Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-123/2024 05.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996–cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı Şəmkir rayonu Çaparlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ev əşyalarını daşıması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və bədəninin muxtəlif nahiyələrinə əllərilə qəsdən vuraraq ona başın tüklü hissəsində ənsə nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin orta üçdə birinin arxa səthinin və sağ əlin İ barmağının arxa səthinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozumasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Səkinə ilə o, 24 iyul 2020-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nigahlarından iki uşaqları vardır. Yaşadıqları ailə həyatı dövrü ərzində münasibətləri normal olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə saat 12 radlərində o, işdə olan zaman arvadı Zərərçəkmiş şəxs ona zəng edib evdə atası Mobil və xalası Xatirə ilə mübahisələri yarandığını və atası evinə çıxıb getmək istədiyini demişdir. O, cavab olaraq Səkinəyə evə gəldikdə aydınıq gətirəcyini bildirmişdir. Axşam işdən qayıdıb evə gələn zaman Səkinə ilə atası Mobil və xalası Xatirə arasında münaqişə baş verdiyini bilmişdir. Səkinəyə bir müddət atası evinə aparıb daha sonra kirayə ev tapıb həmin evə gətirib birlikdə yaşamaqlarını təklif etmişdir. Səkinə onun fikrilə razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə o, yenidən işə getmişdir. İşdə olan zaman atası Mobil zəng edib Səkinənin evdə əşyaları orabura daşıdığını və narahatçılıq yaratdığını ona demişdir. O təkrarən evə qayıdıb Səkinəyə əşyalara toxunmamağı və bir müddət evdən birlikdə getməyi təklif etmişdir. Eyni zamanda əşyaları otağın birinə yığmamağı xahiş etmişdir. Səkinə fikrindən daşınmayıb davam edib əşyaları yığdığına görə o, əsəbləşib əlilə Səkinənin saçından və boynundan tutub geri itələmişdir. Bu zaman əmisi X2 onları sakitləşdirmişdir. Bir neçə dəqiqədən sonra Səkinənin bacısı Yaqut gəlib aparıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Səkinə onun barəsində şikayət etmişdir. Səkinə ilə yalnız o dalaşdığını digər şəxslər dalaşmadığını bildirmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla o, 24 iyul 2020-ci il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nigahlarından iki uşaqları vardır. Yaşadıqları ailə həyatı dövrü ərzində münasibətləri normal olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə saat 12 radlərində o, evdə olan zaman qayınatası Şahid4 və əri Təqsirləndirilən şəxs xalası Şahid1 ilə mübahisələri yaranmışdır. Həmin vaxtı o, əri Təqsirləndirilən şəxs zəng edib mübahisələri yarandığını və atası evinə çıxıb getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs evə gəldikdən sonra aydınlıq gətirəcyini bildirmişdir. Təqsirləndirilən şəxs işdən qayıdıb evə gələn zaman onların səbəbsiz yerə mübahisələri baş verdiyini demişdir. Təqsirləndirilən şəxs mübahisələrinin olduğunu bildikdən sonra ona bir müddət atası evinə aparıb daha sonra kirayə ev tapıb həmin evə gətirib birlikdə yaşamaqlarını təklif etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs işə getmişdir. İşdə olan zaman o, özünə aid olan cehizlik əşyalarını otağa daşıdığını qayınatası Şahid4 görüb əri Təqsirləndirilən şəxs zəng edib məlumat vermişdir. İsa evə qayıdıb ona əşyalara toxunmamağı və bir müddət evdən harasa getməklərini təklif etmişdir. Eyni zamanda əşyaları otağın birinə yığmamağı ondan xahiş etmişdir. O, razı olmayıb hərəkətlərini davam edib əşyaları yığdığına görə Təqsirləndirilən şəxs ona əsəbləşib əlilə saçından və boynundan tutub onu yerə yıxıb əlləri ilə döyüb xəsarət yetirmişdir. İsanın onu döydüyünü Şahid3 görüb onları sakitləşdirmişdir. Bir neçə dəqiqədən sonra o, bacısı Şahid2 zəng edib İsa tərəfindən döyüldüyünü demiş və gəlib onu aparıb getməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu yaşadıqları evdə əlləri ilə saçından tutub yerə yıxaraq boyun və bədən nahiyələrinə vurub ona xəsarət yetirdiyini, dava-dalaş zamanı yanlarında qayınatası Mobil, qardaşı Abil və Xatirə olduğunu bildirmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o isə bağışlayaraq Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu Təqsirləndirilən şəxs arvadıdır. xx.xx.2024-cü il tarixdə saat 12 radlərində onlar evdə olan zaman gəlni Zərərçəkmiş şəxs azyaşlı nəvəsi X1 baxçaya aparmadığına görə öz iradını bildirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs onun iradını qəbul etməyib ona cavab qaytarmışdır. Sonda mübahisələri sakitləşmişdir. xx.xx.2024-cü il tarixdə onlar evidə olarkən Səkinənin evdə ona verilmiş cehizlik əşyaları ora-bura daşıdığını və narahatçılıq yaratdığını görmüşlər. Həmin vaxtı o, oğlu Təqsirləndirilən şəxs zəng edib evə gəlməsini xahiş etmişdir. İsa işdən evə gələn zaman o, İsaya ailəsi ilə birlikdə evindən çıxmasını izah etmişdir. Zərərçəkmiş şəxs əşyaları daşıyan zaman oğlu İsa Səkinənin hərəkətlərinə əsəbləşib boyun və saç nahiyəsindən tutmuşdur. Səkinə ilə oğlu İsanın mübahisə edib dalaşdığını qardaşı Şahid3 görüb İsanı sakitləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səkinə oğlu Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Xatirə ilə birlikdə Səkinənin üzərinə getmədiklərini Səkinə ilə yalnız oğlu İsa dalaşdığını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı ifadələri elan olunaraq tədqiq edilmiş şahidlər, Şahid2, Şahid3 və Şahid1, Şahid4 ilə eyni məzmunlu ifadələr verərək Şahid4 qeyd etdiyi xüsusatları bir daha təstiq etmişlər. Cinayət işinin materiallarında olan 21 fevral 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 21 fevral 2024–cü il tarixli, 159 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində ənsə nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin orta üçdə birinin arxa səthinin və sağ əlin İ barmağının arxa səthinin qançırları KÜT əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 20 fevral 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Çaparlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı Şəmkir rayonu Çaparlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ev əşyalarını daşıması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və bədəninin muxtəlif nahiyələrinə əllərilə qəsdən vuraraq ona başın tüklü hissəsində ənsə nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin orta üçdə birinin arxa səthinin və sağ əlin İ barmağının arxa səthinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozumasına səbəb olan sağlamlığa yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-123/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-123/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver