Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-124/2023 20.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 iyun 2023-cü il Şəmkir şəhəri xx.xx.1991-ci ildə Şəmkir rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2s qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında istintaqa dəqiq müəyyən olunmayan tarixdə Şəmkir şəhəri Morul yaşayış massivində “Fərmayıl körpüsü” adlanan yerin yaxınlığından bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir şəhəri, Nəsimi küçəsi, ev-3 ünvanda yerləşən yaşadığı evə daşımış, 21 noyabr 2022-ci il tarixdə saat 17 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Xəqani” parkının yaxınlığında saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq, kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 1.380 qram heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının əvvəllərində istintaqa dəqiq müəyyən olunmayan tarixdə Şəmkir şəhəri ərazisindən keçən “Süloy çay”ın kənarından bir ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana taparaq satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 3 ünvanına daşımış, 06 yanvar 2023-cü il tarixdə saat 18 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Nəsimi küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, 6.62 qram çəkidə, əməliyyat-axtarış tədbirləri davam etdirilərək onun yaşadığı Şəmkir şəhəri, Nəsimi küçəsi, ev-3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında olan dolabın içərisindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, bir ədəd polietilen torbanın içərisində, şəxsi istehlak miqdarından artıq 360 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni əsasən Rusiya Federasiyasında olduğunda istifadə etmişdir. Azərbaycanda isə narkotik vasitəni haradansa tapdıqda qəbul etmişdir. Heroini o, falqa kağızında yandırmaqla tüstü vasitəsi ilə qəbul edir. Təxminən 2022-ci il noyabr ayının ortalarına yaşadığı evin yaxınlığında “Fərmayıl körpüsü” adlı yerdə olan zaman yerdə kiçik bir sellofan büküm olmasını görmüşdür. Həmin sellofan büküm onun diqqətini cəlb etdiyindən yerdən götürüb baxmışdır. Baxıdığı zaman sellofanın içərisində narkotik vasitə olan heroinə bənzər maddə olmasını görmüş və özü narkotik vasitə qəbul edən olduğundan həmin maddənin heroin olmasını başa düşmüşdür. Özü qəbul etmək üçün narkotik vasitəni götürüb üzərində saxlamışdır. Bir neçə gün ərzində həmin narkotik vasitə onun üzərində olmuşu və özü qəbul etmək üçün saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, “Xəqani parkı”nın yaxınlığında olduğu zaman onu polis əməkdaşları saxlayaraq polsi şöbəsinə gətirmişlər. Həmin vaxtı o, 48 saat müddətinə həbs olunmuş və sonra təqsirləndirilən şəxs qismində cəlb olunaraq polisin nəzarəti altına verilmişdir. O, azad olunduqdan sonrada bədənində ağrılar olduğundan yenə də narkotik vasitə qəbul etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində yaşadığı evin yaxınlığından keçən çayın kənarında olduğu zaman orada sellofan bağlama olmasını görmüşdür. Həmin bağlamanı götürüb baxdığında içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. O, narkotik vasitə qəbul edən olduğundan həmin narkotik vasitəni özü ilə götürmüş və yaşadığı evə aparıb gizlətmişdir. Həmin narkotik vasitədən özü qəbul etmək üçün bir kibrit qutusundan üzərində götürmüşdür, qalan hissəsini isə yaşadığı evdə yataq otağında gizlədib saxlamışdır. 07 yanvar 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Şəmkir şəhəri, Nəsimi küçəsində olduğu zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində axtarış aparacaqlarını demişlər. O, heç bir etiraz etməmişdir. Bundan əlavə ondan narkotik vasitə olub olmaması soruşulduqda o, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə yaşadığı evə getdiyi zaman yataq otağında narkotik vasitəni saxladığı yeri polis əməkdaşlarına göstərmişdir. Yataq otağında olan dolabın içərisinə baxıldığı zaman onun saxladığı sellofanda olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Qeyd olunanlara əsasən, təcridxanada olan müddəti ona narkomaniyadan müalicə müddəti hesablanması nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 noyabr 2022-ci il tarixdə ona Şəmkir şəhəri, Nəsimi küçəsi, ev-3 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində “Xəqani” parkının yaxınlığında saxlayaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərrində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitə olan heroini bir neçə gün əvvəl yaşadığı evin yaxınlığıında olan “Fərmayıl körpüsü”nün yaxınlığından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 1.5 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Elnur Sadıqov tərəfindən axtarış və nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətdiyindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra 2023-cü ilin yanvar ayının 7-də Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 18 radələrində Şəmkir RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Nəsimi küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir RPŞ-də üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd kibrit qutusu təqdim edərək həmin kibrit qutusunda narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan yaşıl rəngli spesifik iyi olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər quru bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitə olan marixuananı bir neçə gün əvvəl yaşadığı evin yaxınlığıında olan “Süleyçay”ın yaxınlığından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə kibrit qutusu ilə birgə elektron tərəzidə çəkildikdə 9.1 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Elnur Sadıqov tərəfindən şəxsi axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxlamasına müəyyən şübhələr olduğundan öz razılığı ilə ünvan 4 ünvanında yerləşən yaşadığı evə fasiləsiz video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı evin yataq otağından şkafın içərisindən bir ədəd şəffaf rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sellofan torba açıldıqda içərisində spesifik iyli, quru vəziyyətdə yaşıl rəngli qurudulmuş marixuanaya oxşar bitki hissəcikləri aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə 300 qram olmuşdur. Evin və həyətyanı sahənin digər hissələrinə baxış keçirilərkən iş üçün başqa əhəmiyyət kəsb edə biləcək hər hansı maddi sübut aşkar edilməmişdir. Aşkar olunmuş sellofan torbada olan kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3, X2 və X3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsinə uyğun ifadə vermişdilər. Cinayət işinin 112-113-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 noyabr 2022-ci il tarixli 16/1314 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən heroinə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1.380 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 51-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08 yanvar 2023-cü il tarixli 16/38 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” sözlər və imzalar olan sellofan paketdəki təmiz çəkisi 360 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6.62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Cinayət işinin 234-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 153-cü vərəqində olan DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 166-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan 21 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 145-146-cı vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 23 noyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir Rayon Polis Şöbəsinin MSY-dən azad olunmuşdur. Cinayət işinin 13-14-cü vərəqlərində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 200-204-cü vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 65-66-cı vərəqlərində olan cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə olan qərardan görünür ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. Cinayət işinin 241-249-cu vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla şəxsi axtarış aparılması və baxış keçirilməsi barədə protokollar ilə Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin Gəncə regional bölməsinin məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizalarının rəyində narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın çəkisi arasında fərqlər vardır. Lakin ekspert rəyi xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib olunmaqla müvafiq tədqiqat üsullarında və daha dəqiq elektron tərəzilərdən istifadə olunmaqla tərtib olunduğundan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərində aşkar olunmuş narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixdə üzərində və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəksinin Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin Gəncə regional bölməsi tərəfindən verilmiş 16/1314 nömrəli, xx.xx.2022-ci tarixli və 16/38 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərildiyi kimi qəbul edilməsi qərara alınmışdır. Beləliklə, araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olunmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci ilə tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir rayon PŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 1.180 qram çəkidə narkotik vasitə olan heroin və 366.58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 3 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən iş üzrə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 62.80 manat pul Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci ilə tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 07 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi götürülüb Şəmkir rayon PŞ-də saxlanılan ekspertizadan sonra qalıq qalmış 1.180 qram çəkidə narkotik vasitə olan heroin və 366.58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 3 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan 62 (altmış iki) manat 80 (səksən) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-124/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-124/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver