Məhkəmə qərarları › İş №1(076)-13/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-13/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-13/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989–cu il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəlləd qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü il tarixdə məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonun, Dəllər qəsəbəsində yerləşən zibiliyin kənarında tapıb, qanunsuz olaraq əldə etdiyi odlu silah hesab olunan 01 ədəd Tula silah zavodunda 1962-ci ildə istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi olub, lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 302 mm, ümumi uzunluğu 525 mm olan silahı öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı hamar qoşa lüləli tüfəngini və 02 ədəd patronu üzərində daşımaqla yaşadığı evdə saxlamış, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, daşıması və saxlaması barədə Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin bel hissəsindən 01 ədəd Tula silah zavodunda 1962-ci ildə istehsal olunmuş, 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi olub, lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hal-hazırda lüləsinin uzunluğu 302 mm, ümumi uzunluğu 525 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı hamar qoşa lüləli tüfəng və əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 31 yanvar 2024-cü il tarixdə saat 15:30 radaələrində yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində “TOPAZ” mərc evinin qarşısında dostları ilə söhbət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Ona Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Şahid1 hədə-qorxu gələrək üzərinə silah və ya narkotik vasitəni götürməyini bildirmişdir. O, Şahid1 ilə razılaşmayan zaman polis əməkdaşları onun ayağının altından rezin dəyənklə vurub onu döymüşdülər. Həmin vaxtı onun ayağı zərbənin təsirindən şişmiş, hətta özünü pis hiss etdiyi üçün Tibbi Təcili yardım çağırılmışdır. Bundan sonra məcbur olub Polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmiş silahı qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olduğundan ilkin ifadəsində aşkar edilərək götürülmüş silahı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən hərbi hissənin arxa tərəfində yerləşən zibil tullantıları olan əraziyə cücələri üçün çörək yığmağa gedən zaman zibil tullantılarının kənarından tapdığını və özündə saxladığını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş silah ona aid olmamış və həmin silah onun gözünün qabağında lüləsi kəsilərək polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. İbtidai istintaq dövründə Şahid1 xidməti otağında ona hənin silahın hardan tapması üçün yer göstərməsi bildirilmiş, o, da sərhəd qoşunlarının kameraları olduğu üçün həmin ərazidə yerləşən zibil tullantıları atılan ərazini göstərmişdir. Belə ki, düşünmüşdür o, gələcəkdə həmin kamera görüntülərini əldə edə biləcəkdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları, özünün xəstə olmasını və ailə vəziyyətini nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə NMQ-nın baş əməliyyat müvəkkili Şahid3 və Şəmkir RPŞ-nin təminat hissəsinin polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Saat 17:20 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Şəmkir Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı İbrahim Əliyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Mahir Kazımov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmışdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin arxasından 16 kalibirli qoşa lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd yaşıl rəngli patronu təqdim etmişdir. Təqsirləndirilən şəxs ov tüfəngini haradan əldə etməsini soruşduqda Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən hərbi hissənin arxa tərəfində yerləşə zibil tulantıları olan ərazidən tapdığını bildirmişdir. 01 ədəd qoşa lüləli ov tüfəngi və 02 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı üzərində qadağan olunmuş əşya və ya predment aşkar olunmamışdır. Daha sonra təhqiqatçı İbrahim Əliyev tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Bundan başqa Şahid1 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 31 yanvar 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsində növbədə olduğu zaman bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin odlu silah saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun da iştirak etməyini bildirmişlər. O, da rəhbərliyin göstərişi ilə təhqiqatçı İbrahim Əliyevin xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Mahir Kazımov dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin arxasından 16 kalibirli qoşa lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd yaşıl rəngli patronu təqdim etmişdir. Təqsirləndirilən şəxs ov tüfəngini haradan əldə etməsini soruşduqda Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən hərbi hissənin arxa tərəfində yerləşə zibil tulantıları olan ərazidən tapdığını bildirmişdir. 01 ədəd qoşa lüləli ov tüfəngi və 02 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı üzərində qadağan olunmuş əşya və ya predment aşkar olunmamışdır. Daha sonra təhqiqatçı İbrahim Əliyev tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Bundan başqa Şahid4 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı formada qanunsuz hərəkətlərin olunmasının, ona işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməsinin şahidi olmadığını göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 31 yanvar 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ– nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və onun döyüş sursatı, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin arxasından bir ədəd Tula markalıya bənzər, 16 kalibrli, qoşa lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və göy rəngli cins şalvarın sağ cibindən iki ədəd yaşıl rəngli patronu çıxararaq təqdim etmiş, təqdim etdiyi odlu silahin bir ədəd Tula markalıya bənzər, 16 kalibirli, qoşa lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi olması aşkar edilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizası üzrə 01 fevral 2024-cü il tarixli, 24/253 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edlmiş 01 ədəd 95046 N-li silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1962-ci ildə istehsal olunmuş 16 kalibirli TOZ-B modelli, caxmaqlı, hamar qoşa lüləli ov tüfəngi olub, lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda lüləsinin uzunluğu 302 mm, ümumi uzunluğu 525 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli caxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə, xarici dövlətində istehsal olunmuş 16x70 kalibirli ov patronudur, həmin kalibirli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd 16 kalibirli patronlardan 01 ədədi eksperemental atəşlər zamanı istifadə edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB-nın Dəllər qəsəbə Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 02 fevral 2024–cü il tarixli 117 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ budun orta üçdə birinin arxa-bayır sətinin qançırı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Eyni zamanda müayinə olunan Təqsirləndirilən şəxs ekspertiza keçirilən zaman həmin xəsarəti 4-5 gün əvvəl dəmir yolundan keçərkən yıxılaraq aldığını qeyd etmişdir. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞnin TB-nin təhqiqatçısı İ.Əliyev tərəfindən tutularaq MSY-nə verilməsi ilə bağlı qeydiyyat aparılmış kitabın surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinə 31 yanvar 2024-cü il tarixdə saat 17:41-də gətirilmiş, Şəmkir RPŞ-nin TB-nə təhqiqatçısı İ.Əliyev tərəfindən tutma qərarı əsasında xx.xx.2024-cü saat 22:20-də X2 təhvil verilmişdir. Qeydiyyat kitabında əlavə hər hansı qeyd aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prakrorluğunun 2-2-110/2-178548/2024 nömrəli məktubundan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və polis əməkdaşlarının işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini və Şəmkir Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu bildirsədə, qeyd olunan xüsusatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024–cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan iki gün sonra, yəni 02 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsində müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar olunsada, müayinə olunan həmin xəsarəti 4-5 gün əvvəl dəmir yolundan keçərkən yıxılaraq aldığını bildirmiş və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında ifadə verdiyini bildirsədə, məhkəməyə həmin halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024– cü il tarixdə saxlanılmış, xx.xx.2024–cü il tarixdə isə müdafiəçisinin iştirakı ilə ifadənin yerində yoxlanması zamanı yenidən sərbəst şəkildə ifadə verərək üzərindən aşkar olunmuş silahı tapdığı yeri göstərmiş, həmin vaxt ona polis tərəfindən saxlanılarkən hər hansı təzyiq göstərilməsini bildirməmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 31 yanvar 2024–cü il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 02 fevral 2024–cü il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 31 yanvar 2024–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd qoşa lülə ov tüfəngi və 01 ədəd patron dövlət nəfinə müsadirə olunmalı və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlansın. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd qoşa lülə ov tüfəngi və 01 ədəd patron dövlət nəfinə müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD- R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar