Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-134/2023 23.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 117 manat sabit pul məbləğində aliment alınaraq Qasımova (Quliyeva) Günel Firudin qızına ödənilməsinə dair verilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3063 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Qasımova (Quliyeva) Günel Firudin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda rəsmi iş yeri yoxdur. O, Zərərçəkmiş şəxs ilə faktiki olaraq 2010-cu ildə evlənmiş, nikahları sonradan rəsmiləşdirilmişdir. Qasımova (Quliyeva) Günel Firudin qızı ilə olan nikahlarından bir övladları olmuşdur. 2015ci ildə ayrılmışlar və nikahları ləğv edilmişdir. Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4833/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan hər ay bir uşağın yetkinlik yaşına çatana kimi 117 manat sabit pul məbləğində aliment tutularaq Qasımova (Quliyeva) Günel Firudin qızına verilməsi qət edilmişdir. Əvvəllər aliment borcunu ödəmiş, lakin Zərərçəkmiş şəxs uşağı 2022-ci ilin yanvar ayından sonra ona göstərmir. Bu barədə Qaradağ rayon məhkəməsində uşağın ananın himayəsindən alınıb onun himayəsinə verilməsinə dair iddia qaldırmışdır. Hal-hazırda 3063 manat borcu tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, cinayət məsuliyyətindən azad edilərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifdəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs Qasımova (Quliyeva) Günel Firudin qızının ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda M-line Logistics MMC-də qeydiyyat işçisi kimi işləyir və buna görə 300 manat əməkhaqqı alır. Maddi imkanı çox pisdir, aylıq gəliri uşağının maddi ehtiyaclarını ödəmir. O, Təqsirləndirilən şəxs ilə faktiki olaraq evlənmiş və nikahları sonradan rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından bir övladları olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və azyaşlı övladına baxmamışdır. Bu səbəbdən 2015-ci ildə ayrılmışlar və nikahları ləğv edilmişdir. Aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs hər ay bir uşağın yetkinlik yaşına çatana kimi 117 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, ölkədən getmək hüququ Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 3063 manat borcunu ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən 3063 manat ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay bir uşağın yetkinlik yaşına çatana kimi 117 manat sabit pul məbləğində aliment tutularaq Qasımova (Quliyeva) Günel Firudin qızına verilməlidir. Göstərilən icra vərəqəsi üzrə xx.xx.2016-cı il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs izahatı alınmış, icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 3(076)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-362/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhdudlaşdırılmışdır. Bundan sonra inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, borcunu ödəməmişdir. Sonradan tələbkar Qasımova (Quliyeva) Günel Firudin qızı xx.xx.2022-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs olan 3063 manat aliment borcunu qərəzli olaraq ödəmədiyinə görə borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqdimat verilən tarixə, yəni xx.xx.2022-ci il tarixə kimi yaranmış 3063 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci məddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məqsədə müvafiq hesab olunur. Məhkəmə iclası zamanı şahid qismındə dindirilmiş Şəmkir rayon İcra və probasiya şöbəsinin X7 ifadəsində iş yoldaşı Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin qərəzli olaraq icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs sabit pul məbləğində 117 manat alimentin tutularaq, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment Qasımova (Quliyeva) Günel Firudin qızına verilməlidir. Şəmkir rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2016-cı il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-4833/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(076)-362/2022 saylı qərarından görünür ki, həmin qərarla Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(002)-4833/2016 saylı icra sənədi üzrə 28 iyul 2011-ci il təvəllüdlü Aylin adlı uşağın saxlanması üçün aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 24 fevral 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs borclu olduğu icra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olduğu vaxtdan xx.xx.2022-ci il tarixədək təyin olunmuş alimenti qeyri-müntəzəm ödəmiş və qalıq 3063 manat borcunu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş teleqramdan və icra və probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, təqsirləndirilən şəxs borcunu tam ödəmişdir. Bununla da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Qasımova (Quliyeva) Günel Firudin qızına dəymiş ziyanı ödəməsi və bununla da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili X2 məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 17 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 102 (yüz iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-134/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-134/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver