Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-118/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər – Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə, Şəmkir şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhərində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1989-cu il tarixdə, Gəncə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, Gəncə şəhəri F. Əliyev küç., Dalan 1, bina 12, ev 14-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə, 04 sentyabr 2022-ci il tarixdə saat 10:00dan 11:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinə hasardan keçməklə həyətyanı sahəyə, oradan isə evin giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs1 məxsus 50 (əlli) manat, həmin tarixə olan məzənnə ilə 1,70 ( bir manat yetmiş qəpik) manat dəyərində olan 01 (bir) ABŞ dolları məbləğində nəğd pulu və reket toxunuşları olan 51,70 qram çəkidə, 750 əyarlı 2170 (beş min yüz yetmiş) manat dəyərində tros qızıl sep, reket toxunuşlu 20 qram çəkidə, 750 əyarlı 2000 (iki min) manat dəyərində tros qızıl qolbağı, bir ədəd 10 qram çəkidə, 960 əyarlı 1080 (bir min səksən) manat dəyərində “Nikolay” onluq qızıl klon, bir dəst “Baget” adlı 16 qram, 750 əyarlı 1600 (bir min altı yüz) manat dəyərində bir cüt qızıl sırğalar, 6 qram çəkidə 750 əyarlı 600 (altı yüz) manat dəyərində qızıl üzük, bir ədəd üzərində xx.xx.2022-ci il yazısı yazılmış 750 əyarlı, 4 qram çəkidə 400 (dörd yüz) manat dəyərində qızıl Şahmeran, 03 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə ümumilikdə 18 qram çəkidə hər biri 600 (altı yüz) manat, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat dəyərində qızıl üzüklər, bir dəst ümumilikdə 18 qram çəkidə üzərində briliant qaşları olan 1800 (bir min səkkiz yüz) manat dəyərində) bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, bir ədəd üzərindən briliant qaşları olan 750 əyarlı, 5 qram çəkidə 500 (beş yüz) manat dəyərində kişi qızıl üzüyü, üzərində briliant qaşları olan 750 əyarlı, 12 qram çəkidə üçbucaq formalı 1200 (bir miniki yüz) manat dəyərində bir cüt qızıl sırğalar, bir ədəd üzərində “Səma” yazılmış 15 qram çəkidə 40 (qırx) manat dəyərində gümüş boyunbağı və bir ədəd istifadə edilməmiş yeni “SUPREME ROYAL LONKOOM” markalı 100 ml ölçülü 60 (altmış) manat dəyərində ətiri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 13301,70 (on üç min üç yüz bir manat yetmiş qəpik) manat məbləğində əmlakı gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə, 21 sentyabr 2022-ci il tarixdə saat 11:00dan 12:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evin yaxınlığına gələrək, əvvələcədən onlar arasında əldə edilmiş razılığa və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 törədilən cinayət aşkar ediləcəyi halda digər iştirakçını sığortalayaraq xəbər etmək məqsədilə evin ətrafında gözləmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə su arxı olan hissədən hasarın altından keçməklə həyətyanı sahəyə, oradan isə evin giriş qapısını sındırmaqla evə qanunsuz daxil olub yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs2 məxsus 12020 (on iki min iyirmi) manat məbləğində pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə, 10 oktyabr 2022-ci il tarixdə saat 11:00-dan 23:39-dək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evin yaxınlığına gələrək evin küçə tərəfdə olan su çəninin yaxınlığından hasarın üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə evin giriş qapısını sındırmaqla evə qanunsuz daxil olub yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs3 məxsus 143 (bir yüz qırx üç) manat nəğd pul və bir ədəd 583-585 əyarlı 8 qram çəkidə 680 (altı yüz səksən) manat dəyərində qızıl boyunbağı, bir ədəd 960 əyarlı 10 qram çəkidə 1040 (bir min qırx) manat dəyərində qızıl onluq klon, bir ədəd 583-585 əyarlı 4 qram çəkidə 340 (üç yüz qırx) manat dəyərində qızıl üzük, bir ədəd 10 qram çəkidə 30 (otuz) manat dəyərində gümüş qolbağını gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2233 (iki min iki yüz otuz üç) manat əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və 06 iyul 2022-ci il tarixdə, saat 22:45 dəqiqədə Gəncə .əhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şərikli çörək” adlı mağazanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Gəncə şəhəri, Ə.H,Hüseynzadə küçəi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən gümüşü rəngli bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,365 qram “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq, 0,365 qram çəkidə kustar üsulla hazırlanmış psixtrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə, 21 sentyabr 2022-ci il tarixdə saat 11:00dan 12:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evin yaxınlığına gələrək, əvvəlcədən onlar arasında əldə edilmiş razılığa və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 törədilən cinayət aşkar ediləcəyi halda digər iştirakçını sığortalayaraq xəbər etmək məqsədilə evin ətrafında gözləmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə su arxı olan hissədən hasarın altından keçməklə həyətyanı sahəyə, oradan isə evin giriş qapısını sındırmaqla evə qanunsuz daxil olub yataq otağındakı şkafdan Zərərçəkmiş şəxs2 məxsus 12020 (on iki min iyirmi) manat məbləğində pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ittham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə oğurluq etməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. O, sonuncu dəfə 02 dekabr 2019-cu il tarixdə oğurluq etməyə görə tutulmuşdur. O, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyə görə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, amnistiya tətbiq edilməsi ilə əlaqədar olaraq cəzanın 06 ay müddətinə olan hissəsinə münasibətdə cəzasını çəkməkdən azad edilmişdir. O, bununla əlaqədar olaraq 02 iyul 2022-ci il tarixdə azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra iki ay müddətində yəni 2022-ci ilin avqust ayının sonlarınadək olan vaxt ərzində fəhləlik edərək öz dolanışığını təmin etmişdir. O, Torçiyevi təxminən 2019-cu il tarixdən tanıyır. O, sonuncu dəfə oğurluğa görə tutulan zaman Fəridlə birlikdə tutulmuş, Fəridin birinci dəfə məhkumluğu olduğu üçün ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bu səbəbdən Fərid ondan bir il tez cəzasını başa vurub azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra təxminən 2022-ci ilin iyul ayında Gəncə şəhərində, Şah Abbas adına məscidin yaxınlığında çayxanada təsadüfən Fəridlə qarşılaşmışdır. Fəridlə görüşdükdən sonra onunla yenidən birlikdə dostluq etməyə davam etmişlər. O, məhkumluq pulunu aldığı üçün Gəncə şəhərində kirayə ev tutmuş, Fəridlə birlikdə kirayə tutduğu evdə birlikdə yaşamışdır. O, Şəmkir rayon sakini olduğu, əsli kökü Şəmkir rayonundan olduğu üçün Şəmkir rayonunu yaxşı tanıyır. Həmçinin əvvəllərdə Şəmkir rayonu ərazisində müxtəlif ünvanlardan dəfələrlə oğurluq etdiyi üçün rayon ərazisini yaxşı bilir. O, 2022-ci ilin sentyabr ayının əvvəllərində Fərid və onun pula ehtiyacları olduğu, iş tapa bilmədikləri üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar əvvəllərdə dəfələrlə Şəmkir rayonundan oğurluq etdikləri üçün Şəmkir rayonuna gedib oğurluq etmək haqqında razılaşmışlar. Lakin həmin vaxt Fərid bərk xəstə olduğu üçün Fərdin onunla getməsi mümkün olmamışdır. O, 04 sentyabr 2022-ci il tarixdə oğurluq etmək məqsədilə tək Gəncə şəhərindən Şəmkir rayonuna gələn avtobusla Şəmkir rayonu, Qədimqala kəndi ərazisinə gəlmişdir. O, təxminən saat 10-11 radələrində Şəmkir rayonu, Qədimqala kəndinə çatmış, Şəmkir rayonu, Qədimqala kəndinə daxil olduqdan sonra evləri axtaran zaman sarı rəngli darvazası, qabaq hissəsində böyük tünd qəhvəyi rəngli çardağı olan evin darvaza qapısının bağlı olduğunu görmüşdür. Həmin evə daxil olub oğurluq etmək qərarına gəlmiş, o, həmin evin qapısının bağlı olduğunu gördükdən sonra bir-iki dəfə küçə ilə aşağı yuxarı gedərək adam olmamasına əmin olmuşdur. O, adam olmadığına əmin olduqdan sonra həmin evin giriş darvazasının sol tərəfində olan hissəyə yaxınlaşaraq həmin hissədə hasarın çöl hissəsi ilə hamamın üzərində olan çənə olan nərdivan ilə hamamın üzərinə çıxmışdır. O, həmin hissədən həyətə düşmüş, o, həyətə düşdükdən sonra evin giriş qapısına yaxınlaşmışdır. Həmin evin giriş qapısı tünd albalı rəngli qapı olmuş, həmin qapını yoxladıqda qapının açıq olduğunu görmüşdür. O, həmin qapıdan içəri daxil olmuş, O, qapıdan içəri daxil olduqda qonaq otağına daxil olmuş, o, qonaq otağına daxil olduqdan sonra ilk olaraq sağdan birinci otağı axtarmışdır. O, həmin otağa daxil olduqda sonra sağda olan otağa baxdıqda orada yataq dəsti, şkaf olmuş, həmin otağı səliqəli şəkildə axtarmışdır. Lakin həmin yerdə heç bir şey tapmamış, həmçinin həmin otaq səliqəsiz olduğu, həmçinin qoca qadın paltarları olduğu üçün orada pul və ya qızıl saxlamadıqlarını düşünmüüşdür. O, həmin otaqdan çıxıb qonaq otağının baş hissəsində sağda olan otağın yanına getmişdir. Həmin otağın qapısı bağlı olmuş, o, otağın qapısını açmaq üçün açar axtaran zaman otağın qapısının sağ tərəfində olan mebelin üst hissəsində açar olmuş, həmin açar ilə otağın qapısını açmışdır. O, otağa daxil olaraq otağı axtaran zaman həmin otağa daxil olan zaman girişdən sağ tərəfdə olan ağ rəngli şkafı axtaran zaman həmin şkafın aşağı gözündə qızıl yığılmaq üçün mücrü olduğunu görmüşdür. Həmin mücrünün yanında 50 (əlli) manat pul olmuş, həmin pulu götürmüş, həmin yerdə olan qara rəngli mücrünü götürmüşdür. O, həmin mücrünün içərisinə baxan zaman qızıl zinət əşyaları olduğunu, həmin qızıllardan bir ədəd üzüyə baxan zaman onun içərisində yazı olduğunu görmüşdür. O, həmin üzüyün nişan üzüyü olduğunu başa düşdüyü üçün kənara qoymuş, daha sonra digər qızıllara baxan zaman həmin üzüyə əli dəydiyi üçün üzük yerə düşmüşdür. O, həmin yerdə olan bir ədəd reket boyunbağı və bir ədəd reket qızıl qolbağı, bir ədəd onluq klon, bir cüt qızıl sırğa, üç ədəd sadə qızıl üzüklər, bir ədəd üzərində çox xırda yazılarla xx.xx.2022-ci il tarixi yazılmış qızıl şahmeran, bir ədəd kişi qızıl üzüyü, bir dəst briliant qaşlı üzük və sırğalar, bir ədəd arxa hissəsində Səma yazılmış gümüş boyunbağı, bir cüt briliant qaşlı qızıl sırğa, bir dəstdə tək qızıl üzük komplekt tapmışdır. O, həmin qızılların hamısını cibinə yığmış, o, həmin yerdə bir ədəd qəribə adı olan diqqətini cəlb edən ətir görmüşdür. O, həmin ətiri cibinə qoymuş, daha sonra həmin qızıl qabını səliqəli şəkildə öz yerinə qoyub qapını əvvəlki kimi örtmüşdür. O, həmin otağı tərk edib qapını səliqəli şəkildə bağlayıb açarı öz yerinə qoymuşdur. O, evi tərk edib qapını örtmüş, qapını örtdükdən sonra isə evi tərk etmək üçün hamamın yanına getmişdir. Həmin ətir cibində yekə göründüyü üçün ətri oğurlamaq fikrindən daşınmışdır. O, ətri cibindən çıxarıb hamamın yanında yerdə olan borunun altına gizlətmişdir. O, bundan sonra evi tərk etmişdir. O, həmin evi tərk etdikdən sonra yol avtobusu ilə Gəncə şəhərinə qayıdıb evə getmişdir. O, evə getdikdən sonra oğurladığı qızılların hamısını Fəridə göstərmişdir. Onlar həmin günün sabahsı Bakı şəhərinə getmişlər. Fərid və o saat təxminən 11 radələrində Bakı şəhərində olmuşlar. Onlar Bakı şəhərində Xalqlar dostluğu metrostansiyasının yaxınlığında olan yerə getmişlər. Fərid həmin yerdə gözləmiş, tək qızıl dükanlarına gedib onda olan qızılları özünə məxsus şəxsiyyət vəsiqəsi ilə həmin yerdə olan təxminən üç-dörd fərqli qızıl dükanına satmışdır. O, həmin qızılların hamısını ümumilikdə həmin yerdə təxminən 6400 (altı min dörd yüz) manata satmışdır. Bundan sonra həmin pullarla Bakı şəhərində xatırlamadığı paltar dükanından Fəridə və özünə paltar almış, daha sonra həmin gün Gəncə şəhərinə geri qayıtmışlar. Onlar təxminən 20 sentyabr 2022-ci il tarixədək olan vaxt ərzində həmin pulları Gəncə şəhərində xərcləmişlər. Onlar həmin pulları Gəncə şəhərində Yeni Gəncə adlı ərazidə olan “Şeş-Beş” adlı kafedə, Simovar çay evində və başqa başqa ünvanlarda xərcləmişlər. Bundan sonra pulları qurtardığı üçün o, 21 sentyabr 2022-ci il tarixdə yol avtobusu ilə Şəmkir rayonu, Əliyaqublu kəndinə gəlmiş. Həmin kəndə gəldikdən sonra kənd ərazisində oğurluq etmək üçün ev axtarmışdır. Kənd ərazisini gəzərək kəndin aşağı hissəsinə gəlmiş həmin hissəyə gəldikdə təxminən saat 12 radələrinədək olan vaxt ərzində dəqiq xatırlamadığı saatda ev axtarmışdır. Həmin vaxt bir ədəd narıncı rəngli darvazası olan ev tapmışdır. Həmin evin darvazası bağlı olmuş, evin arxa hissəsinə gedib həmin yerdə dəmir barmaqlıqdan olan hasar hissədən içəri daxil olmuş, həmin yerdə ən baş hissəyə qədər getmiş, həmin yerdə su keçirmək üçün arx olan yer olmuşdur. Həmin vaxt su gəlməmiş, həmin yerdən sürünərək həyətə daxil olmuşdur. O, həyətə daxil olduqdan sonra həyətlə gəldikdən sonra dəmir barmaqlıqlı hasar olan yerə gəlmiş, həmin yerdən evin pəncərə olan alt hissəsinə keçib pəncərələrin açıq olub-olmadığına baxmış, pəncərələr bağlı olmuşdur. O, bundan sonra evin həyət hissəsinə qapıya geri qayıtmış, həmin yerdə ağ rəngli “Ford Transit” markalı avtomobil olmuş, evin giriş hissəsində olan qəhvəyi rəngli plastik qapı pəncərə olmuş, həmin qapı açıq olduğu üçün içəri daxil olmuşdur. Həmin yerdə mətbəx və hamam olmuş, evin giriş qapısına yaxınlaşdıqda qapı bağlı olmuşdur. O, qapını sındırmaq qərarına gəlmiş, plastik qapıları bağladıqdan sonra evin taxta materialdan olan qapısını çiyni ilə vuraraq sındırmışdır. O, qapını sındırdıqdan sonra qonaq otağına daxil olmuş, həmin otaqdan digər otağa keçmişdir. Həmin otaqda yataq dəsti, ütü stolu olmuş, həmin otağa daxil olduqdan sonra qapıdan solda şkaf olmuş, həmin şkafı açdıqdan sonra şkafın içərisində baş hissəsində yuxarıda qırmızı rəngli qutu olmuşdur. O, həmin qutunu götürüb ütü stolunun üzərinə qoyub içərisinə baxmışdır. Həmin qutunu açan kimi üst hissədə bir ədəd yüzlük əskinaz olmuş, daha sonra həmin qutunun içərisinə baxan zaman orada qara rəngli pul qabı olmuş, həmin pul qabının içərisinə baxan zaman orada ikiyüzlük, yüzlük və əlillik əskinazlardan ibarət pullar olduğunu görmüşdür. Həmin pulların hamısını götürüb cibinə qoymuş, daha sonra həmin evi əl damının üzərinə çıxıb oradan evin arxa hissəsinə hoppanıb evi tərk etmişdir. Pulların içərisində 9 (doqquz) ədəd iki yüzlük əskinaz olmuş, qalan hissəsi isə yüzlük və əlillik əskinazlardan ibarət olmuşdur. Daha sonra Gəncə şəhərinə evə getmişdir. Fəridlə birlikdə həmin pullarla özlərinə Gəncə şəhərində paltar dükanından və ayaqqabı dükanından özlərinə geyim əşyaları satın almışlar. Bundan başqa müxtəlif əyləncə işləri üçün həmin pulları xərcləmişlər. Bundan başqa 10 oktyabr 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, 10 oktyabr 2022-ci il tarixdə oğurluq etmək məqsədilə Şəmkir rayonu Mahmudlu kəndi ərazisinə gəlmiş, adətən oğurluq etdiyi formada piyada kənd ərazisində gəzərək oğurluq etmək üçün ev axtarmışdır. O, Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yaşıl rəngli darvazası olan ev tapmışdır. Həmin evin giriş darvazasının qıfıllı olduğunu görmüş, həmin evin giriş darvazasından sağda yerləşən su çəninin yanına getmiş, su çəninin dəmir dayanacağı ilə qalxaraq hasarın üzərindən aşaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. O, həyətyanı sahədə evin giriş qapısına yaxınlaşan zaman giriş qapısının açıq olduğunu görmüş, həmin giriş qapısından evə daxil olmuşdur. O, daha sonra evin pilləkənlə qalxdıqdan sonra açıq olan taxta qapısından evin qonaq otağına daxil olmuşdur. O, həmin otağı axtardıqda heç bir şey tapmamış, daha sonra isə evin digər otağını axtarmağa başlamışdır. O, daha sonra yataq otağını axtaran zaman yataq otağında şkafda olan bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir ədəd qolbağı və pul kisəsində olan 143 manat məbləğində pulu götürmüşdür. O, daha sonra həmin yeri evə daxil olduğu yerdən tərk etmişdir. O, daha sonra həmin evdən götürdüyü bir ədəd qızıl klonu Gəncə şəhərində Mərkəzi univermaqda 900 manat pul qarşılığında tanımadıqları qızıl alan şəxsə satmışdır. Həmçinin bir ədəd qızıl üzük və bir ədəd qızıl qolbağını isə digər tanımadığı qızıl alan şəxsə 450 (dörd yüz əlli) manat qarşılığında satmışdır. O, həmin pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 2020-ci ilin axırlarından 2022-ci ilin iyul ayınadək olan vaxt ərzində Bakı şəhərində Ədliyyə Nazirliyinin X1 vaxt ərzində Xəlil Qarayev və Eltəkin Zeynalovu tanımış. Onun onlarla münasibəti normal olmuşdur. O, 2022-ci ilin oktyabr ayında Gəncə şəhərində Gülüstan qəsəbəsindən “Reklam” adlı əraziyə düşən zaman Xəlil ilə təsadüfən qarşılaşmışdır. O, Xəlillə söhbət etdikdən sonra birbirinə əlaqə nömrələrini götürmüşlər. Onlar Xəlillə əlaqə saxlamışlar. Təxminən iki gün keçdikdən sonra Xəlil Eltəkinlə birlikdə onların yaşadıqları evə gəlmişdir. Onlar həmin vaxtdan sonra onlarla birlikdə qalmağa başlamışdır. O, Xəlil və Eltəkin ilə birlikdə söhbət edib oğurluq etmək haqqında razılaşmışdır. Onlar bundan sonra birlikdə yol avtomobili ilə Şəmkir rayonu, Düyərli kəndinə gəlmişlər. Onlar birlikdə Düyərli kəndinin aşağı hissəsindən kənd ərazisinə daxil olaraq oğurluq etmək üçün darvazası bağlı ev axtarmağa başlamışlar. Həmin vaxt saat təxminən 11-12 radələri olmuş, onlar Düyərli kəndi ərazisində məktəbin yaxınlığında olan evin darvazasının qapısının bağlı olduğunu görmüşlər. O, həmin evə girmək üçün razılaşmışdır. Onlar əvvəlcədən danışdıqları üçün Xəlil və Eltəkin məktəbin qabağında daşın üstündə oturub gözləmişlər. Onların aralarında olan razılığa əsasən kimsə gəlsə telefon ilə zəng edərək ona məlumat verməli olmuşlar. O, həmin yerdən məktəbin həyətinə daxil olmuş, oradan isə hasarın üzərindən aşaraq evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin padvalının açıq pəncərəsindən padvala oradan isə evə daxil olmuşdur. O, həmin evi axtarmış heç bir şey tapa bilməmişdir. O, həmin evdən çıxaraq həmin həyətdə olan digər evə açıq qapısından daxil olmuş, həmin evin otaqlarını axtarmağa başlamışdır. O, həmin evin daxil olduğu otağında iki ədəd divan olmuş, sol tərəfdə mətbəx kimi yer olmuş, sağ tərəfdə isə olan qapıdan içəri daxil olduqda yataq dəsti olmuş, həmin otağa daxil olduqda isə solda alt-üst uşaq yataq dəsti olmuşdur. Həmin otaqda qapı ilə üzbəüz şkaf olmuş, həmin ağ güzgülü şkaf paltar şkafı olmuşdur. Həmin şkafı açıb pul axtaran zaman şkafda asılqan vasitəsilə asılmış qadın paltarı olmuş, həmin paltar kül rəngi paltar olmuşdur. Həmin paltarın yan ciblərinə baxdıqda orada 30 manat pul tapmış, həmin pul bir ədəd onluq və bir ədəd iyirmilik əskinazdan ibarət olmuşdur. O, evi daxil olduğu yerdən tərk etmiş, daha sonra isə həmin yerdən Eltəkin və Xəlilin yanına gəlmişdir. O, onlara həmin evdən cəmi 30 manat pul çıxdığını demiş, onlar həmin yerdən hərəkətə başlayaraq oğurluq etmək üçün başqa ev axtarmağa başlamışlar. Onlar küçə ilə hərəkət edən zaman küçədə toy mərasimi olduğunu görmüşlər. Onlar həmin küçədən toy məclisini keçdikdən sonra həmin yerdən sağa dönmüşlər. Onlar həmin yerdə təxminən dörd-beş ev qabağa getmişlər. Həmin yerdə sağda iki ədəd göy darvazalı ev olmuş, həmin darvazalardan birinci darvaza bağlı, ikinci daravaza isə açıq olmuşdur. Onlar bağlı daravaza olan evə girib oğurluq etmək haqqında danışmışlar. Eltəkin və Xəlil adam gəlsə ona xəbər etmək üçün küçənin baş hissəsində gözləmişlər. O, həmin evin qabaq hissəsində olan yerdən su bakının yanına çıxmış, həmin hissədən həyətə düşmüş, həyətə düşdükdən sonra evin həyətində əl damından evin əsas həyətinə keçmişdir. O, həmin yerdə olan kürsülü evin ikinci mərtəbəsinə çıxmış, həmin evin qapısı açıq olmuşdur. O, qapıdan içəri daxil olmuş, birinci daxil olduğu otaq qonaq otağı olmuşdur. Həmin otaqda divan kreslo, cehizlik əşyalar və s olmuşdur. O, həmin otağı axtarmış, lakin heç bir şey tapmamışdır. Həmin otaqdan geri arxa tərəfdə olan yataq otağına oxşar otağa daxil olmuş, həmin otağa baxdıqda pul və qızıl zinət əşyaları saxlana biləcək yer hiss etməmiş, otaqdan digər otağa baxmış, orada yataq otağı olmuşdur. Həmin otaqda tünd qəhvəyi rəngdə şkaf olmuş, həmin şkafı və digər yerləri səliqəli şəkildə axtarmış, lakin heç bir şey tapmamışdır. O, həmin evi tərk edib həyətə düşüb geri qayıtmış, həmin yerdə həyətdə əl damının yaxınlığında başqa otaq olduğunu görmüşdür. O, həmin otağa açıq qapıdan daxil olmuş, otağı axtaran zaman şkafların bağlı olduğunu görmüşdür. Həmin bağlı olan şkafları axtaran zaman şkaflardan birinin qapısını çəkib qırmış, həmin yerdə qızıl zinət əşyalarının boş qabları olmuş, həmin qabların içərisinə baxdıqda heç bir şey tapmamışdır. Həmin yerdə şkafın taxtasının üzərinə açıq vəziyyətdə qoyulmuş çekləri görmüşdür. Həmin çeklərin hamısını götürmüş, həmin çekləri ağ rəngli kağız hədiyyəlik paketə qoyub özü ilə götürmüşdür. O, daha sonra evi daxil olduğu yerdən tərk etmişdir. O, həmin yerdən Eltəkin və Xəlilin yanına getmiş, onlara həmin evin yanından gedək danışarıq demişdir. Onlar birlikdə digər küçəyə gəldikdən sonra onlara paketdə olan çekləri göstərib həmin çeklərin qiymətli kağızlar olduğunu demişdir. Onlar həmin yerdən birlikdə yol avtomobili ilə “Qazellə” Gəncə şəhərinə getmişlər. Onlar Gəncə şəhərində evə getmişlər. Onlar evdə olan zaman həmin çekləri sayıb 140 (bir yüz qırx) ədəd çek olduğunu müəyyən etmişlər. Xəlil və Eltəkin telefonla tanışları ilə maraqlanıb çekin bir ədədinin 14 manat dəyərində olduğunu öyrənmişlər. Onlar bundan sonra həmin gün həmin çeklərdən 10 ədədini həmin gün Xəlil və Eltəkin özləri ilə aparmışlar. Onlar həmin gün axşam yemək içmək, spirtli içkilər və s alıb gətirmişlər. 13 oktyabr 2022-ci il tarixdə isə Xəlil və Eltəkin həmin çeklərdən 16 ədədin aparıb satmışlar. Onlar yenə bazarlıq edib evə gətirmişlər, 14 oktyabr 2022ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları kirayə yaşadığı evə gələrək polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə polis şöbəsinə gəlmiş, törətmiş olduğu oğurluqlar barədə soruşduqda həmin oğurluqları törətdiyini demişdir. O, qızıl zinət əşyalarını satan zaman qızılların ona məxsus olduğunu bildirmiş, həmin qızıl zinət əşyalarını özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satmışdır. O, Zərərçəkmiş şəxs2 məxsus olan yaşayış evindən ona məxsus 11100 (on bir min yüz) manat məbləğində pul oğurlamış, həmin pullardan 9 (doqquz) ədədi iki yüzlük, qalan hissəsi isə əlillik və yüzlük əskinazlardan ibarət olmuşdur. O, oğurluq yolu ilə əldə etdiyi qızıl zinət əşyalarını satdığı şəxslərə həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu bildirərək satmış, həmin şəxslərin satdığı qızıl zinət əşyalarının oğurluq olmasından məlumatı olmamışdır. O, qızıl zinət əşyalarını satdığı şəxslərdən Gəncə şəhərində mərkəzi Univermaqda qızıl alan iki nəfər şəxsin mağazasını xatırlayır, həmin mağazalar bir birinə yaxın yerləşir. Lakin Bakı şəhərində qızıl zinət əşyalarını satdığı yerləri dəqiq xatırlamır, Bakı şəhərində qızıl satdığı yerləri göstərə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs1 oğurluq zamanı ona hər hansı köməyi olmamışd, onunla birlikdə oğurluq üçün Şəmkir rayonuna getməmişdir. İstintaq zamanı məcbur olun Təqsirləndirilən şəxs1 də onunla birlikdə oğurluq zamanı iştirak etdiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərəçəkmiş şəxslərə dəymiş ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, əvvəllər dəfələrlə oğurluq etməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, sonuncu dəfə 09 dekabr 2019-cu il tarixdə oğurluq etməyə görə tutulmuş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməyə görə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, amnistiya tətbiq edilməsi ilə əlaqədar olaraq cəzasının 06 ay müddətinə olan hissəsinə münasibətdə cəzasını çəkməkdən azad edilmişdir. O, bununla əlaqədar olaraq 30 dekabr 2021-ci il tarixdə azadlığa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra 2022ci ilin avqust ayının sonlarınadək olan vaxt ərzində fəhləlik edərək öz dolanışığını təmin etmiş, təxminən 4 il olarki psixotrop maddə metamfetamindən istifadə edir. O, 06 iyul 2022-ci il tarixdə saat 22:45 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində Şərikli çörək adlı obyektin yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini ona Gəncə şəhər Baş polis İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Sonra onlar onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri BPİ-nə gəlmiş, Gəncə şəhər BPİ-nin inzibati binasında hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçi X2 iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, o da üzərində olan bir ədəd gümüşü rəngdə kağız parçasına bükülmüş metamfetamini müdafiəçisinin iştirakı ilə təqdim etmişdir. Həmin kağız parçasının içərisində olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Həmin vaxt 0, 61 qram çəkisi olduğu müəyyən edilmiş, ondan həmin kütlə barədə soruşulduqda həmin kütlənin “patı” olduğunu, ona məxsus olduğunu bildirmişdir. Həmin kütləni Gəncə şəhərində Şanxay adlanan ərazidə avtobus dayanacağının yaxınlığında yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini və həmçinin başqa şəxsə satmadığını bildirmişdir. Ondan başqa yerdə saxladığı narkotik vasitə, psiotrop maddə və ya hər hansı digər qanunsuz əşya olub-olmadığı soruşulduqda hər hansı başqa qanunsuz əşya saxlamadığını bildirmişdir. Onun üzərində aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüş, daha sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra ekspertiza rəyi gəldikdə ona rəy elan edilmiş, həmin rəydə onun üzərində aşkar edilmiş kütlənin təmiz çəkisi 0,365 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğu göstərilmişdir. Onun başqa yerdə saxladığı narkotik vasitə, psiotrop maddə və qanunla qadağan edilmiş hər hansı əşya və predməti yoxdur. O, hər hansı şəxsə psixotrop maddə və narkotik vasitə satmamış, üzərində aşkar edilmiş psixotrop maddəni satmaq niyyəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 təxminən 2019-cu il tarixdən tanıyır. O sonuncu dəfə oğurluq zamanı Babəklə birlikdə oğurluq əməlini törətdikləri üçün Babəklə birlikdə tutulmuş, onun birinci dəfə məhkumluğu olduğu üçün 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Babəkə isə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bu səbəbdən Babəkdən altı ay tez cəzasını başa vurub azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra təxminən 2022-ci ilin iyul ayında Gəncə şəhərində, Şah Abbas adına məscidin yaxınlığında çayxanada təsadüfən Babəklə qarşılaşmışdır. Babəklə görüşdükdən sonra onunla yenidən birlikdə dostluq etməyə davam etmişlər, Babək məhkumluq pulu aldığı üçün Gəncə şəhərində kirayə ev tutmuşdur. Babəklə birlikdə kirayə tutduğu evdə yaşamağa başlamış, Babək Şəmkir rayon sakini olduğu, əsli kökü Şəmkir rayonundan olduğu üçün Şəmkir rayonunu yaxşı tanıyır. Həmçinin oda əvvəllər Şəmkir rayonu ərazisində müxtəlif ünvanlardan dəfələrlə oğurluq etdiyi üçün rayon ərazisini yaxşı bilir. O, 2022-ci ilin sentyabr ayının əvvəllərində Babək və onun pula ehtiyacları olduğu, iş tapa bilmədikləri üçün oğurluq etmək qərarına gəlmişlər. Onlar əvvəllərdə dəfələrlə Şəmkir rayonundan oğurluq etdikləri üçün Şəmkir rayonuna gedib oğurluq etmək haqqında razılaşmışlar. Lakin həmin vaxt bərk xəstə olduğu üçün Babəklə birlikdə oğurluq etmək üçün getməyi mümkün olmamışdır. Babək 04 sentyabr 2022-ci il tarixdə oğurluq etmək məqsədilə tək Şəmkir rayonuna getmiş, təxminən üç-dörd saat sonra Babək evə geri qayıtmışdır. Babək özü ilə birlikdə qızıl boyunbağı, bilərzik, klon, üzüklər və sırqalar gətirmiş, Babəkdən soruşduqda ona Şəmkir rayonundan oğurladığını demişdir. Onlar həmin günün sabahsı Bakı şəhərinə getmişlər. Babək və o saat təxminən 11 radələrində Bakı şəhərində olmuşlar. Onlar Bakı şəhərində Xalqlar dostluğu metrostansiyasının yaxınlığında olan yerə getmişlər. O, həmin yerdə gözləmiş, Babək tək qızıl dükanlarına gedib onda olan qızılları satıb geri qayıtmış, Babək həmin qızılların hamısını ümumilikdə həmin yerdə təxminən 6400 (altı min dörd yüz) manata satmışdır. Bundan sonra həmin pullarla Bakı şəhərində xatırlamadığı paltar dükanından Babəkə və özünə paltar almışlar. Daha sonra həmin gün Gəncə şəhərinə geri qayıtmışlar. Onlar təxminən 20 sentyabr 2022-ci il tarixədək olan vaxt ərzində həmin pulları Gəncə şəhərində xərcləmişlər. Onlar həmin pulları Gəncə şəhərində Yeni Gəncə adlı ərazidə olan “Şeş-Beş” adlı kafedə, Simovar çay evində və s ünvanlarda xərcləmişlər. Bundan sonra pulları qurtarmış, Təqsirləndirilən şəxs2 yenidən gedərək bir neçə saat sonra gələrək oğurluq etdiyini bildirmiş və gətirdiyi pulları birlikdə xərcləmişlər. Babəkin törətdiyi əməldən xəbərdar olsa da, lakin onunla birlikdə oğurluq etməmişdir. Babək gətirdiyi pulları isə müxtəlif əyləncə işləri üçün xərcləmişlər. Hazırda yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin əmələ münasibətdə əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evdə həyat yoldaşı Nicat, qayınatası Araz, qayınanası Nəzakət qaynı Hidayət və yay tətilində baldızı Baharla birlikdə yaşayır. Onlar 2022-ci ilin mart ayında Nicatla ailə qurub evlənmişlər. Əri Nicat tır sürücüsü olduğu üçün hadisə baş verən vaxtdan 3 gün əvvəl Rusiya Federasiyasına getmişdir. Qaynı Hidayət isə İrşad mağazasına işə düzəlmək üçün Gəncə şəhərinə kursa getmişdir. 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Şəmkir RMX-na getməyi planlaşdırsalar da qayınanası başı ağrıdığı üçün getməkləri alınmamışdır. 03 sentyabr 2022-ci il tarixdə axşam hamı evdə olan zaman səhər Şəmkir Rayon mərkəzi xəstəxanasına oradan da bazara gedəcəkləri haqqında danışmışlar. 04 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində qayınanası Nəzakət, qayınatası Araz və baldızı Baharla birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına gəlmişlər. Lakin bazar günü olduğundan xəstəxanada onlara yalnız təcili tibbi yardım xidmətinin işlədiyini bildirmişlər. Onlar xəstaxanadan çıxıb bazara getmişlər. Bahar ona məxsus köhnə qızıl boyunbağını verib başqası ilə dəyişib təzəsini götürmüş, onlar həmçinin qab-qacaq almışlar. Daha sonra İrşad telekoma getmişlər. X9 telekomdan özü üçün İphone 13 pro markalı mobil telefonu kreditlə satın almış, onlar alış veriş etdikdən sonra evə qayıtmışlar. Onlar təxminən saat 13 radələrində evə çatanda qayınatası Araz öndə keçib qapını açmış, daha sonra onlar həyətə keçmişlər. O, paltarını dəyişmək üçün öz otağına gəlib otağının açarını termonun üzərindəki qabın arxasından götürüb qapını açmışdır. O, qapını açıb otağa daxil olmuş, paltarını dəyişəndən sonra baldızı Bahar otağına gəlmiş, Bahar aldığı boyunbağını taxıb sonra təzə telefonla şəkil çəkdirəndə Baharın ayağına qızıl üzük dəyib sonra onun ayağına tərəf gəlmişdir. O, əyilib baxanda komplekt qızılın üzüyü olduğunu görmüş, bu səbəbdən şkafı açıb qızıllarını qoyduğu mücrünü götürüb baxdıqda qızıllarının və həmin mücrünün yanında olan 50 azn pulunun olmadığını görmüşdür. O və Bahar qızıllarının oğurlanmasını başa düşüb ağlamağa başlamışlar. Onlar həyətə çıxıb qayınatası Araz və qayınanası Nəzakətə bu barədə demişlər. Onlar birlikdə evə daxil olmuşlar. Qayınanası evə daxil olan kimi öz otaqlarına keçib pullarına, qızıllarına baxdıqda onların otaqlarında olan qızılların, milli və ABŞ dolları olan pullarının hamısının yerində olduğunu müəyyən etmiş, qaynatası X10 Nazirliyinin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş, onlar daha sonra polis şöbəsində izahat vermişlər. Daha sonra təxminən on gün keçdikdən sonra evlərinin həyətində hamamın yaxınlığında borunun altında ona məxsus ətir qabını tapmış, həmin qab içərisində ətirlə birlikdə onun otağında olmuşdur. O, həmin ətrin oğurlandığını başa düşmüşdür. Lakin bu barədə əlavə məlumat verməmiş, həmçinin həmin otaqda olan 01 (bir) dollar saat qabının içində olan pulun oğurlandığını bilmişdir. Onun istifadəsində olan otağın qapısında heç bir sındırma izləri olmamış, açarlar isə qapını bağlayıb qoyduğu yerdə olmuşdur. O və ailə üzviləri evdə olmamaları barədə heç kimə məlumat verməmişdir. Ona məxsus mücrünün içində ona məxsus reket toxunuşları olan 51,70 qram çəkidə, 750 əyarlı tros qızıl sep, reket toxunuşlu 20 qram çəkidə, 750 əyarlı tros qızıl qolbağı, bir ədəd 10 qram çəkidə, 960 əyarlı “Nikolay” onluq qızıl klon, bir dəst “Baget” adlı 750 əyarlı, 16 qram bir cüt qızıl sırğalar və 6 qram çəkidə qızıl üzük, bir ədəd üzərində xx.xx.2022-ci il yazısı yazılmış 750 əyarlı, 4 qram çəkidə qızıl Şahmeran, 03 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə ümumilikdə 18 qram çəkidə qızıl üzüklər, bir dəst ümumilikdə 18 qram çəkidə 750 əyarlı, üzərində briliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, bir ədəd üzərindən briliant qaşları olan 750 əyarlı, 5 qram çəkidə kişi qızıl üzüyü, üzərində briliant qaşları olan 750 əyarlı, 12 qram çəkidə üçbucaq formalı bir cüt qızıl sırğalar, bir ədəd üzərində “Səma” yazılmış 15 qram çəkidə gümüş boyunbağı və bir ədəd istifadə edilməmiş yeni “SUPREME ROYAL LONKOOM” markalı 100 ml ölçülü ətir, həmçinin 50 manat pul və bir ədəd 1 (bir) ABŞ dolları pulu oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də hazırda onlardan şikayətçidir və həmin şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzviləri ilə birlikdə yaşayır. O, fərdi əməklə və kənd təsərrüfatı ilə məşğul olaraq dolanışığını təmin edir. 21 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində o və arvadı X5 məktəbə yola salıb özləri isə işlədikləri istilikxanaya getmişlər. Həmin gün saat 11:30 radələrində həyat yoldaşı Səbinə yaşadıqları evə getmiş, o, isə istilikxanada qalmışdır. Bundan bir qədər sonra Səbinə ona zəng edərək kimin isə evə daxil olduğunu, əvvəlcədən oğlunun müalicəsi üçün yığıb evdə yataq otağında yerləşən şkafın içərisindəki qutuda saxladıqları 12000 (on iki min) manat pulun oğurlandığını demişdir. O, da dərhal yaşadığı evə getmiş, dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Həmin naməlum şəxs yaşadığı evə daxil olaraq yaşadıqları evin yataq otağında yerləşən şkafın başqa hissəsində yerləşən qutudan 20 manat pulu oğurlayaraq ümumilikdə ona məxsus 12020 (on iki min iyirmi) manat ziyan vurmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq heç kimdən şübhələnmir. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də hazırda onlardan şikayətçidir və həmin şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 10 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ailə üzviləri ilə birlikdə yaşadığı evdən çıxaraq kənd ərazisində olan toyla əlaqədar olaraq qohumu Elmanın yaşadığı evə getmiş, O, orada bir neçə saat olduqdan sonra saat 23 radələrində yaşadığı evə geri qayıtmışdır. Bu zaman oğlu ondan evdə olan pulun üç manatını ona verməyini dediyi üçün həmin pulu axtarmağa başlamışdır. O, yataq otağında olan şkafın içərisinə baxdıqda əşyaların dağınıq olduğunu və pul kisəsinin açıq olduğunu görmüşdür. O, dolaba baxan zaman orada olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir ədəd adi qolbağı və pul kisəsində olan 143 manat dəyərində pulun yerində olmadığını oğurlandığını müəyyən etmişdir. Bundan sonra ailə üzviləri 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişlər. Daha sonra isə Şəmkir rayon polis şöbəsinin kür polis bölməsinə müraciət edərək bu barədə məlumat vermişdir. 10 oktyabr 2022-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evdən ona məxsus bir ədəd 583-585 əyarlı 8 qram çəkidə qızıl boyunbağı, bir ədəd 960 əyarlı 10 qram çəkidə qızıl onluq klon, bir ədəd 583-585 əyarlı 4 qram çəkidə qızıl üzük, bir ədəd 10 qram çəkidə gümüş qolbağı və pul kisəsində olan 143 manat məbləğində olan pul oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də hazırda onlardan şikayətçidir və həmin şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Onlar 2022-ci ilin mart ayında Nicatla ailə qurub evlənmişlər. Oğlu Nicat tır sürücüsü olduğu üçün hadisə baş verən vaxtdan 3 gün əvvəl Rusiya Federasiyasına getmişdir. 04 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Nəzakət, gəlini Səma və qızı Baharla birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişlər. Lakin bazar günü olduğundan xəstəxanada onlara yalnız təcili tibbi yardım xidmətinin işlədiyini bildirmişlər. Onlar xəstaxanadan çıxıb bazara getmişlər. Qızı Bahar özünə məxsus köhnə qızıl boyunbağını verib başqası ilə dəyişib təzəsini götürmüş, onlar həmçinin qab-qacaq almışlar. Daha sonra İrşad telekoma getmişlər. Bahar İrşad telekomdan özü üçün İphone 13 pro markalı mobil telefonu kreditlə satın almış, onlar alış veriş etdikdən sonra evə qayıtmışlar. Onlar təxminən saat 13 radələrində evə çatanda o önə keçib qapını açmış, daha sonra digərləri həyətə keçmişlər. Daha sonra gəlini gəlib qızılların və pulun yerində olmadığını bildirmiş, onlar birlikdə evə daxil olmuşlar. Həyat yoldaşı evə daxil olan kimi öz otaqlarına keçib pullarına, qızıllarına baxdıqda onların otaqlarında olan qızılların, milli və ABŞ dolları olan pullarının hamısının yerində olduğunu müəyyən etmiş, o isə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək məlumat vermiş, onlar daha sonra polis şöbəsində izahat vermişlər. Daha sonra təxminən on gün keçdikdən sonra evlərinin həyətində hamamın yaxınlığında borunun altında gəlininə məxsus ətir qabını tapmışlar, həmin qab içərisində ətirlə birlikdə otaqda olmuşdur. Həmin ətrin oğurlandığını başa düşmüşlər. Onların yaşadığı evin qapıları, pəncərələri bağlı vəziyyətdə olmuş hər hansı sındırma izləri olmamışdır. Oğurluq olan otağın qapısında heç bir sındırma izləri olmamış, açarlar isə qapını bağlayıb qoyduğu yerdə olmuşdur. O və ailə üzvləri evdə olmamaları barədə heç kimə məlumat verməmişdir. Gəlininə məxsus mücrünün içində ona məxsus reket toxunuşları olan 51,70 qram çəkidə, 750 əyarlı tros qızıl sep, reket toxunuşlu 20 qram çəkidə, 750 əyarlı tros qızıl qolbağı, bir ədəd 10 qram çəkidə, 960 əyarlı “Nikolay” onluq qızıl klon, bir dəst “Baget” adlı 750 əyarlı, 16 qram bir cüt qızıl sırğalar və 6 qram çəkidə qızıl üzük, bir ədəd üzərində xx.xx.2022-ci il yazısı yazılmış 750 əyarlı, 4 qram çəkidə qızıl Şahmeran, 03 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə ümumilikdə 18 qram çəkidə qızıl üzüklər, bir dəst ümumilikdə 18 qram çəkidə 750 əyarlı, üzərində briliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, bir ədəd üzərindən briliant qaşları olan 750 əyarlı, 5 qram çəkidə kişi qızıl üzüyü, üzərində briliant qaşları olan 750 əyarlı, 12 qram çəkidə üçbucaq formalı bir cüt qızıl sırğalar, bir ədəd üzərində “Səma” yazılmış 15 qram çəkidə gümüş boyunbağı və bir ədəd istifadə edilməmiş yeni “SUPREME ROYAL LONKOOM” markalı 100 ml ölçülü ətir, həmçinin 50 manat pul və bir ədəd 1 (bir) ABŞ dolları pulu oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 10 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ailə üzviləri ilə birlikdə yaşadığı evdən çıxaraq kənd ərazisində olan toyla əlaqədar olaraq qohumu Elmanın yaşadığı evə getmiş, O, orada bir neçə saat olduqdan sonra saat 23 radələrində yaşadığı evə geri qayıtmışdır. Bu zaman oğlu ondan evdə olan pulun üç manatını ona verməyini dediyi üçün həmin pulu axtarmağa başlamışdır. O, yataq otağında olan şkafın içərisinə baxdıqda əşyaların dağınıq olduğunu və pul kisəsinin açıq olduğunu görmüşdür. O, dolaba baxan zaman orada olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir ədəd adi qolbağı və pul kisəsində olan 143 manat dəyərində pulun yerində olmadığını oğurlandığını müəyyən etmişdir. Bundan sonra ailə üzviləri 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişlər. Daha sonra isə Şəmkir rayon polis şöbəsinin kür polis bölməsinə müraciət edərək bu barədə məlumat vermişdir. 10 oktyabr 2022-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evdən ona məxsus bir ədəd 583-585 əyarlı 8 qram çəkidə qızıl boyunbağı, bir ədəd 960 əyarlı 10 qram çəkidə qızıl onluq klon, bir ədəd 583-585 əyarlı 4 qram çəkidə qızıl üzük, bir ədəd 10 qram çəkidə gümüş qolbağı və pul kisəsində olan 143 manat məbləğində olan pul oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-ninn CAİ-nin XMİÜ əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 06 iyul 2022-ci il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətdə olan zaman Gəncə şəhər sakini Fərid adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması və hazırda Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Şərikli Çörək” mağazasının yaxınlığında olması haqqında məlumat daxil olmuşdur. Əməliyyat məlumatı müvafiq qaydada məruzə olunduqdan sonra o, CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid6 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şərikli Çörək” mağazasının yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzfiləri izah edildikdən sonra dövlət hesabına vəkil X4 müdafiəçi təyin edilmiş, Samir Tanırverdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngdə kağız parçasına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman ümumi çəkisi 0,61 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin ona məxsus olduğunu, həmin kütlənin psixotropmaddə olan şüşə olduğunu, həmin kütləni Gəncə şəhəri, Şanxay adlanan ərazidə avtobus dayanacağının yaxınlığında yerdən tapdığını, üzərində aşkar edilmiş kütlədən istifadə etmədiyini, heç kimə satmadığını, pay olaraq və borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlənin tərkibinin miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertiza təqdim etmək üçün qablaşdırılaraq zərfə qoyulub 91 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar olaraq protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması haqqında onlara hər hansı məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Şəmkir rayonu Qədimqala kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı və Şəmkir rayonu Mahmudlu kəndində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evlərindən oğurluq edilməsi faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1045 nömrəli, 13 fevral 2023cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmış, qərarda qeyd edilən qızıl zinət əşyalarının 2022-ci ilin sentyabr ayına, respublikadaxili orta bazar qiymətləri reket toxunuşlu 750 əyarlı 51,70 qram çəkidə tros qızıl sep 5170 (beş min yetmiş) manat, reket toxunuşlu 20 qram çəkidə, 750 əyarlı tros qızıl qolbağı 2000 (iki min) manat, bir ədəd 10 qram çəkidə, 960 əyarlı “Nikolay” onluq qızıl klon 1080 (bir min səksən) manat, bir dəst “Baget” adlı 750 əyarlı, 16 qram bir cüt qızıl sırğalar 1600 (bir min altı yüz) manat, 750 əyarlı 6 qram çəkidə qızıl üzük 600 (altı yüz) manat, bir ədəd üzərində xx.xx.2022-ci il yazısı yazılmış 750 əyarlı, 4 qram çəkidə qızıl Şahmeran 400 (dörd yüz), 01 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə qızıl üzük 600 (altı yüz) manat, 01 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə qızıl üzük 600 (altı yüz) manat, 01 ədəd sadə qaşlı 750 əyarlı, hər biri 6 qram çəkidə qızıl üzük 600 (altı yüz) manat, bir dəst ümumilikdə 18 qram çəkidə üzərində briliant qaşları olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük 1800 (bir min səkkiz yüz) manat, bir ədəd üzərindən briliant qaşları olan 750 əyarlı, 5 qram çəkidə kişi qızıl üzük 500 (beş yüz) manat, üzərində briliant qaşları olan 750 əyarlı, 12 qram çəkidə üçbucaq formalı bir cüt qızıl sırğalar 1200 (bir min iki yüz) manat, bir ədəd üzərində “Səma” yazılmış 15 qram çəkidə gümüş boyunbağı 40 (qırx) manat, bir ədəd istifadə edilməmiş yeni “SUPREME ROYAL LONKOOM” markalı 100 ml ölçülü ətir 60 (altmış) manat, bir ədəd 583-585 əyarlı 8 qram çəkidə qızıl boyunbağı 680 (altı yüz səksən), bir ədəd 960 əyarlı 10 qram çəkidə qızıl onluq klon 1040 (bir min qırx) manat, bir ədəd 583-585 əyarlı 4 qram çəkidə qızıl üzük 340 (üç yüz qırx) manat və bir ədəd 10 qram çəkidə gümüş qolbağı 30 (otuz) manat olmaqla təxminən ümumi olaraq 18340,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 24 oktyabr 2022-ci il tarixli 011-12520-1222 nömrəli məktubundan məlum olur ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu Mahmudlu kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs2 sol əlinin ovucu ilə eynilik təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayonu Qədimqala kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdən, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdən və Şəmkir rayonu Mahmudlu kəndində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evdən etdiyi oğurluqla bağlı vermiş olduğu ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları yerində əyani surətdə göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdən Təqsirləndirilən şəxs2 ilə birlikdə etdikləri oğurluqla bağlı vermiş olduğu ifadəsi yerində yoxlanılmış və o, istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları, yəni oğurluq zamanı evə gələn olarsa Təqsirləndirilən şəxs2 vermək məqsədi ilə küçədə hansı hissədə durması və Təqsirləndirilən şəxs2 oğurluq etməsi üçün şərait yaratması yerində əyani surətdə göstərərək təsdiq etmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmazdan əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngdə kağız parçasına bükülmüş metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlənin patı olmasını bildirmişdir. Sonra kütləyə baxış keçirilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07 iyul 2022-ci il tarixli, 16/789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd gümüşü rəngli kağız bükümündə, təmiz çəkisi 0,365 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 oğurluq əməlini törətməməsi barədə ifadələrini isə Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, tqəsirləndirilən şəxslər oğurlu edilən müddət ərzində eyni ünvanda qalaraq birlikdə yaşamış və oğurluq əmlakları birlikdə sataraq xərcləmişlər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmiş, hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ayrılıqda, həm də Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq cinayətini, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2la birlikdə oğurluq, eyni zamanda ayrılıqda cinayət əməli törətmişdir. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə münasibətini, onun cinayətdən sonrakı davranışını, o cümlədən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddə qarışıq cəza nəzəriyyəsini müəyyən edir və həmin maddənin tələbinə görə, cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonrakı davranışını, o cümlədən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini və cinayətin residivliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs1 da təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 06 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 08 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Gəncə Şəhəri BPİ-nin MSYdən azad olunmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı iki gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə alınmalıdır. Məhkəmə eyni zamanda məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, iş üzrə məhkəmə kimyəvi ekspertizasının dəyəri olan 32,40 manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 0,315 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 0,315 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına hər birinə 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-118/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-118/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver