Məhkəmə qərarları › İş №1(076)-127/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-127/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-127/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1988–ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 08 dekabr 2023–cü il tarixdə saat 20 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının içərisində sonuncunun ona satmış olduğu spirtli içki olan arağı və ət məhsulu olan sosiskanı əsəbi halda piştaxtanın üzərinə atması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nayihəsindən və sağ dizindən bir neçə dəfə yumruq və təpiklə zərbələr vuraraq ona sağ diz oynağının ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən və sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hemotoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 08 dekabr 2023–cü il tarixdə saat 20 radələrində evdən çıxıb həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən mağazaya getmiş, mağazada Zərərçəkmiş şəxsla görüşüb ona araq içkisi və sosiska ət məhsulu verməsini demiş, Zərərçəkmiş şəxs ona araq içkisi vermiş və sosiska ət məhsulu verən zaman sosiskanın olduğunu sellofan torbanı onun qabağına atmış, onun sosiska ət məhsulunu piştaxtanın üzərində onun qabağına tullaması ona pis təsir etmiş, həmin vaxt yanlarında həmkəndliləri Zabil və Mütəllim olmuş, Şahinin ona etdiyi hərəkətə görə əsəbələşmiş və onun sifət nahiyəsindən sillə ilə iki dəfə vurmuş, onu vurandan sonra çıxıb getmiş, onun ardınca nalayiq ifadələr söyləyərək çölə çıxan zaman Zərərçəkmiş şəxs ona qarşı söyüş etməyə başlamışdır. Yenidən mağazaya qayıdıb onun yaxasından tutub yerə yıxmış, Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra mağazanı tərk edib evinə getmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən anasına məxsus evlərinin həyətində ərzaq mağazası işlədir. 08 dekabr 023–cü il tarixdə saat 20 radələrində mağazada olan zaman qonşusu Təqsirləndirilən şəxs mağazaya gəlmiş, araq içkisi və sosiska ət məhsulu istəmiş, ona araq içkisi verməyəcəyini, içkili olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona sosiska ət məhsulu verməsini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs araq içkisi vermədiyinə görə ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, onun evi mağazaya yaxın olduğu və ailəsinin onun söyüşlərini eşitdiyini bilib ona söyüş etməməsini demiş, onun yanına yaxınlaşaraq gödəkcəsinin yaxasından tutub əli ilə onu itələyib çölə çıxmasını bildirmiş, onu əli ilə qolundan tutub əsəbi şəkildə çölə çıxarmaq istəyən zaman Təqsirləndirilən şəxs çönərək yumruqla onun sifət nahiyəsindən iki dəfə vurmuşdur. Təqsirləndirilən şəxs onu vuran kimi cibindən telefonu çıxarıb onu telefonla görüntüyə almaq istəmiş, həmin vaxt o, çöldə olmuş və yenidən onun üzərinə gəlib əli ilə yaxasından tutub yerə yıxmış və ayaq nahiyəsi sıyrılmışdır. Həmin vaxt polis şöbəsinə məlumat verəcəyini bildirmiş və söyüş edə–edə çıxıb getmişdir. Mübahisədən sonra hadisə barədə polisə məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 08 dekabr 2023–cü il tarixdə saat 20 radələrində evdən çıxıb siqaret almaq məqsədi ilə yaşadığı kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına gəlmiş, həmin vaxt mağazanın qarşısında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sözlə mübahisə baş verdiyini görmüş və bir qədər sonra Batıxan çıxıb getmiş, o, siqaret almaq üçün Şahinlə birlikdə içəri daxil olmuş, bu vaxt Zərərçəkmiş şəxs nə üçün Batıxanla aralarında mübahisə baş verdiyini soruşan zaman Şahin onlar arasında mübahisəyə səbəb Batıxanın gələrək ondan sosiska ət məhsulu və araq içkisi istəməsi, həmçinin onunla məzələnməsi olması olmuş, o, Zərərçəkmiş şəxsla söhbət edən zaman Zərərçəkmiş şəxs sifət nahiyəsində qızartıların olduğunu görmüş, ondan sifətindəki qızartıların nə səbəbə yarandığını soruşduqda həmin vaxt Zərərçəkmiş şəxs ona mağazanın içərisində Təqsirləndirilən şəxs tərəfindən yumruqla sifət nahiyəsindən vurulduğunu demişdir. Cinayət işinin materiallarında olan 09 dekabr 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 09 dekabr 2023–cü il tarixli, 1440 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol göz altı nahiyənin şişkinlik fonunda dərialtı hemotoması və sağ diz oynağının ön səthinin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri 08 dekabr 2023–cü il tarixə uyğun gəlir Ağırılıq dərəcəsinə görə sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hemotoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ diz oynağının ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023–cü il tarixdə saat 20 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının içərisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nayihəsindən və sağ dizindən bir neçə dəfə yumruq və təpiklə zərbələr vuraraq ona sağ diz oynağının ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən və sol gözaltı nahiyənin şişkinlik fonunda dərialtı hemotoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar