Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-11/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anada olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəmkir rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01 sentyabr 2020-ci il tarixdən başlayaraq 10 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2020-ci il tarixli 2(044)-2594/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şəmkir Rayon Məhkəməsi tərəfindən 03 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 mart 2022-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 2690,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnın 306.1-cı maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, 06 fevral 2014-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 10 dekabr 2014-cü il tarixdə Əsnad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan 10 iyun 2020-ci 11 tarixdə Günay uşağı götürüb ata evinə qayıtmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Günay aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 01 sentyabr 2020-ci 1 tarixdən başlayaraq 10 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 16000 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 01 oktyabr 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə inzibati qaydada həbs edilmişdir. Lakin müəyyən edilmiş aliment məbləği həddindən artıq çox olduğundan həmin məbləği ödəməyə maddi imkanı çatmamışdır. Hazırda zərəçəkmiş şəxsə olan aliment borcunu ödəmişdir. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, həqiqətən o, 06 fevral 2014-cü idə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 10 dekabr 2014-cü il tarixdə Əsnad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan 10 iyun 2020-ci il tarixdə uşağıda götürüb ata evinə qayıtmışdır. Ayrı yaşadıqları müddətdə Xalid uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin barışıb bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Buna görə də aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 01 sentyabr 2020-ci il tarixdən başlayaraq 10 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 01 oktyabr 2020-ci il tarixli qətnamə çıxarmışdır. Həmin vaxtdan iki ilə yaxın müddətin keçməsinə baxmayaraq Xalid məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Halbuki, Xalid fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, aralarında olan münasibətlərə görə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Həmçinin uşaq anadangəlmə bağırsaqkeçməzliyi xəstəliyindən əziyyət çəkir və buna görə onu müətəmadi olaraq müalicə etdirir. Bu da xeyli əlavə vəsait tələb edir. Özü işləmədiyimdən təkbaşına uşağa baxmaqda çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs Məhəmməd oğlu ona olan aliment borcunu ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 01 sentyabr 2020-ci il tarixdən başlayaraq 10 dekabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlaılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə 12 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası üçün borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldə biləcək əmlak və gəlirlərinin olub olmamasını müəyyən etmək məqsədilə müvafiq sorğular verilmiş, nəticədə hər hansı əmlak və ya gəlirləri aşkar edilməmişdir. Borclu icra qurumuna çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu maddi imkansızlığını əsas gətirərək ödəniş etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 3(076)-199/2021 saylı qərarına əsasən X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibatı məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Həmçinin alimenti ödəməsi üçün borcluya vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. İcra tədbirləri çərçivəsində borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi məqsədilə 21 saylı Ərazi Məşğulluq filialına müraciət edilmişdir. Müraciətləri əsasında borcluya müvafiq iş təklif edilmiş, lakin borclu əmək haqqının azlığını əsas gətirərək təklif edilmiş işdən imtina etmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Borclu alimenti ödəməməyini aylıq aliment məbləğinin həddindən çox olması və maddi imkansızlığı ilə əlaqələndirmişdir. Beləliklə görülmüş icra tədbirləri nəticəsiz qalmış, icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, aliment borcunun ödənilməsi üçün vaxt verilməsinə, həmçinin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmasına baxmayaraq borclu Təqsirləndirilən şəxs hərəkətlərində alment ödəməməklə qətnamənin icrasından yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə ica və Probasiya əmmədoğlu Xalid Məhəmmədəli oğlu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin iştintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2594/20 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Məmmədəli oğlundan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) Zərərçəkmiş şəxs verilməlidir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2594/20 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2594/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(076)-112/2021 saylı qərarından görünür ki, həmin qərarla Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2594/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 11 avqust 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-212/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Şəmkir RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 190-36122-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-212/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-11/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-11/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver