Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-130/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1985–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin may ayında məlum olmayan tarixdə Şəmkir şəhəri “Ağ dağlar” massivi adlanan ərazidən tapıb, qanunsuz olaraq əldə etdiyi 01 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah hesab edilən, üzərində olan zavod nömrəsini göstərən hərf-rəqəmlər kustar üsulla silinmiş (çaxmaqda) tapançanı, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd texniki cəhətdən saz və istifadəyə yararlı darağı və döyüş sursatı hesab edilən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, atəş açmaq üçün nəzərdə tutulmuş 06 ədəd (atəş üçün yararlı) patronları üzərində gəzdirməklə yaşadığı evə daşıyaraq orada saxlamış, onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi barədə Şəmkir rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 14 yanvar 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, qanunsuz olaraq odlu silah və döyüş sursatını qanunsuz olaraq əldə edib üzərində gəzdirməkdə şübhəli bilindiyindən Şəmkir şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın bel hissəsindən 01 ədəd keçmiş SSRİdə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab edilən, üzərində olan zavod nömrəsini göstərən hərf-rəqəmlər kustar üsulla silinmiş (çaxmaqda) tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd texniki cəhətdən saz, istifadəyə yararlı daraq və döyüş sursatı hesab edilən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, atəş açmaq üçün nəzərdə tutulmuş 06 ədəd (atəş üçün yararlı) patronlar aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 14 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxaraq, Şəmkir rayonu, Sərxan kəndi ərazisində yerləşən qəbirstanlığa atası Rövşən Sadıqovun məzarını ziyarət etmək və yeni inşa edilmiş məzarın ətrafında görüləcək işlər üçün getmişdir. Orada işlərini yekunlaşdırdıqdan sonra yaşadığı Şəmkir şəhəri, Müşfiq Qəhrəmanov küçəsinin yuxarı hissəsinə gəldikdə orada qohumları X3 və qonşuları olmuşdur. Həmin vaxt Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Şahid3 “VAZ-21074” markalı avtomobil ilə onun olduğu küçənin yaxınlığında üzü Gədəbəy rayonu istiqamətində hərəkətdə olmalarını görmüşdür. Daha sonra Şahid3 “VAZ-21074” markalı avtomobil ilə onun olduğu yerə qayıdaraq avtomobildən tanımadığı 4 nəfər şəxslər ilə ona yaxınlaşan zaman o, onlara salam vermişdir. Lakin Şahid3 və yanında olan adlarını bilmədiyi mülki geyimdə olan polis əməkdaşları onun əlindən tutaraq onu idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. O, Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində Şahid3 xidməti iş otağına aparılmışdır. Həmin vaxt Şahid3 ona Taleh adlı Şəmkir rayon sakininin mobil nömrəsini Sabir adlı şəxsə verməyini bildirmişdir. O, da Şahid3 Taleh adlı şəxsin mobil nömrəsini xarici ölkədə yaşayan Sabir adlı şəxsə vermədiyini bildirmişdir. Lakin Şahid3 əli ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döyüb otaqda olan masanın sürməsindən markasını bilmədiyi silahı çıxardıb masanın üzərinə qoyaraq ona həmin silahı götürməyini və tutulmalı olduğunu bildirmişdir. O, Şahid3 ilə razılaşmayan zaman Şahid3 və onun yanlarında olan adlarını bilmədiyi polis əməkdaşları onun ayağının altından rezin dəyənklə vurub onu döymüşdülər. Daha sonra Şahid3 və adlarını bilmədiyi polis əməkdaşları onu yerə yıxıraraq, polis əməkdaşlarından biri onun kürəyindən digəri isə bel nahiyəsindən oturaraq ayaqlarını geriyə doğru qatlayıb rezin dəyənəklə ayaqlarının altından vurmuşlar. O, Şahid3 etdiyi hərəkətlərə son qoymağını xahiş edərək, onunla razılaşıb silahın ona məxsus olmasını bildirmişdir. O, həmin vaxtı sağ qulaq hahiyəsindən aldığı zərbələrə görə hal-hazırda eşitmə qabiliyyəti zəifləmişdir. O, Şahid3 tərəfindən döyülməyi sayəsində sağ qulaq nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olduğundan ilkin ifadəsində aşkar edilərək götürülmüş Makarov tapançanı Şəmkir şəhəri, Ağ dağlar massivində yol kənarından tapdığını və özündə saxladığını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş silah ona aid olmamış və həmin silah polis əməkdaşları tərəfindən qoyulmuşdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları, özünün xəstə olmasını və ailə vəziyyətini nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 14 yanvar 2024-cü il tarixdə Şəmkir şəhəri, Müşfiq Qəhrəmanov küçəsi, ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq 9 mm kalibirli, Makarov konstruksiyalı odlu silah hesab edilən tapançanı saxlaması barədə Şəmkir Rayon Polis Şöbəsinin Kiber Cinayətkarlıqla Mübarizə Qurupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün baş əməliyyat müəvəkkili Şahid2 tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında baş əməliyyat müəvəkkili Şahid2 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4, Kiber Cinayətkarlıqla Mübarizə Qurupunun baş əməliyyat müvəkkili Şahid2, Şəmkir Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə onlar tərəfindən saxlanılaraq idarə etdiyi “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis şöbəsinə çağırılmış vəkilin və Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı Musa Cəfərovun iştirakı ilə şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel hissəsindən 01 ədəd Makarov tapançası, 01 ədəd daraq və 06 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd Makarov tapançanı, 01 ədəd darağı və 06 ədəd patronları Şəmkir şəhəri “Ağ dağlar” massivi adlanan ərazidən yolun kənarında yerdən tapdığını bildirmişdir. Bundan başqa Şahid3 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Kiber Cinayətkarlıqla mübarizə qurupunun baş əməliyyat müvəkkil vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 14 yanvar 2024-cü il tarixdə Şəmkir şəhəri, Müşfiq Qəhrəmanov küçəsi, ev-23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq 9 mm kalibirli, Makarov tapançasını saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında qəbul edilmiş qərara əsasən Cinayət Axtarış bölməsinin rəisi, polis mayoru Şahid3 rəhbərliyi ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili Şahid4, CAB-nin əməliyyat müvəkkili Şahid6, Şəmkir rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq idarə etdiyi “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis şöbəsinə çağırılmış vəkilin və Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı Musa Cəfərovun iştirakı ilə şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel hissəsindən 01 ədəd Makarov tapançası, 01 ədəd daraq və 06 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd, Makarov tapançasını, 01 ədəd darağı və 06 ədəd patronları Şəmkir şəhəri “Ağ dağlar” massivi adlanan ərazidən yolun kənarında yerdən tapdığını bildirmişdir. Bundan başqa Şahid2 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis Şöbəsində ona qarşı heç bir işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid6 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi əlaqədar olaraq tanıyır. 14 yanvar 2024-cü il tarixdə Şəmkir şəhəri, Müşfiq Qəhrəmanov küçəsi, ev 23-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Makarov konstruksiyalı odlu silah hesab edilən tapançanı saxlaması barədə Şəmkir Rayon Polis Şöbəsinin Kiber Cinayətkarlıqla Mübarizə Qurupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün baş əməliyyat müəvəkkili Şahid2 tərəfindən şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında baş əməliyyat müəvəkkili Şahid2 tərəfindən qəbul edilmiş qərara əsasən Cinayət Axtarış bölməsinin rəisi, polis mayoru Şahid3 rəhbərliyi ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid6, CAB-nin əməliyyat müvəkkili Şahid4, Kiber Cinayətkarlıqla Mübarizə Qurupunun baş əməliyyat müvəkkili Şahid2, Şəmkir Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq idarə etdiyi “Mercedes Benz” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis şöbəsinə çağırılmış vəkilin və Şəmkir rayon Polis X2 təhqiqatçısı, polis kapitanı Musa Cəfərovun iştirakı ilə şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın bel hissəsindən 01 ədəd Makarov tapançası, 01 ədəd daraq və 06 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 ədəd, Makarov tapançasını, 01 ədəd darağı və 06 ədəd patronları Şəmkir şəhəri “Ağ dağlar” massivi adlanan ərazidən yolun kənarında yerdən tapdığını bildirdirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şəmkir RPŞ–nin PPXB–nin əməkdaşı Şahid5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 Yervant oğlu ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla aralarında düşmənçilik və heç bir ədavət olmamışdır. 14 yanvar 2024-cü il tarixdə təxminən saat 12 radələrində o, evdən küçəyə çıxan zaman yaşadıqları M.Qəhrəmanov küçəsinin yuxarı hissəsində yığıncaq olduğunu və qonşusu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını görmüşdür. O, həmin yerə yaxınlaşmış və orada olan adamlarda nə baş verdiyini soruşanda, ona Ramilin polis əməkdaşları tərəfindən aparıldığını bildirmişlər. Bundan başqa Şahid9 Yervant oğlu sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılarkən həmin yerdə VAZ- 2107 markalı və Mercedes markalı avtomobillər olmuşdur. O, bir qədər aralıda olduğu üçün Təqsirləndirilən şəxs hansı avtomobillə aparılmasını, həmçinin Ramilin üzərində silah olub-olmamasını görməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla aralarında düşmənçilik və heç bir ədəvət olmamışdır. 14 yanvar 2024-cü il tarixdə təxminən saat 11-12 radələrində O, taksiyə minmək istəyərkən qırmızı rəngli VAZ-2107 markalı avtomobil onun yaxınlığında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmış və həmin avtomobildən bir neçə polis əməkdaşı düşərək Ramilin qolundan tutub Ramilin özünə məxsus avtomobilinə mindirib aparmışlar. Bundan başqa, Şahid8 sualları cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində silah olub-olmamasını bilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o, “baxın məndə heçnə yoxdur” deyə qışqırmışdır. Sonra o, taksiyə əyləşərək həmin yerdən uzaqlaşıb getmiş, sonra heç nədən məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. 14 yanvar 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxsla birlikdə Ramilin atasının qəbrini ziyarət edib qayıtmışlar. Bundan bir qədər sonra təxminən saat 11-12 radələrində yaşadıqları M.Qəhrəmanov küçəsinin yuxarı hissəsində Ramillə söhbət edən zaman polis əməkdaşları yaxınlaşaraq Ramili saxlayıb Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Şahid7 sualları cavablandırarkən qeyd etdi ki, O, Təqsirləndirilən şəxsla qəbirstanlıqda təxminən 10-15 dəqiqə qaldıqdan sonra qayıtmışlar. O, həmin vaxt Təqsirləndirilən şəxs üzərində silah olmasını görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 14 yanvar 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ– nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sorşulmuş, Təqsirləndirilən şəxs üzərində tapança olduğunu deyərək əynində olan qara rəngli şalvarın sağ yan nahiyəsindən çıxararaq təqdim etmiş, həmin tapançanı 2023-cü ilin may ayında Şəmkir şəhərində Ağ dağlar adlanan yerdən tapdığını bildirmiş, tapançanın sandıqçasına baxış keçirdikdə, tapançaya məxsus 6 ədəd patron aşkar edilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizası üzrə 15 yanvar 2024-cü il tarixli, 24/105 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edlmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022– ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM–nin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Alellyasiya Məhkəməsinin qərarı ilə Şəmkir rayon Məhkəməsinin hökmü dəyişdirilərək onun cəzası 01 ilə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və 16 mart 2023-cü il il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci ildə anadan olmuş Məhəmməd və 2008-ci ildə anadan olmuş Fatimə adlı iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 16 yanvar 2024–cü il tarixli 43 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə Müdafiəçi1 müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 28 fevral 2024–cü il tarixli 178 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə edilmiş “Tutulmuş şəxsin tibbi kitabçasından” görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul edilərkən müayinədən keçirilmiş və müayinə zamanı onda hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, hazırki cinayəti törətməməsini və Şəmkir Rayon Polis şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunduğunu bildirsədə, qeyd olunan xüsusatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024–cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan iki gün sonra, yəni 16 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsində müayinədən keçirilmiş və onda hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs 2 İstintaq Təcridxanasına qəbul edilərkən müayinədən keçirilmiş və həmin vaxt da onda hər hansı xəsarət izi olmamışdır. Daha sonra müdafiəçisi Müdafiəçi1 şikayət ərizəsinə əsasən 28 fevral 2024-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsində yenidən müayinədən keçirilmiş və yenədə onun bədən səthində hər hansı xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı və təqsirləndirilən şəxs qismində dindirilərkən təzyiq altında ifadə verdiyini bildirsədə, məhkəməyə həmin halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman törətdiyi cinayət əməlini etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamış, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024– cü il tarixdə saxlanılmış, xx.xx.2024–cü il tarixdə isə müdafiəçisinin iştirakı ilə ifadənin yerində yoxlanması zamanı yenidən sərbəst şəkildə ifadə verərək üzərindən aşkar olunmuş silahı tapdığı yeri göstərmiş, həmin vaxt ona polis tərəfindən saxlanılarkən hər hansı təzyiq göstərilməsini bildirməmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli ifadə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 14 yanvar 2024–cü il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 16 yanvar 2024–cü il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 14 yanvar 2024–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd (çaxmaqda) tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı hesab edilən 06 ədəd (atəş üçün yararlı) patronlar dövlət nəfinə müsadirə olunmalıdır, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlansın. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd (çaxmaqda) tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və döyüş sursatı hesab edilən 06 ədəd (atəş üçün yararlı) patronlar dövlət nəfinə müsadirə olunsun, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD disk və təqsirləndirilən şəxs qismində dindirilərkən videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-130/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-130/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver