Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-125/2023 10.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü ildə Şəmkir rayonu İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu İrmaşlı kəndində yaşayır, 20 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək iltizam qətimkan tədbiri” seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonu Atabəy kəndində Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl sonuncunun ögey oğlu X1 çəkməyi israrla təklif etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Vidadi Şamilovu əlləri ilə bir neçə dəfə qəsdən vuraraq, ona üst çənədə sağdan 2-ci dişin travmatik laxlaması və diş ətinə qansızma, sol çiyinüstü nahiyənin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin sol almacıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə özünə məxsus «Niva» markalı, ** KP *** qeydiyyat nişanlı minik maşını ilə qonşu Atabəy kəndi ilə yaşadığı Dağ Daşbulaq kəndləri arasındakı torpaq sahələrində olan heyvanlarına nəzarət etmək üçün getdiyi vaxt Atabəy kənd sakini Vidadinin ailə üzvləri ilə birlikdə dayısı oğlu Şirxanın üstünə hücum edib itələyib yıxdıqlarını müşahidə etmiş, o, bir qədər uzaqda olduğu üçün oraya yaxınlaşıb Vidadidən və ailə üzvlərindən Şirxanı itələyib yıxmalarının səbəbini soruşmuş, Vidadi ona və Şirxana qarşı nalayiq ifadələr işlətmiş, Şirxanın Vətən müharibəsində iştirakını və qazi statusunu ələ salıb rişxənd etməyə başlamış, Şirxanı özü üçün vuruşmaqda məsxərəyə qoymuş, o, Vidadinin bu sözlərinə görə mübahisə etməyə başlamış, bu zaman Vidadi əlindəki ağacla iki dəfə başına vurmuş, arvadının atdığı daş isə onun yenə başına dəymiş, o, da öz növbəsində Vidadini döymüş, qarşılıqlı şəkildə əlbəyaxa olub dalaşdıqdan sonra onlar aralaşmış, o, həmin dava barədə heç bir yerə müraciət etməsə də sonradan ona Vidadinin polisə müraciət etmələri ərizə və izahatlarında guya onun və dayısı oğlu Şirxanın Vidadinin ögey oğlu Muradı onun maşınında olan beş nəfərlə əraziyə gəlib döyməkləri, maşının baqajına oturtmağa çalışmaları, Murada siqaret çəkməyi təklif etmələri və s. yalan və qərəzli, həqiqətə uyğun olmayan məlumatlar verdiyi məlum olmuş, bu səbəbdən o, da polisə müraciət etmək qərarına gəlmişdir. Vidadi və ailə üzvlərinin ifadələrinin yalan olduğunu, ona böhtan atdıqlarını bildirmişdir. Hadisə zamanı orada O, Şirxan və Vidadinin ailə üzvləri olmuş, o, həmin vaxt orada Vidadini, Vidadi də onu vurmuş, davanın baş vermə səbəbi Vidadinin örüş sahəsində Şirxanın heyvan otarması olmuş, dava təxminən 3-4 dəqiqə davam etmiş, nə o, nə də ki başqa bir şəxs Muradı avtomobilə otuzdurmağa çalışmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, yaşadığı Şəmkir rayonu Atabəy kəndində xırdabuynuzlu hevanlarını saxlamaq üçün bələdiyyəyə məxsus örüş sahəsində arxac yaratmış, çadır qurmuş, ailəsi ilə birlikdə həmin yerdə yaşayır, heyvanlarını həm ögey oğlu, həm o, otarır. 26 sentyabr 2022-ci il tarixdə, səhər saat 9 radələrində 18 yaşlı ögey oğlu Murad Rzayev heyvanları otarmaq üçün çölə aparmış, bir qədər keçmiş təxminən saat 16 radələrində Murad ona zəng vurub heyvan otardığı vaxt İrmaşlı kənd sakinləri Zərrabın, Bəhlulun onun yanına maşınla yaxınlaşıb, dayanıb söhbət etdikləri vaxt siqaret çəkmək təklif etdiklərini, siqaret çəkmədiyinə görə döymək istədiklərini, üst geyimini orda atıb heyvanları çöldə qoyub əllərindən çıxıb qaçdığını demiş, onlar danışdıqdan bir qədər sonra Murad heyvanları arxaca gətirmiş, o, Muradın hadisədən bərk qorxu stress keçirdiyini görmüş, o, və anası Murada təskinlik vermiş, o, arvadı Nailə ilə birlikdə özünə məxsus «Niva» markalı minik maşını ilə Zərrabın və digərlərinin arxasınca yaşadıqları kəndə getmiş, Zərrabın evlərinə gedib Zərrabı səsləmiş, anası evdən qarşılarına çıxıb Zərrabın evdə olmadığını demiş, onları evə dəvət edib çay gətirmiş, bu zaman Zərrab anası ilə telefonla danışmış, sonradan anasından telefonu ona verməsini istəmiş, o, telefonu götürən zaman Zərrab onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr səsləndirmiş, o, Zərrabın azğınlaşdığını görüb oranı tərk etmiş, arxacda olduğu vaxt təxminən 18 radələrində Zərrab və Bəhlul olduğu arxaca gəlmiş, onunla hal-əhval tutduqdan sonra onu polisə satqınlıq etməkdə ittiham etmiş, o, həmin şəxslərə hələlik polisə şikayət etmədiyini deyib etirazını dilə gətirmək məqsədilə evlərinə getdiyini demiş, bu zaman Zərrab onu nalayiq ifadələrlə təhqir edib üstünə hücum etmiş, onunla əlbəyaxa olmuş, onlar bir-birilərini döymüş, Zərrab onu yumruq və təpiklə, o, isə Zərrabı əlində olan ağacla vurmuş, bu zaman onları adını bilmədiyi, ancaq Zərrabın arxasınca gəlmiş, özünü Vətən müharibəsi qazisi kimi təqdim edən bir nəfər sakitləşdirib aparmış, bu arada imkan tapan arvadı Nailə hadisə barədə 102 xidmətinə müraciət etmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Hadisə zamanı onu bədəninin müxtəlif nahiyələrindən vuraraq Zərrab döymüş, hadisə zamanı orada onun ailə üzvləri və Zərrabla gələn şəxslər orada olmuş, hadisənin səbəbi Zərrabın və yanında olanların Murada siqaret təklif etməsi olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, onlar yaşadığı Şəmkir rayonu Atabəy kəndində xırdabuynuzlu hevanlarını saxlamaq üçün bələdiyyəyə məxsus örüş sahəsində arxac yaratmış, çadır qurmuşdur və ailəsi ilə birlikdə həmin yerdə yaşayır. Heyvanları həm oğlu, həm əri Vidadi otarır, Vidadi onun ikinci əridir. 26 sentyabr 2022-ci il tarixdə, səhər saat 9 radələrində 18 yaşlı oğlu Murad heyvanları otarmaq üçün çölə aparmış, bir qədər keçmiş təxminən saat 16 radələrində Murad Vidadiyə zəng vurub heyvan otardığı vaxt İrmaşlı kənd sakinləri Zərrabın, Bəhlulun onun yanına maşınla yaxınlaşıb, dayanıb söhbət etdikləri vaxt siqaret çəkmək təklif etdiklərini, siqaret çəkmədiyinə görə döymək istədiklərini, üst geyimini orda atıb heyvanları çöldə qoyub əllərindən çıxıb qaçdığını demiş, bundan bir qədər sonra Murad heyvanları arxaca gətirmiş, onlar Muradın hadisədən çox qorxu stress keçirdiyini görmüş, o, və Vidadi Murada təskinlik verib birlikdə ailəsinə məxsus «Niva» markalı minik maşını ilə Zərrabın və digərlərinin arxasınca yaşadıqları kəndə getmiş, Vidadi Zərrabı tanıdığından evlərinə gedib oradan Zərrabı səsləmiş, Zərrabın anası evdən qarşılarına çıxıb Zərrabın evdə olmadığını demiş, onları evə dəvət etmiş, onlara çay vermiş, bu zaman Zərrab anası ilə telefonla danışmış, Zərrab onların orada olduğunu bildikdən sonra anasına telefonu Vidadiyə verməsini demiş, Vidadi telefonu götürdüyü vaxt Zərrab Vidadinin və ailə üzvlərinin ünvanına nalayiq ifadələr səsləndirmiş, onlar Zərrabın azğınlaşdığını görüb evi tərk etmiş, arxaca qayıtmış, arxacda olduqları vaxt təxminən 18 radələrində Zərrab və Bəhlul olduqları arxaca gəlmiş, Vidadi ilə hal-əhval tutduqdan sonra Vidadini polisə satqınlıq etməkdə ittiham etmiş, Vidadi isə həmin şəxslərə hələlik polisə şikayət etmədiyini demiş, bu zaman Zərrab onları nalayiq ifadələrlə təhqir etmiş, Vidadinin üstünə hücum etmiş, Vidadi ilə əlbəyaxa olmuş, bir-birilərini döymüş, Zərrab Vidadini yumruqla təpiklə döymüş, Vidadi isə Zərrabı əlindəki qamçı tutacağı ilə başına vurmuş, bu vaxt Vidadi və Zərrabı adını bilmədiyi ancaq Zərrabın arxasınca gəlmiş, özünü onlara Vətən müharibəsi qazisi kimi təqdim edən bir nəfər sakitləşdirib aralamış, dava zamanı isə o, imkan tapıb polisə zəng etmiş, həmin gün həmin şəxslər Muradı döyməmiş, hadisə zamanı nə o, heç kimi vurmamış, nə də ki, onu heç kim vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir rayonu Dağ Daşbulaq kənd sakinidir, kənd təsərrüfatı ilə, heyvandarlıqda, əkin-biçinlə məşğul olur. xx.xx.2022-ci il tarixdə qonşu Atabəy kəndi ilə yaşadığı Dağ Daşbulaq kəndləri arasındakı torpaq sahələrində olan heyvanlarına nəzarət etmək üçün gedən zaman Atabəy kənd sakini Vidadi ailə üzvləri ilə birlikdə onun üstünə hücum edib, onu heyvanlarını nə üçün onların arxaclarının yerləşdiyi əraziyə suvarmağa gətirdiyini bəhanə edib Vidadi onu itələyib yıxıb. Bu zaman o yerə yıxıldıqdan sonra müharibə zamanı xəsarət aldığı sol ayağı sıyrılmış və sağ əlinin baş barmağı xəsarət almışdır. Bu arada bibisi oğlu Zərraf təsadüfən, daha doğrusu o da, öz heyvanlarına nəzarət etmək üçün özünə məxsus «Niva» markalı, ** KP *** qeydiyyat nişanlı minik maşını ilə həmin ətrafa yaxınlaşıb Vidadidən və ailə üzvlərindən onu itələyib yıxmalarının səbəbini soruşduqda Vidadi ona və Zərrafa qarşı nalayiq ifadələr işlətmişdir, onun Vətən müharibəsində iştirakını və qazi statusunu ələ salıb rişxənd etməyə, ona özü üçün vuruşmağını deyib məsxərəyə qoymuşdur. Zərraf Vidadinin bu sözlərinə görə onunla mübahisə etdiyi vaxt Vidadi əlindəki ağacla Zərrafın başına vurdu, arvadının atdığı daş isə yenə Zərrafın başına dəydi. Zərraf da, öz növbəsində Vidadini döydü, qarşılıqlı şəkildə əlbəyaxa olub dalaşdıqdan sonra aralandılar. Ona sonradan, guya onun bibisi oğlu Zərrafın Vidadinin ögey oğlu Muradı Zərrafın maşınında beş nəfərlə əraziyə gəlib döymələri, maşının baqajına oturmağa çalışmaqlarını, Murada siqaret çəkməyi təklif etmələri, hətta israr etməkləri və s. yalan və qərəzli, həqiqətə uyğun olmayan məlumatlar verdikləri məlum olmuşdur. Vidadi və ailə üzvlərinin 102 xidmətinə, Şəmkir rayon PŞ-nə və Şəmkir rayon MX-na müraciətlərində, ərizə və izahatlarında göstərdikləri həqiqəti əks etdirmir. Zərraf həmin əraziyə tək gəlib, yanında maşınında kimsə olmayıb, onu göstərilən əraziyə çatanda görüb, onu Vidadi və ailə üzvlərinin əlindən qurtardıqdan sonra birlikdə Zərrafın maşını ilə geri qayıdıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, rəsmi olaraq işləmir, heyvandarlıqla məşğul olur, onlar ailəsi ilə birlikdə yaşadıqları Şəmkir rayonu Atabəy kəndində xırdabuynuzlu hevanlarını saxlamaq üçün bələdiyyəyə məxsus örüş sahəsində arxac yaratmışlar, çadır qurmuşlar, həmin yerdə yaşayırlar. Nailə Rüstəmova onun anası, Zərərçəkmiş şəxs isə ögey atasıdır. xx.xx.2022-ci il tarixdə, səhər saat 9 radələrində o mal-qaranı otarmaq üçün çölə, boş əraziyə aparmışdır. Həmin gün saat 16 radələrində o heyvanları otaran zaman yanına “Niva” markalı, ağ rəngli, nömrəsini xatırlamadığı avtomobil yaxınlaşmışdır. Bu zaman avtomobildə qarşı tərəfdə oturan 2 nəfər tanımadığı şəxs ona siqaret uzadaraq ondan siqaret çəkməyini istəmişlər. O onlara siqaret çəkmədiyini deyən zaman həmin şəxslər ona “çək sən də hallan” demişlər, o onlardan qorxub oradan qaçaraq uzaqlaşmışdır. Həmin şəxslər onun arxasınca qaçıb ona çatmışlar, onu tutub avtomobilin yük yerinə otuzdurmaq istəmişlər. Bu zaman o onların əlindən çıxıb, qaçaraq oradan uzaqlaşmışdır. Sonradan bu barədə ailə üzvlərinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatıma qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi hadisə yerinə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin sabiq təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən baxış keçirilərək şəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 1175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin sol yarısının və mərkəzi səthi əzilmiş yarası, sağ əlin arxa səthinin qançırı küt əşyanın təsiri nəticəsində törənmişlər, törənmə müddətləri 26 sentyabr 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 25 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdiklri xüsusatları bir daha istintaq hərəkəti zamanı birbirilərinin üzünə qarşı demiş, istintaq hərəkəti zamanı 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi müəyyən edilmişdir. 25 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid X6 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdiklri xüsusatları bir daha istintaq hərəkəti zamanı bir-birilərinin üzünə qarşı demiş, istintaq hərəkəti zamanı 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi müəyyən edilmişdir. 25 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X5 ilə şahid X6 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdiklri xüsusatları bir daha istintaq hərəkəti zamanı bir-birilərinin üzünə qarşı demiş, istintaq hərəkəti zamanı 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi müəyyən edilmişdir. 25 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X5 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha istintaq hərəkəti zamanı bir-birilərinin üzünə qarşı demiş, istintaq hərəkəti zamanı 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi müəyyən edilmişdir. 25 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid X7 ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş, həmin şəxslər ifadələrində göstərdiklri xüsusatları bir daha istintaq hərəkəti zamanı bir-birilərinin üzünə qarşı demiş, istintaq hərəkəti zamanı 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq yüngül xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs və Şahid vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi müəyyən edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün 21 dekabr 2022-ci il tarixdə barəsində axtarış elan edilərək ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq gəlib özünü təqdim etdiyi üçün ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Şəmkir Rayon İHB-nın Daşbulaq kənd İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonu Atabəy kəndində Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl sonuncunun ögey oğlu X1 çəkməyi israrla təklif etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Vidadi Şamilovu əlləri ilə bir neçə dəfə qəsdən vuraraq, ona üst çənədə sağdan 2-ci dişin travmatik laxlaması və diş ətinə qansızma, sol çiyinüstü nahiyənin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin sol almacıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-125/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-125/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver