Məhkəmə qərarları › İş №1(076)-133/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-133/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-133/2025 10.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan, tərəfimdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 09 radələrində Şəmkir rayonu, Sabirkənd kəndində Şəmkir rayon sakini Zərərçəkmiş şəxs ilə birlikdə günəmuzd fəhləlik edərək, həmin gün tanış olduqları Şahid məxsus ot bağlamalarını sonuncunun “Kamaz” markalı yük maşınına yığan zaman aralarında işin ləng görülməsi səbəbindən baş vermiş sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər işlədərək onu təhqir etməsinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifətinin sol nahiyəsinə bir dəfə vuraraq ona boyunun ön səthinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan, həmçinin sol yanağın şişkinlik və qançırı ilə müşayiət olunan alt çənə sümüyünün sol hissəsinin sınığı ilə müşayiət olunan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki, psixi xəstəlikdən əziyyət çəkir və bununla əlaqədar Qazax rayon Psixiatriya xəstəxanasında müalicə almışdır. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, Zərərçəkmiş şəxs ilə 19 iyun 2024-cü il tarixdə tanış olmuşdur. Belə ki, o, həmin tarixdə Tovuz rayonu, Aşağı Əyyublu kəndinə fəhlələrin toplaşdıqları yerdə olan zaman Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Orada olan zaman sonradan ad və soyadının ona Şahid kimi olması məlum olan şəxs onlara yaxınlaşaraq yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində heyvandarlıq təsərüfatı ilə məşğul olmasını, bu səbəbdən də o, öz həyətanı sahəsində saxladığı iribuynuzlu heyvanlarına hər il yay mövsümündə ot bağlamaları almasını bildirərək, Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsində 80 (səksən) ədəd ot bağlamalarının olmasını, həmin ot bağlamalarını ona məxsus “Kamaz” markalı yük avtomobilinin yük hissəsinə yığıb yaşadığı evin həyətinə boşaltmağını onlara deyərək, bu işin qarşılığında nə qədər məbləğdə pul alacaqlarını onlardan soruşmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxs ilə birlikdə Şahid hər bir ot bağlamasını 0,40 manata razılaşaraq Zərərçəkmiş şəxs ilə birlikdə hər üçü Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsinə gəlmişlər. Orada Şahid özünə məxsus “Kamaz” markalı avtomobildə oturmuşdur. O, Zərərçəkmiş şəxs ilə ot bağlamalarını Şahid məxsus “Kamaz” markalı yük avtomobilinin yük hissəsinə yığmağa başlamışlar. Orada Zərərçəkmiş şəxs yerdən ot bağlamalarını “Kamaz” markalı yük avtomobilinin yük hissəsinə qaldırırmış, o, isə Zərərçəkmiş şəxs verdiyi ot bağlamalarını ondan götürərək, həmin yük avtomobilinin yük hissəsinə sıra ilə yığırmış. lakin həmin vaxt o, Zərərçəkmiş şəxs çox zəif işləməyini bildirərək, ondan ot bağlamalarını tez-tez avtomobilin yük hissəsinə yığmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt onun sözünə əsəbləşərək, kim zəif işləyirsə ona nəhlət ifadəsini, eləcədə təhqir edici ifadələr işlətmişdir. Həmin tarixdə, saat 09 radələrində 80 (səksən) ədəd ot bağlamalarını yığıb qurtardıqdan sonra o, avtomobilin yük hissəsindən yerə düşüb Zərərçəkmiş şəxs yaxınlaşaraq onu nə səbəbə təhqir etməyini soruşmuşdur. Ancaq həmin vaxt Zərərçəkmiş şəxs onu təhqir etməməyini, kim zəif işləyirsə onun ünvanına həmin təhqir edici ifadələri işlətməyini demişdir. Lakin həmin vaxt o, əsəbi olduğu üçün Zərərçəkmiş şəxs inanmayaraq yumruq zərbəsi ilə bir dəfə onun sol çənə nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra onun Zərərçəkmiş şəxs vurmağını görən “Kamaz” markalı yük avtomobilinin sahibi Şahid onlara yaxınlaşaraq onu Zərərçəkmiş şəxs aralaşdırmışdır. Daha sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş dava-dalaş hadisəsi ilə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 19 iyun 2024-cü il tarixdə, saat 09 radələrində Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən ot sahəsində o, Zərərçəkmiş şəxs sol çənə nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirən zaman hadisənin baş verdiyi yerdə “Kamaz” markalı yük avtomobilinin sahibi Şahid olmasını və Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsinin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi fəhləlik edərək, gəlirini əldə edir. Subaydır 1 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ilə 19 iyun 2024-cü il tarixdə tanış olmuşdur. O, həmin tarixdə Tovuz rayonu, Aşağı Əyyublu kəndinə fəhlələrin toplaşdıqları yerdə olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Orada olan zaman sonradan ad və soyadının Şahid kimi olması məlum olan şəxs ona və Təqsirləndirilən şəxs yaxınlaşaraq yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində heyvandarlıq təsərüfatı ilə məşğul olmasını, bu səbəbdən də o, öz həyətanı sahəsində saxladığı iribuynuzlu heyvanlarına hər il yay mövsümündə ot bağlamaları almasını bildirərək, Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsində 80 (səksən) ədəd ot bağlamalarının olmasını, həmin ot bağlamalarını ona məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yığıb yaşadığı evin həyətinə boşaltmağını onlara deyərək, bu işin qarşılığında nə qədər məbləğdə pul alacaqlarını onlardan soruşmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə birlikdə Şahid hər bir ot bağlamasını 0,40 manata razılaşaraq Təqsirləndirilən şəxs ilə birlikdə hər üçü Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsinə gəlmişlər. Orada Şahid özünə məxsus “Kamaz” markalı yük avtomobildə oturmuşdur. O, Təqsirləndirilən şəxs ilə ot bağlamalarını Şahid məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yığmağa başlamışlar. Belə ki, orada o, yerdən həmin ot bağlamalarını “Kamaz” markalı avtomobilin yük hissəsinə qaldırırmış, Təqsirləndirilən şəxs isə onun verdiyi ot bağlamalarını ondan götürərək, həmin yük avtomobilinin yük hissəsinə sıra ilə yığırmış. lakin həmin vaxt Təqsirləndirilən şəxs ona çox zəif işləməyini bildirərək, ondan ot bağlamalarını tez-tez avtomobilin yük hissəsinə yığmağını bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs sözünə əsəbləşərək, kim zəif işləyirsə ona nəhlət ifadəsini, eləcədə təhqir edici ifadələr işlətmişdir. Həmin tarixdə, saat 09 radələrində 80 (səksən) ədəd ot bağlamalarını yığıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin yük hissəsindən yerə düşüb ona yaxınlaşaraq onu təhqir etməyini bildirmişdir. Ancaq o, həmin vaxt Təqsirləndirilən şəxs onu təhqir etməməyini, kim zəif işləyirsə onun ünvanına həmin təhqir edici ifadələri işlətməyini demişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs ona inanmayaraq yumruq zərbəsi ilə bir dəfə onun sol çənə nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu vurmasını görən “Kamaz” markalı yük avtomobilinin sahibi Şahid onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs ondan aralaşdırmışdır. Sonradan o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş dava-dalaş hadisəsi ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 19 iyun 2024-cü il tarixdə, saat 09 radələrində Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən ot sahəsində Təqsirləndirilən şəxs onun sol çənə nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirən zaman hadisənin baş verdiyi yerdə “Kamaz” markalı yük avtomobilinin sahibi Şahid olmasını və Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Sabirkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə 19 iyun 2024-cü il tarixdə tanış olmuşdur. Belə ki, o, yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində heyvandarlıq təsərüfatı ilə məşğul olur. Bu səbəbdən də o, öz həyətanı sahəsində saxladığı iribuynuzlu heyvanlarına hər il yay mövsümündə ot bağlamaları alır. 19 iyun 2024-cü il tarixdə Şəmkir şəhərindən yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən fərdi yaşayış evinə gedən zaman yaşadığı kənd ərazisində tanımadığı şəxsə məxsus torpaq sahəsində ot bağlamalarını olmasını və həmin ot bağlamalarının yanında bir nəfər şəxsin dayanmasını görmüşdür. Həmin vaxt o, ot sahəsində dayanan şəxsə yaxınlaşaraq ot bağlamalarının satlıq olub-olmamasını soruşan zaman həmin şəxs ona 80 (səksən) ədəd ot bağlamalarının özünə məxsus olmasını və eləcədə satlıq olmasını bildirmişdir. O, da tanımadığı həmin şəxs ilə ot bağlamalarının hamısını 100 (yüz) manat razılaşaraq həmin şəxsə 100 (yüz) manat pulu nəğd olaraq vermişdir. Daha sonra o, aldığı 80 (səksən) ədəd ot bağlamalarını özünə məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yığmaq üçün Tovuz rayonu, Aşağı Əyyublu kəndinə fəhlələrin toplaşdıqları yerə getmişdir. Həmin vaxt orada adları sonradan ona Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kimi məlum olan şəxslərə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsində ona məxsus “Kamaz” markalı yük avtomobilinə ot bağlamalarını yığıb boşaltmağı bildirərək, hər bir ot bağlamasını 0,40 manata razılaşaraq onlarla birgə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində yerləşən torpaq sahəsinə gəlmişlər. Orada o, özünə məxsus “Kamaz” markalı yük avtomobilində oturmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ot bağlamalarını ona məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yığmağa başlamışlar. O, da idarə etdiyi həmin “Kamaz” markalı yük avtomobilini aşağı surətlə irəliyə doğru hərəkət etdirirmiş ki, sahə ərazisində olan bütün ot bağlamalarını avtomobilin yük hissəsinə yığsınlar. Daha sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin ot bağlamalarını ona məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yığdıqdan sonra onlar arasına dava-dalaş hadisəsinin olmasını gördüyü üçün o, idarə etdiyi avtomobildən düşüb onlara yaxınlaşmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. O, dərhal onlara yaxınlaşıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralaşdırmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs biri-biriləri ilə barışmalarını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ona məxsus “Kamaz” markalı avtomobilin yük hissəsinə yöğdıqları 80 (səksən) ədəd ot bağlamalarını onun yaşadığı evin həyətyanı sahəsinə boşaltmışlar. O, da onların bu işin qarşılığında əmək haqlarını verib Tovuz rayonu, Aşşağı Əyyublu kəndinə qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən yumruqla vurması səbəbindən Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş dava-dalaş hadisəsi ilə bağlı bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə edərək dalaşdıqları, Şəmkir rayonu Sabirkənd kəndində yerləşən çöl sahəyə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 24 iyun 2024-cü il tarixli 561 nömrəli ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sol yanağın şişkinlik və qançırı ilə müşayət olunan alt çənə sümüyünün sol hissəsinin sınığı və boyunun ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 iyun 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol yanağın şişkinlik və qançırı ilə müşayət olunan alt çənə sümüyünün sol hissəsinin sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, boyunun ön səthinin qançırı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə xitam verilmiş və məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli ittiham elan edilməsi olan şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. 21 dekabr 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saat 21 dekabr 2024-cü il tarixdə saat 19:10-da həmin qərarla tanış olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 24 dekabr 2024-cü il tarixli, 950 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs keçirdiyi POSTRAVMATİK STRESS POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F43.1 xəstəliyi müaliyim ifadəli olması səbəbindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs Hacıyev X2 Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli 250 s nömrəli Sərəncamı ilə “ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 24 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməədən öz qüvvəsində saxlanılmışdır. Tovuz RİHB–nin Bozalqanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Tovuz Rayon Mərkəzi X5 Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci ildə Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ-ın Poliklinika şöbəsinin həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. xx.xx.2022-ci ildən Psixiatr qeydiyyatda dayanır. D-z: F43.1 Postravmatik stress pozuntusu. F44.0 Dissosiativ anemziya.F62.0 Fəlakət travması nəticəsində şəxsiyyət pozuntusu. F0.63 Depressiv daxil olmalarla. Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və onun heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təsdiq edilərək tam sübuta yetirilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlnunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlnunun barəsində Tovuz rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. 22.2-ci maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), Vətən Müharibəsi iştirakçısı olmasını, həmçinin onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1ci maddəsinin təsiri altına düşməsini, yəni cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi (CM 59.1.9) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin əməllində CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edilməsini dəha məqsədəuyğun hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən islah işləri cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 saat vaxt sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil X3 102 (yüz iki) manat məbləğində pul ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (yüz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 381 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə tutulduğu 01 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (yüz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar