Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-12/2025 12.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Firuddin oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, təqsirləndirilən şəxslərin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1984–cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib CM–nin 67.1–ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə xx.xx.1988–ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində iki nəfər yetkinlik yaçına çatmayan uşağı olan, Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələr ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu yeni Həyat kənd Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Dəllər qəsəbə sakini X14 övladı Şahid4 qəsəbə ərazisində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb vahid niyyətlə 2021-ci ilin mart ayının sonlarında, dəqiq məlum olmayan gündə Şəmkir şəhəri ərazisində 2000 (iki min) manat, Şəmkir rayonu Dəllər qəsəbəsinin ərazisində 2021-ci ilin aprel ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 2000 (iki min) manat, 2021-ci ilin may ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 2000 (iki min) manat və 2021-ci ilin iyunun ayının sonlarında, dəqiq məlum olmayan gündə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 7500 (yeddi min beş yüz) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu yeni Həyat kənd Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Bərdə rayonu Hacallı kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui istifadə edərək onun fiziki qüsurlu nəvəsinə xəstəliklə bağlı pensiya düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb, hissə-hissə olmaqla Bərdə rayonu, Həsənqaya kəndi ərazisində vahid niyyətlə, 24 avqust 2021-ci il tarixdə 500 (beş yüz) manat və 2021-ci ilin avqust ayının sonlarında 200 (iki yüz) manat, olmaqla Zərərçəkmiş şəxs12 məxsus ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu yeni Həyat kənd Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Hacallı kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui istifadə edərək onun arvadı X3 əvvəllər xəstəliklə bağlı aldığı və 2021-ci ilin iyun ayından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək hissə-hissə olmaqla, Bərdə rayonu ərazisində 2021-ci ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan gündə 1000 (bir min) manat, 10 noyabr 2021-ci il tarixdə isə 300 (üç yüz) manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs11 məxsus ümumilkidə 1300 (min üç yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu yeni Həyat kənd Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs10 onun övladı Emin Əhmədova qeyri-rəsmi yaşadığı qızla ayırmaq üçün cadu yazdıracağına, eyni zamanda qızı X22 rayonunda yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb 2021-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəlinədək olan müddətdə, istintaqa məlum olmayan tarixlərdə vahid niyyətlə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 6715 (altı min yeddi yüz on beş) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu yeni Həyat kənd Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər xəstəliyi ilə bağlı aldığı və 2020-ci ilin aprel ayından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə Şəmkir rayonu Seyfəli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində 1500 (min beş yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir şəhər 20 Yanvar küçəsində yerləşən “Mərkəzi bazar”da qızıl-zinət əşyalarının satışı ilə məşğul olan X6 etibarından sui istifadə edərək ona məxsus 1750 (bir min yeddi yüz əlli) manat dəyərində qızılzinət əşyalarını baha qiymətə satacağına dair yalandan vəd verərək aldadıb, 2020-ci ilin noyabr ayında, istintaqa dəqiq məlum olmayan gündə Şəmkir şəhərinin ərazisində Zərərçəkmiş şəxs7 məxsus 1750 (bir min yeddi yüz əlli) manat məbləğində qızıl-zinət əşyalarını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Dəllər qəsəbə sakini X14 övladı Şahid4 qəsəbə ərazisində yerləşən orta məktəblərin birinə müəllimə kimi işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb vahid niyyətlə 2021-ci ilin mart ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə Şəmkir şəhəri ərazisində 2000 (iki min) manat, Şəmkir rayonu Dəllər qəsəbəsinin ərazisində 2021-ci ilin aprel ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 2000 (iki min) manat, 2021-ci ilin may ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 2000 (iki min) manat və 2021-ci ilin iyunun ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 7500 (yeddi min beş yüz) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Bərdə rayonu Hacallı kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui istifadə edərək onun fiziki qüsurlu nəvəsinə xəstəliklə bağlı pensiya düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb, hissə-hissə olmaqla Bərdə rayonu, Həsənqaya kəndi ərazisində vahid niyyətlə, 24 avqust 2021-ci il tarixdə 500 (beş yüz) manat və 2021-ci ilin avqust ayının sonlarında 200 (iki yüz) manat, olmaqla Zərərçəkmiş şəxs12 məxsus ümumilikdə 700 (yeddi yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onun qardaşı İlqar Əliyevə evlənməsi üçün cadu yazacağına dair yalandan vəd verərək aldadıb, hissə-hissə olmaqla Şəmkir rayonu Seyfəli kəndi ərazisində 2021-ci ilin sentyabr ayının sonlarında, istintaqa məlum dəqiq olmayan gündə 400 (dörd yüz) manat, 2021-ci ilin oktyabr ayının əvvəllərində, məlum dəqiq olmayan günlərdə əvvəlcə 200 (iki yüz) manat, daha sonra isə 200 (iki yüz) manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs4 məxsus cəmi 800 (səkkiz yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Hacallı kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui istifadə edərək onun arvadı X3 əvvəllər xəstəliklə bağlı aldığı və 2021-ci ilin iyun ayından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək hissə-hissə olmaqla, Bərdə rayonu ərazisində 2021-ci ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan gündə 1000 (bir min) manat, 10 noyabr 2021-ci il tarixdə isə 300 (üç yüz) manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs11 məxsus ümumilikdə 1300 (min üç yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs10 onun övladı Emin Əhmədova qeyri-rəsmi yaşadığı qızla ayırmaq üçün cadu yazdıracağına, eyni zamanda qızı X22 rayonunda yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb 2021-ci ilin oktyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəlinədək olan müddətdə, istintaqa məlum olmayan tarixlərdə vahid niyyətlə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə 6715 (altı min yeddi yüz on beş) manat məbləğində, xeyli miqdarda pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs3 əvvəllər xəstəliyi ilə bağlı aldığı və 2020-ci ilin aprel ayından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə Şəmkir rayonu Seyfəli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində 1500 (min beş yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Talış kənd sakini Zərərçəkmiş şəxs8 ünvanlı sosial yardım düzəldəcəyinə dair yalan vəd verərək aldadıb, 2021ci ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhərində yaşayan Zərərçəkmiş şəxs8 övladı X9 vasitəsilə Gəncə şəhəri, keçmiş Nizami rayonunun ərazisində alaraq, Zərərçəkmiş şəxs8 məxsus 700 (yeddi yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək əvvəllər xəstəliyi ilə bağlı aldığı və 2020-ci ilin yanvar ayından dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə hissə-hissə olmaqla Şəmkir rayonu Seyfəli kəndində yerləşən X5 məxsus fərdi yaşayış evində 500 (beş yüz) manat, 2021-ci ilin dekabr ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə Şəmkir rayonu, Yeni Həyat kəndinin ərazisində yerləşən “Qala” restoranının yaxınlığında 600 (altı yüz) manat olmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə 1100 (bir min yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək ona sosial yardım düzəldəcəyinə dair yalandan vəd verərək aldadıb 2021-ci ilin dekabr ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə, hissə-hissə olmaqla Şəmkir şəhərinin ərazisində 600 (altı yüz) manat, Şəmkir rayonu, Yeni Həyat kəndinin ərazisində isə 2022-ci ilin yanvar ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə 100 (bir yüz) manat və 2022-ci ilin fevral ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə 40 (qırx) manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 740 (yeddi yüz qırx) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edərək əvvəllər onun xəstəliyi ilə bağlı aldığı və 2020-ci ilin əvvələrində dayandırılmış pensiyasının bərpa olunmasına köməklik göstərəcəyinə, həmçinin ona ünvanlı sosial düzəldəcəyinə dair yalandan vəd verərək aldadıb hissə-hissə olmaqla, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evində 2022-ci ilin yanvar ayının ortalarında, istintaqa dəqiq məlum olmayan gündə 1000 (bir min) manat, 2022-ci ilin yanvar ayının sonlarında, istintaqa dəqiq məlum olmayan gündə 1000 (bir min) manat, həmin günlərdə yenidən 500 (beş yüz) manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs6 məxsus, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi bazar”da qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 arvadı, eyni zamanda mağada satıcı işləyən Şahid3 etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus 9050 (doqquz min əlli) manat dəyərində qızılzinət əşyalarını baha qiymətə satacağına dair yalandan vədlər verərək aldadıb, hissə-hissə olmaqla Şəmkir şəhəri ərazisində 2022-ci ilin yanvar-fevral ayları ərzində, istintaqa dəqiq məlum olmayan günlərdə ələ keçirərək, vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus 9050 (doqquz min əlli) manat məbləğində, xeyli miqdarda ziyan vuraraq qızıl-zinət əşyalarını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2021-ci ilin mart ayında qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 Dəllər qəsəbə sakini Füzuli adlı şəxsin qızı Mehribanı Şəmkir rayonunda olan məktəblərdən birinə işə düzəltmək adı ilə aldadaraq 6000 manat pula razılaşdığını bildirmişdir. Yeganə Füzuliyə onun Təhsil Nazirliyində işləyən qohumları olduğunu və həmin şəxslərin vasitəsilə qızını müəllim kimi işə qəbul etdirəcəyini vəd etmişdir. Yeganə bunun üçün həmin şəxslə görüşməli olduğunu bildirmiş, o da Yeganə ilə razılaşmışdır. Həmin vaxtı Yeganə ilə birlikdə Şəmkir şəhərində 4-cü küçədə Füzuli və qızı Mehribanla görüşmüşlər. Füzuli əvvəlcə pulu notarius vasitəsilə vermək istəmiş, ancaq Yeganə Fizulini inandırıb fikrindən daşındırmışdır. O da Yeganənin dediklərini təsdiq edərək Təhsil Nazirliyində işləyən qohumları vasitəsilə Mehribanı müəllim kimi işə düzəldəcəyini vəd etmişdir. Bundan sonra Füzuli 2000 manat pulu Yeganəyə vermişdir. Onlar Füzulinin pulunu ələ keçirib, daha sonra həmin pulu gündəlik ehtiyyacları üçün xərcləmişlər. Bundan təxminən bir ay sonra yenidən Füzuli ilə Şəmkir şəhəri ərazisində “Yamin” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüş, Füzuli Yeganəyə 2000 manat pul da vermişdir. Bundan sonra 2021-ci ilin may ayında Yeganə ilə birgə Füzulinin yaşadığı Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisində yerləşən evinin qarşısına getmiş, Füzuli yenə də 2000 manat pulu sayıb Yeganəyə vermişdir. Həmin vaxtı X10 istədiyi məktəbə düzəlməsi üçün əlavə olaraq 1500 manat pul da verməli olduğunu bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında isə Füzulidən 1500 manat da almışlar. Bundan sonra Füzuli ilə Yeganə mütamadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlamış, həmin danışıqlarda isə hər dəfə müxtəlif bəhanələrlə Füzuli və qızı Mehribanı aldatmışdır. Füzuli bəzi vaxtlarda onunla da telefon əlaqəsi saxlamış, o da Fizulini hər dəfə müxtəlif bəhanələrlə aldadaraq işini həll edəcəyini vəd etmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birgə Bərdə rayon Həsənqaya kəndi ərazisində “X32” ocağını ziyarət etmək üçün getmişlər. Həmin vaxtı orada Müzəffər adlı şəxs və ailə üzvlərinin əlil uşaqlarını ziyarətə gətirdiklərini görmüşdür. Həmin vaxtı Müzəffərdən nəvəsinin probleminin nə olduğunu və pensiya alıb-almamasını soruşmuşlar. Müzəffər isə nəvəsinin pensiya almadığını demişdir. O da Müzəffərə yanında olan və arvadı kimi təqdim etdiyi Yeganənin pensiya fondunda işlədiyini, özünün də həkim işlədiyini demiş və Müzəffərin nəvəsinə əlilliklə bağlı pensiya düzəltməyi təklif etmişdir. Bundan sonra Yeganə də həmin şəxslərlə söhbət etmiş və Müzəffərlə əlil uşağa 700 manat pul qarşılığında pensiya düzəltmək üçün razılaşmış, Müzəffərlə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Yadında qalmayan tarixdə Yeganə ilə Bərdə rayonuna getmiş, Müzəffərdən nəvəsinə pensiya düzəltmək adı ilə cəmi 700 manat pul almışlar. Ancaq pulu ələ keçirdikdən sonra Yeganə və o, Müzəffərlə mütamadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Bundan başqa 2021ci ilin oktyabr ayında Müzəffərin həmkəndlisi və tanışı olan Misirov X8 vasitəsilə Yeganəyə zəng edib, arvadı Telnaz Misirovaya pensiya düzəltməsinə köməklik göstərmələrini xahiş etmişdir. Həmin vaxtı Yeganə Bərdə rayonunda Müzəffərin tanışı Misir adlı şəxsin olduğunu, Misirdən arvadına pensiya düzəltmək adı ilə 1300 manat pul alacağını bildirmişdir. O, Yeganə ilə birlikdə Bərdə rayonu Həsənqaya kəndinə getmişlər. Orada Zərərçəkmiş şəxs11la görüşmüş, Misirlə söhbət edib arvadına pensiya düzəldəcəyinə inandırmışdır. Yeganə əvvəlcədən Misirlə telefonda danışıb, pensiya düzəltmək adı ilə 1000 manat pul istəmişdir. Misirin özü ilə görüşərkən Yeganə ilə razılaşıb, 1000 manat pulu və arvadının xəstəlik sənədlərini onlara vermişdir. Sonra yadında qalmayan tarixdə Yeganə yenidən Misirlə telefon əlaqəsi saxlayıb, sənədlərə möhür vurdurmaq adı ilə 300 manat pul istəmişdir. Misir isə həmin pulu Yeganənin kartına göndərmişdir. Beləliklə Yeganə ilə birlikdə Misirin arvadına pensiya düzəltmək adı ilə cəmi 1300 manat pulu ələ keçirmişlər. Bundan başqa dəqiq yadında qalmayan tarixdə, yəni 2021-ci ilin oktyabr ayında Yeganə ilə birlikdə Yeganənin əvvəllər pul aldığı İlhamın vasitəsi ilə onun qohumu Tahirlə tanış olmuşlar. Yeganə həmin şəxslərə özünü cadugar kimi təqdim edərək, dua və cadu yazmaqla bəxt-tale işlərini həll etdiyinə inandırmışdır. Daha sonra Tahir və adı yadında qalmayan arvadı cadu yazdırmaq üçün Yeganənin yanına gəlmişlər. Tahir və arvadı Yeganə ilə görüşərkən övladları olan Eminin qeyri rəsmi yaşadığı qızdan ayırması üçün cadu yazmağı, həmçinin ali təhsilli qızlarını məktəbə müəllimə kimi işə düzəltməyə köməklik göstərməyi xahiş etmişlər. Yeganə Tahir və arvadını inandırmaq və pulunu ələ keçirmək üçün söhbətlər edərkən o da Yeganənin dediklərini təsdiq etmişdir. Beləliklə də, Tahirin oğluna cadu yazmaq üçün 500 manat, qızını müəllim kimi işə qəbul etdirmək üçün də 6000 manat pul almağa razılaşmışlar. Ancaq Tahirdən həmin pulu hissə hissə olmaqla müxtəlif vaxtlarda almışlar. Bundan sonra təxminən 2021-ci ilin dekabr ayında etdiyi dələduzluq işlərinə görə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Həmin vaxta qədər isə Tahirdən cəmi 3900 manat pul almışlar. Lakin o, həbs olunduqdan sonra Yeganə Tahirgildən əlavə olaraq təxminən 2700 manat pul almışdır. Ancaq Yeganə ilə birgə Tahir və arvadından aldığı pulları öz ehtiyacları üçün xərcləmişlər. Bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs3 Yeganənin sosial yardım və pensiya işlərini həll etməsini eşidib və Yeganənin mobil nömrəsini əldə edib, Yeganəyə zəng etmişdir. Həmin vaxtı Yeganə ilə bir yerdə olmuş, mobil telefon zəngi zamanı Yeganə həmin qadına pensiya düzəltməyi vəd etmişdir və bunun müqabilində 1500 manat pul almağa razılaşmışlar. Həmin vaxtı pula ehtiyyacları olduğu üçün oda Yeganəyə pulu almağı bildirmişdir. Bundan sonra Yeganəni idarə etdiyi avtomobillə Sevilin yaşadığı Şəmkir rayonu Seyfəli kəndində yerləşən evinə aparmış, sonra isə bir qədər söhbət edib, Sevili tam inandırmaqla Sevildən pensiyasını bərpa etdirmək adı ilə 1500 manat pulunu, həmçinin xəstəliyi ilə bağlı sənədləri almışlar. Daha sonra isə həmin pulu Yeganə ilə birgə gündəlik ehtiyyacları üçün xərcləmişlər. Zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 dəymiş ziyanın 5200 manatını ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etsə də buna nail ola bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs7 Alıxan qızını yaşadığı Şəmkir rayon Dəllər qəsəbəsi sakini kimi tanımış, həm də aralarında qohumluq əlaqəsi olmuş, Gözəl anasın bibisi qızıdır. Gözəl Şəmkir mərkəzi bazarında qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. 2020-ci ilin noyabr ayında pula ehtiyyacı olduğu üçün Gözəlin yanına gedərək 1750 manat dəyərində olan qızıl bilərzik və qızıl boyunbağı götürmüş, həmin qızılları tanışı olan şəxsə baha qiymətə satıb, pulunu verəcəyini bildirmişdir. O, Gözəldən aldığı qızılları satıb cəmi 1500 manat pul əldə etmiş, həmin pulu isə öz ehtiyyacları üçün xərcləmişdir. Gözəl pulunu və qızılını tələb etdikdə hər dəfə müxtəlif bəhanələr danışmış, bundan bir müddət sonra isə həbs edilmiş, sonradan isə Gözəlin barəsində şikayət etdiyini öyrənmişdir. Bundan başqa 2020-ci ilin dekabr ayında Şəmkir rayonu Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs1 ilə tanış olaraq qeyri rəsmi ailə quraraq yaşamışdır. Həmin vaxtı onlar Şəmkir rayonu Qapanlı kəndində kirayə ev tutaraq yaşamışlar. Orada qaldığı zaman 2021-ci ilin mart ayında Qapanlı kənd sakini olan üzdən tanıdığı Gülnaz vasitəsi ilə Şəmkir rayonu Dəllər qəsəbə sakini olan Mehriban adlı qızla tanış olmuşdur. Gülnaz onun mobil telefon nömrəsini Mehribana verdiyindən Mehriban ona zəng etmişdir. O, Mehribanın təhsili barədə maraqlandıqda Mehriban ona ali təhsilli olduğunu, Dəllər qəsəbəsində məktəblərin birinə rus dili müəlliməsi kimi işə düzəlmək istədiyini bildirmişdir. O, da Mehribana əri Samit kimi təqdim etdiyi İslamın Təhsil Nazirliyində tanışlarının olduğunu və tanışlarının vasitəsi ilə Mehribanı məktəblərin birinə işə düzəldə biləcəyini demişdir. Mehriban özünün işə düzəlməyi müqabilində nə qədər xərci çıxacağını soruşduqda o, Mehribana 6000 manat pul verməli olduğunu bildirmişdir. Mehriban onunla razılaşdıqda o, Mehribana özü barəsində tərcümeyi hal yazmağı demişdir. Bir neçə gündən sonra İslamın idarə etdiyi dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobillə Şəmkir şəhərinə getmiş və orada İslamın idarə etdiyi avtomobilin içərisində Mehriban və atası Fizuli ilə görüşmüşlər. O, İslamla birgə Füzuli və Mehribanla söhbət etmiş, Mehribanı məktəbə işə düzəldəcəklərinə inandırmışlar. Onlar ilkin olaraq 2000 manat pul lazım olduğunu bildirdiyindən Mehribanın atası Fizuli avtomobildə 2000 manat pulu ona vermişdir. Həmin vaxtı da X13 qohumlarının Təhsil Nazirliyində işlədiyini və onların vasitəsi ilə işlərinin düzələcəyini bildirmişdir. İslamla o, pulu aldıqdan sonra həmin pulu öz ehtiyaclarına xərcləmişlər. Təxminən bir ay sonra onlar yenidən Mehribanla əlaqə saxlayaraq əlavə 2000 manatda lazım olduğunu bildirmişlər. Bu dəfə də Şəmkir şəhərində “Yamin” yanacaq doldurma məntəqəsinin yaxınlığında İslamın idarə etdiyi avtomobildə Mehribanın atası Fizulidən 2000 manat pul almışlar. Həmin pulları onlar Təhsil Nazirliyinə göndərmək adı ilə almış və öz ehtiyaclarına xərcləmişlər. 2021-ci ilin may ayının sonlarında İslamla yenidən Mehribanın Dəllər qəsəbəsində yaşayan evinin qarşısına gedərək dediyi sonuncudan 2000 manat pulu götürmüşlər. Həmçinin Mehribanı öz yaşadığı qəsəbəyə evinin yaxınlığında olan məktəbə düzələcəyini bildirərək əlavə olaraq 1500 manat pul lazım olacağını bildirmişlər. Bu dəfə Mehriban və ailəsi narazılıq etsələrdə sonradan onlarla razılaşmış və az müddətə pulu düzəldib verəcəklərini bildirmişlər. 2021-ci ilin iyun ayının sonlarında yenidən İslamla Dəllər qəsəbəsinə gedərək 1500 manat pulu Mehribanın atası Fizulidən götürmüşlər. Həmin vaxtı o, Mehribanın onlardan şübhələnməməsi üçün ali təhsil haqqında diplomunun surətini və şəxsiyyət vəsiqəsinin surətini götürmüşlər. Eyni zamanda da ölkə prezidentinin adına və Təhsil Nazirliyinə yazılmış ərizələrədə qol çəkdirmişlər. Onlar Mehribanın işə girmə barədə əmrinin 2021-ci ilin avqust ayında gələcəyini və Mehribanın həmin il sentyabr ayının 15-də məktəbdə işə başlayacağını bildirmişlər. Bundan sonra isə əldə etdiyi pulları İslamla birgə öz ehtiyaclarına xərcləmişlər. 2021-ci ilin sentyabr ayından sonra Mehriban zəng edərək iş barədə soruşduqda o, Mehribana işlərinin alınmadığını bildirmiş və pullarını qaytaracağını demişdir. Bundan sonra isə müxtəlif vaxtlarda Mehribanın şikayət etməməsi üçün 5200 manat pulu Fizuliyə qaytarmışlar. Bundan başqa 2021-ci ilin avqust ayında İslamla o, Bərdə rayonu Həsənqaya kəndində X32 ziyarətgahına getmişlər. Orada olduğu zaman ziyarətgaha əlil uşaqla valideyinlərinin gəldiyini görmüşlər. Orada olduğu zaman İslam həmin şəxslərdən uşaqların pensiya alıb almamasını soruşmuşdur. Adının sonradan Müzəffər olduğunu bildiyi şəxs isə uşaqların pensiya almadığını bildirmişdir. İslam isə həmin şəxsə onu göstərərək onun uşağa pensiya düzəldə bildiyini demişdir. Bundan sonra həmin şəxslər onlara yaxınlaşdıqda İslam özünün Mingəçevir şəhərində ürək həkimi işlədiyini, onunda sənəd işlərinə baxdığını bildirmişdir. O, da Müzəffərə 700 manat müqabilində uşaqların birinə pensiya düzəldə biləcəyini, uşağın isə ayda 180 manat pensiya alacağını bildirmişdir. Müzəffər o qədər pulunun olmadığını bildirdikdə o, birinci 500 manat, sonra isə 200 manat verəcəyini demişdir. Sabahı gün onlar yenidən Müzəffərlə görüşmüş və o, 500 manat pulu Müzəffərdən götürmüşdür. Həmin pulu İslamla o, öz ehtiyaclarına xərcləmişlər. Bir müddət sonra isə Müzəffər ödəmə terminalı vasitəsi ilə 200 manat pulu onun göndərdiyi nömrəsini xatırlamadığı karta vurmuşdur. Həmin puluda İslamla o, öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa 2021-ci ilin sentyabr ayında İslamla o, Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs4 Firuddin oğlu ilə tanış olmuşlar. Həmin vaxtı İlham ona adını xatırlamadığı qardaşını evləndirə bilmədiklərini dedikdə o, İlhama cadu yazdıraraq evləndirə biləcəyini demişdir. O, birinci cadu yazdırmaq adı ilə İlhamgildən 400 manat, daha sonra isə əlavə olaraq 400 olmaqla cəmi 800 manat pul almışdır. Həmin vaxtı borcunu qaytarmaq üçün pula ehtiyyacı olduğu üçün 800 manat pulu özünə götürmüş, həmin puldan İslama verməmişdir. Bundan başqa 2021-ci ilin oktyabr ayında Müzəffər onlara öz kəndlisinin olduğunu, həmin kəndlisinin arvadının xəstəliklə bağlı aldığı pensiyanın kəsildiyini, həmin şəxsə hər hansı köməklik edə bilib bilməyəcəklərini soruşmuşdur. İslamla o da həmin şəxsin pensiyasını bərpa elətdirə biləcəyini bildirmişlər. Müzəffərin telefonu ilə adının Zərərçəkmiş şəxs11 Boran oğlu olduğunu bildiyi şəxslə danışmış və Misirin arvadının pensiyasını bərpa elətdirə biləcəyini demişlər. Bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişlər. 2021-ci ilin oktyabr ayında Bərdə rayonu Həsənqaya kəndində İslamla o, Misirlə görüşmüş və Misirin arvadının sənədlərini, həmçinin 1000 manat pulu götürmüş və öz ehtiyaclarına xərcləmişlər. Daha sonra isə İslamla o, Misirə zəng edərək sənədlərin təstiqi üçün əlavə 300 manat pul lazım olduğunu bildirdikdə 2021-ci ilin noyabr ayında Misirə göndərdiyi öz adına olmayan nömrəsini xatırlamadığı karta 300 manat pul göndərmişdir. Həmin pulu qəbul edib, İslamla birgə öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa 2021-ci ilin oktyabr ayında əvvəllər pul aldığı İlhamın vasitəsi ilə İlhamın qohumu Tahirlə tanış olmuşlar. Tahir və ailə üzvləri ona övladları olan Eminin qeyri rəsmi yaşadığı qızdan ayırması üçün cadu yazmağı, həmçinin ali təhsilli qızlarını məktəbə müəllim kimi işə düzəltməyi xahiş etmişlər. İslamla o, Tahirin oğlu üçün cadu yazmağa 500 manat, qızını işə qoymaq üçün isə təxminən 6000 manat pul lazım olduğunu bildirmişlər. O, İslamla birlikdə həmin vaxtı Tahirgildən 2000 manat pul almış və həmin pulu birlikdə öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra müxtəlif vaxtlarda o, İslamla birgə Tahirgildən 1900 manat pul alaraq öz ehtiyaclarına xərcləmişlər. Tahirgilə isə işlərinin qısa müddətə düzələcəyini bildirmişlər. Bundan sonra təxminən 2021-ci ilin dekabr ayında əvvəllər etdiyi dələduzluq işlərinə görə İslam Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. O, isə 2022-ci ilin əvvəllərinə kimi olan müddətdə Tahirgildən əlavə olaraq təxminən 2700 manat pul almışdır. Tahirgil ondan İslam barədə soruşduqda o, Tahirə İslamın avtomobil borcuna görə həbs olunduğunu bildirmişdir. Ancaq Tahirdən aldığı pulların da bir hissəsini İslama vermiş, belə ki, İslam həbsdə olduğu müddətdə tez tez İslamın yanına getmişdir. Bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində İslam həbs olunmamışdan qabaq Şəmkir rayonu Seyfəli kənd sakini Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və həmin vaxtı Sevil ona səhhəti ilə bağlı aldığı pensiyasının kəsildiyini və pensiyasının bərpa olunması üçün köməklik olunmasını xahiş etmişdir. O, da Sevilə bu barədə köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün Sevil ona 1500 manat verə biləciyini bildirdikdə o, razılaşmışdır. Bundan sonra o, İslamın idarə etdiyi avtomobillə Sevilin yaşadığı evə getmiş və Sevilin yaşadığı evdə 1500 manat pulu, həmçinin xəstəliyi ilə bağlı sənədləri Sevildən alaraq İslamın yanına gəlmişdir. Həmin pulu İslamla o, öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa 2021-ci ilin dekabr ayında İslam həbs olunduqdan sonra Şəmkir rayonu Talış kəndindən olan Azadə adlı qadın ona zəng edərək əvvəllər ünvanlı sosial yardımla bağlı pul aldığı Ayşənin anası olduğunu bildirmiş və özünə ünvanlı sosial yardım düzəltməkdə köməklik etməyi xahiş etmişdir. O, da Azadəyə 700 manat pul müqabilində yüksək məbləğdə ünvanlı sosial yardım ala biləcəyini demişdir. Azadə onunla razılaşdıqdan sonra pulu və ailə üzvlərinə məxsus sənədləri qızı Ayşənlə göndərəcəyini bildirmişdir. O, həmin vaxtı Ayşənlə Gəncə şəhərində görüşərək 700 manat pulu və sənədlərin surətini götürmüş, bir neçə aya anasının ünvanlı sosial yardımının düzələcəyini Ayşənə bildirmişdir. Həmin puluda o, öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2021-ci ilin dekabr ayınında Şəmkir rayonu Yeni Həyat kənd sakini Zərərçəkmiş şəxs9 ona zəng edərək əvvəllər xəstəliklə bağlı pensiya aldığını, hazırda isə pensiyasının kəsildiyini bildirmiş və köməklik edilməsini xahiş etmişdir. Həmin vaxtlar o, bir çox şəxslərdən iş düzəltmək adı ilə pul aldığından onu çox adam tanımış və özləri ona zəng etmişlər. Fuad bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda o, Fuada 1100 manat pul lazım olduğunu bildirmiş və 2021-ci ilin dekab ayının ortalarılnda ilkin olaraq 500 manat, həmin il dekabr ayının sonlarında isə qalan 600 manat pulu Şəmkir rayonu Yeni Həyat kəndində Fuaddan alaraq öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin yanvar ayının əvvəllərində Şəmkir rayonu Seyfəli kənd sakini olan Zərərçəkmiş şəxs6 ilə əvvəl ünvanlı sosial yardım düzəltmək adı ilə pul aldığı Xuraman Cəfərovanın evində görüşmüş və orada Mehriban ona ünvanlı sosial yadım düzəltmək istədiyini bildirmişdir. O, Mehribana 700 manata ünvanlı sosial yardım düzəldə biləcəyini demişdir. Həmçinin söhbət etdiyində Mehriban ona xəstəliyi olduğunu bildirdiyində o, Mehribana 2000 manat müqabilində xəstəliklə bağlı pensiyada düzəldə biləcəyini bildirmişdir. Mehriban onunla razılaşmışı və bir neçə gün sonra 2022-ci ilin yanvar ayının ortalarında o, Mehribanın yaşadığı evə getmiş və orada ilkin olaraq 1000 manat və sənədlərin surətini Mehribandan almış və Bakı şəhərinə göndərəcəyini bildirmişdir. Bir həftə sonra yenidən Mehribangilə gedərək əlavə 1000 manat pulu Mehribandan almışdır. 2022-ci ilin yanvar ayının sonlarında o, Mehribangilə gedərək qalan 700 manatı verməsini demişdir. Mehribanda ona yalnız 500 manat düzəldə bildiyini deyərək həmin pulu ona vermişdir. O, həmin puluda götürdükdən sonra öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Mehriban zəng edərək pulunu geri istəmiş və heç bir sənəd düzəltməməyi demişdir. O da Mehribana həmin vaxtı aparıb 500 manat pulu geri qaytarmışdır. Bundan başqa 2022-ci ilin yanvar ayının əvvəllərində qəsəbə sakini olan, əvvəllər yaxın münasibəti olan Sərvanın Şəmkir mərkəzi bazarında işlətdiyi qızıl dükanına getmişdir. O, dükana getdikdə Sərvanın olmadığını, arvadı Gülnarın dükanda olduğunu görmüşdür. O, Gülnardan Sarvanın harada olduğunu soruşduqda Gülnar Sarvanın bir neçə aylıq Rusiya Federasiyasına getdiyini bildirmişdir. O da Gülnarın ona qızıl zinət əşyaları verəcəyi halda baha qiymətə sata biləcəyini demişdir. Əvvəllər bir neçə dəfə Sarvandan qızıl-zinət əşyaları götürərək satıb pulunu qaytarmışdır. Ona görə də Gülnar onu tanıdığından onunla razılaşmışdır. O, Gülnardan götürdüyü qızılları tez sataraq pul əldə etmək üçün tanımadığı şəxslərə nisbətən ucuz qiymətə satmış və müxtəlif vaxtlarda ona inanması üçün 2000 manat pulu Gülnarın özünə qaytarmışdır. O, Gülnara pul verdikdə yerinə başqa qızıllar götürürmüşdür. O, bir neçə dəfəyə Gülnardan təxminən 11000 (on bir min) manatlıq qızıl zinət aşyaları götürmüşdür. Dəqiq olaraq hansı qızılları götürməsini xatırlamamışdır. Sadəcə olaraq ümumi hesablamasından 11 min manatlıq qızıl zinət əşyaları götürməsini bilmişdir. Əlavə əldə etdiyi pulu isə yenidən öz ehtiyaclarına xəcləmişdir. Bundan başqa 2022-ci ilin yanvar ayında Şəmkir rayonu Yeni Həyat kənd sakini olan Zərərçəkmiş şəxs5 ona zəng edərək özünə ünvanlı sosial yardım düzəltdirmək istədiyini bildirmişdir. O, da Rafiqə tanışları vasitəsi ilə ünvanlı sosial yardım düzəldə biləcəyini demişdir. Həmin vaxtı Rafiqə bir çox adamlar üçün ünvanlı sosial yardım düzəltdiyini bildirərək Rafiqi aldatmışdır. 2022-ci ilin yanvar ayının sonlarında o, Rafiqlə Şəmkir şəhərində 20 yanvar küçəsində görüşərək ilkin olaraq 600 manat pul almış, daha sonra isə o, Rafiqdən bəzi sənədləri düzəlməsi üçün 100 manat, 2022-ci ilin fevral ayının əvvəllərində isə sənədlərlə bağlı Bakı şəhərinə gedəcəyini bildirib əlavə olaraq 40 manat almış və bir neçə aya ünvanlı sosial yardımının düzələcəyini bildirmişdir. O, Rafiqdən ümumilikdə 740 manat pul alaraq öz ehtiyaclarına xəcləmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişdir. Belə ki, Zərərçəkmiş şəxs7 dəymiş ziyan tam olaraq ödənilmiş, zərər çəkmiş X16 dəymiş ziyandan 5200 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 isə 500 manat ödənilmiş, digər zərər çəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etsədə buna nail ola bilməmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Alıxan qızı ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2 ilə aralarında uzun müddətdir tanışlıq və qonşuluq münasibətləri olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 1995-ci ildən Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Günəş ticarət mərkəzində mağaza icarəyə götürüb, həmin mağazada qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Mağazada həm işlənmiş qızılzinət əşyaları, həmdə Bakı şəhərində gətirilmiş təzə qızıllardan alıb satmışdır. 2020-ci ilin noyabr ayının sonlarında dəqiq yadında qalmayan tarixdə Yeganə ona məxsus mağazaya gəlib, adını çəkmədiyi tanışına qızıl-zinət əşyaları lazım olduğunu, onun də xeyri üçün baha qiymətə satması üçün qızıl-zinət əşyaları verməsini xahiş etmişdir. O, Yeganə ilə razılaşmış, Yeganə tanışına satmaq üçün ondan bir ədəd qolbağı və bir ədəd boyunbağı istəmişdir. O, Yeganəyə istədiyi kimi 1750 manat dəyərində bir ədəd boyunbağı və bir ədəd qolbağı vermiş, Yeganə həmin qızılları aparıb tanışına göstərəcəyini, sonra isə baha qiymətə satıb pulunu ona verəcəyini bildirmişdir. Yeganəni uzun müddətdir tanıdığı, maddi imkanının da normal olduğunu bildiyi üçün bu səbəblərdən Yeganəyə inanıb həmin qızılları aparıb satması üçün vermişdir. Yeganə qızılları apardıqdan sonra ertəsi günü zəng etmiş, Yeganə qızılları satacağı şəxslə görüşə bilmədiyini demiş, sonradan isə müxtəlif bəhanələrlə onu aldadıb, qızıllarını qaytarmamışdır. Bir neçə ay sonra Yeganə müxtəlif şəxsləri aldadıb pulunu və əmlakını ələ keçirdiyi üçün həbs edilmiş və daha sonra azadlığa buraxılmışdır. Yeganədən qızıllarını tələb etdikdə isə pula ehtiyacı olduğu üçün satıb xərclədiyini demişdir. Hətda onu aldatdığını etiraf etmişdir. Yeganə ondan ümumilikdə təxminən 1000 manat dəyərində boyunbağı, 750 manat dəyərində isə qolbağı almışdır. Lakin həmin qızılların əyyarı, çəkisi və digər əlamətlərini dəqiq xatırlamır. O, Təqsirləndirilən şəxs1 tanımır. Hazırda Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tamamilə ödəmişdir onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, qızı Mehriban 2016-cı ildə Bakı Slavyan Universitetini xarici dil müəllimliyi-rus dili ixtisası üzrə bitirmişdir. Ali təhsil aldıqdan sonra işə düzələ bilməmiş, 2019-cu ildə bir il müddətli müqavilə ilə məktəbdə müəllimə işləmişdir. Müqavilə müddəti bitdikdən sonra 2021-ci ilin mart ayında o, bir müddət Şəmkir şəhərində idmana getmişdir. Həmin vaxtı Bir gün Mehriban evə gəldiyində orada özü ilə idman edən Gülnaz adlı qızı bir nəfər şəxsin işə düzəltdiyini, özünü də düzəldə biləcəyini demişdir. O da həmin şəxslə maraqlanmasını demişdir. Bundan sonra Mehriban adının sonradan Yeganə olmasını bildiyi qadına zəng edərək Yeganəyə mobil nömrəsini Gülnazın verdiyini bildirmiş və məktəblərin birinə işə düzəlmək istədiyini demişdir. Həmin vaxtı o da Mehribanın yanında olmuşdur. Mehriban Yeganə ilə telefonu mikrafona qoyaraq danışmışdır. Onlarda Yeganənin danışığını eşitmişlər. Yeganə adını Samit kimi dediyi lakin adının sonradan İslam olduğunu bildiyi əri kimi təqdim edən şəxsin Təhsil Nazirliyində qohumlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə qızı Mehribanı Şəmkir rayonu Dəllər qəsəbəsində məktəblərin birinə rus dili müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Bunun müqabilində 6000 manat verməli olduğunu demişdir. İlkin olaraq qızından yalnız tərcümeyi hal və Təhsil Nazirliyinə vermək üçün 2000 manat istəmişdir. Onlar Yeganəyə inandığından razılaşmış və 2021-ci ilin mart ayının sonlarında Yeganə əri adını Samit kimi deyən şəxslə Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhərində 4-cü küçənin yuxarı tərəfində onlar Yeganə ilə görüşmüş və o, 2000 manat pulu Yeganə adlı qadının özünə vermişdir. Yeganə pulu sayıb götürmüş və həmin pulu Təhsil Nazirliyinə qohumuna göndərəcəyini bildirmişdir. Həmin vaxtı qızı Mehribanda tərcümeyi halını Yeganəyə vermişdir. Yeganə onlara təxminən bir aydan sonra bir cavab deyəcəyini bildirmişdir. Həmin vaxtı özünü Samit kimi təqdim edən İslam onlara qohumu vasitəsi ilə işi düzüb qoşacaqlarını bildirmişdir. Yeganə və İslam onlardan pulu götürdükdən sonra getmişlər. Təxminən bir ay sonra Yegənə qızına zəng edərək əlavə 2000 manatıda vermələrini demişdir. Onlar Yeganə ilə razılaşaraq Şəmkir şəhərində “Yamin” yanacaqdoldurma məntəqəsinin qarşısında Yeganə və İslam adlı şəxslə görüşərək 2000 manat pulu vermişlər. Həmin vaxtı Yeganə ilə İslam onlardan heç bir sənəd istəməmişlər. 2021-ci ili ilin may ayının sonlarında Yeganə ilə İslam onların evin qarşısına gələrək əlavə 2000 manatıda istəmişlər. Onlar həmin pulu yaşadığı evin qarşısında Yeganə ilə İslama verdiyi zaman Yeganə onlara əlavə olaraq 1500 manat pulda lazım olduğunu bildirmişdir. Onlar Yeganəyə əvvəlcə 6000 manata danışdığını bildirdikdə Yeganə adlı qadın onlara qızının işləmək istədiyi məktəbin yaşadığı ərazidə yerləşdiyindən pulu çox istədiklərini bildirmişdir. Lakin pulu kimə verməli olduğunu deməmişdir. Onlarda həmin vaxtı pulun çox hissəsini verdiyindən məcburən Yegənə ilə razılaşmış və bir ay ərzində qalan 1500 manatıda verəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarıda Yeganə ilə İslam onlara gəlmiş, o, Yeganəyə 1500 manat pulu verdiyindən Yeganə qızından diplomunun sürətini, şəxsiyyət vəsiqəsinin sürətini götürmüş və qızının adından özünün yazdığı iki ədəd məktuba qol çəkdirmişdir. Həmin məktublar da qızının adından biri prezident Zərərçəkmiş şəxs4 və Təhsil Nazirliyinə qızının işə düzəlməsi ilə bağlı olmuşdur. Yeganə ilə İslam sənədləri və pulu onlardan götürdükdən sonra bir ay ərizndə qızının işinin düzələcəyini və sentyabr ayının 15-dən işə gedəcəyini bildirmişlər. Lakin avqust ayının sonlarında heç bir əmr olmadığından onlar həmin şəxslərin onları aldatdıqlarını başa düşmüş və o, Yeganə ilə İslama zəng edərək pulunu qaytarmasını tələb etmişlər. Lakin həmin şəxslər bir pulu qaytarmamış, bir müddətdən sonra Yeganə ilə İslam onlara bir neçə dəfəyə 5200 manat pulu ödəmiş, qalan pulunu qaytarmamışlar. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, onun kürəkəni 2021-ci ildə vəfat etmişdir. Kürəkəni vəfat etdikdən sonra qızı Xumar iki azyaşlı övladı ilə onun yanında qalmışdır. Nəvələrinin hər ikisi qüsurlu olduğundan uşaqları o müalicə elətdirsədə hələ tam effekti olmamışdır. 2021-c ilin avqust ayının 23-də onlar ailəliklə birlikdə kürəkəninin qəbrini ziyarət etməyə getmişdir. Onlar qəbiristanlıqdan çıxdıqdan sonra Həsənqaya kəndində yerləşən X35 ziyarətgahına getmişlər. Onlar ziyarətgahda olduğu zaman ziyarətgahda olan adının sonradan Təqsirləndirilən şəxs2 və İslam oğluduğunu bildiyi şəxs onların uşaqlarının qüsurlu olmasını görərək onlara yaxınlaşmışlar və uşaqların qüsurlarına görə pensiya alıb almadıdıqlarını soruşduqda onlar almadıqlarını bildirmişlər. Yeganə isə onlarla söhbət edərək uşaqların pensiyasını düzəltdirə biləcəyini, onların 180 manat pensiya alacağını bildirmişdir. İslam isə özünün ürək həkimi olduğunu, Mingəçevir şəhərində xəstəxanada işlədiyini bildirmişdir. O, pensiyanın necə düzəldəcəyini soruşduqda Yeganə 700 manat xərcin olmasını bldirmiş və özünün istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrini ona vermişdir. O, evə getdikdən sonra evdə məsləhətləşərək Yeganəyə zəng edərək onun 700 manat pulunun olmadığını bildirmişdir. Yeganədə ona əvvəl 500, sonra isə 200 manat pulu verməyi təklif etmişdir. O, Yeganə ilə razılaşmış və sabahı günü Bərdə rayonu Saatlı kəndində Yeganə və İslamla görüşmüşdür. Həmin vaxtı qızı Xumarda onun yanında olmuşdur. Qızının yanında o, beş yüz manat pulu və uşaqların sənədlərini Yeganəyə vermişdir. Yeganə bir həftə ərzində sənədləri qaytaracağını və bir ay ərzində də pensiyanı düzələcəyini bildirmişdir. Bir həftədən sonra o, Yeganə ilə tefonla əlaqə saxlayaraq sənədləri tələb etmiş, həmin vaxtı Yeganə avtobus vasitəsi ilə ona sənədləri göndərmişdir. Bundan bir müddət sonra o, həmkəndlisi Misirlə görüşdüyü zaman Misirə Yeganə barədə məlumat vermişdir. Həmin vaxtı Yeganə ilə danışdığında Yeganə səndləri toplamaq üçün 200 manat puluda göndərməsini demiş və 4169-7413-0735-5964 saylı kart nömrəsini verərək özünün kart hesabı olduğunu və pulu həmin karta göndərməsini demişdir. O, həmin vaxtı ödəmə terminalı vasitəsi ilə Yeganyə 200 manat pulu göndərmişdir. Həmin vaxtlarda Misirdə arvadının pensiyasını bərba elətdirmək istədiyini bildirmiş və Yeganə ilə danışdıqda Yeganə Misirdən pensiyanı bərpa elətdirmək üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar Bərdə rayonu ərazisində Misirlə birlikdə 1000 manat pulu İslamın yanında Yeganəyə vermişlər. Yeganə pulu götürdükdən sonra üç gün ərzində Misirin işinidə düzələcəyini bildirmişdir. Eyni zamanda Misirin işinin asan iş olduğunu bildirmiş və onların sənədlərini artıq toplayaraq hazırladığını və hər ikisinin sənədlərini nazirlikdə olan tanışına göndərəcəyini bildirmişdir. Daha sonra onların yanından çıxıb getmişlər. Bir neçə gün sonra Yeganə Misirə zəng edərək əlavə olaraq 300 manat pulda lazım olduğunu bildirmiş, Misir də 300 manat pulu Həsənqaya kəndində ödəmə terminalı vasitəsi ilə Yeganənin kartına göndərmişdir. Bundan sonra dəfələrlə Yeganə ilə əlaqə saxladıqda Yeganə müxtəlif bəhanələr gətirərək az vaxta düzələcəyini bildirmişdir. Bundan sonra 10 dekabr 2021-ci il tarixdə Yeganə onları Gəncə şəhərinə sənədlərə qol çəkmək üçün dəvət etmişdir. Misirlə birlikdə qızı Xumarıda götürərək Gəncə şəhərinə getmişlər. X27 pulunu qaytarmasını tələb etmiş, Yeganə Misirin pulunu qaytaracağını bildirmişdir. Onlara isə pensiyanın az vaxta düzələcəyini bildirib, nəvələrinin pensiya kartını ona verəcəyini demişdir. Yeganə onlara bir neçə sənədlərə qol çəkdirmişdir. Bundan sonra onlar kəndə qayıtmışlar. Həmin vaxtdan sonra nə qədər Yeganə ilə əlaqə saxlasalarda heç bir nəticəsi olmamışdır. Ona görə də Misirlə birlikdə şikayət etmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmamış və onlardan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Firuddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin sentyabr ayında tanışı Şəmkir rayonu Yeni Həyat kənd sakini Müzadilə görə tanımışdır. Həmin vaxtı Müzadil ona Yeganənin yaxşı baxıcı olduğunu bildirmiş və Yeganənin hər iş bacardığını demişdir. O, həmin vaxtı Yeganənin vasitəsi ilə subay qardaşı İlqarı evləndirmək üçün cadu yazdırmaq qərarına gəlmişdir. Cadu vasitəsi ilə qardaşına hər hansı köməklik edə biləcəyini fikirləşmişdir. Bir neçə gündən sonra o, Müzadilin evində Yeganə ilə görüşmüş və orada o, problemlərini Yeganəyə bildirmişdir. Yeganənin yanında Yeni Həyat kəndindən olan İslam adlı üzdən tanıdığı şəxsdə olmuşdur. İslam həmin vaxtı Yeganənin əri olduğunu bildirmişdir. Həmçinin Yeganənin cadu və fala baxmaq işlərini yaxşı bacardığını, əgər Yeganənin gördüyü işdə hər hansı problem olacağı halda verdiyi pulu geri qaytaracalarını bildirmişdir. O da Yeganəyə inanmışdır. Eyni zamanda Müzadil özüdə Yeganin görəcəyi işə cavabdeh olduğunu bildirmişdir. Yeganə həmin vaxtı cadu yazmaq üçün ilik olaraq 400 manat lazım olduğunu, sonradan isə əlavədə pul lazım olacağını bildirmişdir. O, 2021-ci ilin sentyabr ayının axırlarında Müzadilin evində 400 manat pulu Yeganəyə qardaşı İlqara cadu yazıdırması üçün vermişdir. Bundan sonra orada arvadı, Yeganə və Müzadilin arvadı qalmışdır. Yeganə həmin vaxtı onlara özünün deməsinə görə cadulu su verərək qardaşı İlqarın həyətinə səpməyi demişdir. Onlarda Yeganənin dediklərini etmişlər. Bir qədər sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Yeganə İslam ilə birlikdə onlara gələrək iki dəfəyə hər dəfə iki yüz manat olmaqla cəmi dörd yüz manat pul götürmüşdür. Sonuncu dəfə iki yüz manatı götürəndə də Yeganə cadulu su vermişdir. Bundan bir qədər sonra onlar İslamın həbs olunmasını eşitmiş və bu barədə Yeganədən soruşduqda Yeganə ona İslamın bankdan götürdüyü avtomobilə görə probleminin olduğunu və buna görə də həbs olunduğunu demişdir. Yeganə onlara eyni zamanda 2022-ci ilin aprel ayına kimi İlqarın özü evlənmək istədiyini deyəcəyini bildirmişdir. Onlar da həmin vaxtdan sonra Yeganənin deməsi ilə gözlədikdə kürəkəni Tahirədə bu barədə demiş və Tahiri öz evində Yeganə ilə tanış etmişdir. Yeganə Tahirdən qızını işə qoymaq və oğluna cadu yazdırmaq üçün təxminən 6000 manat pul almışdır. Lakin sonradan onlar Yeganənin İslamla birləşərək bir çox insanları aldadaraq pullarını aldıqlarını, İslamın da dələduzluq cinaytlərinə görə tutulduğunu eşitmişlər. Bundan sonra kürəkəni Tahirlə birlikdə gələrək ərizə ilə polis şöbəsinə müraciət etmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, onun arvadının uzun müddətdir ki, epilepsiya xəstəliyi olmuşdur. Əvvəllər arvadı bununla bağlı pensiya almışdır. 2021-ci ilin iyun ayından isə arvadının pensiyası kəsilmişdir. Bu barədə də onun qohumlarının məlumatı olmuşdur. 2021-ci ilin oktyabr ayında həmkəndlisi olan Zərərçəkmiş şəxs12 onunla söhbət edərkən bir müddət əvvəl Bərdə rayonu Həsənqaya kəndində olan X35 ziyaratgahında olarkən Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış olduğunu və həmin şəxsin nəvələrinə pensiya düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Eyni zamanda buna görə 700 manat puluda Yeganəyə verdiyini bildirmişdir. X19 adlı həkimlə gördüyünü, hər ikisinin Əmlak və Əhalinin Sosial Müdafiəsi nazirliyində yaxın tanışlarının olduğunu bildirmişdir. O, bundan sonra Müzəffərə arvadı X1 pensiyasını bərba elətdirmək üçün Yeganə ilə danışmaq istədiyini bildirmişdir. Həmin vaxtı Müzəffərə məxsus mobil telefon vasitəsi ilə Yeganə ilə əlaqə saxlamışdır. Telefonla danışdığı zaman Yeganə onu dinlədikdən sonra üç gün ərzində pensiyanı bərpa elətdirəcəyini, bunun əvəzində isə ondan 1000 manat pul alacağını bildirmişdir. O da Yeganə ilə razılaşmışdır. Söhbətin sabahı günü o, Müzəffər ilə birlikdə Həsənqaya kəndinə getmiş və orada Yeganə ilə görüşmüşdür. Həmin vaxtı Yeganənin yanında İslam adlı şəxsdə olmuşdur. İslam onlara orada ürək cərrahı olduğunu və Yeganənin onlara köməklik edə biləcəyini demişdir. Orada o, arvadına məxsus xəstəliyi ilə bağlı sənədlərin surətini və 1000 manat pulu Yeganəyə vermişdir. Yeganə pulu götürərkəndə üç gün ərzində pensiyanın bərpa elətdirəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Yeganə onlarla əlaqə saxlayaraq sənədlərin hazır olduğunu və sənədlərə möhür vurdurmaq üçün əlavə olaraq 300 manat da pul lazım olduğunu bildirmişdir. Müzəffər də həmin vaxtı əvvəl Yeganəyə 300 manat əlavə pul göndərdiyini, Yeganənin kart nömrəsinin özündə olduğunu bildirmişdir. Bundan sonra o, Müzəffərdən kart nömrəsini götürərək kart hesabına 300 manat pulu Həsənqaya kəndində yerləşən mağazaların birindən ödəmə terminalı vasitəsi ilə Yeganəyə göndərmişdir. Bundan sonra dəfələrlə Yeganə ilə işin nə yerdə olması barədə soruşduqda Yeganə müxtəlf bəhanələrlə işin az vaxta düzələcəyini bildirmişdir. Bir neçə gün sonra o, Müzəffərlə iş barədə söhbət etdikdə Müzəffər qızı Xumar ilə birlikdə Gəncə şəhərinə Yeganə ilə görüşmək üçün gedəcəyini bildirmişdir. O da Müzəffərlə getməyə razılaşmışdır. 2021-ci ilin dekabr ayında onlar Gəncə şəhərinə gəlmiş və orada Yeganə ilə görüşmüş, o, həmin vaxtı Yeganəyə pensiyasını düzəltmədiyini, ona görə də pulu qaytarmasını demişdir. Yeganə isə ona pulunu düzəldərək qaytaracağını bildirmişdir. Yeganə həmin vaxtı ona ağ kağız təqdim etmiş ona həmin kağıza öz işindən imtina etməsini yazaraq qol çəkməsini demişdir. Lakin o, artıq Yeganənin onu aldatdığını başa düşdüyünddən imza etməkdən imtina edərək pulunu tələb etmişdir. Bundan sonra da o, Yeganə ilə telefonla əlaqə saxlasada heç bir nəticəsi olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmamış və onlardan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, oğlu X20 2013-cü ildə onun tanımadığı Mingəçevir şəhərində yaşayan xanımla tanış olmuş, o və ailəsi oğlunun həmin qız ilə münasibətdə olmasına razı olmamış, oğlu isə israrla həmin qız ilə birlikdə olmaq istədiyini demişdir. 2021-ci ilin oktyabr aylarında arvadı Əhmədova Rübabə evdə olarkən ona bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs4gilə Yeganə adlı şəxs gəlib, həmin şəxs arvadının digər qardaşı İlqar Əliyevin ailə həyatı qurması işini cadu yazıdraraq həll edir. Onlarında gedərək oğlunun tanış olub ayrıla bilmədiyi xanım ilə münasibətləri barədə Yeganədən cadu yazdıraraq kömək istəməsini demişdir. Daha sonra o, arvadı Rübabə ilə birlikdə qaynı İlhamgilin evinə getmiş, orada o, və qayını İlham, Yeganə adlı şəxsin əri kimi tanımış olduğu əvvəllər adını Samit kimi təqdim edən sonradan adının İslam olduğunu bildiyi şəxslə evin həyətində gözləmişlər. Arvadı Rübabə içəridə Yeganə və digər qadınların olduğu yerə girmiş daha sonra o da içəri girmişdir. Yeganə adlı şəxs bildirmişdir ki, oğlu Əhmədov Eminin işi ilə əlaqədar 500 manat pul lazımdır, həmin problemi həll edəcəkdir. Həmin vaxt onun X28 məsləsi ilə bağlı da söhbət yaranmışdır. Belə ki, qızı Lalə Əhmədova 2019-cu il tarixdə Gəncə Dövlət Universitetinin ana dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə ali təhsil haqqında diplomunu universiteti bitirərək almış və 2021-ci ilin avqust ayında müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak edərək 46 bal toplamışdır. Onlara Təhsil Nazirliyindən gözləmək lazım olmasını, nəticələr elan olunacağını bildirmişlər. O, arvadı ilə qərara gəlmişdir ki, qızını yaxınlığında yerləşən məktəblərin birində işə düzəltsinlər və bu barədə Yeganə adlı şəxsə söhbət zamanı bildirmişlər. Yeganə isə kömək edəcəyini və qızını yaxınlıqda yerləşən məktəblərin birinə işə düzəldəcəyini bildirmişdir. İslamda həmin vaxtı Yeganənin dediklərini tədiq edərək Yeganənin hər bir işi görə bildiyini demişdir. X28 məsələsinə görə də 2500 manat Yeganə onlardan pul istəmişdir. Həmin gün arvadı Əhmədova Rübabəyə 500 manat pulu oğlunun məsələsinə görə vermiş, arvadı isə pulu Yeganəyə vermişdir. Bir iki gün sonra isə Yeganə adlı şəxslə qayını İlhamgildə görüşmüş, həmin vaxtıda özünü Yeganənin əri kimi təqdim etdiyi İslamda Yeganənin yanında olmuş və qızının məsələsinə görə 2500 manat pulu İslamın yanında Yeganəyə vermişdir. Bu hadisələrdən sonra Yeganəyə qızının və oğlunun məsələsinə görə müxtəlif vaxtlarda 600, 1000, 1500, 250, 65, 300, ümumilikdə 3715 manat pulu vermiş, həmin pulların müəyyən hissəsini arvadı Rübabə vermiş, qalan pulları isə özü vermişdir. Hətta bəzi məbləğləri Yeganənin kart hesabına ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Həmin pulların Yeganəyə 3900 manat verdiyində İslamda yanında olmuş, sonradan onlar İslamın həbs olunduğunu eşitmiş, bundan sonra da Yegənə tək gələrək onlardan pul götürürmüşü və işin artıq yekunlaşdğını bildirirmişdir. Onlar isə hər dəfə Yeganənin sözünə inanırdılar. Sonradan isə onlar Yeganənin başqa şəxsləridə aldatmasını eşitmişlər. Yeganənin əri kimi tanımış olduğu İslam adlı şəxs də onu inandırmışdır ki, həqiqətən Yeganə bu cür problemli məsələləri həll edir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmamış və onlardan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2007-ci ildə səhhətində olan problemlərlə bağlı pensiyaya çıxmışdır. Həmin vaxtdan o, 2020-ci ilə qədər pensiya almışdır. 2020-ci ilin aprelində təkrar komissiya keçirildikdən sonra onun pensiyası kəsilmışdır. Bundan sonra bir neçə dəfə o, Sosial Müdafiə Fonduna müraciə etsədə pensiyası bərpa olunmamışdır. 2021-ci ilin dekabr ayında o, Şəmkir şəhər sakini olan Yeganə adlı qadının pensiyaların bərpa olunmasına köməklik edə biləcəyini eşitmışdır. Maraqlandıqda o, Yeganənin yaşadığı kənddə adlarını xatılamadığı şəxslərə pensiya və ünvanlı sosial yardım düzəltdiyini eşitmişdir. Həmin vaxtlarda o, Yeganənin mobil telefon nömrəsini əldə edərək Yeganəyə zəng vurub pensiyanın bərpa olunması ilə maraqlanmışdır. Yeganə də ona Bakı şəhəhərində tanışlarının olduğunu həmin tanışlarının vasitəsi ilə onun pensiyanı bərpa elətdirə biləcəyini, bunun üçün 1800 manat pul lazım olduğunu demişdir. Oda Yeganəyə 1500 manat verə biləcəyini demişdir. Yeganə də onunla razılaşmışdır. Bir qədər sonra zəng edərək Seyfəli kəndində olduğunu və pulu götürmək üçün gəldiyini bildirmişdir. O da Yeganəyə etiraz etməmişdir. Bir qədər sonra Yeganə onarın evə gəlmiş və yaşadığı evin içərisində 1500 manat pulu Yeganəyə vermişdir. Həmin vaxtı əri Şakirdə evdə olmuşdur. Yeganə evdən çıxdığı zaman əri Sabit adlı şəxslə gəldiyini bildirmişdir. Lakin o, həmin şəxsin üzünü görməmişdir. Həmin şəxs Yeganənin gəldiyi avtomobildə olmuşdur. O, Yeganəyə pulu verdiyində Yeganə bir neçə aya pensiyasının bərpa olunacağını bildirmişdir. Bir neçə ay sonra o, eşitmişdir ki, Yeganə bir çox şəxslərdən pul alaraq aldatmış və barəsində polisdə iş aparılır. Bundan sonra o, Yeganənin həbs olunmasını eşitmişdir. Həmçinin Yeganə ilə onlara gələn şəxsin Yeni Həyat kəndindən olan İslam adlı şəxs olmasını bilmişdir. Yeganə onun pulunu ödəmədiyindən o, polisə şikayə ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışmamış və onlardan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhərində yaşayan qızı Ayşən Ataşova və digər qohumlarının vasitəsilə tanımışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Yeganə adlı qadının qızından və digər adlarını bilmədiyi şəxslərdən pensiya və sosial yardım düzəltmək, həmçinin sosial ev almaq adı ilə müxtəlif məbləğlərdə pul almasını eşitmişdir. Bu zaman o da maddi çətinlikləri olduğu üçün sosial yardım düzəltmək qərarına gəlmiş və bu məqsədlə qızı Ayşəndən Yeganə ilə danışmasını xahiş etmişdir. O, Ayşənin vasitəsilə Yeganə ilə mobil telefonda əlaqə saxlamış, Yeganə 700 manat pul müqabilində yüksək məbləğdə sosial yardım alacağını demişdir. Hətda Yeganəyə adına ev, maşın, torpaq sahəsi olduğunu da bildirib, belə olan halda sosial yardım verilməsinə imtina edildiyini də qeyd etmişdir. Yeganə isə heç bir problem olmayacağını, verdiyi 700 manat pulun müqabilində həmin problemləri aradan qaldıracağını demişdir. Bununla da o, Yeganənin təklifi ilə razılaşmışdır. Yeganə əvvəlcədən 700 manat pul və lazımi sənədləri ona verməsini tələb etmişdir. O isə 700 manat pul düzəldib, daha sonra həmin pulu, özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini Yeganəyə verməsi üçün qızı Ayşənə vermişdir. Ayşən də iki gün sonra 700 manat pulu və şəxsiyyət vəsiqələrini Yeganəyə vermişdir. Bir neçə gün sonra Yeganə şəxsiyyət vəsiqələrini qaytarmışdır. O, daha sonra Yeganə ilə şəxsən mobil telefon əlaqəsi yaratmamış, Yeganə ilə qızı Ayşənin vasitəsilə telefon əlaqəsi saxlamışdır. Yeganə təxminən iki ay ərzində sosial yardımın düzələcəyini və həmin müddət keçdikdən sonra plastik kart əldə edəcəyini demişdir. Lakin bundan iki ay keçməsinə baxmayaraq sosial yardım düzəlməmişdir. Daha sonra isə Yeganənin xeyli sayda adamları aldatmaqla pulunu ələ keçirdiyini, barəsində cinayət işi başlandığını, sonra isə həbs olunduğunu eşitmişdir. Yeganənin aldadıb pullarını ələ keçirdiyi qohumları da dəfələrlə Yeganənin yaşadığı evə gedib, pullarını tələb etmişlər. Lakin Yeganə onların da pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, təxminən 2007-ci ildə səhhətində olan problemlərlə bağlı pensiyaya çıxmışdır. Həmin vaxtdan o, 2020-ci ilə qədər pensiya almışdır. 2020-ci ilin yanvar təkrar komissiya keçirildikdən sonra onun pensiyası kəsilmişdir. Bundan sonra o, pensiya ilə bağlı heç bir yerə müraciət etməmişdir. 2021-ci ilin dekabr ayında o, tanışlarından Şəmkir şəhər sakini olan Yeganə adlı qadının pensiyaların bərpa olunmasına köməklik edə biləcəyini eşitmişdir. Maraqlandıqda o, Yeganənin yaşadığı kənddə adlarını xatılamadığı şəxslərə pensiya və ünvanlı sosial yardım düzəltdiyini eşitmişdir. Həmin vaxtlarda o, Yeganınin mobil telefon nömrəsini əldə edərək zəng vurub pensiyasının bərpa olunması ilə maraqlanmışdır. Yeganə ona köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar Yeganənin deməsi ilə Seyfəli kənd sakini olan Əfsanə adlı qadının evində görüşmüş, həmin vaxtı Yeganə Bakı şəhərində Sosial Müdafiə Fondunda tanış adamı olduğunu, tanışının vasitəsi ilə onun pensiyasını bərpa elətdirə biləcəyini demişdir. O, Yeganədən bunun üçün nə qədər xərc lazım olduğunu soruşduqda Yeganə ona 1100 manat pul lazım olduğunu, ilkin olaraq isə 500 manat verməli olduğunu bildirmişdir. O, Yeganə ilə razılaşmış, 2021-ci ilin dekab ayının ortalarında Şəmkir rayonu Seyfəli kəndində görüşmüş və 500 manat pulu o, Yeganəyə vermişdir. Həmin vaxtı Yeganə xatırlamadığı taksi ilə gəlmişdir. Eyni zamanda Yeganə ondan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Qalan 600 manatıda qısa müddətə verməli olduğunu demişdir. Yeganə ona qısa müddətdə həkim komissiyasından keçəcəyini, həkimlərlə özünün danışacağını, onun üçün heç bir problem olmayacağını bildirmişdir. O da bundan sonra kredit götürmüş və 2021-ci ilin dekabr ayının sonlarında qalan 600 manat pulu Yeganə ilə danışdıqdan sonra Şəmkir rayonu Yeni Həyat kəndində “Qala” restoranının yaxınlığında Yeganəyə vermişdir. Həmin vaxtı da Yeganə ona heç bir narahatçılıq olmadığını, qısa müddətə onun pensiyasının düzələcəyini bildirmişdir. O, bir neçə dəfə həmin vaxtdan sonra Yeganəni Şəmkir rayonu ərazisində görərək pensiya barədə soruşduqda Yeganə ona az vaxta komissiya həkimlərinin onu çağıracağını, həmin vaxtı da pensiyasının düzələcəyini bildirmişdir. 2022-ci ilin yay aylarında o, Yeganənin çox adamı aldadaraq həbs olunduğunu eşitmiş, Yeganənin yaşadığı evə gedərək pulunu tələb etdikdə valideyinləri Yeganənin işinə aidiyyatı olmadığını bildirmişlər. Bundan sonra da o, polisə şikayət etmişdir. Bu günə qədər də Yeganə onun pulunu qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində o, qonşusu olan Xuramangilə getmişdir. Orada o, Yeganəni görmüşdür. Həmin vaxtı o, Yeganənin sosial yardım düzəltməkdə bəzi şəxslərə köməklik etməsini bilmişdir. Yeganə ilə bu barədə söhbət etdikdə Yeganə Bakı şəhərində yaşayan əmisinin olduğunu, əmisinin vasitəsi ilə sosial yardım düzəldə bildiyini demişdir. Həmin vaxtı Xuraman ünvanlı sosial yardım düzəltmək üçün Yeganəyə 500 manat pul verdiyini, az vaxta sosial yardımının düzələcəyini bildirmişdir. Orada Yeganə ona hər hansı xəstəliyinin olub-olmamasını soruşduqda o, başında ciddi ağrılar olduğunu bununla bağlı uzun müddət müalicə aldığını bildirmişdir. Yeganə də ona həm ünvanlı sosial yardım düzəltməyi, həmdə onu xəstəliklə bağlı pensiyaya çıxartmağı demişdir. O, bunun üçün nə qədər xərc lazım olduğunu soruşduqda Yeganə ünvanlı sosial yardım düzəltmək üçün 700 manat, xəstəliklə bağlı pensiyaya çıxmaq üçün isə 2000 manat pul lazım olduğunu bildirmişdir. O, Yeganə ilə razılaşdıqdan sonra 2022-ci ilin yanvar ayının ortalarında Yeganə onlara gəlmiş və ilkin olaraq onun yaşadığı evdə Yeganəyə 1000 manat pulu vermişdir. Yeganə həmin pulu Bakı şəhərinə göndərəcəyini bildirmişdir. Lakin kimə göndərəcəyi barədə ona heç bir söz deməmişdir. Bir həftə sonra Yeganə ona zəng edərək 1000 manatda pulu düzəltməyi demişdir. O da həmin vaxtı yenə öz yaşadığı evdə Yeganəyə əlavə 1000 manatda vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında isə Yeganə qalan pulu götürmək üçün onlara gəlmiş, həmin vaxtı o, 700 manat pulu düzəldə bilmədiyindən 500 manat pulu Yeganəyə vermişdir. Bir neçə gün sonra qohumları ilə bu barədə söhbət etdikdə qohumları ona Yeganənin yalançı adam olduğunu, bir çox adamların pulunu aldadıb aldığını bildirmişlər. Bundan sonra o, Yeganəyə zəng edərək pensiya və ünvanlı sosial yardım düzəltmək istəmədiyini deyərək, pulunu geri qaytarmağı tələb etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində Yeganə 500 manat pulu gətirib ona qaytarmış, qalan pulu da az vaxta kimi qaytaracığını bildirmişdir. Lakin bu günə kimi Yeganə onun 2000 manat pulunu qaytarmamışdır. 2022-ci ilin yanında o, Yeganənin həbs olunduğunu eşitmiş və bundan sonra Yeganənin onu aldatması barədə polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2013-cü ildən Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Şəmkir mərkəzi bazarının içərisində dükan icarəyə götürərək qızıl zinət əşyaları satmışdır. Onunla birlikdə arvadı Gülnarda onun yanında olmuşdur. O, işi ilə əlaqədar olaraq dükanda olmadığında isə Gülnar özü dükanda dayanmışdır. Onlar dükanda həm işlənmiş qızıl zinət əşyaları, həmdə Bakı şəhərindən gətirilmiş təzə qızıllardan alıb satmışlar. Dükanda bütün sənədləşmə onun adına olmuşdur. 2022-ci ilin əvvəlində o, işlə əlaqədar olaraq Rusiay Federasiyasına getmişdir. Həmin vaxtıda arvadı Gülnar dükanı idarə etmişdiri. O, 2022-ci ilin fevral ayının ortalarında Rusiya Federasiyasından qayıtmış, dükana gəldiyində qızılların çox hissəsinin olmadığını görmüşdür. O, arvadından qızılların harada olmasını soruşduqda Gülnar ona qızılları qəsəbə sakini olan tanıdığı Təqsirləndirilən şəxs2 satmaq üçün götürdüyünü, lakin hələdə pulu gətirib vermədiyini bildirmişdir. O, Yeganənin hansı məbləğdə qızıl-zinət əşayalrını götürməsini soruşduqda Gülnar Yeganənin təxminən 9500 manat dəyərində qızıl zinət əşyaları götürməsini bildirmişdir. O, bundan sonra Yeganə ilə əlaqə saxlayaraq qızılları və ya pul gətirməsini dedikdə Yeganə pulun bir hissəsini göndərmiş, qalan hissəsini isə göndərəcəyini bildirmişir. Lakin o, sonradan Yeganənin çox adamları aldadaraq pulunu ələ keçirməsini və barəsində araşdırma aparılamasını eşitmişdir. Yeganə bundan sonra ona heç bir məbləğ ödəməmişdir. Sonradan o, Yeganənin həbs olunduğunu eşitmişdir. Yeganə onlardan ümumilikdə bir cüt 750 əyarlı 9 qram çəkisi 2200 manat dəyərində briliyant sırğa, bir cüt 750 əyarlı 3 qram çəkisi 300 manat dəyərində sırğa, bir dəst 583 əyarlı, 11 qram çəisi, 1000 manat dəyəri olan qızıl üzük və sırğa, bir ədəd 583 əyarlı 2 qram çəkisi olan 150 manat dəyərində üzük, bir ədəd 750 əyarlı 4 qram çəkisi olan 380 manat dəyərində halğa üzük, bir ədəd 750 əyarlı 26 qram çəkisi olan 2500 manat dəyərində qızıl boyunbağı, bir cüt 585 əyarlı 6 qram çəkisi olan 510 manat dəyərində qızıl sırğa, bir ədəd 583 əyarlı 12 qram çəkisi olan 900 manat dəyərində qızıl üzük, bir cüt 585 əyarlı 5 qram çəkisi olan 425 manat dəyərində qızıl sırğa, bir ədəd 585 əyarlı, 7 qram çəkisi olan 700 manat dəyərində qızıl boyunbağı, bir ədəd 585 əyarlı 8 qram çəkisi olan 680 manat dəyərində qızıl klon, bir ədəd 750 əyarlı 6 qram çəkisi olan 720 manat dəyərində briliyyant qaşlı üzük, bir ədəd 750 əyarlı 6 qram çəkisi olan 950 manat dəyərində briliyant qaşlı üzük, bir ədəd 585 əyarlı 2 qram çəkisi olan 170 manat dəyərində açar formalı klon, bir ədəd 585 əyarlı, 3 qram çəkisi olan 250 manat dəyərində qızıl boyunbağı, yeddi ədəd hər birinin çəkisi bir qram olan hər biri 45 manat dəyərində qızıl qolbağılar götürmüşdür. Həmin qızıl zinət əşyalarının ümumi qiyməti 11050 manat etmiş, Yeganə isə onlara müxtəlif vaxtlarda 2000 manat pul ödəmiş, 9050 manat pulu isə bu günə qədər qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. 2021-ci ilin dekabr ayının sonlarında Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan qardaşı Raminin evinin yaxınlığında təsadüfən adı sonradan məlum olan Təqsirləndirilən şəxs2 ilə rastlaşmış, söhbət zamanı Yeganə sosial yardım və pensiya düzəltmək işi ilə məşğul olduğunu bildirmiş, o, da Yeganəyə pensiya və sosial yardımı necə düzəltməsi, hansı məbləğdə düzəltməsi barədə suallar vermişdir. Yeganə sosial yardımı bir ay ərzində düzəldəcəyini, həmin müddətdə sosial yardım almaq üçün kart verəcəyini bildirib, bunun müqabilində 600 manat pul tələb etmişdir. O, Yeganə ilə razılaşıb, əlaqə saxlamaq üçün yadında qalmayan mobil nömrəsini Yeganədən almış, ertəsi günü özünə məxsus qızılzinət əşyalarını lombarda qoyaraq 600 manat pul əldə etmiş, sonra isə 600 manat pulu Şəmkir şəhəri 20 Yanvar küçəsində əlbə-əl olaraq Yeganəyə vermişdir. Yeganə əlavə olaraq özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrinin kserosürətini tələb etdiyi üçün həmin sənədlərin kserosürətini çıxarıb, Yeganəyə vermişdir. Bundan bir ay sonra yəni, təxminən 2022-ci ilin yanvar ayında ona zəng edib, barəsində arayış almaq və yoxlama gətirmək üçün əlavə 100 manat pul tələb etmiş, həmin gün Yeganə ilə yaşadığı kənddəki Qala restoranı yaxınlığında görüşmüş, 100 manat pulu da Yeganəyə vermişdir. 2022-ci ilin fevral ayında isə Yeganə onun sənədləri ilə bağlı Bakı şəhərinə gedəcəyini bildirib, əlavə olaraq 40 manat pul tələb etmiş, həmin məbləğdə pulu Şəmkir şəhərində Yeganəyə vermişdir. Yeganə sosial yardım düzəltmək adı ilə cəmi 740 manat pulunu ələ keçirmiş, lakin iki ay sonra Yeganənin müxtəlif şəxsləri aldadaraq pullarını ələ keçirməsinə görə həbs edildiyini eşitmişdir. Yeganənin digər şəxsləri sosial yardım və pensiya düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 onu aldadaraq pulunu ələ keçirməsi barədə danışıqlarda digər şəxslər iştirak etməmiş, Yeganəyə 740 manat pulu verərkən yanında heçkim olmamış, Təqsirləndirilən şəxs1 pulunun ələ keçirilməsində heç bir iştirakı olmamışdır. bu səbəbdən Təqsirləndirilən şəxs2 ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Sarvan təxminən 2013-cü ildən Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Şəmkir mərkəzi bazarının içərisində dükan icarəyə götürərək qızıl zinət əşyaları atmışdır. Evləndikdən sonra o da çox vaxtı bazarda Sərvanın yanında oturmuş və Sərvana köməklik etmişdir. Sərvan işi ilə bağlı harasa getdikdə isə o, dükanda dayanaraq qızıl satmışdır. Onlar dükanda həm işlənmiş qızıl zinət əşyaları, həmdə Bakı şəhərində gətirilmiş təzə qızıllardan alıb satmışlar. Dükanda bütün sənədləşmə Sərvanın adına olmuşdur. 2022-ci ilin əvvəlində Sərvan işlə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. Həmin vaxtıda o, dükanı idarə etmişdir. Sərvan Rusiya Federasiyasında olduğu zaman onun atasıgillə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 bazara onun yanına gələrək qızıl zinət əşyaları istəyən olsa ondan gəlib götürə bilib bilməyəcəyini soruşmuşdur. O da Yeganəyə qonşusu olduğundan verə biləcəyini demişdir. Yeganə ilk olaraq ondan bir neçə qızıl zinət əşyası götürmüş və bir qədər baha qiymətə sataraq pulunu qısa müddətə qaytaracağını bildirmişdir. O da Yeganənin istədiyi qızılları vermişdir. Həmin vaxtı təxminən 2022-ci ilin yanvar ayının sonları olmuşdur. Bir neçə gün sonra Yeganə gələrək bir qədər pul ona vermiş, digər qızılların pullarını isə alan şəxslər pulunu verdikdə gətirəcəyini bildirmişdir. Bundan sonra onun Yeganəyə inamı artdığından Yeganənin götürəcəyi qızıllara etiraz etməmişdir. Yeganə təxminən 11050 manatlıq qızıl zinət əşyaları götürüb aparmışdır. Bir müddət sonra Sərvan Rusiya Federasiyasından gəldiyindən dükanda qızılların həddən artıq az olmasını görərək ondan qızılların harada olmasını soruşduqda o, Yeganənin satmaq üçün götürüb apardığını bildirmişdir. Sərvan Yeganəyə zəng edərək qızılları tələb etdikdə Yeganə az bir məbləğdə pul göndərmişdir. Sonradan isə onlar Yeganənin çox adamı aldatmasını eşitmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Seyfəli kənd sakini İlhamı uzun müddətdir tanıyır, İlhamla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən iki il əvvəl əvvəllər tanıdığı Samit ləqəbli İslam adlı şəxs və onun həyat yoldaşı Yeganəni tanımışdır. Samit Yeganənin falçılıqla məşğul olduğunu bildirmişdir. O isə qardaşı Aftandilin işlərinin düz getməməsi ilə bağlı Yeganəyə müraciət etmiş, Yeganə qardaşı Aftandilin evinin qarşısındakı gül kollarının arasından dua cadu tapmışdır. Ertəsi günü İlham borcunu istəmək üçün işlədiyi mağazaya gəlmiş, söhbət zamanı İslam da ora gəlmişdir. İlham da qardaşının şəxsi problemi olduğunu və qardaşını evləndirə bilmədiyini demişdir. Bununla da onlar öz aralarında söhbətə başlamışlar. Daha sonra isə İslamın İlhamı aldadaraq 2200 manat pulunu ələ keçirməsini eşitmişdir. İlham özü bu barədə danışmışdır. X24 pulu hansı adla alması barədə məlumatı olmamış, onların arasında olan danışıqlarda iştirak etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 Füzuli qızının da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 Füzuli qızı ifadəsində göstərmişdir ki, 2016-cı ildə Bakı Slavyan Universitetini xarici dil müəllimliyi-rus dili ixtisası üzrə bitirmişdir. 2019-cu ildə bir il müddətli müqavilə ilə məktəbdə müəllimə işləmişdir. Müqavilə müddəti bitdikdən sonra 2021-ci ilin mart ayında o, bir müddət Şəmkir şəhərində fitnes mərkəzinə getmişdir. Orada olduğu zaman Gülnaz adlı bir qızla tanış olmuşdur. Söhbət etdiyi zaman Gülnaz ona bir tanışının olduğunu və həmin tanışının vasitəsi ilə məktəblərin birinə labarant kimi işə düzələcəyini bildirmişdir. O, həmin vaxtı heç bir yerdə işləmədiyindən həmin şəxsin onuda işə düzəldə bilib bilməyəcəyini soruşmuşdur. Gülnaz həmin gün axşam zəng edərək onun təhsili barədə maraqlanmış, o, Gülnaza ali təhsilim barədə məlumatları vermişdir. Daha sonra isə Gülnaz həmin şəxsin nömrəsini ona vermişdir. O da adının sonradan Yeganə olmasını bildiyi qadına zəng edərək mobil nömrəsini Gülnazın verdiyini bildirmiş və məktəblərin birinə işə düzəlmək istədiyini demişdir. Həmin vaxtı atası Fizulidə yanında olmuşdur. O, Yeganə ilə telefonu mikrafona qoyaraq danışmışdır. Onların danışığını ailə üzvləridə eşitmişdir. Yeganə adını Samit kimi dediyi lakin adının sonradan İşlam olduğunu bildiyi əri kimi təqdim edən şəxsin Təhsil Nazirliyində qohumlarının olduğunu və həmin qohumların vasitəsi ilə onu Şəmkir rayonu Dəllər qəsəbəsində məktəblərin birinə rus dili müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Bunun müqabilində 6000 manat verməli olduğunu demişdir. İlkin olaraq ondan yalnız tərcümeyi hal və Təhsil Nazirliyinə vermək üçün 2000 manat istəmişdir. Onlar Yeganəyə inandığından razılaşmış və 2021-ci ilin mart ayının sonlarında Yeganə əri adını Samit kimi deyən şəxslə Şəmkir şəhərinə gəlmiş, Şəmkir şəhərində 4-cü küçəsinin yuxarı tərəfində onlar Yeganə ilə görüşmüş və atası 2000 manat pulu Yeganə adlı qadının özünə vermişdir. Yeganə pulu sayıb götürmüş və həmin pulu Təhsil Nazirliyinə qohumuna göndərəcəyini bildirmişdir. Həmin vaxtı o, tərcümeyi halınıda Yeganəyə vermişdir. Yeganə onlara təxminən bir aydan sonra bir cavab deyəcəyini bildirmişdir. Həmin vaxtı özünü Samit kimi təqdim edən İslam onlara qohumu vasitəsi ilə onların işi düzüb qoşacaqlarını bildirmişdir. Yeganə və əri onlardan pulu götürdükdən sonra getmişlər. Təxminən bir ay sonra Yegənə ona zəng edərək əlavə 2000 manatıda vermələrini demişdir. Onlar Yeganə ilə razılaşaraq Şəmkir şəhərində “Yamin” yanacaqdoldurma məntəqəsinin qarşısında Yeganə və İslam adlı şəxslərlə görüşərək 2000 manat pulu vermişlər. Həmin vaxtı Yeganə ilə İslam onlardan heç bir sənəd istəməmişlər. 2021-ci ili ilin may ayının sonlarında Yeganə ilə İslam onların evin qarşısına gələrək əlavə 2000 manatıda istəmişlər. Onlar həmin pulu yaşadığı evin qarşısında Yeganə ilə İslama verdiyi zaman Yeganə onlara əlavə olaraq 1500 manat pulda lazım olduğunu bildirmişlər. O, Yeganəyə əvvəlcə 6000 manata danışdığını bildirdikdə Yeganə adlı qadın onun işləmək istədiyi məktəbin yaşadığı əraizidə yerləşdiyindən pulu çox istədiklərini bildirmişdir. Lakin pulu kimə verməli olduğunu deməmişdir. Onlarda həmin vaxtı pulun çox hissəsini verdiyindən məcburən Yeganə ilə razılaşmış və bir ay ərzində qalan 1500 manatıda verəcəyini bildirmişlər. 2021-ci ilin iyun ayının sonlarıda Yeganə ilə İslam onlara gəlmiş, atası Yeganəyə 1500 manat pulu verdiyində Yeganə ondan diplomunun sürətini, şəxsiyyət vəsiqəsnin sürətini götürmüş və onun adından özünün yazdığı iki ədəd mktuba qol çəkdirmişdir. Həmin məktublarda onun adından biri prezident Zərərçəkmiş şəxs4 və digəri Təhsil Nazirliyinə onun işə düzəlməsi ilə bağlı olmuşdur. Onlar sənədləri və pulu onlardan götürdükdən sonra bir ay ərizndə onun işinin düzələcəyini və sentyabr ayının 15-dən işə gedəcəyini bildirmişlər. Lakin avqust ayının sonlarında heç bir əmr olmadığından onlar həmin şəxslərin onları aldatdıqlarını başa düşmüş və atası Yeganə ilə İslama zəng edərək pulunu qaytarmasını tələb etmişdir. Lakin həmin şəxslər bir müddət onların pulu qaytarmamışlar, bir müddətdən sonra Yeganə ilə İslam onlara bir neçə dəfəyə 4700 manat pulu ödəmiş, hazırda isə 2800 manat pulunu qaytarmamışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(076)–30/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4– cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3–cü maddəsinə əsasən üzərində 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 1(076)–40/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 306.1– ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM–in 68.1.1–1–ci maddəsinə əsasən ona Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 07 gün hissəsi 09 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM–in 67.1–ci maddəsinə əsasən 09 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökm üzrə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə, ona qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(076)–30/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3–cü maddəsinə əsasən üzərində 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 1(076)–9/2023 saylı hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü ilə ilə ona təyin edilmiş 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya şöbəsinin 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 11 ay 27 gün hissəsini çəkmiş, 01 il 03 ay cəzası qalmışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Hüseyn və xx.xx.2012-ci ildə anadan olmuş Emir adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri tam sübut olunur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini törətmişlər, onların əməlləri Azərbaycan Respublikası CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə düzgün tövsif edilmişdir, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM–in 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61–cu maddəsinə iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61–cu maddəsinə iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham hökmü çıxarılmalı və onlara təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və onlara cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-9/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü ilə ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası yeni hökm üzrə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın mhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırda cəzasından 02 il 01 ay 03 gününü çəkmiş, çəkilməmiş 10 ay 27 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 68.1.1–1–ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-9/2023 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hazırkı cinayət əməli birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədildiyindən həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-9/2023 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 02 (iki) il 01 (bir) ay 03 (üç) gün hissəsi üzərindən çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 da azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1–1–ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CMnin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 dekabr 2023–cü il tarixdən hesablanmalı, onun Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 mart 2025–ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxslər, həmçinin mülki iddiaçılar Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Firuddin oğlunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iddia tələbini qəbul etməsini nəzərə alaraq mülki iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Ona görə də məhkəmə mülki iddia üzrə 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat dövlət rüsumu cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3, 6715 (altı min yeddi yüz on beş) manat məbləğində pul və 87,15 (səksən yeddi manat on beş) manat dövlət rüsumu mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs10 və 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs2 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 Firuddin oğluna verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2 və 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 dəymiş ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 tərəfindən mülki iddia verilmədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 39 (otuz doqquz) saat və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla X7 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 234 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 hazırda Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2024cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və həmin cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 02 (iki) il 01 (bir) ay 03 (üç) gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən 01 (bir) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, ona hazırkı hökmlə qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından 01 (bir) il 17 (on yeddi) gün çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 mart 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs3, 6715 (altı min yeddi yüz on beş) manat məbləğində pul və ödənilmiş 87.15 (səksən yeddi manat on beş qəpik) manat dövlət rüsumu mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs10 və 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs2 alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 Firuddin oğluna verilsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 234 (iki yüz otuz dörd) manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (bir yüz səksən) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-12/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-12/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver