Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-123/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayon, Şiştəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş, Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsinin ərazisində yaşıllıq zolağında olan torpaq sahəsində, 3 ədəd, 900 manat dəyərində 30 sm diametri olan, 1 ədəd, 300 manat dəyərində 32 sm diametri olan, 3 ədəd, 1050 manat dəyərində 34 sm diametri olan, 3 ədəd, 1050 manat dəyərində 36 sm diametri olan, 2 ədəd, 800 manat dəyərində 40 sm diametri olan, 1 ədəd, 500 manat dəyərində 42 sm diametri olan, 2 ədəd, 1200 manat dəyərində 44 sm diametri olan, 1 ədəd, 150 manat dəyərində 12,1-16 sm diametri olan, 1 ədəd, 180 manat dəyərində 16,1-20 sm diametri olan, 1 ədəd, 300 manat dəyərində 28,1-32 sm diametri olan və 1 ədəd və 400 manat dəyərində 36,1-40 sm diametri olan cəmi 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları istintaqa şəxsiyyəti məlum olmayan şəxsə qanunsuz olaraq kəsdirərək, Şəmkir rayonu İcra Hakimiyyətinə xeyli miqdarda, yəni 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Şəmkir rayonu, Şiştəpə kənd sakini Şahid6 tanıyır. Şahid6 onun qohumudur. Şahid6 "xxxx" MMC-nin təsisçisidir. Şəmkir rayonu, İcra Hakimiyyətinin mülkiyyətində olmaqla Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin "xxxx" MMC-nin istifadəsinə verilmiş həmin 0,15 hektar torpaq sahəsinə nəzarəti o, edir. Həmin 0,15 hektar torpaq sahəsinə bitişik ərazidə onun arvadı X1 adına 1,50 hektar (150 sot) ərazisi olan kənd təsərrüfat təyinatlı torpaq sahəsi var. Lakin həmin torpaq sahəsinə getmək üçün yol yoxdur. Bu səbəbdən də o, arvadı Elvina Xəlilovanın adına olan 1,50 hektar (150 sot) ərazisi olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinə yol açmaq qərarına gəlmişdir. Beləliklə də o, 27 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixdə keçən gecə, saat 01 radələrində "xxxx" MMC-nin istifadəsinə verilmiş Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsinin ərazisində yaşıllıq zolağında olan ümumilikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları tanımadığı şəxslərə kəsdirmişdir. Daha sonra o, həmin tarixdə onun sifarişi ilə kəsilən həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşınması üçün Şəmkir şəhər ərazisində fəaliyyət göstərən Şahid2 məxsus “Avto Kran” markalı yük qaldıran və Şahid1 məxsus yük daşıyan “Kamaz” markalı avtomobillərin sahibləri ilə danışaraq onları həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları kəsildiyi 0,15 hektar torpaq sahəsinə dəvət etmişdir ki, kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları daşısınlar. Ancaq 28 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları onun sifarişi əsasında 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsildiyi həmin 0,15 hektar torpaq sahəsinin yerləşdiyi əraziyə gələrək, kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların qanunsuz kəsilmələrini orada ağacları avtomobillərə yükləyən şəxslərə bildirərək, həmin işin dayandırılmasını tələb etmişlər. Lakin həmin vaxt o, polis əməkdaşlarının hadisənin baş verdiyi yerdə baxış keçirdiklərini gördüyü üçün tutduğu əməldən qorxararaq yaşadığı ünvana getmişdir. Onun sifarişi əsasında kəsilən həmin 21 (iyirmi bir) ədəd ağaclar Sərv cinsli ağaclar olmasını, eləcə də həmin ağaclar müxtəlif diametrdə olduqları üçün ölçülərini dəqiq bilməməsini, həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağaclar o, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan zaman Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən əkilərək, qulluq edilməsini, o, uzun illər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşadığı üçün həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların onun sifarişi əsasında kəsən şəxsləri tanımamasını bildirmişdir. Törətdiyi əmələ görə peşmandır və ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, Şəmkir rayonu, Şiştəpə kənd sakini Famil ləqəbli Təqsirləndirilən şəxs tanıyır. Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən verilmişdir. Həmin "xxxx" MMC-nin istifadəsinə verilmiş 0,15 hektar torpaq sahəsində 21 (iyirmi bir) ədəd Sərv cinsli ağaclar var idi. Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixdə keçən gecə saat 01 radələrində "xxxx" MMC-nin istifadəsinə verilmiş Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən həmin 0,15 hektar torpaq sahəsinin ərazisində yaşıllıq zolağında olan ümumilikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları kəsdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs kəsdirdiyi həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşıması üçün Şəmkir şəhər ərazisində fəaliyyət göstərən “Avto Kran” markalı yük qaldıran və yük daşıyan “Kamaz” markalı avtomobillərin sahibləri ilə danışaraq onları həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları kəsildiyi 0,15 hektar torpaq sahəsinə dəvət etmiş və orada onun sifarişi əsasında kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşınmasını həmin şəxslərə bildirmişdir. Lakin 28 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmiş həmin 0,15 hektar torpaq sahəsinin yerləşdiyi əraziyə gələrək, kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların qanunsuz kəsilmələrini müəyyən edərək, orada ağacları avtomobillərə yükləyən şəxslərdən həmin işin dayandırılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs sifarişi ilə kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların olduğu torpaq sahəsi Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin istifadəsinə verilməsini və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “Avto Kran” markalı **- RY-*** və **-DE-*** dövlət qeydiyyat nişanlı yük qaldıran avtomobillərini işlətməklə gəlirini əldə edir. Bu səbəbdən də o, hər gün Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində Mərkəzi yolda dayanaraq müştəri gözləməklə həmin yük qaldıran avtomobilləri ilə sifarişlər qəbul edərək, müxtəlif növdə yükləri yük avtomobillərə yığır. 28 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində dayanıb müştəri gözdəyən zaman adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşaraq, Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hisəssində yolun sağ kənarında kəsilmiş ağacların olmasını bildirərək, həmin ağacları yük avtomobillərinə yığmağı və bu işin qarşılığında hər reysinə 15 manat pul verəcəyini ona bildirmişdir. O, da həmin şəxslə razılaşaraq həmin tarixdə, saat 12 radələrində adını bilmədiyi həmin şəxs ilə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hisəssində yol sağ kənarında kəsilmiş ağacların olduğu yerə gəlmişdir. Orada müxtəlif ölçülərdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsilmələrini görmüşdür. Həmin vaxt o, özünə məxsus olan “Avto Kran” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili vasitəsi ilə Şəmkir şəhər sakinləri kimi tanıdığı Şahid1 məxsus “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hisəssinə və Şahid3 məxsus “Kamaz” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hisəssinə kəsilmiş Sərv cinsli ağacları yığmağa başlamışdır. Lakin həmin tarixdə, saat 16 radələrində Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsildiyi yerə gəlmişlər. Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların qanunsuz kəsilmələrini onlara bildirərək, həmin işin dayandırılmasını onlardan tələb etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsildiyi yer Şəmkir rayonu, Şiştəpə kənd sakini kimi tanıdığı Famil ləqəbli Təqsirləndirilən şəxs məxsusdur. Həmçinin həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmələrini bilmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs məxsus Şəmkir şəhər ərazisində yerləşən hamamda Təqsirləndirilən şəxs ilə görüşərək, ona Bakı-Qazax avtomagistral yolunun Şəmkir şəhər ərazisindən keçən hisəssində yol sağ kənarında onun sifarişi əsasında kəslimiş Sərv cinsli ağacları Şahid1 məxsus “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hisəssinə və Şahid3 məxsus “Kamaz” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük hisəssinə yığmağının qarşılığında Təqsirləndirilən şəxs 200 (iki yüz) manat pulu əməkhaqqı olaraq almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi sürücülük fəaliyyəti ilə məşğul olur. Belə ki, onun özünə məxsus “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Həmin yük avtomobili vasitəsi ilə sifarişlər qəbul edərək, müxtəlif növdə yüklər daşımaqla gəlirini əldə edir. 28 iyul 2024-cü il tarixdə, saat 11 radələrində o, Şəmkir şəhər ərazisində yerləşən daş bazarında olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq, Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir şəhər ərazisindən keçən hisəssində yol sağ tərəf kənarında Şəmkir rayonu, Şiştəpə kənd sakini Famil ləqəbli Veyis adlı şəxsə məxsus torpaq sahəsində kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların olmasını bildirərək, həmin ağacları yığılmasını və Şəmkir rayonu, Kraz Yolu yaşayış massivinə daşımağı bildirərək, bu işin qarşılığında hər reysinə 20 manat məbləğində pulu yol haqqı olaraq Famil adlı şəxsin verəcəyini bildirmişdir. Daha sonra o, adını bilmədiyi həmin şəxs ilə razılaşaraq Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir şəhər ərazisindən keçən hisəssində yol sağ tərəf kənarında yerləşən Famil ləqəbli Veyis adlı şəxsə məxsus torpaq sahəsinə gedərək, orada müxtəlif ölçülərdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsilməsini görmüşdür. Daha sonra Şəmkir rayonu, Dəllər qəsəbə sakini kimi tanıdığı X2 özünə məxsus olan “Avto Kran” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları ona məxsus “Kamaz” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük hisəssinə yığmağa başlamışdır. Həmin vaxt o, Şəmkir şəhər sakini kimi tanıdığı Şahid3 özünə məxsus “Kamaz” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəmkir şəhər istiqamətində hərəkətdə olmasını gördüyü üçün ona əli ilə saxla işarəsi etmişdir. Şahid3 idarə etdiyi avtomobili saxlayaraq ona yaxınlaşmışdır. O, Şahid3 Veyis adlı şəxsin sifarişi əsasında kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları göstərərək, ağacların daşınmasında onunda köməklik etməyini və bu işin qarşılığında Famil ləqəbli Veyis adlı şəxsin ona hər reysinə 20 manat pul verəcəyini bildirmişdir. Şahid3 də onunla razılaşmışdır. Həmin vaxt Famil ləqəbli Veyis adlı şəxs özünə məxsus qara rəngli hündür avtomobilin içərisində əyləşərək, özünün sifarişi ilə kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşınmasında iştirak edən bütün işçilərə nəzarət edirmiş. lakin həmin vaxt Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları ağacların kəsildiyi yerə gəlmişlər. Həmin vaxt Famil ləqəbəli Veyis adlı şəxs özünə məxsus qara rəngli avtobilini Şəmkir rayonu, Şiştəpə kənd istiqamətinə idarə edərək, ağacların kəsildiyi yerdən getmişdir. Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların qanunsuz kəsilmələrini onlara bildirərək, həmin işin dayandırılmasını onlardan tələb etmişlər. Bu səbəbdən də o, özünə məxsus avtomobilə kəsilmiş ağacların yığılmasını dayandırmışdır. Təxminən avqust ayının 5-10 arası o, Famil ləqəbli Veyis adlı şəxsə məxsus Şəmkir şəhər ərazisində yerləşən “bəy hamamına” gedərək, orada Famil adlı şəxsdən onun sifarişi ilə kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşınması qarşılığında ona vəd etdiyi pulunu istəyən zaman Famil ləqəbli Veyis adlı şəxs ona həmin Sərv cinsli ağacların kəsilməsi ilə bağlı Şəmkir rayon Polis şöbəsində istintaq aparılmasını və istintaq yekunlaşdıqdan sonra Sərv cinsli ağacların daşınması qarşılığında ona vəd etdiyi pulu verəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi-müfəttişi vəzifəsində çalışır. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, 28 iyul 2024-cü il tarixdə, saat 16 radələrində işlədikləri 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şəmkir rayon ərazisində yaşıllıq zolağında ümumilikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsilməsi barədə şifahi məlumat daxil olmuşdur. Həmin vaxt o, iş yoldaşı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi-müfəttiş vəzifəsində çalışan Şahid4 ilə birlikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsildiyi əraziyə gəlmişlər. Hadisənin baş verdiyi yerdə onlara məlum olmuşdur ki, ağacların kəsildiyi yer Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşir. Hadisə yerinə baxış zamanı naməlum şəxs və ya şəxslər tərəfindən diametri 30 sm-dən 3 ədəd, 32 sm-dən 1 ədəd, 34 sm-dən 3 ədəd, 36 sm-dən 3 ədəd, 40 sm-dən 2 ədəd, 42 sm-dən 1 ədəd, 44 sm-dən 2 ədəd, 12,1-16 sm-dən 1 ədəd, 16,1-20 sm-dən 1 ədəd, 28,1- 32 sm-dən 1 ədəd, 36,1-40 sm-dən 1 ədəd, 40 sm-dən 2 ədəd olmaqla, ümumilikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsilməklə təbiətə (yaşıllığa) 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Daha sonra o, iş yoldaşı məsləhətçi-müfəttiş Şahid4 ilə birlikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Bundan sonra 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə toplanmış material rəhbərlik tərəfindən Şəmkir rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-nin təsisçisidir. Ailəlidir 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bilirmişdir ki, Şəmkir rayonu, Şiştəpə kənd sakini Famil ləqəbli Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qohumudur. Şəmkir rayonu, İcra Hakimiyyətinin mülkiyyətində olmaqla Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin "xxxx" MMC-nin istifadəsinə verilmiş həmin 0,15 hektar torpaq sahəsinə nəzarəti Təqsirləndirilən şəxs edir. O, 28 iyul 2024-cü il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olan zaman Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə zəng edərək, "xxxx" MMC-nin istifadəsinə verilmiş həmin 0,15 hektar torpaq sahəsində olan 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları öz sifarişi ilə kəsdirməsini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixdə keçən gecə saat 01 radələrində "xxxx" MMC-nin istifadəsinə verilmiş Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsinin ərazisində yaşıllıq zolağında ümumilikdə 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları kəsdirmiş, həmin ağacların daşıması üçün Şəmkir şəhər ərazisində fəaliyyət göstərən “Avto Kran” markalı yük qaldıran və yük daşıyan “Kamaz” markalı avtomobillərin sahibləri ilə danışaraq onları həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların kəsildiyi 0,15 hektar torpaq sahəsinə dəvət etmiş və orada Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmiş 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların daşınmasını həmin şəxslərə bildirmişdir. Lakin 28 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Şəmkir rayon Polis şöbəsinin Polis əməkdaşları Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmiş həmin 0,15 hektar torpaq sahəsinin yerləşdiyi əraziyə gələrək, kəsilmiş həmin 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacların qanunsuz kəsilmələrini orada ağacları avtomobillərə yükləyən şəxslərə bildirərək, həmin işin dayandırılmasını tələb etmişlər. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin istifadəsinə verilmiş Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsində olan 21 (iyirmi bir) ədəd Sərv cinsli ağacları heç kimə bildirmədən ondan xəbərsiz kəsdirməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayon İcra hakimiyyəti başçısının 09 sentyabr 2021-ci il tarixli, 187 nömrəli sərəncamı ilə həmin tarixli, eyni nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş, Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsinin ərazisində yaşıllıq zolağında "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə diametri ümumilikdə 15 ədəd Sərv cinsli ağacların kök boğazından qanunsuz olaraq kəsilməklə təbiətə 5800 (beş min səkkiz yüz) manat məbləğində ziyan vurulması faktına görə toplanmış HK-1/1230 nömrəli ilkin yoxlama materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və cinayət işi üzrə ibtidai istintaqın aparılması Şəmkir rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqlərinə tapşırılması qərara alınmışdır. 28 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, "xxxx" MMCnin istifadəsinə verilmiş, Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı ağacların kəsildiyi yeri Qazax rayon istiqamətində yolun sağ tərəfində yerləşməsi müəyyən edilmişdir. Bu barədə fotocədvəl tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. 2 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Şahid4 tərəfindən 30 iyul 2024-cü il tarixdə tərtib olunmuş 86029 nömrəli akta əlavə edilmiş qiymətləndirmə cədvəlindən görünür ki, ümumi istifadədə olmaqla meşə fonduna daxil olmayan "xxxx" MMC-nin istifadəsinə verilmiş, Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı 27 oktyabr 2016-cı il tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarına” 1 nömrəli əlavənin İİ sutunu üzrə hesablama nəticəsində 15 (on beş) ədəd kəsilmiş Sərv cinsli ağacların ümumi dəyərinin 5800 (beş min səkkiz yüz) manat olması müəyyən olunmuşdur. 24 avqust 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Şahid4 tərəfindən Şəmkir-Qazax yolunun 402-ci kilometrində Şəmki şəhər keçən ərazisində baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə baxış zamanı 15 ədəd sərv ağacının kəsilməsi aşkar edilmiş və sərv ağacların diametri 03 ədəd 30 sm, 01 ədəd 32 sm, 03 ədəd 34 sm, 03 ədəd 36 sm, 02 ədəd 40 sm, 01 ədəd 42 sm, 02 ədəd 44 sm ibarətdir. Bu barədə fotoşəkillər və videoçəkiliş aparılmış, fotoşəkillər və disk protokola əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2024-cü il tarixli 9/7144 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 15 ədəd müxtəlif adda və müxtəlif diametirli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 5800,00 manat müəyyən olunur. 2 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Şahid4 tərəfindən 03 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş qiymətləndirmə cədvəlindən görünür ki, ümumi istifadədə olmaqla meşə fonduna daxil olmayan "xxxx" MMC-nin istifadəsinə verilmiş, Bakı-Qazax magistral avtomobil yolunun 402-ci kilometirliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən 0,15 hektar torpaq sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı 27 oktyabr 2016-c ıil tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarına” 1 nömrəli əlavənin İİ sutunu üzrə hesablama nəticəsində 06 (altı) ədəd kəsilmiş Sərv cinsli ağacların ümumi dəyərinin 1030 (min otuz) manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 07 il azadlıqdan mərhum etmə, 01 il şərti sınaq müddəti, 02 il müddətinə dövlət və yerli özün idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata 01 avqust 2023-cü il tarixdə xitam verilmişdir. “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 259.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət işi materialında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzi və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ümumilikdə 6830 (altı min səkkiz yüz otuz) manat dəymiş ziyan ödənilmişdir. Cinayət materialında olan Şəmkir rayon Şiştəpə kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət törətməsini səmimi etiraf etməsini, dəymiş ziyanı tamamilə ödəməsi, himayəsində iki azyaşlı uşağın olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61- ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həmdə məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədildiyi vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanskiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə cəzası nəzərdə tutulmuşdur. Belə ki, 29 noyabr 2024-cü il tarixli 72-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 30 dekabr 2024-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, İİ kitab, maddə 1330) ilə 259.1ci maddənin sanksiyasında “beş min manatdan yeddi min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında” sözləri ilə, üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Göründüyü kimi, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən CM-in 359.1-ci maddəsinin sanskiyasında hazırda nayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə cəzası nəzərdə tutulsa da, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilən zaman CM-in 359.1-ci maddəsinin sanskiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları, eləcə də X4 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının aşağı həddə təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Cəzanın icrası Şəmkir İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tətbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, onun hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-123/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-123/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver