Məhkəmə qərarları › İş №1(076)-130/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-130/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-130/2023 08.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərçüməçi X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, RF vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, RF-nın Kemirov Vilayəti, Kemirov şəhəri Dengan, Bedne küçəsi ev 01, mənzil 15-də qeydiyyatda olmaqla Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 45-də yaşayan, 22 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsində keçmiş arvadı Şahid6 fiziki zor tətbiq etməsi səbəbindən ona öz iradını bildirən Şahid6 qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun baş nayihəsinə istintaqa xarici əlamətləri dəqiq məlum olmayan iti kənarlı bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməlin törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs keçmiş arvadı Şahid6 2-ci əridir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində atası X10 rayonu, Çaparlı kəndinə keçmiş arvadı Şahid6 yaşadığı evə gedib 2017-ci il təvəllüdlü oğlu X4 öz evində qalmaq üçün gətirmək məqsədi ilə getmiş və onu evlərinə gətirmişdir. Əvvəllər də Nicatı evlərinə gətirmiş və onlarda 4-5 gün qalmış, lakin heç bir narahatçılıq baş verməmişdir. xx.xx.2022-ci il tarixdə Şahid6 atası Əbülfəz Zamanova zəng edərək uşağı gətirməsini tələb etmişdir. Atası da Nicatın onlara deməsinə görə Nigarın onu döyməsinə görə vermək istəmədiyini və uşağı Şəmkir Rayon İcra Hakimiyyətinə və xəstəxanaya müayinə olunmaq üçün aparmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şəmkir RPŞ-nin əməkdaşı Xəyal adlı şəxs atası Əbülfəzə zəng edərək oğlu Nicat Zamanovun anası Nigarın polis şöbəsində narahatçlıq yaratdığını demiş və uşağı gətirməsini xahiş etmişdir. Təxminən saat 16 radələrində evdə olarkən anası Çiçək evin digər otağında oğlu Nicatı anasına vermək üçün paltarlarını geyindirmiş, həmin vaxt evin işıqları sönmüş, bu vaxt qəfildən həyətdə Nigarın səs-küyünü eşitmiş, həmin səs küyə atası Əbülfəzlə həyətə çıxmış, Nigarın oğlu Nicatı qucağına alarkən Nicatın onunla getmək istəmədiyini və əlini dişlədiyini görmüş, Nigara yaxınlaşıb uşağı buraxmasını tələb etmiş, Nigar da onların sözlərinə məhəl qoymayıb qucağında uşaqla küçəyə qaçmış, atası Əbülfəzlə küçəyə onun ardınca çıxanda Nigarın bir qədər aralıda olan taksiyə tərəf qaçdığını, nisbətən aralıda isə Xəyal adlı polis əməkdaşının dayanıb onlara baxdığını görmüş, küçədə isə Nigarın əri Valeh onun üzərinə doğru gələrək mübahisə edib onunla əlbəyaxa olmuş və sol qolundan tutub sıxaraq onu yerə vurmuş, səsə Xəlil adlı qonşusu gəlmiş və Valeh ondan aralanmadığı üçün o, yerdən daş götürüb Valehin baş nahiyəsinə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmiş, atası Əbülfəz anası Çiçəklə birlikdə uşağın ardınca dayanmış taksiyə tərəf getmiş, lakin taksi dayanmadan sürüb getmişdir. Zərərçəkmiş şəxs onların yanından küçə ilə üzü aşağıya tərəf çıxıb getmiş, atası Əbülfəz Zamanov əsəbləşib Nicatın qaçırılmağı barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra isə ərizə ilə Şəmkir RPŞ-nə müraciət etmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhəri, E.Hüseynov küçəsində baş vermişdir. Hadisə vaxtı orada qonşuları Xəlil, Xəlinin anası Nailə, Nəcibə, Mais və başqaları olmuş, öz evlərinin qarşısında Zərərçəkmiş şəxs onların evin həyətinə daxil olduğunu görmüş və atası Əbülfəz Zamanovu əli ilə itələdiyini görüb yerdən daşı götürüb onun baş nahiyəsindən vurmuş, Valeh Hüseyovu daşla vuran zaman qonşuları Xəlil, Xəlilin anası Nailə, Nəcibə, Mais görmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Əbülfəz Zamanovu tanıyır. Şahid6 onun arvadıdır. Şahid6 əvvəllər Təqsirləndirilən şəxsla ailəli olmuş, Nigar boşadıqdan sonra onunla ailə həyatı qurmuşdur. 25.1.2022-ci il tarixdə saat 14 radələrində arvadı Şahid6 ilə evdə olan zaman Təqsirləndirilən şəxs anası Şahid1 və atası Əbülfəz Zamanov onlara gələrək azyaşlı nəvəsi Nicat Zamanovu özləri ilə evlərinə aparmağı, sonra geri gətirəcəklərini bildirmişdir. Oğulluğu X1 zaman Şahid1 onun mobil nömrəsinə zəng edib yaxın qohumlarının ad günü olacağını və onlarda bir gün qaldıqdan sonra Nicat Zamanovu geri gətirəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Əbülfəz Zamanovun mobil nömrəsinə zəng edib uşağın iki gün onlarda qaldığını və geri gətirməsini, uşağın müəllimlərinin ona zəng edib məktəbə davamiyyətinin yarımçıq qaldığını bildirmişdir. Əbülfəz Zamanov ona telefonda ürəyi nə vaxt istəyirsə o vaxt gətirəcəyini bildirmişdir. Əbülfəz Zamanovun sözləri barədə məlumat aldıqdan sonra əsəbləşərək Əbülfəz Zamonovun mobil nömrəsinə zəng edib Nicat Zamanovu gətirməsini deyən zaman Əbülfəz Zamanov ona “get işinlə məşğul ol” deyərək telefonu bağlamış, sonra arvadı Şahid6 ilə birlikdə Şəmkir rayon PŞ-nə gələrək ərizə ilə müraciət etmişlər. Həmin vaxt polis əməkdaşı Xəyal müəllim onlara uşağı geri qaytarması onun səlahiyyətində olmayan xüsusat olduğunu və həmin xüsusatla bağlı məhkəmə orqanlarına mürciət etməsini bildirmişdir. Polis şöbəsindən çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Afiqin mobil nömrəsinə zəng edib onları gəlib dedikləri ünvana aparmasmı bildirmiş, Afıq özünə məxsus “VAZ 21014” markalı avtomobili ilə Şəmkir şəhəri, E.Hüseynov küçəsində yerləşən Əbülfəz Zamanovgilə aparmış, Afiq idarə etdiyi avtomobili kənarda saxlamış və arvadı Şahid6 avtomobildən düşərək Əbülfəzgilin evinə getmişdir. Təxminən 3-5 dəqiqə sonra arvadı Şahid6 Şahid1, Əbülfəz Zamanov və Məhəmməd Zamnovun bir-birləri ilə dava-dalaş etdiklərini kənardan görüb əyləşdiyi taksidən düşərək onlara tərəf getmişdir. Həmin vaxt arvadı Şahid6 qucağında olan Nicatla birlikdə Təqsirləndirilən şəxs və Əbülfəz Zamanov bir tərəfə çəkmiş, bundan əsəbləşərək Təqsirləndirilən şəxs üzərinə getmişdir. Arvadı Şahid6 və azyaşlı X12u onlardan kənarlaşdırmağa çalışmış, bu vaxt Əbülfəz Zamanov əlindəki əsa (çəlik) ilə onun kürək nahiyəsindən dəfələrlə vurmağa başlamış, o arxaya çönüb baxan zaman Əbülfəz Zamanovun oluğunu görmüş, Əbülfəz Zamanovun əlində olan əsanı almaq istəyən zaman sonuncu ona əsanı verməmiş və əli ilə onu itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu yumruqla vurmaq istəyən zaman o, əllərini qabağa vermiş, bu vaxt Şahid1 əynində olan kurtaqısını arxadan tutub onu yerə yıxmış, o, yerdə olan zaman Təqsirləndirilən şəxs əlində olan mətbəx bıçağına oxşar bıçaqla onun baş nahiyyəsinən vurub xəsarət yetirmişdir. O, yerdə olan zaman əlini baş nahiyəsinə vurmuş və əlinin qan içərisində olduğunu görmüş, yerdən birtəhər qalxaraq onların yanından kənarlaşıb getmişdir. Sonra arvadı və X12u özü ilə götürüb Şəmkir rayon polis şöbəsinə gətirmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs arvadının keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma faktına görə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış 100-S/İ-22 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Salman Atayev tərəfindən qaldırılmış 16 yanvar 2023-cü il tarixli vəsatət təmin edilərək fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. 01 yanvar 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin TB-nm təhqiqatçısı polis kapitanı Salman Atayev tərəfindən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir şəhəri, E.Hüseynov küçəsinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək alət və ya vasitə aşkar olunmamış, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 01 yanvar 2022-ci il tarixli 1531 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərbaşın tüklü hissəsində təpə-ənsə nahiyəsinin kəsilmiş yarası, iti kənarlı əşya ilə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. 17 fevral 2023-cü il tarixdə iş üzrə şahid qismində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 17 fevral 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Şəmkir şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təstiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası, qardaşı və oğlu ilə birgə Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 45-də qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi hansı səbəbdən vurmasını, eləcədə eləcə də hadisəni görən şəxslərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə də Şəmkir RPŞ-nə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının 15 mart 2023-cü il tarixli cavabından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğu ilə Zərərçəkmiş şəxs arasında mübahisə şəxsi münasibətlər zəmində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arvadı Şahid6 qızma qarşı fiziki zor tətbiq etmiş, kənardan bunu görən Zərərçəkmiş şəxs hadisə yerinə gəlib Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla Valeh Hüseyovun baş nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin vaxtı orada hadisənin baş verdiyi küçədə yaşayan Mais, Xəlil və Xəlil adlı şəxsin anası Nailə olmuşdur. Digər şəxslər isə hadisə sakitləşdikdən sonra yola çıxdığından hadisənin neçə baş verməsini görməmişlər. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı ədavət olmamışdır. 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 22 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.9-cu bəndinə əsasən təyin edilmiş ictimai işlər cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsində keçmiş arvadı Şahid6 fiziki zor tətbiq etməsi səbəbindən ona öz iradını bildirən Şahid6 qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun baş nayihəsinə istintaqa xarici əlamətləri dəqiq məlum olmayan iti kənarlı bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar