Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-135/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Sarıcalı Ə/D Məzrə kəndində qeydiyyatda olan və Biləsuvar rayonu, 11 saylı qəsəbə, 108 saylı evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 09 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 5 ədəd, hər biri 160 (bir yüz altmış) manat dəyərində “Redmi 10C” markalı mobil telefonlar, 2 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində “Ktel” markalı mobil telefonlar, 1 ədəd 60 (altmış) manat dəyərində “Samsunq S3” markalı mobil telefon, 1 ədəd 140 (bir yüz qırx) manat dəyərində 1 ədəd “Samsunq” markalı, RF311 modelli notebook, 1 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində “Philips” markalı elektrik üzqırxan maşın, 2 ədəd, hər biri 20 (iyirmi) manat dəyərində “Kemei” markalı elektrik üzqırxan maşınlar, həmin tarixə olan məzənnə ilə 170 (bir yüz yetmiş) manat dəyərində təşkil edən 100 (bir yüz) ABŞ dolları, həmin tarixə olan məzənnə ilə 166 (bir yüz altmış altı) manat dəyərində 100 (bir yüz) Avro və 1350 (bir min üç yüz əlli) manat nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2916 (iki min doqquz yüz on altı) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 22 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 300 manat nəğd pul, bir ədəd 140 (bir yüz qırx) manat dəyərində “Casper” markalı notebook, 1 ədəd 80 (səksən) manat dəyərində “Hiwatch” markalı müşahidə kamerasının aparatı, 200 ədəd, hər biri 4 mmat 10 qəpik dəyərində “Sobranie” markalı siqaretlər, 180 ədəd, hər biri 3 manat 80 qəpik dəyərində “Kent” markalı siqaretlər, 140 ədəd, hər biri 3 manat 20 qəpik dəyərində “LD” markalı siqaretlər, 130 ədəd, hər biri 3 manat 60 qəpik uəyənndə “Winston” markalı siqaretləri oğurlayaraq Zərərçəkmiş şəxs1 Haf z oğluna ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə 27 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 sığorta agenti kimi fəaliyyət göstərdiyi ofisə qapını sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində “HP” markalı, HP 630 modelli notebooku oğurlayaraq Zərərçəkmiş şəxs3 180 (bir yüz səksən) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2-3-cü maddələri ilə məhkum olunmuş və 17 sentyabr 2022-ci il tarixdə cəza çəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Həbsdən çıxandan sonra Şəmkir rayonuna gələrək çay evlərində qəlyançı işi axtarmış, ancaq iş tapa bilmədiyi üçün Bakı şəhərinə qayıtmışdır. Ondan sonra mağazalardan oğurluq etmək qərarına gəlmiş və buna görə 08 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonuna qayıtmışdır. 09 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən telefon mağazasına yaxınlaşmış, mağazanın giriş qapısının aşağı plastik hissəsini qırıb qopartmış və oradan mağazaya daxil olmuşdur. Mağazada şkaflarda olan 2 (iki) ədəd “Redmi 10C” markalı mobil telefonları, 2 (iki) ədəd markasını bilmədiyi telefon saatları, təxminən 300-350 manat pul və 1 (bir) ədəd “Samsunq” markalı “notebook” kompüteri götürmüş, bundan mağazadan çıxıb getmiş, həmin günü Bakı şəhərinə qayıtmışdır. Həmin mağazadan oğurladığı pulu özü üçün gündəlik ehtiyaclarına xərcləmiş, oğurladığı 2 ədəd telefon saatlarını Bakı şəhərində tanımadığı şəxsə satmış, oğurladığı “Redmi 10C” markalı mobil telefonlardan birini oğurluqdan bir neçə gün sonra əsəbləşdiyi üçün sındırıb tullamış, digər “Redmi 10C” markalı mobil telefon və “Samsunq” markalı “notebook” kompüter isə Biləsuvar rayonunda yaşadığı evə qoymuşdur. Lakin o Zərərçəkmiş şəxs2 ittihamda göstərilən məbləğdə ziyan vurmamışdır, bu hissədə hesab edir ki, ziyan məbləği şişirdilmişdir və bu hissədə verilmiş ittihamla razı deyildir. O, 21 oktyabr 2022-ci il tarixdə yenə Şəmkir rayonuna gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində, aptekin qarşısında yerləşən mağazanın qapısını aralayıb əyərək oradan içəri daxil olmuş, mağzada satıcı oturan yerdən təxminən 200 (iki yüz) manat dəyərində 50 (əlli) qəpikləri, mağazanın anbarından müxtəlif markalı siqaretləri, mağazada masanın üzərində olan ağ rəngli, “Casper” markalı “notebook” kompüteri və mağazanın kamerasının yaddaş kartını çıxarıb götürmüş, bundan sonra mağazadan çıxaraq oradan uzaqlaşmış və həmin günü yenə Bakı şəhərinə qayıtmışdır. Həmin mağazadan oğurladığı təxminən 200 manat dəyərində qəpikləri öz ehtiyacları üçün xərcləmiş, oğurladığı müxtəlif markalı siqaretləri Bakı şəhərində tanımadığı şəxsə cəmi 1400 (bir min dörd yüz) manata sataraq həmin pulları da özü üçün xərcləmiş, mağazanın kamerasının yaddaş kartını oğurladıqdan sonra necə olduğunu bilməmişdir. Həmin mağazadan oğurladığı ağ rəngli, “Casper” markalı “notebook” kompüter isə Biləsuvar rayonunda yaşadığı evə qoymuşdur. 26 oktyabr 2022-ci il tarixdə yenidən Şəmkir rayonuna gəlmiş, 27 oktyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən sığorta şirkətinin ofisinin qarşısına gəlmiş, ofisin qapısını dəmirlə aralayıb içəri daxil olmuş və orada masanın üzərində olan “HP” markalı “notebook” götürüb oradan çıxıb getmişdir. Həmin ofisdən oğurladığı “notebook” kompüter Biləsuvar rayonunda yaşadığı evə qoymuşdur. 09 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən telefon mağazasından, 22 oktyabr 2022-ci il tarixdə həmin qəsəbədə yerləşən mağazadan və 27 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən sığorta şirkətinin ofisindən oğurluqları tək etmiş, həmin oğurluqlarda başqa heç kimin iştirakı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödədiyini və aralarında barışıq əldə olunduğunu bildirib onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsini tətbiq etməklə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən icarəsində olan mağazada mobil telefonların, telefon aksesuarlarının və eləcə də ətriyyat malların satışı ilə məşğul olur. Həmin obyektin bir hissəsi isə bərbərxana kimi işləyir. 08 oktyabr 2022-ci il tarixdə saat 22 radələrinə kimi mağazada olmuş və ondan sonra mağazanı bağlayıb evə getmişdir. 09 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində mağazaya gələn zaman mağazanın giriş qapısının aşağı hissəsinin qırıldığını görmüşdür. Mağazaya daxil olub baxdıqda içəridə olan əşyaların dağıdıldığını gördükdə oradan oğurluq olduğunu bilmiş və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Mağazada olan əşyalara baxaraq oradan pul, mobil telefonlar, telefon aksesuarları, üzqırxan maşınlar və notebook kompüterin oğurlandığını bilmişdir. Mağazadan hər biri 430 (dörd yüz otuz) manat dəyərində olan 5 ədəd “Redmi 10C” markalı az işlənmiş mobil telefonlar, hər biri 30 (otuz) manat dəyərində olan 2 ədəd təzə “Ktel” markalı mobil telefonlar, 2020-ci ildə 1700 manata aldığı “Samsung” markalı notebook kompüter, 1 ədəd 60 (altmış) manat dəyərində “Philips” markalı və 2 ədəd “lcemei” markalı təzə elektrik üzqırxan maşınlar, 9 il əvvəl 650 manata aldığı 1 ədəd Samsung S3 markalı mobil telefon, 1350 (bir min üç yüz əlli) manat, 100 (bir yüz) ABŞ dolları və 100 (bir yüz) avro pullar oğurlanmışdır. Mağazadan oğurlanmış əşyalar və pullar ona məxsusdur. Mağazadan oğurluq edən Təqsirləndirilən şəxs tanımır, onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən özlərinə məxsus mağazada ərzaq və digər gündəlik təlabat mallarının satışı ilə məşğul olur. 21 oktyabr 2022-ci il tarixdə saat 23:55 radələrində mağazanı bağlayıb yaşadıqları evə getmişdir. 22 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində atası Hafiz Əliyev ona zəng edərək mağazanın giriş qapısının açıq olduğunu və onun mağazaya gəlməsini demişdir. Dərhal mağazaya gəlmiş və mağazanın giriş qapısının kilidinin sındırıldığını, qapının açıq olduğunu görmüşdür. Mağazada kassada olan pullara və mallara baxdıqda kassadan 300 (üç yqz) manat pul, mağazada stolun üzərində olan 1 (bir) ədəd “Casper” markalı “notebook” kompüter, mağazada quraşdırılmış müşahidə kamerasnın yaddaş aparatı və mağazada satışda olan çoxlu sayda müxtəlif markalı siqaretlərin oğurlandığını bilmiş, bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verərək ərizə ilə müraciət etmişdir. Mağazada kassadan 300 manat pul, təxminən 300 (üç yüz) manat dəyərində 1 ədəd “Casper” markalı “notebook” kompüter, mağazada quraşdırılmış “Hiwatch” markalı müşahidə kamerasının 350 (üç yüz əlli) manat dəyərində aparatı, ümumi 2600 (iki min altı yüz) manat dəyərində olan 200 qutu “sobranie” markalı, 180 qutu “kent” markalı, 140 qutu “LD” markalı və 130 qutu “vinston” markalı siqaretlər oğurlanmış, nəticədə ona ümumilikdə təxminən 3550 (üç min beş yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Mağazadan oğurlanmış əşyalar və pul ona məxsusdur. Mağazadan oğurluq edən Təqsirləndirilən şəxs tanıyır, ancaq onunla şəxsi münasibəti və ya ədavəti olmamışdır. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən özünə məxsus ofisdə sığorta agenti kimi fəaliyyət göstərir. Hər gün səhər saat 09:00-dan saat 18:00 radələrinə kimi ofisdə olur. 26 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ofisi bağlayıb getmişdir. 27 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində ofisə gələn zaman plastik giriş qapının içəri basılıb əyilmiş vəziyyətdə olduğunu görmüş, içəri keçib əşyalara baxan zaman ofisdə stolun üzərində olan özünə məxsus “HP” markalı notebook kompüterin orada olmadığını aşkar etmiş və həmin kompüterin oğurlandığını başa düşmüşdür. Bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Həmin kompüteri təxminən 1 il əvvəl işlənmiş vəziyyətdə 500 (beş yüz) manata almış, oğurluq nəticəsində ona həmin məbləğdə maddi ziyan dəymişdir. Oğurluq edən Təqsirləndirilən şəxs tanımır. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmamasını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş, məhkəməyə teleqram vuraraq səhəti ilə bağlı məhkəmə iclasına gələb bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən, məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və bir ünvanda yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün 2020-ci ildə tutulmuş və 17 sentyabr 2022-ci ildə azadlığa buraxılmışdır. Mirpaşa azadlığa çıxandan sonra bir müddət yaşadıqları evə gəlməmiş, onun haralarda olduğunu bilməmişdir. 14 oktyabr 2022ci il tarixdə Mirpaşa yaşadıqları evə gəlmiş və 3-4 gün qalandan sonra iş axtarmaq adı ilə çıxıb getmişdir. 04 oktyabr 2022-ci il tarixdə oğlu Mirpaşa yenə evə gələn zaman özü ilə 3 (üç) ədəd notebook kompüterlər və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon gətirmişdir. Mirpaşadan həmin əşyaları haradan aldığını soruşduqda o, həmin əşyaları iş yerindən gətirdiyini demişdir. 05 oktyabr 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs Şəmkir rayonunda oğurluq etdiyi üçün tutulduğunu eşitmişdir. Ondan sonra bilmişdir ki, Mirpaşanın yaşadıqları evə gətirdiyi 3 (üç) ədəd notebook kompüterləri və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu Şəmkir rayonunda mağazalardan oğurlayıbdır. Həmin əşyaları istintaqa təqdim etmək istədiyini bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs həmin əşyaları Şəmkir rayonunda hansı mağazalardan və hansı vaxtlarda oğurladığı barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. 09 oktyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Elçin Əsgərov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus mağazaya baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. 22 oktyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Zərərçəkmiş şəxs1 məxsus mağazaya baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. 27 oktyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Zərərçəkmiş şəxs3 məxsus mağazaya baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Kriminalistik Tədqiqat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Kriminalistik Tədqiqat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 işlətdiyi ərzaq mağazasından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Kriminalistik Tədqiqat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Zərərçəkmiş şəxs3 işlətdiyi ərzaq mağazasından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nə gətirilmiş, Bilacivar rayon Cəbrayıl qəsəbəsində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə Şəmkir RPŞ-nin NH-də baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs boğaz nahiyyəsində köhnədən kəsilmiş yara izləri, aşkar olunmuşdur. Ondan bu xəsarətləri hardan aldığını soruşduqda bildirmişdir ki, tutulmazdan əvvəl yaşadığı evdə özü özünə bu xəsarəti yetirmişdir. Bundan başqa onun cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd Vinston siqareti və 11 manat aşkar olunmuşdur. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəmkir RPŞ-nin İstintaq Bölməsinin icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar Cəbrayıl rayon Məzrə kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü, hazırda Biləsuvar rayonu 11 saylı qəsəbə ev 108-də yaşayan Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində saxlanılaraq Cəbrayıl RPŞ-nə gətirilmiş və həmin gün saat 16:00-da şöbəmizə ezam olunmuş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 və İTB-nin sahənin polis nəfəri, polis serjantı X4 təhvil verilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cəbrayıl RPŞ-nin CAB-nin rəisi, polis kapitanı X1, NH-nin məsul növbətçi əvəzi, polis leytenantı X12, RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı X9, RPŞ- nin MSY-nin mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı X10, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 və İTB-nin sahənin polis nəfəri, polis serjantı X5 və Cəbrayıl rayon Məzrə kənd sakini, hazırda Biləsuvar rayonu 11 saylı qəsəbə ev 108-də yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edirəm aktı ondan ötrü ki, Şəmkir RPŞ-nin 0121 tarixli 0111 nömrəli məktubu ilə əlaqədar Cəbrayıl rayon Məzrə kənd sakini, xx.xx.1995-ci il təvəllüdlü, hazırda Biləsuvar rayonu 11 saylı qəsəbə ev 108-də yaşayan Təqsirləndirilən şəxs Nabi oğlu 05 noyabr 2022-ci il tarixdə saat 11 radələrində 3 saylı qəsəbə ərazisində saxlanılaraq Cəbrayıl RPŞ-nə gətirildi. Təqsirləndirilən şəxs şöbəyə gətirilən zaman onun boyun (sol ve sağ tərəflərdə) nahiyəsində cızıqlar aşkar olundu, Təqsirləndirilən şəxs boynundakı cızıqların yaranma səbəbini soruşduqda o, ailə üzvləri ilə yaranmış problemlərlə əlaqədar yaşadığı ünvanda ozu etdiyini bildirdi. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan mahiyyət üzrə Təqsirləndirilən şəxs izahat və ərizə qəbul olundu. Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 15:30-da Cəbrayıl RPŞ-nin inzibati binasında Şəmkir RPŞnin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 və İTB-nin sahənin polis nəfəri, polis serjanti X4 təhvil verildi. Bununla əlaqədar olaraq akt tərtib edildi. Akt iştirakçılara ucadan oxundu. Aktın tərtibində iştirak edənlərdən yazıla biləcək heç bir düzəliş və təklif olunmadı. Eləcə də, aktın tərtib olunması ilə əlaqədar heç bir etiraz və şikayət daxil olmadı. 05 noyabr 2022-ci il tarixdə saat 21:40 dəqiqədə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. 07 noyabr 2922-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün, zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutlar və.s. sənədlərlə sübuta yetirildiyinə görə 07 noyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və 07 noyabr 2022-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 07 noyabr 2022-ci il tarixli 1348 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- bədən səthində aşkar edilmiş xəsarətlər- boyunun sağ yan səthinin (cəmi 25 ədəd) kəsilmiş səthi yaraları İTİ kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, rənmə müddətləri müayinədən 4-6 gün Əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqlar üçün ağırlıq dərəcələri təyin edilmir. İstintaq zamanı Şahid tərəfindən təqdim edimiş 01 ədəd “Samsung” markalı notebook kompüter, 01 ədəd “Casper” markalı notebook kompüter, 01 ədəd “hp” markalı notebook kompüter və 1 ədəd “Redmi” markalı mobil telefon tərəfimdən 08 noyabr 2022-ci il tarixli qərar əsasında baxış keçirilməklə götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs2 16 noyabr 2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək ona dəymiş maddi zaiyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 18 noyabr 2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək ona dəymiş maddi zaiyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 25 noyabr 2022-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək ona dəymiş maddi zaiyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Biləsuvar Rayon Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il trixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Biləsuvar Rayon Mərkəzi X7 şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il trixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. 10 dekabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazadan, 22 oktyabr 2022-ci il tarixdə Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan və 27 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus mağazadan oğurluq etdiyini heç kim görməmiş, həmin cinayət hadisəsində digər şəxslərin iştirakının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan həmin mağazalardan oğurladığı əşyalardan 01 ədəd “Sam: ıng” markalı notebook kompüter, 01 ədəd “Casper” markalı notebook kompute”, 01 ədəd “hp” markalı notebook kompüter və 1 ədəd “Redmi” markalı mobil telefonu Biləsuvar rayonunda yaşadığı evə apararaq orada saxlamış, oğurladığı digər əşyaların və pulların isə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Daxili İşlər Nazirliyini BƏSİİ tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 04 mart 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.3, 323.1, 228.1 və 331.2-ci maddələri ilə təqsirli bilinərərk 07 ay müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilməklə 17 sentyabr 2022-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Şəmkir rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə 02 (iki) ay müddətinə, yəni 05 fevral 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixə kimi uzadılmışdır. 01 mart 20223-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi cbar.az saytına baxış keçirilmişdir. Həmin sayıtda verilmiş rəsmi məlumatlara əsasən 07 oktyabr 2022-ci il tarixə 1 ABŞ dollarının 1,70 Azərbaycan manatı dəyərində və 1 avronun isə 1,66 Azərbaycan manatı dəyərində olduğu müəyyən edilmişdir. Bu barədə çap edilmiş məlumat cinayət işinin materiallarına əlavə edilmişdir. 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama dəyişikliklər edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 27 mart 2023-cü il tarixli 9/1828 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş mallar: istifadə olunmuş “Redmi” markalı, 22033QAG (10C) modelli mobil telefon qiyməti 160 manat, “Samsung” markalı, RF311 modelli notebook 140 manat, ağ rəngli “Casper” markalı notebook 140 manat, “HP” markalı, JP630 modelli notebook 180 manat olmaqla, cəmi 620 manat, təqdim edilməyən mallar: “Hiwatch” markalı müşahidə kamerasının aparatı 80 manat, “Sobranie” markalı siqaretin bir ədədinin qiyməti 4,1 manat olmaqla 200 ədədinin ümumi qiyməti 820 manat, “Kent” markalı siqaretin bir ədədinin qiyməti 3,8 manat olmaqla 180 ədədinin ümumi qiyməti 684 manat, “LD” markalı siqaretin bir ədədinin qiyməti 3,2 manat olmaqla 140 ədədinin ümumi qiyməti 448 manat, “Winston” markalı siqaretin bir ədədinin qiyməti 3,6 manat olmaqla 130 ədədinin ümumi qiyməti 468 manat, “Redmi 10C” markalı işlənmiş mobil telefonun bir ədədinin qiyməti 160 manat olmaqla 4 ədədinin ümumi qiyməti 640 manat, “Ktel” markalı təzə mobil telefonun bir ədədinin qiyməti 25 manat olmaqla 2 ədədinin ümumi qiyməti 50 manat, “Philips” markalı təzə elektrik üzqırxan maşının qiyməti 120 manat, “Kemei” markalı təzə elktrik maşınların 1 ədədinin qiyməti 20 manat olmaqla 2 ədədinin ümumi qiyməti 40 manat, 9 il əvvəl alınaraq istifadə olunmuş “Samsung S3” markalı mobil telefonun qiyməti 60 manat olmaqla 3410 manat, ümumilikdə isə 4030 (dörd min otuz)manat müəyyən edilir. İş üzrə “Redmi” markalı, 22033QAG (10C) modelli mobil telefon, “Samsung” markalı, RF311 modelli notebook, “Casper” markalı notebook və “HP” markalı, JP630 modelli notebook tərəfimdən 27 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ittihamda göstərilən məbləğdə ziyan vurmaması, ziyan məbləğinin şişirdilməsi, bu hissədə verilmiş ittihamla razı olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, zərərməkmiş şəxslərin ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər tam ödəmiş, aralarında barışıq əldə olunmuş, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişlər ki, bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməklə ona verilmiş ittihamda göstərilən əşyaları oğurlamasını və ziyan məbləğlərini dolayısı ilə etiraf edir. Odur ki, təqsirləndirlən şəxsin törətdiyi cinayət əməlini oğurlanmış əmlakların sayına və dəyərinə münasibətdə tam olaraq etiraf etməməsi və buna görə də əsassız dəlillər gətirməsi özünün müdafiəsinə yönəlmişdir, heç bir fakta və sübuta əsaslanmır. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əməli yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona nisbətən aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 05 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- “Redmi” markalı, 22033QAG (10C) modelli mobil telefon, “Samsung” markalı, RF311 modelli notebook, “Casper” markalı notebook və “HP” markalı, JP630 ınodelli notebook qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərci olaraq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- “Redmi” markalı, 22033QAG (10C) modelli mobil telefon, “Samsung” markalı, RF311 modelli notebook, “Casper” markalı notebook və “HP” markalı, JP630 ınodelli notebook qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-135/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-135/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver