Məhkəmə qərarları › İş №1(076)-121/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-121/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-121/2025 06.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə saat 23:55 radələrində BD306726 nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi BD507833 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi əsasən özünə məxsus VAZ 21061 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə eni 7 metr olmaqla 2 hərəkət zolaqlı, asfalt betondan salınmış, quru vəziyyətdə olan Şəmkir rayonu Dəllər körpüsü adlanan yerdən keçən avtomobil yolunda hərəkətdə olarkən “ Rassiya “ adlı kafenin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hərəkətdə olduğu yolda icazə veriləndən artıq sürətlə hərəkət etməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkətini qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin yolu sürücüyə münasibətdə soldan sağa keçən piyada Zərərçəkmiş şəxs yolun hərəkət istiqamətində vurаraq ehtiyatsızlıqdan ona alın nahiyəsinin əzilmiş yarası, kəllə qapağı, kəllə əsası və üz skleti sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, qarının sol ön-yan səthinin, bel nahiyəsinin sol yarısının sıyrıqları, sol bazu, hər iki bud və sağ baldır sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ əlin arxa səthinin, hər iki bud və baldır nahiyəsinin ön səthinin sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vurан xəsarətlər yetirmякля ağır kəllə beyin travmasından nəticəsində baş beyin toxumasının əzilməsi səbəbindən Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə Şəmkir rayonu, Sabirkənd kəndində yaşayır, rəsmi olaraq işləmir, fərdi əməklə məşğuldur. Özünə məxsus VAZ 21061 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var və avtomobilini BD306726 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. 17 iyul 2024-cü il tarixdə saat 23:50 radələrində yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndinə getmişdir. Şəmkir rayonunda yerləşən “Rasiya” kafesinin qarşısını keçəndə yolun sağ hissəsindən onun yoluna bir nəfər şəxs çıxmışdır. O, əyləcə basa bilməmiş və həmin şəxsi sonradan adını bildiyi mərhum Zərərçəkmiş şəxs vurmuşdur. O, avtomobili təxminən 80-100 metr aralıda yolun əks istiqamətində saxlamış və avtomobildən enib piyada tərəf gəlmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs öldüyünü görmüşdür. Bundan sonra hadisə yerində olmuş şəxslər Təcili tibbi yardıma və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Təxminən 10-15 dəqiqədən sonra hadisə yerinə Təcili Tibbi yardım və polislər gəlmişdir. Şəmkir rayon polis şöbəsinin əməkdaşları hadisə yerini onun iştirakı ilə sənədləşdirmişlər. O, da protokola imza etmişdir. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomobili 60-80 km/surətlə idarə etmişdir. Hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmiş, piyadanı təxminən 1 metrdən görmüşdür. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və vurulmuş maddi zərəri ödəməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Müslum oğlu onun kirvəsidir. Zərərçəkmiş şəxs Daşkəsən rayonunda qeydiyyatda olsa da Şəmkir rayonu Kraz yolu yaşayış massivində yaşayır. xx.xx.2024-cü il tarixdə o, kirvəsi İlhamın yaşadığı ünvana qonaq gəlmiş və saat 17 radələrində onu tanımadığı kafeyə aparmışdır. Onlar kafedə əyləşib spirtli içki qəbul etmiş və saat 21 radələrində kafeni tərk edib pivə içmək üçün sonradan adı ona məlum olan “Rasiya” otelinə getmişlər. Onlar həyətdə pivə içmişlər. Saat 23:45 radələrində “Rasiya” otelini tərk edib getmişlər. İlham ondan 10-15 metr öndə getmişdir. İlham yolun əks istiqamətinə yəni Şəmkir rayonu Sabirkənd kəndi istiqamətinə olan yola çıxdıqda qeyd edilən istiqamətdə gələn avtomobil İlhamı vurmuşdur. İlham aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonra isə hadisə yerində polis əməkdaşları gəlmiş hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin dövlət yol patrul xidməti bölüyündə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs tanımır, əvvəllər heç vaxt hər hansı ədavət yaxud narazılığı olmamışdır. 17 iyul 2024-cü il tarixdə saat 23 radələrində o, xidmətdə olarkən Şəmkir RPŞ-nin Növbətçi hissəsindən Şəmkir rayonu, Dəllər qəsəbəsindən Sabirkənd kəndinə gedən yolda piyada vurma hadisəsinin baş verməsi barədə məlumat verilmiş və əməliyyat qrupu ilə hadisə yerinə gedilməsi bildirilmişdir. O, həmin vaxtı Şahid2 ilə birlikdə əməliyyat qrupunda hadisə yerinə getmişdir. Hadisə yerində sürücü Təqsirləndirilən şəxs məxsus VAZ 21063 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında qabaq tərəfi Gədəbəy rayonu istiqamətində dayanmışdır. Avtomobildən aralıda bir nəfər yerdə uzanmışdır. Həmin şəxs Zərərçəkmiş şəxs olmuş və hadisə zamanı aldığı xəsarətlərdən ölmüşdür. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparmışdır. Hadisə yeri Şəmkir rayonu, Dəllər qəsəbəsindən Sabirkənd kəndində gedən yol olmuş və hadisə yerinə müstəntiq tərəfindən sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, foto şəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilmişdir. O, da iştirakçılarla birlikdə protokolu imza etmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, yol-nəqliyyat hadisəsi Şəmkir rayonu, Dəllər qəsəbəsində Dəllər körpüsündən gedən yolun hərəkət hissəsində “Rassiya” adlı kafesinin yaxınlığında baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7 metrdir. Yol nəqliyyat hadisəsi baş vermiş yerdə və yaxınlıqda yol nişanı yoxdur. Yolun hadisə baş vermiş hissəsi işıqlandırılmır. Baxış zamanı avtomobilin piyadanı vurduğu nöqtə müəyyən olunmuşdur. Həmin nöqtə yolunun Şəmkir istiqamətində hərəkət etdikdə yolun sağ kənarından yolun mərkəzinə tərəf 2.5 metr məsafədə yerləşir. Baxış zamanı tormoz izi aşkar olunmadı. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilmədi və götürülmədi. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin foto şəkilləri və hadisə yerinin sxem planı çəkilmişdir. VAZ 21061 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. VAZ 21061 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Hadisədən əvvəl sürücünün hərəkəti üçün hər hansı bir maneə olmamışdır. Sürücü Təqsirləndirilən şəxs hadisədən əvvəl avtomobili 60-80 km/saat surətlə idarə etmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 479/2024 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi BDYPİ-nin Tovuz RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli, ***-**** nömrəli məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi BD-306726 saylı “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmçinin onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 28 saylı rəyindən məlum olur ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası, kəllə qapağı, kəllə əsası və üz skleti sümüklərinin çoxqəlpəli, yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin ön səthinin əzilmiş yaraları, qarının sol ön-yan səthinin, bel nahiyəsinin sol yarısının sturıqları, sol bazu, hər iki bud və sağ baldır sümüklərinin qapalı, yerini dəyişmiş sınıqları, sağ əlin arxa səthinin, hər iki bud və baldır nahiyəsinin ön səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəlləbeyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs ölümü meyitin müayinəyə başlanmasından 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,27 faiz promilli qatılığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir, Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin 14 noyabr 2024-cü il tarixli 8/2521 saylı nömrəli rəyində göstərilmişdir ki, VAZ 21061 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxsla barışmışdır. Buna görə də, onun heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini (59.1.12), vurulmuş maddi ziyanı ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), maddi sübut kimi olan “VAZ 21061” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisinə qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanması üçün Təqsirləndirilən şəxs verilmiş “VAZ 21061” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat (səksən beş) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar