Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-136/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayon, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayon, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində piyada hərəkətdə olduğu zaman yerdən tapdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə yaşadığı qəsəbə ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə, saat 16:50 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən üstü yoxlanarkən əynində olan qış gödəkçəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd polietilen torbacıqda ümumi təmiz çəkisi 6,68 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, evliyəm, himayəsində 3 azyaşlı övladı var. Rəsmi iş yeri yoxdur, fərdi olaraq iş olduqda günəmuzd fəhləlik edərək ailəsini dolandırır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir, narkotik vasitənin marixuana növündən istifadə edir, başqa növündən istifadə etmir. 17 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən yerdə şəffaf rəngli sellofan torbacıqda nəşə deyilən marixuanaya bənzər qurudulmuş vəziyyətdə olan kütlə görmüş və həmin sellofan diqqətini çəkmiş, götürüb içərisinə daha dəqiq baxıb iyləyən zaman kütlənin marixuana olmasını bilmişdir. O, da narkotik vasitə istifadəçisi olduğundan marixuananı öz şəxsi istifadəsi üçün cibinə qoyub özündə saxlamış, bu barədə isə heç kimə deməmişdir. Həmin narkotik vasitədən iki dəfə də istifadə etmişdir. 19 dekabr 2024cü il tarixdə yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyim üçün onu saxlamışlar, bundan sonra videoçəkiliş ilə üzərində yoxlanış aparılacağını demişlər və o, da həmin vaxt üzərində olan narkotik vasitə olan marixuananın onsuz da aşkar olunacağını düşündüyü üçün əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofan torbacıqda olan marixuananı çıxararaq polislərə vermiş, həmin marixuana sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, marixuananın sellofan qablaşdırma ilə birlikdə çəkisinin 7,49 qram olması müəyyən edilmişdir. Marixuanadan başqa onun üzərindən bir ədəd siqaret, bir ədəd alışqan, bir ədəd bank hesab kartı, bir ədəd cib dəsmalı və bir ədəd ödəniş qəbzi aşkar edilmiş və həmin əşyalar özünə qaytarılmışdır. Bundan sonra həmin marixuana qablaşdırılaraq götürülmüş və polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarımın müdafiəsi üçün vəkil tutmaq hüququmun olması izah edilərkən, maddi imkanının olmadığını bildirmiş, həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edimiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi seçərək, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir.Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, üzərindən aşkar edilərək, götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərimdən aşkar edilərək, götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan marixuananı heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan marixuananı 17 dekabr 2024-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində piyada hərəkətdə olan zaman yerdən tapmışdır, əgər lazım olarsa həmin yeri göstərə bilər. Törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində 3 azyaşlı uşaq olmasını, ailəni yeganə dolandıran şəxs olmasını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmət edirəm. Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs oğlunu xidməti işi ilə əlaqədar olaraq tanıyıram. Belə ki, 19 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid5 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şahid5 tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Şahid4 rəhbərliyi ilə Caviddən, ondan, Şəmkir rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2 və CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 16:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt onun tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı Şəmkir rayonu Çinarlı qəsəbəsində piyada hərəkətdə olan zaman yolun kənarında tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə Şahid5 tərəfindən sellofan qablaşdırma ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 7,49 qram olması müəyyən edilmiş, daha sonra həmin sellofann içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Maqna” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd cib dəsmalı, 1 ədəd “Kapital Bank”a aid hesab kartı, 1 ədəd ödəniş qəbzi aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdırı. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə Şahid5 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Musa Cəfərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs oğlunu xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Şahid4 rəhbərliyi ilə ondan, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2 və CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 16:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt əməliyyat müvəkkili Şahid3 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı Şəmkir rayonu Çinarlı qəsəbəsində piyada hərəkətdə olan zaman yolun kənarında tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə tərəfindən sellofan qablaşdırma ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 7,49 qram olması müəyyən edilmiş, daha sonra həmin sellofann içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Maqna” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd cib dəsmalı, 1 ədəd “Kapital Bank”a aid hesab kartı, 1 ədəd ödəniş qəbzi aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdırı. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞnin rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Musa Cəfərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs oğlunu xidməti işi ilə əlaqədar olaraq tanıyıram. Belə ki, 19 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid5 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şahid5 tərəfindən qəbul edilmiş qərara əsasən CAB-in rəisi Şahid4 rəhbərliyi ilə Caviddən, ondan, Şəmkir rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2 və CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 16:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt əməliyyat müvəkkili Şahid3 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı Şəmkir rayonu Çinarlı qəsəbəsində piyada hərəkətdə olan zaman yolun kənarında tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə Şahid5 tərəfindən sellofan qablaşdırma ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 7,49 qram olması müəyyən edilmiş, daha sonra həmin sellofann içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Maqna” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd cib dəsmalı, 1 ədəd “Kapital Bank”a aid hesab kartı, 1 ədəd ödəniş qəbzi aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdırı. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə Şahid5 götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Musa Cəfərova təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 19 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etdi. Həmin kütlə elektron tərəzidə çəkilən zaman sellofan büküm ilə birlikdə 7,49 qram təşkil etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd 1 (bir) Maqna markalı siqaret qutuüsu, 1 (bir) ədəd alışqan, 1 (bir) cib dəsmalı və 1 (bir) ədəd Kapital Banka aid plastik kart aşkar olundu. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırıldı, Azərbaycan Respublikası DİN-in "zərflər üçün 118 nömrəli" möhürü ilə möhürləndi, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün digər əşyalar özünə geri qaytarıldı. “Şübhəli şəxsi tutma haqqında” 19 dekabr 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 21 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X2 azad edilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə-bioloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 16/1129 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddə olan maixuanaya bənzər 1 sellofan bükümdə kütlə » yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd polietile torbacıqda təmiz çəkisi 6,68 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 6,68 qram tədqiqata sərf edildi-0,02 qr, qalıq – 6,66 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 25 dekabr 2024-cü il tarixli, 2025 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Şəmkir rayon Çinarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X3, xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəlldlü X5 adlı uşaqları vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində 3 nəfər az azyaşlı uşaqları olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 6,66 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 17 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın görə 147 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6.66 qram olan marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 17 saat hüquqi yardıma görə 147 (bir yüz qırx yeddi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-136/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-136/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver