Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-138/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X2, katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mümayəndəsi X5, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi atası X3, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, xx.xx.2007-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, şagird, subay natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3rəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 4 ünvanında yerləşən yaşayış binasının blokundan Zərərçəkmiş şəxs1 qızma məxsus 01 ədəd 70 (yetmiş) manat dəyərində “Stels” markalı və 01 ədəd 140 (bir yüz qırx) manat dəyərində “XTR GG” markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedləri gizli talayaraq zərərçəkmiş şəxsə məxsus 210 (iki yüz on) manat məbləğində əmlakı oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22 radələrində "xxxx" ASC-nin 8 saylı Regional Sukanal idarəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına pəncərədən qanunsuz daxil olaraq həmin binanın dəhlizində yerləşən "xxxx" MMC-yə məxsus İD-928 saylı “E- manat” ödəmə terminalının içərisində olan 240 (iki yüz qırx) manat nəğd pulu ələ keçirtmək məqsədilə kassa hissənin qapısını elektrik mişarı ilə kəsmək istədikdə, həmin hissə bərk metal materialından olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən buna nail ola bilməmiş, nəticədə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində ünvan 4 ünvanında yerləşən yaşayış binasının blokundan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 70 (yetmiş) manat dəyərində “Stels” markalı və 01 ədəd 140 (bir yüz qırx) manat dəyərində “XTR GG” markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedləri gizli talayaraq zərərçəkmiş şəxsə məxsus 210 (iki yüz on) manat məbləğində əmlakı oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM- nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22 radələrində "xxxx" ASC-nin 8 saylı Regional Sukanal idarəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına pəncərədən qanunsuz daxil olaraq həmin binanın dəhlizində yerləşən "xxxx" MMC- yə məxsus İD-928 saylı “E-manat” ödəmə terminalının içərisində olan 240 (iki yüz qırx) manat nəğd pulu ələ keçirtmək məqsədilə kassa hissənin qapısını elektrik mişarı ilə kəsmək istədikdə, həmin hissə bərk metal materialından olduğundan öz iradəsindən asılı olmayan səbəblərdən buna nail ola bilməmiş, nəticədə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mümayəndəsi X5 iştiraki ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, valideynləri ayrılmış və o, atası Pərvin Vəliyevin himayəsində böyümüşdür. 08 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində dostu Təqsirləndirilən şəxs3la birlikdə Şəmkir şəhərində gəzən vaxt Muradla öz aralarında hansısa binanın blokundan velosiped oğurlamaq barədə söhbət etmişlər. Şəmkir şəhərində “13-cü küçə”də dörd mərtəbəli binanın yanına gəldikdən sonra öz aralarında razılaşmışlar ki, Murad gedib binanın blokuna girib baxsın, əgər orada velosiped olarsa oğurlayıb gətirsin, o isə binanın yanında gözləsin, gələn olarsa ona xəbər etsin. Təxminən 4-5 dəqiqədən sonra Murad geri qayıtmış və özü ilə bir ədəd velosiped gətirmişdir. Murad gətirdiyi velosipedi ona vermiş və blokda olan ikinci velosipedi gətirməyə getmişdir. Murad 5-6 dəqiqədən sonra başqa bir velosipedlə qayıdıb gələrək velosipedlərin ikisini də bir blokdan oğurladığını demişdir. Muradın birinci oğurlayıb gətirdiyi velosiped böyük ölçülü, ikinci oğurladığı velosiped isə nisbətən kiçik ölçülü olmuşdur. Velosipedləri götürüb oradan uzaqlaşıb getmişlər. Oğurladıqları kiçik velosipedi sürə bilmədikləri üçün aparıb çörək zavodunun yaxınlığında yerləşən zibilliyin yanında gizlətmişlər. Böyük ölçülü velosipedi isə Muradla birlikdə sürmüşlər. Saat təxminən 01:30 radələrində Şəmkir şəhərində parkın yanında Muraddan ayrılıb evə getmiş, oğurladıqları böyük velosiped Muradda qalmışdır. Ondan sonra Muradı görməmişdir. Velosipedlərdən biri 24 ölçülü, qara rəngli və zolaqlı, digəri isə 20 ölçülü, göy rənglidir. Həmin velosipedlər istifadə edilmişdi, ancaq saz vəziyətdə olmuşlar. Velosipedləri oğurlayan zaman orada heç kim olmamış, onların velosiped oğurladıqlarını görən olmamışdır. Bundan başqa 02 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi parkda olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2la rastlaşmış, parkda oturub söhbət edən zaman Bəxtiyara yaxınlıqda olan Su idarəsində “E-manat” ödəniş terminalı olduğunu deyərək Su idarəsinə pəncərədən girərək terminalın alt hissəsini kəsib içərisində olan pulları götürmələrini təklif etmişdir. Bəxtiyar da onun təklifi ilə razılaşmışdır. Bəxtiyara onu Su idarəsinin yanında gözləməsini demiş, özü isə evlərinə gedərək evdən “laqonda” götürüb Su idarəsinin yanına gəlmişdir. Saat təxminən 22 radələrində Su idarəsində heç kim olmamış, idarənin arxa pəncərəsinə yaxınlaşaraq Bəxtiyar bıçaqla pəncərəni əyib açmış və ikisi də pəncərədən içəri keçmişlər. Bəxtiyar onun gətirdiyi “laqunda”nı, yəni elektirik mişarını elektirik yuvasına birləşdirib işə salmış və “E-manat” ödəniş terminalının ön və alt hissəsini kəsməyə başlamışdır. Ancaq terminalın kassasının qapısını aça bilməmişlər. Ondan sonra məcbur olab pəncərədən çıxıb getmişlər. “E-manat” ödəniş terminalının içərisində nə qədər pul olduğunu dəqiq bilməmiş, terminalının içərisində 200- 300 manat pul olduğunu düşünərək həmin pulu oğurlamaq istəmişlər. “E-manat” ödəniş terminalında olan pulları götürmək üçün həmin binaya girmişlər. Oradan pul və əşya oğurlamamışlar.Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxslə barışmışdır. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi atası X3 iştiraki ilə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, valideyinləri ilə birlikdə Şəmkir rayonu Tatarlı kəndində yaşayır. 08 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə Şəmkir şəhərində küçələrdə gəzən vaxtı hansısa binanın blokundan velosiped oğurlayıb küçədə sürmək barədə söhbət etmişlər. Təsadüfən Şəmkir şəhərində “13-cü küçə”də yerləşən dörd mərtəbəli binanın yanına gəlmişlər. Məhəmmədlə öz aralarında razılaşmışlar ki, o gedib binanın blokuna baxsın, əgər orada velosiped olarsa oğurlayıb gətirsin, Məhəmməd isə binanın yanında onu gözləsin, gələn olarsa xəbər etsin. Binanın sağ tərəfdəki bloka girmiş, həmin blokda olan iki ədəd velosipeddən böyük olanı götürüb çıxmış və Məhəmmədin yanma gəlmişdir. Velosipedi Məhəmmədə verib yenidən həmin bloka qayıdaraq kiçik velosipedi də göstərib yenidən Məhəmmədin yanma gəlmişdir. Velosipedləri götürüb oradan uzaqlaşıb getmişlər. Oğurladıqları kiçik velosipedi sürə bilmədikləri üçün aparıb çörək zavodunun yaxınlığında yerləşən zibilliyin yanında gizlətmişlər. Böyük ölçülü velosipedi isə Məhəmmədlə birlikdə sürmüşdür. Həmin gecə saat təxminən 01:30 radələrində Şəmkir şəhərində parkın yanında Məhəmməd ondan ayrılıb evlərinə getmişdir. Oğurladıqları böyük velosiped onda qalmış və səhərə kimi küçələrdə sürmüşdür. Səhər saat 11 radələrində Şəmkir şəhərində yaşayan, əvvəllər tanıdığı Sabir gilə getmiş, Sabirə velosipedin özünə məxsus olduğunu demişdir. Velosipedlərdən biri 24 ölçülü, qara rəngli və zolaqlı, digəri isə 20 ölçülü, göy rəngli olmuşdur. Həmin velosipedlər istifadə edilmiş, ancaq saz vəziyətdə olmuşlar. Velosipedləri oğurlayan zaman orada heç kim olmamış, onların velosiped oğurladıqlarını görən olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişlər. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şəmkir şəhəri, M.Əsədov küçəsi ev 13-də qediyyatda olmaqla, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4cü maddələri ilə məhkum olunmuş, 19 fevral 2021-ci il tarixdə həbsdən çıxmışdır. Daimi iş yeri yoxdur, evlərdə təmir ustasının yanında fəhlə kimi işləyir. 02 fevral 2022-ci il tarixdə saat 20 radələrində Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi parkda olan zaman əvvəllər tanıdığı Pərvin Vəliyevlə rastlaşmış, parkda oturub söhbət edən zaman Pərvin ona yaxınlıqda olan Su idarəsində “E-manat” ödəniş terminalı olduğunu deyərək Su idarəsinə pəncərədən girərək terminalın alt hissəsini kəsib içərisində olan pulları götürüb bölüşmələrini təklif etmişdir. Onun da pula ehtiyacı olduğu üçün Pərvinin təklifi ilə razılaşmışdır. Pərvin ona Su idarəsinin yanında onu gözləməsini, evdən “laqonda” götürüb gələcəyini demişdir. Su idarəsinin yanma gələrək orada Pərvini gözləmiş, bir qədər sonra Pərvin əlində “laqunda” oraya gəlmişdir. Saat təxminən 22 radələrində idarədə heç kim olmamışdır. Onlar idarənin arxa pəncərəsinə yaxınlaşaraq bıçaqla pəncərəni əyib açmış və Pərvinlə birlikdə pəncərədən içəri keçmişlər. Pərvinin gətirdiyi “laqunda”nı işə salaraq “E-manat” ödəniş terminalının ön və alt hissəsini kəsməyə başlamış, ancaq terminalın kassasının qapısını aça bilmədikləri üçün oradan pul götürə bilməmişlər. Ondan sonra məcbur olab pəncərədən çıxıb getmişlər. “E-manat” ödəniş terminalının içərisində nə qədər pul olduğunu dəqiq bilməmiş, terminalının içərisində təxminən 200-300 manat pul olduğunu düşünərək həmin pulu oğurlamaq istəmişlər. Həmin binaya “E-manat” ödəniş terminalında olan pulları götürmək girmişlər. Ancaq, oradan pul və əşya oğurlamamışlar. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, azyaşlı övladları ilə birlikdə ünvan 7 ünvanında kirayədə yaşayır. Oğlanları Amin və Sübhana məxsus olan iki ədəd velosipedləri 08 avqust 2022-ci il tarixdə gecə yaşadığı binanın blokuna qoymuş, 09 avqust 2022-ci il tarixdə saat 11 radələrində bloka baxanda velosipedlərin orada olmadığını görmüşdür. Qonşulardan soruşub maraqlanmış, ancaq bir məlumat öyrənə bilməmişdir. Bundan sonra ona aydın olmuşdur ki, uşaqlarına məxsus 2 ədəd velosipedlər yaşadığı binanın blokundan oğurlanmışdır. Buna görə 09 iyul 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və velosipedləri oğurlayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Sonradan polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, azyaşlı övladlarına məxsus velosipedləri yaşadığı binanın blokundan oğurlayan şəxslər əvvəllər tanımadığı Şəmkir rayonu Tatarlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 və ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs1dur. Velosipedlərdən biri 24 ölçülü, qara və sarı rəngli, digəri isə 20 ölçülü, göy rənglidir. 24 ölçülü velosipedi 2021-ci ilin avqust ayında təzə vəziyyətdə 250 manata, 20 ölçülü velosipedi isə 2022-ci ilin iyul ayının ortalarında təzə vəziyyətdə 130 manata almışdır. Velosipedləri alandan bu günə kimi uşaqları istifadə etmiş, ancaq saz vəziyyətdə olmuşlar. Velosipedləri saxladığı binanın bloku həm gündüz vaxtları, həm də gecələr açıq olmuşdur. Hazırda ona dəymiş ziyanı tamamilə ödəmişlər, onun Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq onlara məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir RPŞ-nin X1 sahə rəisi vəzifəsində işləyir, polis leytenantıdır. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 70-də yaşayan Təqsirləndirilən şəxs1 və Şəmkir rayonu Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi bina 17, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs1 azyaşlı uşaqlarına məxsus olan və yaşadığı binanın blokunda saxladıqları 02 ədəd velosipedlərin oğurlandığını bilmişlər. 09 avqust 2022-ci il tarixdə sahə polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman inanılmış şəxsdən alınmış məlumat əsasında həmin velosipedlərin Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 70-də yaşayan Təqsirləndirilən şəxs1 və Şəmkir rayonu Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs3 oğurlamaları müəyyən edilmiş və həmin şəxslər saxlanılaraq RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişlər. Velosipedi oğurlayan şəxslərdən Təqsirləndirilən şəxs3 oğurladığı nisbətən böyük olan velosipedi özü könüllü olaraq təqdim etmiş, digərini isə onun göstərdiyi yerdən, yəni Şəmkir rayonu Çörək zavodunun yaxınlığında yerləşən zibil yeşiyinin yanından götürərək istintaqa təqdim etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş hüquqi şəxs qismində tanınmış "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən göstərmişdir ki, "xxxx" MMC-nin təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. Şəmkir şəhəri, M.Abdullayev küçəsi ev 15-də yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. "xxxx" şirkəti Azərbaycan Respublikası ərazisində ödəmə terminallarının quraşdırılmasını təşkil edir. Terminala köçürülən pullar mütamadi olaraq şirkət tərəfindən inkasasiya olunur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Şəmkir şəhəri Sukanal idarəsinin inzibati binasında olan ödəmə terminalına naməlum şəxslərin oğurluğa cəhdi olunmuşdur. Həmin vaxt terminalda olan 240 (iki yüz qırx) manat pulu oğurlaya bilməmişlər. Lakin, terminalda olan pulun oğurlanmasına cəh edilən zaman terminala 260 manat maddi zərər vurulmuşdur. Hadisə barədə məlumatı Şəmkir Sukanal idarəsinin rəhbərliyi vermişdir. Onlarda bu barədə -aidiyyatı üzrə Şəmkir rayon polis şöbəsinə müraciət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, şirkətin ödəmə terminalından pul oğurlamağa cəhd edən və həmin terminala maddi ziyan vuran şəxslər Şəmkir şəhəri, M.Abdullayev küçəsi ev 15-də yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs1dur. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini və təqsirləndirilən şəxslərdə şikayətçi olduqlarını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlandığı ünvan 10 ünvanında yerləşən binaya baxış keçirilmiş, zərər çəkmiş şəxs ona Velosipedlərin oğurlandığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış aparılması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluğa cəhd edilmiş “E-manat” ödəniş terminalının yerləşdirildiyi "xxxx" ASC-nin 8 saylı Regional Sukanal idarəsinin ünvan 5 ünvanında yerləşən binasına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 9/6364 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş velosipedlərin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 210,00 manat müəyyən edilir. O cümlədən 01 ədəd göy rəngli, “Stels” markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped 70,00 manat, 01 ədəd qara rəngli “XTR GG” markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped 140,00 manat müəyyən edilmişdir. “Yetkinlik yaşına çatmayan şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mümayəndəsi X7 yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində qanuni nümayəndəsi qismində təyin edilmişdir. “Yetkinlik yaşına çatmayan şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 atası X6 yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində qanuni nümayəndəsi qismində təyin edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 108.1-ci maddəsi ilə təqsirli bilininb, qazancının 5% dövlət nəfinə tutulmaqla 02 (iki) ay 15 (on beş) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 108.2.1, 170.1 və 180.2.4-ci maddəsi ilə təqsirli bilininb 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 01 (bir) il sınaq müddəti təyin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin CİN KOL. xx.xx.2018ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib, CM 180.2.1, 180.2.4-cü maddələri ilə təyin edilmiş cəzası 70-ci maddə əsasən şərti hesab edilməsi ilə bağlı müddəalar çıxarılmış, CM-nin 180.2.1 və 180.2.4-cü maddəsi ilə təyin edilmiş 3 il AME CƏZ 2 il 5 ay 29 gün hissəsi icraya icraya yönəldilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunub. İşdə olan “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 avqust 2023-cü il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə onlara isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını nəzərə alır və göstərilənləri onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların yetkinlik yaşına çatmaması, o cümlədən cəzasını yüngülləşdirən digər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 180.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutlar olan 1 ədəd “XTR GG” markalı velosiped və 1 ədəd “Stels” markalı velosipedin, 1 ədəd laqondanın və "xxxx" MMC-yə məxsus 928 terminal qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 33 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 198 (bir yüz doxsan səkkiz) manat pul Müdafiəçi1 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs3 göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 240 (iki yüz qırx) manat pul Müdafiəçi3 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 240 (iki yüz qırx) manat pul Müdafiəçi2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar olan 1 ədəd “XTR GG” markalı velosiped və 1 ədəd “Stels” markalı velosipedin, 1 ədəd laqondanın və "xxxx" MMC-yə məxsus 928 terminal qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi 33 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 198 (bir yüz doxsan səkkiz) manat pul Müdafiəçi1 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs3 göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 240 (iki yüz qırx) manat pul Müdafiəçi3 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 240 (iki yüz qırx) manat pul Müdafiəçi2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-138/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-138/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver