Məhkəmə qərarları › İş №1(076)-119/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-119/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-119/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şəmkir şəhəri, Natavan küçəsi, ev 93 ünvanında qeydiyatda olan və ünvan 1 xx.xx.2024-cü il tarixdə tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən, 01 ədəd sellofan bükümdə olan 01 ədəd ağ kağız bükümdə 7,48 qram çəkidə və 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə 6,36 qram çəkidə, ümumilikdə 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 may 2024cü il tarixdə Şəmkir şəhəri, M.F.Axundov küçəsində tanışı Şahid7 bəxşiş kimi vermiş, həmin tarixdə saat 21:30 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid7 Şəmkir şəhəri, R.Rəhimov küçəsində narkotik v asitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs bəxşiş kimi götürdüyü 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ittiham üzrə deyil, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 təmiri ilə məşğuldur. Şahid7 təxminən 15 ildir ki, tanıyır. Onunla arasında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təxminən 5 ay bundan əvvəl o, Rusiya Federasiyasından gələn zaman özü ilə narkotik vasitə olan marixuana bitkisinin 01 ədəd toxumunu gətirmişdir. O, həmin toxumu təxminən 3 ay əvvəl yaşadığı evin həyətində dibçəyə əkmişdir. O dibçəyi evin zirzəmisində gizlətmiş və tez-tez günəş işığı alması üçün bitkini məhləyə çıxarmışdır. Həmin toxum karlik növünə aid olmuş və təxminən 45 günə yetişmişdir. O, həmin narkotik tərkibli bitkini öz istifadəsi üçün əkmişdir. Ona görə də, bitki yetişəndən sonra onun yarpaqlarını yığaraq qurutmuşdur. O, həmin qutuduğu narkotik tərkibli bitkidən, yəni marixuanadan indiyə qədər iki dəfə istifadə etmişdir. O, həmçinin 30 aprel 2024-cü il tarixdə yaşadığı küçədə gecə saatlarında Şahid7 ilə birlikdə marixuanadan istifadə etmişdir. Onlar həmçinin bir neçə dəfə əvvəllərdə narkotik maddə olan marixuananı birgə istifadə etmişlər, Şahid7 xəstədir, spirtli içkidə içmir. xx.xx.2024-cü il tarixdə İlqarın ağrıları olduğu üçün, həmin gün onunla birgə narkotik vasitə istifadə edəndən sonra, qalıq qalmış marixuananı İlqarın xahişi ilə istifadə etmək üçün sonuncuya vermişdir. Belə ki, Şahid7 dialez xəstəsi olmuş, böyrək ağrılarından əziyyət çəkmişdir. Lakin Şahid7 verdiyi narkotik vasitə üçün ondan heç bir məbləğdə pul almamış, həmin narkotik vasitəni tamamilə heç bir maddi qarşılıq güdmədən İlqar ağrıdığına görə ona vermişdir. Bundan başqa, o heç vaxt heç kimə narkotik maddə satmamışdır. Onun niyəti hər hansı bir narkotik vasitə satmaqla gəlir əldə etmə olmayıb sadəcə birgə istifadədən sonra qalıq qalmış marixuananı Şahid7 sonuncunun ağrıları olduğuna görə vermişdir. Əkdiyi kolu məhv etmişdir, Şahid7 başqa heç kimə narkotik vasitə verməmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. İstintaq zamanı marixuananı Şahid7 satmasını bildirməmişdir, belə ki, polis şöbəsində birinci dəfədir ki olmuşdur, buna görə də, ifadəsini oxumamış, ona təqdim edilən bütün sənədlərə oxumadan qol çəkmişdir, belə ki, latın qrafikasını ümumiyyətlə başa düşmür. Polis şöbəsində üzərində axtarış keçirilərkən, 04 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq əskinazlar aşkar edilmişdir, həmin pullar özünə məxsusdur, belə ki, o özü telefon ustasıdır, adətən günlük gəliri olur və həmin pulu telefon təmirindən qazanmışdır. Hazırda əməlindən peşmandır, himayəsində 3 uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məğul olur. 1-ci qrup əlildir. Təxminən 4 ilə yaxındır ki, narkotik vasitə olan marixuana istifadə edir. Böyrək xəstəsidir, arabir ağrıları olur. Əvvəllər narkotik vasitə saxlamağa görə məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində o, Şəmkir şəhəri, R.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında küçədə ona məxsus VAZ 21154 markalı, ** CA *** d.q.n. avtomobil ilə hərəkətdə olan zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu idarə etdiyi avtomobil ilə birlikdə Şəmkir RPŞ-nə dəvət etmişlər. O da, onlarla Şəmkir RPŞnə getmişdir. Sonra ona vəkil təyin olunmuş və o, şübhəli kimi tutulduqdan sonra üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümdə olan marixuananı, 10 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinasını, həmçinin LD markalı siqaret qutusunu, bir ədəd yaşıl rəngli alışqanı, Samsung markalı sadə mobil telefonu və idarə etdiyi avtomobilin açarını çıxarıb polis əməkdaşlarna təqdim etmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 2 ədəd kağız büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisindən marixuana aşkar edilmişdir. İçərisində marixuana olan bükümlər elektron tərəzi ilə çəkilən zaman çəkiləri 7,50 qram və 8,57 qram təşkil etmişdir. Aşkar edilmiş marixuana ekspertiza üçün qablaşdırılmışdır. Həmçinin ona məxsus mobil telefonda iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra ona məxsus digər əşyalar özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, o da, protokola imza etmişdir. Bundan sonra idarə etdiyi avtomobilə də, baxış keçirilmiş və baxış zamanı avtomobilindən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. O, 4 ildir ki, narkotik vasitə qəbul edir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı o, xx.xx.2024cü il tarixdə saat təxminən 19 radələrində Şəmkir rayon sakini Təqsirləndirilən şəxs götürmüşdür. O, əvəllərdə Təqsirləndirilən şəxsla birgə narkotik vasitə olan marixuana istifadə etmiş, lakin heç vaxt Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Dialez xəstəsi olduğu üçün bədənində olan ağrılardan əziyyət çəkir, sonuncu dəfə 01 may tarixində belə ağrıları olduğu zaman, Təqsirləndirilən şəxsla birgə narkotik vasitə olan marixuana istifadə etmiş, qutardıqdan sonra, marixuana kütləsindən qalıq qaldığını görüb, Pərvizdən narkotik vasitənin qalan hissəni ona verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona yaxşılıq etmək niyyəti ilə artıq qalmış narkotik vasitəni ona vermişdir. İstintaq zamanı verdiyi ifadəsini oxumamış, oxumağı və yazmağı bilmir, birinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsi səbəbindən qorxmuş və ona təqdim edilən bütün sənədlərə oxumadan qol çəkmişdir. Pərvizə narkotik vasitəyə görə 50 manat pul verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Şahid7 xidməti işi ilə əlaqədar tanıyır. 01 may 2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid7 qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid7 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 6 ünvanına gedilərək Şahid7 onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Orxan Bayramov tərəfindən çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Sonradan onlara şəxsi axtarış zamanı Şahid7 üzərindən 02 ədəd bükümdə 7,50 qram və 8,57 qram çəkidə narkotik vasitə maruxiana aşkar edilərək götürülməsi məlum olmuşdur. O, Şahid7 üzərinə axtarış aparılması zamanı iştirak etməmişdir, sadəcə olaraq Şahid7 idarəyə gətirilməsində iştirak etmişdir. Sonradan idarədə gedən söhbətlərdən eşitmişdir ki, Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitəni Pərviz adlı şəxsdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində isə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 may 2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid7 qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid7 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, CABnin əməliyyat müvəkkili, Şahid1 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 6 ünvanına gedilərək Şahid7 onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir.O, Şahid7 üzərinə şəxsi axtarış aparılması zamanı iştirak etməmişdir, sadəcə olaraq Şahid7 idarəyə gətirilməsində iştirak etmişdir. Şahid7 Təqsirləndirilən şəxs hər hansı pul müqabilində narkotik vasitə almasının şəxsən şahidi olmamışdır. Şahid7 həmin narkotik vasitəni haradan əldə etməsi barədə dəqiq məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin PPX əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Şahid7 əvvəllər tanımayıb, onunla nə də ailə üzvləri ilə arasında hər hansı ədavət, düşmənçilik nə də qohumluq əlaqəsi olmamışdır. 01 may 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Şahid7 olmasını bildiyi şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğundan Şəmkir RPŞ-nə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməsini bildirmişlər. O da, rəhbərliyin göstərişi ilə təhqiqatçı Orxan Bayramovun xidməti otağına getmişdir. Orada Şahid7 təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Şahid7 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Həsənov Elçin Vaqif dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə Şahid7 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Şahid7 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Bu zaman Şahid7 əynindəki göy rəngli cins şalvarın cibindən iki ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həqiqətən də həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin zaman Şahid7 narkotik maddəni haradan əldə etməsi barədə nə deməsi yadında deyildir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 İmran oğlu ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin PPX əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla nə də ailə üzvləri ilə arasında hər hansı ədavət, düşmənçilik nə də qohumluq əlaqəsi olmamışdır. 06 may 2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin narkotik vasitə satmaqda şübhəli olduğundan Şəmkir RPŞ-nə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da, iştirak etməsini bildirmişlər. O da, rəhbərliyin göstərişi ilə müstəntiq Elçin Mütəllimovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs müstəntiq tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol iç yan cibindən 01 ədəd üzərinə “LD” sözləri yazılmış ağ rəngli siqaret qutusunu, 01 ədəd üzərinə “LD” sözləri yazılmış qara rəngli siqaret qutusunu, özünə məxsus şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportunu və 04 ədəd bir manatlıq və 01 ədəd 5 manatlıq pul əskinaslarını təqdim etdmişdir. Daha sonra siqaret qutuları açılan zaman içərlərində siqaret dənələri aşkar olundmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Şəmkir şəhəri, M.F.Axundov küçəsində Şahid7 50 manat müqabilində narkotik vasitə olan marixuana satmasını və üzərində aşkar edilmiş 9 manat pulun həmin puldan qalıq qalmasını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş A26771111, A13000985, A71144608, A13121732 və AB31660722 nömrəli pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid7 narkotik satıb-satmamsı ilə bağlı məlumat verməsi yadında deyil. Məhkəməyə çağırılmasına baxmayaraq,şahidlər Şahid2 və Şahid4 məhkəmədə iştirakı təmin edilməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında Şahid2 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid2 həmin ifadəsinə əsasən o, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Şahid7 xidməti işi ilə əlaqədar tanıyır. 01 may 2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid7 qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid7 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid4, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və X2 ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 6 ünvanına gedilərək Şahid7 onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Orxan Bayramov tərəfindən çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Sonradan onlara şəxsi axtarış zamanı Şahid7 üzərindən 02 ədəd bükümdə 7,50 qram və 8,57 qram çəkidə narkotik vasitə maruxiana aşkar edilərək götürülməsi məlum olmuşdur. Şahid7 narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs alması bildirdi. Həmçinin ona məxsus avtomobilə də baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.(İ cild, i.v.177-178). Şahid4 həmin ifadəsinə əsasən o, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayon sakini Şahid7 xidməti işi ilə əlaqədar tanıyır. 01 may 2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid7 qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlanması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid7 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında qəbul edilmiş qərara əsasən Vüqar Qurbanovun rəhbərliyi ilə ondan və rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və X2 ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu ünvan 6 ünvanına gedilərək Şahid7 onlar tərəfindən saxlanılıb, idarə etdiyi “Vaz 21015” markalı **-CA-*** d.q.n. avtomobil ilə birlikdə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı Orxan Bayramov tərəfindən çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Sonradan onlara şəxsi axtarış zamanı Şahid7 üzərindən 02 ədəd bükümdə 7,50 qram və 8,57 qram çəkidə narkotik vasitə maruxiana aşkar edilərək götürülməsi məlum olmuşdur. Şahid7 narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs alması bildirdi. Həmçinin ona məxsus avtomobilə də baxış keçirilmiş və baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.(İ cild, i.v.173-175). İş materiallarında olan: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid7 üzərində və idarə etdiyi VAZ-21015 markalı, ** CA *** d.q.n avtomobildə narkotk vasitə, psixotrop maddə, həmçinin, qanunla əldə olunması, daşınması və saxlanması qadağan olunan, eləcə də, iş üzrə əhəmiyət kəsb edən əşyanın olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun üzərində şəxsi axtarış aparılması və idarə etdiyi VAZ-21015 markalı, ** CA *** d.q.n avtomobilə baxış keçirilməsindən ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, fotoşəkillərdən və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Şahid7 üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın cibindən iki ədəd bükümdə, 8.57 qram və 7.50 qram çəkidə olan marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Bundan başqa aşkar edilmiş bir ədəd LD markalı siqaret qutusu, bir ədəd yaşıl rəngli alışqan, bir ədəd Samsung markalı mobil telefon, 10 ədəd 1 manatlıq və 2 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq pul əskinazları əhəməiyyət kəsb etmədiyindən Şahid7 özünə qaytarılmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, fotoşəkillərdən və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, VAZ-21015 markalı, ** CA *** d.q.n avtomobilə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 02 may 2024-cü il tarixli 16/506 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs üzərində aşkar olunmuş marixuanaya bənzər kütlə” yazısı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan, 1(bir) ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 7.48 qram, 6.36 qram ümumi təmiz çəkisi 13.84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və tərkiblərinə görə eynidir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2024-cü il tarixdə, saat 20:40-da şübhəli şəxs olaraq tutulmuşdur. “Şəxsi axtarış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol iç yan cibindən 01 ədəd üzərinə "LD" sözləri yazılmış ağ rəngli siqaret qutusu, 01 ədəd üzərinə "LD" sözləri yazılmış qara rəngli siqaret qutusu, özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu və 04 ədəd bir manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı Şəmkir şəhəri, M.F.Axundov küçəsində Şahid7 50 manat müqabilində narkotik vasitə olan marixuana satmasını və üzərindən aşkar edilmiş 9 manat pulun həmin puldan qalıq qalmasını bildirmişdir. Aşkar edilmiş A26771111, A13000985, A71144608, A13121732 və AB31660722 nömrəli pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” və “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir MSY-dən azad edilmiş və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Şahid7 narkotik vasitə olan marixuana satan Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizlənməsinə kifayət qədər əsaslar olduğundan barəsində axtarış elan olunmuşdur. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2024–cü il tarixli, 1950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir RİHB-nın şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yaşayır. Şəmkir RİHB-nın şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cü il təvəllüdlü Zenfira, xx.xx.2011-ci il təvəllüdlü Hüseyn, xx.xx.2015-ci il təvəllüdlü Zeynəb adlı olmaqla himayəsində üç azyaşlı uşağı var. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, M.F.Axundov küçəsi ünvanında 2024cü ilin mart ayında narkotik vasitə olan marixuna bitkisinin 01 ədəd toxumunu əkdiyi dibçəyi və həmin dibçəyi saxladığı evin zirzəmisini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid7 üzərinə şəxsi axtarış aparılan zaman şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, 06 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, o, şübhəli şəxs təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və üzləşdirmə zamanı aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyləri, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş A26771111, A13000985, A71144608, A13121732 və AB31660722 nömrəli pul əskinasları həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Şəmkir Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəmkir şəhəri, Natavan küçəsi, ev 93 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs polikilinikada psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmn Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri (şəxsi istehlak miqdarından artıq) xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən, 01 ədəd sellofan bükümdə olan 01 ədəd ağ kağız bükümdə 7,48 qram çəkidə və 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə 6,36 qram çəkidə, ümumilikdə 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 may 2024-cü il tarixdə Şəmkir şəhəri, M.F.Axundov küçəsində tanışı Şahid7 50 (əlli) manat pulun qarşılığında satmış, həmin tarixdə saat 21:30 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid7 Şəmkir şəhəri, R.Rəhimov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 50 (əlli) manat pulun qarşılığında almış olduğu 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilməlidir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 109-cu bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram olması, külli miqdarın aşağı həddinin 500 qram, xüsusilə külli miqdarın aşağı hədi 50 000 qram olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək onun üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edib saxladığı, bir hissəsini isə Şahid7 satdığı göstərilmişdir. İttihamın həmin hissədə təsdiqi kimi Şahid7 ifadəsi, Təqsirləndirilən şəxs narkotik vasitəni 50 manat qarşılığında satması ilə əsaslandırılmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş Şahid7 və Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, özü dialez xəstəsi olduğu, ağrılarını yüngülləşdirmək məqsədilə narkotik vasitə istifadə etmişdir, sonuncu dəfə 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla birgə narkotik vasitə istifadəsindən sonra, qalıq qalmış hissəsini ondan götürmüşdür. Bu zaman o Təqsirləndirilən şəxs xəstə olduğunu demiş, sonuncuda onun ağrılardan əziyyət çəkdiyini görüb, ona narkotik vasitə verməyə razılaşmışdır. O, narkotik vasitəyə görə Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir.Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır, Belə ki, verilmiş ittihamda tam olaraq Təqsirləndirilən şəxs Şahid7 narkotik vasitə satışı kimi qiymətləndirdikləri 50 manat pulu alması qeyd edilsə də, Təqsirləndirilən şəxs və Şahid7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ümumiyyətlə 50 manat pulun Təqsirləndirilən şəxs verilmədiyini, Təqsirləndirilən şəxs heç bir maddi və sair marağı olmadan, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması məqsədi olmadan narkotik vasitəni Şahid7 verməsini bildirmişlər. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Şahid7 narkotik vasitənin əvəzi olaraq 50 manat pul alması barədə hər hansı sübut əlavə olunmamış, ittihamın həmin hissəsi ilə bağlı araşdırma aparmaq zərurəti də görülməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni gəlir əldə etmək və ya sair məqsədi ilə əldə etməsini, narkotik maddəni Şahid7 əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə verməsini təsdiq edən heç bir başqa sübut da yoxdur. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi ittiham aktında qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər istər ibtidai istintaq dövründə istərsədə məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı digər şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı əməliyyat məlumatının olmadığını bildirmişlər. Məhkəmə xüsusi olaraq qeyd etməyi vacib hesab edir ki, şəxsin başqa şəxsin cinayət əməli törətməsi barədə şübhəli şəxs qismində verdiyi ifadə ilə müqayisədə şahid qismində verdiyi ifadə daha mötəbər qəbul edilməlidir. Belə ki, şəxs şübhəli şəxs statusunda olduqda ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilmə təhlükəsi qarşısında özünün məsuliyyətini yüngülləşdirmək üçün yalan ifadə verməsi də mümkün ehtimaldır. Şahid7 hazırkı iş üzrə ibtidai istintaq zamanı 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilmiş, protokoldan da göründüyü kimi ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməmişdir. Həmin gün ifadəsində üzərindən aşkar edilmiş narkotik maddəni Təqsirləndirilən şəxs 50 manat müqabilində almasını bildirsə də, məhkəmə istintaqı dövründə qeyd edilən narkotik vasitəni heç bir məbləğdə pul ödəmədən, xəstə olduğunu deyərək Təqsirləndirilən şəxs götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid3, Şahid5, Rzayev X5 Qurbanovun üzərindən aşkar edilmiş narkotik maddənin haradan əldə edilməsi barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Həmçinin, Şahid7 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6 İmran oğlu şübhəli şəxs Şahid7 üzərinə şəxsi axtarış keçirilməsi zamanı iştirak etməmişlər və bilavasitə şəxsin üzərindən narkotik vasitə aşkar edilməsinin şahidi olmamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş yalnız bir Şahid1 Şahid7 idarəyə gətirildikdən sonra onun üzərindən aşkar edilmiş narkotik maddəni Pəviz Məmmədovdan 50 manata almasını bildirsə də, həmin halın, yəni Təqsirləndirilən şəxs İlqar Qurvanova narkotik maddə satması halının şəxsən və ya birbaşa şahidi olmamış sadəcə sonradan belə bir məlumatı polis şöbəsində eşitmişdir. Bundan əlavə, 06 may 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən nə narkotik maddə, nə də ki, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet– tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək 50 manat məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Aşkar edilən 04 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq əskinaz isə Təqsirləndirilən şəxs telefon təmirindən qazandığı vəsait olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs ilə bağlı heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, sadəcə olaraq hadisənin təsadüfi axımı zəminində bu fakt aşkar olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024cü il tarixli “08” saylı qərarın 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop 2 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Lakin qeyd edilən Plenum Qərarı cinayət hadisəsinin törədilməsindən sonra qəbul edilmiş və qüvvəyə minmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, cinayət əməli 01 may 2024-cü il tarixdə törədilmiş, sözügedən Plenum Qərarı isə 14 iyun 2024-cü il tarixdə qəbul edilmişdir. Cinayət Məcəlləsinin 10-cu maddəsində cinayət qanununun zamana görə qüvvəsi müəyyən edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq narkotik vasitələri satma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə olan 01 ədəd ağ kağız bükümdə 7,48 qram çəkidə və 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə 6,36 qram çəkidə, ümumilikdə 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 may 2024-cü il tarixdə Şəmkir şəhəri, M.F.Axundov küçəsində tanışı Şahid7 bəxşiş kimi vermiş, həmin tarixdə saat 21:30 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid7 Şəmkir şəhəri, R.Rəhimov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs bəxşiş kimi götürdüyü 02 ədəd bükümdə 13,84 qram çəkidə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Şahid7 verdiyi və Şahid7 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 13,76 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs üç uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək şübhəli şəxs qismində, tutulduğu 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Şahid7 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 13.76 qram çəkidə narkotik vasitə olan marixunanın ********* saylı cinayət işi üzrə də, maddi sunut kimi tanınması və şəmkir RPŞ-də saxlanılması nəzərə alınmalıdır. Şahid7 üzərinə şəxsi axtarış aparılan zaman şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, 06 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, o, şübhəli şəxs təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və üzləşdirmə zamanı aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 32.40 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 991.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək şübhəli şəxs qismində, tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay 28 (iyirmi səkkiz ) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, Şahid7 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 13.76 qram çəkidə narkotik vasitə olan marixunanın ********* saylı cinayət işi üzrə də maddi subut kimi tanınması və Şəmkir RPŞ-də saxlanılması nəzərə alınsın. Şahid7 üzərinə şəxsi axtarış aparılan zaman şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, 06 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk, o, şübhəli şəxs təqsirləndirilən şəxs qismində dindirilərkən aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk və üzləşdirmə zamanı aparılmış video çəkilişinin yazıldığı 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60( altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar