Məhkəmə qərarları › İş №1(076)-112/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-112/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-112/2024 29.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi- X4, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə 26 oktyabır 1983–cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 233-1.1 və 256.2.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - 01 ədəd sapının diametri 0,11 mm, ilgəklərin daxili ölçüsü 30x30 nun olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan açıq yaşıl rəngli toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə 16 avqust 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarının sahilinədək daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nm 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni, balıqovlama bileti olmadan, qadağan edilmiş vaxtda və sintetik təksaplı torla qanunsuz balıq tutmaq məqsədi ilə özüüzən nəqliyyat vasitəsi hesab olunan 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıqla qeyd olunan ərazidən Şəmkir Su anbarına daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib 17 avqust 2023-cü il tarixə saat 05 radələrinədək müddət ərzində hər birinin dəyəri 33 manat olan, ümumilikdə 5610 manat dəyərində, 170 ədəd sıf balıqlarını qanunsuz tutduqdan sonra həmin tarixdə saat 07 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd sapının diametri 0,11 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan açıq yaşıl rəngli tor və 170 ədəd sıf balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 16 avqust 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Dəllər Cırdaxanlı kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş, orada özünə məxsus “Vixr-30” markalı mühərriklə təchiz edilmiş qayıqdan, iki ədəd avardan istifadə etməklə su anbarına girdikdən sonra sahildən aralanaraq 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş toru suda qurub yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni 17 avqust 2023-cü il tarixə saat 05 radələrində qurduğu toru yığmaq məqsədi ilə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş, yenidən həmin “Vixr-30” markalı mühərriklə təchiz edilmiş qayıqdan, 02 ədəd avardan istifadə edərək su anbarına girdikdən sonra qurduğu torun yanına gəlmiş və toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda sıf balıqları tutduğunu görmüşdür. Saat 07 radələrində tutduğu balıqlarla birlikdə sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları istifadə etdiyi 01 ədəd “Vixr-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və tutduğu balıqlar götürülmüşdür. 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ondan götürdükləri balıqlara və balıqovlama vasitələrinə baxış keçirərən zaman məlum olmuşdur ki, tutduğu balıqların sayı 170 ədəd sıf balıqlarıdır. Bununla əlaqədar 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları akt tərtib etmişlər. Balıq tutmaqda ona heç kim köməklik etməmiş, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan torunmuş tordan istifadə edərək balıqları özü tək tutmuşdur. Həmin toru on beş il qabaq tanımadığı şəxsdən almışdır. Cəza çəkmə müəssisindən təzə çıxdığına görə yeni qaydalardan xəbəri olmamış, yəni torla balıq tutmanın qadağan olunduğunu bilməmişdir. Həmçinin hesab edir ki, qeyd olunan tor dövriyyəsi qadağan olunmamışdır, çünki həmin torları hazırda satış mağazalarından əldə etmək mümkündür. Bu səbəbdən özünü Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə təqsirli hesab etmir, yalnız Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsinə münasibətdə təqsirli hesab edir, həmin əməlinə görə hazırda əməlindən peşmandır. Himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında mülki iddiaçının nümayəndəsi X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşıdır əməkdaşıdır. X9 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq tutanlara qarşı keçirdikləri mübarizə xarakterli tədbirlər çərçivəsində 17 avqust 2023-cü il tarixdə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 07 radələrində Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlamışlar. Keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 170 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Nəticədə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xeyli miqdarda, yəni 5610 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməmişdir və hazırda təmsil etdiyi orqanın adından mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 07 radələrində Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 170 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 170 ədəd sıf balıqlarını 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıqdan, 02 ədəd avardan və 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarından tutmuşdur. Yoxlama ilə əlaqədar müvafiq akt tərtib edilmiş və həmin akt tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Şahid2 sualları cavablandırarkən qeyd etdi ki, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların sayahısı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüsü 120 mm-dən az olan torların dövriyyəsi qadağandır. Torun ölçmə qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 nömrəli qərarına əsasən həyata keçirilir. Təqsirləndirilən şəxs balıq tutmaq üçün istifadə etdiyi tor sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik olmaqla tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuşdur. Buna görədə həmin torların dövriyyəsi qadağandır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşdə olan olan 23 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 avqust 2023-cü il tarixdə X9 idarəsinin Şəmkir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirən zaman Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin “Qaranüy” yaşayış massivi istiqamətində Şəmkir su anbarından şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 170 ədəd sıf balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İşdə olan olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/6303 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əks olunan “...231160016 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd uzunluğu 100 metr, eni 3 metr, gözlərinin ölçüsü 32 x 32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor...” Qabaşdırdı: müstəntiq-Orxan Paşalıimza” yazı əlavəsi olan polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri -0,11 mm, dəliklərin daxili ölçüsü 30 x 30 mm, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-1421 /2-045/2024 saylı məktubundan görünür ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunu ilə qadağan olunmuş “’’diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm- dən az olan ilgəkli balıqtutan torlar” cümləsindəki “dəliklərin konstruktiv ölçüləri” ifadəsinə aydınlıq gətirilməsi X1 Xidmətində baxılmışdır. “Dəliklərinin konstruktiv ölçüsü” ifadəsi iki qonşu düyün arasındakı məsafədir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanununun 19-cü bəndinə əsasən təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüsü 120 mm-dən az olan torların dövriyyəsi qadağandır. İsdə olan xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, Azürbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə və qeyri qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2021-ci il tarixli 128 nömrəli Qərarına əsasən qanunsuz ovlanmış balıq və digər su bioloji resurslarina görə 5610,0 manat dəymiş ziyan hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 21 sentyabr 2023-cü il tarixli 3-14-21/2-710/2023 nömrəli məktubdan görünür ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan "xxxx" MMC-yə aid 17 avqust 2023-cü il tarixli 048292 nömrəli qayimə-fakturadan körünür ki, 170 ədəd sif balıqları "xxxx" MMC-yə təhvil verilmiş, balıqların cəmi dəyəri 87 manat müəyyən edilmişdir. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.2.1, 177.2.3 və CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2,4 və 181.2.5– ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM–nin 181.2.1, 181.2.2, 181.2,3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş həmin cəzaları qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmünün surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 170.3, 177.2.1, 177.2.3,181.2.1, 181.2.2, 181.2.3, 181.2,4 və 181.2.5–ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM–nin 170.3cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM– nin 181.2.1, 181.2.2, 181.2,3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM–nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş həmin cəzaları qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apelliyasiya Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli, 1(101)-249/2013 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 11 gün hissəsindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata düşmüşdür. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətmamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Nurcan və xx.xx.2009-cu ildə anadan olmuş Əsginaz adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisələrinin və cinayətlərin tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM–in 233-1.1 və 256.2.2–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayətlər kateqoriyasına aid, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2–ci maddəsindədə nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən törədilən ekoloji cinayətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini qismən etiraf edərək əməlindən peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2– ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 170.3, 177.2.1, 177.2.3,181.2.1, 181.2.2, 181.2.3, 181.2,4 və 181.2.5–ci maddələri ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və həmin şərti cəzanı çəkildiyi müddətdə, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4–cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 170.3, 177.2.1, 177.2.3,181.2.1, 181.2.2, 181.2.3, 181.2,4 və 181.2.5–ci maddələri ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və hazırkı cinayət əməlini şərti cəzanı çəkildiyi müddətdə törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinin tələbinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni 29 iyul 2024–cü il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməlidir və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və X9 İdarəsinə təhvil verilmiş 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd sapının diametri 0,11 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan açıq yaşıl rəngli tor dövlət nəfinə müsadirə edilməlidir. Hadisə yerinə və balıqovlama vasitələrinə baxış keçirilməsi zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC-yə verilmiş və təhvil verilərkən 87 manat dəyərində qiymətləndirilmiş 170 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilməlidir və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 154 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı 5610 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs iddia tələbini qəbul etməsini nəzərə alaraq, habelə, iş üzrə tədqiq olunmuş mütəxəssis arayışını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarında göstərilmiş balıq ehtiyatlarına ziyan vurulan zaman dəymiş zərərin hesablanması Qaydalarını əsas tutaraq belə nəticəyə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə mülki iddia üzrə 5610 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2 və 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 (on altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233- 1.1 və 256.2.2-ci maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 233-1.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 256.2.2–ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013–cü il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 11 günü qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 29 iyul 2024–cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 5610 (beş min altı yüz on) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və X9 İdarəsinə təhvil verilmiş 01 ədəd “VİXR-30” markalı mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd avar, 01 ədəd sapının diametri 0,11 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 100 metr, eni 3 metr olan açıq yaşıl rəngli tor dövlət nəfinə müsadirə edilsin. Hadisə yerinə və balıqovlama vasitələrinə baxış keçirilməsi zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC-yə verilmiş və təhvil verilərkən 87 manat dəyərində qiymətləndirilmiş 170 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 154 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar