Məhkəmə qərarları › İş №1(076)-120/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-120/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-120/2025 07.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs- xx.xx.1988-ci ildə Şəmkir rayonu Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə istintaqa şəxsiyyəti məlum olmayan Şəmkir rayonu Dəllər-Daşbulaq kənd sakini X3 09 noyabr 2024-cü il tarixdə 50 (əlli) manat pulun müqabilində satın aldığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə, saat 11:50-də Şəmkir rayonu Çaparlı kəndi ərazisində yaşadığı evin həyətində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindın üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibində bir ədəd kağız bükümdə olan bir ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,283 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Çaparlı kəndində 5 yaşlı oğlu, 11 yaşlı qızı və 14 yaşlı oğlu ilə birlikdə yaşayır. Əvvəllər ailəli olmuş, hazırda ayrılmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, iş olan zaman isə istilikxanalarda fəhləlik edir. Psixotrop maddə olan, patı deyilən metamfetamindən istifadə etmişdir. Metamfetamini almağa imkanı çatan zaman istifadə etmişdir. Metamfetamini çox vaxt Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yaşayan X3 almışdır. Elə metamfetamin istifadə etməyə də Arzu ilə başlamış, onu narkotikə Arzu öyrətmişdir. Arzudan təxmini 10 dəfədən çox metamfetamin almışdır. O, Arzunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən ya zəng edir, ya da “Whatsapp” sürətli mesajlaşma sistemi ilə yazaraq nə qədər pulu olmasını deyir, Arzu isə həmin puluna düşən qədər metamfetamini özü ilə gətirib evinin qarşısında olan daşın altına qoymuş, həmin daşın şəklini çəkib ona göndərmişdir. O, da küçədə daşın altından həmin metamfetamini götürüb istifadə etmişdir. Metamfetaminin pulunu isə Arzunun ona vermiş olduğu öz adına olan 4169-7388-1984-3792 nömrəli Kapital Bank kart hesabına köçürmə yolu ilə göndərmişdir. Arzu metamfetaminin bir qramını 100 manata, yarım qramını 50 manata satmiş, lakin ondan aldığı metamfetamini heç vaxt tərəzidə çəkməmişdir. O, adətən Arzudan 10-15 manatlıq, bir dəfə istifadə etmək üçün metamfetamin almış, həmin metamfetamini isə yalnız gecələr öz evində tək olan zaman istifadə etmişdir. Sonuncu dəfə isə 09 noyabr 2024-cü il tarixdə işdən 10 günlük əməkhaqqını almış, həmin gün 17 radələrində Arzuya məxsus ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən zəng etmiş və salamlaşandan sonra “50 manatlıq” demiş, Arzu onu başa düşmüş və pulu göndərməsini demiş, həmin gün saat təxminən 17 radələrində kəndlərində yerləşən “Oba” marketdə olan ödəmə terminalından Arzuya məxsus 4169- 7388-1984-3792 nömrəli Kapital Bank kart hesabına 50 manat pul göndərmiş, bu barədə Arzuya “Whatsapp” sürətli mesajlaşma sistemi vasitəsilə yazmış, Arzu isə gətirəcəyini yazmışdır. Daha sonra evinə getmiş, saat təxminən 22 radələrində Arzu küçədə daşın şəklini atmış və o başa düşüb küçəyə çıxaraq şəkildə olan daşın altından Arzunun qoyduğu əzilmiş vəziyyətdə siqaret qutusunu götürmüşdür. Siqaret qutusunun içərisində şəffaf sellofanın içərisində metamfetamin olmuş, həmin gecə uşaqlar yatdıqdan sonra evdə həmin metamfetamindən az miqdarda istifadə etmişdir. Növbəti gün saat 11:50 radələrində yaşadığı evin yerləşdiyi küçədə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün onu saxlamışlar, bundan sonra videoçəkiliş ilə üzərində yoxlanış aparılacağını demişlər və o da həmin vaxt üzərində olan psixotrop maddənin onsuz da aşkar olunacağını düşündüyü üçün əynində olan şalvarın sağ yan cibində olan bükümü təqdim edərək içərisində olan maddənin metamfetamin olmasını, həmin maddəni Arzudan aldığını bildirmişdir. Bundan sonra həmin metamfetamin bükümlə birlikdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona məxsus evdə yoxlanış aparılacağını demişlər, o da buna etiraz etməmiş, hətta bu barədə ərizə də yazmışdır. Polis əməkdaşları tərəfindən yaşadığı ev də yoxlanılmış, lakin evdə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Evində yoxlanış aparıldıqdan sonra Şəmkir rayon polis şöbəsinin Kür PB-nə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsinin Kür PB-də müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş 01 (bir) kağız bükümdə olan bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,283 qram psixotrop maddə olan metamfetamini heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində psixotrop maddə olması ilə bağlı heç kimə bildirməmişdir. Əməlində səmimi peşmandır. Himayəsində üç yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu Çaparlı kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 noyabr 2024-cü il tarixdə Şəmkir rayonu Çaparlı kəndinə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət etmiş və rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru X4, Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞnin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 11:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt sahə polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən rəngli kağız büküm çıxararaq təqdim etmiş və kağız bükümün içərisində isə şəffaf rəngli bükümə bükülü olan maddənin “patı, şüşə” adlandırdıqları psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, Təqsirləndirilən şəxs həmin “patını” Arzu adlı şəxsdən 50 manata almasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin maddə onun tərəfindən kağız və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 0,73 qram olması müəyyən edilmiş, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Sevda Məmmədova tərəfindən yoxlama aparılan zaman üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında ona məxsus evə və həyətyanı sahəsinə baxış keçirilmiş, evdə stolun üzərində olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus evdən və həyətyanı sahədən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama və evə baxış prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi və onun mobil telefonunu Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyevə təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu Çaparlı kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 noyabr 2024-cü il tarixdə Şəmkir rayonu Çaparlı kəndinə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət edildikdə sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə ondan, Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru X4 və Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 11:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığl evin həyətində onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt sahə polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən rəngli kağız büküm çıxararaq təqdim etmiş və kağız bükümün içərisində isə şəffaf rəngli bükümə bükülü olan maddənin “patı, şüşə” adlandırdıqları psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir, Təqsirləndirilən şəxs həmin “patını” Arzu adlı şəxsdən 50 manata almasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin maddə Şahid1 tərəfindən kağız və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 0,73 qram olması müəyyən edilmiş, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Sevda Məmmədova tərəfindən yoxlama aparılan zaman üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında ona məxsus evə və həyətyanı sahəsinə baxış keçirilmiş, evdə stolun üzərində olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus evdən və həyətyanı sahədən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama və evə baxış prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və onun mobil telefonu Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kaitanı Nurlan Əliquluyevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu Çaparlı kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 10 noyabr 2024-cü il tarixdə Şəmkir rayonu Çaparlı kəndinə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin rəisinə raportla müraciət edildikdə sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə ondan, Şəmkir RPŞ-nin Kür PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru X4, Şəmkir RPŞ-nin Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 11:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığl evin həyətində onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt onun tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən rəngli kağız büküm çıxararaq təqdim etmiş və kağız bükümün içərisində isə şəffaf rəngli bükümə bükülü olan maddənin “patı, şüşə” adlandırdıqları psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir, Təqsirləndirilən şəxs həmin “patını” Arzu adlı şəxsdən 50 manata almasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin maddə Şahid1 tərəfindən kağız və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlərlə birlikdə çəkisinin 0,73 qram olması müəyyən edilmiş, bundan sonra büküm zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Sevda Məmmədova tərəfindən yoxlama aparılan zaman üzərindən heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında ona məxsus evə və həyətyanı sahəsinə baxış keçirilmiş, evdə stolun üzərində olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus evdən və həyətyanı sahədən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Üst yoxlama və evə baxış prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Kür PB-in rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf və onun mobil telefonu Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kaitanı Nurlan Əliquluyevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Nurlan Əliquluyevə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Çaparlı kəndində yerləşən yaşadığl evin həyətində saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən üstü yoxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində təmiz çəkisi 0,283 qram psixotrop maddə olan metamfetamin olan kağız bükümü təqdim etmiş, həmin psixotrop maddə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən baxış keçirilərək götürülərək qablaşdırılmış, eyni zamanda Təqsirləndirilən şəxs məxsus evdə və həyətyanı sahədə axtarış aparılmış. Lakin iş üçün maddi sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet götürülməmiş, həmin proseslər video çəkiliş edilməklə həyata keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. . “Şübhəli şəxsi tutma haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan, görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 16/1068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «.......Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddəyə bənzər kütlə... » yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,283 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 1998 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edr. Psixotrop maddə olan metamfetamindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir rayon Çaparlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdə 1 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 0,233 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxsnun üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxsnun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,233 qram olan metamfetamin məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 23 saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar