Məhkəmə qərarları › İş №1(076)-128/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-128/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-128/2024 15.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978–ci il tarixdə Bərdə rayonu, Yeni- Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər yetkinlik yaşına çatmaya uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 2 ünvanında tanışı, Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun barəsində əvvəllər işlədiyi çörək sexinin sahibi Şahid2 ilə qeyrirəsmi ər-arvad münasibətlərində olmaqla əxlaqsızlıq etməsi barədə ümumi tanışları arasında məlumat yayması səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qısas almaq niyyətilə əlində olan mətbəx bıçağı ilə qəsdən onun baş nahiyəsindən vuraraq, sonuncuya başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqının əvvəlində Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birlikdə əvvəllər Şəmkir şəhəri, Əhməd Cavad küçəsində yerləşən Şahid2 məxsus çörək bişirilən sexdə birgə işləmişdir. Şahid1 isə onun bacısıdr. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, o, Şahid2 məxsus çörək sexində təndirə çörək yaparaq çörək bişirmiş, Zərərçəkmiş şəxs isə həmin çörək bişirlən obyektdə yuxa bişirmişdir. Lakin o, 2023-cü ilin oktyabr ayında öz razılığı ilə həmin çörək bişirilən obyektdən işdən çıxmışdır. Sonradan Zərərçəkmiş şəxs onun çörək sexinin müdiri Şahid2 ilə nigahdan kənar yaşamağı barədə yalandan oğlu Şahid3 bildirmişdir. Bu səbəbdən o, oğlu Şahid3 Zərərçəkmiş şəxs onun barəsində dediklərinin şərböhtan olmasını sübut etmək üçün 10 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Şahid2 Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olan zaman şəkilini özünə məxsus olan mobil telefon vasitəsi ilə çəkmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Şahid2 Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olan zaman çəkdiyi şəkili Zərərçəkmiş şəxs bacısı Şahid1 "Whatsapp" mobil tətbiqi vasitəsi ilə göndərmişdir ki, bacısı Zərərçəkmiş şəxs onun barəsində yalan deyir və əksinə onun özünün Şahid2 ilə münasibəti vardır. Həmin tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs və Şahid1 onun yaşadığı ünvana gəlib onu təhqir etmişlər. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs qab yuyulan yerdə olan mətbəx bıçağını əlinə alaraq, onu vurmaq istəmiş, həmin vaxt oğlu Şahid3 bıçağı Samirənin əlindən almışdır. O, həmin vaxt özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs saçından tutmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Şahid1 onun üz nahiyəsindən sillə zərbəsi ilə vuran zaman o, yerə yıxılmışdır. Həmin vaxt oğlu Şahid3 və qızı Şahid4 onlara yaxınlaşaraq onu Zərərçəkmiş şəxs və Şahid1 əlindən almışlar. Daha sonra Zərərçəkmiş şəxs onu uca səslə təhqir etməsini eşidən qonşuları Şahid5 və Şahid6 hadisənin baş verdiyi yerə gəlib Zərərçəkmiş şəxs və Şahid1 onun yaşadığı evin həyətindən çölə çıxarmışlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ittihamda göstərilənlərin doğru olduğunu, zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətə görə əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla birlikdə əvvəllər Şəmkir şəhəri, Əhməd Cavad küçəsində yerləşən Şahid2 məxsus çörək bişirilən sexdə birgə işləmişlər. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, o, Şahid2 məxsus çörək bişirilən obyektdə yuxaçı bişirən işləmiş, Təqsirləndirilən şəxs isə həmin çörək bişirlən obyektdə təndirdə çörək bişirmiş, lakin Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında heç bir səbəb göstərmədən həmin çörək bişirilən obyektdən işdən çıxmışdır. Daha sonra çörək bişirlən obyektin sahibi Şahid2 ona Təqsirləndirilən şəxs işdən çıxmasını bildirərək, Təqsirləndirilən şəxs əvəzinə təndirdə çörək bişirmək işini icra etməsini demişdir. Bu səbəbdən də o, təndirdə çörək bişirmək işini yerinə yetirməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs bacısı Şahid1 mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs sözü gedən çörək bişirilən obyektdən işdən çıxarılmasına səbəbkar onun olmağımı bildirmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində isə yaşadığı evdə olan zaman bacısı Şahid1 onun yaşadığı ünvana gələrək, Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə tanımadığı şəxsin şəkilini ataraq, onun əxlaqsızlıq etməyini, həmçinin həmin şəxsin onunla nigahdan kənar münasibətləri olmağını bildirmişdir. Lakin bacısı Şahid1 şəikili ona göstərən zaman həmin şəkildə tanımadığı şəxsin yaşadığı evin qarşısı ilə getməsini görmüşdür. Həmin vaxt o, bacısı Şahid1 Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə göndərdiyi şəxsi tanımadığını və həmin şəxs ilə heç bir münasibətinin olmamasını bildirmişdir. Daha sonra o, bacısı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmək qərarına gəlmişlər. Həmin tarixdə, saat 20 radələrində o, bacısı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib Təqsirləndirilən şəxs onun barəsində şər-böhtan xarakterli söhbətlər etməsini deyən zaman Təqsirləndirilən şəxs uca səslə onları təhqir etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki qabda olan qaynar suyu onun üzərinə tökmək istəmiş, lakin o, geri çəkildiyi üçün Təqsirləndirilən şəxs atdığı su onun üzərinə tökülməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qab yuyulan yerdə olan mətbəx bıçağını əlinə alaraq, onun baş nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra o, Kamilə Rəhimovdan özünü müdafiə etmək üçün əli ilə bir dəfə Təqsirləndirilən şəxs baş nahiyəsindən vurub onun saçından tutub dartmışdır. Ancaq həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid3 və qızı Şahid4 ona yaxınlaşaraq onun bədənin müxtəlif nahiyələrindən əlləri ilə vurmuşlar. Həmin vaxt bacısı Şahid1 onu Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 aralaşdırıb onun üçün X6 Xidmətinə zəng edib baş vermiş hadisə nəticəsində onun xəsarət almağını bildirmişdir. Təxminən 5-10 dəqiqədən sonra hadisənin baş verdiyi ünvana X6 Xidmətinin tibb işçiləri gəlib ona ilkin tibbi yardım göstərdikdən sonra onu özləri ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hazırda Təqsirləndirilən şəxs onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Bu səbəbdən ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs ilə anası Təqsirləndirilən şəxs əvvəllər Şəmkir şəhəri, Əhməd Cavad küçəsində yerləşən çörək sexində birgə işləmişlər. Zərərçəkmiş şəxs ilə anası Təqsirləndirilən şəxs əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs barəsində yalan yerə əxlaqsızlıq etməsi ilə bağlı şayələr yayması səbəbindən onların münasibətləri pisləşmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun anası Təqsirləndirilən şəxs sözü gedən çörək sexinin müdiri Şahid2 ilə nigahdan kənar yaşaması ilə bağlı yalandan ona bildirmişdir. Bu səbəbdən də anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun barəsində dediklərinin şərböhtan olmasını sübut etmək üçün 10 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Şahid2 Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olan zaman şəkilini özünə məxsus olan mobil telefon vasitəsi ilə çəkmişdir. 11 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Şahid2 Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olan zaman çəkilən şəkili anası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacısı Şahid1 "Whatsapp" mobil tətbiqi vasitəsi ilə göndərmişdir ki, bacısı Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs barəsində yalan deyir və əksinə Zərərçəkmiş şəxs özünün Şahid2 ilə münasibəti var. Həmin tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs və Şahid1 onların yaşadıqları ünvana gəlib anası Təqsirləndirilən şəxs təhqir etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ilə anası Təqsirləndirilən şəxs aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs qab yuyulan yerdə olan mətbəx bıçağını əlinə alaraq, anası Təqsirləndirilən şəxs vurmaq istəmiş, lakin anası Təqsirləndirilən şəxs qabda olan suyu Zərərçəkmiş şəxs üzərinə tökmək istəyən zaman Zərərçəkmiş şəxs əlində olan bıçaqla anası Təqsirləndirilən şəxs vura bilməmişdir. Həmin vaxt anası Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə sillə zərbəsi vuraraq, saçından tutub dartmışdır. Ancaq həmin vaxt Zərərçəkmiş şəxs bacısı Şahid1 anası Təqsirləndirilən şəxs üz nahiyəsindən sillə zərbəsi ilə vuran zaman anası Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Həmin vaxt bacısı Şahid4, o, qonşuları Şahid5 və Şahid6 Zərərçəkmiş şəxs və Şahid1 yaşadıqları evin həyətindən çölə çıxarmışlar. Lakin həmin mübahisə zamanı o, həmçinin onun bacısı Şahid4 Zərərçəkmiş şəxs və onun bacısı Şahid1 vurmamışlar və onlara heç bir xəsarətlər yetirməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs əvvəllər, Zərərçəkmiş şəxs isə hal-hazırda ona məxsus Şəmkir şəhəri, Əhməd Cavad küçəsində yerləşən çörək sexində işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona məxsus çörək sexində işləyən zaman təndirə çörək yapan vəzifəsini icra etmişdir. Zərərçəkmiş şəxs isə yuxa bişirmək vəzifəsini icra etmişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs ona məxsus çörək sexindən Zərərçəkmiş şəxs ilə aralarında olan narazılığa görə işdən çıxmışdır. Həmin vaxt o, sözü gedən çörək sexində yuxa bişirən Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Kamil Rəhimovanın işini o, əvəz etsin. Lakin sonradan eşitmişdir ki, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə tanımadığı şəxsin şəkilini Zərərçəkmiş şəxs bacısı Şəhla Kənmovaya göndərmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 tanımır, lakin Təqsirləndirilən şəxs tanıyır onun qonşusudur. 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində yaşadıqları evdə olan zaman uca səslə dava-dalaş hadisəsinin baş verməsini eşitmişdir. Həmin vaxt o, anası Şahid5 ilə birlikdə qonşuluqda yşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs və bacısı Şəhlə Kərimova qonşuları Təqsirləndirilən şəxs ilə dalaşmalarını görmüşdür. Dərhal o, Şahid1 və Zərərçəkmiş şəxs tutub Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən küçəyə çıxartmışlar. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid5 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, Əhməd Cavad küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. İfadə verməyinin səbəbi ona tam aydındır. Zərərçəkmiş şəxs və Şahid1 tanımır, lakin Təqsirləndirilən şəxs tanıyır onun qonşusudur. 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində yaşadıqları evdə olan zaman uca səslə dava-dalaş hadisəsinin baş verməsini eşitmişdir. Həmin vaxt o, oğlu Şahid6 ilə birlikdə qonşuluqda yşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt sonradan adları onlara məlum olan Zərərçəkmiş şəxs və bacısı Şəhlə Kərimovanın qonşuları Təqsirləndirilən şəxs döymələrini görmüşlər. Dərhal o, oğlu Şahid6 ilə birlikdə Şahid1 və Zərərçəkmiş şəxs tutub Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən küçəyə çıxartmışlar. Şahid5 verilən sualları cavablandırarkən, 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid1 aralarında dava-dalaş hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs qızı Şahid4 və oğlu Şahid3 Zərərçəkmiş şəxs və onun bacısı Şahid1 vurmadıqlarını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid1 aralarında dava-dalaş hadisəsi baş verən zaman sutkanın qaranlıq vaxtı olduğu üçün onların əllərində bıçaq olmasını görməməsini, Zərərçəkmiş şəxs və onun bacısı Şahid1 qonşuları Təqsirləndirilən şəxs əlləri ilə döymələrini bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 11 yanvar 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkil çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 12 yanvar 2024–cü il tarixli, 30 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının kəsilmiş yarası İTİ kənarlı əşya ilə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 11 yanvar 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2024– cü il tarixli 16/112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadıyı yararlıdır. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Ağdam Rayon Mərkəzi Xəsəxanasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Telquba adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 4 ünvanında tanışı, Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun barəsində əvvəllər işlədiyi çörək sexinin sahibi Şahid2 ilə qeyrirəsmi ər-arvad münasibətlərində olmaqla əxlaqsızlıq etməsi barədə ümumi tanışları arasında məlumat yayması səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs qısas almaq niyyətilə əlində olan mətbəx bıçağı ilə qəsdən onun baş nahiyəsindən vuraraq, sonuncuya başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31.50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar