Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-115/2025 01.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X7, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları, xx.xx.1983–cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, verilən ittihama görə, o, 28 avqust 2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən X23 Məktəbin yaxınlığında həmkəndlisi X7 ona qarşı telefonda işlətdiyi nəlayiq söyüşləri bəhanə edərək heç bir əsaslı səbəb olmadan Ülvi Əliyevi söyüb təhqir etmiş, sonra həmin vaxt əlində tutduğu istintaqla müəyyən olunmayan dəmir materialından olan kəsici aləti silah qismində istifadə edərək qəsdən vuraraq onun çənə altı nahiyənin əzilmiş yarası və alt çənədə Vİİ dişin tac hissəsinin travmatik sınığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə insanların gur toplaşdığı ictimai yer hesab olunan avtomobillərin davamiyyətli keçdiyi magistral yolda ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 10-12 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılıqlarına və magistarl avtomobil yolunun hərəkət mexanizminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, X15 onun qohumudur. Onunla ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Əmisi oğlu Şahid2 ilə Ülvinin keçmiş arvadı X5 il əmisi qızı Hamayanın evində intim münasibətdə olduğu zaman Ülvi görmüş, Ülvi bu barədə rəsmi olaraq Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Mahin Ülvinin evinə gələn zaman onların evinin qarşısında nəlayiq ifadələr işlətdiyini Nurlanın anası Dürdanə görüb ona öz narazılığını bildirmiş, Nurlan ona belə bir halın baş verdiyini demiş, 27 avqust 2024-cü il tarixdə o, Mahin Sahahova zəng edib onunla görüşüb məsələyə aydınlıq gətimək fikrində olduğunu demişdir. O, Mahinlə telefonda danışan zaman Ülvi onun yanında olmuş və ona qarşı söyüş işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şahid3 onun dediyi yerə, yəni X23 məktəbinin 200 metr uzaqlığında yerləşən heç kimin olmadığı yerə gəlmiş, Şahid3 onun yanına gələndən sonra onun əmisi oğlu Elçində gəlmiş, orada Mahinlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Şahid3 yumruqla sağ göz və çənə nahiyəsindən vurmuş, bu vaxt Elçin onları aralaşdırmışdır. Şahid3 onu vurandan sonra o, əsəbləşərək Mahinin üzərinə gedib təpiklə onun diz nahiyəsindən vurmuşdur. Bundan sonra həmin yerə Ülvidə gəlmiş, onun ardınca bibisi oğlu Samir gəlmiş, o, Ülvidən nə səbəbə telefonda ona söyüş təhqir etdiyini soruşmuş, Ülvi Əliyev ona yaxşı edib deyən zaman bu səbəbdən Ülvi ilə aralarında mübahisə yaranmışdır. Ülvi Əliyev ilə əlbəyaxa dalaşmış, o, yumruqla Ülvinin çənə nahiyəsindən vurmuşdür. Ülvi Əliyevi vurandan sonra o, özünə məxsus “Mersedes Benz” markalı avtomobilə tərəfə qaçmış və avtomobilin arxa yük yerindən taxta parçası götürüb onun üzərinə gələrək sol çiyin və bilək nahiyəsindən vurmuşdur. Həmin vaxt onları Elçin və Samir aralaşdırmış və evlərinə getmişdirlər. Hadisə xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tam orta məktəbin 200 metr məsafəliyində heçkimin olmadığı yerdə baş vermiş, hadisə zamanı orada Şahid4 və kürəkəni Samir olmuş, hadisə zamanı Şahid3 onun sağ göz nahiyəsindən, Ülvi Əliyev isə onun sol çiyin və sol bilək nahiyəsindən vurmuşdur. O, isə Şahid3 sol göz nahiyəsindən vurmuş, hadisəyə səbəb Şahid3 bibisi Dürdanəgilin evlərinin yaxınlığında söyüş etməsi, Dürdanənin çıxıb onunla bu səbəbdən mübahisə etməsi olmuşdur. Hadisə zamanı ondan, Şahid3, Samir və Elçindən başqa heç kim olmamış, mübahisəsi təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə vaxtı onun əlində heç bir küt və ya deşici alət olmamışdır, Ülvini yumruğu ilə vurmuşdur. Himayəsində azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs əmisi oğlu və onun yaxın qonşusu Şahid2 ilə onun eçmiş arvadı X1 əmisi qızı Hamayanın evində intim münasibətdə olan zaman onların üzərinə çıxmış, o, Marianadan bu hərəkətinə görə rəsmi qaydada boşanmaq üçün Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində yaşayan bacısı Vəsilənin evinə qonaq getmiş, anası X10 evdə tək qalıb qorxduğunu görüb yaxın dostu Mahindən anası qoruxduğuna görə onlara getməsini xahiş etmişdir. Mahin telefonla onların qapılarına yaxınlaşarkən tanımadığı şəxsin idarə etdiyi və dövlət nömrə nişanını xatırlamadığı avtomobili onun üzərinə tərəf hərəkət etdirdiyini görüb onun arxasınca söyüşlər etməyə başlamışdır. Bu zaman Nurlanın anası Dürdanə ona söydüyünü ehtimal edərək çölə çıxıb öz narazılığını bildirmişdir. O, Şahid3 Dürdanə ilə mübahisə etməməsini və evə daxil olmasını xahiş etmiş, onun xahişini nəzərə alıb evə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Nurlanın əmisi oğlu Təqsirləndirilən şəxs Mahinə zəng edib onu anası ilə aralarında yaranmış mnübahisəyə aydınlıq gətirməsi üçün axşam saatlarında görüşməyi təklif etmiş, həmin gün saat 23 radələrində Şahid3la o, bir yerdə söhbət edərkən Anar ona zəng etmiş, Mahin Təqsirləndirilən şəxs çağırdığı yerə getmiş, orada X19 arasında mübahisə yarandığı üçün Anarın Mahini döydüyünü eşitmiş, qarşılıqlı olaraq Mahində Təqsirləndirilən şəxs döydüyünü bilmişdir. O, Mahinə zəng edən zaman Mahin Təqsirləndirilən şəxs tərəfindən döyüldüyün ona demiş, o, Mahinin zəngi əsasında özünə məxsus “Mersedes Benz” C markalı avtomobili ilə Mahin və Anarın olduğu yerə getmişdir. O, Təqsirləndirilən şəxs olduğu yerə çatan zaman Anarla mübahisələri baş vermişdir. Mübahisə zamanı bir anlığa Təqsirləndirilən şəxs onun alt çənə nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirmişdir. Ona elə gəlmişdir ki, Anar onu hansısa küt alətlə vurub, lakin dəqiq olaraq Anarın əlində heç bir alət görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayə və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs əmisi oğlu Şahid2 ilə Ülvi Əliyevin keçmiş arvadı X5 ilə hadisədən bir il əvvəl onun Zəyəm qəsəbəsində yerləşən evində intim münasibətdə olduğu zaman onları görmüş, sonra bu barədə Zəyəm PB-nə onların şikayətləri olmuş və həmin xüsusatla bağlı araşdırma aparılmışdır. X22 arvadı Mariyanadan boşanmaq üçün Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Ülvi Əliyev Bakı şəhərində yaşayan bacısı Vəsilənin yanına çıxıb getmiş, Ülvinin anası X10 evdə tək qaldığı üçün Ülvi Əliyev ona zəng edərək onlara gedib anasına baş çəkməsini xahiş etmiş, o, Ülvi Əliyev ilə telefonda danışa-danışa onların evi istiqamətinə getmiş, Nurlan X8pı qapıya qonşu olmuş, o, Ülvi Əliyevgilin evlərinə çatan zaman həmin vaxt markasını və dövlət qeydiyyat nişanını bimədiyi avtomobil onun üzərinə idarə edən zaman o, kənara çəkilmiş və həmin avtomobili idarə edən şəxsə qarşı söyüş etməyə başlamışdır. Bu vaxt Şahid2 anası Dürdanə evdən çölə çıxaraq ona nə üçün söyüş etdiyini soruşan zaman o, ona cavab olaraq ona söyüş etmədiyini və tanımadığı avtomobilin onun üzərinə idarə etməsinə görə söyüş etdiyini bildirmişdir. Dürdanəni başa saldıqdan sonra o, Ülvigilin evlərinə getmişdir. O, Ülvinin anasıgildə qalmış və səhəri evlərinə getmişdir. xx.xx.2024-cü il tarixdə Nurlanın əmisi oğlu Təqsirləndirilən şəxs ona zəng edib Dürdanə ilə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün axşam saatlarında görüşməyi təklif etmiş, artıq Ülvi Əliyev Bakı şəhərindən evlərinə qayıtmış, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Ülvi ilə evlərində söhbət edən zaman Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş, Anar onu Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tam orta məktəbin yaxınlığına çağırmış, o, Ülvi Əliyevgildən çıxıb Təqsirləndirilən şəxs dediyi yerə getmiş, o, həmin yerə çatmış və Anarla salamlaşmış, Anar ona nə üçün əmisi arvadı Dürdanəgilin evlərinin qarşısında söyüş etdiyini bildirsədə Təqsirləndirilən şəxs ona qəsdən Dürdanəgilin evlərinin qarşısında söyüş etmədiyini və tanımadığı avtomobilin sürücüsünə söyüş etdiyini bildirmiş və qəfildən Təqsirləndirilən şəxs yumruqla onun sol göz nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs onu vuran zaman o da onun yumruqla sağ göz nahiyəsinə vurmuş, Anar ilə mübahisə edən zaman bu vaxt əmisi oğlu Elçin yanlarına gəlmiş və onları aralaşdırmışdır. Onlar mübahisəli söhbət edən zaman Ülvi Əliyev özünə məxsus “Mersedes Benz” markalı avtomobillə yanlarına gəlmiş, Ülvi Əliyev idarə etdiyi avtomobildən düşərək yanlarına gəlib Təqsirləndirilən şəxs sözlə mübahisə edən zaman Təqsirləndirilən şəxs Ülvi Əliyevin üzərinə gedərək yumruqla Ülvi Əliyevin alt çənə nahiyəsindən vurub xəsarət yetirmiş və həmin vaxt Ülvinin çənə nahiyəsindən qan axmağa başlamışdır. Bu vaxt Ülvi Əliyev özünə məxsus “Mersedes Benz” markalı avtomobilinin arxa yük yerindən taxta parçasını götürüb bir dəfə Təqsirləndirilən şəxs sol çiyin nahiyəsindən vurmuş, hadisəni eşidib harayçılığa gələn Elçin və Samir onları aralaşdırmış və hər kəs öz evinə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində özünə məxsus “VAZ 21016” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkr rayonu, İrmaşlı kəndinə gedərkən Zəyəm İrmaşlı yolunun 2-ci km-də əmisi oğlu Şahid3la həmkəndlisi Təqsirləndirilən şəxs dalaşdığını görüb avtomobili saxlamış və düşərək onların yanına qaçmışdır. Hər ikisini sakitləşdirmiş, həmin vaxt Ülvi Əliyevdə onların yanına gəlmişdir və yenidən Ülvi ilə Anarın arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ülvi ilə Anar əlbəyaxa dava-dalaş etmiş, Anar yumruqla Ülvinin alt çənə nahiyəsinə vurmuş. Bundan sonra Anar onlardan ayrılıb öz evlərinə getmişdir. Ülvi də öz evinə çıxıb getmiş, bundan başqa, hadisəyə səbəb Şahid3, Təqsirləndirilən şəxs bibisi Dürdanəgilin evlərinin yaxınlığında söyüş etməsi, Dürdanənin çıxıb onunla bu səbəbdən mübahisə etməsi olmuş, hadisə zamanı ondan, Samir, Ülvi və ondan başqa heç kim olmamışdır. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 Elçin Ziyad oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, X11 tanıyır, Zəyəm qəsəbəsində qonşudurlar. Onunla aralarında əvvəllər heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. X18 Əliyevin həyat yoldaşı olmuş, belə ki, özünə məxsus “İbrahimov” adından “Tik Tok” sosial şəbəkəsində səhifəsi var. Həmin səhifə ilə tanışları ilə sosial əlaqə saxlayır və onlarla hal əhval edir. 2024-cü ilin aprel ayında Ülvi Əliyevin arvadı Mariana Əliyeva onun istifadəsində olan yuxarıda qeyd etdiyi sosial şəbəkəsinə tanış olması üçün mesaj yazmış və o da qarşılıq yaratmaq üçün onun istifadəsində olan “Zəhra...” profilinə mesajlar yazmağa başlamışdır. Onların arasında münasibətləri yaranmış, onlar tanış olduqları gündən bir ay müddətində yazışmağa başlamış və Mariyaa ona yazaraq Zəyəm qəsəbəsində yaşayan əmisi qızı Humaygilə gəlməsini bildirmişdir. Onun Hamaygilə getməsinin məqsədi onunla intim münasibətdə olması olmuş, o, Mariana Əliyevanın dəvəti əsasında evdən çıxıb Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən Hamaya Kərimovaya məxsus fərdi yaşayış evinə getmiş, həmin evə çatanda evin qarşısında Marianaya məxsus qara rəngli “Chovrelet Cruz “ markalı avtomobilin olduğunu görmüş, o,Hamayagilə məxsus evin giriş darvazasını açan zaman Mariana Kərimova onu qarşılamış, Hamayagilə məxsus fərdi yaşayış evlərinin həyətində daxil olanda evin həyətinin sol hissəsində 2-3 balaca otaq və sağ hissəsində mətbəx və hamam olduğunu görmüş, Mariana ona həyətin sol hissəsində yerləşən otaqların birinə getmələrini bildirmiş, o, Mariana ilə birlikdə həmin otaqların birinə getmiş, Mariana ilə öpüşməyə başlamışdır. Mariana ilə öpüşən zaman əynində olan köynəyi çıxarmış və Marianada əynində olan köynəyi çıxarmış və biri biri ilə öpüşməyə başlamışlar. Mariana ilə öpüşən zaman qəfildən otağın qapısı açılmış və Şahid3la Ülvi Əliyev içəri daxil olmuş, həmin vaxt Şahid3 otaqda olan şüşə stəkanla baş nahiyəsindən vurmuş və Ülvi Əliyev isə əlində olan əşya ilə onun sifət nahiyəsindən vurmuşdur. Onlar onunla dava-dalaş edən zaman Ülvinin qarın nahiyəsindən təpiklə vurmuş və onlar aralaşıb çıxıb getmişlər. Sonradan məlumatım oldu ki, Mahin və Ülvi Əliyev onun barəsində Zəyəm PB-nə şikayət ediblər.Üzərindən bir neçə ay keçdikdən sonra məlumatı olmuş ki, Mahin Əliyevin ona məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında nəlayiq ifadələr işlətməsi səbəbindən Təqsirləndirilən şəxs, Mahin və Ülvi Əliyev arasında mübahisələri baş vermiş və biri birilərini vurub xəsarət yetirmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardad görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128.-ci maddəsi ilə ayrıca icraat işi ayrılmışdır. xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində dava-dalaşın olduğu yerə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 29 avqust 2024-cü il tarixli 818 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – çənəaltı nahiyənin əzilmiş yarası və alt çənədə Vİİ dişin tac hissəinin travmatik sınığı KÜT əşyanın təsirindən törnmişdir, törənmə müddətləri 28 avqust 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurma aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Zəyəm qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardad görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Yağmur adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxsin törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi– ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır Baş vermiş hadisə zamanı isə Təqsirləndirilən şəxs silah qismində istifadə edilən hər hansı bir əşya ilə zərərçəkmiş şəxsə xəsarət yetirməsi nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla sübuta yetirilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında sonuncunun əməlinin CM-in 221.3 maddəsi ilə tövsif edilməsi əsassızdır. Belə ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilsə də, bu əməli silah qismində istifadə edilən əşya ilə törətməsinə dair kifayət qədər sübutlar əldə edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham tərəfinin sübutları ilə müəyyən edilmişdir ki, mübahisə zamanı təqsirləndirilən şəxs yumruq zərbəsi ilə zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, istintaq orqanı ittiham irəli sürərəkən təqsirləndirilən şəxsin istintaqla müəyyən olunmayan dəmir materialdan olan kəsici aləti silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi qeyd etsədə, təqsirləndirilən şəxs tərəfindən hər hansı bir kəsici alətdən istifadə etməklə ictimai qaydanın pozulmasını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş xuliqanlıq əməli kimi tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan zərər çəkmiş şəxs və şahid ifadələri, həmçinin təqsirləndirilən şəxsin öz ifadəsi ilə, habelə ekspert rəyi ilə bu əməlin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Hökmün icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Şəmkir rayon vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 27 saat üçün nəzərdə tutulan 242 (iki yüz qırx iki) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 242 (iki yüz qırx iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-115/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-115/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver