Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-113/2024 17.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1998–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Xuluf kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, 31 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində qayınatası Zərərçəkmiş şəxs2 və qaynanası Zərərçəkmiş şəxs1 ilə aralarında, onun arvadı Şahid1 ilə həmin gün mübahisə edərək sonuncunun küsüb atası evinə getməsi və geri qayıtmaq istəməməsi səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qayınatasına məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində qəsdən əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin baş və üz nahiyələrindən vuraraq ona sağ gözətrafı yumşaq toxumalarının və sağ yanağın dərialtı hematomaları, sağ gözün iç qurtaracağının əzilmiş yarası və sağ gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, həmçinin arvadı Zərərçəkmiş şəxs1 gözü qarşısında xüsusi amansızlıqla qayınatası Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nayihələrindən qəsdən vuraraq ona sol saidin aşağı üçdə birinin iç səthinin sıyrığı, sol əlin 5-ci barmağının daraq sümüyünün distal ucunun və sağ əlin 5-ci barmağının proksimal falanqasının qapalı yerini dəyişmiş sınıqları kimi onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla az ağır dərəcəli xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun arvadı Şahid1 valideynləridir. Onlarla əvvəllər hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid1 ilə təxminən 4 il əvvəl ailə həyatı qurmuşdur və onların Yusif adlı bir oğlan övladları vardır. Qayınatası Zərərçəkmiş şəxs2 və qayınanası Zərərçəkmiş şəxs1 ilə eyni binada yaşayırlar. Arvadı Şahid1 ilə aralarında narazılıq yaranmış və tez-tez Zəminə ilə arasında mübahisələri baş vermişdir. Bir neçə dəfə Zəminənin valideynlərinə bu barədə söyləmiş, onlardan qızları Zəminə ilə danışmalarını xahiş etmişdir, lakin heç bir nəticə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gələn zaman binanın qabağında qayınanası Zəkiyənin su daşımasını görmüşdür. Həmin vaxt Zəkiyənin ona su daşımaqda ona kömək etməyini söyləmiş, o, isə həmin vaxt işdən gəlmiş və yorğun olmuşdur. Eyni zamanda isə Zəkiyənin sözlərinə əsəbləşmiş və ona “mən kişiyəm, su daşımaq qadın işidir” deyə söyləyərək yaşadığı evə getmişdir. Aradan təxminən bir saat keçdikdən sonra arvadı Zəminəni atası evindən çağırmaq üçün qayınatası Fazilin yaşadığı evə getmişdir. Həmin vaxt Fazil, Zəkiyə və Zəminə evdə olmuşdur. O, Zəminəyə evlərinə gəlməsini söyləmiş, lakin Zəminə ona nalayiq ifadə işlədərək gəlməyəcəyini bildirmişdir. Həmçinin həmin vaxt qayınanası Zəkiyə də, ona nalayiq ifadələr işlətməyə başlamış və evdən çıxıb getməsini tələb etmişdir. Daha sonra Zəkiyə onun anası və bacıları barədə nalayiq ifadələr işlətmişdir. Buna görə də, Zəkiyə ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı o, Zəminə və Zəkiyənin sözlərinə əsəbləşmiş və bir dəfə təpiklə qəsdən Zəminənin qarın nahiyəsindən vurmuş, daha sonra isə qəsdən bir dəfə yumruqla Zəkiyənin sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt arvadı Zəminə atası Fazilin əsasını götürüb onu vurmaq istəmiş, lakin o, Zəminənin onu vurmaması üçün geri çəkilmiş və həmin əsa onun qabağında yataqda oturmuş qayınatası Fazilinin sağ qol nahiyəsinə dəymişdir. Daha sonra o, oradan çıxıb getmişdir. Mübahisə qayınatası Zərərçəkmiş şəxs2 yaşadığı evdə baş vermişdir. Mübahisəyə səbəb Zəkiyənin onun anası və bacılarını nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. Mübahisə zamanı orada o, qayınatası Fazil, qayınanası Zəkiyə və arvadı Zəminə olmuşdur. Mübahisə zamanı o, yalnız qayınanası Zərərçəkmiş şəxs1 vurmuş, qayınatası Zərərçəkmiş şəxs2 vurmamışdır. Zərərçəkmiş şəxs2 isə onların mübahisələrindən təxminən bir ay əvvəl sanitar qovşağında yıxılaraq xəsarət almışdır. O, əsa ilə qayınatası Zərərçəkmiş şəxs2 və qayınanası Zərərçəkmiş şəxs1 vurmamış və onu boğmamışdır. Mübahisəni başladan qayınanası Zəkiyə olmuşdur. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etsədə onlarla barışa bilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı var və alilədə qazanc gətirən yeganə şəxsdir. Özü İİ Qarabağ müharbə iştirakçısı olmaqla müharibə veteranıdır. Müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilmişdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Rauf ilə eyni binada yaşayırlar. Təxminən bir ildən artıq olardı ki, Rauf ilə onun, əri Zərərçəkmiş şəxs2 və qızı Zəminənin arasında narazılıq vardır. Narazılığa səbəb Raufun başqa qadınla münasibətdə olmasıdır. Buna görə də, Rauf ilə onun əri Fazilin və qızı Zəminənin arasında tez-tez mübahisələr yaranmışdır. xx.xx.2023cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı binanın qabağında evləri üçün su kranından içməli su götürən zaman Raufun evə gəlməsini görmüşdür və Raufdan suyu evə aparmaqda ona kömək etməsini xahiş etmişdir. Rauf isə ona kobud formada cavab vermiş və ona su daşımayacağını və özlərinin suyu daşımalarını söyləyərək evə getmişdir. Aradan təxminən bir saat keçdikdən sonra yaşadığı evdə olan zaman Rauf onlara gəlmişdir. Həmin vaxt qızı Zəminə də, onun evində olmuşdur. O, Raufa bir az əvvəlki hərəkətinə görə irad tutmuş və ona su daşımaqda onlara kömək etməsini söyləmişdir. Rauf isə bir daha su daşımayacağını bildirmiş və həmçinin onu və qızı Zəminəni təhqir etmişdir. Buna görə də, aralarında mübahisə baş vermişdir. Həmin vaxt əri Fazil yaşadıqları evə gəlmişdir. Fazil onların arasına girmiş və mübahisə etmələrinə görə onlara irad tutmuşdur. Rauf isə Zəminədən ona və oğullarına aldığı paltarları ona verməsini tələb etmiş və həmin paltarları yandıracağını bildirmişdir. Zəminə də, Raufa paltarları ona verməyəcəyini, indi əsəbi olmasını, gedib yatmasını bildirmişdir. Rauf da, Zəminənin sözlərinə əsəbləşmiş və Zəminəyə “görərsən sənin ananın başına oyun açacağam” deyə söymişdir. Fazil də, Raufun ona söylədiyi sözə əsəbləşmiş və Raufa gedib öz anasının, bacısının başına oyun açmasını bildirmişdir. Rauf Fazilə nalayiq ifadə işlədərək onu təhqir etmiş və Zəminə onu sakitləşdirmək istəyərkən Rauf bir dəfə təpiklə Zəminənin qarın nahiyəsindən vurmuşdur. Bundan sonra Fazil tez onları aralaşdırmaq üçün əlindəki əsanı Raufun qabağına uzatmış, Rauf isə həmin əsanı dartıb Fazilin əlindən almış və əsa ilə Fazilin baş, hər iki qol və bədəninin müxtəlif nahiyələrindən dəfələrələ vuraraq ona xəsarət yetirmişdir. O, Fazil və Raufu aralaşdırmaq üçün onlara yaxınlaşmış, lakin Rauf əlindəki əsa ilə bir dəfə onun sol qol nahiyəsindən vurmuş, daha sonra isə Rauf əli ilə onun boğazından tutaraq bir neçə dəfə yumruqla onun sifət və sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt onun gözündən qan gəlmiş, Rauf da onun gözündən qan gəlməsini görən zaman qorxub evdən qaçıb getmişdir. Hazırda ondan şikayətçidir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Rauf onun qızı Şahid1 ilə təxminən 4 il əvvəl ailə həyatı qurmuşdur. Kürəkəni Rauf ilə eyni binada yaşayırlar. Təxminən bir ildən artıq olardı ki, Rauf ilə onun, arvadı Zərərçəkmiş şəxs1 və qızı Zəminənin arasında narazılıq vardır. Narazılığa səbəb Raufun başqa qadınla münasibətdə olmasıdır. Buna görə də, Rauf ilə onun¸ arvadı Zəkiyənin və qızı Zəminənin arasında tez-tez mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evə gələn zaman kürəkəni Rauf ilə arvadı Zəkiyənin və qızı Zəminənin mübahisə etmələrini görmüşür. Rauf Zəkiyəyə və Zəminəyə nalayiq ifadələr işlədərək onların su daşıyanı olmadığını bildirərək onlarla mübahisə etdiyini görüb onların arasına girmiş və mübahisə etmələrinə görə iradını bildirdirmişdir. Rauf isə Zəminədən ona və oğullarına aldığı paltarlarını ona verməsini tələb etmiş və həmin paltarları yandıracağını bildirmişdir. Zəminə də, Raufa paltarları ona verməyəcəyini, indi əsəbi olmasını, gedib yatmasını bildirmişdir. Rauf da, Zəminənin sözlərinə əsəbləşmiş və Zəminəyə “görərsən sənin ananın başına oyun açacağam” deyə söyləmişdir. O, Raufun arvadı Zəkiyəyə söylədiyi sözə əsəbləşmiş və ona gedib öz anasının, bacısının başına oyun açmasını söyləmişdir. Həmin vaxt Rauf ona nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Zəminə Raufu sakitləşdirmək istəyərkən Rauf bir dəfə təpiklə Zəminənin qarın nahiyəsindən vumuşdur. Bundan sonra o, Rauf və Zəminəni aralaşdırmaq üçün əlindəki əsanı Raufun qabağına uzatmışdır. Rauf isə həmin əsanı dartıb onun əlindən almış və əsa ilə onun baş, hər iki qol və bədəninin müxtəlif nahiyələrindən dəfələrələ vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt arvadı Zəkiyə onları aralaşdırmaq üçün aralarına girmiş, lakin Rauf əlindəki əas ilə bir dəfə Zəkiyənin sol qol nahiyəsindən vurmuş, daha sonra isə Rauf əli ilə Zəkiyənin boğazından tutaraq bir neçə dəfə yumruqla Zəkiyənin sifət və sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Zəkiyənin gözündən qan gəlmiş, Rauf da Zəkiyənin gözündən qan gəlməsini görən zaman qorxub evdən qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Atası Fazil və anası Zəkiyə ilə eyni binada yaşayırlar. Rauf ilə onun atası Fazilin və anası Zəkiyənin arasında narazılıq vardır. Narazılığa səbəb Raufun başqa qadınla münasibətdə olmasıdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı binanın qabağında evləri üçün su kranından içməli su götürən zaman Raufun evə gəlməsini görmüşlər və Raufdan suyu evə aparmaqda onlara kömək etməsini xahiş etmişlər. Rauf isə onlara kobud formada cavab vermiş və onlara su daşımayacağını və özlərinin suyu daşımalarını söyləyərək evə getmişdir. Aaradan təxminən bir saat keçdikdən sonra Rauf onun anası Zəkiyənin evinə gəlmiş və həmin vaxt anası Zəkiyə Raufa bir az əvvəlki hərəkətinə görə irad tutmuş, ona su daşımaqda onlara kömək etməsini söyləmişdir. Rauf isə bir daha su daşımayacağını bildirərək onu və anası Zəkiyəni təhqir etmişdir. Buna görə də, aralarında mübahisə baş vermişdir. Həmin vaxt atası Fazil yaşadıqları evə gəlmişdir. Fazil onların aralarına girmiş və mübahisə etmələrinə görə onlara iradını bildirmişdir. Rauf isə ondan ona və oğullarına aldığı paltarları ona verməsini tələb etmiş və həmin paltarları yandıracağını bildirmişdir. O da, Raufa paltarları ona verməyəcəyini, indi əsəbi olmasını, gedib yatmasını söyləmişdir. Rauf da, onun sözlərinə əsəbləşmiş və ona “görərsən sənin ananın başına oyun açacağam” deyə sözlər söyləmişdir. Atası Fazil də, Raufun söylədiyi sözə əsəbləşmiş və ona gedib öz anasının, bacısının başına oyun açmasını söyləmişdir. Həmin vaxt Rauf Fazilə nalayiq ifadə işlədərək onu təhqir etmişdir. O da, Raufu sakitləşdirmək istəyərkən Rauf bir dəfə təpiklə onun qarın nahiyəsindən vurmuşdur. Bundan sonra atası Fazil onları aralaşdırmaq üçün əlindəki əsanı Raufun qabağına uzatmış, Rauf isə həmin əsanı dartıb atası Fazilin əlindən almış və əsa ilə Fazilin baş, hər iki qol və bədəninin müxtəlif nahiyələrindən dəfələrlə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt anası Zəkiyə onları aralaşdırmaq üçün onlara yaxınlaşmış, lakin Rauf əlindəki əsa ilə bir dəfə Zəkiyənin sol qol nahiyəsindən vurmuş, daha sonra Rauf əli ilə Zəkiyənin boğazından tutaraq bir neçə dəfə yumruqla onun sifət və sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Zəkiyənin gözündən qan gəlmiş, Rauf da Zəkiyənin gözündən qan gəlməsini görən zaman qorxub evdən qaçıb getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 01 noyabr 2023-cü il tarixdə günorta saatlarında oğlu Rauf onun yaşadığı evə gəlmiş və ona artıq Zəminədən ayrıldığını və evlərinə gəldiyini bildirmişdir. O, Raufdan nə baş verməsini soruşduqda Rauf ona 31 oktyabr 2023cü il tarixdə axşam saatlarında qayınatası Zərərçəkmiş şəxs2 yaşadığı evdə onunla qayınatası Fazil və qayınanası Zəkiyə arasında mübahisə və dava-dalaş baş verməsini dava-dalaş zamanı isə Zəkiyə və Fazili döyərək onlara xəsarət yetirməsini söyləmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Rauf onun qonşusudur. Onlar eyni binada yaşayırlar. Həmçinin Raufun qayınatası Zərərçəkmiş şəxs2 və qayınanası Zərərçəkmiş şəxs1 da, həmin binada yaşayırlar. Onlarla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində o, qonşularından xx.xx.2023-cü il tarixdə Rauf ilə Fazil, Zəkiyə və Zəminə arasında onların yaşadıqları evdə mübahisə və dava-dalaş baş verməsini eşitmişdir, lakin həmin vaxt orada olmadığı üçün mübahisə və dava-dalaşın səbəbi və digər təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəcəkdir. Onun Təqsirləndirilən şəxs ilə arasında heç bir xüsusi münasibəti yoxdur, Təqsirləndirilən şəxs onun qonşusudur, Təqsirləndirilən şəxs ilə yalnız qonşuluq münasibəti vardır və bir neçə dəfə də Rauf ilə qonşu kimi telefonda danışmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Keçili kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə onun qudalarıdır. Fazil və Zəkiyənin onun gəlini Şahid1 valideynləridir. X5 ilə təxminən 4 il əvvəl ailə həyatı qurmuşdur və onların Yusif adlı bir oğlan övladları vardır. Rauf ailəsi ilə birlikdə onlardan ayrı, Şəmkir rayonu, Kür qəsəbəsində qayınatası Zərərçəkmiş şəxs2 ilə eyni binada yaşayır. Son zamanlar Rauf ilə Zəminə arasında narazılıqlar yaranmağa başlamışdır. O işi ilə əlaqədar tez-tez Rusiya Federasiyasına gedir. xx.xx.2023-cü il tarixdə o, Rusiya Federasiyasından ölkəsinə qayıtmış və Şəmkir rayonu Keçili kəndində yerləşən yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə arvadı Şahid2 ona bir neçə gün əvvəl oğlu Rauf ilə qudaları Fazil və Zəkiyə arasında dava-dalaş baş verməsini söyləmişvə dava-dalaş zamanı Raufun Zəkiyə və Fazili döyməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Fazil və Zəkiyənin yanına getmişdiyini və həqiqətəndə onların xəsarətləri olmasını görmüşdür. Belə ki, Zəkiyənin bir gözü, Fazilin isə hər iki əli sarıqlı olmuşdur. Aralarındakı söhbət zamanı Fazil və Zəkiyə ona xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən yaşadıqları evdə oğlu Təqsirləndirilən şəxs ilə aralarında mübahisə və dava-dalaş baş verməsini, dava-dalaş zamanı isə Raufun yumruqla Zəkiyənin sağ göz nahiyəsindən, əsa ilə də, Fazilin hər iki əl nahiyələrindən vuraraq onlara xəsarət yetirməsni söyləmişdirlər. Həmçinin Şahid3 ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində Zərərçəkmiş şəxs2 yaşadığı evdə baş verdmişdir. Həmin vaxt orada olmadığına görə oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasındakı mübahsəinin səbəbi barədə heç nə söyləyə bilməyəcəkdir. Hazırda oğlu Təqsirləndirilən şəxs törətdiyi əməldən, yəni qayınatası Zərərçəkmiş şəxs2 və qayınanası Zərərçəkmiş şəxs1 döyməsinə görə peşmandır və Rauf öz səhvini başa düşmüşdür. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 31 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 11 noyabr 2023-cü il tarixli, 1298 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni səthində aşkar edilmiş xəsarətlər – sağ gözətrafı yumşaq toxumaların və sağ yanağın dərialtı hematomaları, sağ gözün iç qurtaracağının əzilmiş yarası və sağ gözün ağlı qişasına qansızma KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 11 noyabr 2023-cü il tarixli, 1330 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol saidin aşağı üçdə birinin iç səthinin sıyrığı, sol əlin 5-ci barmağının daraq sümüyünün distal ucunun və sağ əlin 5-ci barmağının proksimal falanqasının qapalı yerini dəyişmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 oktyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əlin 5-ci barmağının daraq sümüyün distal ucunun və sağ əlin 5-ci barmağının proksimal falanqasının qapalı yerini dəyişmiş sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aidirlər, sol saidin aşağı üçdə birinin iç səthinin sıyırğı isə saqlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 807 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yusf oğlu müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, halhazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Yusf oğlunun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Vəliyev X3 Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 1(076)-2/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yusf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 1(076)-225/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Yusf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Vəliyev X4 Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 328.1, 330.1, 331.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62 və 66.2-ci maddələrinə əsasən 1000 manat miqdarında cərimə cəzasına, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Xuluf kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci ildə anadan olmuş Yusif adlı bir nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 113777 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-7798 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-13626 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-22519 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-76015 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədiyini qeyd etsədə, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələri, eləcədə iş materiallarında olan digər sənədlərlə cinayət təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, ekspertiza rəyi, eləcədə iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlər yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2 və 128-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 18 dekabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 16 dekabr 2023–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-113/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-113/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver