Məhkəmə qərarları › İş №1(076)-120/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-120/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-120/2023 31.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şəmkir Kommunal Müəssisəsi Kombinayında sürücü işləyən, məhkum olunmamış, Şəmkir şəhəri Ş.Qurbanov küçəsi ev 16-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Şəmkir rayonu Ş.Qurbanov küçəsi ev 16 nömrəlin evin həyətində aralarında şəxsi münasibətlər zəmnində yəni, sonuncunun Zərərçəkmiş şəxs evinə gələn su borusunun qarşısını bağlaması səbəbindən yaranmış münaqişə zamanı əlində olan bellə qardaşı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vururaraq sonuncuya başın tüklü hissəsində sol gicgah nahiyyəsinin əzilmiş yarası sol bazu nahiyyəsinin bayır səthinin və döş qəfəsinin arxa səthində sağ kürək nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Muxtarın arvadıdır. Xatirə ilə ayrı-ayrı evlərdə yaşayırlar. Xatirə onunla qonşluqda yaşayır. Xatirənin onunla mülk üstündə mübahisəsi var. İstəyirki o, öz evindən gedib və həmin ev Xatirəyə qalsın. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, evin həyətində olanda qardaşının arvadı Xatirə onu təhqir edərək yaşadığı evin həyətinə daxil olmuş və həmin mülkün sonuncuya aid olduğunu deyərək onun evi tərk etməsini istəmişdir. O, da Xatirəyə bildirmişdir ki, ev onundur. Bu sözü deyəndən sonra Xatirə onun mərhum arvadına təhqir edici ifadə işlətmişdir. O, da buna dözə bilməmişdir. Həmin vaxt o, məhləni suladığından əlində lapatka olmuş və lapatka ilə Xatirənin baş nahiyəsinə vurmuşdur. Lapatkanın taxta hisəsi Xatirənin başına dəymiş və xəsarət yetirmişdir. Xatirə yerə yıxılmışdır. Sonra Xatirə onu təhqir edə edə yaşadığı evə getmişdir. Baş vermiş mübahisə zamaı yanlarında başqa heç kim olmamışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qaynıdır. Eldəniz uzun müddət Rusiya Fedarasiyasında yaşayıb, lakin orada etdiyi qayda pozuntularına görə Rusiya Fedarasiyasına girişi məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs onun evinə gələn su durbasına ağzını əşya ilə bağlayır ki, onlara su gəlməsin. Məhlədə olan kanalzasiyanı götürməsini deyir. Bunu da o, edə bilmir. Ümumilikdə Eldənizin məqsədi onu və əri Muxtarı evdən çıxardıb özü evə sahib olmasıdır. Bu səbəbdən Eldənizlə onun arasında müxtəlif vaxtlarda mübahisələr olubdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində evinə su gəlməmiş, bilmişdir ki, su şılankını yenə Eldəniz bağlayıbdır. Məhləyə keçmək istəyəndə Eldənizin su suladığını, əlində bel olduğunu görmüş, onu su çəninə tərəf getməyə qoymamışdır. O, məcbur gedəndə Eldəniz onu təhqir etmişdir, o, suya baxanda görmüşdür ki, borunun ağzını əşya ilə bağlayıb. Eldəniz onu təhqir etdiyi üçün aralarında mübahisə olmuşdur, mübahisə zamanı Eldəniz əlində olan bellə onun başına bir dəfə yastısına 2-ci dəfə tilinə vuraraq ona xəsarət yetirmişdir. Onu vurandan sonra o, başını tutmuşdur. Bu zaman Eldəniz onun sinəsindən itələmiş, Eldənizin beli divara dəymiş və o, yerə yıxılmışdır. O, evə gəlmiş, başından qan axmış, belində isə şiddətli ağrı olmuşdur. Bu barədə əri Muxtara danışmış və Muxtarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlib ərizə yazmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Barəsində şikayət edilən Təqsirləndirilən şəxs onun qardaşıdır. Eldənizlə aralarında münasibət yoxdur. Eldəniz uzun müddət Rusiya Fedarasiyasında yaşayıbdır, lakin sonradan ölkəyə girişi qadağan olub, məcbur olub Azərbayacana gəlib. Eldəniz onların ata evlərinin həyətində ev tikdiribdir. Eldəniz daim mülk üstündə onlarla mübahisə edir. Evi əllərindən almaq istəyibdir. Müxtəlif vaxtlada onlara gələn içməli su şılankına əşya qoyub ki, onlara su gəlməsin, eləcə də kanalzasiyanın ağzını bağlayıb ki, işləməsin. Bu səbəbdən müxtəlif vaxtlarda mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə o, evdə olanda Zərərçəkmiş şəxs evə gələndə görmüşdür ki, başından qan axır, nə olduğunu soruşanda Xatirə demişdir ki, qardaşı Eldəniz aralarında olan mübahisədə Xatirəni bellə iki dəfə başına vurmuşdur. Mübahisədə Eldənizin içməli suyu yenə kəsməsi səbəbindən yaranmışdır. Arvadı Xatirə polisə müraciət etmişdir. O, hadisəni canlı görməmişdir, bu səbəbdən başqa heçnə deyə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 canlı şəxsin ekspertizasının 20 fevral 2023-cü il tarixli 154 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-başın tüklü hissəsində sol gicgah nahiyəsinin əzilmiş yarası, sol bazu oynağının bayır səthinin və döş qəfəsinin arxa səthində sağ kürək nahiyyəsinin qançırları küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 20 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində sol gicgah nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol bazu nahiyyəsinin bayır səthinin və döş qəfəsinin arxa səthində sağ kürək nahiyyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu döydüyü yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, 21/Sİ/23 məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə əlaqədar olaraq xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (AA 1537186) məhkumluğunun olub-olmaması İAMAS sistemi ilə yoxlanıldı, İAMAS yoxlama sistemində Təqsirləndirilən şəxs 1997-ci ildə Ukrayna Respublikasında məhkum olunduğu lakin Azərbaycan Respublikasında məhkum olunmadığı müəyyən edildi. İş materiallarına əlavə edilmiş Şəmkir şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri Ş.Qurbanov küçəsi ev 16-da yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin, şahidin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 06 saatlıq hüquqi yardıma görə 36 (otuz altı) manat vəsait vəkilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar