Məhkəmə qərarları › İş №1(076)-114/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-114/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-114/2024 21.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Şəmkir rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində X12 məxsus “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” olmadan BD 308254 nömrəli, xx.xx.2022-ci il tarixdə verilmiş “Bİ, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 21074 markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə eni 6,5 metr olmaqla 2 hərəkət zolaqlı, asfalt betondan salınmış, quru vəziyyətdə olan Şəmkir- Sabirkənd avtomobil yolunun Şəmkir rayonu, Sabirkənd kəndindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində saatda 90-100 kilometr sürətlə hərəkətdə olarkən “X26” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətim tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyib hadisənin qarşısım almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti qaydalarının qeyd olunan tələblərini pozaraq hərəkətini davam etdirərək həmin vaxt yolu sürücüyə münasibətdə sağdan sola keçən azyaşlı, piyada X13 yolun hərəkət istiqamətində vuraraq ehtiyyatsızlıqdan ona sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ qaşın bayır qurtaracağının, sol qaşüstü nahiyənin, sol yağın, burunun uc hissəsinin, çənə nahiyəsinin sıyrıqları, İ-İİ-İİİ boyun fəqərələrinin çoxqəlpəli sınıq-çıxıqları, beyinin yumşaq qişasına qansızmalar, baş beyin və onurğa beyin toxumasının əzilməsi, sol qabırğaaltı nahiyənin əzilmiş yarası, hər iki əlin arxa səthinin, sağ və sol sağrı nahiyəsinin, sol bud-çanaq oynağının bayır səthinin, sol budun orta üçdə birinin bayır səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sol bud sümüyünün orta üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, sonunsunun aldığı kəllə-beyin travması nəticəsində baş beyin və onurğa beyin toxumasının əzilməsi baş beyin və onurğa beyin toxumasının əzilməsi xəsarətlərindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, mərhum X13 tanımır. Onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində internet səyfəsi olan “turbo.az” saytında görərək bəyəndiyi Vaz 21074 minik markalı avtomobili almağa getmiş orada avtomobili bəyəndikdən sonra həmin avtomobili almaq üçün 3500 manat pulu çatmamış, buna görədə avtomobili kredit yolu ilə almışdır. xx.xx.2023-cü il tarixdə Şəmkir şəhərindən Tatarlı kəndinə getməyə qərar vermiş, avtomobilinə tək əyləşərək avtomobili işə salaraq Şəmkir rayonu, Tatarlı kənd istiqamətində hərəkətə başlamış, Şəmkir rayonu, Sabirkənd kəndi istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu, Sabirkənd kəndi ərazisindən keçən Şəmkir-Sabirkənd yolunda saat 13 radələrıncə “Cəsur” marketin qarşısında olarkən saatda 90 km/sürətlə hərəkətdə olarkən adı sonradan ona məlum olan Sahil Məmmədov qaçaraq avtomobilin qarşısına çıxmış, o, avtomobili saxlaya bilməyərək həmin az yaşlı piyadını ehtiyyatsızlıqdan vurmuşdur. Piyadanı vurduqdan sonra piyadanı götürərək avtomobilinə qoyaraq dərhal Şəmkir rayonu Mərkəzi xəstəxannasına aparmış, mərhumu avtomobilə qoyduqda səsi çıxmamış, o, ehtimal etmişdir ki, piyada hələdə sağ ola bilər. Lakin xəstəxanada olarkən həkimlər ona piyadının vəfat etdiyini bildirmişlər. O, Sahil Məmmədovun vəfat etməsini bildikdən sonra Şəmkir rayon polis şöbəsinə gəlmiş, hadisənin onun tərəfindən törədilməsini Şəmkir rayon polis şöbəsinin növbətçi hisəssinə bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerində hadisəni harada törətməyini göstərmiş, bundan sonra tərtib olunmuş protokola imza çəkmişdir. Baxış protokoluna foto şəkillər çəkilərək əlavə olunmuşdur. Hadisədən qabaq idarə etdiyi avtomobilin sürət həddi 90-100 km/saat həddində olmuşdur. O, ümumiyyətlə spirtli içki yaxud hər hansı narkotik tərkibli vasitə qəbul etmir. Hadisədən qabaq da nə spirtli içki nə də sair vasitə qəbul etməmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. O, həmin piyadanı təxminən 10 metr məsafədən görmüşdür. Hadisədən qabaq idarə etdiyi avtomobildə heç kim olmamış, tək olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ona maddi və mənəvi dəstək olmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X15 onun övladıdır. Aralarında həmişə yaxşı ailə münasibətləri olmuşdur. “VAZ 21074” minik markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxslə münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evə gələrkən darvazadan içəri girərkən həyat yoldaşı üzərinə gələrək bildirmişdir ki, Şəmkir-Sabirkənd kənd avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verdiyini həmin hadisə nəticəsində övladı Sahil Məmmədovun hadisə yerində vəfat etmişdir. Bundan sonra onlar ailə üzvləri ilə birlikdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına gedərək xəstəxanada övladı Sahil Məmmədovu məhkəmə-tibbi ekspertizasında müayinə olunması üçün tibbi ekspertiza mərkəzinə aparmışlar. Orada mərhum övladının meydi müayinə olunmuş, müayinədən sonra meydi onlara təhvil verilmişdir. Hadisənin sabahısı günü övladını kənd qəbrstanlığında dəfn etmişlər. “VAZ 21074” markalı, **-GM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bağışlamışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin sentyabr ayında dayısı oğlu Əvəz ona bildirmişdir ki, özünə avtomobil almaq istəyir. Lakin Əvəzin nağd pulu az olduğu üçün onlar kreditə avtomobil almaq qərarına gəlmişlər. Buna görədə sosial internet səyfəsində Vaz 21074 minik markalıı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil tapmışlar. Həmin avtomobili almaq qərarına gəlmişlər. Avtomobilin qiyməti 6500 manat olmaqla Bakı şəhərində olduğu üçün Bakı şəhərinə getmişlər. Orada avtomobilə baxaraq bəyəndikdən sonra avtomobili satan şəxsə 2000 manat pullarının olmasını bildirmişlər. Pulun qalan hissəsini avtomobilləri kreditə salan Bakı şəhər sakini Anar adlı şəxs pulun qalan 4500 manatını ödəyərək avtomobili həyat yoldaşı X6 adına keçirmişdir. Dayısı oğlu Əvəzə 500 manat aylıq cədvəl açılmış, həmin cədvəl üzrə 1 il müddətinə avtomobilin pulunu Anar adlı şəxsə ödəyəcəkdir. Bundan sonra Anar adlı şəxs avtomobili Əvəzin öz adına sənədləşdirilməsinə icazə verəcəkdir. Həmin avtomobili aldıqları gün Əvəzin adına sürmə üçün etibarnamə vermək istəmiş, lakin Əvəzin səhəti dəyişdiyi üçün avtomobili idarə etmək üçün olan etibarnamə onun adına verilmişdir. O, avtomobili Bakı şəhərindən sürərək gətirmiş, sonradan elə hadisə baş verən günə kimi avtomobili idarə etmək hüququ onun adında qalmışdır. 23 oktyabr 2023-cü il tarixdə dayısı oğlu ona zəng edərək Şəmkir-Sabirkənd avtomobil yolunun Şəmkir rayonu, Sabirkənd kəndindən keçən hissəsində yolu piyada keçən az yaşlı uşağı vuraraq nəqliyyat hadisəsi törətmiş nəticədə az yaşlı uşaq vəfat etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin DYP-də yol polisi baş inspektoru vəzifəsində işləyir. Şəmkir rayonu sakinləri Təqsirləndirilən şəxs və X13 əvvəllər tanımırdı. Əvvəllər heç biri ilə arasında hər hansı qohumluq münasibətləri, ədavət yaxud narazılıq olmamışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 14:11-də o, xidmətdə olarkən Şəmkir rayon X4 RPŞ-nin Növbətçi hissəsinə Şəmkir rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verməsi və bu hadisə nəticəsində 2018-ci il təvəllüdlü Sahil Məmmədovun xəsarət alması barədə məlumat verilmişdir. Həmin məlumat əsasında o da əməliyyat qrupunun üzvləri ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Hadisənin Şəmkir-Sabirkənd avtomobil yolunun Şəmkir rayonu Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verdiyi müəyyən etmişlər. Hadisə yerində “Vaz 21074” minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şəmkir-Sabirkənd avtomobil yolunun Şəmkir rayonu Sabirkənd kəndi ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqaməti hərəkətdə olan zaman, idarəetməni itirməsi nəticəsində idarə etdiyi avtomobili yolu keçən az yaşlı piyadını ehtiyyatsızlıqdan vurmuş, nəticədə xəsarət alan piyada hadisə yerində vəfat etmişdir. Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerində ilkin yoxlama aparılmış, yolun ölçüləri və piyadanın vurulduğu yer dəqiqləşdirilərək, hadisə yerinə baxış protokolu tərtib olunmuşdur. O da həmin baxış protokolunu imzalamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum X13 tanımır. Əvəz və Sahillə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Özünə məxsus Cəsur adlı marketdə tiçarətlə məşğul olur. 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində marketdə olmadığı vaxt marketin qarşısında yol nəqliyyat hadisəsi baş vermişdir. O, marketə saat 15 radələrində gəldikdə ətrafdakı insanlar ona marketin qarşısnda yol nəqliyyat hadisəsinin olmasını bildirmişlər. O, dərhal marketin qarşısını qeydə alan video kameralar baxmış, baş vermiş hadisəni qeydə alan video kameralara baxdıqda Vaz 21074 minik markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil az yaşlı uşağı ehtiyyatsızlıqdan vurmasını gönnüşdür. Görüntüləri DVD diskə köçürdərək Şəmkir RPŞ-nin İstintaq bölməsinə təqdim etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 X7 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi hadisə yeri Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən Şəmkir-Sabirkənd yolunda baş vermişdir. Hadisə yerində avtomobil yolu düz və quru olmaqla asfalt örtükdən ibarətdir. Avtomobil yolu 2 tərəflidir, avtomobil yolunun eni 6,5 metrdir. Baxış zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı traktorla Şəmkir rayonu kənd istiqamətində hərəkətdə olarkən Vaz 21074 minik markalı, ** GM *** dövlət qeydiyyat nişanlı aavtomobil qarşısına çıxan az yaşlı 2018-ci il təvəlüdlü piyada X13 ehtiyyatsızlıqdan vurmuş, piyada hadisə yerində vəfat etmiş, sürücü vurduğu piyadanı xəstəxanaya aparmışdır. Hadisə zamanı yaşayış məntəqəsində hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs Sahil oğlunun idarə etdiyi avtomobilin sürəti 100 km/saat olmuşdur. Hadisə yerində baxışda hər hansı bir tormoz izi aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə gündüz vaxtı təbbi işıqda aparılmışdır. Yol-nəqliyyat hadisəsindən əvvəl VAZ 21074 markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil saz və istifadəyə yararlı vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 314 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol və narkotik vasitələrin, psixotrop maddələrin sərxoşluğu aşkarlanmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə tibb–ekspertinin 23 oktyabr 2023-cü il tarixli 51 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ qaşın bayır qurtaracağının, sol qaşüstü nahiyəsinin, sol yanağın, burunun uc hissəsinin, çənə nahiyəsinin sıyrıqları, İ-İİ-İİİ boyun fəqərələrinin çoxqəlpəli sınıq-çıxıqları, beyinin yumşaq qişasına qansızmalar, baş beyin və onurğa beyin toxumasının əzilməsi, sol qabırğaltı nahiyənin əzilmiş yarası, hər iki əlin arxa səthinin, sağ və sol sağrı nahiyəsinin, sol bud-çanaq oynağının bayır səthinin, sol budun orta üçdə birinin bayır səthinin, hər iki diz oynağının ön səthinin sıyrıqları, sol bud sümüyünün orta üçdə birinin qapalı, yerini dəyişmiş sınığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 23 oktyabr 2023 il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb yol-nəqliyyat qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində baş beyin və onurğa beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X8 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 09 yanvar 2024-cü il tarixli 8/3724 nömrəli rəyindən görünür ki, VAZ 21074 markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X26’" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “X26” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 016–200 nömrəli məktubdan görünür ki, xx.xx.1997–ci il təvəlüdlü Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına xx.xx.2022–ci il tarixdən xx.xx.2032–ci il tarixə kimi BD–308254 saylı “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(076)-6/2019 saylı hökmün surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Tatarlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Tatarlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2021–ci il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə X9 ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilində heç bir kirayə haqqı ödəmədən yaşayır. Cinayət işinin materiallarında olan AZ-İV 134586 saylı doğum haqqında şəhadətnamənin, AA4846645 saylı və AA0864931 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Sahil, xx.xx.2017-ci il təvəllüdlü Azər, xx.xx.2019-cu il təvəllüdlü Zeynəb adlı uşaqları var. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əliliyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Azər adlı uşağının sağlamlıq imkanları məhduddur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X26» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «X26» Azərbaycan Respublikası Qanununun “X26” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətim tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümü ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan VAZ 21074 markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 (səksən beş) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan VAZ 21074 markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar