Məhkəmə qərarları › İş №1(076)-131/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-131/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-131/2025 26.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Kür qəsəbəsi ev-17, mənzil-9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs həmin gün övladı Jalə Sarıyevanın keçirilmiş toy məclisində yığılan pul dəftərini istəməsi səbəbindən aralarında yaranmış sözlə mübahisə zamanı baldızı Şahid1 onların mübahisələrinə müdaxilə edərək, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə onu təhqir edib ünvanına nalayiq ifadələr işlədib, şəxsiyyətini digər ailə üzvləri içərisində alçatması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən yumruqla sonuncunun üz nayihəsinə bir neçə dəfə zərbələr endirərək ona sağ və sol almacıq nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən həmçinin, burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi və əzilmiş yarası, burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, Şahid1 isə onun baldızıdır. xx.xx.2024-cü il tarixdə qızı Jalənin toy məclisi olmuş, məclisdə iştirak etdikdən sonra həyat yoldaşı Rəsmiyyə, qızı Nigar və baldızı Pərvanə ilə birlikdə yaşadıqları ünvana geri qayıtmışlar. Evə qayıtdıqdan sonra o, həyat yoldaşı Rəsmiyyədən toyda pul yazılan dəftəri istəmişdir. Rəsmiyyə isə ona bildirmişdir ki, onun toydan borcları var. Toydan yığılan pulları o, borclarına verəcəkdir. O, yenidən Rəsmiyyədən dəftəri istədikdə Rəsmiyyə ona dəftəri verməyəcəyini bildirmişdir. Həmin vaxt baldızı Pərvanə isə ona bildirmişdir ki, “ sən kimsən ki, Rəsmiyyədən dəftəri istiyirsən.” O, Pərvanəyə öz iradını bildirmiş və öz ailə işinə qarışmasını demişdir. O isə ona “ mən sənin ağsaqqalınam “ bacısı ilə işin olmasın demişdir. O, da bundan sonra Pərvanəyə evi tərk etməsini bildirmişdir. Pərvanə isə evi tərk etdikdən sonra qapının ağzında olan pilləkənin üstündə onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Pərvanənin arxasınca çölə çıxdıqda pilləkənin üzərində aralarında mübahisə yaranmağa başlamışdır. Mübahisə zamanı Rəsmiyyə və Pərvanə onu vurmağa başlamışlar. Həmin vaxt hər üçü yerə yıxılmışlar. Yıxılma nəticəsində həyat yoldaşının burunu sınmışdır. Sonra isə Rəsmiyyə və Pərvanə yaşadıqları ünvanı tərk edib getmişlər və onun onları döyməsi barədə Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. O, da onların onu döyməyi barədə qeyd edilən ünvana şikayət ərizəsi yazmışdır. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə onun böyük qızı X4 rayonu, Kür qəsəbəsində yerləşən Sərxan şadlıq sarayında toy məclisi olmuş, toy qutardıqdan sonra o, bacısı Pərvanə ilə birlikdə yaşadıqları ünvana qayıtmışlar. Evdə olarkən Babək ona bildirmişdir ki, toyda pul yazılan dəftəri ona gətirsin. O, da Babəkə onun borcu var və toydan yıxılan pulu o, borca verəcəkdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Babək stolun üzərində olan əşyaları onun üzərinə atmağa başlamışdır. Bacısı Babəkə öz iradını bildirərək mübahisə etməmələrini demişdir. Bundan sonra Babək bacısı Pərvanəni evdən çıxıb getməyini bildirmişdir. Pərvanə evdən çıxıb getmək isdəyən zamanı Babək onun arxasıyca çıxaraq yumruqla Pərvanənin bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. O, bacısı və Babəki aralamaq isdəyən zaman Babək yumruqla onun burun nahiyəsindən vurmuş o, yerə yıxılmışdır. Sonra isə hər ikisidə Babək barəsində DİN-nin 102 xidmətinə müraciət etdikdən sonra Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsinə bacısı Pərvanəni isə yumruqla bədəninin müxtəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Babəklə barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs anası, Şahid1 isə xalasıdır. 04 noyabr 2024-cü il tarixdə bacısı Jalənin toy məclisi olmuşdur. Onlar toyda iştirak etdikdən sonra ailə üzvləri ilə birlikdə yaşadıqları ünvana geri qayıtmışlar. Onların yaşadıqları ünvana xalası Şahid1 gəlmişdir. Onlar evdə olarkən atası Təqsirləndirilən şəxs anasından toyda qonaqların pul yazıldığı dəftəri isdəmişdir. Anası Zərərçəkmiş şəxs isə bildirmişdir ki, toydan yığılan pulu o, borclarına verəcəkdir. Atası yenidən anasından dəftəri isdədikdə xalası Pərvanə atasına bildirmişdir ki, “sən kimsən ki, Rəsmiyyədən dəftəri isdiyirsən“ atası xalasına cavab verərək bildirmişdir ki, onların ailə işinə qarışmasın. Xalası Pərvanə isə “mən sənin evinin ağsaqqalıyam“ bacısınnan işin olmasın. Bundan sonra atası Pərvanəyə evi tərk edib getməyini bildirmişdir. Pərvanə evi tərk edib gedən zamanı qapının önündə atası Babəki nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Atası Pərvanəyə öz iradını bildirmişdir. Sonra atası Pərvanənin arxasınca həyətə çıxanda piləkəndə xalası Pərvanə və anası Rəsmiyyə ilə birlikdə atası arasında mübahisə baş vermişdir. Mübahisə zamanı anası və xalası atasını vurmağa başlamışlar. Həmin vaxt pilləkdə hər üçü yerə yıxılmışdır. Anası Rəsmiyyə və xalası Pərvanə isə yaşadıqları ünvanı tərk edib getmişlər. Getdikdən sonra isə anası və xalası atası barəsində Şəmkir RPŞ-nin Kür PB-nə şikayət ərizəsi ilə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 noyabr 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 05 noyabr 2024-cü il tarixli, 1105 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər–burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi və əzilmiş yarası, burun sümüynün yerini dəyişməyən sınığı, sağ və sol almacıq nahiyəsinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 04 noyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi və əzilmiş yarası, burun sümüynün yerini dəyişməyən sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ və sol almacıq nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şəmkir RİHB-nın Kür qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X2 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxs Sədi Əliyevin ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxs X2 notariyal qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin-73.2 maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini isə cinayət məsuliyyətindən azad edilməmişdən əvvəl, yəni 2024–cü ilin noyabr ayinda törətmiş, bu hal hazırki cinayət işi üzrə işin icraatına xitam verilməsini istisna etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022–ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinin 1–ci bəndi həmin Məcəllənin 72–73–2 və 74–1–ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 9 saat üçün nəzərdə tutulan 64 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 64 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar