomobilin dayanmasını görüb avtomobilin hərəkət sürətini yavaşlatmışdır. Qarşıda dayanan avtomobil nasazlıq səbəbindən işə salına bilmədiyi üçün o, arxaya avtomobili idarə edib həmin maneəni keçərək yoluna davam etmək istəmiş, idarə etdiyi “VAZ 21015” markalı 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobili arxaya idarə edən zaman “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus avtomobillə arxa hissədən toqquşmuş, avtomobillər toqquşan zaman arvadı Zərərçəkmiş şəxs baş nahiyəsi idarə etdiyi avtomobilin tarpedasına dəyərək xəsarət almışdır. O, arvadı Zərərçəkmiş şəxs xəsarət aldığını görüb onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və müayinə edilmişdir. Əlavə olaraq qeyd edir ki, idarə etdiyi “VAZ 21015” markalı, 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş, hadisə baş verən vaxt onun idarə etdiyi avtomobilin sürəti 20 km/saat olmuşdur. Hazırda sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Həmçinin, Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirmişdir ki, baş vermiş yol–nəqliyyat hadisəsi onun arxasında olan “VAZ 21074” markalı 57–CJ– 197 dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin yüksək olması səbəbindən baş vermişdir. Belə olan halda özünü yalnız sürücülük hüququ olmadan avtomobil idarə etməkdə təqsirli hesab edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri Təqsirləndirilən şəxs məxsus “VAZ 21015” markalı 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Lakin əri Təqsirləndirilən şəxs həmin avtomobili etibarnamə əsasında idarə edir. 26 fevral 2023–cü il tarixdə saat 20 radələrində Şəmkir şəhərində yaşayan qohumunun yas mərasimindən çıxıb əri Təqsirləndirilən şəxs məxsus avtomobillə evə gedən zaman o, avtomobilin qabaq oturacağında əyləşmiş, əri Təqsirləndirilən şəxs isə avtomobili idarə etmişdir. Avtomobildə onlardan başqa heç kim olmamış, əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman idarə etdiyi avtomobilin hərəkət zolağında başqa avtomobilin dayanmasını görüb avtomobilin hərəkət sürətini yavaşlatmış, qarşıda dayanan avtomobil nasazlıq səbəbindən işə salına bilmədiyi üçün əri Təqsirləndirilən şəxs arxaya avtomobili idarə edib həmin maneəni keçərək yoluna davam etmək istəmiş, əri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobili arxaya idarə edən zaman “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobil əri Təqsirləndirilən şəxs məxsus avtomobillə arxa hissədən toqquşmuş, avtomobillər toqquşan zaman onun baş nahiyəsi əri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin tarpedasına (qabaq şit hissə) dəyərək xəsarət almışdır. Ərim Təqsirləndirilən şəxs onun xəsarət aldığını görüb onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2023–cü il tarixdə saat 20 radələrində özünə məxsus “VAZ 21074” markalı 57–CJ–197 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən onun hərəkət istiqamətində “VAZ 21015” markalı avtomobilin arxaya hərəkət etdiyini təxminən 10–15 metr məsafədən görmüş, o, əyləc sistemini işə salaraq avtomobili dayandırmaq istəmiş, lakin avtomobil dayanmayıb həmin avtomobilin arxa hissəsindən öz avtomobili ilə toqquşmuş, toqquşma nəticəsində “VAZ 21015” markalı avtomobilin arxa hissəsi və onun avtomobilinin qabaq hissəsinə ziyan dəymişdir. Həmin vaxt o, avtomobildən düşən zaman “VAZ 21015” markalı avtomobildə bir nəfər, sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı sərnişin qadının xəsarət aldığını görmüş, həmin qadının xəstəxanaya yerlşdirilməsi üçün onların yanına gəlmiş, həmin qadına həkimlər tərəfindən ilkin tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə zamanı o, xəsarət almamış, hadisə baş verən vaxt onun idarə etdiyi “VAZ 21074” 57–CJ–197 dövlət qeydiyyat nişanlı avtomobilin sürəti 50–60 km/saat olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin DYPB–nin inspektoru vəzifəsində xidmət edir. 26 fevral 2023–cü il tarixdə 20 radələrində dislokasiya üzrə Şəmkir şəhəri ərazisində xidmət yoldaşı Şahid3 ilə xidmətdə olan zaman rayon polis şöbəsinin növbətçi hissəsindən radiostansiya vasitəsi ilə şəhərin S.Vurğun küçəsində yol–nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışdır. Dərhal Şahid3la birlikdə xidməti avtomobillə hadisənin baş verdiyi S.Vurğun küçəsinə getmiş, hadisə yerinə gəlib çatan zaman “VAZ 21015” markalı 10–NA– 615 dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21074” markalı avtomobilin toqquşduğunu görmüş, hadisə yerində hadisəni öyrənən zaman ona “VAZ 21015” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 21015” markalı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman hərəkəti istiqamətində digər avtomobilin nasazlıq səbəbindən dayanması nəticəsində avtomobili saxlayıb geri hərəkət edərək həmin maneəni keçmək istəyən zaman arxadan hərəkətdə olan “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gəlib Sabirə məxsus “VAZ 21015” markalı avtomobilin arxa hissəsindən vurması məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus “VAZ 21015” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşlər. Sərnişin Zərərçəkmiş şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılmış, sonra polis şöbəsinin TB–nin təhqiqatçısı tərəfindən hadisə yerinin sənədləşdirilməsi aparılaraq hadisə yerinin fotoşəkilləri çəkilmiş və sənədləşdirmə qurtardıqdan sonra onlar tərəfindən hər iki avtomobil Şəmkir RPŞ–nin avtomobil duracağına yerləşdirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin DYPB–nin əməkdaşı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 26 fevral 2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir şəhəri, S.Vurğun küçəsində hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 27 mart 2023– cü il tarixli 295 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ alın gicgah nahiyəsinin dərialtı hemotoması, üst dodağın selikli hissəsinin əzilmiş yarası, baş beyinin sağ alın payında subdural hemotoması küt əşyaların təsirindən törənmişlər, yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri xx.xx.2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 10 aprel 2023–cü il 8/839 nömrəli rəyindən görünür ki, “VAZ 210150” minik markalı, 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərətkəri haqqında” Azərbaycan Respublikası Qanununun 42–ci maddəsinin 13–cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 210150” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6 “Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinin 4– cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ 21074” markalı 57–CJ–197 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan 26 fevral 2023–cü il tarixli 60 saylı sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Cinayət işinin materiallarında olan və Şəmkir Rayon Polis Şöbəsinin 13 yanvar 2024–cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Yeni–Həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadləri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «X6» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 42–ci maddəsinin 13–cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 210150” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6 “Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinin 4–cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «X6» Azərbaycan Respublikası Qanununun 42–ci maddəsinin 13–cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin Qanunun 33–cü maddəsinin 4–cü hissəsinin tələbinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 06 ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan “VAZ 210150” markalı, 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263– 1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “VAZ 210150” markalı, 10–NA–615 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar