Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-116/2023 19.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1989–cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1989–cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3– cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 iyun 2022–ci il tarixdə Şəmkir rayonu, Qaraqoyunlu kəndində yolun kənarında otlaqda olan Zərərçəkmiş şəxs4 məxsus 1 baş, dəyəri 1.900 (bir min doqquz yüz) manat olan iri buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022–ci ilin oktyabr ayının əvvəllərində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus 1 baş, dəyəri 1.000 (bir min) manat olan iri buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022–ci ilin oktyabr ayının əvvəllərində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq 4 ədəd hər birinin dəyəri 135 (bir yüz otuz beş) manat olan xırda buynuzlu heyvanları, ümumilikdə zərərçəkmiş şəxsin 540 (beş yüz qırx) manat məbləğində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 oktyabr 2022–ci il tarixdə, saat 02 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan 4 ədəd hər birinin dəyəri 180 (bir yüz səksən) manat olan xırda buynuzlu heyvanları, ümumilikdə zərərçəkmiş şəxsin 720 (yeddi yüz iyirmi) manat məbləğində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 04 iyun 2022–ci il tarixdə Şəmkir rayonu, Qaraqoyunlu kəndində yolun kənarında otlaqda olan Zərərçəkmiş şəxs4 məxsus 1 baş, dəyəri 1.900 (bir min doqquz yüz) manat olan iri buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022–ci ilin oktyabr ayının əvvəllərində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus 1 baş, dəyəri 1.000 (bir min) manat olan iri buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022–ci ilin oktyabr ayının əvvəllərində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq 4 ədəd hər birinin dəyəri 135 (bir yüz otuz beş) manat olan xırda buynuzlu heyvanları, ümumilikdə zərərçəkmiş şəxsin 540 (beş yüz qırx) manat məbləğində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 oktyabr 2022–ci il tarixdə, saat 02 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan tövləyə qanunsuz daxil olaraq oradan 4 ədəd hər birinin dəyəri 180 (bir yüz səksən) manat olan xırda buynuzlu heyvanları, ümumilikdə zərərçəkmiş şəxsin 720 (yeddi yüz iyirmi) manat məbləğində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 2022–ci ilin yay aylarında əmisi oğlu Səfərlə birlikdə olan zaman Səfər ona Şiştəpədən kənar bir yerdən oğurluq etməyi təklif etmiş, həmin gün saat təxminən 17 radələrində yaşadıqları Şiştəpə kəndindən Şəmkir şəhərinə gəlmiş, oradan avtobusla Qaraqoyunlu kəndinə getmiş, orada havanın qaralmağını gözləmiş, hava qaraldıqdan sonra kənddə gəzişməyə başlamış, qabaqlarına çıxan ilk iribuynuzlu mal–qaranın istiqamətini əlləri ilə dəyişib üzü Şəmkir şəhəri istiqamətinə gətirmiş, oradan da piyada Şiştəpə kəndinə getmişlər. Saat təxminən 01 radələrində yaşadıqları kəndə çatmış, Səfərə yorğun olduğunu, bu səbəbdən də birlikdə mal bazarına gedə bilməyəcəyini demiş, Səfər oradan Zəyəm qəsəbəsində yerləşən mal–bazarına getmiş, o, evə gedib bir qədər istirahət etdikdən sonra səhər saatlarında həmin bazara getmiş, oraya çatan zaman Səfər heyvanı satmışdır. Həmin heyvanı Səfərin hansı qiymətə satdığını bilməmiş, Səfər həmin satışdan əldə etdiyi puldan ona cəmi 300 manat pul vermişdir. Sonradan 2022–ci ilin oktyabr ayının əvvəllərində Səfərlə birlikdə Şəmkir rayonu Şiştəpə kəndində spirtli içki qəbul edən zaman Səfər ona pul olmadığını, tanışları Turala məxsus fermadan qoyun oğurlaya biləcəklərini demiş, o da Səfərlə razılaşmışdır. Səfərlə birlikdə 2022–ci ilin oktyabr ayının əvvəllərində saat 23 radələrində kəndlərində yaşayan taksi sürücüsü Natiqi çağırmış, Natiqdən Turalın fermasına getməklərini istəmiş, Natiq avtomobili həmin fermanın yanında saxlamış, o və Səfər avtomobildən düşüb fermaya taxta çəpərdən daxil olmuşlar. Oradan 4 ədəd xırdabuynuzlu heyvanı götürüb geri qayıtmış, həmin heyvanları Natiqə məxsus VAZ 2106 markalı avtomobilə qoymuş, Natiqə isə həmin ferma atasına məxsus olduğu üçün qoyunların da onun olduğunu, həmin qoyunları satmaq üçün həmin günün səhərisi bazara aparacaqlarını demişdir. X7 adlı həmkəndlilərinin tövləsinə aparıb qoyunları oraya qoyub ağızlarını bağlayıb yaşadıqları evə getmiş, həmin günün səhərisi saat təxminən 08 radələrində Natiqə zəng edib həmin qoyunlar olan tövlənin yanına çağırmış, qoyunları Natiqin avtomobilinə qoyub ilk əvvəl Kolxoz kənddə yaşayan Orxan adlı şəxsin evinə aparmış, həmin qoyunların hamısını Orxana satmaq istəsələr də, Orxan qoyunların hamısını almaq istəməmiş, 2 ədəd qoyunu 300 manat pulun qarşılığında Orxana satmışlar. Oradan Şəmkir rayonu Sarıtəpə kəndinə getmiş, qabaqlarına çıxan ilk kafeyə həmin qoyunları satmaq istəmiş, tanımadıqları şəxs qoyunlardan birini onlardan 130 manat pulun qarşılığında almış, qalan 1 qoyunu satmaq üçün onlar Şəmkir şəhərinə gəlmiş, orada Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən kafedə tanımadıqları şəxsə 120 manat pulun qarşılığında qalan 1 qoyunu satmış, həmin pulları öz aralarında bərabər şəkildə bölmüş, Natiqə isə həmin puldan 50 manat pul vermişlər. 04 oktyabr 2022–ci il tarixdə o, Səfər və Namiq görüşüb yenə də birlikdə spirtli içki qəbul etmiş, bu zaman Səfər onu kənara çəkib pul olmadığını, yenə də oğurluq etmək itədiyini, lakin bu barədə Namiqə heç nə demək istəmədiyini bildirmiş, onlar Namiqə guya ki, özlərinə məxsus fermadan qoyun götürüb Namiqin fermasında saxlayıb səhər satmaq istədiklərini demiş, Natiq isə ailələrinin bu barədə məlumatının olub–olmamasını soruşmuş, onlar Namiqə ailələrinin məlumatının olduğunu demiş, Namiqin avtomobilinə əyləşib saat 02 radələrində Nicatın Şiştəpə kəndində yerləşən fermasına getmişlər. Oraya o və Səfər taxta hasardan aşmaqla daxil olmuş, 4 ədəd qoyunu götürüb Namiqə məxsus VAZ 21011 markalı avtomobillə gətirmiş, avtomobilə həmin qoyunları qoyduqdan sonra qoyunları Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Namiqə məxsus fermaya aparıb özləri də həmin fermada qalmış, həmin günün səhərisi onlar qoyunları Şəmkir rayonu Kolxoz kənddə yaşayan Orxan adlı şəxsə 600 manat pulun qarşılığında satmışlar. Bundan başqa 2022–ci ilin sentyabr ayının ortalalarında Şəmkir rayonu Şiştəpə kəndində boş sahədə gəzişən zaman qabaqlarına 1 ədəd iribuynuzlu heyvan çıxmış. Səfər və o, həmin heyvanı oğurlamaq qərarına gəlmiş, heyvanı götürüb özləri ilə bir qədər gətirdikdən sonra Natiqə zəng etmiş, Natiqə məxsus avtomobilə həmin heyvanı qoyub Şəmkir rayonu Kolxoz kənddə yaşayan Orxan adlı şəxsin yanına aparıb 400 manat pulun qarşılığında satmış, sonradan onlar həmin puldan 40 manat Natiqə yol pulu verib qalan pulu öz aralarında bölmüşlər. Bundan başqa o, Səfərlə birlikdə 2022–ci ilin sentyabr ayında, gündüz saatlarında Şəmkir rayonu Şiştəpə kəndində, fermalar olan yerdə gəzişən zaman orada çox sayda iribuynuzlu heyvanın olduğunu, həmin heyvanların yanında heç kimin olmadığını görmüş, 2022–ci ilin oktyabr ayının əvvəllərində, axşam saatlarında Şəmkir rayonu Şiştəpə kəndində, Məlahət adlı Gədəbəy rayonundan olan, lakin Şiştəpə kəndində yaşayan qadının işlətdiyi fermanın yaxınlığında gəzişən zaman boş ərazidə bir neçə ədəd dana olduğunu görmüş, onlar həmin danalardan birini oğurlamaq qərarına gəlmiş, bu səbəbdən də onlar həmin danalara yaxınlaşmış, danalardan birini yaxınlıqda yerləşən, lakin heç kimin olmadığı fermalardan birinə aparmış, həmin fermada dananı bağlayıb birlikdə səhərin açılmasını gözləmişlər. Səhər saat 05 radələrində oradan çıxıb dananı qabaqlarına qatıb Zəyəm istiqamətində, Zəyəm bazarına tərəf aparmağa başlamış, bazarda tanımadıqları şəxsə həmin dananı 700 manat pulun qarşılığında satmış, pulunu isə hər birinə bərabər şəkildə bölüb öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərin hər birinə dəymiş ziyanı ödəmiş və onlarla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 2022–ci ilin yay aylarında əmisi oğlu Elmanla birlikdə olan zaman Elmana Şiştəpədən kənar bir yerdən oğurluq etməyi təklif etmiş, həmin gün saat təxminən 17 radələrində yaşadığı Şiştəpə kəndindən Şəmkir şəhərinə gəlmiş, oradan avtobusla Qaraqoyunlu kəndinə getmiş, orada havanın qaralmağını gözləmiş, hava qaraldıqdan sonra kənddə gəzişməyə başlamış, qabaqlarına çıxan ilk iribuynuzlu heyvanın istiqamətini əlləri ilə dəyişib üzü Şəmkir şəhəri istiqamətinə gətirmiş, oradan da piyada Şiştəpə kəndinə getmiş, saat təxminən 01 radələrində yaşadıqları kəndə çatmışlar. Həmin gün iribuynuzlu heyvanı satmaq qərarına gəldiyi üçün Zəyəm qəsəbəsində yerləşən mal bazarına getmək istədiyini Elmana demiş, Elman isə yorğun olduğunu, həmin heyvanı onun tək bazara aparmağını, həmin günün səhərisi onun da bazara gələcəyini demişdir. Bu səbəbdən təkcə həmin heyvanı bazara aparmış, həmin gün saat 06 radələrində Elman da onun yanına gəlmiş, bundan bir qədər sonra heyvana müştəri çıxmış, həmin heyvanı 500 manat pulun qarşılığında tanımadıqları şəxsə satmış, sonradan pulu aralarında bərabər şəkildə, yəni hər birinə 250 manat düşəcək şəkildə bölmüşlər. 2022–ci ilin oktyabr ayının əvvəllərində Elmanla birlikdə Şəmkir rayonu Şiştəpə kəndində spirtli içki qəbul edən zaman Elmana pul olmadığını, tanışı Turala məxsus fermadan qoyun oğurlaya biləcəklərini demiş, Elman da ona heç bir etiraz etməmişdir. Elmanla birlikdə 2022–ci ilin oktyabr ayının əvvəllərində saat 23 radələrində kəndlərində yaşayan taksi sürücüsü Natiqi çağırmış, Natiqdən Turalın fermasına getməyini istəmiş, Natiq avtomobili həmin fermanın yanında saxlamış, o və Elman avtomobildən düşüb fermaya taxta çəpərdən daxil olmuş, oradan 4 ədəd xırdabuynuzlu heyvanı götürüb geri qayıtmış, həmin heyvanları Natiqə məxsus VAZ 2106 markalı avtomobilə qoymuşlar. Natiqə isə həmin ferma Elmanın atasına məxsus olduğu üçün qoyunların da Elmanın olduğunu, həmin qoyunları satmaq üçün həmin günün səhərisi bazara aparacaqlarını demişlər. Daha sonra Natiqi Təhməz adlı həmkəndlilərinin tövləsinə aparıb qoyunları oraya qoyub ağızlarını bağlayıb yaşadıqları evə getmiş, həmin günün səhərisi saat təxminən 08 radələrində onlar Natiqə zəng edib onu yenə də həmin yerə çağırmış, qoyunları Natiqin avtomobilinə qoyub ilk əvvəl Kolxoz kənddə yaşayan Orxan adlı şəxsin evinə aparmış, həmin qoyunların hamısını Orxana satmaq istəsələr də, Orxan qoyunların hamısını almaq istəməmiş, 2 ədəd qoyunu 300 manat pulun qarşılığında Orxana satmışlar. Oradan Şəmkir rayonu Sarıtəpə kəndinə getmiş, qabaqlarına çıxan ilk kafeyə həmin qoyunları satmaq istəmiş, tanımadıqları həmin şəxs qoyunlardan birini 130 manat pulun qarşılığında almış, qalan 1 qoyunu satmaq üçün Şəmkir şəhərinə gəlmiş, orada Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən kafedə tanımadıqları şəxsə 120 manat pulun qarşılığında satmış, əldə edilmiş pulları aralarında bərabər şəkildə bölmüş, Natiqə isə həmin puldan taksi pulu kimi 50 manat pul vermişlər. 04 oktyabr 2022–ci il tarixdə o, Elman və Namiq görüşüb yenə də birlikdə spirtli içki qəbul etmiş, bu zaman onun pulu olmadığı üçün Elmanı kənara çəkib oğurluq etmək istədiyini, lakin Namiqə etibar etmədiyi üçün bu barədə Namiqə heç nə demədiyini bildirmişdir. Bu dəfə həmkəndliləri Nicatın fermasına daxil olmaq təklifini etmiş, Elman onunla razılaşmış, onlar Namiqə öz fermalarından qoyun götürüb satmaq istədiklərini deyib Namiqə məxsus avtomobilə əyləşib saat 02 radələrində Nicatın Şiştəpə kəndində yerləşən fermasına getmiş, Namiqin avtomobilini bir qədər kənarda saxladıb həmin fermaya Elman ilə birlikdə daxil olmuş, 4 ədəd qoyunu götürüb Namiqə məxsus VAZ 21011 markalı avtomobilə gətirmiş, avtomobilə qoyunları qoyduqdan sonra həmin qoyunları Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən Namiqə məxsus fermaya gətirib qoyub özləri də fermada qalmışlar. Həmin günün səhərisi həmin qoyunları Şəmkir rayonu Kolxoz kənddə yaşayan Orxan adlı şəxsə 600 manat pulun qarşılığında satmışdır. O, Elman ilə birlikdə 2022–ci ilin sentyabr ayında, gündüz saatlarında Şəmkir rayonu Şiştəpə kəndində, fermalar olan yerdə gəzişən zaman orada çox sayda iribuynuzlu heyvanın olduğunu, heyvanların yanında heç kimin olmadığını görmüş, Elman ilə o, həmin heyvanlardan birini oğurlayıb satmaq qərarına gəlmiş, danalardan birini qabaqlarına qataraq sürüdən ayırmış, həmin dananı yavaş–yavaş kənar bir yerə aparmış, bu zaman onlar əvvəldən tanıdıqları Kolxoz kənddə yaşayan Orxan adlı şəxsə zəng etmiş, Orxana danalarının olduğunu, təcili satmaq istədiklərini demiş, Orxan isə özünün dana almadığını, tanışlarına bu barədə deyib ona məlumat verəcəyini demişdir. Bundan bir qədər sonra Orxan onlara zəng edərək həmin dananı bir qəssab tanışının almaq istədiyini, lakin pulu olmadığı üçün 200 manat beh verib qalan pulu isə dananı kəsib satdıqdan sonra onlara verə biləcəyini demiş, onlar isə həmin dananı saxlamaq üçün yerləri olmadığından razılaşmış, dananı Orxanın yaşadığı kəndə aparmaq üçün əvvəldən tanıdıqları taksi sürücüsü Natiqə zəng etmiş, Natiq oraya gəlmiş, onların ailəsinin də ferması olduğu üçün Natiqə öz fermalarının danasını satmaq üçün apardıqlarını demiş, həmin dananı Natiqə məxsus VAZ 2106 markalı avtomobilin yük yerinə yerləşdirib Kolxozkəndə aparmış, orada Orxanla əlaqə saxlamış, Orxan onları bir nəfər şəxsə yönləndirmiş, onlar adını bilmədikləri həmin şəxsin evinə getmiş, 200 manat pul alıb dananı həmin şəxsə vermişdir. Həmin şəxs onlara dananı satdıqdan sonra çəkisinə uyğun olaraq qalan pulu da verəcəyini demişdir. Bundan başqa 2022–ci ilin oktyabr ayının əvvəllərində, axşam saatlarında Şəmkir rayonu Şiştəpə kəndində, Məlahət adlı Gədəbəy rayonundan olan, lakin Şiştəpə kəndində yaşayan qadının işlətdiyi fermanın yaxınlığında gəzişən zaman boş ərazidə bir neçə ədəd dana olduğunu görmüş, onlar həmin danalardan birini oğurlamaq qərarına gəlmiş, bu səbəbdən də danalardan birini yaxınlıqda yerləşən, lakin heç kimin olmadığı fermalardan birinə aparmış, həmin fermada dananı bağlayıb birlikdə səhərin açılmasını gözləmişlər. Səhər saat 05 radələrində oradan çıxıb dananı qabaqlarına qatıb Zəyəm istiqamətində, Zəyəm bazarına tərəf aparmağa başlamış, onlar Zəyəm bazarına çatmış, orada tanımadıqları şəxsə həmin dananı 700 manat pulun qarşılığında satmış, həmin dananın pulunu isə hər birinə bərabər şəkildə bölüb öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərin hər birinə dəymiş ziyanı ödəmiş və onlarla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində heyvandarlıqla məşğul olur. 05 oktyabr 2022–ci il tarixdə saat 18 radələrində əmisi oğlu Tural ona zəng edərək sürünün içərisindən heyvanının oğurlanıb–oğurlanmamasını soruşmuş, o isə Turala heyvanı saymadığını, oğurluq olub–olmamağı barədə məlumatlı olmadığını demişdir. Bundan sonra heyvanlarını saymış, bu zaman həmin heyvanların yerində olmadığını, 4 ədəd xırdabuynuzlu qoyunlarının naməlum şəxs tərəfindən oğurlandığını görmüş, bu səbəbdən də həmin gün axşam polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, heyvanlarını Elman və Səfər adlı şəxslər oğurlamışlar. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində heyvandarlıqla məşğul olur, özünə məxsus heyvanları 2 gündən bir sayır. Sonuncu dəfə həmin heyvanları 03 oktyabr 2022–ci il tarixdə sayan zaman bütün heyvanlarının yerində olduğunu görmüş, lakin 05 oktyabr 2022–ci il tarixdə günorta saatlarında mal–qaranı sayan zaman 4 baş heyvanın yerində olmadığını görmüşdür. Heyvanların oğurlandığını anlamış və bu barədə polisə məlumat vermək istəsə də, bir neçə saat sonra ona Şəmkir RPŞ–dən zəng gəlmiş, ona və əmisi oğlu Nicata məxsus heyvanların oğurlandığı, həmin heyvanları oğurlayan şəxslərin tutulduğu deyilmişdir. O, da həmin günün axşamı Şəmkir RPŞ–yə gedərək ərizə vermişdir. Sonradan ona məlum olmuşdur ki, heyvanlarını Elman və Səfər adlı şəxslər oğurlamışlar. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ferma icarəyə götürüb iribuynuzlu və xırdabuynuzlu mal–qaraya baxıb ailəsi ilə birlikdə gəlirini bu yolla əldə edir. Gündəlik olaraq həmin heyvanları otlağa buraxır, axşam isə həmin heyvanlar özləri otlaqdan fermaya qayıdır. 01 oktybar 2022–ci il tarixdə hər gün olduğu kimi o, yenə də həmin heyvanları otlağa buraxmış, həmin günün axşamı 1 ədəd qara rəngli, təxminən 150 kiloqram çəkisi, 1 yaşı olan erkək danasının geri qayıtmadığını görmüş, ilkin olaraq həmin dananın itdiyini düşünsə də, sonradan ətrafa baxan zaman dananın oğurlandığını bilmişdir. Bir neçə gün sonra isə həmin dananın onlarla eyni kənddə yaşayan Səfər və Elman adlı şəxslər tərəfindən oğurlandığını bilmiş və hadisə barədə polisə şikayət etmişdir. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun özünə məxsus olan 30 baş iribuynuzlu heyvanları vardır. Hər gün müntəzəm olaraq saat 08 radələrində həmin heyvanları otlamaq üçün yaşadığı Şəmkir rayonu, Qaraqoyunlu kəndi ərazisində örüş sahəsinə buraxır. Heyvanlar da örüş sahəsində otladıqdan sonra özləri saat təxminən 16–17 radələrində geri qayıdır. 04 iyun 2022–ci il tarixdə özünə məxsus 30 baş iri buynuzlu heyvanları səhər radələrində otlamaq üçün örüş sahəsinə buraxmış, həmin gün saat təxminən 16 radələrində heyvanların örüş sahəsindən qayıtdığını görmüş, həmin heyvanları sayan zaman içərisində olan bir baş iribuynuzlu erkək inəyin orada olmadığını görmüş, ilkin olaraq həmin inəyin itdiyini və ya azdığını düşünüb bir neçə gün dananı axtarmış, lakin bir neçə gün sonra həmin inəyi tapa bilmədiyi üçün inəyin oğurlandığından əmin olmuşdur. Bu səbəbdən də polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, heyvanlarını Elman və Səfər adlı şəxslər oğurlamışlar. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun illərdir tanıyır, Elman və qardaşları ilə heyvan alıb–satır. 2022–ci ilin sentyabr ayında Elman ona zəng edərək iribuynuzlu heyvanının olduğunu, həmin heyvanı maddi problemləri səbəbi ilə satmaq istədiyini demiş, o, isə Elmana onun iribuynuzlu heyvan saxlamadığını, həmin heyvanı satmaq üçün tanıdığı qəssab olduğunu demiş, kəndlərində olan İbrahim adlı qəssabla əlaqə saxlamış, İbrahimə iribuynuzlu heyvan olduğunu, həmin heyvanı almaq istəyib–istəmədiyini demiş, İbrahim isə pulunun olmadığını, 200 manat beh verib qalan pulu isə sonra verə biləcəyini demişdir. Bu barədə Elmana dedikdə Elman onunla razılaşmış, həmin iribuynuzlu heyvanı aparıb İbrahimə vermiş, həmin vaxt həmin şəxslərin yanında olmasa da İbrahimin Elmana 200 manat beh verdiyini bilmiş, İbrahim Elmana həmin iribuynuzlu heyvanı kəsdikdən sonra pulun qalanını verəcəyini demişdir. 2022–ci ilin oktyabr ayının əvvəllərində Elman ona zəng edərək 4 ədəd xırdabuynuzlu heyvanının olduğunu, heyvan almaq istəyib–istəmədiyini demiş, o, isə heyvanlara baxdıqdan sonra bu barədə qərar verəcəyini bildirmiş, həmin gün günorta saatlarında Elman və Səfər qara rəngli VAZ 2106 markalı avtomobillə onun yaşadığı evin yaxınlığına gəlmiş, o, həmin heyvanlara baxıb ikisini 320 manat pulun qarşılığında ala biləcəyini, digərlərini almayacağını demişdir. 2 ədəd xırdabuynuzlu heyvana 320 manat verib almışdır. 05 oktyabr 2022–ci il tarixdə saat 12 radələrində Elman ona zəng edərək yenə də maddi problemləri ilə bağlı özünə məxsus xırdabuynuzlu heyvanları satdığını demiş, o, isə Elmana yenə də həmin heyvanlara baxıb ala biləcəyini bildirmişdir. Elman və Səfər bu dəfə qırmızı rəngli VAZ 21011 markalı avtomobillə oraya gəlmiş, o, həmin heyvanlara baxıb hər birinə 150 manat, ümumilikdə isə 600 manat pul verib Elmandan almış, aldığı həmin xırdabuynuzlu heyvanları öz sürüsünün içərisinə qatmışdır. Elman hər dəfə ona heyvan satan zaman həmin heyvanların özünə məxsus olduğunu, öz fermalarından maddi problemləri ilə bağlı satdığını demişdir. O, əvvəllər də Elman ilə alış–veriş etdiyi üçün, Elmanın ailəsinin də ferması olduğu üçün həmin heyvanların oğurluq olması barədə düşünməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 uzun müddətdir ki, tanıyır. 2022–ci ilin təxminən sentyabr ayının ortalarında Orxan ona zəng edərək satılıq dana olduğunu, dananı almaq istəyib–istəmədiyini demiş, o, isə pulunun olmadığını, əvvəldən 200 manat beh verib həmin dananı kəsib satdıqdan sonra isə pulun qalanını verə biləcəyimi demişdir. Bir neçə saat sonra tanımadığı 2 nəfər şəxs onun yaşadığı evə gəlmiş, həmin dananı evinin tövləsinə qoymuş, o, həmin tanımadığı şəxsə 200 manat pul vermiş, qalan pulu isə dananı kəsdikdən sonra verəcəyini demişdir. Həmin şəxslər dananı satdıqdan təxminən 15–20 gün sonra dananın oğurluq olduğu məlum olmuş, o, dananın oğurluq olmasını yaşadığı evə polis əməkdaşları gəldikdən sonra bilmiş, həmin dana oğurluq olduğu üçün dananı polis əməkdaşları vasitəsi ilə sahibinə təhvil vermişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elman və Səfəri uzun illərdir ki, yaşadığı kənddən tanıyır. Özü Şəmkir rayonunda taksi fəaliyyəti ilə məşğul olub öz gəlirini bu yolla əldə edir. 2022–ci ilin sentyabr ayının sonlarında tam olaraq xatırlamadığı tarixdə gündüz saatlarında Elman ona zəng edərək Şiştəpə kəndində yerləşən qəbirstanlığın yaxınlığında olduğunu, həmin yerdə aparılası əşya olduğunu deyib onu yanına çağırmış, o, özünə məxsus VAZ 2106 markalı, 10–OL–693 qeydiyyat nişanlı avtomobilinə əyləşib Elmanın dediyi yerə çatmış, oraya çatdıqdan sonra Səfərin də orada olduğunu, onların ona məxsus avtomobillə inək aparmaq istədiklərini görmüş, o, həmin şəxslərdən həmin inəyin kimə məxsus olmasını soruşmuş, bu zaman Elman ona həmin heyvanın Səfərin dostuna məxsus olduğunu, satmaq üçün verdiyini ona demişdir. Sonradan onlar həmin inəyi avtomobilinin yük yerinə qoymuş, Elman ondan Bayramlı kəndinə getməyini istəmiş, o, avtomobili Bayramlı kəndinə sürmüş, orada Elman inəyi bir nəfər tanımadığı qəssaba satıb həmin qəssabdan beh kimi 200 manat pul almış, həmin inəyi satdıqdan sonra ona ümumilikdə 50 manat pul vermiş, həmin 50 manatdan 30 manatı Elman və Səfərin ona əvvəldən olan 30 manat borclarının qarşılığı olmuşdur. Sonradan o, Elman və Səfəri Şəmkir rayonunda düşürüb özü isə yaşadığı kəndə getmişdir. Bundan bir neçə gün sonra axşam saat 23 radələrində Elman ona zəng edərək Zəyəm bazarına qoyun aparacaqlarını, həmin qoyunları aparmaq üçün avtomobil lazım olduğunu demiş, o, Elmanın dediyi yerə gedib Elman və Səfəri götürmüş, Elmanın qardaşı Elvarın fermasına aparmış, bu zaman o, fermanın qarşısında gözləmiş, Elman və Səfər fermaya daxil olub 4 ədəd qoyunla içəridən çıxıb həmin qoyunları avtomobilə qoymuş, bundan sonra Elman ondan yaşadıqları evin yaxınlığında yerləşən, fəaliyyət göstərməyən fermaya sürməyini istəmiş, o, Elmanın dediyi yerə gedib avtomobili orada saxlamış, həmin şəxslər qoyunları avtomobildən həmin fermaya düşürüb ona xidmət haqqını sonra verəcəklərini demiş, bir neçə gün sonra isə ona xidmət haqqı olaraq 30 manat pul vermişlər. O, həmin mal–qaranı aparan zaman oğurluq olmasını bilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Səfər və Elmanı uzun illərdir ki, tanıyır. 04 oktyabr 2022–ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində olan zaman Elman və və Səfəri görmüş, həmin şəxslər ona birlikdə oturub pivə içməyi təklif etmiş, o, isə həmin şəxslərə avtomobil ilə olduğunu deyən zaman həmin şəxslər yenə də ona israr edib pivə içməsə də birlikdə oturmağı təklif etmiş, o, bir qədər həmin şəxslərlə birlikdə oturduqdan sonra gecə saat 01 radələrində Elman ondan yatağında olan qoyunlardan satmaq istədiyini deyib avtomobili ilə birlikdə yatağa getməyi ondan xahiş etmişdir. O, Elmana etiraz etməmiş, onlar birlikdə avtomobilə oturub Elmanın dediyi istiqamətlə tanımadığı yerə yatağa getmiş, o, avtomobili orada saxlamış, Elman və Səfər avtomobildən düşüb bir neçə dəqiqə sonra 4 ədəd qoyun ilə geri qayıtmışdır. Qoyunları avtomobilə qoyduqdan sonra Orxan adlı şəxsin evinə sürməyini ondan istəmiş, o, yenə də Elmanın dediyi istiqamətlə gedib Orxan adlı Şəmkir rayonu Bayramlı kəndində yaşayan şəxsin evinə çatmış, qoyunları satdıqdan sonra avtomobilə əyləşib ondan Şiştəpə kəndinə sürməyini xahiş etmiş, o, Şiştəpə kəndi istiqamətində hərəkətə başlamış, bir qədər sonra onların qarşılarını mülki avtomobillər kəsmiş, bu zaman onlara həmin şəxslərin polis əməkdaşları olduğu məlum olmuşdur. Polis əməkdaşları onları saxladıqdan sonra Elman və Səfərin həmin qoyunları oğurladıqları, əslində öz qoyunları olmadığı məlum olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus iribuynuzlu heyvanın oğurlandığı Şəmkir rayonu, Qaraqoyunlu kəndində yerləşən yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 05 oktyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fermaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 05 oktyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fermaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 10 noyabr 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fermaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli, 9/1044 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2022–ci ilin iyun–oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 1 baş, qara rəngli, 1 yaşında diri çəkisi 150 kiloqram olan erkək dana–1 başın qiyməti 1.000 manat, ümumi qiyməti 1.000 manat; 2) 1 baş, boz rəngli, 2 yaşında, diri çəkisi 180 kiloqram olan erkək dana–1 başın qiyməti 1.250 manat, ümumi qiyməti 1250 manat; 3) 1 baş 8–9 aylıq, diri çəkisi 140 kiloqram olan erkək dana–1 başın qiyməti 950 manat, ümumi qiyməti 950 manat; 4) 1 baş, 6 yaşında, diri çəkisi 300 kiloqram olan inək–1 başın qiyməti 1.900 manat, ümumi qiyməti 1.900 manat; 5) 1 baş, 2 yaşında, 300 kiloqram diri çəkisi olan erkək dana–1 başın qiyməti 2.100 manat, ümumi qiyməti 2.100 manat; 6) 4 baş, 2 yaşında, hər birinin çəkisi 25–27 kiloqram olan qoyun–1 başın qiyməti 180 manat, ümumi qiyməti 720 manat; 7) 4 baş, 9 aylıq, hər birinin çəkisi 18 kiloqram olan qoyun–1 başın qiyməti 135 manat, ümumi qiyməti 540 manat. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020– ci il tarixli 1(076)–90/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 67.1–ci maddəsinə əsasən ona qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 800 manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 67.1–ci maddəsinə əsasən ona qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur, həmçinin tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021–ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 nömrəli hökmü ilə məhkum edildiyi 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasısının çəkilməmiş hissəsindən azad edilmiş, habelə Təqsirləndirilən şəxs2 xx.xx.2021–ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 nömrəli hökmü ilə məhkum edildiyi 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasısının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 17 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 nömrəli hökmü ilə məhkum edildiyi 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasısının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 nömrəli hökmü ilə məhkum edildiyi 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasısının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli 7(076)–66/2023 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 saylı hökmü əsasında Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.4–cü maddələri ilə təqsirli bilinərək 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 800 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.11–ci bəndinə əsasən ona təyin edilmiş 800 manat cərimə cəzasından dərhal azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə təkrarən daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in məhz 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü ödəmələrini və zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmalarını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020–ci il tarixli, 1(076)–90/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs1 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 67.1–ci maddəsinə əsasən ona qəti olaraq 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 800 manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–nin 67.1–ci maddəsinə əsasən ona qəti olaraq 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını çəkərkən 17 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasına münasibətdə ondan asılı olmayan səbəblərdən amnsitiya aktı tətbiq edilməmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 7(076)–66/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.11–ci bəndinə əsasən ona təyin edilmiş 800 manat cərimə cəzasından dərhal azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nağıyev X3 müəssisəsinin müvafiq qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.4–cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, həmin qərarda məhkumluğunun üzərindən götürülməsi qeyd edilməmişdir. Buna baxmayaraq, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 7–ci bəndində göstərilmişdir ki, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi qeyd olunan qərarın 7–ci bəndi imperativ norma olduğundan Təqsirləndirilən şəxs2 cəzadan azad olunduğu andan məhkumluğu üzərindən götürülmüş hesab olunmalı və o, məhkmuluğu olmayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzasına münasibətdə ondan asılı olmayan səbəblərdən amnsitiya aktı tətbiq edilməmiş və o, cinayət əməlini törədərkən üzərində cərimə cəzası olsa da, məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021–ci il tarixli Qərarının 2.11–ci bəndinə əsasən ona təyin edilmiş 800 manat cərimə cəzasından dərhal azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Belə olan halda Təqsirləndirilən şəxs1 da məhkmuluğu olmayan şəxs kimi qiymətləndirilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli residiv kimi qiymətləndirilmə bilməz və məhkəmə istintaqı zamanı onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 oktyabr 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 20 iyun 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 11 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün müddəti nəzərə alaraq hesab edir ki, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə və ev dustaqlığında saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 1 il 10 ay 28 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Şahid1 götürülmüş 6 baş xırdabuynuzlu heyvanların və Şahid3 götürülmüş 1 baş iribuynuzlu heyvanın qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 05 oktyabr 2022–ci il tarixdən 19 sentyabr 2023–cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 14 gün CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan, Şahid1 götürülmüş 6 baş xırdabuynuzlu heyvanların və Şahid3 götürülmüş 1 baş iribuynuzlu heyvanın qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-116/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-116/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver