Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-118/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib insanların gur toplaşdığı yerdə sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt bazarda olan şəxslərin 10-15 dəqiqə ərzində istirahət hüququnu və iş rejimini pozmaqla narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək əlləri və ayağı ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə şillə və təpik zərbələri ilə vuraraq sonuncuya sağ almacıq nahiyəsinin yumşaq toxmalarının dərialtı hematoması və sağ budun orta üçdə birinin ön səthinin qançırı ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs iştirak etdiyi məhkəmə iclasında ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs qardaşı Şahid5 06 yanvar 2024-cü il tarixdə onun oğlu Şahid7 mobil telefon vasitəsi ilə zəng edərək, güya ki, yaşadıqları kəndin mərkəzində nalayiq söyüşlərlə kənd sakinlərinin ünvanına təhqir edici ifadələr işlətməsini demişdir. Bu səbəbdən də o, həmin tarixdə, saat 16 radalərində yaşadıqları kəndin mərkəzində yerləşən “AL” maketin qarşısında olan zaman oğlu Nofəl Hüsynova yalandan zəng edib onun kənd sakinlərinə nalayiq ifadələr işlətməsi barədə yalandan məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin o, heç kimin barəsində ünvanlı olaraq söyüş söyməmiş, onun barəsində oğlu Şahid7 yalandan söyüş söyməyi ilə bağlı məlumat verən adamı nəzərdə tutub təhqir edici ifadələr işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu pis küçə söyüşləri ilə təhqir etmişdir. O, da əsəbi olduğu üçün Zərərçəkmiş şəxs ondan uzaqlaşması üçün boyun hissəsindən bir dəfə əli ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşaraq qardaşı Şahid5 və Şahid6 mobil telefon vasitəsi ilə zəng edib onun tərəfindən pis küçə söyüşləri ilə təhqir edilməsini və döyülməsini bildirmişdir. Həmin tarixdə, təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs qardaşları Şahid5 və Şahid6 Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən ona məxsus yanacaq satdığı köşkün içərisinə gələrək, hər ikisi əlləri ilə onun baş nahiyəsindən yumruq zərbələri ilə vuraraq onu döymüşlər. Lakin həmin vaxt o, qorxduğu üçün uca səslə çöldə olan kənd sakinlərini hadisənin baş verdiyi əraziyə gələrək onu Şahid5 və Şahid6 əllərindən almaları üçün qışqırmışdır. Ancaq həmin vaxt heç kim onun olduğu köşkə gəlməmişdir. Daha sonra Şahid5 onu pis küçə söyüşləri ilə təhqir etmişdir. Sonradan adını bilmədiyi kənd sakinlərindən biri Şahid5 onun yanından aralaşdırıb aparmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, taksi fəaliyyəti ilə məşğul olmaq üçün yaşadıqları Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısına gedir. Təqsirləndirilən şəxs da onun kimi həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olur. Lakin Təqsirləndirilən şəxs onun həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmağına öz narazılığını bildirərək, ona müştəri qəbul etməkdə maneə olur. Bu səbəbdən də 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında ona yaxınlaşaraq onu pis küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs təhqir edici sözlər işlətməsinə son qoymasını xahiş edərək, ona ətrafda kənd sakinlərinin olmasını demişdir. Ancaq həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əli ilə onun sağ sifət nahiyəsindən bir dəfə və ayağı ilə sol və sağ qılçalarından vuraraq ona xəsarət yetirmişdir. Daha sonra ətrafda olan kənd sakinləri ona yaxınlaşaraq onu Təqsirləndirilən şəxs əlindən alaraq yaşadığı evə aparmışlar. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə təxminən 10- 15 dəqiqə davam etmiş, mübahisə zamanı orada adlarını xatırlamadığı kənd sakinləri olmuşdur. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir səbəb göstərmədən nalayiq ifadələr işlədib təhqir edən zaman onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə şilə zərbəsi ilə vurub onu yerə yıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ ayağından təpik zərbəsi ilə vurmuşdur. Təxminən 3-5 dəqiqə sonra hadisənin baş verdiyi əraziyə Zərərçəkmiş şəxs qardaşları Şahid5 və Şahid6 gəlmişlər. Şahid5 Təqsirləndirilən şəxs məxsus yanacaq satdığı köşkün içərisinə daxil olaraq qardaşı Zərərçəkmiş şəxs birinci qrup əlil olmasını deyərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına iradını bildirən zaman onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid5 təhqir edici ifadələr işlətmişdir. Həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs əli ilə itələyərək, ayağı ilə təpik zərbəsi ilə vurmuşdur. Həmin vaxtı kənd sakini Şahid4 Şahid5 tutub Təqsirləndirilən şəxs aralamışdır. Ancaq həmin vaxt Şahid6 Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, tanışı Şahid3 ilə birlikdə Şəmkir rayon ərazisində yerləşən avtomobil təmir etmə məntəqəsində olan zaman oğlu Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında döyməsini bildirmişdir. Bu səbəbdən də o, Şahid3 ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısına gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Şahid5 və Şahid6 də hadisənin baş verdiyi əraziyə onlarla eyni vaxtda gəlmişlər. Şahid5 Təqsirləndirilən şəxs yancaq satdığı köşkün içərisinə daxil olub ona qardaşı Zərərçəkmiş şəxs vurmasına iradını bildirən zaman onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid5 təhqir edici ifadələr işlətmiş, bu səbəbdən də Şahid5 Təqsirləndirilən şəxs əli ilə itələyərək, ayağı ilə təpik zərbəsi ilə vurmuşdur. Ancaq həmin vaxt Şahid6 Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid6 onun qardaşları, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Qardaşı Zərərçəkmiş şəxs 1-ci qurup əlildir. 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istilikxanada işləyən zaman həmkəndlisi Şahid4 ona mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında döyməsini demişdir. Bu səbəbdən də o, Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısına gəlmişdir. Həmin vaxt qardaşı Şahid6 də onunla eyni vaxtda hadisənin baş verdiyi əraziyə gəlmişdir. O, həmkəndlisi Təqsirləndirilən şəxs yancaq satdığı köşkün içərisinə daxil olub ona qardaşı Zərərçəkmiş şəxs vurmasına iradını bildirən zaman Təqsirləndirilən şəxs onu pis küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əli ilə Təqsirləndirilən şəxs ondan uzaqlaşması üçün əli ilə itələmiş, lakin Təqsirləndirilən şəxs ondan uzaqlaşmamış, əksinə onun üzərinə gələn zaman o, əsəbi olduğu üçün təpik zərbəsi ilə Təqsirləndirilən şəxs sağ ayağından vurmuşdur. Ancaq həmin vaxt qardaşı Şahid6 Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 və Şahid7 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi özünə məxsus çayxanada işləyir. İfadə verməyinin səbəbi ona tam aydındır. Zərərçəkmiş şəxs, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir səbəb göstərmədən nalayiq ifadələr işlədib təhqir edən zaman onlar arasında mübahisələri baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə şilə zərbəsi ilə vurub onu yerə yıxmışdır. Daha sonra o, mobil telefon vasitəsi ilə atası Şahid4 zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 3-5 dəqiqə sonra hadisənin baş verdiyi əraziyə onun atası Şahid4 və tanışı Şahid3 gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşları Şahid5 və Şahid6 də hadisənin baş verdiyi əraziyə gəlmişlər. Şahid5 Təqsirləndirilən şəxs məxsus yanacaq satdığı köşkün içərisinə daxil olaraq qardaşı Zərərçəkmiş şəxs birinci qrup əlil olmasını deyərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına iradını bildirən zaman onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid5 təhqir edici ifadələr işlətmişdir. Həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs əli ilə itələyərək, ayağı ilə təpik zərbəsi ilə vurmuşdur. Onun atası Şahid4 Şahid5 tutub Təqsirləndirilən şəxs aralaşdırmışdır. Ancaq həmin vaxt Şahid6 Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Şahid1 verilən sualları cavablandırarkən, 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında dava-dalaş hadisəsi baş verərəkən yanlarında adlarını xatırlamadığı kənd sakinləri olmasını, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş dava-dalaş hadisəsi təxminən 10-15 dəqiqə davam etməsini bildirmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. 05 yanvar 2024-cü il tarixdə yaşadıqları kəndin mərkəzində yerləşən Şəmkir rayonu, Təzəkənd kənd tam orta məktəbin qarşısında olan zaman adlarını xatırlamadığı kənd sakinləri ona atası Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında taksi sürücülərinin ünvanına təhqir edici ifadələr işlətməsini bildirmişlər. Bu səbəbdən də o, həmin tarixdə yaşadıqları ünvana gedən zaman atası Təqsirləndirilən şəxs kənd sakinlərinin onun haqqında təhqir edici ifadələr işlətməsi ilə bağlı danışmalarını bildirmişdir. Lakin atası Təqsirləndirilən şəxs onun barəsində deyilənlərin şər-böhtan olmasını bildirərək, taksi sürücülərinin ünvanın heç bir təhqir edici ifadələr işlətməməsini ona demişdir. Sonradan ona məlum olmuşdur ki, 06 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində atası Təqsirləndirilən şəxs Şəmkir rayonu, Təzəkənd kəndinin mərkəzində yerləşən “AL” marketin qarşısında toplaşan taksi sürücülərinin yanında onun adınan yalan şayələr yayan şəxsin ünvanına təhqir edici ifadələr işlətmişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs yaxınlaşaraq təhqir edici ifadələr işlətməsinə son qoymasını xahiş etmişdir. Lakin atası Təqsirləndirilən şəxs isə onun adınan yalan şayələr yayan adamı nəzərdə tutub təhqir edici ifadələr işlətməsini demişdir. Həmin vaxt atası Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs aralarında mübahisələri baş vermiş, mübahisə zamanı atası Təqsirləndirilən şəxs əsəbi olduğu üçün Zərərçəkmiş şəxs boyun hissəsindən bir dəfə əli ilə vuraraq onu yerə yıxmışdır. Sonradan Zərərçəkmiş şəxs qardaşları Şahid5 və Şahid6 atası X4 rayonu, Təzəkənd kəndi ərazisində yerləşən köşkün içərisində təpik və yumruq zərbələri döymüşlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2024–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, “AL” marketin qarşıdan hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirdiyi yeri görsətmiş, fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 10 yanvar 2024–cü il tarixli 22 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ almacıq nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması və sağ budun orta üçdə birinin ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 3-5 gün əvvələ uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ almacıq nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ budun orta üçdə birinin ön səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs X2 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə düzgün tövsif olunmuşdur Cinayət işinin materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə Beyin infaktı səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 106–1.1–ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106–1.4–cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM–nin 106–1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə bildiriş təqdim etmiş və həmin bildirişdə CPM–nin 106–1 maddəsinin tələbləri izah edilmişdir. Lakin Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ölmüş şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə hər hansı yazılı münasibət, o cümlədən ərizə daxil olmamış, bu səbəbdən məhkəmə müdafiəçinin razılığı ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini məqsədə müvafiq hesab etmişdir. Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs vəfat etdiyindən onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1–ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ölmüş şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olması barədə məhkəməyə hər hansı ərizə daxil olmadığından, eləcə də, müdafiəçinin razılığı olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.5–ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-118/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-118/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver