Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-112/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994–cü il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuş,Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,əvvəllər məhkum olunmamış,Şəmkir rayonunun Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayıb ələ keçirərək oğurluq etmişdir. Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Mahmudlu kəndinin ərazisində yerləşən "xxxx" MMC-nin anbarının içərisində olan sıradan çıxmış kənd təsərrüfatı texnikalarını təmir edən zaman oradan 02 (iki) ədəd, hər birinin ayrı-ayrılıqda qiymətləri 2000 (iki min) manat olan, cəmi 4000 (dörd min) manat dəyərində 9 kilovat gücündə işıq generatorunu, 01 (bir) ədəd, 120 (bir yüz iyirmi) manat dəyərində dərman səpən aqreqatın ehtiyyat hissəsi olan kardanı və 01 (bir) ədəd, 450 (dörd yüz əlli) manat dəyərində həmin dərman səpən aqreqatın diskili şinini gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4570 (dörd min beş yüz yetmiş) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Mübariz oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır, Zərərçəkmiş şəxs həmyerlisi kimi tanıyır, onunla münasibətləri normal olmuş, aralarında əvvəllər hər hansı ədavət, düşmənçilik, narazılıq olmamışdır. O, həmkəndlisi Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən "xxxx" MMC-nin meyvə bağında istifadə edilən texnikaları təmir etmişdir. 17 avqust 2024-cü il tarixdə, saat 08 radələrində "xxxx" MMC-də nəzarətiçi işləyən Şahid1 ona mobil telefonla zəng edərək “New holland” markalı tarktoru təmir etmək üçün onu şirkətə çağırmış, o da həmin gün, saat 09 radələrində həmkəndlisi Şahid3lə birlikdə "xxxx" MMCnin saxlanc anbarına gedərək qeyd olunan “New holland” markalı tarktoru təmir etməyə başlamışdır. Təmir zamanı "xxxx" MMC-nin saxlanc anbarında 02 ədəd 9 kilovatlıq işıq generatorlarının, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanın və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinin olmasını görüb maddi cəhətdən çətinlikləri olduğu üçün onları oğurlamaq qərarına gəlmiş, lakin bununla bağlı tarktoru təmir etməkdə ona kömək edən Şahid3 heç nə deməmişdir. 17 avqust 2024-cü il tarixdə, saat 14 radələrində şirkətin saxlanc anbarında “New holland” markalı tarktoru təmir etdiyi yerdən qeyd olunan 02 ədəd 9 kilovatlıq işıq generatorlarını, dərman səpən aqreqatın 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini oğurlayıb "xxxx" MMC-yə məxsus “Belarus” markalı traktorun yük hissəsinə yığmaqla oradan aparmışdır. Saxlanc anbarında Şahid3 ondan “Belarus” markalı traktorun yük hissəsinə yığdığı 02 ədəd işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini hara aparmağını soruşan zaman o, Şahid3 qeyd olunan əşyaları yaşadığı evə təmir etmək üçün apardığını deyib onu aldatmış, Ataxan da ona inamışdır. Oğurladığı 02 ədəd işıq generatorlarının 01 ədədini həmin tarixdə həmkəndlisi Şahid5 məxsus yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə qoymuş, 18 avqust 2024-cü il tarixdə isə həmin işıq generatorunu Şahid5 yaşadığı evin həyətindən götürmüş, anacaq generatorun oğurluq olmasını Atinə bildirmiəmişdir. Daha sonra o, oğurladığı işıq generatorunun 01 ədədini həmkəndlisi Şahid2 140 manata satmış, Şahid2 satdığı generatorunun oğurluq olmasını deməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, 2 azyaşlı uşağına təkbaşına baxır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində gösətərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-nin təsisçisidir. Təqsirləndirilən şəxs həmkəndlisidir, Təqsirləndirilən şəxs ona məxsus şirkətdə sırdan çıxmış texnikaları mütəmadi olaraq təmir etmişdir. 23 avqust 2024-cü il tarixdə, saat 11 radələrində "xxxx" MMC-də nəzarətiçi vəzifəsində çalışan Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək saxlanc anbarından 02 ədəd 9 kilovatlıq işıq generatorlarının, dərman səpən aqreqatın ehtiyat hissəsi olan 01 ədəd kardanın və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmiş, o, həmin tarixdə, saat 12 radələrində hadisənin baş verdiyi Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən şirkətə getmiş, orada qeyd olunan ehtiyyat hissələrinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını şübhələnmişlər. Sonradan ona bəlli olmuşdur ki, 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şirkətə məxsus traktoru təmir edərkən qeyd olunan əşyaları şirkətə məxsus “Belarus” markalı traktorun yük hisssəsinə yığaraq oğurlamışdır. Təqsirləndirilən şəxs ona məxsus əşyaları oğurlayarkən onun yanında Şahid3 də olmuş, lakin Şahid3 Orxanın qeyd olunan əşyaları oğurlamasını həmin vaxt bilməmiş, Təqsirləndirilən şəxs işıq generatorlarını və dərman səpən aqreqatın ehtiyyat hissələrini təmir etmək üçün apardığını Ataxana demiş, sonuncu da ona inanmışdır. Göstərilən 02 ədəd 9 kilovatlıq işıq generatorlarını o, 2022-ci ilin mart ayında hər birinə ayrı-ayrılıqda 3000 manat olmaqla cəmi 6000 manata almış, lakin onlar istifadə etdiyi üçün hazırda onların ayrı-ayrılıqda hər birinin 2000 manat qiyməti olmuşdur, bundan başqa, hadisəsi baş verdikdən sonra o, dərman səpən areqatın istifadə olunmuş kardanın qiymətinin 120 manat, dərman səpən aqreqatın 01 ədəd diskili şinin isə 450 manat olmasını mağazadan öyrənərək bilmişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir, lakin o, təqsirləndirilən şəxslə barışmır, ona ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mahmudlu kənd sakini Zərərçəkmiş şəxs məxsus "xxxx" MMC-də nəzarətçi işləyir. Şirkətə məxsus “New holland” markalı tarktorda nasazlıq yarndığı üçün o, 17 avqust 2024-cü il tarixdə, saat 08 radələrində mobil telefonla zəng vurun Təqsirləndirilən şəxs həmin traktoru təmir etmək üçün şirkətin anbarına çağırmış, saat 09 radələrində Orxan Şahid3lə birlikdə şirkətin saxlanc yeri olan anbara gəlmiş, o, traktoru Orxanan göstərmiş, Orxan və Ataxan traktoru təmir etməyə başlamışlar. 23 avqust 2024cü il tarixdə şirkətin anbarında 02 ədəd 9 kilovatlıq işıq generatorlarının, dərman səpən aqreqatın 01 ədəd kardanının və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şininin yerində olmamasını görmüş, onların oğurlanmasını fikirləşib bu barədə şirkətin nəzarətçi direktoru Şahid4 məlumat vermişdir. Sonradan qeyd olunan əşyaları Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə anbarda traktoru təmir edərkən oğurladığını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onun Orxanla münasibətləri normal olmuş, aralarında ədavət, narazılıq olmamışdır. 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə zəng edərək, onu yaşadığı evin qarşsına çağırmış, o da evin qarşısına çıxaraq Orxanla görüşmüş, Orxan ona özünün tələsik şəxsi işinin olmasını bildirərək, idarə etdiyi “Belarus” markalı traktorun yük hissəsindən 01 ədəd işıq generatorunu onun yaşadığı evin həyətinə qoymaq istəməsini bildirmiş, o da etiraz etməmiş, Orxan generatoru düşürüb getmişdir. 18 avqust 2024-cü il tarixdə Orxan mobil telefonla zəng edərək evinin həyətinə qoyduğu 01 ədəd işıq generatorunu aparmaq istəməsini demiş, Orxana özünün evdə olmadığını, evin giriş qapısının açıq olmasını, generatoru götürməsini bildirmiş, Orxan generatoru aparmışdır. Sonradan qeyd olunan generatorun həmkəndlisi Zərərçəkmiş şəxs məxsus şirkətdən Orxan tərəfindən oğurlanmasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə 01 ədəd işıq generatorunun fotoşəkilini göndərək, həmin işıq generatorunu satmaq istəməsini bildirmiş, Təqsirləndirilən şəxs işıq generatoruna baxmaq istədiyini demiş, saat 15 radələrində özünə məxsus olan “Kia Bongo” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtombillə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndiində yerləşən fərdi yaşayış evlərinə getmiş, Təqsirləndirilən şəxs ona həmin işıq generatorunun həmkəndlisinin yaşadığı evin həyətində olmasını bildirmiş, Orxanla o, evlərdən birinin həyətinə getmiş, orada Təqsirləndirilən şəxs ev sahibi, sonradan adının ona Atin kimi olması məlum olan şəxs ilə mobil telefon vasitəsi ilə danışaraq onun razılığı ilə Atinin evinin həyətinə keçib Təqsirləndirilən şəxs ona göstərdiyi işıq generatoruna baxaraq həmin generatoru özünə məxsus olan “Kia Bongo” markalı avtombillin yük hissəsinə qoymuş, yaşadığı ünvana aparmışdır. Təqsirləndirilən şəxs 140 manat pul vermişdir. Sonradan qeyd olunan generatorun oğurluq olmasını bilmiş, generatoru polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı qanuni nümayəndəsi anası X1 iştirakı ilə verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Şəmkir rayonu, Mahmudlu kəndində anası X1 himayəsində yaşayır. O, həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs Qəhrəman oğluna məxsus Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən "xxxx" MMC-yə aid meyvə bağında istifadə edilən texnikaları təmir edirlər. Bu səbəbdən də 17 avqust 2024-cü il tarixdə, saat 08 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, həmin şirkətdə olan “New holland” markalı tarktorun nasaz vəziyyətə düşməsini bildirərək, həmin trakotru təmir etmək üçün ona köməklik etmək məqəsdilə onu həmin şirkətə çağırmışdır. O, da həmin tarixdə, saat 09 radələrində Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən "xxxx" MMC-yə gedərək, Təqsirləndirilən şəxs ona bildirdiyi “New holland” markalı tarktoru onunla birlikdə təmir etməyə başlamışlar. Həmin tarixdə, saat 14 radələrində "xxxx" MMCnin saxlanc anbarından “New holland” markalı tarktoru təmir etdikləri yerdə 02 ədəd 9 kilovatlıq işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus “Belarus” markalı traktorun yük hissəsinə yığmaqla aparmasını görmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs onun “Belarus” markalı traktorun yük hissəsinə yığdığı 02 ədəd 9 kilovatlıq işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini hara aparmağını soruşan zaman Təqsirləndirilən şəxs ona həmin 02 ədəd 9 kilovatlıq işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə təmir etmək üçün aparmağını bildirmişdir. Lakin 23 avqust 2024-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən "xxxx" MMC-nin saxlanc anbarından həmin 02 ədəd 9 kilovatlıq işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskli şinini yaşadığı ünvana oğurlayaraq aparmışdır. Daha sonra baş vermiş oğurluq hadiəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməkdaşları onu həmin Polis bölməsinə dəvət etmişlər. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-nin nəzarətçi direktoru vəzifəsində çalışır. Şəmkir rayonu, Mahmudlu kənd sakini Zərərçəkmiş şəxs "xxxx" MMC-nin təsisçisidir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də sıradan çıxmış avtomobilləri təmir etmişdir. 23 avqust 2024-cü il tarixdə, saat 11 radələrində həmin şirkətdə nəzarətiçi vəzifəsində çalışan Şahid1 ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə zəng edərək, icraçı direktoru olduğu şirkətin saxlanc yeri olan anbarından keçən zaman oradan 02 ədəd işıq generatorlarının, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanın və həmin dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd diskli şinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, şirkətdə nəzarətçi işləyən Şahid1 tərəfindən traktorun təmir edilməsi üçün 17 avqust 2024-cü il tarixdə dəvət edilmiş Təqsirləndirilən şəxs şirkətin anbarda traktoru təmir edərkən oradan qeyd olunan əşyaları oğurlamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 9/7592 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən, fotoşəkili təqdim edilmiş, traktora aid istifadə edilməmiş kardanın 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,00 manat müəyyən edilir. 04 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 17 avqust 2024-cü il tarixdə 02 ədəd 9 kilovatlıq işıq generatorlarının hər birinin ayrı-ayrılıqda 2000 manat qiyməti olmaqla, cəmi 4000 manat, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan kardanın qiyməti 120 manat və həmin dərman səpən aqreqatın ehtiyyat hissəsi olan diskli şinin qiymətinin 450 manat məbləğində olması müəyyən edilir. “İfadənin yerində yoxlanılması haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Mahudlu kəndi ərazisində yerləşən meyvə bağının anbarından 02 ədəd 9 kilovat gücündə işıq generatorlarını, dərman səpən aqreqatın ehtiyyat hissəsi olan 01 ədəd kardanını və həmin dərman səpən aqreqatın 01 ədəd diskili şinini gizli talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 06 dekabr 2024-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 02 gün şübhəli şəxs qismində tutulmuşdur. Şəmki RİHB-nın Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X2, qardaşı X3, xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 ibarətdir. İş materiallarından görünür ki, 23 avqust 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 9 kilovat gücündə işıq generatoru, 01 ədəd dərman səpən aqreqatın ehtiyyat hissəsi olan kardanı və 01 ədəd həmin dərman səpən aqreqatın diskli şini iş üzrə maddi sübut hesab edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və cinayət prosesinin digər iştirakçıları tanış olduqdan sonra saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, 23 avqust 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Müşfiq Şahmuradov tərəfindən Şahid2dan götürülmüş 01 ədəd 9 kilovat gücündə işıq generatoru iş üzrə maddi sübut hesab edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və cinayət prosesinin digər iştirakçıları tanış olduqdan sonra saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Mübariz oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Mübariz oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mübariz oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Mübariz oğlu CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs Mübariz oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 04 dekabr 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək olan 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübutlar olan, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış 02 ədəd 9 kilovat gücündə işıq generatoru, 01 ədəd dərman səpən aqreqatın ehtiyyat hissəsi olan kardan və 01 ədəd həmin dərman səpən aqreqatın diskli şini Zərərçəkmiş şəxs istifadəsinə verilməlidir. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Mübariz oğlundan tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Mübariz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Mübariz oğlunun tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Mübariz oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Mübariz oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış 02 ədəd 9 kilovat gücündə işıq generatoru, 01 ədəd dərman səpən aqreqatın ehtiyyat hissəsi olan kardan və 01 ədəd həmin dərman səpən aqreqatın diskli şini Zərərçəkmiş şəxs istifadəsinə verilsin. İş üzrə məhkəmə xərci-ekspertiza tədqiqatının dəyəri olan 50 (əllii) manat məbləğində pul Təqsirləndirilən şəxs Mübariz oğlundan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Mübariz oğluna məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-112/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-112/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver