Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-12/2024 15.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxxx 1988-ci il tarixdə Tovuz rayon, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunamamış, orta təhsilli, işsiz, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, Tovuz rayon, Əyyublu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə xx xxxxxx 1986-cı il tarixdə Tovuz rayonu Əyyublu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 04 oktyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax- Gürcüstan magistral yolunun Şəmkir rayonu, Düyərli kəndi ərazisindən keçən hissəsində idarə etdiyi Vaz 21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən ona yol verməsi üçün işarə etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgǝyaşayış qaydaları ilə bir araya sığmayan, beynəlxalq əhəmiyyətli yolda olan avtomobillərin hərəkətinə maneə yaradan, yoldan keçən şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək yolda hərəkətdə olan Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğlunun idarə etdiyi “Mersedes” markalı 31- NET-41 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək hərəkətini tam olaraq dayandırmış, bundan sonra silah qismində istifadə etdiyi balta ilə zərərçəkmiş Zərərçəkmiş şəxs Recep oğlunun sol əlin arxa səthinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonuncuya məxsus "Mersedes" markalı avtomobili sol yan pəncərəsini və Zərərçəkmiş şəxs məxsus "Samsung A7 2017" markalı mobil telefonunu balta ilə vurub sındırmaqla 500 manat məbləğində maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs2 isə "Mersedes" markalı avtomobilin qabaq nömrə nişanını və avtomobilin qabaq hissəsini əlləri və ayağı ilə vurmaqla xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 04 oktyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan magistral yolunun Şəmkir rayonu, Düyərli kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Şəmkir rayon istiqamətinə tərəf hərəkətdə olarkən ona yol verməsi üçün işarə etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgǝyaşayış qaydaları ilə bir araya sığmayan, beynəlxalq əhəmiyyətli magistral yolda olan avtomobillərin hərəkətinə maneə yaradan, yoldan keçən şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək magistral yol ilə hərəkətdə olan Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğlunun idarə etdiyi "Mersedes" markalı 31- NET-41 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək hərəkətini tam olaraq dayandırmış, bundan sonra qabaq nömrə nişanını və avtomobilin ön hissəsində olan dövlət qeydiyyat nişanını və avtomobilin qabaq hissəsini əlləri və ayağı ilə vuraraq dövlət qeydiyyat nişanını qəsdən zədələməklə və qabaq ön plastik hissəsini qəsdən məhv etməklə Zərərçəkmiş şəxs 50 manat məbləğində maddi ziyan vurmuş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması, habelə onun əmlakını onun əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi balta ilə zərərçəkmiş Zərərçəkmiş şəxs Recep oğlunun sol əlin arxa səthinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonuncuya məxsus "Mersedes” markalı avtomobili sol yan pəncərəsini və Zərərçəkmiş şəxs məxsus “Samsung A7 2017” markalı mobil telefonunu balta ilə sındırmaqla 500 manat məbləğində maddi ziyan vuraraq xuliqanlıq etmişlər. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsinə ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Tovuz rayonu, Əyyublu kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. O, sürücülük vəsiqəsi olmadan Qazax rayonunda olan adını xatırlamadığı şəxsə məxsus həmkəndlisi Elbəyidən aldığı Vaz 21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Onun və Elbəyinin həmin avtomobili idarə etməyə etibarnaməsi yoxdur. 04 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində tanışı Leysan ilə birlikdə Şəmkir rayonu, Zǝyǝm Cırdaxan kəndinə darvaza qoymağa getmişlər. O, Vaz 21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə darvazanı aparmışdır. Həmin yerdə işləmiş, çörək yeyəndə iki nəfərə yarım litrlik araq içmişlər. O, Leysanı yaşadığı Aşağı Ayıblı kəndinə aparmış, oradan özünün yaşadığı Əyyublu kəndinə gəlmişdir. Kənddə olanda tanışı Xəyal ilə qarşılaşmış və Xəyal ondan avtomobili ilə Şəmkir rayonu, Düyərli kəndinə getməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Tovuz rayonu, Əyyublu kəndindən Şəmkir rayonuna gedən yola çıxmışlar. Onlar yolda olanda Tovuz rayonu, Aşağı Ayıblı kəndi ərazisində olan radarın yanında Mersedes markalı yük avtomobili onlara çatmışdır. Həmin avtomobilin sürücüsü siqnal verərək yol verməyini tələb etmişdir. O, həmin avtomobilə yol vermək istəmiş və əli ilə işarə etmişdir ki, onu ötüb keçsin. Lakin sürücü onu keçməmiş və sinqal verməyə davam etmişdir. Buna görə o, əsəbiləşərək avtomobili onun qarşısında saxlamışdır. O, və Xəyal avtomobildən düşmüşlər. Xəyal yük avtomobilə yaxınlaşaraq nömrə nişanını vurub qopartmaq istəmişdir. O, da sürücü tərəfdən avtomobilə qalxaraq sürücüyə qapını açmasını və yerə düşməsini tələb etmişdir. Yük avtomobilinin sürücüsü avtomobili sürərək oradan uzaqlaşmışdır. O, və Xəyal idarə etdiyi avtomobilə minmiş və yük avtomobilinin arxası ilə getmişlər. O, yük avtomobilinə çatmış və yolda dayanması üçün onu yolu sağına tərəf sıxışdırmağa başlamışdır. Yük avtomobilinin sürücüsü məcbur qalıb avtomobili yolu sağ tərəfinə çəkmiş və yoldan çıxıb torpaq hissəsində avtomobili dayandırmışdır. O, və Xəyal avtomobildən düşmüşlər. Xəyal avtomobili aşağı hissəsini təpik və yumruqla vurur, avtomobilini nömrəsini çıxarmaq istəmişdir. O, da avtomobildən götürdüyü balta ilə sürücü tərəfə getmiş və yuxarı qalxaraq sürücüdən qapını açmasını tələb etmişdir. Sürücü qapını açmadığına görə o, qapını balta ilə vurub açmağa çalışmışdır. Lakin, qapını aça bilməmişdir. O, sonra balta ilə qapının şüşəsini vurub sındırmışdır. Sonra əsəbindən sürücünü vurmuş və sürücü onun əlindən baltasını almışdır. O, qapını açmağa çalışanda sürücü avtomobili idarə edib oradan uzaqlaşmaq istəmiş, avtomobili arxa verib yenidən qabağa verəndə o, özünü avtomobilin qapısından yerə atmışdır. Yerə düşəndə o, öz ehtiyyatsızlığından sol ayağının bilək nahiyəsindən xəsarət almışdır. Sürücü həmin yerdən uzaqlaşmış və bundan sonra o, Xəyalla oradan yaşadığı Tovuz rayonu, Əyyublu kəndinə getmişlər. Mübahisə 15-20 dəqiqə davam etmiş və ətrafa insanlar toplaşmışdır. Yoldan keçən avtomobillər dayanıb onlara baxmışlar. Hətta onlar ikinci dəfə avtomobilin qarşısını kəsəndə orada çoxlu avtomobillər dayanmışdır. Orada onun tanımadığı çox adam olmuşdur. Onun yıxılaraq xəsarət almağı ilə bağlı heç bir şikayəti yoxdur, o, öz ehtiyyatsızlığından yıxılıb xəsarət almışdır. Zərərçəkmişlə barışıq əldə etdiyindən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Tovuz rayonu, Əyyublu kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. 04 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı kənddə tanışı Kəmaləddin ilə qarşılaşmış və Kəmaləddindən onu Şəmkir rayonu, Düyərli kəndinə aparmasını xahiş etmişdir. Kəmaləddin ona etiraz etməmiş və yola çıxmışlar. Tovuz rayonu, Aşağı Ayıblı kəndi ərazisində olan radarın yanında Mersedes markalı yük avtomobili onlara çatmışdır. Həmin avtomobilin sürücüsü siqnal verərək ona yol verməyini tələb etmişdir. Kəmaləddin həmin avtomobilə yol vermək istəmiş, əli ilə işarə edərək onları ötüb keçməsini bildirmişdir. Yük avtomobilinin sürücü onları keçməmiş və sinqal verməyə davam etmişdir. Buna görə Kəmaləddin əsəbiləşərək avtomobili onun qarşısında saxlamışdır. O, və Kəmaləddin avtomobildən düşmüşdür. O, əsəbimdən yük avtomobilə yaxınlaşaraq nömrə nişanını vurub qopartmaq istəmişdir. Kəmaləddin də sürücü tərəfdən avtomobilə qalxaraq sürücüyə qapını açmasını və yerə düşməsini tələb etmişdir. Yük avtomobilinin sürücüsü avtomobili sürərək oradan uzaqlaşdır. O, və Kəmaləddin avtomobilə minərək yük avtomobilinin arxası ilə getmişlər. Kəmaləddin avtomobil ilə həmin yük avtomobilinə çatmış və yolda dayanması üçün onu yolun sağına tərəf sıxışdırmağa başlamışdır. Yük avtomobilinin sürücüsü məcbur qalıb avtomobili yolu sağ tərəfinə çəkmiş və yoldan çıxıb torpaq hissəsində avtomobili dayandırmışdır. O, və Kəmaləddin avtomobildən düşmüşlər. O, avtomobilin aşağı hissəsini təpik və yumruqla vurmuş, avtomobilini nömrəsini çıxarmaq istəmişdir. Kəmaləddin də avtomobildən götürdüyü balta ilə sürücü tərəfə getmiş və yuxarı qalxaraq sürücüdən qapını açmasını tələb etmişdir. Sürücü qapını açmadığına görə Kəmaləddin qapını balta ilə vurub qapını açmağa çalışmışdır. Lakin, qapını aça bilməmişdir. Kəmaləddin sonra balta ilə qapının şüşəsini vurub sındırmışdır. Kəmaləddin əsəbindən sürücünü balta ilə vurmuş, sürücü onun alindən baltanı almışdır. Kəmaləddin qapını açmağa çalışanda sürücü avtomobili idarə edib oradan uzaqlaşmaq istəmiş, avtomobili arxa verib yenidən qabağa verəndə Kəmaləddin özünü avtomobilin qapısından yerə atmışdır. Kəmaləddin yerə düşəndə öz ehtiyyatsızlığından sol ayağının bilək nahiyəsindən xəsarət almışdır. Sürücü həmin yerdən uzaqlaşmışdır. Bundan sonra O, və Kəmaləddin oradan yaşadıqları Tovuz rayonu, Əyyublu kəndinə getmişlər. 05 oktyabr 2021-ci il tarixdə o, və Kəmaləddini polislər Şəmkir RPŞ-nin Zəyəm PB-nə dəvət etmişlər. Həmin vaxtı o, bilmişdir ki, saxladıqları avtomobilin sürücüsü əslən Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğludur. Məhkəmə baxışı iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs Recep oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Türkiyə Respublikası, Hatay şəhəri, Kırıkhan rayonu, Kızılkaya kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq yaşadığı şəhərdə yerləşən "Döner kardeşler” şirkətində tır sürücü işləyir. O, adına təhkim olunmuş Mersedes markalı 31-NET- 41 nömrə nişanlı yük avtomobili ilə Türkiyədən yükləri Azərbaycan Respublikasına daşıyır. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının Konya şəhərindən Azərbaycan Respublikasına gələcək yükü götürüb 4 gündən sonra Azərbaycana gəlmişdir. 04 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Qazax şəhərinə çatmışdır. O, təxminən 1-2 saatdan sonra Şəmkir rayonu, Düyərli kəndinə yaxınlaşmışdır. O, kəndin ərazisindən keçən Qazax-Bakı magistral yolunda idarə etdiyi Mersedes markalı 31- NET-41 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman qırmızı rəngli Vaz 21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobil yolu sağ tərəfindən anidən onun qarşısına çıxmışdır. O, toqquşmanın qarşısını almaq üçün avtomobilin tormozuna basmış və həmin avtomobilin sürücüsünə siqnal verib xəbərdarlıq etmişdir. Vaz 21011 markalı avtomobilin sürücüsü əlini pəncərədən çölə çıxarıb ona əl işarəsi ilə nə üçün siqnal verdiyini soruşmuşdur. O, həmin avtomobili keçib yoluna davam etmək istəmiş, lakin sürücü avtomobili onun idarə etdiyi avtomobilin qabağına keçib buna imkan verməmişdir. Sonra həmin şəxs əl işarəsi edərək ona avtomobili yolun kənarında saxlamağını tələb etmişdir. O, avtomobili narazılıq olmasın deyə dayanmamışdır. Sonra o, avtomobili onun idarə etdiyi avtomobilin qarşısında saxlamışdır. O, məcbur avtomobili dayandırmışdır. Qarşısını kəsən avtomobildən sürücüdən başqa daha bir nəfər şəxs düşmüşdür. Həmin şəxslər ona tərəf gəlmişdilər. Onlardan kök olan sağ tərəfdən, digəri isə sol tərəfdən avtomobilə yaxınlaşmışdır. Kök olan tayı idarə etdiyi avtomobilin qabaq nömrə nişanını əli ilə tutub qoparmışdır. O, həmin vaxtı istifadəsində olan ***-***- **-** nömrəsi ilə polisin 102 nömrəsinə zəng edərək bu barədə məlumat vermişdir. Digər şəxs isə avtomobilin onun tərəfdə olan qapısan çıxaraq pəncərənin şüşəsini əli ilə vuraraq onu söyüb təhqir etmiş və avtomobildən yerə düşməyini tələb etmişdir. O, qapını açmadığına, yerə düşmədiyinə görə həmin şəxs idarə etdiyi Vaz 21011 markalı avtomobilin yük yerindən 1 ədəd baltanı götürüb onun olduğu tərəfə gəlmişdir. O, avtomobili sürüb oradan uzaqlaşmaq istəmişdir. Vaz 21011 markalı avtomobilin sol tərəfindən hərəkət edib getmək istədikdə həmin şəxs sol tərəfinə keçib əlində olan baltanı ona tərəf atmışdır. Balta avtomobilin sol tərəfinə dəyib yerə düşmüşdür. O, oradan uzaqlaşmış və yolda hərəkətdə olan vaxtı qeyd etdiyi şəxslər idarə etdikləri Vaz 21011 markalı avtomobilə minib onun arxası ilə gəlmişlər. Bu 260 dəfə avtomobilin sürücüsü avtomobili ona tərəf çəkərək onu yolda sıxışdırmış və o, məcbur qalıb avtomobili yolu sağına tərəf çəkəndə avtomobil yoldan çıxaraq torpaqlığa keçmişdir. O, avtomobili dayandırmış və polisin 102 nömrəsinə zəng edərək cavab verən şəxslə danışıb olan hadisəni danışmışdır. O, avtomobildə dayanıb polislərin gəlməsini gözləyən zaman əlinə balta alan həmin şəxs onun oturduğu tərəfin qapısına balta ilə vuraraq qapını açmağa çalışmışdır. Qapını aça bilmədiyinə görə əlində balta ilə avtomobilin qapısının şüşəsinə vurmuşdur. Şüşə qırıldıqdan sonra həmin şəxs əlində olan balta ilə onu vurmaq istəmişdir. O, əlini üzünə tutmuş, balta sol əlinin üstünə və biləyinə dəymişdir. Balta ona dəydikdən sonra avtomobilin salonunda yerə düşmüşdür. Pəncərədən dayan şəxs avtomobilin qapısını açmağa çalışmışdır. Digər şəxs isə yerdə dayanıb avtomobili yumruq və təpiklə vurmuşdur. Həmin şəxslər avtomobili onun qarşısında saxlamışdır. O, avtomobili arxaya verib oradan uzaqlaşmaq İstəyəndə pəncərənin yanında dayanıb qapını açmaq istəyən şəxs özünü yerə atmışdır. O, oradan uzaqlaşmaq üçün avtomobili sürətlə idarə etmiş və Şəmkir rayonunda yerləşən "Samir- 777" adlanan yanacaq doldurma məntəqəsinə getmişdir. Həmin vaxtı ona Şəmkir RPŞ-nin işçisi zəng etmiş və sonra yoldan keçən dövlət yol polisini saxladıb hadisə barədə məlumat vermiş və onu sıxışdıran şəxslərin avtomobilin nömrəsini demişdir. Sonra isə polislər onun olduğu yerə gəlmişlər. O, avtomobildə olan 1 ədəd baltanı polislərə təqdim etmiş və həmin şəxslərin barəsində şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsinə ona məxsus 1 ədəd “Samsung A7" markalı mobil telefonunun şüşəsi və avtomobilin sağ qapısının şüşəsi qırılmışdır. Bunu nəticəsində 175 manat telefonun şüşəsinə, 150 manat isə avtomobilin qapısının şüşəsinə xərci çıxmışdır. O, həmin xərcləri özü ödəmiş və ödədiyi çekləri təqdim edə bilər. O, izahat verən zamanı bilmişdir ki, onun avtomobil ilə qarşısını kəsib ona ziyan verən və onu vuran şəxslərin Tovuz rayonu, Əyyublu kəndində olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmalarını bilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır, ailəsini dolandırmaq üçün fəhlə kimi iş olanda işləyir. Şahid1 onun həmkəndlisi və iş yoldaşıdır. O heç vaxt hazırki iş üzrə təqsirləndirilənləri görməmiş, heç bir hadisəyə şahidolmamış və müstəntiqin yanında izahat verməmişdir. Hazırda məhkəmə iclasında müstəntiq Rauf Sadıqovu gördükdən sonra hadisəni xatırlamış, belə ki, 04 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində o, iş yoldaşı Fərdi ilə birlikdə Şəmkir şəhərindən işdən yaşadığı evə gələn zaman Şəmkir rayonu, Düyərli kəndində Bakı-Qazax Gürcüstan magistral yolunun kənarında "Mersedes" markalı 31-NET- 41 nömrə nişanlı yük avtomobilinin dayandığını və qarşısında isə Vaz 21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobilin olduğunu görmüşlər. Həmin vaxtı orada başqa avtomobillər də dayanmışdır. Nə baş verdiyini görmək üçün onlar avtomobildən düşüb ora yaxınlaşanda iki nəfər şəxsin "Mersedes" markalı 31-NET-41 nömrə nişanlı yük avtomobilinin sürücüsü ilə mübahisə etdiyini, bir nəfər şəxsin yük avtomobilinin sürücüsü tərəfdən qapının qarşısına çıxdığını görmüşlər. Yük avtomobilinin sürücü tərəfinin pəncərəsinin şüşəsi sınmışdır. Digər bir nəfər isə yük avtomobilini əli və ayağı ilə vurmuşdur. Sonra yük avtomobilini sürücüsü sürüb hadisə yerindən uzaqlaşmışdır. Qapının yanında dayanmış şəxs özünün yerə atmış və sonra yük avtomobili ilə mübahisə edən 2 nəfər şəxs Vaz 21011 markalı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışlar. Həmin şəxslər Tovuz rayon istiqamətinə getmişlər. O, və Fərid bundan sonra oradan yaşadığı evə tərəf getmişlər. Mübahisə 5-10 dəqiqə davam etmiş və ətrafa insanlar toplaşmışdır. Yoldan keçən avtomobillər dayanıb hadisəyə baxmışlar. Həmin vaxtı orada onun tanımadığı çoxlu adamlar olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayıram, ailəsini dolandırmaq üçün fəhlə kimi iş olanda işləyir. Şahid1 onun həmkəndlisi və iş yoldaşıdır. O heç vaxt hazırki iş üzrə təqsirləndirilənləri görməmiş, heç bir hadisəyə şahidolmamış və müstəntiqin yanında izahat verməmişdir. Hazırda məhkəmə iclasında müstəntiq Rauf Sadıqovu gördükdən sonra hadisəni xatırlamış, belə ki, 04 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində o, iş yoldaşı Fərdi ilə birlikdə Şəmkir şəhərindən işdən yaşadığı evə gələn zaman Şəmkir rayonu, Düyərli kəndində Bakı-Qazax Gürcüstan magistral yolunun kənarında "Mersedes" markalı 31-NET- 41 nömrə nişanlı yük avtomobilinin dayandığını və qarşısında isə Vaz 21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobilin olduğunu görmüşlər. Həmin vaxtı orada başqa avtomobillər də dayanmışdır. Nə baş verdiyini görmək üçün onlar avtomobildən düşüb ora yaxınlaşanda iki nəfər şəxsin "Mersedes" markalı 31-NET-41 nömrə nişanlı yük avtomobilinin sürücüsü ilə mübahisə etdiyini, bir nəfər şəxsin yük avtomobilinin sürücüsü tərəfdən qapının qarşısına çıxdığını görmüşlər. Yük avtomobilinin sürücü tərəfinin pəncərəsinin şüşəsi sınmışdır. Digər bir nəfər isə yük avtomobilini əli və ayağı ilə vurmuşdur. Sonra yük avtomobilini sürücüsü sürüb hadisə yerindən uzaqlaşmışdır. Qapının yanında dayanmış şəxs özünün yerə atmış və sonra yük avtomobili ilə mübahisə edən 2 nəfər şəxs Vaz 21011 markalı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışlar. Həmin şəxslər Tovuz rayon istiqamətinə getmişlər. O, və Fərid bundan sonra oradan yaşadığı evə tərəf getmişlər. Mübahisə 5-10 dəqiqə davam etmiş və ətrafa insanlar toplaşmışdır. Yoldan keçən avtomobillər dayanıb hadisəyə baxmışlar. Həmin vaxtı orada onun tanımadığı çoxlu adamlar olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin İB-nin baş münstəntiqi X7 ifadəsində göstərdi ki, qeyd edilən cinayət işi ilə əlaqdaər hadisə yerində olan şahidlər Şahid1 və Şahid2 hadisə ilə bağlı onun yanında izahat vermiş, izahatı imzalamış və hadisə yerində olmalarını qeyd etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğlunun şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan 04 oktyabr 2021-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman Türkiyə Respublikası vətəndaşı olan şəxs ona hücum edilən uzunluğu 35 sm, eni qalın yeri 3 sm, nazik yeri 2 sm olan baltanı təqdim etmişdir. Fotoşəkillər çəkilərək materiallara əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 05 oktyabr 2021-ci il tarixli 1281 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş xəsarətlər –sol əlin arxa səthinin kəsilmiş səthi yaraları İti kənarlı əşyaların, ola bilsin ki, sınmış şüşə qəlpələrinin təsirindən törənmişlər, törənmə müddətləri 04 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmaya xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs Recep oğlunun xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç şikayəti və tələbi yoxdur, ona dəymiş ziyanı tam ödəmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğlunun idarə etdiyi “Mercedes” markalı 31- NET-41 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsdikləri, avtomobili vurub əzdikləri və Təqsirləndirilən şəxs1 sürücünü vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 oktyabr 2021-ci il tarixdə saat 17:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi VAZ-21011 markalı, ** BG *** dövlət qeydiyyat nömrəli avtomobillə Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən yol vermədiyinə görə aralarında yaranmış mübahisə zamanı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Recep oğlunun idarə etdiyi “Mercedes” markalı, 31- NET-41 Türkiyə dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsdikləri, avtomobili vurub əzdikləri və sürücünü vurduğu yeri göstərmişdir. Cinayət işinin materiallarında olan 29 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Recep oğluna məxsus avtomobilin şüşəsini, ön buferini və nömrəsini, mobil telefonunu sındırmaqla maddi ziyan vurmaları onların xuliqanlıq hərəkətləri ilə tam əhatə olunduğundan barələrində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, həmin qərarla Təqsirləndirilən şəxs1 hadisə zamanı yıxılaraq az ağır dərəcəli bədən xəsarətini öz ehtiyatsızlığından aldığına görə həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Tovuz rayonu Əyyublu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Əyyublu kənd İƏD üzrə nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan Tovuz rayonu Əyyublu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Əyyublu kənd İƏD üzrə nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan Tovuz rayonu Əyyublu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Əyyublu kənd sakini Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı X6, övladları X2 və X1 ibarət ailə üzvləri vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsinə ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3 maddəsinənin sanksiyasında nəzərdə tutulan həddə, azadlıqdan məhrum etmə cəzası təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanın real çəkilməli olub-olmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də ona təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın çərti hesab edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da onlar əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişlər. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduqlarını sübut etmişlər. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışlar və onlar hazırda təyin edilmiş cəzalarını real olaraq çəkmədən də islah olunmalarını davam etdirə bilərlər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs Recep oğluna məxsus bir ədəd “Samsung A7 2017” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 41 saat və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 41 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 246 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 246 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs Recep oğluna məxsus bir ədəd “Samsung A7 2017” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərdiyi 41 saat hüquqi yardıma görə 246 (iki yüz qırx altı) manat pul Müdafiəçi2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərdiyi 41 saat hüquqi yardıma görə 246 (iki yüz qırx altı) manat pul Müdafiəçi1 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-12/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-12/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver