Məhkəmə qərarları › İş №1(076)-114/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-114/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-114/2025 25.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəmkir şəhəri, A. Hüseynov küçəsi ev-29 qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 221.3-cü maddələri, xx.xx.1998-ci il tarixdə Şəmkir rayon, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayon, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 məhkəməyə verilmişdir ondan ötrü ki, o, 06 iyul 2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi kafedə tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə bir qrup şəxs qismində əlbir olub alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan Şəmkir rayonu, Könüllü kənd sakini Zərərçəkmiş şəxs1 şəxsiyyətini alçaldaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, bununla kifayətlənməyib öz xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə edilən kafedən götürdüyü 1 (bir) ədəd dəmir stuldan istifadə edərək qəsdən əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, həmçinin Təqsirləndirilən şəxs1la birlikdə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 başını Zərərçəkmiş şəxs3 məxsus “Fiat Doblo” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa farasına vurmaqla faranı sındırıb zədələyərək Zərərçəkmiş şəxs3 məxsus əmlaka 160 (yüz altmış) manat ziyan vurub, Zərərçəkmiş şəxs1 sağ gözətrafı yumşaq toxumalarının dərialtı hemotoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər, həmçinin alın nahiyəsinin sağ yarısının, burunun sağ yan səthinin, sağ baldırın orta üçdə birinin ön səthinin sıyrıqları və alt dodağın selikli hissəsinin əzilmiş yarası ilə müşaiyət edilən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, bundan sonra hadisənin baş verməsi ilə heç bir əlaqəsi olmayan, stolun kənarında əyləşmiş Zərərçəkmiş şəxs4 Bakir oğlunun sifət nahiyəsindən qəsdən təpiklə və yumruqla zərbələr vuraraq ona fiziki ağrılar yetirmiş, daha sonra kafedə olan Zərərçəkmiş şəxs2 məxsus cəmi 60 (altmış) manatlıq 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalı, cəmi 15 (on beş) manatlıq 3 (üç) ədəd boşqabı və cəmi 120 (yüz iyirmi) manatlıq 4 (dörd) ədəd dəmir stulu qəsdən məhv etməklə zədələyib Zərərçəkmiş şəxs2 məxsus əmlaka ümumilikdə 195 (yüz doxsan beş) manat ziyan vurub, daha sonra özünün xuliqanlıq hərəkətlərini davam etdirərək İlqar Qəhrəmanova məxsus “VAZ 21015” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 (bir) ədəd “Pioner” markalı maqnitafonunu sındırmaqla Zərərçəkmiş şəxs1 məxsus əmlaka 130 (yüz otuz) manat ziyan vurub insanların gur toplaşdığı ictimai yer hesab olunan kafedə ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 20-25 dəqiqə ərzində ətrafda istirahət edən şəxslərin narahatçılıqlarına və kafenin iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 06 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs5 ona məxsus mobil telefona baxmasına iradını bildirməsi, həmçinin sonuncunun ailə üzvlərini söyüb təhqir etməsi səbəbindən aralarında yaranmış ailə münaqişəsi zəminində baş vermiş sözlə mübahisə zamanı əsəbiləşərək ondan qisas almaq niyyətilə əlləri və ayaqları ilə qəsdən Zərərçəkmiş şəxs5 bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək ona alın nahiyəsinin sağ yarısının, sağ gözaltı nahiyəsinin yumşaq toxumalarının dərialtı hemotoması və sağ gözün ağlı qışasına qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə verilmişdir ondan ötrü ki, o, 06 iyul 2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi kafedə tanışı Təqsirləndirilən şəxs2 və Şahid1 ilə bir qrup şəxs qismində əlbir olub alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan Şəmkir rayonu, Könüllü kənd sakini Zərərçəkmiş şəxs1 şəxsiyyətini alçaldaraq onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, bununla kifayətlənməyib öz xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə edilən kafedən götürdüyü 1 (bir) ədəd şüşə bokaldan istifadə edərək qəsdən əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, həmçinin Təqsirləndirilən şəxs2la birlikdə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs1 başını Zərərçəkmiş şəxs3 məxsus “Fiat Doblo” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa farasına vurmaqla faranı sındırıb zədələyərək Zərərçəkmiş şəxs3 məxsus əmlaka 160 (yüz altmış) manat ziyan vurub, Zərərçəkmiş şəxs1 sağ gözətrafı yumşaq toxumalarının dərialtı hemotoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər, həmçinin alın nahiyəsinin sağ yarısının, burunun sağ yan səthinin, sağ baldırın orta üçdə birinin ön səthinin sıyrıqları və alt dodağın selikli hissəsinin əzilmiş yarası ilə müşaiyət edilən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, bundan sonra hadisənin baş verməsi ilə heç bir əlaqəsi olmayan, stolun kənarında əyləşmiş Zərərçəkmiş şəxs4 Bakir oğlunun sifət nahiyəsindən qəsdən təpiklə və yumruqla zərbələr vuraraq ona fiziki ağrılar yetirmiş, daha sonra kafedə olan Zərərçəkmiş şəxs2 məxsus cəmi 60 (altmış) manatlıq 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalı, cəmi 15 (on beş) manatlıq 3 (üç) ədəd boşqabı və cəmi 120 (yüz iyirmi) manatlıq 4 (dörd) ədəd dəmir stulu qəsdən məhv etməklə zədələyib Zərərçəkmiş şəxs2 məxsus əmlaka ümumilikdə 195 (bir yüz doxsan beş) manat ziyan vurub, daha sonra özünün xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21015” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 (bir) ədəd “Pioner” markalı maqnitafonunu sındırmaqla Zərərçəkmiş şəxs1 məxsus əmlaka 130 (yüz otuz) manat ziyan vurub insanların gur toplaşdığı ictimai yer hesab olunan kafedə ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan 20-25 dəqiqə ərzində ətrafda istirahət edən şəxslərin narahatçılıqlarına və kafenin iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Şəmkir şəhəri, “İstiqlal” parkında olan zaman Şahid1 zəng edərək telefonda onu Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi bazar”-ın arxa hissəsində tanımadığı şəxsə məxsus olan kafeyə gəlməsini, Rəhmanın da yanında olduğunu və onunla danışmağını bildirmiş, “İstiqlal” parkından çıxıb onların olduğu kafeyə getmişdir. Elşad, Rəhman və sonuncunun tanışı Gülünün orada yeyib içdiklərini görmüş və onların yanına oturub birlikdə yemək yeyib araq içmişlər. Təxminən 1 saat sonra isə oradan qalxıb yaxınlıqdakı başqa kafedə gedib pivə içmişlər. Onlar pivə içən zaman Şahid4 onların yanına gəlib onlarla görüşüb əyləşərək, birlikdə pivə içmişlər. Təxminən 30-40 dəqiqə həmin kafedə əyləşən adlarını çəkdiyi şəxslər birlikdə pivə içdikdən sonra onların borcu 16 manat təşkil etmiş və o, həmin 16 manatı kafe sahibinin kartına göndərmişdir. Həmin vaxt Elşad və Rəhman təklif etmişlər ki, həmin kafedən çıxdıqdan sonra Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Ovçular” kafesinə gedib yeyib içmələrini orada davam etdirsinlər. Həmin vaxt Elxan və o "pulumuz yoxdur və yaxşısı hər kəs öz evinə getsin" deyə bildirdikdə Şahid1 və Rəhman yemək hesabını onların ödəyəcəyini və heç bir narahatçılıq olmadığını bildirmişlər. Həmin vaxt Şahid4 ev quşlarının alqı-satqısı ilə məşğul olduğunu və kafeyə getməmişdən əvvəl evlərinə gedib toyuqlara yemək verib sonra getməyi təklif etmişdir. Onlarla razılaşaraq birlikdə taksi fəaliyyəti ilə məşğul olan Taleh İsmayılova məxsus qara rəngli “VAZ 21015” markalı avtomobilə əyləşib, birlikdə Elxangilə getmişlər. Elxan evlərinin həyətində saxladığı toyuqlara dən və su verdikdən sonra 2 ev quşunu götürüb Talehə məxsus taksiyə əyləşib birlikdə Şəmkir rayonu Seyfəli kəndində yerləşən “Ovçular” kafesinə getmişlər. “Ovçular” kafesində Təqsirləndirilən şəxs1, o, Şahid1 və Rəhmanın tanışı Gülü birlikdə yemək yeyib, araq içmişlər. Təxminən orada 1 saat yemək yeyib araq içdikdən sonra Rəhman və Elşad Seyfəli kəndi ərazisində yerləşən Əlişə məxsus kafeyə getməklərini təklif etmişlər. Onlar həmin kafedən qalxaraq Əlişə məxsus kafeyə getmişlər. Taksi sürücüsü Taleh İsmayılov idarə etdiyi “VAZ 21015” markalı avtomobili ilə Əlişə məxsus kafeyə gəlib,kafenin həyətində əyləşmişlər. Həmin vaxt kafenin həyətində müştərilərin oturub pivə içdiyini görmüşlər. Onlar da həyətdə stolda əyləşib Əlişə onlara pivə gətirməsini bildirmişlər. Dostu Vüsalın qeyri rəsmi münasibətdə olduğu Ayşən adlı qadın onlara pivə gətirmiş və onlar pivə içməyə başlayıb ucadan söhbətlər etmişlər. Pivəni içdikdən sonra Əlişə yenidən onlara pivə gətirməsini bildirdikdə Əliş pivənin qurtardığını bildirmiş, Şahid1 isə Əlişin onlara qəsdən pivə vermədiyini bildirdikdə, o, özünün gedib Əlişə deyəcəyini və onlara pivə verəcəyini bildirmişdir. O, pivənin tam qurtarmasına əmin olmaq üçün kafenin içərisinə daxil olmuş, Əlişlə orada görüşüb pivə balonuna baxan zaman pivə olmadığını görmüşdür. Həmin vaxt yanında Elxan və Ayşən adlı qadın da olmuşdur. Əlişlə söhbət edib kafenin həyətinə çıxan zaman kənardan Elşadla sonradan adını bildiyi Sadiq adlı şəxsin mübahisə etdiklərini görmüş, kafenin həyətinə göz gəzdirən zaman Rəhmanın sonradan adını biliyi İlqar adlı şəxsi döydüyünü görmüşdür. O bu vaxt Rəhmanın yanına getmək üçün kafenin içindən həyətə çıxan zaman Elşənlə rastlaşmış, Elşəni sinəsindən özündən uzaqlaşdırmaq məqsədilə itələmiş, Elşən də səndələyib yıxılmışdır. Bundan sonra Rəhmanın mübahisə etdiyi yerə gələrək onları aralaşdırmış, İlqar isə qaçıb getmiş, kafenin həyətinə baxan zaman Elşadın və taksi sürücüsü Talehin olmadığını, ümumiyyətlə kafedə Təqsirləndirilən şəxs1, Şahid4 və Gülünün qaldığını, kafenin həyətində əyləşib pivə içən müştərilərin də davadan narahat olub çıxıb getdiklərini görmüşdür. Həmin vaxt onların oradan getmələri üçün avtomobil olmadığından onlar Elxanla birlikdə kafenin həyətindən kənarlaşıb piyada Gəncə-Qazax avtomobil yoluna çıxmışlar. O və Şahid4 tanımadığı şəxsə məxsus avtomobilə əyləşib onları rayona düşürməsini xahiş etmişlər. Həmin şəxs də onları Şəmkir rayonu, Posanlı qəsəbəsi ərazisində yerləşən “Yamin” şadlıq sarayının qarşısında düşürtdükdən sonra Elxanla oradan ayrılmışlar. Bundan sonra evinə gedib hazırlaşıb qeyrirəsmi münasibətdə oduğu Lalənin evinə getmiş və 2-3 gün tanışı Laləgildə qaldıqdan sonra kənd marşrutu ilə öz evlərinə qayıtmışdır. Həmin vaxt onun üzərində heç bir bıçaq olmamış və o, Zərərçəkmiş şəxs2 üzərinə gedib vurmağa cəhd etməmişdir. Rəhmanla dalaşan bir nəfər şəxsi aralamış, yəni Rəhmanı tutmuş və sonradan adını bildiyi İlqar adlı şəxs qaçıb getmişdir. O, kafedən çıxan zaman kənarda Elşadla bir nəfər şəxsin söhbət etdiyini görmüş, Rəhmanagili aralayan zaman orada heç kim qalmamış, o, İlqar adlı şəxsi vurmamış, Elşən adlı şəxsi vurmamış, onlara xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs5 ilə özünə məxsus Şəmkir şəhəri, A.Hüseyn küçəsində yerləşən fərdi yaşayış evində qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. Əvvəllər aralarında heç bir münaqişələri olmamış, son 3-4 il içərisində aralarında münasibətlər pozulmağa başlamışdır. xx.xx.2024cü il tarixdə saat 00 radələrində Şəmkir şəhəri, A.Hüseyn küçəsində yerləşən fərdi yaşayış evində yatan zaman yuxudan oyanıb qeyri rəsmi Zərərçəkmiş şəxs5 mobil telefonuna baxdığını görmüşdür. Həmin vaxt ona nə edirsən deyən zaman ona məxsus telefona baxdığını dedikdə Zərərçəkmiş şəxs5 sifət nahiyəsindən sillə ilə vurmuşdur. Lalə onunla mübahisə etdikdən sonra o, evdən çıxıb taksiyə əyləşərək Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan anasıgilə getmişdir. Sonradan məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs5 onun barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etmişdir. Lalə ilə barışmışlar. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 06 iyul 2024-cü il tarixdə saat 14 radələrində işi ilə bağlı Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi bazar”-dan evə gedən zaman Şahid1gilin evlərinin yanından keçəndə Elşadın “Opel” markalı avtomobillə gəldiyini görmüş və onun yanında saxlamışdır. Onunla görüşüb hal əhval edərək kafelərin birində əyləşib yeyib içməyə razılaşmışlar. Həmin vaxt Elşadın ailəsi də avtomobildə olmuşdur. Elşad ailəsini düşürüb onun yanına gəlmiş, birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi Bazar”-ın arxa hissəsində yerləşən taksi fəaliyyəti ilə məşğul olan Talehin atasının kafesinə getmişlər. Kafedə olan zaman Elşad bildirmişdir ki, avtomobili aparıb evə qoyub geri qayıdacaq. O, kafedə qalmış, Elşad atasına məxsus idarə etdiyi “Opel” markalı avtomobilə əyləşib evlərinə getmişdir. Təxminən 20 dəqiqə sonra Şahid1 onun yanına gəlmişdir. Şahid1 onun yanına gələnədək qeyri-rəsmi münasibətdə olduğu Gülü adlı qadınla telefon əlaqəsi saxlamış və onun olduğu kafeyə gəlməsini demişdir. Gülü Elşad gələnədək kafeyə gəlmiş və onunla birlikdə əyləşmişdir. Onlar birlikdə əyləşib yemək yeyib araq içmişlər. Şahid1 və Gülü adlı qadınla yemək yeyib araq içərkən Elşad dostu Allayar Məmmədova zəng edib əyləşdikləri kafeyə gəlməsini demiş, təxminən 15 dəqiqə sonra Allahyar onların kafeyə gələrək onlarla birlikdə yemək yeyib araq içmişlər. Sonra oradan çıxıb piyada “Mərkəzi Bazar”-da yerləşən Nemət adlı şəxsin kafesinə getmiş, birlikdə pivə içmişlər. Onlar Nemətə məxsus kafedə pivə içən zaman bu vaxt Allayarın adını bilmədiyi dostu onların yanına gəlib onlarla pivə içməyə davam etmişdir. Sonra isə kafedən çıxıb Taleh İsmayılova məxsus qara rəngli “VAZ 21015” markalı avtomobilə əyləşib Allahyar, Gülü, Allahyarın tanışı və Şahid1 ilə birlikdə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən “Ovçular“ kafesinə getmişlər. Həmin kafedə adlarını çəkdiyi şəxslərlə birlikdə əyləşib yemək yeyib araq içən zaman Allahyarın iki nəfər adını bilmədiyi dostu onların masasına gəlib əyləşib onlarla yemək yeyib araq içmişlər. Bu vaxt onunla Allayarın “Ovçular” kafesinə gələn digər adını bilmədiyi tanışı ilə aralarında narazılıq baş vermiş və onlar həmin kafedən çıxıb Taleh İsmayılova məxsus “VAZ 21015” markalı avtomobilə əyləşərək Seyfəli kəndi ərazisində yerləşən Əlişin işlətdiyi kafeyə getməyi bildirmişlər. Şahid1, Allahyarın adını bilmədiyi dostu, Allahyar, tanışı Gülü və o, birlikdə Əli adlı şəxsin Şəmkir rayonu, Seyəfli kəndi ərazisində yerləşən kafesinə getmişlər. Taleh İsmayılov həmin kafeyə çatıb idarə etdiyi “VAZ 21015” markalı avtomobili kafenin giriş hissəsində saxlamış və onlar avtomobildən düşmüşlər. Təqsirləndirilən şəxs2, Şahid1, tanışı Gülü və Allahyarın tanışı ilə birlikdə kafenin həyətində əyləşmişlər. Bu zaman kafeni işlədən Əliş adlı şəxsə onlara pivə verməsini demişlər. Həmin vaxt Əliş sonradan adlarını bildiyi Şəmkir rayonu, Könüllü kəndində yaşayan İlqar, Sadiq və Elşənlə birlikdə əyləşib qarpız yeyib və pivə içdiklərini görmüşdür, lakin Əliş adlı şəxs onlara pivənin qurtardığını bildirmişdir. O, pivə olub-olmadığına tam əmin olmaq üçün kafeyə daxil olub orada olan adını bilmədiyi qadın işçidən pivə olub-olmadığını soruşmuş, qadın ona pivə olmadığını bildirmişdir. Kafenin içərisindən çölə çıxan zaman kafenin həyətində Şahid1 sonradan adlarını bildiyi İlqar və Sadiq adlı şəxslərlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt İlqar adlı şəxs onun sifət nahiyəsindən yumruqla vurmuşdur. O, ona nə üçün onu vurduğunu deyən zaman İlqar yenə onu vurmuşdur. O da İlqarı yumruqla vurub, söyüş etmişdir. İlqarla biri-birini yumruq və təpiklə vurmuşlar. Onlar mübahisə edə-edə kafenin həyətindən yan hissəyə keçib mübahisələrini orada davam etmişlər. Qəfildən İlqar qaçmış, o da İlqarın arxasınca qaçmışdır. Daha sonra kafenin həyətinə geri qayıtmış və kafenin həyətinə geri dönəndə orada Allahayar Məmmədovu, onun adını bilmədiyi dostu və Gülü adlı qadın tanışını görmüş, lakin Şahid1 və Talehi görmədikdə artıq onların getdiyi ona məlum olmuşdur. Allahyar və onun dostu Elxan və Gülü ilə birlikdə kafenin həyətindən çıxıb yola çıxmışlar. Allahyar və dostu Elxan sahəyə tərəf getmiş, o isə Gülü ilə birlikdə tanımadığı şəxsə məxsus “VAZ 2101” markalı avtomobilə əyləşib Seyfəli kəndi ərazisinə gəlmişlər. Onlar bir qədər yol getdikdən sonra “QAZ” 2410 markalı avtomobili saxlatdırıb və həmin avtomobillə Şəmkir rayonu,Yeni Həyat kədinə gəlmişlər. Şəmkir rayonu Yeni Həyat kəndindən tanımadığı şəxsə məxsus avtomobilə əyləşib “Mərkəzi Bazar”-ın qarşısına gəlmişlər. O, həmin vaxt Gülü adlı tanışına qalıb yoxsa gedəcəyini soruşduqda o isə rayonda yaşayan bibisigildə qalacağını bildirmişdir. O, Gülünü yola saldıqdan sonra evə getmiş və evdə tələsik halda paltarlarını götürüb evdən çıxıb Bakı şəhərinə getmişdir. Bakı şəhərində Gülü ilə bir ay birlikdə qalmışlar. Dava olan zaman Allahyarın kiminləsə mübahisə etdiyini və ya kimisə döydüyünü görməmişdir. Hadisə yerində adlarını bilmədiyi çoxlu sayda şəxslər olmuşdur. Sonradan ünvanı və adı ona məlum olan Şahid3 dostu Şahid1 bıçaqla vurub xəsarət yetirmişdir. Elşadın Şahid3la kafenin həyətində mübahisə etdiyini görmüş, lakin bıçaqla vurmasını görməmiş, lakin sonradan ona məlum olmuşdur ki, Şahid3 bıçaqla xəsarət yetirən dostu Şahid1 olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən Seyfəli kənd sakini Sərdara məxsus kafeni götürüb aylıq 150 manat icarə haqqı ödəməklə işlədir. Elşən, Sadiq və İlqar onun həmkəndliləridir. Elşadı, Rəhmanı, Talehi tanıyır, lakin onlarla kafeyə gələn qadını və digər iki nəfər oğlanı tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində kafedə olan zaman Elşən, Sadiq və İlqar kafeyə gəlmişlər. Onlar özləri ilə qarpız və yemiş gətirmişlər. O da onlarla birlikdə əyləşib qarpız yeyərkən qara rəngli “VAZ 21015” markalı avtomobilin kafenin həyətində saxladığını görmüşdür. Elşad, Rəhman, Taleh, adını sonradan bildiyi Allahyar və bir qadın avtomobildən düşüb kafeyə gəlmişlər. Onlar kafeyə daxil olaraq ondan pivə istəmişlər, onlar pivə olmadığını demişdir. Bundan sonra Allahyar ona yaxınlaşıb pivə istəmiş, o isə pivənin olmadığını bir daha bildirmişdir. Allahyar kafenin içərisində pivə balonlarına baxmaq istəmiş, onlarla birlikdə kafenin içərisinə gedib onlara həqiqətən pivə içkisi olmadığını göstərmişdir. Daha sonra onu evə çağırmışlar və o, evinə getmişdir. Evə getdikdən sonra ona kafedən zəng edilib kafedə bıçaqlanma olması bildirilmişdir. Bundan sonra kafeyə geri qayıtmış, orada dava-dalaş olmasını, Elşadın Sadiqi bıçaqla vurduğunu demişlər. Kafedə dava-dalaş zamanı 3 ədəd boşqabın, 6 ədəd bakalın sındırıldığını və 4 ədəd stulun zədələndiyini bilmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 06 iyul 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olan kafeyə özünə məxsus “Fiat Doblo” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, orada yer olmadığı üçün ayaqüstə dayanıb gözləmiş, həyətdə “VAZ 21015” markalı avtomobilin saxladığını və həmin avtomobilin yanında masada 3 nəfər şəxsin əyləşdiyini, həmin şəxslərin-sonradan adlarının bildiyi Elşən, İlqar və Sadiqin avtomobildə musiqi dinlədiklərini görmüşdür. O, kafenin həyətində olan zaman qara rəngli “VAZ 21015” markalı avtomobilin gəldiyini və həmin avtomobildən iki nəfər şəxsin düşdüyünü, həmin iki nəfər şəxsin birinin əynində qara rəngli şalvar və qara rəngli köynək, ikincinin isə əynində qara rəngli qarşısı ağ rəngdən ibarət köynək və əynində qara rəngli şalvar olduğunu görmüş, həmin şəxslər onun yanına yaxınlaşaraq onunla salamlaşmış, gələnlərinin içkili olduğunu görmüş, onlar stol arxasında oturmuş, biri Əliyə ucadan pivə gətirməsini bildirmiş, Əli onlara ucadan pivə olmadığını və qurtardığını dedikdə həmin şəxs və yanında qadın masadan qalxaraq Əli ilə birlikdə kafenin içərisinə getmiş, sonra həyətə çıxmışlar. Sonra o, kafedə çalışan Sadiq ilə həmin şəxslərdən biri arasında mübahisə düşdüyünü görmüş, dava dalaş baş vermiş, mübahisə zamanı ona məxsus avtomobilin farası sınmışdır. Dava zamanı sonradan adının Rəhman olmasını bildiyi şəxs İlqarı yumruqla sifət nahiyəsindən vurmuşdur. İlqar onun avtomobilinə tərəf qaçmış, Rəhman isə onun ardınca qaçmış, onu avtomobilinin arxa hissəsinə tutduqda ayağı sədələdiyindən İlqar yerə yıxılmışdır. İlqar əlləri ilə başını tutmuş və Rəhmanın əlindən çıxıb qaçmış, Rəhman yenidən tanışlarının yanına qayıtmışdır. Orada sonradan adının Allahyar olmasını bildiyi şəxsin dəmir stulla, Rəhmanın isə şüşə bakalla kimisə vurmasını görməmişdir. Oradan çıxıb getmişdir. X12 adlı şəxsin bıçaqladığını bilmişdir. Ona dəymiş ziyan tam ödənildiyi üçün o, Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la barışmışdır və onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 06 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Əli adlı şəxsin işlətdiyi kafedə olmuş və orada masalardan birində Əli və Sadiq ilə birlikdə oturduğu vaxt kafeyə 5 nəfər gəlmişdir. Sonra tanımadığı bir şəxs Əlidən pivə istəmiş, Əli isə pivə olmadığını bildirmişdir. Daha sonra o, Sadiq ilə gələn şəxslərdən birinin dalaşdığını görmüş, orada Rəhmanla aralarında narazılıq baş vermiş, əlbəyaxa olmuşlar. Rəhman bokalla, Allahyar isə dəmir stulla nə onu, nə də başqa şəxsləri vurmamışdır. Dava zamanı qaçdığı vaxt başı “Fiat” markalı avtomobilə dəymiş, avtomobilin arxa farası sınmışdır. Dava zamanı ona məxsus olan “VAZ 21015” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Pioner” markalı maqnitafonu sınmışdır. İbtidai istintaq zamanı müstəntiq onu təqsirləndirilən şəxslə dindirdiyi vaxt orada stul barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan tam ödənmişdir, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 06 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Əli adlı şəxsin işlətdiyi kafedə olmuş, orada Sadiq, İlqar və Əli ilə bir stol arxasında oturmuşdur. Həmin vaxt ora Elşad, Allahyar və Rəhman adlı şəxslər avtomobillə gəlmişlər. Onlar Əlidən pivə istəmişlər, Əli onlara pivə olmadığını bildirdikdə həmin şəxslər masadan qalxaraq onların yanına gəlmişlər. Sadiqin əlindən çəngəl düşdüyündən o, çəngəl gətirmək üçün kafeyə keçmişdir. Onlar Sadiqin gec gəlməsindən narahat olub İlqarla kafeyə tərəf baxan zaman həmin vaxt Sadiqin “VAZ 21015” markalı avtomobildə gələn şəxslərdən biri ilə, yəni əynində sarı yay köynəyi olan şəxslə aralarında sözlə mübahisə baş verdiyini görmüşlər. Sadiq ona məhəl qoymayıb onların yanına gəlmişdir. X15 bıçaqla vurmuş və sonra o, həmin yerdən qaçmış, qaçan zaman Allahyarla rastlaşmış, Allahyarla üz üzə gəldiyindən qorxmuş, Allahyar onu itələmiş, o isə yerə yıxılmışdır. Sonra durub həmin yerdən qaçmışdır. Təxminən 15-20 dəqiqə sonra o, kafenin həyətinə gəldikdə kafeni işlədən Zərərçəkmiş şəxs2 görmüşdür. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hazırda onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2h Fərman oğlu verdiyi ifadəsində göstəri ki, özünə məxsus “VAZ 21015” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə taksi fəaliyyət ilə məşğul olur. Elxan, Elşad və Allahyarla yaxın münasibəti olmamışdır. Lakin Rəhman adlı şəxs Şəmkir şəhəri, “Köhnə Xəstəxana” küçəsində qəssablıq fəaliyyəti ilə məşğul olan zamandan tanımış, tez-tez ondan həmin vaxtlar ət məhsulu almışdır. Hadisə baş verən gün o, Ağdağ yolu, Hərbi Hissənin yanından keçən zaman Elxan maşınına əl qaldırıb saxlatmış, ona yaxınlaşıb yoldaşları olduğunu və onları götürüb dedikləri ünvana aparacaqlarını bildirmiş, Şəmkir şəhəri, 20 Yanvar küçəsindəki “Mərkəzi Bazar”-da yerləşən Nemət adlı şəxsin işlətdiyi kafenin qarşısına getmiş, Elşadı, Rəhmanı, Allahyarı, Elxanı və yanlarında olan bir nəfər qadını götürmüş, onları Şəmkir rayonu Seyfəli kəndində yerləşən “Ovçular” kafesinə aparmışdır. Avtomobilin qabaq oturacağında Allahyar oturmuşdur. Orada yeyib-içdikdən sonra onları hadisənin baş verdiyi Şəmkir rayonu Seyfəli kəndindəki Əliyə məxsus kafeyə aparmışdır. O avtomobili idarə edib Əliyə məxsus kefinin giriş hissəsində saxlamış, kafenin həyətində olan zaman orada “VAZ 21015” markalı avtomobili görmüş və həmin avtomobilin yanında olan masada sonradan adlarını bildiyi Elşən, Vüqar, Sadiq və onların yanında kafeni işlədən Əli əyləşmişdir. Onların yanından keçib kafenin həyətindəki masada oturmuşlar. Rəhman və Allahyar Əliyə pivə gətirməsini bildirmişlər. Əli onlara pivə olmadığını dedikdə onlar masadan qalxıb Əlinin yanına gedərək nə üçün onlara pivə vermədiyini soruşmuş, Əli onları kafenin içərisinə aparıb pivə qurtardığını göstərmişdir. Orada dava-dalaş olmuş, Elşad, Allahyar və Rəhman Sadiqlə, İlqarla dalaşmışlar. Elşad Sadiqi bıçaqlamışdır. Orada Rəhman pivə bokalı ilə, Allahyar isə dəmir stulla kimisə vurmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, Taleh İsmayılovu və Allahyar Məmmmədovu tanıyır. Onlarla uzun müddət aralarında dostluq münasibəti olmuşdur. 06 iyul 2024-cü il tarixdə saat 13 radələrində dostu Rəhman onlara gələrək onunla görüşüb birlikdə Mərkəzi bazarda yerləşən Fərman adlı şəxsə məxsus kafeyə gedib yemək yeyib araq içməyi təklif etdikdə razılaşaraq birlikdə evdən çıxıb piyada Fərman adlı şəxsin kafesinə getmişlər. Həmin kafedə Rəhmanla əyləşib yemək və araq sifariş etmişlər. O, kafedə Rəhmanla yeyib içən zaman Rəhman qız dostu Gülüyə zəng edərək onu dəvət etmiş, Gülü yanlarına gələrək onlarla birlikdə oturmuş, sonra Allayara zəng edib onu da kafeyə dəvət etmişdir. Təxminən 15 dəqiqə sonra Allahyar da həmin kafeyə gəlmiş və onlar birlikdə yemək yeyərək araq içmişlər. Daha sonra həmin kafedən birlikdə çıxıb çıxıb piyada Nemət adlı şəxsin kafesinə gedərək orada pivə içmişlər. Nemətə məxsus kafedə pivə içən zaman Allayarın dostu Elxan onların yanına gəlmişdir. Daha sonra həmin kafedən çıxıb Taleh İsmayılova məxsus qara rəngli “VAZ 21015” markalı avtomobilə əyləşərək Rəhman, Gülü, Elxan və Allahyarla birlikdə Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Mətləb adlı şəxsin işlətdiyi “Ovçular“ kafesinə getmiş, kafedə birlikdə yemək yeyib araq içmişlər. Onlar yeyib içən zaman Allahyarın iki nəfər adlarını bilmədiyi dostları onların masasına gəlib onlarla oturmuşdur. Daha sonra Rəhmanla Allahyarın adını bilmədiyi tanışı arasında narazlıq baş verdiyindən onlar həmin kafedən çıxıb Taleh İsmayılova məxsus “VAZ 21015” markalı avtomobillə Seyfəli kəndi ərazisində yerləşən Əlişin işlətdiyi kafeyə getmişlər. Kafenin həyətində olan zaman Əliyə onlara pivə verməsini bildirmişlər. Həmin vaxt Əlinin və sonradan adlarını bildiyi İlqar, Sadiq və Elşənlə birlikdə əyləşib qarpız yeyib və pivə içdiklərini görmüş, aralaşıb sanitar qovşağına getmiş və təxminən 4-5 dəqiqə sonra onların yanına qayıdan zaman mübahisə baş verdiyini, Rəhmanın İlqar adlı şəxsi döydüyünü görüb onların yanına yaxınlaşaraq onlara müdaxilə etməyə çalışan zaman adını sonradan bildiyi Sadiq adlı şəxs onun sifət nahiyəsindən bir dəfə yumruqla vurub onu yerə yıxmışdır. Yerdə olan zaman Sadiq adlı şəxs onun üzərinə gəlib vurmaq istəyəndə o, arxa cibində olan bıçağı çıxarıb Sadiqin arxa bel nahiyəsindən vurmuşdur. O, Sadiqin arxa bel nahiyəsindən bıçaqla vurduqda o, yerə yıxılmışdır. O, Talehlə məxsus “VAZ 21015” markalı avtomobillə sonuncu ilə birlikdə oradan çıxıb getmişdir. Allahyarın kimlə dalaşması barədə onun dəqiq məlumatı yoxdur. Allahyarın stulla, Rəhmanın isə pivə bakalı ilə kimisə vurmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş müstəntiq X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 barəsində istintaq hərəkətlərini yalnız vəkilin iştirakı ilə aparmışdır. Təqsirləndirilən şəxsə, ola bilsin ki, ittiham aktı onun həbsdə olduğu müddətdə təqdim edilmişdir. Belə ki, istintaq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 221.3-cü maddələrinə tövsif edilmişdir və həmin qərar müdafiəçiyə təqdim olunmuş, o da qərarla tanış olmuşdur. Sonradan işə yeni müdafiəçi təyin edilmiş və qərar ona da təqdim olunmuşdur. Tanış olma protokolu tərəflərə təqdim edilmiş, nə vəkil, nə də təqsirləndirilən şəxs tərəfindən etiraz daxil olmamışdır. Maddənin tövsifinin prokurorluq tərəfindən müəyyənləşdirildiyi vəkil Müdafiəçi1 bildirilmişdir. Protokolda düzgün qeyd edilməyən maddə texniki səhv nəticəsində yaranmış və bu onun tərəfindən aradan qaldırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 özünü bıçaqlaması faktı ilə bağlı polis şöbəsində araşdırma aparılmışdır. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə doqquz ildir ki, qeyri rəsmi münasibətdə olmuşlar. Təqsirləndirilən şəxs2la aralarında teztez ailə münaqişəsi olmuş, tez-tez dava-dalaşlar baş vermişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olmuş və uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 06 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində Şəmkir şəhəri, A.Hüseyn küçəsində yerləşən Təqsirləndirilən şəxs2 anasına məxsus evdə olan zaman o, oğlu Kazım Kazımova nalayiq ifadələr işlətdiyi üçün Allahyara nə üçün oğluna qarşı nalayiq ifadələr işlətdiyini deyən zaman Allahyar qəfildən sağ göz nahiyəsindən vurduqda o yerə yıxılmış və o yerə yıxılan zaman onun üzərinə gəlib onu yerdə yumruqla baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. O, Allahyarın əlindən çıxıb küçəyə qaçaraq yolda tanımadığı şəxsə məxsus taksiyə əyləşərək çıxıb Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən anası evinə getmişdir. Həmin gecənin səhəri, yəni xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə getmiş və polis şöbəsinə Təqsirləndirilən şəxs2 onu döyməsi ilə bağlı şikayət etmişdir. Hadisə 06 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində Şəmkir şəhəri, A.Hüseyn küçəsində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir. Hadisəyə səbəb oğlu Kazım Kazımova qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Hadisə baş verən zaman orada heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 qəsdən yumruqla onun sağ göz nahiyəsinə və baş nahiyəsinə vurub xəsarət yetirmişdir İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 06 iyul 2024cü il tarixdə saat 17 radələrində həmkəndliləri İlqar Mahir oğlu və Elşən Bakir oğlu ilə yaşadıqları kənd ərazisində yerləşən Vüqar Ramiz oğluna məxsus çay evində görüşüb orada əyləşərək çay içərək söhbət etmişlər. Daha sonra isə işdən gəldikləri və yemək yemədikləri üçün gedib Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən Əli Qənbər oğlunun icarə əsasında işlətdiyi kafedə oturub yemək yeyib bir qədər istirahət etmək qərarına gəlmişlər. Onlar çay evindən çıxaraq İlqar Mahir oğluna məxsus ağ rəngli “VAZ 21015” markalı avtomobilə əyləşib X10 oğluna məxsus kafeyə getmişlər. Həmin kafedə Əli onlar üçün stol təşkil etmişdir. Onlar masada əyləşərək özləri ilə yoldan aldıqları qarpız və yemişi doğrayıb yeyərkən Əli də onların yanına əyləşmişdir. Kafenin həyətində çox sayda müştərilər olmuşdur, lakin həmin müştəriləri tanımır. Onlar masada əyləşən zaman kafenin həyətini hasarı olmadığı üçün kafeyə gələn avtomobillər və gələn-gedən şəxslər göründüyündən qara rəngli “VAZ 21015 markalı avtomobili saxladığını görmüşlər. Həmin avtomobilin sonradan adlarını bildiyi Allahyar (Babaş) və Elşad (Qara) düşmüşlər. Həmin şəxslər kafenin həyətində dayanan Zərərçəkmiş şəxs3lə görüşüb onların əyləşdiyi masanın yanına yaxınlaşmışlar. Allahyar həmkəndlisi Əliyə onlara pivə gətirməsini demişdir. Həmin vaxt Elşad və Allahyarın yanına üç nəfər kişi və bir qadın da yaxınlaşaraq kafenin həyətində yerləşən masada əyləşmişlər. Əli onlar üçün pivə içkisi təşkil emiş və bir qədər oturduqdan sonra oradan bir nəfər uca səslə həmkəndlisi Əliyə pivə gətirməsini bildirmişdir. Əli isə onların yanından pivənin bitdiyini bildirmişdir. Təxminən 2 dəqiqə keçmişdir ki, həmin masada əyləşən sonradan adlarını bildiyi Elşad, Allahyar və Rəhman onların masasına yaxınlaşdıqda Əli onlara “inanmırsınızsa gedib birlikdə kafenin içərisində olan pivə balonlarına baxmağı” təklif etdikdə Elşad və Allahyar etiraz etməyərək birlikdə Əli ilə gedib pivə balonlarına baxmışlar. O, İlqar və Elşən birlikdə əyləşib qarpız yemişlər. Onlar masada olan zaman Elşad, Rəhman və Allahyar onların yanına yaxınlaşmışlar və bu vaxt Rəhman adlı şəxsin İlqarla aralarında sözlə narazılıq yaranmış və Rəhman həmkəndlisi İlqarın sifət nahiyəsindən yumruqla vurduqda İlqar stoldan yerə yıxılmışdır. Rəhman və yanında olan sonradan adını bildiyi Allahyar adlı şəxs İlqarı yerdə vurmağa başlayan zaman o, ayağa qalxıb onları aralaşdırmaq istəyərkən, sonradan adını bildiyi Elşad adlı şəxs onun sifət nahiyəsindən yumruqla vurmuşdur. O da qarşılıq olaraq həmin vaxt onun sifət nahiyəsindən vurmuşdur. Elşadla aralarında mübahisə baş verən zaman Elşad əlində olan bıçaqla onun sol kürək nahiyəsindən bıçaqla vurduqda o, yerə yıxılmışdır. Elşad onu bıçaqla vurandan sonra oradan aralaşmış, o, ayağa qalxıb kafenin arxasına gedərək orada bir qədər dayanmış, sonra isə həmin kafedən aralaşıb yoluna davam edən zaman iki nəfər şəxs onu görüb ona "bu ölmədimi hələ" deyərək ardınca gələn zaman o, qaçaraq gecə vaxtı olduğu üçün gözdən itmişdir. Kafenin ətraf hissələrində yaşayış olduğu üçün sonradan adını bildiyi Şakir adlı şəxs onun qarşısına çıxmışdır. O, Şakir adlı şəxsə bıçaqla vurduğunu və ailəsinə bu barədə məlumat verməsini xahiş etmişdir. Həmin vaxt ağrıdığı üçün o, özünə məxsus mobil telefonunu Şakirə vermiş, Şakir isə atasına zəng edərək məlumat vermişdir. Bir qədər sonra arvadı Sahibə Mehdiyeva və qonşusu Əsgər Rəşid oğlu ilə birlikdə onun yanına gələrək onu Şəmkir rayon MX-na aparmışlar. Bundan başqa, Şahid1 ilə aralarında mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs1 sonradan adlarını bildiyi Rəhman və Allahyar adlı şəxslər yumruq və təpiklə döymüşlər. X1 Allahyar adlı şəxs bıçaqla vurmaq istəyən zaman kafenin həyətində olan “VAZ 2106” markalı avtomobilin başına fırlanmış və Allahyar onu tutub bıçaqla xəsarət yetirə bilməmişdir. Ona məxsus kafenin stəkan, bakal və stollarına Allahyar, Elşad və Rəhman maddi ziyanlıq yetirmişlər. Elşən Bakir oğlu isə hadisə baş verən zaman hadisə yerindən qaçıb getmişdir. Hadisə zamanı onu bıçaqla vuran və sonradan adını bildiyi şəxsin əynində qara rəıngli qısa qol yay köynəyi və qara rəngli şalvar olmuşdur. Hadisə 06 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən X1n icarə əsasında işlətdiyi kafenin həyətində baş vermiş, hadisə zamanı sonradan adını bildiyi Elşad adlı şəxs onun sol kürək nahiyəsindən bıçaqla vurub xəsarət yetirmiş, Şahid1 ilə onun arasında olan mübahisəyə heç bir əsaslı səbəb olmamış, onun tanışları, sonradan adlarını bildiyi Allayar və Rəhman adlı şəxslər həmkəndlisi Zərərçəkmiş şəxs1 döydükləri üçün o, onları aralşadırmaq istəmiş, lakin bu vaxt o, Elşad adlı şəxsi yumruqla vurmuş və o da onu vuran zaman Elşad bıçaqla ona xəsarət yetirmişdir. Şahid1 ilə aralarında mübahisə baş verən zaman kənardan tanımadığı şəxslər toplaşmışlar və onların sayı təxminən 10-13 nəfər olmuşdur. Şahid1 içkili olduğunu hiss etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 852 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının, sağ gözaltı nahiyənin yumşaq toxumalarının dərialtı hemotoması və sağ gözün ağlı qişasına qansızma küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 635 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının, burunun sağ yan səthinin, sağ baldırın orta üçdə birinin ön səthinin sıyrıqları, sağ gözətrafı yumşaq toxumalarının dərialtı hemotoması və alt dodağın selikli hissəsinin əzilmiş yarası Küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 06 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözətrafı yumşaq toxumaların dərialtı hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, alın nahiyəsinin sağ yarısının, burunun sağ yan səthinin, sağ baldırın orta üçdə birinin ön səhinin sıyrıqları və alt dodağın selikli hissəsinin əzilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2024-cü il tarixli 636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. DİN BƏSİİ-si tərəfidnən verilmiş tələbnamədən və Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza ona Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 09 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesblanmışdır, bundan başqa, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsindəki Şəmkir RPŞ-də olan ********* nömrəli material üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun çəkilməmiş cəzası 07 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə o, cəzasını çəkib qurtarmışdır. Şəmkir rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Şəmkir RPŞ MSY-dən azad edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmuş, barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 tutulmuşdur, hal-hazıra qədər həbsdə saxlanılır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 1527 nömrəli arayışdan görünür ki, 1 ədəd bokalın qiyməti 10 manat, 1 ədəd boşqabın qiyməti 5 manat, 1 ədəd dəmir stulun qiyməti 30 manat təşkil edir. X8 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 149 nömrəli “Ziyan aktı”ndan görünür ki, “Fiat Doblo” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd sol arxa farasının qyməti 160 manat, “VAZ 21015” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd “Pioner” markalı maqnitafonunun qiyməti 130 manat təşkil edir. Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir RİHB Şəmkir rayon Dəllər qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 adlı iki uşağı var. xx.xx.2025-ci il tarixli notarial ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Maddə 338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya məhkəməsinin Plenumunun 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarının 1 və 2-ci bəndində qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1- ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndində qeyd edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Avropa Məhkəməsinin presedent hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Bakir oğluna və Zərərçəkmiş şəxs2 münasibətdə bir qrup şəxs tərəfindən xuliqanlıq cinayət əməli törədilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə müəyyən edilmişdir ki, hadisə zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin aralarında spirtli içkinin təsirində olduqlarından səbəbini xatırlamadıqları sözlü mübahisənin, daha sonra dava-dalaşa çevrilməsindən baş vermişdir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Bakir oğluna və Zərərçəkmiş şəxs1 münasibətdə təqsirləndirilən şəxslərin əməlində bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətinin tərkibini müəyyən etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işi üzrə digər istintaq materialları ilə müəyyən edilmişdir ki, 06 iyul 2024-cü il tarixdə Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi kafedə Allahyar və Rəhman adlı şəxsin İlqar adlı şəxslə aralarında yaranmış sözlə mübahisənin davamı olaraq Rəhmanın İlqarın sifət nahiyəsindən yumruqla vurub İlqarı stoldan yerə yıxmış, onu yerə yıxdıqdan sonra isə Rəhman və Allahyar Zərərçəkmiş şəxs1 yumruq və təpiklə döymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 onlardan aralanıb qaçarkən Təqsirləndirilən şəxs1 da onun arxasınca qaçmış, həmin vaxt Zərərçəkmiş şəxs1 içkili olduğundan Təqsirləndirilən şəxs1 onu arxadan tutmaq istəyərkən ayağı səndələmiş, yıxılaraq başını Zərərçəkmiş şəxs3 məxsus “Fiat Doblo” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa farasına dəydiyindən fara sınıb zədələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hadisənin baş verməsi ilə heç bir əlaqəsi olmayan, stolun kənarında əyləşmiş Zərərçəkmiş şəxs4 Bakir oğlu oaradan uzaqlaşmaq istəyərkən onun sifət və sinə nahiyəsindən qəsdən vuraraq ona fiziki ağrılar yetirmiş, daha sonra özünün xuliqanlıq hərəkətlərini davam etdirərək, Rəhmanla birlikdə kafedə olan Zərərçəkmiş şəxs2 məxsus 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalı, 3 (üç) ədəd boşqabı və 4 (dörd) ədəd dəmir stulu qəsdən zədələyib məhv etməklə, Əli Hüsyenova maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında mübahisə təxminən 20-25 dəqiqə davam etmişdir. Bununla da təqsirləndirilən şəxslər öz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş, bu pozuntu ilə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmiş, vətəndaşlar üzərində zor tətbiq edilmə hədəsi ilə ətrafına insanları toplamaqla xuliqanlıq cinayəti törətmişlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 06 iyul 2024-cü il tarixdə Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus kafedə törətdikləri cinayət əməli, ibtidai istintaq orqanı tərəfindən ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 20-25 dəqiqə ərzində ətrafda istirahət edən şəxslərin narahatçılıqlarına və kafenin iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri kimi qiymətləndirilərək, CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş olsalar da, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla 06 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus kafedə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 20-25 dəqiqə ərzində ətrafda istirahət edən şəxslərin narahatçılıqlarına və kafenin iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətlərini törətmiş olduqları öz təsdiqini tapsa da, həmin hərəkətləri silah qismində istifadə olunan hər hansı əşyadan istifadə etməklə törətmələri öz təsdiqini tapmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər, o cümlədən şahidlər hər hansı bir təsir altında qalmadan öz iradə ifadələrini əks etdirən və ibtidai istintaq dövründə verdikləri ifadədən fərqli məzmunda ifadə vermişlər. Məhkəmə hesab edir ki, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrin həqiqiliyini şübhə altına alan hər hansı bir hal olmamış, o cümlədən cinayətin xarakteri cinayət hadisəsinin baş verməsinin səbəb və ona əsas olan halların dəqiq müəyyən edilməsini zəruri etdiyindən məhkəmə zərərçəkmiş şəxslərin, o cümlədən şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri iş üçün əhəmiyyətli və mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128 və 221.2.1-ci maddələrinə, bundan başqa, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsinən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan edilmələrinə əsas yoxdur, Təqsirləndirilən şəxs2 CM-nin 128 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi (az ağır cinayət) ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin edilən cəzasını çəkib qurtarmış, lakin məhkumluq ödənilmədən və götürülmədən CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan, az ağır hesab edilən cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini əmələ gətirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını və işin digər hallarını nəzərə alıb hesab edir ki, hər iki təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplanılaraq ona qəti cəza təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, bundan başqa, Təqsirləndirilən şəxs1 da azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, maddi sübutlar 1 ədəd Fiat Doblo markalı **- CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 01 ədəd VAZ 21015 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, maddi sübutlar 6 ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakal, 03 (üç) ədəd boşqab, 1 ədəd Fiat Doblo markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd sol arxa farası, 01 ədəd VAZ 21015 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd Pioner markalı maqnitafon məhv edilməli, 04 ədəd dəmir stul sahibinə qaytarılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 11 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 122 manat məbləğində pul Müdafiəçi3 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 280 manat məbləğində pul Müdafiəçi1 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar 1 ədəd Fiat Doblo markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 01 ədəd VAZ 21015 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, maddi sübutlar 6 ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakal, 03 (üç) ədəd boşqab, 1 ədəd Fiat Doblo markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd sol arxa farası, 01 ədəd VAZ 21015 markalı **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobilin 01 ədəd Pioner markalı maqnitafon məhv edilsin, 04 ədəd dəmir stul sahibinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 11 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 122 (bir yüz iyirmi iki) manat məbləğində pul Müdafiəçi3, bundan başqa, Təqsirləndirilən şəxs2 göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 280 (iki yüz səksən) manat məbləğində pul Müdafiəçi1 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxslər tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar