Məhkəmə qərarları › İş №1(076)-134/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-134/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-134/2024 24.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə 12 avqust 1993–cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 mart 2024–cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri–rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə sifət nahiyəsindən vuraraq və saçından tutub dartaraq ona başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin qançırları, sol gözaltı nahiyənin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qeyri– rəsmi münasibətləri vardır. 02 mart 2024–cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sərxoş halda gəlmiş, bu vaxt Leyla onu sorğu–suala tutmuş və sərxoş vəziyyətdə evə gəlməsinə irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək əli ilə Leylanın sifət nahiyəsindən vurmuş, həmçinin saçından tutub dartmışdır. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 mart 2024–cü il tarixdə saat 21 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olarkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmişdir. Bu zaman Əliyə içkili vəziyyətdə onun evinə gəlməməsini demiş, Əli isə “yaxşı edib içmişəm” – deyərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, telefonu götürərək DİN–in 102 xidmətinə zəng etmək istəmiş, lakin Əli onun əlindən vurmuş və telefon yerə düşmüşdür. Bundan sonra Əli Təqsirləndirilən şəxs ilə onun sifət nahiyəsindən vurmuş, həmçinin saçından tutaraq başına vurmuşdur. Sonradan bu barədə DİN–in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin xx.xx.2024– cü il tarixli 206 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin qançırları, sol gözaltı nahiyənin dərialtı hematoması küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri 02 mart 2024–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol gözaltı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin qançırları isə sağlamlığıa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB–nin Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 mart 2024–cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeyri–rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə sifət nahiyəsindən vuraraq və saçından tutub dartaraq ona başın tüklü hissəsində sol gicgah və ənsə nahiyəsinin qançırları, sol gözaltı nahiyənin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməklə, onunla barışdığını və sonuncudan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı aradan qaldırdığını bildirmiş və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qızı zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 9 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar