Məhkəmə qərarları › İş №1(076)-115/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-115/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-115/2023 17.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Şəmkir rayonu Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul оlan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə doğulmuş X5 və xx.xx.2017-ci ildə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, habelə X7 adlı uşağa görə alimentin hesablanması xx.xx.2019-cu il tarixdən, X5 adlı uşağa görə aliment həmin uşağın borcludan alınıb tələbkara verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanılmasına dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7800,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilsə də, son sözlə çıxışı zamanı özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə olan nikahlarından iki övladı dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 2019-cu ildə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə xx.xx.2012-ci ildə doğulmuş X5 adlı uşaq ondan alınaraq Zərərçəkmiş şəxs verilməsi, Cavabdeh kimi ondan xx.xx.2012-ci ildə doğulmuş X5 və X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş X7 adlı uşağa alimentin tutulması xx.xx.2019-cu il tarixdən, xx.xx.2012-ci ildə doğulmuş X5 adlı uşağa alimentin verilməsinə dair hissədə qətnamə uşağın borcludan alınıb tələbkara verildiyi tarixdən, xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qaldığı üçün həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Lakin Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən də narazı qaldığı üçün kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 2489/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmin vaxtı maddi imkanı olmadığı üçün aliment borcunu ödəməmişdir. Bu səbəbdən də Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 7800,00 manat borcunu ödəməmişdir. Hazırda rəsmi iş yeri yoxdur. Ancaq fərdi qaydada təsərrüfat işlərində fəhlə kimi işləyirə, aylıq gəliri orta hesabla 150,00-200,00 manat olur. Xəyanət üstündə boşanmış, buda ona mənfi təsir edir, buna görədə aliment borcunu ödəmir. Əvvəllər Yağmur adlı uşaq onda olub, sonradan məhkəmə qətnaməsi əsasında ondan alınıb anaya verilibdir. O buna baxmayaraq 2021-ci ilin sentyabr ayında 300,00 manat dəyərində Yağmur adlı uşağa gödəkçə, ayaqqabı, alt paltarları və məktəb ləvazimatları almış, həmin paltarları Zərərçəkmiş şəxs vermək məqsədilə icra məmuru Elşən Əliyevə vermişdir. Müxtəlif vaxtlarda 200,00 manat dəyərində Çağlar adlı uşağın məktəbli ləvazimatlarını almışdır. Hər iki uşağa gücü çatdığı qədər maddi yardım eləmişdir. Uşaqların hər ikisi və ya biri ona verilərsə özü uşaqlara baxmaq istəyir. İcra məmuru tərəfindən ona təklif olunmuş işdə işləməməsinin səbəbi əmək haqqının aylıq 260 manat olması olmuşdur. Hazırda maddi imkanı olmadığı üçün aliment borcundan ödəniş etməsi mümkün deyil. Qeyd edilənlərinin nəzərə alınaraq barəsində olan cinayət işi üzər ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından iki övladları dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladlarına baxmamışdır. Bu səbəbdən o, 2019-cu ildə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci ildə doğulmuş X5 adlı uşaq borclu Təqsirləndirilən şəxs alınaraq ona verilməsi, Cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə doğulmuş X5 və X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, xx.xx.2017-ci ildə doğulmuş X7 adlı uşağa alimentin tutulması xx.xx.2019-cu il tarixdən, xx.xx.2012-ci ildə doğulmuş X5 adlı uşağa alimentin verilməsinə dair hissədə qətnamə uşağın borcludan alınıb tələbkara verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qalan borclu Təqsirləndirilən şəxs ondan apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsindən narazı qalan borclu Təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2489/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs icra məmuru vasitəsi ilə ona verdiyi paltarlar və məktəbli ləvazimatları Yağmur adlı uşağın borclunun himayəsində olduğu müddətdə istifadə etdiyi paltar və məktəbli ləvazımatları olmuşdur. Həmin paltarların alimentə heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs Çağlar adlı uşağın məktəbli ləvazimatları üçün 200,00 manat pul verməsi ilə bağlı qeyd etdiyi xüsusatlar isə tamamilə yalandır. Təqsirləndirilən şəxs ona heç vaxt aliment ödəməmişdir. Təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 7800,00 manat ödənməmiş aliment borcunun və hal-hazıradək olan müddət üçün hesablanmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yığılmış aliment borcunu tam şəkildə ona ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş cəza tədbirləri görülsün. O məhkəmədən borclunun həbs olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru X11 ifadəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə xx.xx.2012-ci ildə doğulmuş X2 adlı uşaq borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə doğulmuş X5 və X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130,00 mnanat olmaqla cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2017-ci ildə doğulmuş X7 adlı uşağa alimentin tutulması xx.xx.2019-cu il tarixdən, xx.xx.2012-ci ildə doğulmuş X8 adlı uşağa alimentin verilməsinə dair hissədə qətnamə uşağın borcludan alınıb tələbkara verildiyi tarixdən hesablanmalıdır. Sözügedən qətnamədən narazı qalan borclu Təqsirləndirilən şəxs ondan apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qalan borclu Təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2489/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4037/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-316/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilsə də tələb icra olunmamışdır. Şəmkir Rayon Məhkəməsinin 8(076)-173/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə xx.xx.2012-ci ildə doğulmuş X5 adlı uşaq borclu Təqsirləndirilən şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair hissədə xx.xx.2021-ci il tarixdə icra edilmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Bununla da onun əməlində qərəzlilik müşahidə olunur. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən bu günədək aliment borcundan heç bir ödəniş edilməmiş və onun təqdimat verildiyi günə 7800,00 (yeddi min səkkiz yüz) manat borcu olmuşdur. İbtidai istintaq dövründə iş üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştiarkının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X13 şahid Elşən Əliyevin göstərdiyi xüsusatları uyğun ifadə verərərk təsdiq etmdiyi müəyyən olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilərək istintağın aparılması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən və icra sənədindən görünür ki, xx.xx.2012-ci ildə doğulmuş X2 adlı uşaq cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə doğulmuş X5 və X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130,00 mnanat olmaqla cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1660/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1660/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. icraata qəbul edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-316/2021 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Şəmkir RİHB Sabirkənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Şəmkir Rayon Məhkəməsinin 8(076)-173/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şəmkir RİHB Sabirkənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına 0.16 ha torpaq sahəsindən əlavə heç bir əmlak yoxdur. Təqsirləndirilən şəxs atası Hüseynov Çingiz Ramazan oğlunun evində yaşayır. Şəmkir RİHB Sabirkənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Hüseynov X3 bələdiyyəsinə aid olan heç bir torpaq sahəsini icarəyə götürməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanından gizləndiyi üçün haqqında axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırmışdır. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Şəmkir RPŞ-nin MSY-nə yerləşdirildiyindən işi üzrə icraat xx.xx.2023-cü il tarixdə təzələnmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş X1 21 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib iş (“X10”nun mağazasında satıcı köməkçisi işi - əməkhaqqı 250-275) təklif olunmuşdur. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək iş təklifini qəbul etməmişdir. Cinayət işində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Şəmkir Rayon Məhkəməsinin 3(076)-316/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1660/2019 saylı xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edilən hallar kimi onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməyə görə əvvəllər inzibati qaydada tənbeh edilməsini, lakin yenidən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə cinayət törətməsini, uzun müddət borc məbləğindən heç bir ödəniş etməyərək zərərçəkmiş şəxslə razılıq və ya barışıq əldə etməməsini, həmçinin barışıq və borc məbləğindən ödəniş etməsinə dair hər hansı bir cəhd göstərməməsini, borc məbləğini, icra sənədinin icrası ilə bağlı keçən müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Buna görə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə Cinayət Məcəlləsinin 41-ci maddəsinə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar