Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-113/2023 17.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 18 radələrində qonaq getdiyi bacısı evində alkoqol sərxoşluğu vəziyyətdə olan əmisi oğlu Zərərçəkmiş şəxs2 onun arvadı Zərərçəkmiş şəxs1 evinə aparmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 azyaşlı övladlarının gözü qarşısında xüsusi amansızlıqla əli və ayağı ilə qəsdən vuraraq ona döş qəfəsin arxa səthində sol kürək nahiyəsinin qançırı, sağ ayağın 1-ci barmağının və sağ ayaq pəncəsinin ayaq arxası səthinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, habelə sol akromioklavikulyar oynağın çıxığı ilə müşayiət olunan onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən xüsusi amansızlıqla sağlamlığına az ağır zərər və qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 13 aprel 2022-ci il tarixdə saat 18 radələrində qonaq getdiyi bacısı evində alkoqol sərxoşluğu vəziyyətdə olan əmisi oğlu Zərərçəkmiş şəxs2 ona nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 əli ilə qəsdən vuraraq ona sağ təpə ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, habelə sağ çiyinüstü, sol kürək, sağ sarğı nahiyəsinin, qarının ön divarının qançırları və hər iki diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs3 ilə evlərinə tanışlarını gətirməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs3 qəsdən əli ilə vuraraq ona sağ bazunun orta üçdə birinin bayır səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən habelə, alt dodağın sağ yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs3 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs2 onun əmisi oğludur. Həsənova X2 arvadı, X1 isə Ədalətin oğludur. Şahid1 onun bacısı, Şahid2 isə bacısı Aygünün əridir. Bacısı Aygün öz ailə üzvləri ilə birlikdə onunla bir küçədə qalır. Aygün Ədalət ilə çəpər-çəpərə qonşudur. O, Ədalətin oğlu Məhərrəmin kirvəsidir. Lakin aralarında Ədalətin arvadı Elviranın onun uşağının kiçik toy məclisinə gəlmədiyinə görə narazılıq vardır. Həmin vaxtdan münasibətləri pozulub. Bacısı Aygünün evində qonşu Murad usta kimi işləmiş və işi qurtarmağa az qalmışdır. 13 aprel 2022-ci il tarixdə saat 17-18 radələrində o, arvadı Aynurəni və körpə qızını götürüb bacısı Aygünün evinə ustasının işini qurtarmasına görə göz aydınlığı vermək üçün 1 ədəd yarım litrlik araq alıb getmişdir. Orada olan vaxtı əmisi oğlu Ədalət çəpərdən onlara tərəf yaxınlaşıb bacısının əri Pərvindən kəlbətin istəmiş, Pərvin də onun sərxoş olduğunu görüb kəlbətin olmadığını demiş, Ədalət bundan sonra evlərinə getmişdir. Bundan sonra bacısı Aygün yeməyin hazır olduğunu və masaya gəlmələrini demişdir. O, Murad və Pərvin masada oturmuş, Aygün onlara yemək vermişdir. Həmin vaxtı Ədalət qapını itələyib içəri girmiş, Aygünün Ədalətin sərxoş vəziyyətdə evə gəlməsinə narazılıq etməsini görüb Aygünə Ədaləti masaya dəvət etməsini bildirmiş və sonra da özü Ədaləti masaya çağırmışdır. Ədalət masada onunla üzbəüz oturmuş, 50 qram araq içdikdən sonra pivəni açıb “mən orucam, orucumu açıram” sözlərini demişdir. Həmin ay orucluq ayı olduğuna görə Pərvin Ədalətə evində elə sözlər danışmamasını, orucluq ayı olduğunu və günah etdiyini bildirmişdir. Aygün Ədalətin onlarla mübahisə etməsini görüb Ədaləti aparması üçün gedib arvadı Elviranı çağırmışdır. Elvira Aygün ilə birlikdə içəri girmiş, onlara salam verib Ədalətin başı üstə dayanaraq Ədalətin çiynindən dartaraq “nə gəzirsən düşmənin qapısında” sözlərini demişdir. Ədalət Elviranın bacısına söymüş, Elvira sərxoş olmasına görə heç nə deməmişdir. Ədalətə evə getməsini təkrar dedikdə bu dəfə Ədalət Elvira təkrar söymüşdür. Elvira da Ədalətə və onlara söyüş söyərək masanın üzərində olan boşqabı götürüb Ədalətin baş nahiyəsinə bir dəfə vurmuşdur. Ədalətin başı qanamış və Elvira Ədaləti vurduqdan sonra Aygün ona iradını bildirərək nə üçün onun evində Ədaləti vurduğunu demişdir. Elvira Aygünə yaxşı etdiyini deyib masanın üzərində olan araq butulkasını götürərək Aygünü sol üz nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Elvira və Aygün qarşılıqlı olaraq bir-birinin saçını yolmuş, əlləri ilə vurmağa başlamışlar. O, və Murad onların arasına girib ayırmış, Elvira otaqda olan soyuducunu Aygünün üzərinə itələmiş, soyuducu onun arvadı Aynurəni və onun qucağında olan körpə uşağın üstünə düşmüşdür. O, soyuducunu götürüb düzəltmiş, Ədalət özü özünə qışqıraraq otaqdan çıxıb evin həyətində olan sabunları yığdıqları yer əlləri ilə vurub dağıtmış, ona tərəf atmışdır. Atdığı əşyalar ona dəyməmiş və yerə düşmüşdür. Həmin vaxtı Elvira evin həyətində olan elektrik çaydanı, “Tefal”ı götürüb öz başına bir neçə dəfə vurduğundan Aygün Elviranın əlindən “Tefal”ı almaq istəmişdir. Onlar evin həyətində olanda Ədalət onun üstünə gələrək onu vurmaq üçün yumruq atmışdır. Ədalətin 3-cü yumruğu onun ağız nahiyəsinə dəymiş, 1 ədəd dişi sınmışdır. Sonra o, yumuqla 2-3 dəfə Ədalətin bədəninə və üz nahiyəsinə vurmuşdur. Murad və anası Kifayət onları ayırmaq üçün araya girəndə Ədalət Kifayəti bir dəfə yumruqla vurmuş, Kifayət yerə yıxılmışdır. Murad da Ədaləti anası Kifayəti vurduğuna görə bir dəfə yumruqla vurmuşdur. Murad oradan qaçaraq evlərinə tərəf getmişdir. Həmin vaxtı Aygün ilə Elvira evdə qarşılıqlı olaraq dalaşmışlar. O, Murad və Ədaləti ayırmaq üçün arxaları ilə getmişdir. Ədalət Muradın evinə girib “Sənin arvadınla əvvəllər mən cinsi əlaqədə olmuşam” sözlərini demişdir. Buna görə Murad bir dəfə yumruqla Ədaləti vurmuşdur. Həmin vaxtı Aygün və orada olan Kifayət də Ədalətin Murada arvadı ilə bağlı sözləri deməsinə görə əlləri ilə vurmuşlar. O, Ədaləti onların əlindən zorla alıb evlərinə tərəf göndərmişdir. Həmin vaxtı bacısı Aygün ona evə getməyini demişdir. O, arvadı Aynurə və körpə uşağı ilə yaşadığı evə getmişdir. O, Pərvinin “qoymayın məni öldürdülər” sözlərini dediyini eşitmişdir. Onlara tərəf gedəndə Ədalət Pərvini divara dirəyib əlləri ilə saxladığını, Ədalətin oğlu Məhərrəm isə əlində olan bıçaqla Pərvinin kürəyinə bir neçə dəfə vurduğunu görmüşdür. Ədaləti yumruqla bir dəfə baş nahiyəsindən vurmuş, Ədalət ondan uzaqlaşmışdır. Məhərrəmin əlində olan bıçağı bacısı Aygün və anası Elvira almışdır. Bıçağı bacısı Aygün kənara atmışdır. Ədalət, arvadı Elvira və oğlu Məhərrəm oradan evlərinə getmişlər. Sonra hadisə yerinə polislər gəldikdən sonra polislərin yanına getmişdir. O, mübahisə zamanı Elviranı vurmamışdır. O, avtomobil ilə Elviranın ayağının üzərindən keçməmişdir. Mübahisə zamanı Elvira ilə bacısı Aygün mübahisə etmiş və qarşılıqlı olaraq bir-birini vurmuşlar. Mübahisə 10-15 dəqiqə davam etmiş, ətrafa insanlar toplaşmamışdır. Mübahisə zamanı ona konkret olaraq Ədalət xəsarət yetirmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmışdır. 22 sentyabr 2022-ci il tarixdə o spirtli içərək tanışı Elçin, Osman və yeznəsi Pərvinlə birlikdə evə gəlmiş, Aynurəyə onlara yemək bişirməsini demişdir. Aynurə onlara qulluq edə edə ona evə qonaq gətirdiyi üçün gileylənmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o həyat yoldaşı Aynurəni üz nahiyyəsindən vurmuş və saçından dartmışdır. Orada olanlar mübahisəni sakitləşdirmişlər. Aynurə həmin gen gecə saat 02:00-da evdən çıxıb getmiş, sonradan ona məlum olmuşdur ki, Aynurə ondan polisə şikayət etmişdir. 29 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Şəmkir rayonu, Mikayıl Müşviq küçəsində ailə üzvləri ilə birlikdə yaşlayır, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs2 əridir. X1 isə oğludur. Şahid2 əri Ədalətin əmisi qızı Şahid1 yoldaşıdır. Onlar çəpər-çəpərə qonşudur. Pərvin və ailəsi üzvləri ilə arasında əvvəllər çəpərə görə narazılıqları olmuşdur. 13 aprel 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olan vaxtı Aygün onlara gələrək Ədalətin evində olduğunu bildirmiş və içkili vəziyyətdə əri Pərvinlə mübahisə etdiklərini demişdir. Aygün ondan tələb etmişdir ki, gedib əri Ədaləti gətirsin. Ədalət və Pərvinin dəfələrlə mübahisə edib sonradan barışdıqlarını bildiyinə görə getməmişdir. Aygün yenidən onlara gələrək Ədalət ilə əri Pərvinin mübahisə etdiklərini və Ədaləti aparmağını bildirmişdir. O, Aygün ilə birlikdə evinə getmiş, içəri girəndə Aygünün qardaşı Əlinin də orada olduğunu görmüşdür. Onlar masada oturub içkili vəziyyətdə mübahisə etmişlər. Pərvin və Əli Ədaləti söyüb təhqir etmiş və o, iradını bildirib Ədaləti nə üçün söydüklərini soruşmuşdur. Əli ona nalayiq sözlər deyərək yaxşı etdiyini bildirib onu da təhqir etmişdir. O, Əliyə cavab qaytarmış və Aygün onun saçından tutub arxaya çəkərək yerə yıxmışdır. O, yerdən durub Aygünü saçından tutub yolmuş və Pərvin yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Mübahisə zamanı Aygün masanın üzərində olan boşqabları ona atmış və Ədalət onun yanında olduğuna görə boşqabın biri başına dəymiş və başından qan axmağa başlamışdır. O, Ədaləti evdən çölə çıxarmış və özü də çölə çıxmışdır. Sonra o, istifadəsində olan mobil telefonla polisə zəng edib məlumat vermişdir. Aygün onu arxadan saçını tutub dartmış və o, da Aygünün saçından tutub dartmışdır. Mübahisə zamanı oğlu Məhərrəm səsə gəlmiş və Məhərrəm onlara yaxınlaşanda Pərvin özünə məxsus nömrəsini bilmədiyi avtomobildən götürdüyü təxminən 1 metr uzunluğunda dəmir boru ilə oğlu Məhərrəmin boynunun arxa nahiyəsinə vurmuşdur. Məhərrəm müvazinətini itirib yerə çökəndə Pərvin və Əli onun üstünə gedərək bədən nahiyəsinə yumruqları ilə vurub döymüşlər. O, bunu görüb Aygünü buraxıb Məhərrəmi onların əlindən almaq üçün Əlinin üstünə getmiş, Əli onun yaxasından tutub sürütləyərək 4-5 metr kənara aparıb yerdə olduğu vaxt təpiklə iki dəfə sol sinə və çiyin nahiyəsinə vurmuşdur. Əli ikinci dəfə təpiklə çiyin nahiyəsinə vuranda çiynindən bərk ağrı hiss etmiş və Əliyə iradını bildirmişdir. O yerdə dizi üstə olanda Pərvin əlində olan dəmir boru ilə onun boyun nahiyəsinə vurmuş və o, müvazinətini itirib yerə ağzı üstə düşmüşdür. Sonra yadına gəlir ki, Məhərrəm onu yerdən qaldırmağa çalışmışdır. O, Məhərrəmin başından qan gəldiyini görmüş, onu yerdən qaldırıb evə tərəf aparanda Məhərrəmdən əri Ədalətin harada olduğunu soruşmuşdur. Məhərrəm Əli və Pərvinin Ədaləti döydüklərini demişdir. Sonra oğlu Məhərrəm ona Əli oradan qaçıb getmək istəyəndə Pərvinin avtomobilinə minib gedərkən qəsdən avtomobil ilə onun sol ayağının üstündən sürüb getdiyini demişdir. O, ayağına baxanda qan axdığını görmüşdür. O, evdə olanda bu barədə polisə zəng edib məlumat vermişdir. Sonra oraya gələn təcili tibbi yardım avtomobili onu və əri Ədaləti Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Onu Şəmkir rayon mərkəzi xəstəxanasında qəbul etməmişlər və bundan sonra Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişdir. Onun ayağına tikiş qoyulmuşdur. Sonra o, oradan atası evinə getmişdir. Ədalətin başına masada olan boşqaba o, vurmamış, Ədalətin başını Aygün boşqabla vurub xəsarət yetirmişdir. Mübahisə zamanı oğlu Pərvini nə qaz balonu ilə nə də yumruqla vurmamışdır. Mübahisə 10-15 dəqiqə davam etdi və ətrafa qonşular gəlməmişdir. Ona sol akromioklavikulyar oynağın çıxığını Əli təpiklə vuraraq, sağ ayağın 1-ci barmağının və sağ ayaq pəncəsinin ayaq arxası səthinin əzilmiş yarasını isə Əli Pərvinə məxsus avtomobil ilə üzərindən keçərək yetirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 29 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şəmkir rayonu, M.Müşviq küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Zərərçəkmiş şəxs1 onun arvadı, X1 isə oğludur. Şahid1 Əlinin bacısı, Şahid2 isə Aygünün əridir. Onun evi Aygünün evi ilə çəpər-çəpərədir. 13 aprel 2022-ci il tarixdə saat 17-18 radələrində siqaret almaq üçün Pərvinin evinə getmişdir. Həmin vaxtı Pərvinin evində usta Murad, Əli və Aygün olmuş, onu evə dəvət etmişlər. O, masada oturmuş və çörək yeyən vaxtı Aygün gedib arvadı Elviranı çağırmışdır ki, onu evinə aparsın. Elvira ora gəlmiş və ona evə getməyini demişdir. Mən durub getmək istəyəndə Əli onun arvadı Elviranı təhqir etmiş və aralarında mübahisə baş vermişdir. Aygün Elviranın saçından tutub yolmuş, Pərvin və Əli Elviranı vurmağa başlamışlar. Həmin vaxtı onu da yumruqla Əli döymüşdür. Əli və Pərvin Elviranı evin həyətinə çıxarmış, Əli Pərvinin avtomobilinə minib Elviranın üzərindən keçmək istəmişdir. Onun oğlu Məhərrəm qabağa durub buna imkan verməmiş və Əli avtomobil ilə Elviranın sağ ayağının üzərindən keçmişdir. O, mübahisə zamanı heç kimi vurmamış, sonra özünə gələndə al-qanın içərisində olduğunu bilmişdir. Sonra onu və Elviranı xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarıxdə Morul kəndində evində olanda əri Əli spirtli içki qəbul edərək Elçın, Osman və yeznəsi Pərvin adlı şəxslərlə birlikdə gəlmiş, Əli onlara yemək bişirməyini bıldirmiş və qulluq etdikdən sonra Əliyə bu şəxsləri niyə evə gətiribsən deyərək ona gileylənmişdir. Əli onu təhqir etmiş və yaranmış mübahisədə onu yumruqla üzdən vurub saçından dartaraq yolmuşdur. Əlinin tanışı Osman onları ayırmış və Əli təhqirlərinə davam etdiyinə görə saat 02 radələrində piyada Şəmkir RPŞ-nə gedəndə yolda polislər ona yaxınlaşaraq hara getdiyimi soruşmuş, onu Şəmkir RPŞ-nə aparmışlar. O, şikayət etdikdən sonra atası evinə getmişdir. Zəyəm-Cırdaxan kəndində səhər saatlarında əri Əli atası evinə gələrək orada qızı Səmanı əlindən alaraq özü ilə aparmışdır. Bundan başqa sonradan barışmış, lakin məhkəmə istintaqı ərəfəsində evdə yenə Təqsirləndirilən şəxs onunla mübahisə etdiyindən və onu vurduğundan təqsirləndirilən şəxsi bağışlamır, barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 13 aprel 2022-ci il tarixdə saat 17-18 radələrində o qonşusu Muradla yaşadığı evdə işləyən vaxtı Əli arvadı Aynurəni və körpə qızını götürüb onlara gəlmiş və 1 ədəd yarım litrlik araq almışdır. Əli onlarda olan vaxtı Ədalət çəpərdən onlara tərəf yaxınlaşıb ondan kəlbətin istəmiş, o Ədalətin sərxoş olduğunu görüb kəlbətin olmadığını demişdir. Ədalət bundan sonra evlərinə getmişdir. Onlar evdə usta işləyən Muradın əl işinə baxmışlar. Həmin vaxtı Aygün yeməyin hazır olduğunu və masaya gəlmələrini demişdir. O, Əli və Murad masada oturmuş, Aygün onlara yemək vermişdir. Həmin vaxtı Ədalət qapını itələyib içəri girmiş və Aygünün Ədalətin sərxoş vəziyyətdə evə gəlməsinə narazılıq etməsini görüb X6 masaya dəvət etməsini bildirmiş, sonra da Əli Ədaləti masaya çağırmışdır. Ədalət masada onunla üzbəüz oturmuş, 50 qram araq içdikdən sonra pivəni açıb “mən orucam, orucumu açıram” sözlərini demişdir. Həmin ay orucluq ayı olduğuna görə o, Ədalətə evində elə sözlər danışmamasını, orucluq ayı olduğunu və günah etdiyini bildirmişdir. Aygün Ədalətin onlarla mübahisə etməsini görüb Ədaləti aparması üçün gedib arvadı Elviranı çağırmış, Elvira Aygün ilə birlikdə içəri girmiş, onlara salam verib Ədalətin başı üstə dayanaraq çiynindən dartıb “nə gəzirsən düşmənin qapısında” sözlərini demişdir. Ədalət Elviraya söymüş, Elvira Ədalətin sərxoş olmasına görə heç nə deməmişdir. Ədalətə evə getməsini təkrar dedikdə bu dəfə Ədalət Elviraya təkrar söydüyündən Elvira da Ədalətə cavabında söyüş söymüşdür. Həmçinin, onlar da eyni söyüşü etmişdir. Elvira masanın üzərində olan boşqabı götürüb Ədalətin baş nahiyəsinə bir dəfə vurmuşdur. Ədalətin başı qanamış və Elvira Ədaləti vurduqdan sonra Aygün iradını bildirərək nə üçün evində Ədaləti vurduğunu demişdir. Elvira ona yaxşı etdiyini deyib masanın üzərində olan araq butulkasını götürüb Aygünü sol üz nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Elvira və Aygün qarşılıqlı olaraq bir-birinin saçını yolub, əlləri ilə vurmağa başlamışlar. O, Əli və Murad onların arasına girib ayırmış, Elvira otaqda olan soyuducunu Aygünün üzərinə itələmişdir. Soyuducu Əlinin arvadı Aynurəni və onun qucağında olan körpə uşağının üstünə düşmüş, Əli soyuducunu götürüb düzəltmişdir. O, Ədalətin oğlu Məhərrəmi çağırmışdır ki, gəlsin atasını aparsın. Ədalət özü özünə qışqırmış və otaqda çıxarıb evin həyətində olan sabunları yığdıqları yeri əlləri ilə vurub dağıtmış, Əliyə tərəf atmışdır. Atdığı əşyalar Əliyə dəymədən yerə düşmüşdür. Həmin vaxtı Elvira evin həyətində olan elektrik çaydanı, “Tefal”ı götürüb başına bir neçə dəfə vurmuş, Aygün Elviranın əlindən “Tefal”ı almaq istəmişdir. Evin həyətində olanda Ədalət Əlinin üstünə gələrək onu vurmaq üçün yumruq atmış, Ədalətin 3-cü yumruğu Əlinin ağız nahiyəsinə dəymişdir. Əli yumruqla 2-3 dəfə Ədalətin yumruqla bədəninə və üz nahiyəsinə vurmuşdur. Murad və anası Kifayət ayırmaq üçün araya girəndə Ədalət Kifayəti bir dəfə yumruqla vurmuşdur. Kifayət yerə yıxılmışdır. Murad da Ədaləti anası Kifayəti vurduğuna görə bir dəfə yumruqla vurmuşdur. Murad oradan qaçaraq evlərinə tərəf getmişdir. Həmin vaxtı Aygün ilə Elvira evdə qarşılıqlı olaraq dalaşmışlar. O, onları ayırmışdır. Məhərrəm həmin vaxtı orada olmuş və arvadı Aygünü əlləri ilə vurmuşdur. O, Məhərrəmi kənara itələmiş və yumruqla bir neçə dəfə vurmuşdur. Aygünü və Elviranı ayıranda başına sərt nəyinsə dəydiyini hiss edib çönəndə görmüşdür ki, Məhərrəm evdə olan qaz balonu ilə onu vurub. O, huşunu itirən zaman Elvira üstünə qaçmış, Məhərrəm də əlində olan bıçaqla onun kürək nahiyəsinə vurmuşdur. O, qışqırıb Əlini çağırmışdır. Elvira onlardan çıxıb getmişdir. Həmin vaxtı Ədalət əlində ağacla onun üstünə gəlmiş və o, qaçdığına görə onu vura bilməmişdir. Əli yanına gəlmiş və bir dəfə baş nahiyəsindən vurmuşdur. Ədalət ondan uzaqlaşmışdır. Sonra hadisə yerinə polislər gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Şəmkir rayonu, M.Müşviq küçəsində ailə üzvləri ilə yaşayır. Zərərçəkmiş şəxs2 onun atasıdır. Zərərçəkmiş şəxs1 onun anasıdır. Təqsirləndirilən şəxs isə onun atasının əmisi oğludur. Şahid1 Əlinin bacısı, Şahid2 isə Aygünün əridir. Onların evi Aygününü evi ilə çəpər-çəpərədir. 13 aprel 2022-ci il tarixdə saat 18 radələrində səs gədliyini eşitmiş, kiçi bacısı ona anası və atasını qonşuluqda yaşayan Pərvinin təklədiyini bildirmişdir. Həmin yerə gedən zaman anası Elvira ilə Aygünün mübahisə etdiklərini və bir birilərinin saçından tutduqlarını görmüş, onları ayırmaq üçün yaxınlaşdıqda Pərvin əlindəki taxta ilə onun başına bir neçə dəfə vurmuşdur. Mübahisə zamanı Əli onun anası Elviranı təpiklə bir neçə dəfə vurmuş, daha sonra Pərvinə məxsus avtomobilə əyləşərək anası Zərərçəkmiş şəxs1 üzərinə sürmüşdür. O anasının qabağına keçərək onu qorumağa çalışmış, buna baxmayaraq avtomobillə anasının sağ ayağının üzərindən keçmişdir. Anasını yerdən qaldırıb evə aparmışlar. Daha sonra atası Ədalət evə gəlmiş, Təcili Tibbi yardım çağırmışlar. X5 birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 16 aprel 2022-ci il tarixli 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol akromioklavikulyar oynağın çıxığı, döş qəfəsin arxa səthində sol kürək nahiyyəsinin qançırı, sağ ayağn 1-ci barmağının və sağ ayaq pəncəsinin ayaq arxası səthinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 13 aprel 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sol akromioklavikulyar oynağın çıxığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ ayağın 1-ci barmağının və sağ ayaq pəncəsinin ayaq arxası səthinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aiddir, döş qəfəsin arxa səthində sol kürək nahiyyəsinin qançırı isə sağlamlığıa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 16 aprel 2022-ci il tarixli 348 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Zeynalabdin oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ çiyinüstü, sol kürək, sağ sağrı nahiyyəsinin, qarnın ön divarının qançırları və hər iki diz oynağının ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 13 aprel 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağ təpə-ənsə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ çiyinüstü, sol kürək, sağ sağrı nahiyyəsinin, qarının ön divarının qançırları və hər iki diz oynağının ön səthinin sıyrıqları isə sağlamlığıa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 1136 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın sağ yarısının əzilmiş yarası və sağ bazunun orta üçdə birinin bayır səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 22 sentyabr 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə alt dodağın sağ yarısının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aiddir, sağ bazunun orta üçdə birinin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı ifadəsindən görünür ki, təqsirləndirilən şəxs bugünədək onunla barışıq əldə etməmiş və ona dəymiş zərəri hər hansı formada ödəməmiş, əksinə məhkəmə istintaqı davam edən müddətdə də onu döymüşdür. Ona görə də təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən bu halın nəzərə alınmasını və ona qanunla nəzərdə tutulmuş qaydada ağır cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə, həmin Məcəllənin 127.2.2-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması, eləcə də zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurması özünün ibtidai istintaq dövründə verdiyi ifadələrlə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 127.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində mübahisə zamanı Elviranı vurmadığını və avtomobillə Elviranın ayağının üzərindən keçməməsini bildirsə də, məhkəmə onun bu ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş və onların heç birinə görə məhkum olunmamış, cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Cinayətlərin məcmusuna daxil olan cinayətlər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq cəzaların qismən toplanılması yolu ilə cinayətləri məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 127.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmənin 19 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs məhkəmə vaxtı həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 38 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 228 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 38 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 228 (iki yüz iyirmi səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-113/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-113/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver