Məhkəmə qərarları › İş №1(076)-128/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-128/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-128/2023 20.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 24 avqust 2002-ci il tarixdə Şəmkir rayonu Yeni Həyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu Yeni Həyat kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə, saat 10 radələrində Şəmkir rayonu Çaylı kəndi ərazisində yerləşən dağlıq ərazidə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yəni sonuncunun ona məxsus örüş sahəsində heyvan otarmasını iddia etdiyi üçün əsəbləşərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla vurub alt dodağın əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən şəxsi Vüsalı tanıyır. xx.xx.2023-cü il tarixdə axşam radələrində o, evdə olan zaman onların yanında çoban işləyən Tacir ona yaxınlaşaraq Vüsal adlı şəxsin örüş sahəsində heyvan otarmasını, dəfələrlə deməsinə baxmayaraq yenə də heyvanlarını onların çöl sahəyə buraxmasını bildirmişdir. O, səhəri gün saat 10 radələrində Vüsalı çöl sahədə heyvan otarmasını görüb Vüsala yaxınlaşıb nə səbəbə onlara məxsus çöl sahədə heyvan otarmasını deyib iradını bildirdikdə, Vüsal ona yaxşı etməsini bundan sonra da yenə gətirəcəyini deyərək ona qarşı nalayiq ifadə işlətmişdir. Vüsal ona nalayiq ifadə işlətdiyi üçün o, Vüsalın üz nahiyyəsinə iki dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlarında yanında olan çoban Tacir onları aralamışdır. Bundan sonra o, Tacirlə oradan uzaqlaşıb heyvanların yanına getdikdə Vüsal yenidən Tacirə və ona nalayiq ifadə işlətmişdir. Bundan sonra Tacir Vüsala yaxınlaşaraq Vüsala yumruq atmış, yumruq Vüsala dəyməmişdir. Həmin vaxt Vüsalın yanında olan itlər Tacirə tərəf getmişdilər. Onlara məxsus it isə Vüsal tərəf gedərək Vüsalın ayağından dişləmişdir. O, bundan sonra Taciri və iti oradan aralayıb çıxıb heyvanların yanına getmişdir. Həmin vaxt onun əlində bıçaq olmamışdır. Halhazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. 25 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, işləmir, fərdi əməklə məşğul olur. Qulunun oğlu Tural və Nazimin oğlu Taciri tanıyır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, özünə məxsus xırda buynuzlu heyvanları dağlıq ərazidə otarmağa aparmışdır. O, heyvanları otaran zaman Tural və çobanı Tacir adlı şəxslər oraya heyvan otarmağa gəlmişlər. Tural və Tacir ona yaxınlaşaraq o, heyvan otardığı ərazinin həmin şəxslərə məxsus olmasını söyləmişlər. Bundan sonra Tural və Tacir onların dediyi yerdə heyvan otaran barəsində söyüş söymüşlər. O, da əgər heyvan otararsa həmin söyüşlərin ona aid olduğunu bildirmişdir. Bundan sonra o, bu sözü işlətdikdən sonar Tural və Tacir yanında olan iti qızışdırıb üstünə salmışdılar. Bu zaman it onun sağ ayağını dişləmişdir. Bundan sonra o, Turala iti kənara çəkməsini söylədikdə Tural ona iti kənara çəkməməsini söyləmişdir. O, bundan sonra Turala və Tacirə nalayiq ifadə işlətdikdə Tural və Tacir ona tərəf gələrək Tural üz nahiyyəsinə iki dəfə yumruq zərbəsi vurmuş, nəticədə alt dodağında xəsarət almış, daha sonra isə Tacir başıının sol gicgan hissəsinə bir dəfə yumruq zərbəsi, kürək nahiyyəsinə isə 2 dəfə yumruq zərbəsi vurmuş həmi nahiyyərədrən xaəsrəat almışdır. Bundan sonra Tural cibindən bıçaq çıxararaq ona tərəf gəlmək istədikdə o, uca səslə qışqırdıqda Tural və Tacir oradan uzaqlaşıb qaçıb getmişdilər. Mübahisə zamanı Tural onun üz nahiyyəsinə iki dəfə yumruq zərbəsi vurmuş, həmin vaxt alt dodağından xəsarət almışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 mart 2023-cü il tarixli, 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun nahiyyəsinin şişkinliyi, burun əsasının əzilmiş-sıyrılmış yarası, hər iki gözaltı nahiyyənin qançırları, sol gözün ağlı qişasına hissəvi qansızma, alt dodağın əzilmiş yarası, alt çənə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, sağ budun aşağı üçdə birinin arxa səthinin əzilmiş-deşilmiş yarası, sağ budun və sağ baldırın aşağı üçdə birinin arxa-bayır səthinin sıyrıqları isə məhdud təsir səthinə malik küt əşyaların təsirindən törənmişlər, it dişləməsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 09 mart 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alt dodağın əzilmiş yarası və sağ budun aşağı üçdə birinin arxa səthinin əzilmiş-deşilmiş yarası həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddirlər, burun nahiyyəsinin şişkinliyi, burun əsasının əzilmiş-sıyrılmış yarası, hər iki gözaltı nahiyyənin qançırları, sol gözün ağlı qişasına hissəsvi qansızma, alt çənə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik və ağrı halında əzniyi, sağ budun və sağ baldırın aşağı üçdə birinin arxa-bayır səthinin sıyrıqları isə sağlamlığıa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 iyun 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar