Məhkəmə qərarları › İş №1(076)-122/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-122/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-122/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində ünvan 2ndə yerləşən ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ona gülməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt bazarda olan şəxslərin 10-15 dəqiqə ərzində istirahət hüquqlarını və iş rejimini pozmaqla narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək əlləri ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir neçə dəfə yumruq zərbələri vuraraq sonuncuya başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarısının yumşaq toxmalarının şişkinlik və ağrı halında əzniyi ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus “VAZ 2101” markalı **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünavnında yerləşən mərkəzi bazara qızı üçün cehiz almağa gəlmişdir. Həmin vaxt arvadı X2 onun yanında olmuşdur. O, maşından düşən zaman sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi şəxsin bir nəfərlə mübahisə etməsini görmüşdür. Həmin vaxt Eldəniz mübahisə etdiyi şəxsə burada dayanacaq nəzarətşçisi olmasını və avtomobilini dayanacaqda saxlamasına görə ona 20 qəpik pul verməsini bildirmişdir. Həmin şəxsdə Eldənizə pulunun olmadığını bildirmişdir. O da, bu zaman Eldənizə hərəkətinə görə irad tutmuş və ona “görmürsən şəxsin pulu yoxdur, camaatı incitmə” deyə söyləmişdir. Daha sonra o, arvadı Lahiyə ilə bazara getmiş, təxminən 1 saat sonra geri, avtomlobilə qayıtmış və avtomobil ilə gedən zaman Eldənizin kənarda dayanıb ona baxmasını görmüşdür. Daha sonra isə Eldəniz ona tərəf gəlmişdir. O, maşını saxlamış və Eldəniz maşına sürücü tərəfdən olan qabaq yan pəncərəsindən başını içəri salaraq “kişisənsə nömrəni mənə ver” deyə söyləmişdir. O, maşından düşmüş və Eldənizdən onun nömrəsini nə üçün istəməsini soruşmuşdur. Eldəniz ona “bir saat sonra sənə zəng edəcəyəm və səninlə görüşəcəyəm” deyə söyləmişdir. O, Eldənizin sözünə əsəbləşmiş və ona “sən kimsən ki, mənimlə görüşürsən” deyə söyləmişdir. Həmin vaxt Eldəniz qəfildən iki dəfə yumruqla onun burun nahiyəsindən vurmuşdur. Eldəniz onu vuran zaman isə ona “bir saat sonra səninlə görüşməyə ehtiyyac olmadı, mən indi səninlə görüşdüm” deyə söyləmişdir. Həmin vaxt arvadı Lahiyə onların aralarına girmiş və Eldənizi kənara çəkmişdir. Həmçinin onların davadalaşlarına kənarda olan insanlar toplaşmışdır. Həmin insanlar da, onu kənara çəkmiş və onları aralaşdırmışdırlar. Daha sonra o, oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə aralarındakı olan dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt onların səs-küyünə ətraf kənarda olan tanımadığı şəxslər toplaşmışdır. O, dava-dalaş zamanı Zərərçəkmiş şəxs vurmamışdır. Dava-dalaş zamanı Eldəniz ilə əlbə-yaxa olmuş və Eldənizi iki dəfə itələyib özündən kənarlaşdırmışdır. Etdiyi hərəkətin cinayət olmasını dərk edir və əməlindən peşmanadir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəmkir şəhəri 20 Yanvar küçəsində dayanacaq nəzarətçisi işləyir. Lakin heç bir icazə sənədi yoxdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Şəmkir şəhəri 20 Yanvar küçəsində olan zaman orada sürücülərin birinə maşını bir kənara park etməsini və digər maşınada yer verməsini söyləmişdir. Həmin sürücü maşını düzgün park etmək istəməmişdir. Buna görə də, aralarında narazılıq yaranmışdır. Həmin vaxt sonradan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs idarə etdiyi “VAZ 21011” markalı avtomobil ilə gəlib həmin 1-ci avtomobilin yanında saxlamışdır. Daha sonra Ceyhun maşından düşmüş və kobud formada ona “nə olub, niyə 20 qəpikdən ötəri camaatı bezdirirsən” deyə söyləmişdir. O da, Ceyhuna heç kimi bezdirmədiyini, çörək pulunu qazandığını söyləmişdir. Daha sonra 1-ci maşının sürücüsü çıxıb getmişdir. Ceyhun isə ona yenə də, kobud formada “səni bura kim qoyub, mən çıxandan sonra sənə heç bir pul verməyəcəyəm” deyə söyləmişdir. O da, Ceyhuna “canın sağ olsun, pul vermirsən, vermə” deyə söyləmişdir. Ceyhun isə həmin vaxt onu sözlə döyəcəyi ilə hədələmiş və onun üstünə gəlmişdir. Ceyhunun arvadı Ceyhunun qolundan tutmuş və onun tərəfə gəlməyə qoymamışdır. Daha sonra onlar bazara getmişlər. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sora Ceyhun arvadı ilə gəlib maşına əyləşib getmişdir. Ceyhun gedən zaman onun yanından keçmişdir. Həmin vaxt o, Ceyhunun üzünə baxıb gülmüşdür. Ceyhun da, onun üzünə baxıb gülməsini gördükdə ona nalayiq ifadə işlədərək nə üçün onun üzünə baxıb gelməsini soruşmuşdur. O, Ceyhunun avtomobilinə yaxınlaşmış, ona nalayiq ifadə işlətməsinə görə irad tutmuş və “nə olar sənin üzünə baxanda” deyə Ceyhuna söyləmişdir. Həmçinin Ceyhuna “söhbət etmək istəyirsənsə buyur gedək oturaq söhbət edək” deyə bildirmişdir. Ceyhun ona bir neçə dəfə “sən mənə deyirsən gedək söhbət edək” deyərək idarə etdiyi avtomobilin sürücü tərəfdən olan ön qapısını qəfildən açaraq qapı ilə bir dəfə onun qarın nahiyəsinə vurmuşdur. Daha sonra Ceyhun maşının pəncərəsindən əlini çıxararaq 3-4 dəfə yumruqla onun baş nahiyəsindən vurmuşdur. O, Ceyhunun üstünə qışqıraraq nə üçün onu vurmasını söyləmişdir. Ceyhun maşının qapısını açaraq yerə düşmüş və yenidən iki dəfə yumruqla onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra Ceyhun ona yenidən nalayiq ifadələr işlətməyə başlamışdır. O, Ceyhunun ona söyüş söyməsinə əsəbələşmiş və sağ əlinin dırnaqları ilə Ceyhunun burun nahiyəsinə sıyrıq xəsaərtləri yetirmişdir. Daha sonra isə onların səs-küylərinə yaxınlqda olan İlham, Tural, İsmayıl və digər şəxslər toplaşmış və onları aralaşdırmışlar. Həmin vaxt Ceyhunun arvadı ona nalayiq ifadələr işlətmişdir. Daha sonra o, oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs ilə arasındakı dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt onların səs-küyünə ətraf kənarda olan tanımadığı şəxslər toplaşmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən özünə məxsus “Məişət avadanlıqları təmiri “sexi vardır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sexdə məişət texnikası təmir edən zaman küçədən səs-küy gəlməsini eşitmişdir. Həmin vaxt küçəyə çıxan zaman orada yerləşən Şəmkir bazarının yaxınlığındakı avtomobil dayanacağında dayanacaq nəzarətçisi işləyən tanışı Eldəniz ilə sonradan adının Ceyhun olmısını öyrəndiyi bir nəfər şəxsin mübahisə etməsini görmüşdür. Mübahisə zamanı Ceyhun Eldənizə nalayiq ifadələr işlətmişdir. Eldəniz isə həmin şəxsə “Mən sənə nə etmişəm” deyə söyləmişir. Daha sonra Ceyhun bir neçə dəfə əlləri ilə Eldənizi vurmuşdur. Lakin həmin vaxt onlardan aralıda olduğu üçün Ceyhunun Eldənizin bədəninin hansı nahiyələrindən vurmasını görməmişdir. Daha sonra Eldəniz Ceyhunu itələyib özündən kənarlaşdırmışdır. Bundan sonra səs-küyə toplaşmış tanımadığı təxminən 5-6 nəfər şəxs Ceyhunu və Eldənizi aralaşdırmışlar. Sonra isə Eldəniz və Ceyhun oradan çıxıb getdmişlər. Həmin vaxt səs-küyə tanışları İsmayıl, İlham, Fərqanə və ətraf kənarda olan tanımadığı şəxslər toplaşmışdır. O, Eldəniz və Ceyhun arasında olan dava-dalaş zaman onlardan kənarda olmuş, yalnız Eldəniz və Ceyhunun əlbə-yaxa olmasını və Ceyhunun bir neçə dəfə əlləri ilə Eldənizi vurmasını görmüşdür. Eldəniz də, Ceyhunu itələyib özündən kənarlaşdırmışdır. O, həmin vaxt Eldənizin Ceyhunu vurmasını görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən Bərbərxanada bərbər işləyir. xx.xx.2023cü il tarixdə saat 11 radələrində bərbərxanada olan zaman küçədən səs-küy gəlməsini eşitmişdir. Küçəyə çıxan zaman orada yerləşən Şəmkir bazarının yaxınlığındakı avtomobil dayanacağında dayanacaq nəzarətçisi işləyən tanışı Eldəniz ilə sonradan adının Ceyhun olmasını öyrəndiyi bir nəfər şəxsin mübahisə etməsini görmüşdür. Ceyhun Eldənizə nalayiq ifadələr işlətmişdir. Eldəniz isə ondan kənarda dayanmışdır. Bu zaman o, yaxınlıqda olan tanışı Turaldan nə baş verməsini soruşmuşdur. Tural da, ona bir az əvvəl Eldəniz və Ceyhun arasında dava-dalaş baş verməsini və ətrafda olan insanların onları ayırmasını bildirmişdir. Sonra isə Eldəniz və Ceyhun oradan çıxıb getmişlər. O, Eldəniz və Ceyhun arasında olan dava-dalaş zamanı oraya gələn zaman artıq dava-dalaş bitmişdir. Ona görə də, dava-dalaş hadisəsini görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən “Nənəmin təndiri” adlanan yerdə təndirçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi yerdə olan zaman küçədən səs-küy gəlməsini eşitmişdir. Həmin vaxt küçəyə çıxan zaman orada yerləşən Şəmkir bazarının yaxınlığındakı avtomobil dayanacağında dayanacaq nəzarətçisi işləyən tanışı Eldəniz ilə sonradan adının Ceyhun olmasını bildiyi bir nəfər şəxsin mübahisə etməsini görmüşdür. Mübahisə zamanı Ceyhun Eldənizə nalayiq ifadələr işlətmişdir. Eldəniz isə Ceyhuna çıxıb getməsini söyləmişdir. Daha sonra o, Ceyhunun bir dəfə yumruqla Eldənizin sifət nahiyəsindən vurmasını görmüşdür. Eldəniz də, həmin vaxt Ceyhunu itələyib özündən kənarlaşdırmışdır. Bundan sonra səs-küyə toplaşmış tanımadığı təxminən 5-6 nəfər şəxs Ceyhunu və Eldənizi aralaşdırmışlar. Sonra isə Eldəniz və Ceyhun oradan çıxıb getmişlər. Olanrın arasında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt səs-küyə o, tanışları İsmayıl, İlham, Tural və ətraf kənarda olan tanımadığı şəxslər toplaşmışdır, Eldəniz və Ceyhun arasında olan dava-dalaş zamanı onlardan kənarda olmuşdur. Həmin vaxt Ceyhun yumruqla bir dəfə Eldənizin sifət nahiyəsindən vurmuşdur. Eldəniz isə Ceyhunu itələyərək özündən kəanrlşadırmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən özünə məxsus “Nənəmin Təndiri “ adlı təndiri var. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, təndirinə baş çəkməyə gələn zaman Şəmkir bazarının yaxınlığındakı avtomobil dayanacağında dayanacaq nəzarətçisi işləyən tanışı Eldəniz ilə sonradan adının Ceyhun olmasını öyrəndiyi bir nəfər şəxsin mübahisə etməsini görmüşdür. Ceyhun Eldənizə nalayiq ifadələr işlətmişdir. Eldəniz isə Ceyhundan kənarda dayanmışdır. Bu zaman yaxınlıqda olan bir nəfər tanımadığı şəxsdən nə baş verməsini soruşmüşdür. Həmin şəxs də, ona bir az əvvəl Eldəniz və Ceyhun adlı şəxslərin arasında dava-dalaş baş verməsini və ətrafda olan insanların onları ayırmasını bildirmişdir. Sonra isə Eldəniz və Ceyhun oradan çıxıb getmişlər. O, Eldəniz və Ceyhun arasında olan dava-dalaş zamanı oraya gələn zaman artıq dava-dalaş bitmişdir. Ona görə də, dava-dalaş hadisəsini görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 2dir. Həmin küçədə Zərərçəkmiş şəxs döyüldüyü yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 04 noyabr 2023-cü il tarixli, 1313 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarısının yumşaq toxmalarının şişkinlik və ağrı halında əzniyi KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 03 noyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Həmçinin, tələbnamə ilə müəyyən edilir ki, Nəbiyev X5 Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, Nəbiyev X5 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(041)-39/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzasını xx.xx.2023-cü il tarixdə dövlət nəfinə tam şəkildə ödədiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1370/2022 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı ildə anadan olmuş Musa və xx.xx.2011-ci ildə anadan olmuş Gülnar adlı iki nəfər yetkinlik yaşına çatmayan uşağı var. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs işsiz kimi qeydiyyatdadır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1– ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkəti ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayətlər kateqoriyasına aid olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı, habelə mülkiyyət toxnulmazlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023–cü il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bundan başqa cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 01 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş islah işləri cəzası həbsdə saxlamanın 1 günü islah işlərinin 4 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 09 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 dekabr 2023–cü il tarixdən 31 dekabr 2023–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (altı) gün müddətə islah işləri cəzası saxlansın. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar