Məhkəmə qərarları › İş №1(076)-115/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-115/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-115/2024 03.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 14 may 2022-ci il tarixdə saat 20:30 radələrində qohumu Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli, **-CJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə Şəmkir şəhəri, X6 küçəsində, “Fərmayıl Körpüsü” adlanan ərazidə yüksək sürətlə hərəkət edərək qəza şəraiti yaratdığı üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Zərərçəkmiş şəxs1 və həmin İdarənin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 həmin ünvanda yerləşən kafedən çıxaraq sonuncunun idarə etdiyi qara rəngli, **-MM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes GL 500” markalı avtomobillə hərəkətdə olan zaman onların qanunsuz hərəkətləri ilə əlaqədar Zərərçəkmiş şəxs2 xəbərdaredici siqnal verməsindən əsəbiləşən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobildən düşərək heç bir əsaslı səbəb olmadan, ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda piyada və avtomobilləri ilə hərəkətdə olan şəxslərin 30 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 şəxsiyyətini təhqir edib, onun avtomobilinin sağ oturacağında əyləşərək Zərərçəkmiş şəxs2 qəsdən əlləri ilə boğmaqla ona sağ çiyinüstü nayihəsinin qançırı və sağ bazu nayihəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt onu Zərərçəkmiş şəxs2 aralamağa çalışan Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan təhqir etməklə yanaşı Təqsirləndirilən şəxs1la əlbir olaraq bir qrup şəxs qismində Anar Məmmədova məxsus avtomobilin qabaq sol qapısına və qabaq sol qapısında olan yan güzgüsünə təpik zərbələri ilə qəsdən vurub əzərək sonuncuya 800,00 manat məbləğində maddi ziyan vurmuş, bu zaman hadisə yerinə gələn Zərərçəkmiş şəxs3 qəsdən sifət nahiyəsindən yumruqla vurub ona boyunun sağ və sol yan səthinin sol bazunun bayır səthinin qançırları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq onu sakitləşdirmək istəyən zaman əlindəki istintaqa məlum olmayan bıçağını silah qismində istifadə etməklə bıçağın tiyə hissəsi ilə qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vurub ona başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş səthi yarası və onu qəsdən güləş fəndi işlədək yerə yıxıb sol gözaltı nahiyəsinin şişkinlik fonunda qanırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra hərəkətlərini davam etdirərək kafenin pəncərələrini və kafedə olan qab-qacağı sındırmaqla əmlak sahibi olan Zərərçəkmiş şəxs3 60,00 manat məbləğində maddi ziyan vurmuş, həmçinin Zərərçəkmiş şəxs3 təhqir edərək döyməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 14 may 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi və içərisində qohumu Təqsirləndirilən şəxs2 da olduğu ağ rəngli, **-CJ-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillə Şəmkir şəhəri, X6 küçəsində, “Fərmayıl Körpüsü” adlanan ərazidə yüksək sürətlə hərəkət edərək qəza şəraiti yaratdığı üçün həmin vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Zərərçəkmiş şəxs1 və həmin İdarənin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Zərərçəkmiş şəxs2 həmin ünvanda yerləşən kafedən çıxaraq sonuncunun idarə etdiyi qara rəngli, **- MM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes GL 500” markalı avtomobillə hərəkətdə olan zaman onun qanunsuz hərəkətləri ilə əlaqədar Zərərçəkmiş şəxs2 xəbərdaredici siqnal verməsindən əsəbiləşərək idarə etdiyi avtomobili saxlamış və avtomobildən düşərək heç bir əsaslı səbəb olmadan, ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda piyada və avtomobilləri ilə hərəkətdə olan şəxslərin 30 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 şəxsiyyətini təhqir edib qəsdən onun sifət nahiyəsinə yumruq zərbəsi, qarın və ayaq nahiyələrinə isə təpik zərbələri endirərək ona burun nayihəsinin yumşaq toxumalarının ağrı halında əzniyi, sağ əlin arxa və ovuc səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt onu Zərərçəkmiş şəxs2 aralamağa çalışan Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan təhqir etməklə yanaşı Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq bir qrup şəxs qismində Anar Məmmədova məxsus avtomobilə təpik zərbələri ilə vurub qəsdən əzməklə sonuncuya 800,00 manat məbləğində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 əlindən çıxaraq kafe istiqamətində qaçmış, bu zaman onun kafeyə qaçdığını görən Təqsirləndirilən şəxs1 kafenin qapısını və pəncərələrini sındırmaqla içəri daxil olmuş, orada olan kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb silah qismində istifadə edərək onun arxasınca kafeyə daxil olub, qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 qəsdən vuraraq sonuncuya sağ əlin İ barmağının şişkinlik, qançır və ağrı halında əzniyi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sol İ, İV və V barmağının ovuc səthinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra hərəkətlərini davam etdirərək kafenin pəncərələrini və kafedə olan qab-qacağı sındırmaqla əmlak sahibi olan Zərərçəkmiş şəxs3 60,00 manat məbləğində maddi ziyan vurmuş, həmçinin Zərərçəkmiş şəxs3 təhqir edərək döyməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdi. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə o, atasının əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Şəmkir şəhəri, Morul yaşayış massivində yerləşən kafeyə gəlmişdir. Həmin gün saat 21 radələrində onlar kafedən çıxaraq Təqsirləndirilən şəxs1 məxsus “NİVA” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib “Fərmayıl” körpüsünə tərəf yola düşmüşlər. Onlar “Fərmayıl” körpüsünə çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara siqnal vermiş, onlar bundan əsəbiləşmiş və Həbib avtomobilini öz yolunda saxlayıb avtomobildən düşmüşdür. Həbib Anarın üzərinə doğru gedərək onun siqnal verməsinə irad bildirməsinə görə onunla mübahisə etməyə başlamışlar. O, da avtomobildən düşmüş və əsəbi şəkildə Zərərçəkmiş şəxs2 yumruq atmışdır. Lakin yumruq Anara deyil, avtomobilin qabaq sol pəncərəsinə dəymişdir. Təqsirləndirilən şəxs1 onu Anardan aralamış, daha sonra hadisə yerinə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 da gəlmişdir. Elvin orada Həbiblə mübahisə etməyə başlamış, Anar bu zaman hadisə yerindən qaçıb getmişdir. O, əsəbindən təpik zərbələri ilə avtomobilin qabaq sol qapısını və həmin qapıda olan yan güzgüsünü vurmuş və nəticədə avtomobilin sol qapısı əzilmiş və sol qapıda olan yan güzgüsü isə qırılmışdır. Daha sonra hadisə yerinə qohumu Şahid3 gələrək onları sakitləşdirməyə çalışmış, Elvin Həbibin yaxasından tutub dartmağa başlamış, sonra Elvin kafenin içərisinə doğru qaçmışdır. Həbib də onun arxasınca kafeyə qaçmış, o, kafeyə daxil olmuşdur. Kafeyə daxil olan zaman Elvinin əlində taxta ilə üzərlərinə doğru gəldiyini görmüş, o, taxtanı əlində sağa-sola oynadan zaman taxta parçası Həbibin sol qoluna dəymiş, həmin vaxt irəli gedən zaman yerə yıxılmış və sol dizi ağrımışdır. Bu zaman o, Elvinin kafenin mətbəxinə girərək qapısını bağladığını, Həbibin də mətbəxin qapısını təpiklə vurduğunu görmüşdür. Elvinə olan əsəbindən kafenin ayaqyolusunun qapısının şüşəsini təpiklə vurub sındırmış, sonra o, mətbəxin qapsından içəri daxil olub orada olan boşqabları vurub sındırmağa başlamışdır. Daha sonra o, kafenin qalın taxta materialdan yığılmış giriş qapısını təpikləyərkən ayağı daha da ağrımış və o, yerə yıxılmışdır. O, ayağa qalxıb kafenin çıxışına doğru getmiş və Məmmədtağıya onu evə aparmasını demişdir. Məmmədtağı onun qoluna girərək köməkli şəkildə onu avtomobil yoluna doğru apararaq evə yola salmış, özü isə Həbibin arxasınca getmişdir. Hadisə baş verən zaman hadisə yerində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun qohumu olan Məmmədtağı olmuş, onunla Zərərçəkmiş şəxs2 arasında olan dava-dalaş təxminən 5-7 dəqiqə davam etmiş, hadisə zamanı o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs3 heç bir xəsarət yetirməmiş, onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etməmiş, sadəcə olaraq o, avtomobildən düşmüş və əsəbi şəkildə Zərərçəkmiş şəxs2 yumruq atmış, lakin onun yumruğu Zərərçəkmiş şəxs2 deyil, avtomobilə dəymişdir. Hadisə zamanı onun əlində heç bir əşya olmamışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Hazırda etdiyi hərəkətə görə əməlindən peşmandır. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə o, əmisi oğlunun oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəmkir şəhəri, Morul yaşayış massivində yerləşən kafedə yemək yeyib, spirtli içki qəbul etmişdir. Həmin gün təxminən saat 21 radələrində onlar kafedən çıxaraq ona məxsus “NİVA” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib “Fərmayıl” körpüsünə tərəf yola düşmüşlər. Onlar “Fərmayıl” körpüsünə çatarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara işıq işarəsi və siqnal verməklə yanaşı əli ilə onlara irad bildirmişlər. Onlar bundan əsəbiləşib avtomobili Zərərçəkmiş şəxs2 avtomobilinin yaxınlığında saxlayıb avtomobildən düşmüşdür. O. Anarın olduğu avtomobilə tərəf getmiş və Anara yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs2 nə üçün ona siqnal verdiyini demiş, ona əlindəki siqaretin əlindən yerə düşdüyünü, əyilən zaman başı siqnala dəydiyini və qalxan zaman əli avtomobilin işığına dəydiyini bildirmişdir. Onun Anarla sözlə mübahisələri baş vermiş, o, Anarla söhbət edən zaman Ömər ona məxsus avtomobildən düşərək onun yanına yaxınlaşmışdır. Bundan sonra o özünü itirmiş və sərxoş olduğu üçün sonrakı hadisələri xatırlamır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Himayəsində üç nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası vəzifəsində çalışır. 14 may 2022-ci il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi, İ dərəcəli müfəttiş Zərərçəkmiş şəxs2 ona zəng edərək atası Vilayət Məmmədlinin ağır xəstə olduğu üçün Bakı şəhərinə aparmaq istədiyini və bunun üçün onunla hansı xəstəxanaya aparması barədə məsləhətləşmək istədiyini bildirmişdir. O, evdə olduğunu və qardaşı Zərərçəkmiş şəxs3 işlətmək üçün təmir etdirdiyi kafeyə gedəcəyini və onun da ora gəlməsini demişdir. Anar da onunla razılaşmış, onlar kafedə görüşmüşlər. Həmin vaxt kafedə qardaşı Zərərçəkmiş şəxs3 və kafenin işçisi olan Məhəmməd adlı şəxs olmuşdur. Belə ki, kafe tam işlək vəziyyətdə olmamış, kafenin təmir işlərində müəyyən çatışmamazlıqlar olmuşdur. Onlar orada çay içib bir qədər söhbət etmiş, təxminən 40 dəqiqə kafedə oturduqdan sonra onlar kafedən çıxıb Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes GL500” markalı, **-MM- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, avtomobilin sol arxa oturacağında əyləşmiş, həmin vaxt yanlarında olan Yalçın adlı tanışı isə avtomobilin sağ qabaq hissəsində əyləşmişdir. Anar avtomobili işə salmış və onlar təxminən 10 metr irəlilədikdən sonra yolun sağ yuxarı tərəfindən 02 (iki) avtomobilin yüksək sürətlə gəldiyini görmüş və dərhal Anara “ehtiyatlı ol”-deyə müraciət etmişdir. Anar cəld şəkildə avtomobili saxlamış və siqnal vermişdir. Bu zaman “NİVA” markalı avtomobil onların qabağında dayanmış, digər açıq rəngli sedan avtomobil isə təxminən 6-7 metr aralıda dayanmışdır. “NİVA” markalı avtomobilin sükanı arxasında əyləşən və onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 avtomobildən düşmüş və onların üzərlərinə doğru yerimişdir. Anar avtomobilin qapısının şüşəsini aşağı salmış və nə baş verdiyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs1 avtomobilin qapısını açaraq qəfildən Anarın sağ gözaltı nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Anar Həbibdən nə üçün onu vurduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 “sən kimsən ki, mənə siqnal verirsən”-deyərək Anarı təhqir etməyə və təpiklə Anarın qarın və ayaq nahiyələrinə, həmçinin avtomobilin qapısına zərbələr endirməyə başlamışdır. Bu zaman o, avtomobildən düşmüş və Həbibi qucaqlayaraq sakitləşdirməyə çalışmışdır. Lakin Həbib yenə də Anarı təhqir etməyə davam etmiş, Yalçın isə dərhal avtomobildən düşüb qaçmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq tərəfində əyləşərək arxa tərəfdən Anarı boğmağa başlamış və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra Ömər Anarı buraxmış və avtomobildən düşərək təpik zərbələri ilə avtomobilin qabaq sol qapısına və qabaq sol qapısında olan yan güzgüsünə zərbələr endirmişdir. Bu zaman hadisə yerinə qardaşı Zərərçəkmiş şəxs3 gəlmiş, Elvin Öməri sakitləşdirməyə çalışarkən Ömər Elvini də vurmağa başlamışdır. Ömərin təpik zərbələri ilə avtomobilin qabaq sol qapısına və həmin qapıda olan yan güzgüsünə vurması nəticəsində avtomobilin qapısı əzilmiş və yan güzgüsü sınmışdır. Daha sonra Anar kafeyə doğru qaçmış, Ömər təpik zərbələri ilə əsəbi halda kafenin qarşısında yerləşən tikilinin jalüzlərini vurmağa başlamışdır. Bu zaman o, Ömərə yaxınlaşıb onu sakitləşdirməyə çalışarkən o, əlində olan küt əşya ilə onun baş nahiyəsinə bir dəfə zərbə endirmiş və onu itələyərək yerə yıxmışdır. Daha sonra Ömər Həbiblə birlikdə Anarı tapmaq üçün kafeyə daxil olmuş, bu zaman qardaşı Zərərçəkmiş şəxs3 Anarın avtomobilini kafenin arxasına sürüb aparmış, o, isə Ömərlə Həbibin arxasınca kafeyə daxil olmuşdur. O, kafeyə daxil olduqda Ömər ilə Həbibin nalayiq ifadələr işlədərək Anarı axtardıqlarını və kafenin içərisini dağıtdıqlarını görmüşdur. Ömər təpiklə kafenin giriş qapısına zərbə endirməklə yanaşı, kafenin ayaqyolusunun giriş qapısının şüşəsini sındırmış, Ömər sınmış şüşənin parçasını götürərək üzərlərinə doğru gələrkən, o, şüşəni onun əlindən almış, Ömər sağ ayağı ilə dəfələrlə kafenin qalın taxta materialdan yığılmış giriş qapısını təpikləyərkən o yerə yıxılaraq ayağından xəsarət aldığını bildirmişdir. Bu zaman o, Elvin ilə birlikdə onun üzünə su vuraraq Ömərə yardım göstərmiş, bir qədər sonra Ömər özünə gəlmiş, yenə qapıya təpik zərbələri endirməyə başlamış, qardaşı Elvin Həbibi yerə yıxaraq onu saxlamağa başlamış, bu zaman Ömərin qohumu Məmmədtağı hadisə yerinə gələrək Ömərlə Həbibi sakitləşdirməkdə onlara kömək etməyə başlamışdır. Elvin Həbibi buraxaraq mətbəxə qaçmış və qapını bağlamış, Həbib də Elvinin arxasınca mətbəxə qaçaraq mətbəxin qapısını təpikləməyə başlamışdır. Ömər mətbəxin pəncərəsindən içəri daxil olaraq boşqabları sındırmağa başlamış, X9 Anarı harada gizlətdiyini soruşaraq onu təhqir etdikləri və vurduqları üçün Elvin də kafedən çıxıb qaçmış, daha sonra o, Həbibin əlində bıçaq olduğunu görmüş, o, bıçağı onun əlindən almağa çalışarkən sol əlinin İ, İV və V barmaqları kəsilmişdir. O, Məmmədtağı ilə birlikdə kafedə qalaraq Ömərlə Həbibi sakitləşdirməyə çalışmışlar, bir qədər sonra polis əməkdaşları gəlmiş və Ömərlə Həbib dərhal kafeni tərk etmişdilər. Onlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında olan dava-dalaş təxminən yarım saat davam etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan üzr istəmiş, o da onları bağışlayaraq barışmışdır. Hazırda onlardan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə o, qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə kafedə olmuş, saat 20 radələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi, İ dərəcəli müfəttiş Zərərçəkmiş şəxs2 da kafeyə gəlmiş, Zərərçəkmiş şəxs2 atası ağır xəstə olduğu üçün onu Bakı şəhərinə aparmaq istədiyini və bunun üçün qardaşı Eminlə hansı xəstəxanaya aparması barədə məsləhətləşmək istəmiş, çünki Emin uzun müddət Bakı şəhərində yaşamışdır. Həmin vaxt kafedə kafenin işçisi olan Məhəmməd adlı şəxs də olmuşdur. Belə ki, kafe tam işlək vəziyyətdə olmamışdır. Çünki kafenin təmir işlərində müəyyən çatışmamazlıqlar olmuşdur. Emin ilə Anar kafedə çay içib bir qədər söhbət etmiş, o, isə kafenin həyətinin otunu biçdirmiş, otu biçən Sahib adlı şəxs ilə birlikdə biçilmiş otu arabaya yığıb apararkən onlar “Fərmayıl” körpüsünün üstündə dayanıb biraz dincəlməyə başlamışlar. O, Sahib ilə körpünün üstündə dayanıb söhbət edərkən yolun sağ yuxarı tərəfindən 02 (iki) avtomobilin yüksək sürətlə gəldiyini, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəfildən dayanaraq siqnal verdiyini, bu zaman “NİVA” markalı avtomobilin Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabağında dayandığını və “NİVA” markalı avtomobilin sükan arxasında əyləşən Təqsirləndirilən şəxs1 avtomobildən düşərək Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qapısını açaraq onu vurduğunu görmüşdür. O, dərhal onlara yaxınlaşmış, ora çatan zaman Təqsirləndirilən şəxs2 təpik zərbələri ilə avtomobilin qabaq sol qapısına və qabaq sol qapısında olan yan güzgüsünə zərbələr endirmiş və əsəbi şəkildə nalayiq ifadələr işlətdiyini görmüşdür. Qardaşı Zərərçəkmiş şəxs1 isə Həbib Cəfərlini tutaraq onu sakitləşdirməyə çalışmış, Həbib isə Eminin əlindən çıxaraq Zərərçəkmiş şəxs2 üzərinə hücum etməyə çalışmış, Ömərin təpik zərbələri ilə avtomobilin qabaq sol qapısına və həmin qapıda olan yan güzgüsünə vurması nəticəsində avtomobilin qapısı əzilmiş və yan güzgüsü sınmışdır. O, Zərərçəkmiş şəxs2 hadisə yerindən çıxıb qaçmasına şərait yaratmış və o, kafeyə doğru qaçmış, Ömər təpik zərbələri ilə əsəbi halda kafenin qarşısında yerləşən tikilinin jalüzlərini vurmağa başlamış, bu zaman Emin Ömərə yaxınlaşıb onu sakitləşdirməyə çalışarkən Ömər əlində olan küt əşya ilə qardaşının baş nahiyəsinə bir dəfə zərbə endirmiş və itələyərək yerə yıxmış, daha sonra Ömər Həbiblə birlikdə Anarı tapmaq üçün kafeyə daxil olmuşlar. O, Anarın avtomobilini kafenin arxasına sürüb aparmış, Emin isə Ömərlə Həbibin arxasınca kafeyə daxil olmuş, o, kafeyə daxil olduqda Ömər ilə Həbibin nalayiq ifadələr işlədərək Anarı axtardıqlarını və kafenin içərisini dağıtdıqlarını görmüşdür. O, Ömərin atası Anar Cəfərova zəng edərək Ömərin kafenin içərisini dağıtdığını və onu sakitləşdirmək üçün köməyə gəlməsini istəmiş, Anar Cəfərov uzaqda olduğunu, lakin köməyə adam göndərəcəyini demişdir. Ömər təpiklə kafenin giriş qapısına zərbə endirməklə yanaşı, kafenin ayaqyolusunun giriş qapısının şüşəsini sındırmış, Ömər sınmış şüşənin parçasını götürərək üzərlərinə doğru gələrkən, Emin şüşəni onun əlindən almış, Ömər sağ ayağı ilə dəfələrlə kafenin qalın taxta materialdan yığılmış giriş qapısını təpikləyərkən o, yerə yıxılaraq ayağından xəsarət aldığını bildirmiş, bu zaman o, Emin ilə birlikdə onun üzünə su vuraraq Ömərə yardım göstərmiş, bir qədər sonra Ömər özünə gəlmiş və yenə qapıya təpik zərbələri endirməyə başlamışdır. Həbib də kafenin qapılarına təpik zərbələri endirməyə başlamış, o, Həbibi tutaraq yerə yıxıb onu saxlamağa çalışmış, bu zaman Ömərin qohumu Şahid3 da hadisə yerinə gəlmiş və Ömərlə Həbibi sakitləşdirməyə çalışmışdır. O, Həbibi buraxıb mətbəxə qaçmış və mətbəxin qapısını bağlamışdır. Ömər mətbəxin pəncərəsindən içəri daxil olaraq boşqabları sındırmağa başlamış, Həbib isə mətbəxin qapısını qırmağa çalışmışdır. Ömərlə Həbib ondan Anarı harada gizlətdiyini soruşaraq onu təhqir etmiş və vurmağa başlamış, o, kafedən qaçmış, bir qədər sonra polis əməkdaşları gəlmiş və o, Zərərçəkmiş şəxs2 ilə birlikdə kafeyə qayıtmışlar. Hadisə yerində Zərərçəkmiş şəxs2, qardaşı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, kafenin işçisi olan Məhəmməd adlı şəxs, Ömərin qohumu olan Məmmədtağı və digər açıq rəngli sedan avtomobildə gələn tanımadığı təxminən 4-5 nəfər şəxs olmuşlar. Onlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında olan mübahisə təxminən yarım saat davam etmişdir. Hadisə zamanı onun işlətdiyi restoranın həyətində yerləşən ayaqyolunun qapısının şüşəsi və həmin şüşənin örtüyü olan jalüz, bundan başqa restoranın mətbəxində olan 4 (dörd) ədəd servis boşqabı sınmışdır. Qapının şüşəsinin uzunluğu 150 sm, eni 50 sm, qalınlığı isə 3 sm, həmin şüşənin örtüyü olan jalüzün uzunluğu 165 sm, eni isə 60 sm təşkil etmiş, təxminən 3-4 il bundan qabaq o, qapının şüşəsini 22 manata, jalüzünü isə 27 manata almışdır. Qırılan 4 (dörd) ədəd boşqabisə təxminən 4-5 il bundan qabaq 90 manat məbləğində almış 12 dənəlik boşqab dəstinin boşqabları olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tamamilə ödəmişlər. Hazırda onlardan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğlu Anar Cəfərovun oğludur. Təqsirləndirilən şəxs1 isə onun doğma əmisi oğludur. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində əmisi oğlu Anar Cəfərov ona zəng edərək Ömərin “Fərmayıl” körpüsünün yanında dalaşdığını və onun təcili olaraq ora getməsini söyləmişdir. O, dərhal evdən çıxmış və sözügedən hadisə yerinə getmiş, onun yaşadığı ev ilə hadisə yeri, yəni tanışı Zərərçəkmiş şəxs3 işlətdiyi kafe arasındakı məsafə təxminən 400-500 metr təşkil etmişdir. O, kafeyə çatan zaman içəridən səs-küy gəldiyini eşitmiş, Təqsirləndirilən şəxs2 kafenin giriş qapısının yanında dayanaraq öz-özünə söyləndiyini görmüşdür. Həmin vaxt Ömərin qolundan tutub ona evə getməyi təklif etsə də, o, razılaşmamış və kafenin həyətinə daxil olmuş, kafenin içərisindən isə səs-küy gəlmiş, o, kafenin həyətinə daxil olduqda Həbibin yerdə olduğunu, Elvinin isə onun üstünə çıxaraq əli ilə onu saxladığını görmüş, onlara tərəf gedərək onları sakitləşdirməyə çalışmışdır. Elvin Həbibi buraxaraq kafenin mətbəxinə doğru qaçmış, Həbib də Elvinin arxasınca mətbəxə doğru qaçmış, onları sakitləşdirməyə çalışsa da, onlar mübahisə etmiş, Elvinin qardaşı Zərərçəkmiş şəxs1 da Həbibi sakitləşdirməyə çalışmışdır. Daha sonra Ömərin “ayağım qırıldı, ayağım qırıldı”-deyərək axsaya-axsaya ona tərəf gəldiyini görmüş, Ömər ayağının çox pis ağrıdığını və təcili olaraq xəstəxanaya getməli olduğunu söyləmiş, onun qoluna girib köməklik edərək onu evlərinə yola salmışdır. Daha sonra o, Həbibi də kafedən aparmaq üçün geri qayıtmış və Həbibə evə getməyi təklif etmiş, o da onunla razılaşmış və onlar kafedən çıxan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gedən zaman orada Zərərçəkmiş şəxs1, qardaşı Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. O, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-birilərinə hər hansı bir xəsarət yetirdiklərini görməmiş, onun bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Morul yaşayış massivində yerləşən kafenin mətbəxində olan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 içəri daxil olmuş, Zərərçəkmiş şəxs2 ona döyüldüyün və onu gizlətməyini xahiş etmişdir. Ona mətbəxdən çıxıb kafenin həyətində fındıq ağacları olan yer olduğunu və həmin yerə keçib gizlənməsini demişdir. Bu vaxt o, kafenin həyətində olan zaman tanışları Ömər və Həbibin kafenin həyətinə daxil olduqlarını görmüşdür. Həmin vaxt Ömərin əlində taxta parçası olmuşdur. Onlar hər ikisi Zərərçəkmiş şəxs2 ondan harada olmasını soruşmuş, o, isə görmədiyini demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kafenin mətbəxinə daxil olub Zərərçəkmiş şəxs2 axtarmağa başlamış, Zərərçəkmiş şəxs1la qardaşı Zərərçəkmiş şəxs3 onların arxasınca içəri daxil olmuşlar. Onda onların arxasınca içəri daxil olmuş, bu vaxt Həbiblə Elvin arasında mübahisə olmuş və Həbib Zərərçəkmiş şəxs3 təpik və yumruqla vurmağa başlamışdır. Təqsirləndirilən şəxs1 orada olan boşqabları sındırmağa başlamış, bu vaxt Ömər də boşqabları sındırmış və mətbəxin qapısını təpikləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Həbibin əlində olan bıçağı almağa çalışmışdır. Eminlə Həbib kafenin mətbəxinin qapsının giriş hissəsinə çıxmış və Emin Həbibin əlindəki qulpu qara rəngli bıçağa alan zaman Emin əlinin kəsildiyini bildirib kənara çəkilmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının avtomobilinin səsini eşidən kimi kafenin həyətindən kənarlaşamağa başlamışdır. Həmin vaxt kafenin həyətində təxminən 10-15 nəfər şəxs olmuş və onlar da mübahisə qurtardıqdan sonra çıxıb getmişlər. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3la birlikdə kafedə qalmış, bir qədər sonra Zərərçəkmiş şəxs2 onların yanına gəlmiş, sonra polis əməkdaşları hadisə ilə bağlı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 polis şöbəsinə dəvət etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqının əvvəlində ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Morul yaşayış massivində yerləşən kafenin həyətində ot biçib əl arabasına yükləyib ev istiqamətində gedən zaman Zərərçəkmiş şəxs3 görüb onunla Fərmayıl körpüsünün yaxınlığında söhbət etməyə başladığını, sonra heyvanları örüşdən gəldiyi üçün əl arabasını da götürüb heyvanlarınıda aparıb evinə getdiyini, hadisəni görmədiyini, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yazılmış ifadəsinin ona oxunmadığını, latın qrafikalı əlifba ilə yazıb-oxumaqda çətinlik çəkdiyi üçün ifadəsini oxumadan imzaladığını bildirsədə, cinayət işinin istintaqını aparmış müstəntiq dindirildikdən sonra ifadəsində göstərdi ki, 14 may 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Morul yaşayış massivində yerləşən kafenin həyətində ot biçib əl arabasına yükləyib ev istiqamətində gedən zaman Zərərçəkmiş şəxs3 görüb onunla Fərmayıl körpüsünün yaxınlığında söhbət etməyə başlamış, təxminən Zərərçəkmiş şəxs3la 15-20 dəqiqə söhbət edib evə getməyə hazırlaşan zaman “NİVA” markalı avtomobilin Fərmayıl körpüsündən çıxıb sürətlə keçərkən kafedən çıxan “Mersedes Benz” markalı avtomobilin ona siqnal verdiyini kənardan görmüş, həmin “NİVA” markalı avtomobil dönmə əməliyyatı edərək həmin “Mersedes Benz” markalı avtomobilin qarşısında saxlamış, həmin “NİVA” markalı avtomobildən sonradan adlarını bildiyi Həbib və Ömər adlı şəxslərin düşdüyünü, daha sonra həmin şəxslə “Mersedes” markalı avtomobilin yaxınlığına yaxınlaşaraq mübahisə etdiklərini görmüşdür. O, təxminən mübahisəyə kənardan 5 dəqiqə baxıb əl arabasında olan otu götürüb evə getmiş, “Mersedes Benz” markalı avtomobildə olan şəxslərlə “NİVA” markalı avtomobildə olan şəxslərin mübahisələrinə yoldan keçən avtomobillər saxlayıb kənardan baxmış, həmin yoldan keçən avtomobillərin siqnal verdiyini görmüşdür. O, mübahisəni yaradan şəxslərin sonradan adlarının Həbib və Ömər adlı şəxslər olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs3 məxsus kafenin yaxınlığından keçən avtomobil yolundan keçən avtomobillərin sürücüləri və içərisində olan sərnişinlər düşüb mübahisəyə baxdıqlarını görmüşdür. Məhkəmə baxışı iclasında dindirilmiş müstəntiq X7 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis X3 baş müstəntiqi vəzifəsində işləyir. Şahid2 şahid qismində dindirilərkən onun ifadəsi kompüter vasitəsi ilə yazılmış və ona ucadan oxunmuşdur. Şahid2 isə ifadəsi ilə tanış olduqdan sonra ifadəsini imzası ilə təsdiq etmişdir. Şahid2 ifadə verərkən ona hər hansı təsir və təzyiq olmamışdır, tam sərbəst ifadə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə baxışı iclasında iştirak edə bilmədiyini, ibtidai araşdırma zamanı vermiş olduğu ifadısini təsdiq etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin teleqramını nəzərə alaraq ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunaraq tədqiq edilməsini və məhkəmə baxışı iclasının onun iştiarkı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Evlidir, 02 (iki) övladı vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. O, 2018-ci il tarixdən bu sahədə və 2019-cu ildən isə faktiki olaraq tutduğu vəzifədə, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır. Hadisə olan günü, yəni 14 may 2022-ci il tarixdə, saat 20 radələrində o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası, kiçik vergi xidməti müşaviri Zərərçəkmiş şəxs1 ilə görüşmək üçün Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 işlətdiyi və Şəmkir şəhəri, Morul yaşayış massivi, X4 küçəsində yerləşən kafeyə getdmiş, onun atası Vilayət Məmmədli uzun müddət ağır xəstə olduğu üçün onu müalicə alması üçün Bakı şəhərinə aparmaq istəmiş, Zərərçəkmiş şəxs1 da uzun müddət Bakı şəhərində yaşadığı üçün ondan daha keyfiyyətli xəstəxana maraqlanacağını bildirmişdir. O, sözügedən kafeyə çatmış, onlar kafedə görüşmüş və çay içmişlər. Onlar təxminən 01 (bir) saat kafedə oturub söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə kafedən çıxmış, özünə məxsus “Mersedes GL500” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, Emin də onun arxasınca, yəni avtomobilin arxa sol tərəfində əyləşmiş, onun yanında, yəni avtomobilin qabaq sağ tərəfində isə Yalçın adlı tanışı əyləşmişdir. O, avtomobili işə salıb təxminən 10 metr irəlilədikdən sonra yolun sağ yuxarı tərəfindən 02 (iki) avtomobilin yüksək sürətlə gəldiyini görmüş, Zərərçəkmiş şəxs1 dərhal “ehtiyatlı ol”-deyə qışqırmış və o, onlara siqnal verib maşını cəld saxlamış, “NİVA” markalı, 117 dövlət qeydiyyat nişanlı avtomobil onun maşınının qabağında dayanmış, digər açıq rəngli sedan avtomobil isə təxminən 6-7 metr aralıda dayanmış, “NİVA” markalı avtomobilin sükan arxasında əyləşən, əvvəllər tanımadığı və adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 avtomobildən düşmüş və onun üzərinə yerimişdir. O, idarə etdiyi avtomobilin qapısını açmış və nə baş verdiyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs1 qəfildən onun sağ gözaltı nahiyəsinə yumruq zərbəsi endirmiş, ondan nə üçün onu vurduğunu soruşduqda, Təqsirləndirilən şəxs1 “sən kimsən ki, ona siqnal verisən”-deyərək onu təhqir etməyə başlamış, daha sonra o, öz əməlini davam etdirərək onun qarın və ayaq nahiyələrinə təpiklə zərbələr endirməyə başlamış, bu zaman onun arxa tərəfində əyləşən Zərərçəkmiş şəxs1 avtomobildən düşmüş və Həbibi ondan aralamağa çalışmışdır. Yalçın isə dərhal avtomobildən düşüb qaçmış, digər açıq rəngli sedan avtomobildən isə təxminən 4-5 nəfər şəxs düşmüş, lakin onlar davada iştirak etməmişdirlər. Onlar sadəcə olaraq qıraqda dayanmışdırlar. Bu zaman əvvəllər tanımadığı və adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 avtomobilin sağ qabaq tərəfində əyləşərək arxa tərəfdən məni boğmağa başlamış, Təqsirləndirilən şəxs2 onu boğarkən “denənpox yemişəm”- deyərək nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. Emin isə Həbibi tutaraq ondan uzaqlaşdırmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 isə sakitləşməmiş və onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Təqsirləndirilən şəxs1 təpiklə avtomobilin qabaq sol qapısının yan güzgüsünü vuraraq sındırmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 avtomobilinə çoxsaylı təpik zərbələri endirmiş, bu zaman Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3 köməyə gəlmiş və onun oradan uzaqlaşmağı üçün şərait yaratmış, o, Təqsirləndirilən şəxs2 əlindən çıxaraq kafenin içərisinə doğru qaçmış, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs3 isə orada qalmış, o, kafeyə girdikdən sonra kafenin arxa tərəfindən dəmir hörgülü hasarı aşıb boş sahəyə doğru qaçmış, lakin kafenin içərisindən xeyli səs-küy gəldiyini eşitmiş, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Eminin, Elvinin və onun ünvanına nalayiq ifadələr işlədib onları təhqir edərək nalayiq şəkildə onlardan onun yerini soruşmuşlar.Bundan başqa Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 kafenin pəncərələrini və qab-qacağı qırmağa başlamış, o, birazda irəliləmiş və yolda tanımadığı bir şəxsdən telefon istəmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 “Qaynar Xətt” xidmət mərkəzinə zəng etmiş, təxminən 15 dəqiqə sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəlmiş, onlar isə hadisə yerindən qaçmışlar, hadisə baş verən zaman hadisə yerində Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs3, Yalçın adlı tanışları, kafedə ofisiant işləyən Piri və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə digər açıq rəngli sedan avtomobildə gələn tanımadığı təxminən 4-5 nəfər şəxs olmuşdur. Onunla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında olan dava-dalaş təxminən yarım saat davam etmiş, hadisədən sonra Zərərçəkmiş şəxs1 ona baş nahiyəsindən Təqsirləndirilən şəxs2 küt alətlə vurduğunu bildirmiş, hadisə zamanı o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir xəsarət yetirməmiş və onun ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməmişdir. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur, onları bağışlamış və hazırda şikayətçi deyil. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 14 may 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus kafeyə və Zərərçəkmiş şəxs2 məxsus avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 15 aprel 2022-ci il tarixli “Hadisə yerinə əlavə baxış keçirilməsi barədə” protokoldan görünür ki, zərərçəkmişlərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 15 may 2022-ci il tarixli, 478 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni səthində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin yumşaq toxumalarının ağrı halında əzniyi, sağ çiyinüstü nahiyəsinin qançırı, sağ bazu nahiyəsinin, sağ əlin arxa və ovuc səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törnmə müddətləri 14 may 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 15 may 2022-ci il tarixli, 479 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər – burun əsasının, boyunun sağ və sol yan səthinin, sol bazunun bayır səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 14 may 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 15 may 2022-ci il tarixli, 480 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş səthi yarası, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırı, sağ əlin İ barmağının şişkinlik, qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, sol əlin İV və V barmağının ovuc səthinin kəsilmiş səthi yaraları isə İTİ kənarlı əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, törənmə müddətləri 14 may 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ əlin İ barmağının şişkinlik, qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş səthi yarası, sol gözaltı nahiyənin şişkinlik fonunda qançırı, sol əlin İV və V barmağının ovuc səthinin kəsilmiş səthi yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan 17 may 2022-ci tarixli 57 nömrəli ziyan aktından görünür ki, “Mersedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 16/4787 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X8” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mersedes GL500” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 800,00 manat müəyyən edilir. Analoji malların marka, modelinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2023– cü il tarixli 16/13 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Puxayət, xx.xx.2011-ci ildə anadan olmuş Turalə, xx.xx.2015-ci ildə anadan olmuş Tural adlı üç nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2021-ci ildə anadan olmuş Zərnitac adlı bir nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqdan notarial qaydada yazılmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan ödənilmiş, onlar təqsirləndirilən şəxslərlə barışmış və təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxslərin hərəkətləri ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli hesab etsədə onun əməli xuliqanlıq cinayətinin dispozisiyasında sadalanan hər üç əlaməti tam tərkibdə özündə birləşdirir. Göstərilənlərə əsasən məhkəmə, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və onlara təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmələrini və onlarla barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs2 cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını habelə hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni yaşayış yerindən müsbət xarakterizə olunmalarını, törətmiş olduqları cinayət əməlini etiraf edərək əməllərində peşman olmalarını, zərərçəkmiş şəxslərlə barışmalarını, zərər çəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını, habelə Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onların cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla razılıq əldə etmiş, törətdikləri əmələ görə peşman olduqlarını bildirmişlər, bununla da onlar əməlin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişlər. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduqlarını sübut etmişlər. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışlar və onlar hazırda təyin edilmiş cəzalarını real olaraq çəkmədən də islah olunmalarını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd bıçaq, 01 ədəd sanitar qovşağının qapısının şüşəsi, 01 ədəd sanitar qovşağının qapısının üzərində olan örtük jalüz, 05 ədəd servis boşqab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Mersedes GL 500” markalı avtomobilə məxsus sol yan güzgü hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 81.50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd bıçaq, 01 ədəd sanitar qovşağının qapısının şüşəsi, 01 ədəd sanitar qovşağının qapısının üzərində olan örtük jalüz, 05 ədəd servis boşqab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Mersedes GL 500” markalı avtomobilə məxsus sol yan güzgü isə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 81,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar