Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-126/2024 29.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci ildə Gədəbəy rayonu İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmklə məşğul olan, məhkumluğu olan, Gəncə şəhəri 4-cü mikrorayon 2 saylı yataqxana, otaq 36-da qedyiyyatda olmaqla, Gəncə şəhəri 3-cü mikrorayon, yeni məhlələr Şərq küçəsi 3-cü döngə ev-17 də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə 13 iyun 2023-cü il tarixdə saat 18 radələrində "xxxx" MMC-yə məxsus Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən boş ərazidə olan həmin əraziyə işıq çəkilməsi üçün yığılmış 3 top, 3600 metr uzunluğunda, hər bir metrinin qiyməti 1,30 manat olan elektrik naqillərini vahid niyyətlə oğurlayaraq, ümumilikdə zərərçəkmiş şəxsin 4680 (dörd min altı yüz səksən) manat məbləğində, əmlakını gizli yolla talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsə Səyahət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə əmtəşünaslıq ekspertizasının rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, həmin protokollara əlavə edilmiş fotocədvəllər və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri 3-cü mikrorayon, yeni məhlələr Şərq küçəsi 3-cü döngə ev-17-də yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər o, 1 dəfə məhkumluq həyatı yaşamışdır. 2023-cü ilin təxminən aprel aylarında o, özünə məxsus Qaz 3110 markalı, **-CO-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə dostu X8 ilə birlikdə onun işlədiyi Şəmkir rayonu İrmaşlı kəndində 1-2 dəfə getmişdir. O, oraya gedən zaman həmin yerdə açıqlıq sahədə böyük top naqillərin olduğunu görmüşdür. O, ilk dəfə oraya gedən zaman orada təxminən 15 top naqilin olduğunu görmüşdür. 13 iyun 2023-cü il tarixdə onun maddi problemlərim olduğundan həmin yerdə olan elektrik naqillərini oğurlamaq qərarına gəlmişdir. O, həmin gün yaşadığı Gəncə şəhərindən Şəmkir rayonuna gəlmiş, Şəmkir rayonuna daxil olan zaman orada yerləşən dairədə tanımadığı təxminən 40-45 yaşlarında bir nəfər kişiyə yaxınlaşaraq həmin kişidən ona böyük yük götürmək üçün maşın tapmağa köməklik etməsini istəmişdir. O, isə ona Şəmkir rayonu Dəllər qəsəbəsi istiqamətində aparmış, orada çox sayda böyük texnika olmuşdur. Həmin yerdə o, həm özü yük götürüb, həm də daşıyan avtomobil axtarsam da tapa bilmədiyi üçün 1 kran sürücüsü və 1 evakuator sürücüsü ilə danışıb hər iki avtomobillə 130 manat pulun qarşılığında razılaşmışdır. O, həmin şəxslərə İrmaşlı kəndindən özünə məxsus naqilləri götürüb Gəncə şəhərinə aparacağını demişdir. O, həmin şəxslərin nömrələrini götürüb kartına pul gəldikdən sonra onlara xəbər verəcəyini demişdir. O, oradan çıxdıqdan sonra avtomobilində olan tanımadığı həmin şəxsi Şəmkir rayonunda yerləşən dairəyə düşürmüşdür. Bir müddət sonra həmin şəxslərə zəng etmiş, həmin şəxslərə İrmaşlı kəndinə getməklərini demişdir. O, özü də həmin kəndə getmək istəsə də yolu dəqiq bilmədiyi üçün bir qədər əvvəl dairəyə düşürdüyü tanımadığı həmin şəxsə zəng edib orada olub-olmamasını soruşmuş, orada olduğu halda onun birlikdə İrmaşlı kəndinə getməsini, sonra onu gedəcəyi yerə düşürəcəyini demişdir. O, həmin şəxsi də götürüb İrmaşlı kəndinə getmiş, o oraya çatan zaman kranın və evakuatorun orada olduğunu görmüşdür. O, ora çatdıqdan sonra kranı və evakuatoru naqillər olan yerə aparmış, 3 ədəd böyük top naqili evakuatora yüklətmiş, sonra onlar Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. O, Gəncə şəhəri istiqamətində hərəkət edən zaman həmin tanımadığı şəxsi tanımadığı yerdə düşürmüş, özü hərəkətə davam etmişdir. Onlar Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan zaman avtomobili PPX əməkdaşları saxladığı üçün o, evakuatoru orada qoyub hadisə yerindən uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və vurulmuş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonu Xanqərvənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Azərelektrik MMC-də iş nəzarətçisi işləyir. Onun vəzifəsi gündəlik olaraq Azərlektrik MMC-nin işıq naqilləri çəkdiyi bölgələrdə həmin işlərə nəzarət etməkdir. Bundan başqa həmçinin onun vəzifəsi işçiləri işə götürmək, onların işini təşkil etmək, lazım olan iş ləvazimatları ilə onları təmin etməkdir. 13 iyun 2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olan zaman ona Şəmkir rayonu İrmaşlı kənd bələdiyyəsindən zəng gəlmişdir. Bələdiyyə sədri ona hal-hazırda işlədikləri Şəmkir rayonu İrmaşlı kəndindən elektrik naqillərinin oğurlandığını demişdir. Bundan sonra onunla Zəyəm PBdən polis əməkdaşları əlaqə saxlamış, ondan orada neçə baraban elektrik naqilinin olduğunu soruşmuşdur. O, ona 3 baraban elektrik naqilinin olduğunu demişdir. O, həmin günün səhərisi iş gedən Şəmkir rayonu İrmaşlı kəndinə getmiş, oraya baxış keçirən zaman 13 iyun 2023-cü il tarixdə naməlum şəxs və ya şəxslərin Azərelektrik MMC-yə məxsus 3 top, 3600 metr uzunluğunda 10800 manat dəyərində olan elektrik naqillərini oğurladığını görmüşdür. Bundan sonra o, ərizə ilə Zəyəm PB-nə müraciət etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı, Zil markalı kranı etibarnamə ilə idarə edib ailəsini dolandırır. 13 iyun 2023-cü il tarixdə o, Şəmkir rayonu Dəllər qəsəbəsində olan zaman qara rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə ona yaxınlaşmış, böyük top kabellərin olduğunu, daşımaq üçün “manuplyator “ lazım olduğunu demişdir. O, “ manuplyator” idarə edən tanıdığı şəxs olduğunu bildirərək onunla əlaqə saxlamışdır. Həmin şəxs ona Gədəbəydə olduğunu, gec gələcəyni bildirmişdir. Bundan sonra onlar həmin tanımadığı şəxslə məsləhətləşib onun əşyalarını kran vasitəsi ilə evakuatora yükləməyi, evakuatorla daşımağı qərarlaşdırmışlar. O həm kran üçün həmdə evakuator üçün hansı miqdarda pul verəcəyini ondan soruşmuşdur. O, isə evakuator idarə edən tanışı Asəflə danışdıqdan sonra kran üçün 70 manat, evakuator üçün isə 60 manat verəcəyini demişdir. O isə ona pulunun az olduğunu deyib telefonla danışıb pulu düzəltdikdən sonra ona məlumat verəcəyini bildirmişdir. Bundan bir qədər sonra o yenədə onun yanına gəlmiş, onun nömrəsini götürərək pulu düzəltdikdən sonra onunla əlaqə saxlayacağını demişdir. Həmin gün saat təxminən 16 radələrində həmin şəxs ona zəng etmiş, ona Şəmkir rayonu İrmaşlı kəndində getməyini, özünün də arxaları ilə gəldiyini demişdir. O, kran ilə, Asəf isə evakuatorla Şəmkir rayonu İrmaşlı kəndi istiqamətində hərəkətə başlamışlar. Onlar Şəmkir rayonu Şiştəpə kəndinin girişində olan zaman həmin şəxs ona yenə zəng edərək, rayondan çıxıb gəldiyini, onu Şəmkir rayonu İrmaşlı kəndinin mərkəzində gözləməklərini demişdir. Onlar Şəmkir rayounu İrmaşlı kəndinin mərkəzinə getmişlər, təxminən yarım saat orada gözlədikdən sonra həmin şəxs oraya gəlmiş, onlar onun arxası ilə yaxınlıqda olan küçələrdən birinə getmişlər, 3 ədəd böyük dairəvi top olan elektrik naqillərini evakuatora qoymuşlar. Bundan sonra Asəf həmin şəxslərlə birlikdə Gəncə şəhərinə getmiş, o, isə yaşadığı Şəmkir rayonu Dəllər qəsəbəsinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərelektirk MMC-də fəhlə vəzifəsində işləyir. Onlar müxtəlif bölgələrdə elektrik enerjisi çəkilişində iştirak edirmişlər. Təxminən 2023-cü ilin iyun ayının əvvəlində Şəmkir rayonu İrmaşlı kəndində elektrik naqillərinin çəkilməsi ilə məşğul olurmuşlar. Onlar orada işləyəməyə başlayan zaman yəni 2023-cü ilin iyun ayının əvvəlində Şəmkir rayonu İrmaşlı kəndinə 8 ədəd baraban elektirik naqilləri gətirmişlər. Həmin barabanlar Şəmkir rayonu İrmaşlı kəndində bir küçəyə qoyulmuşdur. Onlar yəni Novruz, Etibar, Vüqarla birlikdə 14 iyun 2023-cü il tarixə qədər olan müddətdə həmin elektirik naqilləri olan barabanlardan 5 ədədini işlətmişdir. Qeyd edilən ərazidə 3 ədəd elektrik naqili barabanı qalmışdır. 14 iyun 2023-cü il tarixdə isə onlar işə gələn zaman həmin elektrik barabanlarının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər və bu barədə rəhbərliyə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərelektirk MMC-də fəhlə vəzifəsində işləyir. Onlar müxtəlif bölgələrdə elektrik enerjisi çəkilişində iştirak edirmişlər. Təxminən 2023-cü ilin iyun ayının əvvəlində Şəmkir rayonu İrmaşlı kəndində elektrik naqillərinin çəkilməsi ilə məşğul olurmuşlar. Onlar orada işləyəməyə başlayan zaman yəni 2023-cü ilin iyun ayının əvvəlində Şəmkir rayonu İrmaşlı kəndinə 8 ədəd baraban elektirk naqilləri gətirmişlər. Həmin barabanlar Şəmkir rayonu İrmaşlı kəndində bir küçəyə qoyulmuşdur. Onlar yəni Novruz, Elçin, Etibarla birlikdə 14 iyun 2023-cü il tarixdə tarixə qədər olan müddətdə həmin elektirik naqilləri olan barabanlardan 5 ədədini işlətmişdir. Qeyd edilən ərazidə 3 ədəd elektrik naqili barabanı qalmışdır. 14 iyun 2023-cü il tarixdə isə onlar işə gələn zaman həmin elektrik barabanlarının yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər və bu barədə rəhbərliyə məlumat vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 14 iyun 2023-cü il tarixdə Şəmkir RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs “Azərelektrik“ MMCnin nümayəndəsi kimi tanınması və zərərçəkmiş şəxsin nümayəndəsi qismində cinayət prosessinə buraxılması qərara alınmışdır. 01 avqust 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Əliyev X5 RPŞ-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Törətdiyi cinayət əməli kifayət qədər ilkin sübutlarla təsdiq olunduğundan 02 avqust 2023-cü il tarixdə Əliyev X5 RPŞ-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-164/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 avqust 2023-cü il tarixdən hesablanmaqla 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli 3-16-16/2- 9/6521/2023 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, 3600 metr uzunluğunda, 2 x 2,5 mm diametr ölçüdə olan naqillərin istifadədə olmaması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4680 (3600 m x 1,30 man ) manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin hakimi Həvayət Məhəmmədi tərəfindən barəsində seçilmiş həbs qətiimkan tədbirinə xitam verilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Cinayət Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməsi və çağırışa gəlməkdən qəsdən boyun qaçırmasını nəzərə alaraq 11 sentyabr 2023-cü tarixdə Şəmkir RPŞ-nin sabiq müstəntiqi polis kapitanı Elşən Məmmədov onun barəsində axtarış elan edilmiş və icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 10 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi Elşən Məmmədovun xidməti iş yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq cinayət işi üzrə istintaqın davam etdirilməsi Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsinin sabiq müstəntiqi Toğrul Rəhimliyə tapşırılmışdır. 18 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. 21 fevral 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və oğurladığı kabelləri Şəmkir rayonu, İrmaşlı kəndi adlanan ərazidən apardığını və 21 fevral 2024-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus kabel oğurluğuna görə dəymiş zərər geri ödənilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-ci il tarixli, İS-0127/2006 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 120.2.7 maddələri ilə təqsirli bilinərək CM-nin 120.1-ci maddəsi ilə 10 il, 29,120.2.7-ci maddəsi ilə isə 11 il 03 ay müddətinə azadlığdan məhrum edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il tarixdə ACDİÜ Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 120.2.7 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci ildə cəzasın sonu ilə azad edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 10 nömrəli Xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, 4 MİK, yataqxana-2, otaq-36 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ 030656 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan AZ-İ 233158 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. “Azərelektrik“ MMC-yə məxsus 03 ədəd baraban elektrik naqili maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Zərərçəkmiş şəxs Tair oğluna təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci bəndinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-ci bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 59.1.4-cü bəndinə əsasən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin residivi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, qeyd olunan normaların tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, cəza təyin edilərkən cinayətin residivi nəzərə alınmamalı və ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması və vurulmuş zərəri ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsi, keçən müddət ərzində yenidən cinayət törətməməsi, evli olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran hall bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə 01 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 28 (iyirmi səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş müddət təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD-210005, VÖEN–**********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3 köçürülməli, iş üzrə maddi sübut “Azərelektrik“ MMC-yə məxsus 03 ədəd baraban elektrik naqilinin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 08 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 28 (iyirmi səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 01 (bir) ay 26 (iyirmi altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün: KOD-210005, VÖEN–**********, müxbir hesab–AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə maddi sübut "xxxx" MMC-yə məxsus 03 ədəd baraban elektrik naqilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-126/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-126/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver