Məhkəmə qərarları › İş №1(076)-117/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-117/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-117/2025 01.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Şəmkir rayonu Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında dəqiq günü istintaqla müəyyən edilməyən tarixdə yaşadığı kənd ərazisində bir ədəd çətənə kolunu əkərək qulluq edib yetişdirmiş, 2024-cü ilin sentyabr ayında həmin çətənə bitkisindən toplayaraq qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib əvvəlcə yaşadığı ünvanda saxlamış, daha sonra 10 oktyabr 2024-cü il tarixdə müştəri tapıb satmaq məqsədilə həmin narkotik vasitə olan qurudulmuş marixuanı 10 ədəd kağız bükümün içərisinə qablaşdırmaqla üzərində saxlayaraq Şəmkir rayonu, Dəllər qəsəbəsinə daşımış, Şəmkir rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından 10 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şöbənin X5 rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 Eldar oğlu tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç hissəsinin qoltuq cibində saxladığı tərkiblərinə görə eyni olan 10 ədəd – 1,07 qram (1), 0,73 (2) qram, 0,67 (3) qram, 0,42 (4) qram, 0,77 (5) qram, 0,18 (6) qram, 0,66 (7) qram, 0,45 (8) qram, 0,40 (9) qram və 0,68 (10) qram, ümumi təmiz çəkisi 6,03 qram, xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəmkir rayonu, Dəllər-Cəyir kəndində ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himəyəsində dörd övladı var. Təxminən 20 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir, narkotik vasitənin digər növlərindən istifadə etmir. 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə,, sonradan isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2024-cü ilin mart ayında yaşadığı kəndin yuxarı hissəsindən keçən su arxının yaxınlığında olan ağacların yanında bir ədəd çətənə kolu əkmişdir. Həmin çətənə koluna qulluq edib yetişdirmiş, sonra çətənə kolunun yarpaqlarını toplamış, həmin bitkini elə həmin ərazidə qurutmuş və götürmüşdür. Həmin toplayıb qurutduğu marixuananı özü üçün istifadə etmək məqsədi ilə ayrı-ayrı bükümlərə ayırmışdır. Həmin bükümlərdən bir neçə dəfə istifadə etmişdir. Bükümlərin qalan hissəsini isə öna məxsus gödəkçəsinin cibində yenə özü istifadə etmək üçün saxlamışdır. 10 oktyabr 2024-cü il tarixdə evdən çıxıb Şəmkir rayonu Dəllər qəsəbəsinə gedərkən gödəkçəsini geyinmiş, lakin bükümlərin həmin gödəkçənin cibində olduğunu unutmuşdur. 10 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsinin mərkəzində olan zaman ona üç nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra onu narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsində onun üstü yoxlanmış, üstü yoxlanılmamışdan əvvəl ona üzarində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya va predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç (qoltuq) cibində olan 10 ədəd kağız bükümdə olan marixuananı, sol iç cibindan bir ədad kağız parçasını və bir qutu şəkər xəstələri üçün nəzərdə tutulan "Diabeton" dərmanını, əyninda olan şalvarın sol yan cibindan 2 ədəd dırnaq tutanı, şalvarın sağ yan cibindən bir ədəd "Samsung A10" markalı, içərisində ***-***-**-** (VP), ***-***-**-** mobil nömrələri istifadə etdiyi mobil telefonu təqdim etmişdir. Həmin vaxt videoçəkiliş zamanı o, üzərində olan narkotik vasitəni satmaq məqsədi ilə gəzdirdiyini, müştəri tapacağı təqdirdə birini 10 manata satacağını, lakin heç kimə satmadığını demiş olsa da, əslində narkotik vasitəni satmaq niyyəti ilə üzərində saxlamamışdır. Şəmkir rayon Polis Şöbəsində ona təzyiq göstərildiyinə görə narkotik vasitəni satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlərin ayrıayrılıqda çəkilərini xatırlamasa da ümumilikdə 10 ədəd bükümlə birlikdə çəkisi 10,42 qram olmuşdur. Həmin narkotik vasitə olan marixuana bükümlərlə birlikdə qablaşdırılmışdır. Və qablaşdırma DİN-in 118 nömrəli möhürü ila möhürlənmişdir. Eləcə də mobil telefonu ondan əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Bundan sonra ona yaşadığı evdə narkotik vasita və sair qanunla dövriyyəsi qadağan olunmuş predmet olub-olmaması soruşulmuş, o, isə evində, həyətyanı sahəsində narkotik vasitə saxlamamasını bilmiş, hətta onun iştirakı ilə və razılığı ilə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş, lakin narkotik vasitə aşkar edilməmişdir. Nə ailə üzvlərinin, nə də başqasının onda narkotik vasitə olmasından xəbərləri olmamışdır. Sonda təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və ona həmin maddə ilə yüngüz cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində, polis baş leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 və sahə polis nəfəri, polis serjantı Şahid5 ilə Şəmkir rayonu, Dəllər qəsəbəsində xidmətdə olan zaman Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs onları görən zaman qəribə hərəkətlər edərək özünü şübhəli aparması onlarda onun üzərində narkotik vasitə olması ilə bağlı şübhə yaratdığından Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra tərəfindən Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmiş və bundan sonra onun, Şahid4 və Şahid5 iştirakı ilə Şəmkir RPŞ-nin X5 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Üst yoxlama prosesi fasiləsiz olaraq videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan əvvəl Şahid1 tərəfindən ondan üstündə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olubolmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı cibindən bir ədəd kağız bükümün içərisində olan ayrı-ayrılıqda kağızların içərəsində olan 10 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində olan kütlənin “nəşə” olmasını demiş, həmçinin onun üzərindən 2 ədəd kağız, 1 qutu şəkər xəstələri üçün nəzərdə tutulan dərman, iki ədəd dırnaq kəsən və bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, özü üzərində olan 10 ədəd bükümdəki narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin marixuananı öz əkdiyi bir ədəd çətənə kolundan yığdığını, satmaq məqsədi ilə ayrı-ayrı bükümlərdə üzərində gəzdirdiyini, müştəri tapacağı halda bir ədəd bükümü 10 manata satacağını, lakin heç kimə satmadığını demişdir. Şahid1 tərəfindən həmin bükümlər bir-bir açılmış və içərisində həqiqətən də qurudulmuş marixuanaya bənzər kütlənin olmasını görmüşlər, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, bükümlərlə birlikdə çəkilərinin 0, 71 qram, 0,92 qram, 0,94 qram, 1,19 qram, 0,66 qram, 1,16 qram, 1,11 qram, 1,52 qram, 1,07 qram, 1,14 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılmış və DİN-in 118 nömrəli möhürü ilə möhürlənmiş, eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülmüşdür. Həmin proses başa çatdıqdan sonra isə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə Şəmkir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə ondan, Şəmkir rayon Polis şöbəsinin İTBnin sahənin polis nəfəri, polis serjantı Şahid4, Şəmkir rayon Polis şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsində olan yardımçı tikilidən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra isə yenidən Şəmkir rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasistənin olduğu zərf Şahid1 tərəfindən təhqiqatçı Musa Cəfərova təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnikleytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 Şəmkir RPŞ-nin rəisinə raporta məruzə edərək Şəmkir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 və sahə polis nəfəri, polis serjantı Şahid5 ilə Şəmkir rayonu Dəllər qəsəbəssində xidmətdə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı şübhələndiyi üçün onu Şəmkir rayon polis şöbəsinə gətirməsini bildirmiş və həmin raportun icrası ona həvalə edilmişdir. Bundan sonra saat 18:20-də Şəmkir RPŞ-nin Növbətçi Hissəsində onun tərəfimndən Şahid2, Şahid4 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Üst yoxlama prosesi fasiləsiz olaraq videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan əvvəl tərəfindən ondan üstündə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı cibindən bir ədəd kağız bükümün içərisində olan ayrı-ayrılıqda kağızların içərəsində olan 10 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində olan kütlənin “nəşə” olmasını demiş, həmçinin onun üzərindən 2 ədəd kağız, 1 qutu şəkər xəstələri üçün nəzərdə tutulan dərman, iki ədəd dırnaq kəsən və bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, özü üzərində olan 10 ədəd bükümdəki narkotik vasitə olan marixuananı təqdim edərək özünə məxsus olmasını bildirmiş, həmin marixuananı öz əkdiyi bir ədəd çətənə kolundan yığdığını, satmaq məqsədi ilə ayrı-ayrı bükümlərdə üzərində gəzdirdiyini, müştəri tapacağı halda bir ədəd bükümü 10 manata satacağını, lakin heç kimə satmadığını demişdir. Tərəfindən həmin bükümlər bir-bir açılmış və içərisində həqiqətən də qurudulmuş marixuanaya bənzər kütlənin olmasını görmüş, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, bükümlərlə birlikdə çəkilərinin 0,71 qram, 0,92 qram, 0,94 qram, 1,19 qram, 0,66 qram, 1,16 qram, 1,11 qram, 1,52 qram, 1,07 qram, 1,14 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümləri qablaşdırmış və DİN-in 118 nömrəli möhürü ilə möhürlənmiş, eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefonu da götürmüşdür. Həmin proses başa çatdıqdan sonra isə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2, Şəmkir rayon Polis şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid4, Şəmkir rayon Polis şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsində olan yardımçı tikilidən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra isə yenidən Şəmkir rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasistənin olduğu zərf videoçəkiliş ilə onun tərəfindən təhqiqatçı Musa Cəfərova təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı Musa Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 oktyabr 2024cü il tarixdə saat 18 radələrində Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 və sahə polis nəfəri, polis serjantı Şahid5 ilə Şəmkir rayonu, Dəllər qəsəbəsində xidmətdə olan zaman Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs onları görən zaman qəribə hərəkətlər edərək özünü şübhəli aparması onlarda İlqarın üzərində narkotik vasitə olması ilə bağlı şübhə yaratdığından Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs əvvəllər CM-in 234.2-ci maddəsi ilə məhkumluğu olmasını bilmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra Şahid2 tərəfindən Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmiş və bundan sonra onun, Şahid2 və Şahid5 iştirakı ilə Şəmkir RPŞ-nin X5 RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üst yoxlama prosesi fasiləsiz olaraq videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan əvvəl Şahid1 tərəfindən ondan üstündə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olubolmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı cibindən bir ədəd kağız bükümün içərisində olan ayrı-ayrılıqda kağızların içərəsində olan 10 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində olan kütlənin “nəşə” olmasını demiş, həmçinin onun üzərindən 2 ədəd kağız, 1 qutu şəkər xəstələri üçün nəzərdə tutulan dərman, iki ədəd dırnaq kəsən və bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, özü üzərində olan 10 ədəd bükümdəki narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin marixuananı öz əkdiyi bir ədəd çətənə kolundan yığdığını, satmaq məqsədi ilə ayrı-ayrı bükümlərdə üzərində gəzdirdiyini, müştəri tapacağı halda bir ədəd bükümü 10 manata satacağını, lakin heç kimə satmadığını demişdir. Şahid1 tərəfindən həmin bükümlər bir-bir açılmış və içərisində həqiqətən də qurudulmuş marixuanaya bənzər kütlənin olmasını görmüşlər, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, bükümlərlə birlikdə çəkilərinin 0,71 qram, 0,92 qram, 0,94 qram, 1,19 qram, 0,66 qram, 1,16 qram, 1,11 qram, 1,52 qram, 1,07 qram, 1,14 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılmış və DİN-in 118 nömrəli möhürü ilə möhürlənmiş, eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülmüşdür. Həmin proses başa çatdıqdan sonra isə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə Şəmkir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə ondan, Şəmkir rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı Şahid2, Şəmkir rayon Polis şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsində olan yardımçı tikilidən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra isə yenidən Şəmkir rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasistənin olduğu zərf Şahid1 tərəfindən təhqiqatçı Musa Cəfərova təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində, polis serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 və sahə polis nəfəri, polis baş serjantı Şahid4 ilə Şəmkir rayonu, Dəllər qəsəbəsində xidmətdə olan zaman Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs onları görən zaman qəribə hərəkətlər edərək özünü şübhəli aparması onlarda onun üzərində narkotik vasitə olması ilə bağlı şübhə yaratdığından Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onu Şəmkir rayon polis şöbəsinə gətirdik. Bundan sonra Şahid2 tərəfindən Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmiş və bundan sonra onun, Şahid2 və Şahid4 iştirakı ilə Şəmkir RPŞ-nin X5 RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üst yoxlama prosesi fasiləsiz olaraq videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılmamışdan əvvəl Şahid1 tərəfindən ondan üstündə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ qoltuqaltı cibindən bir ədəd kağız bükümün içərisində olan ayrı-ayrılıqda kağızların içərəsində olan 10 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisində olan kütlənin “nəşə” olmasını demiş, həmçinin onun üzərindən 2 ədəd kağız, 1 qutu şəkər xəstələri üçün nəzərdə tutulan dərman, iki ədəd dırnaq kəsən və bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman o, özü üzərində olan 10 ədəd bükümdəki narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin marixuananı öz əkdiyi bir ədəd çətənə kolundan yığdığını, satmaq məqsədi ilə ayrı-ayrı bükümlərdə üzərində gəzdirdiyini, müştəri tapacağı halda bir ədəd bükümü 10 manata satacağını, lakin heç kimə satmadığını demişdir. Şahid1 tərəfindən həmin bükümlər bir-bir açılmış və içərisində həqiqətən də qurudulmuş marixuanaya bənzər kütlənin olmasını görmüşlər, həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, bükümlərlə birlikdə çəkilərinin 0,71 qram, 0,92 qram, 0,94 qram, 1,19 qram, 0,66 qram, 1,16 qram, 1,11 qram, 1,52 qram, 1,07 qram, 1,14 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılmış və DİN-in 118 nömrəli möhürü ilə möhürlənmiş, eyni zamanda Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülmüşdür. Həmin proses başa çatdıqdan sonra isə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi ilə bağlı Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə Şəmkir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə ondan, Şəmkir rayon Polis şöbəsinin İTB-nin sahənin polis sahə rəisi Şahid2, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsində olan yardımçı tikilidən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra isə yenidən Şəmkir rayon polis şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasistənin olduğu zərf Şahid1 tərəfindən təhqiqatçı Musa Cəfərova təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Şübhəli şəxs kimi tutulma haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. “Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəçəsinin sağ qoltuq cibindən içərisində içərisində 1(bir) ədəd iç-içə kağız bükümdə olan 10 (on) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,07 qram, 0,73 qram, 0,67 qram, 0,42 qram, 0,77 qram, 0,18 qram, 0,66 qram, 0,45 qram, 0,40 qram, 0,68 qram, ümumi təmiz çəkisi 6,03 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin narkotik vasitə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən baxış keçirilərək götürülərək qablaşdırılmış, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 16/1012 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə marixuanaya bənzər yaşıl rəngli kütlə 10 (on) ədəd» yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd iç-içə kağız bükümdə olan 10 (on) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,07 qram, 0,73 qram, 0,67 qram, 0,42 qram, 0,77 qram, 0,18 qram, 0,66 qram, 0,45 qram, 0,40 qram, 0,68 qram, ümumi təmiz çəkisi 6,03 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 30 noyabr 2024-cü il tarixli, 1911 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X9 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 18 gün müddətdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015ci il təvəllüdlü X12 adlı uşaqları vardır. Şəmkir rayon Dəllər Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, dörd övladı var. Ö, özünü ictimaiyyət arasında nizam-intizamlı. Onun barəsində Dəllər Cəyir kənd İƏD üzrə icra nümayəndəliyinə kənd sakinləri tərəfindən ərizə, şikayət və orqan tərəfindən məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, 10 oktyabr 2024-cü il tarixdə üzərindən aşkar edilmiş 10 büküm nakrotik vasitə olan marixuananı yalnız öz istifadəsi üçün üzərində saxladığını və gəzdirdiyini, həmin narkotik vasitəni kiməsə satmaq niyyətinin olmadığını, ümumiyyətlə heç kimə satmadığını, lakin ibtidai istintaq dövründə ona təsir olunduğu üçün həmin narkotik vasitəni satmaq niyyəti ilə üzərində saxlaması və daşımasını qeyd etməsi barədə ifadəsini və dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Şəmkir rayon Polis Şöbəsində üzərinə baxış keçirilərkən, həmçinin təhqiqatçı tərəfindən ilkin ifadəsi alınarkən və ibtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində dindirilərkən üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədilə 10 ədəd bükümdə 10 oktyabr 2024-cü il tarixdə göstərmiş, həmçinin məhkəmə iclasında araşdırılmış digər sübutlarla (şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə) Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 9-cu bəndinə görə CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi şahid ifadələri, istintaq hərkətləri protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə sübut olunur. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X9 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 18 gün müddətdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivliyi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 5,73 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 20 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardıma görə cəmi 195 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 5,73 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 195 (bir yüz doxsan beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar