Məhkəmə qərarları › İş №1(076)-126/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-126/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-126/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxx 1975–ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Şahid1 həmin gün övladı Jalə Sarıyevanın keçirilmiş toy məclisində yığılan pul dəftərini istəməsi səbəbindən aralarında yaranmış sözlə mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs onların mübahisələrinə müdaxilə edərək, arvadı Şahid1 ilə birlikdə onu təhqir edib ünvanına nalayiq ifadələr işlədib, şəxsiyyətini ailə üzvləri içərisində alçatması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən yumruqla sonuncunun üz nayihəsinə bir neçə dəfə zərbələr endirərək ona sol qaşüstü nahiyənin və sol almacıq nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 9, mənzil 17-də ailə üzviləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Şahid1 onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun baldızıdır. xx.xx.2024-cü il tarixdə Jalənin toy məclisi olmuşdur. Məclisdə iştirak etdikdən sonra həyat yoldaşı Rəsmiyyə, qızı Nigar və baldızı Pərvanə ilə birlikdə yaşadıqları ünvana geri qayıtmışlər. Evə qayıtdıqdan sonra o, həyat yoldaşı Rəsmiyyədən toyda pul yazılan dəftəri istəmişdir. Rəsmiyyə isə ona bildirmiş ki, onun toydan borcları var. Toydan yığılan pulları o, boclarına verəcək. O, yenidən Rəsmiyyədən dəftəri istədikdə Rəsmiyyə ona dəftəri verməyəcəyini bildirmişdir. Həmin vaxt baldızı Pərvanə isə ona bildirmiş ki, "sən kimsən ki, Rəsmiyyədən dəftəri istiyirsən.” O, Pərvanəyə öz iradını bildirmiş və öz ailə işinə qarışmasını demişdir. O isə ona ağsaqqalınam" bacısı ilə işin olmasın demişdir. O, da bundan sonra Pərvanəyə evi tərk etməsini bildirmişdir. Pərvanə isə evi tərk etdikdən sonra qapının ağzında olan pilləkəni üstündə onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Pərvanənin arxasınca çölə çıxdıqda pilləkənin üzərində aralarında mübahisə yaranmağa başlamışdır. Mübahisə zamanı Rəsmiyyə və Pərvanə onu vurmağa başlamışlar. Həmin vaxt hər üçü yerə yıxılmışlar. Yıxılma nəticəsində həyat yoldaşının burunu sınmışdır. Sonra isə Rəsmiyyə və Pərvanə yaşadıqları ünvanı tərk edib getmişlər və onun onları döyməsi barədə Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. O, da onların onu döyməyi barədə qeyd edilən ünvana şikayət ərizəsi yazmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, Gədəbəy rayonu Düzyurd kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun bacısı Rəsmiyyənin həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə bacısı Rəsmiyyənin böyük qızı X1 rayonu, Kür qəsəbəsində yerləşən Sərxan şadlıq sarayında toy məclisi olmuşdur. Toy qutardıqdan sonra o bacısı Rəsmiyyə ilə birlikdə sonuncunun yaşadığı ünvana qayıtmışlar. Evdə olarkən Babək Rəsmiyyə bildirmiş ki, toyda pul yazılan dəftəri ona gətirsin. Bacısı Babəkə bildirdi ki, onun borcu var. Toydan yıxılan pulu o, borca verəcək. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Babək stolun üzərində olan əşyaları bacısı Rəsmiyyənin üzərinə atmağa başlamışdır. O, Babəkə öz iradını bildirərək mübahisə etməyini bildirmişdir. Bundan sonra Babək ona evdən çıxıb getməyini 168 bildirmişdir. O, evdən çıxıb getmək isdəyən zamanı Babək onun arxasınca çıxaraq yumruqla onun bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bacısı Rəsmiyyə onu və Babəki aralamaq isdəyən zamanı Babək yumruqla bacısnın burun nahiyəsindən vurmuşdur. Vurma nəticəsində o, yerə yıxılmışdır. Sonra isə onlar yəni hər ikisi də Babək barəsində DİN-nin 102 xidmətinə müraciət etdikdən sonra Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Aralarında yaranan mübahisəyə səbəb Babǝk Sarıyevin bacısı qızım Jalənin toy məclisində yığılan pulu isdəməsinə görə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun bacısı Rəsmiyyənin burun nahiyəsinə onu isə yumruqla bədəninin müxtəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, ünvan 2-də ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla birgə nikahlarından 2 övladları var. Aralarında düşmənçilik və ədavətləri yoxdur. Lakin tez-tez ailə daxili münaqişələri baş verir. xx.xx.2024-cü il tarixdə onun böyük qızım X1 rayonu, Kür qəsəbəsində yerləşən Sərxan şadlıq sarayında toy məclisi olmuşdur. Toy qutardıqdan sonra o, bacısı Pərvanə ilə birlikdə yaşadıqları ünvana qayıtmışlar. Evdə olarkən Babək ona bildirmiş ki, toyda pul yazılan dəftəri ona gətirsin. O, da Babəkə bildirmiş ki, onun borcu var. Toydan yıxılan pulu o, borca verəcək. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Babək stolun üzərində olan əşyaları onun üzərinə atmağa başlamışdır. Bacısı Babəkə öz iradını bildirərək mübahisə etməmələrini demişdir. Bundan sonra Babək bacısı Pərvanəni evdən çıxıb getməyini bildirmişdir. Pərvanə evdən çıxıb getmək isdəyən zamanı Babək onun arxasında çıxaraq yumruqla Pərvanənin bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. O, bacısı və Babəki aralamaq isdəyən zamanı Babək yumruqla onun burun nahiyəsindən vurmuşdur. Vurma nəticəsində o, yerə yıxılmışdır. Sonra isə onlar yəni hər ikisində Babək barəsində DİN-nin 102 xidmətinə müraciət etdikdən sonra Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər.Aralarında yaranan mübahisəyə səbəb Təqsirləndirilən şəxs ondan qızı Jalənin toy məclisində yığılan pulu isdəməsinə görə yaranmışdır.Aralarında baş verən mübahisə zamanı onların yanlarında bacısı Pərvanə olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsinə bacısı Pərvanəni isə yumruqla bədəninin müxtəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə Şəmkir rayonu, Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 9, mənzil 17-də yaşayır. Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbinin 10-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs atası, Şahid1 anası, Zərərçəkmiş şəxs isə xalasıdır. Anası Şahid1 və xalası Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs barəsində etdikləri şikayətlə tanışdır. Bununla bağlı onu qeyd etmişdir ki, 04 noyabr 2024-cü il tarixdə bacısı Jalənin toy məclisi olmuşdur. Onlar toyda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə yaşadıqları ünvana geri qayıtmışlar. Onların yaşadıqları ünvana xalası Zərərçəkmiş şəxs gəlmişdir. Onlar evdə olarkən ata Təqsirləndirilən şəxs anasından toyda qonaqların pul yazıldığı dəftəri isdəmişdir. Anası Şahid1 isə bildirmiş ki, toydan yığılan pulu o, borclarına verəcək. Atası yenidən anasından dəftəri isdədikdə xalası Pərvanə atasına bildimişi ki, "sən kimsən ki Rəsmiyyədən dəftəri isdiyirsən atası xalasına cavab verərək bildirmiş ki, onların ailə işinə qarışmamasını demişdir. Xalası Pərvanə isə bildirmiş ki, "mən sənin evinin ağsaqqalıyam" bacısınan işin olmasın. Bundan sonra atası Pərvanəyə evi tərk edib getməyini bildirmişdir. Pərvanə evi tərk edib gedən zamanı qapının önündə atası Babəki nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Atası Pərvanəyə öz iradını bildirmişdir. Sonra atası Pərvanənin arxasınca həyətə çıxanda piləkəndə xalası Pərvanə və anası Rəsmiyyə ilə birlikdə atası arasında mübahisə baş vermişdir. Mübahisə zamanı anası və xalası atasını vurmağa başlamışlar. Həmin vaxt pilləkdə hər üçü yerə yıxılmışdır. Anası Şahid1 və xalası Pərvanə Cəfərova isə yaşadıqları ünvanı tərk edib getmişlər. Getdikdən sonra isə anası və xalası atası barəsində Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Anası Şahid1 və xalası Pərvanə Cəfərovanı atası döyməyib. Onlar arasında yaranmış mübahisə zamanı hər ikisi yerə yıxılaraq xəsarət almışdırlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2024-cü il tarixli 1106 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol qaşüstü nahiyənin və sol almacıq nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 04 noyabr 2024- cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Kür qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Şahid1 həmin gün övladı Jalə Sarıyevanın keçirilmiş toy məclisində yığılan pul dəftərini istəməsi səbəbindən aralarında yaranmış sözlə mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs onların mübahisələrinə müdaxilə edərək, arvadı Şahid1 ilə birlikdə onu təhqir edib ünvanına nalayiq ifadələr işlədib, şəxsiyyətini ailə üzvləri içərisində alçatması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən yumruqla sonuncunun üz nayihəsinə bir neçə dəfə zərbələr endirərək ona sol qaşüstü nahiyənin və sol almacıq nahiyəsinin yumşaq toxumalarının dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar