Məhkəmə qərarları › İş №1(076)-133/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-133/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-133/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: – Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990–cı il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində 05 mart 2024-cü il tarixdə saat 23 radələrində münaqişə yaratması nəticəsində yaranmış mübahisə zamanı, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən qəbirsanlıqda qohumu Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq ona başın tüklü hissəsində ənsə nahiyəsinin cuzi şişkinlik fonunda qançırı, alın nahiyəsinin sol yarısının sıyrığı və sağ gözaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə sozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisi və qohumudur. Aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamış, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə çərşəmbə bayramı olduğundan yaşadığı kənddə yeyibiçmişdir. Bundan sonra qohumu Yolçu ilə təsadüf olaraq rastlaşmışlar və o, Yolçu ilə təkrar olaraq çaxır içmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində o, vəfat etmiş atasının qəbrinə ziyarət etmək qərarına gəlmişdir. Buna görə də o, Yolçuya təklif etmiş ki, onunla birlikdə yaşadıqları Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən qəbirsanlığa getsinlər. Yolçu onunla birlikdə getməyə razılıq vermiş və onlar birlikdə atasının qəbrini ziyarət etməyə getmişlər. Həmin vaxt ikisidə sərxoş vəziyyətdə olmuşlar. Bir o, yadında qalmışdır ki, həmin vaxt qəbirsanlıqda olarkən Yolçu heç bir səbəb olmadan ona söyüş söymüşdür. Bu zaman o, Yolçunu qəbirsanlıqda əli ilə yumruqla sifət nahiyəsinə zərbələr vuraraq döyməyə başlamışdır. O, qohumu Yolçunu döydükdən sonra onun qardaşı Nicata zəng etmiş ki, gəlib Yolçunu aparsın. Həmin vaxt Nicat gəlmiş və o, Nicatla söhbət edən zaman qardaşı Yolçunun söyüş söydüyünə görə onu döyməyini bildirmişdir. Daha sonra Nicat qardaşı Yolçunu yaşadıqları evə aparmışdır. O, da çıxıb yaşadığı evə getmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Himayəsində bir nəfər azyaşlı uşağı var və ailənin yeganə qazanc gətirən şəxisidir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 mart 2024-cü il tarixdə axşam saat təxminən 23 radələrində o, yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində olarkən həmkəndlisi və qohumu Rüstəm onu kəndin qəbirsanlığına getməyi təklif etmişdir. O, da Rüstəmlə birlikdə kəndin qəbirsarılığına getmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmkəndlisi Rüstəm onu döymüşdür. O, sərxoş olduğundan başqa heçnə yadında qalmamışdır. Sonradan ona məlum olmuş ki, Rüstəm onu döydükdən sonra qardaşı Nicata zəng edərək onu döydüyünü və gəlib aparmasını bildirmişdir. Qardaşı Nicat da onu qəbirsanlıqdan gəlib aparmışdır. Daha sonra o, xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə ərizə ilə müraciət etmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisi və qohumudur. Aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində o, evdə olan zaman Rüstəm mobil telefonla onun mobil telefonuna zəng edərək ona bildirmişdir ki, qardaşı Yolçunu döymüşdür və Yolçunun gəlib Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən qəbirsanlığından aparmağını bildirmişdir. O, da dərhal hazırlaşıb kəndin qəbirsanlığına tərəf getmişdir. O, Yolçu halsız vəziyyətdə qəbir daşlarının arasında yerdə yıxılmış vəziyyətd görmuşdür. O, Yolçuya yaxınlaşıb onun qolundan tutub yerdən qaldıraraq yaşadıqları evə gətirmişdir. Onlar birlikdə evə çatan zaman ona məlum olmuş ki, qardaşı Yolçunu qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs kəndin qəbirsanlığında döymüşdür. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 214 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində ənsə nahiyəsinin cüzi şişkinlik fonunda qançırı, alın nahiyəsinin sol yarsının sıyrığı və sağ gözaltı nahiyənin əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 05 mart 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın tüklü hissəsində ənsə nahiyəsinin cüzi şişkinlik fnunda qançırı və alın nahiyəsinin sol yarsının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər oldiqları üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. İşdə olan Şəmkir RİHB–nin Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 05 mart 2024–cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən qəbirsanlıqda qohumu Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq ona başın tüklü hissəsində ənsə nahiyəsinin cuzi şişkinlik fonunda qançırı, alın nahiyəsinin sol yarısının sıyrığı və sağ gözaltı nahiyənin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə sozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73–2 və 74–1–ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki sadələşdirilmiş icraat materialı üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar