Məhkəmə qərarları › İş №1(076)-11/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-11/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-11/2025 12.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969–cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerşəşən Az.DİU-nin 4-nömrəli yataqxanada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs X17 İdarəsinə müdir vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında xeyli miqdarda 30000 manat pulu Təqsirləndirilən şəxs əlbəəl vermiş, lakin sonuncu verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda 30000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan su istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs övladı Şahid1 Bakı şəhərində yerləşən Neftayırma şirkətində mühəndis kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətində 4000 manat pulu Əliyəddin Vəliyevə əlbəəl vermiş, lakin sonunc verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs 4000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanışı Şahid5 vasitəsilə tanımışdır. Şahid5 ona Zərərçəkmiş şəxs işə düzəlmək istədiyini bildirib bu işdə köməklik edəcək tanışı olub-olmamasını ondan soruşmuş, o da tanışı olduğunu demiş, 2-3 gün sonra Hacıəli ona zəng edib Zərərçəkmiş şəxs Bakı şəhərinə gəldiyini demişdir. xx.xx.2022-ci il tarixdə Şahid5, Şahid4 və Zərərçəkmiş şəxslə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yanında görüşmüşlər, Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli, “Kia optima” markalı avtomobilə minməsini demiş, Vaqif avtomobilə oturmuş, avtomobildə Vaqif Şahid5 30000 manat pul verdiyini demiş, Zərərçəkmiş şəxs pulun iş düzəldən şəxsə verilmədiyini, pulunu ondan geri almasını bildirmiş, sonra isə Vaqif avtomobildən düşmüş, bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. Zərərçəkmiş şəxs ilə bir birlərinin mobil nömrələrini götürmüş, ertəsi gün Zərərçəkmiş şəxs ilə görüşmüş, bundan sonra Zərərçəkmiş şəxs ilə aralarında münasibət yaranmış, 10 gün sonra Zərərçəkmiş şəxs rayondan geri qayıtmış, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs yalandan təsərrüfat işi ilə məşğul olaraq pul qazanmağı təklif etmiş, Vaqif onunla razılaşmış, o, təsərrüfat qurmaq adı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Hökümət Evinin yanında 20000 manat pulu alıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs onu Şəmkir rayonuna qonaq dəvət etmişdir. O, ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs Şəmkir rayonunda olan evinə qonaq getmiş, 2 gün orada qalmış, Zərərçəkmiş şəxs oğlu Şahid1 Bakı şəhərində yerləşən Neftayırma şirkətində yəni “Socar” şirkətində işə düzəltmək istədiyini demiş, əgər tanışı varsa onu işə düzəlməsinə kömək etməyi ondan xahiş etmiş, o da Namiq adlı tanışına zəng etmiş, işə düzəlməsi üçün 4000 manat pul verilməli olduğunu Vaqifə demişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsindəki evinin həyətində 4000 manat pulu konvertin içərisində ona vermişdir. 4000 manat pul ona verilən zaman yanlarında Zərərçəkmiş şəxs arvadı, qızı, oğlu və özünün arvadı Vüsalə olmuşdur. Əməlindən peşmandır, Vaqifə dəymiş ziyanın bir hissəsini- 18500 manatını ödəmişdir, qalan hissəsini də ödəməyə söz verir. Səhhətində problemlər var, himayəsində azyaşlı uşaqları, özünün də müharibə veteranı olmasını nəzərə alıb ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində gösətərdi ki, təqsirləndirilən şəxs Əlyəddin Quliyevi əvvəllər tanımamışdır. Şəmkir rayonunda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş Azər adlı şəxs bir dəfə ona zəng vurub Şəmkir Qaz idarəsində rəis vəzifəsinə düzəlməsini istəyb itəmədiyini soruşmuş, o da razılıq verdikdə Azər Şahid4 adlı tanışının olmasını bildirmiş, bir qədər sonra Şahid4 ona zəng vurub özünü təqdim etmiş, nömrəsini Azərdən aldığını demiş, həmin gün saat 18 radələrində Şəmkir rayonu ərazisində Bakı-Şəmkir yolunda yerləşən “Samir Petrol” adlanan yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər. Orada Aydın ondan X17 İdarəsində müdir vəzifəsində işləmək istəyib-istəmədiyini soruşmuş, həmin vəzifədə işləmək istədiyini Aydına bildirmiş, Şahid4 onu həmin vəzifəyə işə düzəldə biləcəyini, 70000 manat müabilində işi Şahid5 vasitəsi ilə düzəldəcəyini, Şahid5 Təhsil Nazirliyində idarə rəisi vəzifəsində işlədiyini və Xoşbəxt Yusifzadənin yaxın qohumu olduğunu bildirmiş, o, müdir kimi imtahan vasitəsi ilə qəbul oluna biləcəyini dedikdə Aydın pul veriləndən sonra məsələni özlərinin həll edəcəklərini, imtahan verməyəcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə onun idarə etdiyi “Kia Sorento” markalı avtomobildə Şahid4 və onun arvadı Sevda adlı xanımla birlikdə Bakı şəhərinə getmişlər, həmin günün axşamı Şahid4 ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Zeytun bağında görüşmüş, bir neçə dəqiqədən sonra Şahid5 onların yanına gəlmiş, üçü birlikdə söhbət etmiş, Hacıəli özü haqqında məlumat verib heç nədən narahat olmamağı və onun müdir işi ilə bağlı bu gün Xoşbəxt Yusifzadə ilə görüşüb nəticəsini ona deyəcəyini bildirmişdir. Həmin günün axşamı Şahid5 istifadəsində olan mobil nömrəsinə zəng edib hər şeyin yüksək səviyyədə olduğunu, ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə görüşməyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Şamaxinka adlanan ərazidə adını unutduğu çay evlərindən birində Aydın və Hacıəli ilə görüşmüş, oğlu Maarifə zəng edib “Bank Respublika”dan 30000 manat kredit götürməsini demişdir. X18 öz adına ‘‘Bank Respublika’nın Gəncə filialından ilkin olaraq 22000 manat, bir həftə sonra isə 8000 manat olmaqla cəmi 30000 manat kredit götürmüşdür. İlkin olaraq götürülmüş 22000 manat pulu həmin gün axşam tərəfi Şamaxinka adlanan ərazidəki kafedə Aydın və Hacıəli ilə görüşüb kafenin kabinetində Hacıəliyə əlbəəl vermiş, pulu verməyini Aydın görmüşdür. Qalan 8000 manatı Şamaxinka adlanan ərazidəki kafedə xx.xx.2022-ci il tarixdə əlbəəl Hacıəliyə vermiş, həmin vaxt yanlarında ancaq Aydın olmuş, pulu verməsini Aydın görmüş, Hacıəli 10 gün müddətində onu çağıracaqlarını demiş, təxminən 10 gün sonra Hacıəliyə zəng edib iş barədə xəbər almaq istədiyini demiş, Hacıəli ilə birlikdə Şahid4 da zəng etmiş, Hacıəli və Aydın ondan narahat olmamağı, Xoşbəxt Yusifzadənin məzuniyyətdə olduğunu, məzuniyyətdən geri dönən kimi çağrılacağı bildirmiş, onlar ona xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlməsini demişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getmiş, Hacıəli və Aydın ilə görüşmüş, Aydın və Hacıəli ertəsi gün Şamaxinka adlanan ərazidəki əvvəl görüşdükləri kafenin yanında olmağını bildirmiş, xx.xx.2022-ci il tarixdə saat 09 radələroində Aydın və Hacıalı ilə əvvəl görüşdükləri kafedə görüşmüş, daha sonra kafedən birlikdə çıxıb Hacıəlinin idarə etdiyi “Mercedes” markalı qeydiyyat nömrəsini bilmədiyi yaşıl rəngli avtomobil ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yanına getmiş, həmin ərazidə bir neç dəqiqə gözlədikdən sonra qara rəngli “KiaOptima” markalı qeydiyyat nömrəsini unutduğu avtomobil ilə sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs onların yanına gəlmiş, Əliyəddin gələn zaman Hacıəli onu “Socar” mərkəzi aparatına aparıb Xoşbəxt Yusifzadə ilə görüşdürəcəyini demiş, o, həmin avtomobilə əyləşib Gənclik metrosu istiqamətinə getmiş, Əliyəddin ondan bu işlə bağlı kiməsə pul verib-vermədiyini soruşmuş, o, Əliyədinə bu iş üçün 30000 manat pul verdiyini, Əliyəddin də ona həmin pulun çatmadğmı, onu pulu çatdırdıqdan sonra görüşdürə biləcəyini demiş, Əliyddinin idarə etdiyi avtomobildən düşüb Aydın və Hacıəliyə zəng etmiş, onlarla görüşmək istədiyini bildirmiş, Aydın və Hacıəli ilə Şamaxinkada yerləşən kafedə görüşmüş, onlarla söhbət edən zaman Əliyəddin ilə aralarında olan dialoqu onlara danışıb hansı səbəbə pulu ona vermədiklərini soruşmuş, Aydın və Hacıəli isə Əliyəddinin yalan danışdığını, pulu lazım olan yerə keçirdiklərini bildirmiş, o da inanmamış, daha sonra Aydın ona şikayət etməməsini, pulu qaytarıb verəcəyini demiş, o da Aydının sözünə inanmış, xx.xx.2022-ci il tarixdə Aydın və Hacıəli ilə Şamaxinka adlanan ərazidə olan əvvəl görüşdükləri kafenin həyətinə gəlmiş və həyətdə birlikdə oturmuş, həmin vaxt Hacıəli cibindən 10000 manat pulu çıxarıb ona təqdim etmiş, Hacıəli və Aydına xx.xx.2022-ci il tarixə qədər pulu tam şəkildə ona qaytaramağı bildirmiş, xx.xx.2022-ci il tarixdə Aydın onun istifadəsində olan mobil nömrəsinə zəng edərək 6000 manat pul qaytaracağını bildirmiş, o, isə həmin vaxt Şəmkir rayonunda olduğu üçün gələ bilməyəcəyini və pulu kürəkəni Əbdül Məcidlinin götürəcəyini demiş, xx.xx.2022-ci il tarixdə 5000 manat pulu isə Hacıalı və Aydın Şamaxinka adlanan ərazidə yerləşən əvvəl görüşdükləri kafedə kürəkəni Əbdül Məcidliyə vermişlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedərk Aydın və Hacıəli ilə Şamaxinka adlanan ərazidə görüşmüş, onlardan qalan pulu qaytarmalarını tələb etmiş, xx.xx.2022-ci il tarixdə Əliyəddin ilə mobil telefonda danışmış və onunla Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında onunla görüşmüş, o, əvvəl də Əliyəddin ilə danışan zaman sonuncu ona 30000 manat pula bu işi düzüb qoşa biləcəyini, yəni bildirmiş, Əliyəddin ilə danışan zaman ona pulunun olub-olmadığını soruşmuş, o, isə avtomobilində 30000 manat pulunun olduğunu bildirmiş, həmin tarixdə Əliyəddin ilə birlikdə Prezident Aparatına, daha sonra isə Hökümət Evinə getmişlər. Həmin gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında onun “KiaOptima” markalı qara rəngli nömrəsini xatırlamadığı avtomobilinin içərisində Əliyəddinə 30000 manat pulu əlbəəl vermiş, həmin vaxt avtomobildə ancaq ikisi olmuş, yanlarında başqa heç kim olmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Əliyəddin ailəsi ilə birlikdə Şəmkir rayonunda onun yaşadığı ünvana gəlmiş və iki gün onlarda qonaq qalmış, orada olarkən Əliyəddin ona oğlu Maarifi Bakı şəhərində Neftayırma zavodunda mühəndis kimi işə düzəldə biləcəyini, buna görə 4000 manat pul lazım olduğunu bildirmiş, xx.xx.2022- ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən həyət evinin həyətində 4000 manat pulu Əliyəddinə əlbəəl vermiş, həmin vaxt yanlarında X18, uşaqları Maarif və Çinarə, həmçinin Əliyəddinin arvadı Vüsalə olmuş, pulu Əliyəddinə verdiyini adlarını qeyd etdiyi şəxslər görmüşlər. Əliyəddin pulu aldıqdan sonra bir həftəyə kimi oğlunu və onu Bakı şəhərinə çağıracaqlarını bildirmiş, sonradan Əliyəddin ilə əlaqə saxlamış, Əliyəddin ona döyüş bölgəsində olduğunu və geri dönən kimi vəziyyətin yaxşı olacağını bildirmiş, daha sonralar o, Əliyəddinə zəng edən zaman Əliyəddin onunla əlaqə saxlamaqdan imtina etmiş, o da aldadıldığını başa düşmüşdür. Hazırda Əliyəddin ona vurmuş olduğu 34000 manat ziyanın 18500 manatıq hissəsini ödəmiş, 15500 manat pul ödənilməmiş qalmışdır, təqsirləndirilən şəxslə barışmır, ona dəymiş ziyan ödənilməyəcəyi halda təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Aydın oğlunu Şahid4 vasitəsi ilə 2022-ci ilin yayında tanımışdır. Şahid4 söhbət edən zaman X17 İdarəsində müdir vəzifəsinin boş olduğunu, buna görə də həmin müdir vəzifəsinə işçi tapmadığını bildirmiş, əvvəldən Şahid4 həmin yerə müdirin pulla təyin olunacağını və bu işdə qazancının olacağını demiş, tanışlarından biri ilə danışan zaman X17 İdarəsində boş yer olduğunu bildirdiyindən o, Təqsirləndirilən şəxs Adışirın oğlu ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs ilə mütəmadi görüşləri və söhbətləri olmuş, onunla söhbət edən zamanda X17 İdarəsində müdir vəzifəsinin boş olduğunu və ora adam tapacağı təqdirdə həmin adamı ora müdir kimi işə düzəldə biləcəyini bıldirmişdir. Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tapmışdır. xx.xx.2022-ci il tarixdə X20 Salmanov ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Zeytun bağında görüşmüş, daha sonra o, onların yanına gəlmişdir. Onlar üçü birlikdə söhbət etmiş, özü haqqında məlumat verib Vaqıf Əliyevə heç nədən narahat olmamağını və onun müdir işi ilə bağlı Xoşbəxt Yusifzadə ilə görüşüb nəticəsi barədə deyəcəyini bildirmiş, onlardan ayrılandan sonra Xoşbəxt Yusifzadənin qəbuluna getsə də sonuncu onu qəbul etməmişdir. O, əvvəl Azərbaycan Beynəlxalq Universitetində işləyən zaman orada Xoşbəxt Yusifzadə diplom işlərində gəlib iştirak etmiş, həmin vaxtdan onun Xoşbəxt Yusifzadə ilə münasibəti yaranmışdır. Bir neçə dəfə də onun qəbulunda olmuş, lakin buna baxmayaraq Əliyəddin ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs bu işə düzəltmək üçün 50000 manat deyəcəyini bildirmişdir. Əliyəddin onunla razılaşmış, razılaşmaqlarına əsasən həmin 50000 manatdan 30000 manatı Əliyəddinə verəcəyini düşünmüş, işə düzəldikdən sonra isə əlavə 20000 manat alıb, həmin pulu o, Əliyəddin, Aydın və Aslan arasında bərabər şəkildə böləcəkmiş, hərəsinə 5000 manat pul düşmüş, lakin onun Əliyəddin ilə danışmağını Aydın bilməmiş, 25 07 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Şamaxınka adlanan ərazidə adını unutduğu çay evlərindən birində Aydın və Vaqif ilə görüşmüş, o, Vaqifə həmin vəzifə üçün 50000 manat pul ödəniləcəyini, lakın 30000 manat pul vəzifəyə getməmişdən əvvəl ödənilməli olduğunu demişdir. Həmin gün axşam tərəfi Şamaxınka adlanan ərazidəki kafedə Aydın və onunla görüşmüş, onlar kafenin kabinetində oturmuş və kabinetdə o, Aydın və Vaqifdən başqa heç kim olmamış, 25.07 2022-ci il tarixdə saat 18 radələrində kafedə 22000 manat pulu Vaqif ona əlbəəl vermiş, pulu verməyini Aydın da görmüşdür. Pulu saydıqdan sonra qalan 8000 manatı gətirməsini bildirmiş, təxminən bir həftə sonra 8000 manat pulu götürüb Şamaxınka adlanan ərazıdə Aydın və onunla əvvəl oturduqları kafedə göruşmüş, 01.08. 2022-cı il tarixdə təxminən saat 16 radələrində qeyd olunan kafenin kabinetdə pulu əlbəəl ona vermişdir. Həmin vaxtda yanlarında ancaq Aydın olmuş, pulu verməyini Aydın görmüşdür. O, pulu alandan sonra bir ay müddətinə Vaqifə işinin duzələcəyini, Vaqifə çağıracaqlarını bildirmişdir. Vaqif də onunla razılaşmış, sonra həftədə bır dəfə Vaqıf ona zəng edərək işinin yerdə olduğunu soruşmuş, o, isə hər dəfə bır bəhanə gətirərək onu aldatmışdır. Pulu aldıqdan sonra Əliyəddın ilə əlaqə saxlayaraq Vaqifdən 30 000 manat pul aldığını bildirmiş, Əliyəddinə get işi həll et, müdir keçir, ondan sonra pulu sənə verəcəm kimi sözlər demiş, Əliyəddin isə onunla razılaşmış, o, pulu özündə saxlayaraq Əliyəddindən cavab gözləmişdir. xx.xx.2022-ci il tarixdə Şamaxınka adlanan ərazidə Vaqif ilə görüşmüş, biraz sonra Aydın onların yanına gəlmişdir. Aydın gələndən sonra Vaqif ilə birlikdə onun idarə etdiyi “Mercedes” markalı, **-CP-*** qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübanzə Baş İdarəsinin yaxınlığına gəlmiş, orada bir neçə dəqiqə gözlədikdən sonra qara rəngli, "Kia Optima" markalı qeydiyyat nömrəsini bilmədiyi avtomobillə X5 onların yanına gəlmişdir. Əliyəddn ilə əvvəl danışıqlarına əsasən o, Vaqifi ona təhvil verməli, Əliyəddin ise onu qaz idarəsinə aparmalı olmuşdur.O, Əliyəddin ilə danışıb Vaqifi onun maşınına əyləşdirmiş, Aydının Əliyəddin ilə heç bir münasibəti olmamış, ilk dəfə bir yerdə Əliyəddini görmüşdür. Təxminən 40 dəqiqə sonra onun istifadəsində olan mobil nömrəsinə Vaqif zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Həmin günün axşamı Vaqif və Aydın ilə Şamaxinka adlanan ərazidə olan kafenin həyətində görüşmüşlər. O, gələn zaman Vaqif və Aydın oturub söhbət etməyə başlamış, Vaqif ona işə düzəlmək üçün pulu çatmayıb demiş, pulu qaytarmağı bildirmişdir. O, Zərərçəkmiş şəxs pulunu qaytaracağını demiş, xx.xx.2022-ci il tarixdə Şamaxınkada olan kafedə Aydın və Vaqif ilə görüşmüş, həmin vaxt cibindən 20000 manat pulu çıxarıb Vaqifə təqdim etmiş, Vaqif Pulu saydıqdan sonra qalan pulun harada olduğunu soruşmuiş, Vaqif həmin vaxt onların yanında oğlu Maarif ilə birlikdə gəlmiş, Maarifin və Aydının yanında Vaqifə 20000 manatı pulu vermiş, o, isə pulu xərclədiyini və tez bir zamanda yəni, 31 08 2022-ci il tarixədək pulu verə biləcəyini, təxminən 2-3 gün sonra əlavə olaraq 4000 manat pul tapıb Vaqiflə əlaqə saxlayaraq Şamaxinka adlanan ərazidə kafedə görüşmüşlər. Həmin yerdə Maarif və Aydının yanında Vaqifin 4000 manatını qaytarmış, ondan bir neçə gün sonra isə 6000 manat pul tapmış və Aydına Vaqiflə əlaqə saxlamasını bildirmiş, Vaqif pulu onun kürəkəninə verilməsini demiş, xx.xx.2022-ci il tarixdə Şamaxinka adlanan ərazidə görüşmüşlər. Həmin kafedə o, 6000 manat pulu Əbdül Məcidə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tanışlıqları olmamışdır. xx.xx.2022-ci il tarixdə Əliyəddin ailəsi ilə birlikdə Şəmkir rayonunda onların yaşadıqları ünvana gəldilər və iki gün onlarda qalmış, Əliyəddin evdə hansısa şəxsə zəng edib onu işə düzəldəcəyi barədə soruşmuş, Əliyəddin atası Vaqifə onu Bakı şəhərində Neftayırma zavodunda mühəndis kimi işə düzəltmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də atası Vaqif xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən evlərinin həyətində 4000 manat pulu Əliyəddinə əlbəəl vermiş, həmin vaxt yanlarında anası X15, bacısı Şahid2 və Əliyəddinin həyat yoldaşı Vüsalə adlı qadın olmuş və pulu Əliyəddinə atası verdiyini adlarını qeyd etdiyi hər bir şəxs görmüşdür. Əliyəddin pulu aldıqdan sonra bir həftəyə kimi onu və atası Vaqifi Bakı şəhərinə çağıracaqlarını bildirmiş, atası Vaqif sonradan Əliyəddin ilə əlaqə saxlamış, Əliyəddin ona bölgəsində olduğunu və geri dönən kimi vəziyyətin yaxşı olacağını bildirmiş, daha sonralar atası Vaqif ona zəng edən zaman Əliyəddin alası ilə əlaqə saxlamaqdan imtina etmiş, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə onun işindən əlavə 30000 manat pul alaraq atası Vaqifə qarşı dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və X8 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etrmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub qazanc əldə edir. Şahid5 təxminən 2022-ci ilin may ayından tanıyır. Onunla münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Şahid5 ilə söhbət edən zaman X17 İdarəsində müdir vəzifəsi boş olduğunu, həmin yerə işçi axtardıqlarını bildirmişdir. O, isə həmin vəzifəyə keçmək üçün adam tanımadığını bildirmiş, Hacıəli onunla söhbət edən zaman Xoşbəxt Yusifzadə ilə bir yerdə işlədiyini, buna görə də münasibətlərinin yaxın olduğunu və Qaz İdarəsinə müdir keçmək istəyən şəxsləri onun vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. O, yenə də həmin vəzifəyə keçmək üçün adam tanımadığını bildirmiş, Şahid5 ona adam tapacağı təqdirdə ona pul cəhətdən hörmətdə edəcəyini bildirmişdir. 23 iyul 2022-ci il tarixdə Şəmkir rayonunda toy mərasimində iştirak etmək üçün rayona gəlmiş, toy məclsində iştirak etmiş, toy mərasimində Hacıəlinin ona etdiyi söhbəti Aslan adlı şəxsə etmiş, Aslan adlı şəxs isə Azər adlı şəxsə bu barədə deyəcəyini bildirmiş, Aslan adlı şəxs iş düzələcəyi təqdirdə pul istəyəcəyini bildirmişdir. Azər adlı şəxs isə Zərərçəkmiş şəxs adında tanışının olduğunu və onunla danışıb bir söz deyəcəyini bildirmiş, bundan sonra ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş və həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman ona əgər X17 İdarəsində müdir vəzifəsində işləmək istəyirsənsə gələrsən söhbət edərik kimi sözlər demiş, həmin vaxt o, Şəmkir rayonuna toya gəldiyini və görüşüb söhbət edə biləcəklərini bildirmiş, Vaqif də onunla razılaşmışdır. Həmin gün təxminən saat 18 radələrində Şəmkir rayonu ərazisində Bakı-Şəmkir yolunda yerləşən “Samir Petrol” adlanan yanacaq doldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs ilə görüşmüş, həmin vaxt o, Vaqiflə söhbət etməyə tək getmiş, Vaqif ilə yanacaq doldurma məntəqəsinin yanında tək görüşmüş və onunla təklikdə söhbət etmiş, yanlarında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman ona X17 İdarəsində müdir vəzifəsində işləmək istəyib-istəmədiyini soruşmuş, Vaqif isə həmin vəzifədə işləmək istədiyini bildirmiş, o, isə ona Hacıəli adlı şəxs adında tanışı olduğunu, həmin şəxslə onu tanış edəcəyimi, onunla danışıb işini həll edəcəyimi bildirmiş, onun bu işdə heç bir xeyri olmamış, sadəcə Hacıəlinin sözünə görə ona həmin vəzifədə işləmək üçün adam tapmışdır. Həmçinin həmin vəzifəyə pul verilib-verilmədiyi barədə heç bir məlumatı olmamışdır. O, Vaqifə Bakı şəhərinə gəlib Şahid5 ilə söhbət etməsini bildirmiş, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi “KiaSorento” markalı avtomobildə o, və həyat yoldaşı X12 ilə birlikdə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə çatdıqdan sonra həmin günün axşamı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki “Zeytun” bağında görüşmüş, bir neçə dəqiqədən sonra Şahid5 da onların yanına gəlmiş, hər üçü birlikdə söhbət etməyə başlamış, Hacıəli özü haqqında məlumat verib Zərərçəkmiş şəxs heç nədən narahat olmamağını və onun müdir işi ilə bağlı bu gün Xoşbəxt Yusifzadə ilə görüşüb nəticəsini ona deyəcəyini bildirmiş, Hacıəlinin deməsinə görə o, gedib Xoşbəxt Yusifzadə ilə görüşmüş və bir ay yarım müddətinə işin həll olacağını bildirmiş, bu barədə də Hacıəli Vaqifə bildirmiş, daha sonra Vaqif və Hacıəli arasında pul söhbəti olmuş, lakin həmin pul söhbətindən onun xəbəri olmamış, xəbəri o vaxt olmuş ki, Vaqif Hacıəliyə 22.000 manat pul verib. Lakin pul verilməmişdən əvvəlki söhbətlərdə o olmamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonundan yerləşən Şamaxinka adlanan ərazidə adını unutduğu çay evlərindən birində Vaqif və Hacıəli ilə görüşmüş, Hacıəli Vaqifə 22.000 manatı ver, qalan məbləğidə tez bir zamanda çatdırmağı bildirmiş, həmin kafedə kabinetdə Vaqif Hacıəliyə 22.000 manat pulu vermişdir. Həmin vaxt kafedə o, Vaqif və Hacıəli olmuş, başqa heç kim olmamışdır. Vaqif isə pulu tez bir zamanda çatdıracağını bildirmiş, təxminən bir həftə sonra yəni xx.xx.2022-ci il tarixdə Vaqif yenidən 8000 manat pul tapıb Hacıəli ilə birlikdə oturduqları Şamaxinka adlanan ərazidə yerləşən kafeyə gəlmiş, həmin kafenin adını bilməmişdir. Kafedə olan kabinetdə əyləşəndə Vaqif içəriyə daxil olmuş, Vaqif gələndə o, getməli olmuşdur. O, oradan çıxıb Semaşkada Faiq həkimin yanına gəlmiş,o, 8000 manat pulun Vaqif tərəfindən Hacıəliyə verilməsini görməmişdir. O, həmin vaxt orada olmamışdır. Vaqif sonradan ona zəng edərək 8000 manat pulu Hacıəliyə verdiyini bildirmişdir. O, isə Vaqifə işinin üstündə möhkəm durmasını bildirmiş, Hacıəlini az bir müddətdir ki, tanıdığını və onun yalan vədlərinə aldandığını bildirmişdir. O, Xoşbəxt Yusifzadə ilə tanışlığının olduğunu bildirmiş, Hacıəli ona Vaqif işə düzəltmək üçün 50.000 manat pul verəcəyini, həmin pulun 30.000 manatı qaz idarəsinə 20.000 manat isə o, Aslan və Əliyəddin arasında bölünəcəkdir. Lakin o, Əliyəddini tanımamış, onunla aralarında telefon danışıqları olmamışdır. Təxminən 10 gün sonra Vaqif onun istifadəsində olan mobil nömrəsinə zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, o, isə bu işdə maklerolmadığını, bu işi Hacıəlinin gördüyünü və buna görə də Hacıəli ilə əlaqə saxlamağını bildirmişdir. Vaqif isə Hacıəlinin zənglərə cavab vermədiyini bildirmiş, o, isə Hacıəlidən xəbərinin olmadığını bildirmiş, bir neçə saat Hacıəli özü ona zəng eləmiş, buna görə də o, Hacıəlidən işin nə yerdə olduğunu soruşmuş, Hacıəli isə işin yoluna qoyulacağını bildirmiş, o, isə Hacıəliyə əgər alınmırsa kişinin pulu qaytarmağı təklif etmiş, Hacıəli isə heç bir problemin olmadığını, iş alınmasa pulu qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Hacıəli ona zəng edərək Vaqifin Bakı şəhərinə gələcəyini və onu qəbul edəcəklərini bildirmiş, buna görə də Hacıəli ilə görüşmək barədə planlaşdırmış, görüş yerləri Şamaxinka adlanan ərazi olmuş, xx.xx.2022-ci il tarixdə Şamaxinka adlanan əraziyə çatan zaman Vaqif və Hacıəlinin dayanıb söhbət etdiyini görmüş, daha sonra Vaqif ilə birlikdə Hacıəlinin avtomobilinə əyləşmiş və Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığına gəlmiş, orada bir neçə dəqiqə gözlədikdən sonra qara rəngli, “KiaOptima” markalı qeydiyyat nömrəsini bilmədiyi avtomobil ilə Təqsirləndirilən şəxs onların yanına gəlmiş, Əliyəddini ilk dəfə görmüş, Əliyəddin ilə Hacıəli öz aralarında söhbət etmiş və daha sonra Vaqif Əliyəddinin idarə etdiyi avtomobilə minib oradan uzaqlaşmışdır. O, isə Əliyəddin ilə bir kəlmə belə söhbət etməmiş, həmin günün axşamı Vaqif ona zəng edərək aldadıldığını bildirmçiş, o, isə belə bir iş ola bilməz kimi sözlər demiş, bundan sonra Hacıəliyə zəng eləmiş və ona pulun qaytarmasını tələb etmiş, Hacıəli isə pulu qaytaracağını bildirmiş, xx.xx.2022-ci il tarixdə Vaqif və Hacıəli ilə Şamaxinka adlanan ərazidə olan əvvəl görüşdükləri kafenin həyətinə gəlmiş və həyətdə birlikdə oturmuşlar. Həmin vaxt Hacıəli cibindən 20.000 manat pulu çıxarıb Vaqifə təqdim etmiş, Vaqif pulu saydıqdan sonra qalan pulun harada olduğunu soruşmuş, Vaqif həmin vaxt onların yanına oğlu Maarif ilə birlikdə gəlmiş, Maarifin və onun yanında Hacıəli Vaqifə 20.000 manat pulu vermiş, Hacıəli isə pulu xərclədiyini və tez bir zamanda yəni xx.xx.2022-ci il tarixədək pulu verə biləcəyini bildirmiş, təxminən 3-4 gün sonra Hacıəli əlavə olaraq 4000 manat pul tapdığını bildirmiş, buna görə də Vaqiflə əlaqə saxlayaraq Şamaxinka adlanan ərazidə kafedə görüşmüş, həmin yerdə Maarif və onun yanında Hacıəli Vaqifin 4000 manatını qaytarmış, ondan bir neçə gün sonra isə Vaqifin istifadəsində olan mobil nömrəsinə zəng edərək Hacıəli tərəfindən 6000 manat pul qaytarılacağını bildirmiş, Vaqif isə həmin vaxt Şəmkir rayonunda olduğu üçün gələ bilməyəcəyini və pulu kürəkəni X10 götürəcəyini bildirmiş, o, isə pulu kürəkəninə verdirə biləcəyini demiş, xx.xx.2022-ci il tarixdə Əbdül və Hacıəli ilə Şamaxinka adlanan ərazidə görüşmüş, həmin kafedə Hacıəli 6000 manat pulu Əbdül Məcidə vermiş, Hacıəli onun yanında ümumilikdə 30000 manatı Vaqifə və qohumuna qaytarmış, Hacıəlinin Vaqifə borcu qalmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü və 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 05 il 06 ay azadlıqdam məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2028-ci tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 17 oktyabr 2023cü il tarixədək uzadılmışdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. 4 nömrəli yataqxananın komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı ildə anadan olmuş Əli adlı və xx.xx.2020-ci ildə anadan olmuş Məhəmmədəli adlı iki nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli arayışdan görünür ki, 4 nömrəli yataqxananın komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondundan müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır. Medalın vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “X1 Bitməsinin 25 illik Xatirəsinə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası “Tibbi ərazi X7” Publik Hüquqi şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 05 noyabr 2025-ci tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hipertoniya xəstəliyi E 10.1 şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vaqif Quliyevdən sonuncunun X17 idarəsində rəis vəzifəsinə düzəldilməsi üçün 30000 manat məbləğində pul almadığını, Zərərçəkmiş şəxs təsərrüfat işi ilə məşğul olmaq məqsədi ilə Bakı şəhərində 20000 manat məbləğində pul aldığını qeyd etsə də onun göstərdikləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təkzib olunduğundan məhkəmə bunu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4–cü maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs Əliyyəddin Quliyevin himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, dəymiş ziyanın bir hissəsini ödəməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, səhhətində problemlər olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Əliyyəddin Quliyevə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 05 gün və axtarışda olan şəxs qismində tutulduğu 01 gün olmaqla, cəmi 05 ay 01 gün müddət təyin ediləcək cəzadan çıxılmalı o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2025–ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 09 ədəd qəbz iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə X2 qarşı mülki iddia qaldırmış və Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin fikrinin dinləyərək hesab edir ki, hazırkı iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdeh X4 iddianı tam qəbul etmədiyindən, tərəflər arasında dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mübahisə olduğundan əlavə araşdırmanın aparılması zərudir. Qanunvericilin tələbinə görə iddia tələbi üzrə sübut etmə vəzifəsi mülki iddiaçıya aid olduğundan və sübutetmə üçün sənədlərin təqdim edilməsi uzun müddət tələb etdiyindən, mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının uzanmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3–cü maddəsinə əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3.–cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Əliyyəddin Quliyev məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirakına görə 400 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2023–cü il tarixdən 17 oktyabr 2023–cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay və axtarışda olan şəxs qismində tutulduğu 01 (bir) gün, cəmi 05 (beş) ay 01 (bir) gün müddət gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 09 ədəd qəbz iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 400 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar