Məhkəmə qərarları › İş №1(076)-118/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-118/2025

23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-118/2025 23.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metamfetamini, satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Dəllər qəsəbəsinə daşımış, 13 avqust 2024-cü il tarixdə həmin pisixotrop vasitənin bir hissəsini qazanc əldə etmək məqsədilə bir ədəd şəffaf polietilen kəsiyi bükümündə Şəmkir rayonu, Dəllər qəsəbəsində tanışı Şahid7 20 (iyirmi) manat pulun qarşılığında satmış, 15 avqust 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid7 Şəmkir rayonu, Sabirkənd ərazisində idarə etdiyi VAZ 21011 markalı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə Təqsirləndirilən şəxs aldığı 0,824 qram, xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 avqust 2024-cü il tarixdə saat 19:30-da Əliyev X6 rayonu Dəllər qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, Şahid7 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan 0,804 qram, xeyli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. 19 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu Şəmkir Rayon Polis Şöbəsinin inzibatı binasına, Şahid2 xidməti otağına aparmışlar. Şahid2 onu müstəntiqin xidməti otağına apararaq ona müstəntiq ne desə onunla razılaşmağını bildirmiş, ona prokurorun yanına aparılan zaman həmin narkotik vasitəni qəbul edərək ona aid olduğunu və Şahid7 satmağını etiraf edəcəyi təqdirdə 48 saat sonra azadlığa buraxılacağını demiş, o da Vüqar Qarayelə razılaşmış və müstəntiqin dediklərini qəbul etmişdir. O, təzyiq altında olduğu üçün Şahid2 dediklərini qəbul eləmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasa da, təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı üzərindən götürülən metamfetaminin özünə məxsus olmasını və Şahid7 metamfetamin satmasını bildirmişdir. Əslində onun üzərində metamfetamin olmamış və Şahid7 metamfetamin satmamışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 avqust 2024-cü il tarixdə Şəmkir rayon sakini Şahid7 üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, CAB-nin rəisi Şahid2, əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və özü Şahid7 saxlamaq üçün Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Xətainin idarə etdiyi VAZ 21011 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini saxladıb özlərini təqdim etdikdən sonra üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu izah etdikdən sonra avtomobillə birlikdə saat 13:20 radələrində Şəmkir RPŞ-nə aparmışlar. Polis şöbəsində Şahid7 təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, müdafiəçsinin də iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Şahid7 üzərində axtarış aparılmış, əvvəlcə Şahid7 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Şahid7 əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli sellofon bükümü təqdim etmiş, metamfetamin olmasını və Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə 20 maant müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 15 avqust 2024-cü il tarixdə Şahid7 üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi barədə Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, onlar Şəmkir rayonu Sabirkənd kəndi ərazisində Şahid7 idarə etdiyi VAZ 21011 markalı avtomobili saxladıb özlərini təqdim etmiş, onu Şəmkir RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçının otağında Şahid7 üzərində müdafiəçsinin də iştirakı ilə videçəkilişlə şəxsi axtarış aparılmış, Şahid7 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Şahid7 əynində olan şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli sellofon bükümü təqdim etmiş, metamfetamin olduğunu və metamfetamini Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə 20 maant müqabilində aldığını bildirmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs öz xidməti otağına aparmamış, ona təzyiq göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin baş əməliiya müvəkkili vəzifəsində işləyir. 15 avqust 2024-cü il tarixdə Şəmkir rayon sakini Şahid7 üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, onlar həmin gün Şəmkir rayonu Sabirkənd kəndi ərazisində Şahid7 idarə etdiyi VAZ 21011 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini saxladıb özlərini təqdim etdikdən sonra avtomobillə birlikdə Şəmkir RPŞ-nə aparmışlar. Orada Xətai müdafiəçi ilə təmin edilmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Xətainin üzərində şəxsi axtarış aparılmış, Şahid7 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Şahid7 əynindəki şalvarın sağ cibindən 01 ədəd bükümü təqdim etmiş, içərisində metamfetamin olduğunu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə 20 manata aldığını bildirmişdir. Şahid7 idarə etdiyi VAZ 21011 markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predment aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 avqust 2024-cü il tarixdə Şəmkir rayon sakini Şahid7 üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün onlar Şahid7 Şəmkir rayonu Sabirkənd kənd ərazisində idarə etdiyi VAZ 21011 markalı avtomobilində saxladıb Şəmkir RPŞ-nə aparmışlar. Polis şöbəsində Xətai müdafiəçi ilə təmin edilmiş, müdafiəsinin də iştirakı ilə videoçəkilişlə Xətainin üzərində şəxsi axtarış aparılarkən Xətai cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş, bükümün içərisində metamfetamin olmasını, Təqsirləndirilən şəxs 20 manat pul verib almasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Zülfüqar oğlu ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin PPXB-nun polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. 15 avqust 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona adının sonradan Şahid7 olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. Təhqiqatçının otağında müdafiəçisinin də iştirakı ilə Şahid7 üzərində videoçəkilişlə axtarış aparılmış, Şahid7 cibindən 1 ədəd büküm təqdim etmiş, içərisində metamfetamin olduğunu, metamfetamini Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə 20 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa, 19 avqust 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. Təhqiqatçının otağında müdafiəçsinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs cibindən çıxarıb 01 ədəd sellefon paketi təqdim etmiş, içərisində metamfetamin olduğunu, onu avqust ayının əvvəllərində Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən avtobus dayanacağından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində gösətmişdir ki, Şahid7 həmyerli kimi tanıyır, onunla münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Tutulmamışdan təxminən 4-5 gün əvvəl Şahid7 ona yaxınlaşaraq bildirmişdir ki, metamfetaminin lazım olduğunu bildirmişdir. O, da Xətaiyə 1 büküm psixotrop maddə hesab olunan metamfetamini sata biləcəyini bildirmişdir. Xətai Zamananovdan 1 büküm psixotrop maddə hesab olunan metamfetamini ona satmaq üçün 20 manata razılaşmışlar. Şahid7 20 manat pul aldıqdan sonra o, metamfetamini ona satıb yaşadığı ünvana getmişdir. Sonra isə o, eşitmişdir ki, Şahid7 narkotik vasitə saxladığı üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. xx.xx.2024-cü il tarixdə o, Şəmkir rayonu, Dəllər qəsəbəsində hərəkətdə olan zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə avtomobilə oturub polis şöbəsinə gəlmişdir. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi tutmaq hüququ ona izah edilmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Orada ondan üzərirdə qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibində 1 ədəd kiçik həcmli şəffaf sellofan paketi stolun üzərinə qoymuşdur. Həmin sellofan paketin icərisinə baxan zaman icərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. O, həmin psixotrop maddəni təxminən 10 gün əvvəl Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən avtobus dayanacağının yaxınlığından tapmışdır.. Üzərindən aşkar edilmiş metamfetani Şahid7 satdıqdan sonra qalan hissəsini istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 15 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Sabirkən kəndində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Şəmkir rayon Polis Şöbəsinin inzibatı binasına gətirmişlər. tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu Şəmkir Rayon Polis Şöbəsinin inzibatı binasına gətirərək, Şahid2 xidməti otağına aparmışlar. Şahid2 otağında psixotrop maddə metanfetamin onun üzərinə yerləşdirilmiş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almasını, əks təqdirdə ona ağır maddə ilə ittiham veriləcəyini bildirmişdir. O, həmin vaxt məcbur olub Şahid2 tərəfindən təqdim olunmuş metamfetamini qəbul etmiş və Təqsirləndirilən şəxs almasını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmış və Şahid2 tərəfindən ona təqdim olunmuş narkotik vasitə olan metamfetamin aşkar edilmişdir. O, həmin vaxt məcbur olub cinayət əməli törətməsini etiraf etmiş, bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmuş və o, təzyiq altında olduğundan üzərində şəxsi axtarış aparılan zaman və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar edilərək götürülən narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, Şahid2 xidməti otağında onun üzərinə yerləşdirilmişdir. Həmçinin, Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında olan ziddiyyətli məqamlar araşdırılarkən bildirmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmuşdur və təzyiq altında olduğundan o, 11 avqust 2024-cü il tarixdə saat 13 radələrində özünə məxsus “VAZ 21011” markalı avtomobilimlə evə qayıdan zaman Dəllər qəsəbəsində yaşayan Mürvət adlı şəxsin istifadəsində olan axırıncı rəqəmləri 11-89 saylı mobil nömrəsinin “WhatsApp”-na özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” nömrəsi ilə zəng edib onunla hal əhval etdikdən sonra ona bədənində ağrılar olduğu üçün ona psixotrop maddə metanfetamin özündə varsa ona satmasını bildirmişdir. O, Mürvətin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul oduğunu əvvəlcədən bilirdi. Mürvət ona telefonda özündə hazırda metanfetamin olmadığını, lakin bir neçə saatdan sonra hazır edə biləcəyini bildirmişdir. O, Mürvətə gözləyəcəyini, mütləq onunla əlaqə saxlamasını demişdir. O, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evinə getmiş, gunorta yeməyini yeyib işə geri qayıdan zaman Mürvət həmin saylı mobil nömrənin “WhatsApp” ilə qeyd etdiyi mobil nömrənin “WhatsApp”-na zəng edərək metamfetamin tapdığını bildirmiş, Mürvətlə “WhatsApp” sosial şəbəkəsində danışaraq psixotrop maddə metanfetamini necə götürəcəyini və 20 manat pulu necə verəcəyini soruşanda onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmin “WhatsApp”-na plastik kart göndərəcəyini, həmin karta 20 manatı yükləyəcəyini, özü Dəllər qəsəbəsi ərazisində yerləşən Sementbeton zavodunun yaxınlğında metamfetamini ağ kağızın içərisində qoyacağını bildirmişdir. O da razılaşmış və Mürvətin ona atdığı plastik karta 20 manat pulu Şəmkir rayonu ərazisində yadında qalmayan mağazadan yükləmiş və Dəllər qəsəbəsində yerləşən sementbeton zavodunun yaxınlığına getmiş, Mürvətə zəng etmiş, Mürvət zavodun yaxınlığında ağac olduğunu və metamfetminin ağacaın alt hissəsində olduğunu bildirmişdir. O, metamfetamini oradan götürmüş, özünə məxsus “VAZ 21011” markalı avtomobilə əyləşmiş, heç kəsin olmadığına əmin olduqdan sonra falqanın üzrəinə metamfetaminin bir hissəsini töküb yandırmış, tüstüsünü içinə çəkməyə başlamışdır. Təxminən 10 dəqiqə metamfetamini istifadə edib sonra iş yerinə getmiş, qalan metamfetamini şalvarının cibinə qoymuşdur. O, 15 avqust 2024-cü il tarixdə özünə məxsus “VAZ 21011” markalı avtomobili ilə Sabirkənd ərazisində evə gedən zaman polis əməkdaşları onu saxladıb özlərini təqdim edərək üzərinə və avtomobilində narkotik vasitə, psixotrop maddə saxlamağında şübhəli oluğunu bildirib onlarla birlikdə Şəmkir RPŞ-nə getməyi bildirmişlər, o da etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasında ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə üzərində videogörüntü vasitəsi ilə şəxsi axtraış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə və psixotrop maddə olub olmaması soruşulmuş, o, əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofanda metamfetamini polis əməkdaşlarına təqdim etmiş, deyə bildirərək ifadə vermişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Onun narkotik vasitə qəbul etməsini, gəzdirməsini görməmiş və eşitməmiş, Şahid7 mobil telefonla zəng vuraraq nə baş verməsini soruşanda Xətai ona onun polis şöbəsində döyüldüyünü və məcbur qalib həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsini demişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 05 noyabr 2024–cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Şahid7 psixotrop maddə metamfetamin satan şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 19:45-də şübhəli şəxs olaraq tutulmuşdur. “Şəxsi axtarış aparılması barədə” 19 avqust 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kiçik həcimli şəffaf sellofan bükümündə, tərkibində narkotik maddələr olan ümumi çəkisi 1,02 qram metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2024–cü il tarixli 16/870 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofon kəsiyi bükümdə təmiz çəkisi 0,804 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “ yazılar və imzalar olan kağız paketdəki, metamfetamin ilə üzərində , “Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofonda bükülmüş kütlə, Şübhəli şəxs Şahid7..” yazılar və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Xətai Zmanova satdığı psixotrop maddə hesab olunan metamfetamini Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən avtobus dayanacağının yaşınlığından tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 19 avqust 2024-cü il tarixdən hesablanmışdır. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 16 oktyabr 2024–cü il tarixli, 1697 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixiotrop maddələrdən istifadə edir. Psoxotrop maddə olan metamfetamindən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 21 avqust 2024-cü il tarixli 795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Əliyev X6 Rayon Poliklinikasında psixiatrik, dəri-zöhrəvi və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025–ci il tarixli, 1(100)–130/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi 11 ay 28 gün həbsdə və ev dustağlığında saxlandığı müddət, ona təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 06 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şahid7 Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə müraciəti əsasında Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılmış və material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 026197 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs anası X8 müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X4 tərəfindən 14 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə (müharibə veteranı) 80 (səksən) manat məbləğində Prezident təqaüdü alır. Təqaüdün müddəti: Müddətsizdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini bildirsə də, iş üzrə şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman, eləcədə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 avqust 2024–cü il tarixdə saxlanılmış, xx.xx.2024–cü il tarixdə isə işin istintaqını aparan müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt təqsirləndirilən şəxs sərbəst şəkildə ifadə verərək narkotik vasitəni tapdığı yeri göstərmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz şahidlərin ifadələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və anasının müharibə veteranı olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər hallarnı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək cəzanı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ona hazırki hökmlə qəti olaraq təyin edilmiş cəzadan, onun əvvəlki cinayət işi üzrə həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 ay 28 gün müddət çıxılmalı, o, cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, 0,754 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd DVD-R disk cinayət işinin materiallarna əlavə edilib orada saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan olan 32,4 manat məbləğində pul ondan tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 1(100)-130/25 saylı hökmü ilə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə qəti olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından, onun əvvəlki cinayət işi üzrə həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün çıxılaraq onun üzərində 03 (üç) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, 0,754 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd DVD-R disk cinayət işinin materiallarna əlavə edilib orada saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar