Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-113/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Şəmkir rayonu, Dəllər Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə X12nı pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 24 oktyabr 2006-cı il tarixdə saat 02:20-də alkoqol sərxoşluğu vəziyyətində N.B.Pleşivçevayanın mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan A 551 NM 99 dövlət nömrə nişanlı, “VAZ 21063” markalı avtomobil ilə Moskva vilayəti, Mıtişi rayonu, Ostaşkovskiy şosesi ilə, “Valentina” restoranına çatmamış 222,5 metrliyində, yaşayış məntəqəsindən kənarda hərəkət xətti ilə, Boltino kəndi istiqamətində 30- 40 km/saat sürətlə sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən Rusiya Federasiyasının “X12”nın 1.3, 1.5, 2.5, 2.7 və 10.1 abz 2-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsinin hərəkətinə daim nəzarət etmək imkanı təmin etməli, avtomobilin sürət həddini düzgün seçməklə hərəkətinə təhlükə yarandıqda hərəkət istiqamətində sağdan sola keçən piyadanı görüb nəqliyyat vasitəsi dayanana qədər sürəti azaltmaq üçün mümkün tədbirlər görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib X12nı pozaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin yolu sürücüyə münasibətdə sağda sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona döş qəfəsinin və qarının qapalı travması, beldə sıyrımlar, döş qəfəsinin arxa və ön səthlərinin yumşaq toxumnlarında geniş qansızma, qabırğaların çoxlu sayda sınıqları, sol plevral və qarın boşluğunda qan izləri, sol ağciyərin kökətrafı cırılmaları, qaraciyərin cırılması, sol böyrəyin piy kapsulunda qansızma, sol çiynin açıq sınığı, sol sağrının yumşaq toxumalarında qansızma, sağ baldırda sıyrılma, sol budun yumşaq toxumalarında parçalanma ilə geniş qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs aldığı daxili orqanların çoxlu sayda zədələnmələri və qabırğaların sınıqları ilə müşayiət edilən birləşmiş küt travma nəticəsində travmatik şok xəsarətindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, narkoloji və psixiatrik dispanserdə qeydiyyatda deyil. O, A551NM99 nömrə nişanlı VAZ-21063 avtomaşını etibarnamə üzrə idarə edir. Nəqliyyat vasitəsinin sahibi X3. İlk sürücülük vəsiqəsini 1996-cı ildə almış, sürücülük təcrübəsi 10 ildir. YNH öncə maşını texniki cəhətdən işlək vəziyyətdə olmuş, əyləc, sükan idarəetməsi işləmiş, təkərlər dolu olmuşdur. 24 oktyabr 2006-cı il tarixində o, Mitişi yarmarkasından qayıtmışdır. İşdə o, “Starıy Melnik” markalı, 0,5 litr həcmli 3-5 butulka pivəsi içmişdir. Sonra A551NM99 qeydiyyat nişanlı VAZ-21063 avtomaşının sükanı arxasına oturmuş və evə Moskva vil., Mıtişi rayonu Piroqovskiy qəsəbəsinə getmişdir. Avtomaşında sərnişin olmamışdır. 24 oktyabr 2006-cı il tarixində saat 02 radələrində o, sərxoş vəziyyətində, etibarnaməyə əsasən texniki cəhətdən işlək A551NM99 qeydiyyat nişanlı VAZ-21063 avtoaşını idarə edərək günün qaranlıq vaxtı, yaşayış məntəqəsindən kənarda, Ostaşkovskoye şossesi ilə, hərəkət etdiyi xətdən sağda yerləşən “Valentina” restoranına çatmamış, Moskva vilayətinin Mitişi rayonunda, Boltino k. istiqamətində 30-40 km/s sürəti ilə, yolun işıqlandırılmayan hissəsində, faraların yaxın işığı ilə, sərnişinsiz və yüksüz getmişdir. Qarşıdan heç bir avtomaşın gəlməmişdir. Yaşayış məntəqəsindən kənarda, Ostaşkovskoye şossesi ilə hərəkət edərək, hərəkət etdiyi xətt üzrə sağda yerləşən “Valentina” restoranına çatmamış hərəkət xəttində birbaşa avtomaşınının qarşısında kölgə görmüş, nə cür hərəkət etdiyini qeyd edə bilmir. Sonra ani olaraq avtomobilinin qabağına dəymiş və ön şüşəsində nə isə sınmışdır. Yolda heç kimi görmədiyi üçün zərbə anına qədər əyləci basmaq mümkün olmamışdır. Daha sonra avtomobili idarəetməni itirərək yolun sağ tərəfinə onun istiqamətində aşmışdır. Bundan sonra o, qorxmuş və Moskva vilayəti, Mitişi rayonu, Piroqovski kəndinə gedərək hadisə yerindən qaçmışdır. Daha sonra Miıtişi Dİİ YHTBM əməkdaşları tərəfindən saxlanılaraq YHTBM-ə gətirilmişdir. Maşınının qabaq hissəsində mexaniki zədə olmuşdur. Əvvəlcə alkoqol intoksikasiyası ilə bağlı tibbi müayinədən imtina etmişdir. Amma təxminən üç saatdan sonra razılaşmış və onu narkoloqun müayinəsinə aparmışlar. Narkoloq alkoqol intoksikasiyanı qeydə almış və bu barədə protokol tərtib etmiş, protokolu imzalamışdır. Vurduğu piyadanın hadisə yerində vəfat etdiyini müstəntiqin sözlərindən öyrənmişdir. Xərçəng xəstəliyindən əziyyət çəkir, eşitməsində problem var, ailəsinin yeganə qazanc gətirənidir. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9, Şahid1 və Şahid2 Yuryeviç qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X6, Şahid1 və Şahid2 Yuryeviçin da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, əvvəllər məhkum olunmamış, narkolohi psixiatrik-nevroloji dispanserlərdə uçotunda deyil. Onunla birlikdə Moskva şəhəri, Mıtişi rayonu, Belyaninovo kəndi, Stroitelnaya küçəsi ev 25 ünvanında yaşamış xx.xx.1956-cı il təvəllüdlü X4 həyat yoldaşıdır. 24 oktyabr 2006-cı il tarixində təxminən saat 1-də yoldaşı evdən çıxmış və geri qayıtmamışdır. Vasiliy “nubukdan” qəhvəyi rəngdə dəri gödəkcə, göy rəngdə idman şalvarı və köynək geyinmiş, saçları açıq rəngdədir. Ərinin kürəyində yanıq izi var, bu əlamətə əsasən onu tanıya bilər. Hal-hazırda ərinin xx.xx.2006-cı il tarixində saat 2:20-də Moskva vil,, Mitişi r-nu, Ostaşkovskoye şosse, “Valentina” restoranına çatmamış 222,5 mtr aralıda baş vermiş yol-nəqliyyat hadisəsində vəfat etdiyi ona məlum olmuşdur. Həmçinin, ona məlum olmuşdur ki, yolun həmin hissəsində Vasiliyi avtomaşın vurmuş, əri aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişdir. Ərinin ölüm faktı ilə bağlı onu zərərçəkmiş və mülki iddiaçı qismində tanımağı xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 24 oktyabr 2006-cı il tarixində saat 2:20 radələrində o, Mitişi Dİİ YHTBM YPX müfəttişi qismində növbədə olan vaxtı Mıtişi DİN YHTBİ növbətçisindən YNH haqqında bildiriş almışdır. Moskva vil., Mitişi r-nu, Ostaşkovskoye şossesi, “Valentina” restoranına çatmamış 222,5 metr aralıda baş vermiş hadisə yerində şəxsiyyəti müəyyən edilməmiş piyada vurulmuşdur. Avtomaşın hadisə yerindən qaçmışdır. Əməliyyat-axtarış tədbirləri gedişatında Moskva vil,, Mitişi r-nu, Piroqovskiy qəsəbəsində piyadanın vurulması əlamətləri olan mexaniki zədələri olan güclü alkoqol sərxoşluq vəziyyətində olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi A551HM99 qeydiyyat nişanlı, VAZ-21063 markalı avtomaşın saxlanılmışdır. Qeyd olunan vətəndaşın üzərində xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası, Şəmkir rayonu, Dallar-Cəyır kəndində anadan olmuş, Azərbaycan Respublikası, Şəmkir r-nu, Dallar-Cəyır k. yaşayan Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası vətəndaşının rus dilinə tərcümə edilmiş sürücülük vəsiqəsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs sözlərinə əsasən 24 oktyabr 2006-cı il tarixində saat 02:20 radələrində mülkiyyət hüququna əsasən N.B.Pleşeyevaya məxsus texniki cəhətdən işlək olan A551HM99 qeydiyyat nişanlı, VAZ 21063 markalı avtomobili etibarnaməyə əsasən idarə edərək günün qaranlıq vaxtı Moskva vil., Mıtişi rayonu, Ostaşkovskoye şossesi ilə hərəkət etdiyi, “Valentina” restoranına çatmamış 222,5 metrdə, Boltino k. istiqamətində gedən yol xəttində piyadanı vurduğu, nəticədə piyadanın hadisə yerində vəfat etdiyi məlum olmuşdur. xx.xx.2006-cı il tarixində hadisə yerinə baxış keçirərkən, A551HM99 qeydiyyat nişanlı, VAZ-21063 markalı avtomaşının texniki baxışdan keçməsi haqqında 2006-cı il tarixli talon aşkar edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs onun tərəfindən Mitişi Dİİ YHTBM-nə çatdırılmış və axtarış üzrə müfəttiş A.Y. Berejnova təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Yuryeviç ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 24 oktyabr 2006-cı il tarixində saat 2:20 radələrində o, Mitişi Dİİ YHTBM YPX müfəttişi qismində növbədə olan vaxtı Mıtişi DİN YHTBİ növbətçisindən YNH haqqında bildiriş almışdır. Moskva vil., Mitişi r-nu, Ostaşkovskoye şossesi, “Valentina” restoranına çatmamış 222,5 metr aralıda baş vermiş hadisə yerində şəxsiyyəti müəyyən edilməmiş piyada vurulmuşdur. Avtomaşın hadisə yerindən qaçmışdır. Əməliyyat-axtarış tədbirləri gedişatında Moskva vil,, Mitişi r-nu, Piroqovskiy qəsəbəsində piyadanın vurulması əlamətləri olan mexaniki zədələri olan güclü alkoqol sərxoşluq vəziyyətində olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi A551HM99 qeydiyyat nişanlı, VAZ-21063 markalı avtomaşın saxlanılmışdır. Qeyd olunan vətəndaşın üzərində xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası, Şəmkir rayonu, Dallar-Cəyır kəndində anadan olmuş, Azərbaycan Respublikası, Şəmkir r-nu, Dallar-Cəyır k. yaşayan Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası vətəndaşının rus dilinə tərcümə edilmiş sürücülük vəsiqəsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs sözlərinə əsasən 24 oktyabr 2006-cı il tarixində saat 02:20 radələrində mülkiyyət hüququna əsasən N.B.Pleşeyevaya məxsus texniki cəhətdən işlək olan A551HM99 qeydiyyat nişanlı, VAZ 21063 markalı avtomobili etibarnaməyə əsasən idarə edərək günün qaranlıq vaxtı Moskva vil., Mıtişi rayonu, Ostaşkovskoye şossesi ilə hərəkət etdiyi, “Valentina” restoranına çatmamış 222,5 metrdə, Boltino k. istiqamətində gedən yol xəttində piyadanı vurduğu, nəticədə piyadanın hadisə yerində vəfat etdiyi məlum olmuşdur. xx.xx.2006-cı il tarixində hadisə yerinə baxış keçirərkən, A551HM99 qeydiyyat nişanlı, VAZ-21063 markalı avtomaşının texniki baxışdan keçməsi haqqında 2006-cı il tarixli talon aşkar edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs müfəttiş Şahid1 tərəfindən Mitişi Dİİ YHTBM-nə çatdırılmış və ona təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Mıtişi Dİİ yanında İstintaq idarəsinin müstəntiqinə təhvil verilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Azərbaycan respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Tihqiqt İdarəsinin 16 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şəmkir RPŞ-nin İstintaq bölməsində icraatda olan Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 264-cü maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilməsinə dair 90748 (RF) nömrəli cinayət işi tərcümə olunduğundan sonra Şəmkir RPŞ-nə göndərilmişdir. Cinayət işinin materiallarına olan X15 X1 15 noyabr 2006-cı il tarixli 1110 saylı ekspertlərin rəyindən müəyyən olunur ki, Baxışın obyekti Moskva vilayəti Mitişi rayonundakı Boltino kəndi istiqamətində gedən zaman hərəkətin sağ tərəfində yerləşən “Valentina” restoranına çatmamış 222,5 metrdə yerləşən Ostaşkovskoye şossesiin sahəsidir. Baxış gecə saatlarında yolun işıqlandırılmayan hissəsində fənər və X17 İdarəsinin yol polisinin xidməti avtomobilinin faralarının köməyi ilə aparılır. Bu hissədə nəqliyyatın iki istiqaməti var: 1) Boltino kəndi istiqamətində - bir hərəkət xətti — eni 4,53 m, 2) Belyaninovo kəndi istiqamətində - eni 9.0 m. Yolun səthi yaş asfaltdır, çuxurlar və çatlar yoxdur. Yol profili: düz, üfüqi. Yolun bu hissəsi kənddən kənarda yerləşir. Belyaninovo kəndindən Boltino kəndi istiqamətində hərəkət edən 3.24 "Maksimum sürət həddi 70 km İ saata qədər qadağan edilmiş yol nişanı quraşdırılıb. Başlanğıc nöqtəsi "Valentina" restoranıdır, ondan 149,3 metr məsafədə "Severnıy" texniki servis stansiyası, "Severniy" texniki xidmət stansiyasına döngədən 46,1 metr aralıda yolun sol tərəfində uzanan “STAR, R” yazısı olan güzgü metal parçası var ("Valentina" restoranından maşın sürərkən Belyaninovo kəndinə doğru sol hesab edilsin). Güzgünün bu fraqmenti yolun hərəkət hissəsinin kənarından 0,15 m məsafədə yerləşir. Güzgünün bu fraqmenti 9 nömrəli plastik torbaya yığılıb. Bu güzgü parçasından 4,2 metr aralıda və yolun hərəkət hissəsinin sağ kənarından 1,4 metr aralıda Boltino kəndi istiqamətində hərəkət zolağında Neo 8 ağ zərfdə qablaşdırılmış gümüşü rəngli metal parçası var. Həmin zolağın üzərində bu fraqmentdən 4,3 metr aralıda 7 nömrəli paketə yığılmış xarici güzgüdən qara rəngli plastik qırıntı aşkar edilib. Yolun sol tərəfində (Belyaninovo kəndi istiqamətində hərəkət edərkən sola nəzər salın) kənar güzgü parçasından 2,2 metr aralıda VAZ-2103 və ya VAZ-2106 markalı avtomobillərin qapısından dekorativ qəlib aşkar edilib. ağ vərəqlə doldurulmuş və şahidlərin və müstəntiqin imzaları ilə möhürlənmişdir. Qəlibdən 4,3 metr və əvvəlki hissənin kənarından 0,5 metr aralıda kənar güzgüdən qara plastik parçası var. O, bu sxemdə 5 nömrə ilə qeyd olunur. Bu güzgü fraqmenti 7 nömrəli bağlamaya yığılmışdır. Bu güzgü parçasından 6,6 metr və yolun kənarından 1,2 metr aralıda qırmızı rəngli fraqment var, 4 nömrəli zərfdə qablaşdırılıb və sxemdə 4 nömrə altında qeyd olunub. Bu fraqmentdən 0,4 metr və yolun kənarından 0,6 metr aralıda həmin yol kənarında qara çəkmə var. Baqaidan 0,5 metr və yoldan 1,2 metr aralıda eyni yol kənarında A551HM99 qeydiyyat nömrəli VAZ2106 avtomobilinə dair texniki baxışdan keçmək üçün 2006-cı ilin talonu var, hansı ki 3 nömrəli zərfə qablaşdırılmışdır. Bütün zərflər şahidlərin və müstəntiqin imzaları ilə möhürlənir. Yolun həmin tərəfində dama-dama köynək, göy rəngli idman şalvarı, dəri gödəkcə geyinmiş, yəqin ki, 40-45 yaşlarında olan naməlum kişi cəsədi var. Köynəyin altında xaki rəngli t-shirt var. Meyit sağ tərəfdə yolun hərəkət hissəsinə bucaq altında yatır, sol əli yuxarı qaldırılır, başını örtür. Sol ayağında ayaqqabı yoxdur, sağ ayağında ayaqqabı var. Bədən yolun kənarından 1,6 metr və texniki talonun yerləşdiyi yerdən 0,7 metr aralıda yerləşir. Cəsəd başı ilə yolun hərəkət hissəsi istiqamətində yatır. Cəsədə baxış keçirilərkən onun şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb. Cəsədin idman şalvarına baxış keçirilərkən sol cibdən 2 saylı zərfdə qablaşdırılan, şahidlərin və müstəntiqin imzaları ilə möhürlənmiş 240 rubl pul və 3 açardan ibarət dəstə aşkar edilib. Hadisə yerində yol elementlərinin görünməsi ilə bağlı araşdırma eksperimenti aparılır. Bu məqsədlə sürücü X8 idarə etdiyi “VAZ 7704” markalı avtomobil (dövlət nömrəsi O857SE90) hadisə yerində saxlanılıb. O, piyada yolu elementlərinin görünməsi ilə bağlı araşdırma eksperimentində iştirak edib. Bu məqsədlə yola ağ vərəqli diplomat qoyulub. Sürücüdən “VAZ-2104” markalı avtomobilə minib vərəq aydın görünəndə diplomatdan uzaqlaşmağı tələb olunub. Geriyə doğru hərəkət edən maşın dayandı. Diplomatdan qısa farların yandığı avtomobilə qədər olan məsafə ölçülüb. Bu məsafə 51 metr təşkil etdi. Daha sonra yolun hərəkət hissəsində zərərçəkmişin dublyoru quraşdırılıb. Eksperiment oxşar şəkildə aparıldı. Avtomobilin faralarının işığında piyadanın görmə məsafəsi 36,9 metr olub. Eksperiment zamanı bunlar müəyyən olunub: 1) Yolun hərəkət hissəsinin görmə məsafəsi — 51 metr, 2) Piyadanın görmə məsafəsi — 36,9 metr, BAXİŞ zamanı rəqəmsal foto-aparatla foto-çəkiliş aparılmışdır. Hadisə yerindən bunlar alınmışdır: 1) Zərf No2: 200 rubl pul və 3 açardan ibarət dəstə, 2) Zərf No3: texniki baxışın keçirilməsi haqqında talon, 3) Zərf No7: iki güzgü fraqmenti: 4) Moldinq, 9) STAR- R yazılı güzgü fraqmentli sellofan paket, 6) Zərf No8: metallik fraqment. Cinayət işinin materiallarına əlavə olunmuş Mıtişi şəhər xəstəxanasının narkoloji dispanserinin Təqsirləndirilən şəxs barəsində verilmiş 24 oktyabr 2006-cı il tarixli 3540 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə Patoloji-Anatomik Diaqnozunun xx.xx.2006-ci il tarixli 8201 nömrəli ekspert rəyindən görünür ki, mərhum X5 meyitində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin və qarının qapalı travması, beldə sıyrımlar, döş qəfəsinin arxa və ön səthlərinin yumşaq toxumnlarında geniş qansızma, qabırğaların çoxlu sayda sınıqları, sol plevral və qarın boşluğunda qan izləri, sol ağciyərin kökətrafı cırılmaları, qaraciyərin cırılması, sol böyrəyin piy kapsulunda qansızma, sol çiynin açıq sınığı, sol sağrının yumşaq toxumalarında qansızma, sağ baldırda sıyrılma, sol budun yumşaq toxumalarında parçalanma ilə geniş qansızma KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 24 oktyabr 2006-cı il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum X5 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı daxili orqanların çoxlu sayda zədələnmələri və qabırğaların sınıqları ilə müşayiət edilən birləşmiş küt travma nəticəsində travmatik şok olmuşdur. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 3,3 faiz konsentrasiyada etil spirti aşkar edilmişdir ki, bu da canlı adamda güclü alkoqol sərxoşluğu şərtləndirə bilərdi. Cinayət işinin materiallarında olan 16 noyabr 2006-cı il tarixli, 1110 nömrəli yol-nəqliyyat hadisəsi ekspertizası rəyindən görünür ki, “VAZ 21063” markalı, A551NM99 qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili saatda 30-40 km saatla idarə etdiyi zaman təcili tormozlama yolu ilə piyadanı vurmağın, yəni hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “VAZ 21063” markalı, A551NM99 qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “X13” Rusiya Federasiyası Qanununun 10-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Cinayət işinin materiallarında olan 16 noyabr 2006-cı il tarixli 1102 saylı trasoloji ekspertiza rəyindən görünür ki, xx.xx.2006-cı ildə Moskva vilayəti Mıtişi rayonunda “Valentina” restoranına çatmamış Ostaşkovsk şosesinin 222,5 metrliyində baş verən hadisə yerinə baxış zamanı Boltino kəndi istiqamətində hərəkət zamanı sağ səkidən götürülmüş güzgü fraqmenti (obyekt No 3) və VAZ 21063 markalı A551 HN 99 q. n. avtomobilinə baxış zamanı götürülmüş metal fraqment (obyekt No 4) və sağ xarici güzgü fraqmenti (obyekt No 6) əvvəllər bir tam təşkil etmişdir. Ümumi səthlərin bölünməsinin olmamasına görə xx.xx.2006-cı ildə Moskva vilayəti Mıtişi rayonunda “Valentina” restoranına çatmamış Ostaşkovsk şosesinin 222,5 metrliyində baş verən hadisə yerinə baxış zamanı Boltino kəndi istiqamətində hərəkət zamanı sağ səkidən götürülmüş iki güzgü fraqmentinin (obyekt Ne 1 və No 2), polimer güzgü fraqmentinin (obyekt No 5) və sağ xarici güzgü fraqmentinin (obyekt No 6) əvvəllər bir tam təşkil etməsi sualına cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir Rayon Poliklinikasının xx.xx.2023–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılıb. Şəmkir RİHB-nın Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaçayır. Şəmkir RİHB-nın Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Cinayət işi üzrədayandırılmış icraatın təzələnməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 noyabr 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə telefon danışığı zamanı sonuncu məhkəmə iclasında iştirak etmək istəmədiyini, təqsirləndirilən şəxsi bağışlamadığını bildirdi. İşə əlavə edilmiş müayinə sənətlərindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “X13” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “X13” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X13” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X13” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də Təqsirləndirilən şəxsin “X13” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habeləTəqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X13” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd) Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2) Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Mitişi Dİİ yanında İstintaq idarəsinin əşya sübutları kamerasına təhvil verilmiş iki ədəd güzgü fraqmenti, moldinq, metallik fraqment, polimer güzgü fraqmenti, k və güzgü fraqmenti, xx.xx.2006-cı il tarixində Mitişi ş., Olimpiyskiy pr-ti, No40 evin yaxınlığında “1 A551NM099 qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobilə baxış keçirərkən aşkar edilərək a. götürülmüş nəqliyyat vasitəsinin yan güzgü parçası, həmçinin 16 dekabr 2006-cı il tarixli baxış protokoluna əsasən götürülmüş “VAZ 21063 markalı A551 HN 99 qeydiyat nişanlı avtomobilinin hadisə yerindən müəyyən edilərək götürülmüş “Texniki baxış talonu cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 205 (iki yüz beş) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə maddi sübut olan və Mitişi Dİİ yanında İstintaq idarəsinin əşya sübutları kamerasına təhvil verilmiş iki ədəd güzgü fraqmenti, moldinq, metallik fraqment, polimer güzgü fraqmenti, k və güzgü fraqmenti, xx.xx.2006-cı il tarixində Mitişi ş., Olimpiyskiy pr-ti, No40 evin yaxınlığında “1 A551NM099 qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobilə baxış keçirərkən aşkar edilərək a. götürülmüş nəqliyyat vasitəsinin yan güzgü parçası, həmçinin 16 dekabr 2006cı il tarixli baxış protokoluna əsasən götürülmüş “VAZ 21063 markalı A551 HN 99 qeydiyat nişanlı avtomobilinin hadisə yerindən müəyyən edilərək götürülmüş “Texniki baxış talonu cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 205 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-113/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-113/2025
15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver