Məhkəmə qərarları › İş №1(076)-13/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-13/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-13/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Talyotti şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Nicad, xx.xx.2010-cu il təvəllüdlü Zamiq və xx.xx.2014-cü il təvəllüdlü Əlizamin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat, cəmi 360,00 manat məbləğində aliment alınıb tələbkar Rəhimova (Əliyeva) Nəimə Usman qızına verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)- 265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 22680,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Rəhimova (Əliyeva) Nəimə Usman qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rəhimova (Əliyeva) Nəimə Usman qızı ilə xx.xx.2008-ci ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Nəimə ilə olan nikahlarından üç övladları olmuşdur. Əvvəllər Nəimə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən də ayrılmışlar və bundan sonra Nəimə 2018-ci ildə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)-265/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikah qeyd ləğv edilməklə, ondan xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Nicad, xx.xx.2010-cu il təvəllüdlü Zamiq və xx.xx.2014-cü il təvəllüdlü Əlizaman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat sabit pul məbləğində aliment tutularaq Rəhimova (Əliyeva) Nəimə Usman qızının xeyrinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək ünvanına göndərilmişdir. Həmin vaxtı maddi imkanı olmadığına görə icra sənədinin icrasını təmin edə bilməmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 8(076)- 73/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Aliment borcunu ödəyə bilmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 3(076)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq maddi imkanım olmadığına görə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. xx.xx.2017-ci il tarixdən cinayət təqibi üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 22680,00 manat aliment borcu yaranmışdır. Hazırda rəsmi iş yeri yoxdur. Həmin aliment borcunu hazırda ödəyə bilmir. Gələcəkdə maddi imkanı olarsa aliment borcundan ödənişlər edəcəkdir. Hazırda Salyan rayonu Qarabağlı kəndində fərdi qaydada parnikdə fəhlə kimi işləyir, orta hesabla aylıq gəliri 450,00 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləyir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2008ci il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından üç övladı olmuşdur. Evli olduğu müddətdə Təqsirləndirilən şəxs fərdi qaydada fəhlə kimi işləyirmiş və orta hesabla aylıq gəliri 500,00-600,00 manat olurmuş. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladlarına baxmamışdır. Bu səbəbdən o, 2018-ci ildə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)-265/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Nicad, xx.xx.2010-cu il təvəllüdlü Zamiq və xx.xx.2014-cü il təvəllüdlü Əlizaman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat sabit pul məbləğində aliment tutularaq onun hesabına ödənilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-73/2019 saylı xx.xx.2019ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs qətnamənin icrasından boyun qaçırmaq məqsədilə icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmurunun xx.xx.2021-ci il tarixli qərarına əsasən onun barəsində Şəmkir Rayon Polis Şöbəsində 800758 nömrəli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Şəmkir Rayon Məhkəməsinin 3(076)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar edilsə də tələb icra olunmamışdır. Borclu Əliyev X11 Rayon Məhkəməsinin 2(076)-265/2018 saylı xx.xx.2018-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aliment üzrə ödənilməmiş borcu 22680,00 manat təşkil edir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-265/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Nicad, xx.xx.2010-cu il təvəllüdlü Zamiq və xx.xx.2014-cü il təvəllüdlü Əlizaman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-73/2019 saylı xx.xx.2019-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmurunun xx.xx.2021-ci il tarixli qərarına əsasən onun barəsində Şəmkir Rayon Polis Şöbəsində 800758 nömrəli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Şəmkir Rayon Məhkəməsinin 3(076)- 121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar edilsə də tələb icra olunmamışdır. Borclu Əliyev X11 Rayon Məhkəməsinin 2(076)- 265/2018 saylı xx.xx.2018-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməməkdə davam etmiş və qətnamənin icrasının təmin olunması istiqamətində faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən, cinayət təqibi üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək aliment üzrə ödənilməmiş borcu 22680,00 manat təşkil edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(076)-265/2018 saylı qətnaməsindən görünür ki, 06 noyabr 2017-ci il tarixdən başlamaqla 21 iyul 2009-cu il təvəllüdlü Nicad, 23 noyabr 2010-cu il təvəllüdlü Zamiq və 24 iyul 2014-cü il təvəllüdlü Əlizaman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan 20 aprel 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-265/2018 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-121/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(076)-73/2019 saylı qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-265/2018 saylı icra sənədi üzrə aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli əv xx.xx.2022-ci il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X4 X2 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Müraciətin araşdırılması məqsədilə vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. Bununla belə Təqsirləndirilən şəxs dəvət məktubu göndərilmişdir. Müraciət edəcəyi təqdirdə ona müvafiq köməklik göstəriləcəkdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir rayonu, Kür qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində zərərçəkmiş şəxsin kifayət qədər yüksək məbləğdə maddi zərərə məruz qalması, onun mənəvi və psixi iztirablar keçirməsinə səbəb olması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) bir gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün məhkəmənin 04 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. 29 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs tutularaq həbsə alınmışdır. X8 məhkəmə vaxtı həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul X3 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar